Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4943/2022 01.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı «X4 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «X4 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələb etmə müddətinin bitmiş hesab edilməsi barədə" Komissiyası tərəfindən çıxarılmış 02 dekabr 2020-ci ili tarixli qərarının qismən, yəni "02 dekabr 2020-ci il tarixinə iddiaçı "X4 LİMİTED" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən dövlət büdcəsinə ödənilmiş 1.052.791,96 AZN məbləği tələbetmə müddəti bitmiş hesab edilməsi” hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatətlə məhkəməyə müraciət edərək bildirdi ki, icraatda iddiaçı "X4 LİMİTED'' Şirkətinin Azərbaycan Respublikasında Filialının cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı inzibatı aktın ləğv edilməsinə dair iddia ərizəsinə baxılır. Bakı İnzibati Məhkəməsində hakim Pərviz Hüseynovun sədrliyi ilə hazırkı mübahisənin predmeti ilə eyni olan digər məhkəmə işinə də baxılır. Belə ki, hakim Pərviz Hüseynovun sədrliyi baxılan məhkəmə işində iddiaçı "X4 LİMİTED" Şİrkətinin Azərbaycan Respublikastndakı Filialı cavabdeh Dövlət Vergi Xidmətinİn Bakı şəhəri Lokal Gəfirtər Baş İdarəsinə qarşı iddia qaldıraraq, iddiaçının şəxsi hesab vərəqəsinə 1.052.791,96 AZN artıq ödəmə məbləğinin bərpa edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir (işin nömrəsi: 2-1(112)-3006/2022). Həmin məhkəmə işi üzrə hakim tərəfindən artıq 2 dəfə məhkəmə iclası keçirilmişdir. İcraatda olan mübahisənin predmeti ilə hakim Pərviz Hüseynovun icraatında olan mübahisənin predmetləri aşağıdakı səbəblərə görə eynidir. Belə ki, hər iki işdə iddiaçının məqsədi - onun şəxsi hesab vərəqəsindən silinmiş 1.052.791,96 AZN artıq ödəmə məbləğinin onun şəxsi hesab vərəqəsinə bərpa edilməsinə yönəlmişdir. İcraatda olan işdə iddiaçı bu məqsədə inzibati aktın ləğv edilməsi və inzibati aktının icrasının geri dönüşü qaydasında silinmiş məbləğin onun şəxsi hesab vərəqəsinə bərpa edilməsi barədə cavabdehin üzərinə öhdəliyin qoyulması yolu ilə nail olmaq istəyir, hakim Pərviz Hüseynovun icraatında olan məhkəmə işində isə iddiaçı bu məqsədə cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulması yolu ilə nail olmaq istəyir. Ona görə də icraatda olan hazırki məhkəmə işinin hakim Pərviz Hüseynovun icraatında olan 2-1(112)- 3006/2022 nömrəli məhkəm işi ilə eyni icraatda baxılması üçün müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 vəsatətin təmin ediməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 30-cu maddəsinin tələblərinə görə mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. - 56-cı maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı “X4 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair 2-1(112)-4943/2022 nömrəli inzibati iş və iddiaçı «X4 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı şəxsi hesab vərəqəsinə silinmiş məbləğin bərpası tələbinə dair 2-1(112)-3006/2022 nömrəli inzibati iş üzrə mübahisə predmetləri eyni olduğundan həmin işlər bir icraatda birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat 2-1(112)-3006/2022 nömrə ilə qeydiyyata alınmaqla davam etdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. - 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsasət təmin edilsin. Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı “X4 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair 2-1(112)-4943/2022 nömrəli inzibati iş və iddiaçı «X4 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı şəxsi hesab vərəqəsinə silinmiş məbləğin bərpası tələbinə dair 2-1(112)-3006/2022 nömrəli inzibati iş bir icraatda birləşdirilsin və 2-1(112)- 3006/2022 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlər davam etdirilsin. Qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-4943/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4943/2022
01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver