Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-494/2025 12.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X4, Üçüncü şəxs X1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxslər X3 və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi) qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov küçəsi ilə S.Bəhlulzadə küçəsinin kəsişməsində yerləşən 150 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 19 oktyabr 2004-cü il tarixli, 442 nömrəli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov küçəsi ilə S.Bəhlulzadə küçəsinin kəsişməsində yerləşən ərazidən 150 kv.m torpaq sahəsini almışdır. İddiaçı sözügedən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin, cavabdeh orqan 16 oktyabr 2023-cü il tarixli, 3-21-3-302-10459- 8/2023 **********01 saylı məktubu ilə iddiaçının xahişini təmin etməkdən imtina etmişdir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin BYB №224914 nömrəli X7 qəbzinə əsasan 3.120.000 (uç milyon yüz iyirmi min) manat iddiaçı tərəfindən ödənilmişdir. Bu barədə Azərbaycan Reespublikası Dövlət Arxivinin Bakı Filialında müvafiq qeydiyyat aparılmışdır. Həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər tam qaydasındadır və onlar aidiyyəti orqan tərəfindən lazımi təsdiq olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.
3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən ünvanlanmış məktubda bildirilmişdir ki, təqdim edilmiş sənədlər toplusunda olan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmişdir "Torpaqların aiqı-satqısı” qaydarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında’ Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov küçəsi ilə S.Bəhlulzadə küçəsinin kəsişməsində yerləşən 150 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun yəni İddiaçı adına qeydiyyata alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ********** saylı ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il, **********01 xaricolma nömrəli tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinin alqısatqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixdə göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi ümumi sahə daxilində olmaqla faktiki giriş-çıxış yolu ümumi giriş qapısından, hasar daxili digər sahələr üzərindəndir. Faktiki olaraq göstərilən torpaq sahəsi X3 adına müraciət olunmuş ərazi daxilində yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır. Qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin dövlət proqramı çərçivəsində söküntü işlərinin aparıldığı ərazilərə aid olduğu müəyyən edilmişdir. Təqdim edilmiş yerləşmə cizgisin heç istinad və istinad məsafələri qeyd edilmədiyindən və konfiqurasiyası tamamilə fərqli olduğundan sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilir.
5. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı - satqı yolu ilə mülkiyyətinə satılması haqqında” xx.xx.2004-cü il tarixli 442 nömrəli Qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədovu küçəsi, ev 7, mənzil 52də yaşayan vətəndaş İddiaçı Z.Bünyadov küçəsi ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi yerdə, hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu 150 kv.m. torpaq sahəsinin alqısatqı yolu ilə mülkiyyətinə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəsinə, bələdiyyənin Yerli büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyasının xx.xx.2004-cü il tarixli rəyinə və «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Binəqədi rayonu, Z.Biinyadov küçəsi ilə S.Bəhlulzadə küçəsinin kəsişməsində yerləşən 150 kv.m. torpaq sahəsi Binəqədi RİH-nin memarlıq rddınəli tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı - satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir (hər kv.m. üçün 20 800 manat ödəmək şərtilə).
6. İş materiallarına əlavə olunmuş Torpaqların Alqı-satqısına dair Akta əsasən İddiaçı tərəfindən verilmiş M.Ə.Rəsulzadə Bələdiyyəsinə xx.xx.2004-cü il tarixində torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və M.Ə.Rəsulzadə bələdiyyə ərazisində 0.015 ha torpaq sahəsi satılması barədə xx.xx.2004cü il tarixli 442 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən “Azərnəqliyyatbank” KB bankının **********01 saylı hesabına əvvəlcədən ******* manat haqq ödənilmişdir (Qəbz 224914).
7. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən verilmiş BYB 224914 nömrəli X7 Qəbzinə əsasən İddiaçı tərəfindən torpağın alqı-satqı ödənişi olaraq 312.000.000 (on milyon beş yüz altmış min manat) ödənilmişdir.
8. M.Ə.Rəsulzadə Bələdiyyəsi ərazisində Z.Bünyatov və S.Bəhlulzadə küçələrinin kəsişməsində İddiaçı ayrılan torpaq sahəsinin cizgisi iş materiallarına əlavə edilmişdir (torpaq sahəsinin cizgisi Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir).
9. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpağıdır. Torpaq sahəsinin qonşuluğunda və ya yaxınlığında qeydiyyatdan keçmiş sahə barədə məlumat aşkar edilməmişdir.
10. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, faktiki olaraq göstərilən torpaq sahəsi digər sahələrlə ümumi sərhəd daxilindədir. Ara sərhədləri şərtidir. Faktiki sahəsi 150.0 kv.m təşkil edir. Vahi elektron kadastr məlumat bazasında sərhəd məlumatlarına əsasən koordinatlarda verilmiş sahənin çox hissəsi Nərimanov rayonu ərazisində yerləşir.
11. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı vəsatətdə qeyd edilmişdir ki, iş üzrə aparılan araşdırma zamanı məlum olmuşdur ki, şərti sərhədlərlə göstərilən torpaq sahəsi ümumi ərazi daxilindədir və ümumi əraziyə X1 müraciəti olmuşdur. Bu səbəbdən qeyd edilən inzibati iş üzrə X1 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır.
12. Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 812 nömrəli Sərəncamına əsasən Binəqədi rayonu üzrə M.Ə.Rəsulzadə qəsəbəsinin 501,26 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinə təhvil verilmişdir.
13. Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 003938 nömrəli xx.xx.2004-cü il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən X3 Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 159 ünvanında yerləşən 220,8 kv.m qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir.
14. Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 003974 nömrəli xx.xx.2004-cü il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən X3 Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 159 ünvanında yerləşən 428,9 kv.m torpaq sahəsinin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir.
15. Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 005179 nömrəli xx.xx.2004-cü il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən X5 Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 159 ünvanında yerləşən 313,6 kv.m qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir.
16. Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 005180 nömrəli xx.xx.2004-cü il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən X5 Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 159 ünvanında yerləşən 166,4 kv.m qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir.
17. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə İddiaçı inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
18. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
19. Məhkəmə tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov küçəsi ilə S.Bəhlulzadə küçəsinin kəsişməsində yerləşən iddiaçıya məxsus 150 kv.m torpaq sahəsinə yerində müayinə aparılmışdır. Torpaq sahəsinə dair yerində müayinə zamanı müəyyən olunmuşdur ki, cavabdeh orqan tərəfindən təqdim olunmuş ortofoto iddiaçıya məxsus torpaq sahəsinin naturadakı vəziyyətini əks etdirmir. İddiaçı və üçüncü şəxs X2 məxsus torpaq sahələri faktiki olaraq ayrı-ayrı ərazilərdə yerləşir. İddiaçıya məxsus torpaq sahəsinin yerləşmə mövqeyi Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən təqdim olunan cizgiyə uyğundur. Cizgidə istinad məsafələri və koordinatlar dəqiq göstərilməsə də, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən yetərli və zəruri məlumatlar mövcuddur. Torpaq sahəsinin naturadakı mövqeyinə və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən təqdim olunan cizgiyə əsasən iddiaçıya məxsus torpaq sahəsi yaşıllıq əraziyə bitişik yerləşir. Lakin cavabdeh orqan tərəfindən təqdim olunan ortofoto görüntüsündə iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin üçüncü şəxs X2 məxsus ərazinin daxilində yerləşdiyi təsvir olunmuşdur. Odur ki, cavabdeh tərəfindən təqdim olunmuş ortofoto görüntüsü torpaq sahəsinin naturadakı mövqeyini düzgün əks etdirmir. Belə ki, torpaq sahəsi faktiki olaraq üçüncü şəxs X2 məxsus ərazinin daxilində yerləşmir.
20. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını xahiş etdi.
21. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin olunmamasını xahiş etdi.
22. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) iddiaçıya və üçüncü şəxsə məxsus torpaq sahələrinin ayrıayrı ərazilərdə yerləşdiyini bildirərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
23. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
24. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
25. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.
26. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
27. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
28. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
29. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
32. Məhkəmənin hazırki iş üzrə mövqeyi X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına əsaslanır.
33. Torpaq sahəsinə münasibətdə məhkəmə tərəfindən aşağıdakı sənədlər tədqiq edilmişdir: - Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı satqı yolu ilə mülkiyyətinə satılması haqqında” xx.xx.2004-cü il tarixli 442 nömrəli Qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədovu küçəsi, ev 7, mənzil 52-də yaşayan vətəndaş İddiaçı Z.Bünyadov küçəsi ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi yerdə, hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu 150 kv.m. torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəsinə, bələdiyyənin Yerli büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyasının xx.xx.2004-cü il tarixli rəyinə və «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Binəqədi rayonu, Z.Bünyadov küçəsi ilə S.Bəhlulzadə küçəsinin kəsişməsində yerləşən 150 kv.m. torpaq sahəsi Binəqədi RİH-nin memarlıq rddınəli tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı - satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir (hər kv.m. üçün 20 800 manat ödəmək şərtilə). - İş materiallarına əlavə olunmuş Torpaqların Alqı-satqısına dair Akta əsasən İddiaçı tərəfindən verilmiş M.Ə.Rəsulzadə Bələdiyyəsinə xx.xx.2004-cü il tarixində torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və M.Ə.Rəsulzadə bələdiyyə ərazisində 0.015 ha torpaq sahəsi satılması barədə xx.xx.2004cü il tarixli 442 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən “Azərnəqliyyatbank” KB bankının **********01 saylı hesabına əvvəlcədən ******* manat haqq ödənilmişdir (Qəbz 224914). - Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən verilmiş BYB 224914 nömrəli X7 Qəbzinə əsasən İddiaçı tərəfindən torpağın alqı-satqı ödənişi olaraq 312.000.000 (on milyon beş yüz altmış min manat) ödənilmişdir. - M.Ə.Rəsulzadə Bələdiyyəsi ərazisində Z.Bünyatov və S.Bəhlulzadə küçələrinin kəsişməsində İddiaçı ayrılan torpaq sahəsinin cizgisi iş materiallarına əlavə edilmişdir (torpaq sahəsinin cizgisi Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir).
34. Məhkəmə qeyd edir ki, səlahiyyəli inzibati orqan (bələdiyyə) tərəfindən ləğv edilməmiş və ya geri çağırılmamış, yəni qüvvədə olan inzibati aktın qanuniliyinə qiymət vermək, onu təftiş etmək qeydiyyat orqanı kimi cavabdehin vəzifə və funksiyalarına aid deyildir. Qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət verilərək ləğv edilməsi səlahiyyəti onu qəbul edilmiş inzibati orqana aiddir. Hazırki işin hallarından göründüyü kimi bələdiyyə həmin qərarın etibarlılığını tanımaqla torpaq sahəsinin yerləşmə cizgisini dəqiqləşdirmişdir.
35. “İnzibati icraat haqqında” qanundan: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
36. Odur ki, hüquqi dövlət prinspindən çıxış edərək hüquqi cəhətdən etibarlı inzibati aktın yaratdığı hüquqi nəticələr qeydə alınmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi iş materiallarına əsasən müəyyən olunur ki, səlahiyyətli inzibati orqan həmin aktın qüvvədə olmasını təsdiq etməklə yerləşmə cizgisini təsdiq etmişdir.
37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
38. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
39. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
40. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
41. X9 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
42. X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
43. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının faktiki və sahibliyində və istifadəsində olan 150 kv.m. torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var.
44. Belə ki, təqdim edilən sənədlərə əsasən müəyyən edilir ki, qeyd edilən ərazidə Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən İddiaçı 150 kv.m torpaq sahəsi ayrılmış, torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir və iddiaçının qanuni sahibliyindədir.
45. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmiş, bələdiyyə tərəfindən qəbul edilmiş qərarın mötəbərliyi ilə bağlı hər hansı şübhə yoxdur.
46. Torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
47. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.
48. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir.
49. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
50. Məhkəmə qeyd edir ki, qeyd edilən torpaq sahəsi yaşayış məntəqələri kateqoriyasına aiddir. Belə ki, əksi cavabdeh tərəfindən sübut edilməmişdir. Xüsusilə qeyd edilməlidir ki, cavabdeh qeyd edilən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğunu qeyd etsə də, Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsinə aid torpaq sahəsinin hüdudlarını məhkəməyə təqdim etməmişdir. Belə olan təqdirdə, cavabdeh İPM-in 14-cü maddəsinə əsasən sübutetmə vəzifəsini yerinə yetirməmişdir.
51. Qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid deyil. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir.
52. Cavabdeh orqan imtinanın dəlili olaraq iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin X3 adına müraciət olunmuş ərazi daxilində yerləşdiyini bildirmiş və əraziyə dair ortofoto çıxarışını məhkəməyə təqdim etmişdir.
53. Məhkəmə nəzərə alır ki, Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov küçəsi ilə S.Bəhlulzadə küçəsinin kəsişməsində yerləşən iddiaçıya məxsus 150 kv.m torpaq sahəsinə yerində müayinə aparılmışdır. Torpaq sahəsinə dair yerində müayinə zamanı İddiaçı və üçüncü şəxs X3 iştirak etmişdir. Cavabdehə yerində müayinə barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Torpaq sahəsinə dair yerində müayinə zamanı müəyyən olunmuşdur ki, cavabdeh orqan tərəfindən təqdim olunmuş ortofoto iddiaçıya məxsus torpaq sahəsinin naturadakı vəziyyətini əks etdirmir. İddiaçı və üçüncü şəxs X2 məxsus torpaq sahələri faktiki olaraq ayrı-ayrı ərazilərdə yerləşir. İddiaçıya məxsus torpaq sahəsinin yerləşmə mövqeyi Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən təqdim olunan cizgiyə uyğundur. Cizgidə istinad məsafələri və koordinatlar dəqiq göstərilməsə də, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən yetərli və zəruri məlumatlar mövcuddur. Torpaq sahəsinin naturadakı mövqeyinə və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən təqdim olunan cizgiyə əsasən iddiaçıya məxsus torpaq sahəsi yaşıllıq əraziyə bitişik yerləşir. Lakin cavabdeh orqan tərəfindən təqdim olunan ortofoto görüntüsündə iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin üçüncü şəxs X2 məxsus ərazinin daxilində yerləşdiyi təsvir olunmuşdur. Odur ki, cavabdeh tərəfindən təqdim olunmuş ortofoto görüntüsü torpaq sahəsinin naturadakı mövqeyini düzgün əks etdirmir. Belə ki, torpaq sahəsi faktiki olaraq üçüncü şəxs X2 məxsus ərazinin daxilində yerləşmir.
54. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən mötəbər cizgi təqdim olunduğundan cavabdeh orqan tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin üçüncü şəxs X1 mülkiyyətində olan ərazinin daxilində yerləşməsinin qeyd edilməsi işin həqiqi hallarına uyğun deyildir. Qeyd edilən fakt tərəflərin izahatı, məhkəmə tərəfindən aparılmış yerində müayinə, eləcə də iş materialları və bələdiyyə tərəfindən təqdim olunmuş yerləşmə cizgisi ilə təsdiq olunmuşdur.
55. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
56. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
57. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
58. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 442 nömrəli qərarı əsasında ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov küçəsi ilə S.Bəhlulzadə küçəsinin kəsişməsində yerləşən 150 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva