Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4940/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçı Əli-X7 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı Əli-X7 Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi” iddia tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq şifahi məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “Əli-X14 Cavabdehnə qarşı idda ərizəsi Bakı İnzibati məhkəməsinə müraciət edərək iddiaçının mərhum atası Əli-X3 doğum haqqında akt qeydində düzəliş edilərək ata adının “Ağamirzə” adının “Mirzə” adına, ata adı qrafasında “Həşim” adının “Qəni” adına dəyişdirilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati iş xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuş və həmin tarixdən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2021-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2022-ci il tarixə təyin olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Əli-X8 xx.xx.1941-ci ildə anadan olmuş və xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. İddiaçının babası Əli-Zadə Ağamirzə 1908-ci ildə anadan olmuş, xx.xx.1978-ci ildə Bakı şəhərində vəfat etmişdir. İddiaçının ibisi X9 xx.xx.1938-ci il tarixdə anadan olmuş və nikaha daxil olduqdan sonra Salayeva soyadını götürmüşdür. Bibisi vəfat etdikdən sonra miras əmlakı vərəsə olaraq qəbul etmək istəsə də, atasının doğum haqqında akt qeydində ata haqqında məlumat qrafasında atasının adı isə Qəni qeyd olunmuşdur. İddiaçının Baba adı keçmiş dövr üçün köhnə qaydaya uyğun olaraq “Ağamirzə” sonradan yeni qaydaya uyğun olaraq “Mirzə” kimi yazılmışdır. Bu səbəbdən vərəsəlik üçün zəruri olan qohumluq zənciri pozulmuşdur. Atasının babası əslində “Həşim” deyil “Qəni” olduğunu nəzərə alaraq atasının doğum haqqında akt qeydində düzəliş edilməsi barədə Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Nəsimi rayon Qeydiyyat Şöbəsi akt qeydində düzəliş etməkdən imtina edərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 öz izahatında bildirmişdir ki, iddiaçı Əli-X14 onun qohumudur, iddiaçının mərhum babasının adı “Ağa Mirzə” deyil “Mirzə” olmuşdur. Həmin dövrdə Bakıda yaşayan kişilərə müraciət forması olaraq “Ağa” deyildiyindən, iddiaçının babasına da “Mirzə” deyil “Ağa Mirzə” deyə müraciət olunurdu. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, sübutları obyektiv, hərtərəfli, tam tədqiq edərək və hüquqi qiymət verərək belə nəticəyə gəlir ki iddia tələbi təmin edilməlidir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Belə ki, İPM-nin 1.1-ci maddəsinə əsasən inzibati mübahisələrə baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1)subyektiv hüququnun olubolmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub olmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib edilmədiyini yoxlamalıdırlar. İddia tələbinin mümkünlük şərtlərindən biri cavabdeh təşkilatın imtinasının olubolmamasıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, Cavabdeh tərəfindən iddiaçının müraciətinin yerinə yetirilməsindən imtina olunmuşdur. Belə ki, iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə bağlı cavabdehə müraciət etmiş, cavabdehdən xx.xx.2021-ci il tarixli, 434/68 nömrəli məktubla imtina cavabı almışdır. İddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasından ibarətdir. Belə ki, hazırkı iddia tələbi öhdəliyin icrası ilə bağlı olduğundan və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı İPM-nin 8-ci maddəsinə əsasən hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddia mümkün iddia olmaqla yanaşı eyni zamanda mahiyyət etibarı ilə əsaslı iddiadır. İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli arxiv arayışının surətindən görünür ki, X2 (xx.xx.1941-ci il təvəllüdlü) ata adı X5, ana adı X15, xx.xx.2021-ci il tarixli arxiv arayışının surətindən görünür ki, bacısı X1 (xx.xx.1938-ci il təvəllüdlü) ata adı Əli-zadə X23, ana adı Əli-zadə Asya Abbas qızı olaraq göstərilmişdir. -Məhkəmənin sorğusu əsasında alınmış xx.xx.2022-ci il tarixli Bakı şəhəri Zabrat Bələdiyyəsinin məktubunda bildirilmişdir ki, Zabrat qəsəbəsi 2 saylı qəbristanlığında X16 və X4 yanaşı dəfn olunmuşlar (qəbrüstü abidələrin fotoşəkilləri əks olunmuşdur.) - Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ seriyalı 053188 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əli-zadə X19 xx.xx.1998-ci il tarixdə kəskin ürək damar çatmamazlığı səbəbi ilə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 531 nömrəsi ilə qeyd edilmişdir. - 2(005)-563/2018 nömrəli, xx.xx.2018-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən Əli-zadə Mirzə Qəni oğlunun 1908-ci il tarixdə anadan olması faktı və Əli-zadə Mirzə Qəni oğlunun X11 eyni şəxs olması faktı müəyyən edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, 2(005)-563/2018 nömrəli, xx.xx.2018-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı Əli-X14 öz atasının, yəni Əli-X3 doğum haqqında akt qeydində ata adının “Ağamirzə”dən “Mirzə” adına, ata adı qrafasında “Həşim” adının “Qəni” adına dəyişdirilməsini tələb edir. Göründüyü kimi, iddiaçının doğum haqqında akt qeydində tələb etdiyi düzəlişlər onun baba adı, yəni Əli-zadə Mirzə Qəni oğlunun adının düzgün yazılması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının bibisi X1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə ərizəsi təmin edilərək, onun atasının, yəni hazırkı iş üzrə iddiaçının babasının Əli-zadə Mirzə Qəni oğlu olması faktı müəyyən edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin tələblərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1 maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən» Əsas müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aklarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir (bənd 13). İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. (bənd 14). Vətəndaşlıq vəziyyəti aktlarının qeydləri qeydiyyat şöbələrində və konsulluq idarələrində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin arxivi və ya vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivi tərəfindən təsdiq edilir. (bənd 15). Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir (bənd 16). Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir (bənd 23). “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizliyindən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrinin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının babasının adının “Əli-zadə Mirzə Qəni oğlu” olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçının mərhum atası Əli-X3 doğum haqqında akt qeydində onun ata adının “Ağamirzə”dən “Mirzə” adına, ata adı qrafasında “Həşim” adının “Qəni” adına dəyişdirilməsindən imtina edilməsi əsassızdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 68.3-cü maddəsinin tələblərinə görə məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Əli-X14 mərhum atası Əli-X3 doğum haqqında akt qeydində düzəliş edilərək ata adının “Ağamirzə”dən “Mirzə” adına, ata adı qrafasında “Həşim” adının “Qəni” adına dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulması iddiası təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 33-cü, 52-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı Əli-X7 mərhum atası Əli-X3 doğum haqqında akt qeydində düzəliş edilərək ata adının “Ağamirzə”dən “Mirzə” adına, ata adı qrafasında “Həşim” adının “Qəni” adına dəyişdirilməsi öhdəliyi cavabdeh Bakı şəhəri, Nəsimi Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-4940/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4940/2022
09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver