Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4942/2025 09.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı Asan Xidmət X2rşı “doğum haqqında akt qeydində düzəlişin aparılması” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı Asan Xidmət X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh orqan üzərinə 11 aprel 2022-ci ildə 1127 nömrəsi ilə 07 aprel 2022-ci il təvəllüdlü X11 qeydə alınmış doğum haqqında akt qeydində müvafiq düzəliş aparılmaqla ata qrafasından İddiaçı adının çıxarılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X15 ilə 26 noyabr 2011-ci ildə Mingəçevir şəhər Qeydiyyat şöbəsində nikaha girməklə evlənmişdir Birgə nikahlarından onların 3 övladı: 03 sentyabr 2012-ci il təvəllüdlü X18, 15 avqust 2014-cü il təvəllüdlü X19 və 07 aprel 2022-ci il təvəllüdlü X20 adlı uşaqları anadan olmuşdur. 07 aprel 2022-ci il təvəllüdlü Yusif Mehdizadənin iddiaçının övladı olmamasını 05 aprel 2024-cü ildə keçirilmiş DNK analizinin nəticəsində məlum olmuşdur. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 30 avqust 2024-cü il tarixli qətnaməsi ilə həmin uşağın İddiaçı övladı olmadığı müəyyən edilmişdir. 07 aprel 2022-ci il təvəllüdlü X11 doğumu 11 aprel 2022-ci ildə 1127№ ilə qeyd olunmuşdur. 6 saylı Bakı «Asan Xidmətə Mərkəzində Qeydiyyat Şöbəsində 11 aprel 2022-ci ildə 1127№ ilə 07 aprel 2022-ci il təvəllüdlü X11 qeydə alınmış doğum haqqında akt qeydində müvafiq düzəliş aparılmaqla ata qrafasından İddiaçı adının çıxarılması üçün cavabdeh orqana müraciət edilsə də, imtina cavabı alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli 3-16-5/7-128/2025 nömrəli məktubu ilə iddia ilə bağlı yazılı münasibət təqdim edilmiş və bildirilmişdir ki, xx.xx.2022-ci il təvəllüdlü - X11 6 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 1127 saylı, xx.xx.2022-ci il tarixli doğum haqqında akt qeydində ata məlumatlarının ləğv olunması barədə xx.xx.2024-cü il tarixdə şöbəmizə daxil olmuş vətəndaş müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.8-ci bəndinə görə, doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında İddia verə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 47.1-ci maddəsinə görə bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qeyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Bildiririk ki, X15 ilə İddiaçı xx.xx.2011-ci il tarixdə Mingəçevir şəhər qeydiyyat şöbəsində 450 saylı aktla nikahı qeydə alınmışdır. Həmin nikah Suraxanı rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 540 saylı nikahın pozulması haqqında akt qeydi ilə pozulmuşdur. Qeyd olunanlara əsasən, vətəndaşın müraciətini təmin etmək 6 saylı Bakı "ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfinfən mümkün olmamışdır. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsi vasitəsilə təmsil olunmamışdırlar, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. 6 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16- 5/7-128/2025 nömrəli məktubu ilə təqdim edilmiş icraatt materiallarına əsasən: -Nikahın pozulması haqqında akt qeydinə əsasən İddiaçı ilə X5 nikahının pozulması haqqında **********0102024 nömrəli akt qeydi tərtib edilmişdir. -**********1042022 nömrəli doğum haqqında akt qeydinə əsasən xx.xx.2022-ci il tarixdə doğulmuş X11 atası İddiaçı və anası X9r. -xx.xx.2023-cü il tarixli 3-16-5/7-69-334/2023 nömrəli arayışdan görünür ki, X20 xx.xx.2022-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2022-ci il tarixdə 6 saylı Bakı Cavabdehndə 1127 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası İddiaçı və anası X16 göstərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-254/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdeh X10 qarşı “nikahın pozulması” tələbinə dair iddia tələbi təmin edilmiş, İddiaçı ilə Mehdiyeva İddiaçı ilə X15 arasında 26 noyabr 2011-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində 450 nömrə ilə qeydə alınmış nikah pozulması, İddiaçı ilə X5 birgə nikahlarından doğulmuş 06 sentyabr 2012-ci il təvəllüdlü X18 və 15 avqust 2014-cü il təvəllüdlü X19 boşanmadan sonra anaları X5 yanında qalması, İddiaçı 06 sentyabr 2012ci il təvəllüdlü X18 və 15 avqust 2014-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq X10 ödənilməsi, alimentin tutulması müddəti 30 avqust 2024cü il tarixdən müəyyən edilməsi,qətnamə aliment hissəsində dərhal icra olunması, aparılmış ekspertiza tədqiqatı nəticəsində İddiaçı tərəfindən ödənilmiş 2300 (iki min üç yüz) manat məbləğində ekspertiza xərci cavabdeh X3 İddiaçı xeyrinə tutulması,ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” X4 İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/7-M-1389/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə diq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.8-ci bəndinə görə, doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: öz aralanında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında hadətnamədə uşağın valideynlərı kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 47.1-ci maddəsinə görə bu Məcəllənin 46. 1-ci və 46.2ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideynı qismində yazılmış şəxsin və ya onun haqiqi alideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla biler. İddiaçı X15 ilə xx.xx.2011-ci il tarixdə Mingəçevir şəhər qeydiyyat şöbəsində 450 saylı nikah haqqında akt qeydi ilə nikahı qeydə alınmışdır. Həmin nikah Suraxanı rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 540 saylı nikahın pozulması haqqında akt qeydi ilə pozulmuşdur. Göstərilənləri nəzərə alaraq ata qrafasında valideyn kimi məlumatların ləğv edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” X14 tərəfindən mümkün deyildir. Məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı 07 aprel 2022-ci il təvəllüdlü X11 11 aprel 2022-ci ildə 1127 nömrəli qeydə alınmış doğum haqqında akt qeydində düzəliş aparılmaqla ata qrafasından İddiaçı adının çıxarılması ilə bağlı cavabdeh 6 saylı Bakı Asan Xidmət X17 qeydiyyat şöbəsinə müraciət etmiş, cavabdeh orqan müraciətin təminindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasının əsassız hesab etməklə doğum aktı qeydlərinə düzəliş edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: -1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. -2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. -4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının: -1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -2.8-ci bəndinə görə doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 2.8.2. valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 2.8.3. uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; -2.12-ci bəndinə görə atalıq müəyyən olunmadıqda uşağa ad, ananın göstərişi ilə, ata adı anasının göstərişi üzrə uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Sadalanan normalardan görünür ki, vətəndaşlıq vəziyyəti aktları qeydlərində düzəliş edilməsi o zaman mümkündür ki, ilk dəfə qeydiyyat aparılarkən yalnış məlumat daxil edilmiş olsun. Qeydlərdə dəyişiklik edilməsi isə sonradan meydana çıxmış hüquqi hallarla bağlıdır ki, bu hallar ilkin qeydiyyat zamanı mövcud deyildi. Hazırkı iş üzrə iddiaçı 07 aprel 2022-ci il təvəllüdlü X11 bioloji atası olmadığını, bu faktın Bakı şəhəri Suraxanı rayon Məhkəməsində baxılan iş üzrə icraat gedişində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8 xx.xx.2024cü il tarixli 118/2024-MTBŞ nömrəli ekspert rəyi ilə öz təsdiqini tapdığını əsas gətirərək doğum haqqında akt qeydində ata adının çıxarılmasını mübahisələndirir. Qeyd edilməlidir ki, 07 aprel 2022-ci il təvəllüdlü X1 Asif Xanoğlan oğlu və X6 xx.xx.2011-ci il tarixdə qeydə alınmış xx.xx.2024-cü il tarixədək (qətnamə ilə nikah pozulanadək) olan dövrdə doğulmuş və yuxarıda adıçəkilən Qaydanın 2.8.1-ci bəndinin tələbinə uyğun olaraq nikah dövründə doğulmuş uşaq kimi X11 doğum haqqında akt qeydində ata adı qrafasında X13 qeyd edilmişdir. İddiaçının istinad etdiyi Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 30.0.82024-cü il tarixli 2(010)-254/2024 saylı qətnaməsi İddiaçı və anası X16 arasında olan nikahın pozulması tələbinə dair mübahisə olmuş və məhkəmə qətnaməsi ilə tərəflər arasında nikahın pozulması və birgə nikah dövründə doğulmuş uşaqların valideynlərinin himayəsinə verilməsi və aliment məsələsi həll edilmişdir. Qətnamənin təsviri-əsaslandırıcı hissəsində ekspert rəyinə istinad edilərək X11 tərəflərin birgə nikahından doğulan uşaq hesab olunmadığı qeyd edilsə də həmin qətnamə atalığın müəyyən edilməsi ilə bağlı mübahisə üzrə olmamış və yekun olaraq məhkəmə qətnamənin nəticə (qət etdi) hissəsində xüsusi icraat qaydasında (mübahisə olduqda iddia icraatı qaydasıında) baxılmalı olan mübahisə üzrə İddiaçı X11 atası olmaması faktı hüquqi fakt qaydasında müəyyən edilməmişdir. Ailə Məcəlləsinin: -44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. -47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixi 4 nömrəli Qərarına əsasən: 9.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının: -6.1-ci bəndinə əsasən ərizə əsasında Atalığın müəyyən edilməsinin qeydə alınması valideynlərdən birinin yaşadığı yerin, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerin Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən həyata keçirilir. -6.2-ci bəndinə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. -6.5-ci bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən atalığın müəyyən olunmasının dövlət qeydiyyatı zamanı atalığın müəyyən olunması haqqında aktların qeydiyyat kitabında atalığın müəyyən olunması barədə akt qeydləri tərtib edilir. -6.7-ci bəndinə görə uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. -6.10-cu bəndinə görə atalığın müəyyən edilməsinin dövlət qeydiyyatının doğumun dövlət qeydiyyatı ilə eyni vaxtda aparıldığı hallar istisna olmaqla, atalığın müəyyən edilməsi haqqında ərizəyə uşağın doğum haqqında şəhadətnaməsi əlavə edilməlidir. -6.14-cü bəndinə əsasən doğum haqqında akt qeydində ata haqqında məlumat göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsi barədə ərizəni qəbul etməmişdən əvvəl doğum haqqında akt qeydində ata haqqında məlumatın hansı əsasla yazıldığını yoxlamalıdır. -6.19-cu bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən olunması haqqında qeydlərə əsasən uşağın doğumu haqqında qeydlərdə dəyişikliklər edir və doğma haqqında yeni şəhadətnamə verir. Doğum haqqında əvvəllər verilmiş şəhadətnamə ləğv edilir. Beləliklə, iş üzrə X11 doğum haqqında akt qeydi qüvvədə olduğundan və iddiaçı tərəfindən həmin akt qeydində ata qrafasında ata adının çıxarılmasına əsas olacaq iddiaçının X11 biloji atası olmaması faktının müəyyən edilməməsi ilə bağlı qanuni qüvvəsini almış mülki məhkəmə icraatında qəbul edilmiş qətnamə təqdim edilmədiyindən qeydə olan məlumatın ləğvi (və ya çıxarılması) da Qanunla nəzərdə tutulmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Hazırkı iş üzrə uşağın doğum aktı qeydinə dəyişiklik edilməsi, iddiaçının ata adı qrafadından çıxarılmasına əsas olan atalığın müəyyən olunmaması ilə bağlı akt məhkəmə qətnaməsi mövcud deyildir. İddiaçı cavabdeh inzibati orqana birbaşa uşağın doğum haqqında akt qeydində məlumatın çıxarılması ilə müraciət etmişdir. Nəzərə almaq lazımdır ki, yuxarıda da qeyd edildiyi kimi atası olmaması müəyyən edilmədən uşağın doğum haqqında akt qeydinə hər hansı düzəliş, dəyişiklik və ya ləğv edilməsi məsələsinə baxıla bilməz. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı da müəyyən edilmir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının hüquq və qanunla qorunan maraqlarını pozan hər hansı inzibati akt qəbul etdiyi və ya hərəkət, hərəkətsizliyə yol verdiyi müəyyən olunmadığından iddia tələbi mümkün sayıla bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4942/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4942/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver