Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4944/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X29 və Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Vəkillər X16 Cavabdeh qarşı Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyündən xaric edilmə tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) qapalı məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Vəkillər X16 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vətəndaş X30 Bakı şəhərində fərdi qaydada fəaliyyəi göstərən vəkil Cavabdeh barəsində Azərbaycaıı Respublikası Vəkillər Kollegiyasına şikayət ərizəsi ilə müraciət etmişdir. L.T.Hüseynovanın həmin şikayəti əsasında Azərbaycan Respublikası Vəkillər X16 22 may 2020-ci il tarixli qərari ilə Bakı şəhərində fərdi qaydada fəaliyyəl göstərən vəkil Cavabdeh barəsində intizam icraatı başlanılaraq, araşdırlması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Şikayət belə əsaslandırımışdır ki, Lətifə Hüseynovanm iki oğlu hazırda vəkil Cavabdeh təqsiri üzündən Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkillər. Vəkil Cavabdeh 2016-cı ildə oğlu Rahib Hüseynovun hüquqlarını müdafiə etmək üçün 7000 manat, daha sonra hər instansiya üçün 5000 manat pul verərək vəkillə müqavilə imzalamış, həbsdə olan oğulları Rahib Hüseynov və Emin Hüseynovu hebsdən azad etdirəcəyi vədinə inanmışdır. Bundan başqa vəkil Cavabdeh hər dəfə məhkəmələrə pul vermək adı ilə, eləcə də ayrı-ayrılıqda hər şikayətə, müraciətə pul almaqla ümumilikdə ondan və həyat yoldaşından 420.000 manatdan artıq məbləğdə pul əldə etmişdir. Oğullarının həbsdə olmasından istifadə edərək, vəkil Cavabdeh var-dövlətini öz adına sənədləşdirməklə yanaşı, mal-qaralarını, torpaqlarını hissə-hissə satmaqla 400.000 manat məbləğində pulunu ələ keçirmişdir. Vəkil Cavabdeh oğlu Rahib Hüseynovun əmlaklarını həbsdən qorumaq adı ilə sonuncunu 50.000 manat müqabilində həbsdən azad etdikdən sonra 13.04.2017-ci il tarixdə onunla Tovuz rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş, oğluna məxsus Range-Rover markalı hazırda vəkilin özünün idarə etdiyi 10 ... 013 dövlət nişanlı avtomaşını, kreditlə əldə edilmiş Changan markalı avtomaşını, oğlu Rahib Hüseynovun əldə etdiyi və təmir etdirdiyi Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən "xxxx" MTK-nın tikdirdiyi 117 kvm. sahəsi olan 3 otaqlı yeni tikilini öz adına sənədləşdirməyə nail olmuşdur. Bundan başqa vəkil Cavabdeh Tovuz rayonunda yaratdıqları Qovlar qəsəbəsindəki damazlıq mal təsərrüfatı kompleksini bağışlama müqaviləsi yolu ilə oğlu Rahib Hüseynovun adından öz adına keçirtməyə nail olmuşdur. Sonradan 2018-ci il tarixdə həmin əmlakı 140.000 manata sataraq pulunu ələ keçirtmişdir. Bu puldan hissə-hissə olmaqla cəmi 20.000 manat pulu ala bilmişlər. Həmçinin Tovuz rayonu Qovlar qəsəbəsində dəyəri 250.000 dəyərində olan evlərini vəkil Cavabdeh öz adına keçirmiş, lakin onların şikayətlərindən sonra vəkil Cavabdeh həmin əmlakı notariat qaydasında onlara geri qaytarmışdır. Bundan başqa vəkil Cavabdeh bacısı qızı Seva Teymurovanı Bakı Apellyasiya Məhkəməsinin sədrinin köməkçisi kimi təqdim etmiş, onunla Seva Teymurova arasında 100.000 manat məbləğində borc müqaviləsi rəsmiləşdirmiş, amma əslində ona hər hansı məbləğdə pul borca verilməmiş, oğullarını Bakı Apellyasiya Məhkəməsində həbsdən azad etdirəcəyi adı ilə həmin məhkəmədə hər bir hakimə 50.000 manat məbləğində pul vermək lazım olduğunu bildirərək 100.000 manat məbləğində onu borclandırdı. Oğulları Bakı Apellyasiya Məhkəməsində həbs edilərək azadlıqdan məhrum olunduqdan sonra olmayan borca görə onu məhkəməyə vermis və pul tələb etməyə başlamışdır. Dəfələrlə ayrı-ayrı şəxslərə guya rüşvət vermək adı ilə ondan pul istədikcə, o bir çox şəxslərə borclanaraq vəkil Cavabdeh üçün bankdan pul götürməyə başlamışdır. Bank sənədlərindən də görünür ki, 2017-ci ildə 22.000, 3.000, 2.000 məbləğində pulları dəfələrlə Cavabdeh və bacısı qızı Seva Teymurovanın adına şəxsən pul göndərmişdir. Bu barədə bütün sübutları təqdim etmişlər. Sonunda oğulları tamam həbs olunduqdan və pul bitib evsiz-eşiksiz qaldıqdan sonra, vəkil onu və həyat yoldaşını oğlanları ilə hədələməyə başlamış, şikayət edəcəyi təqdirdə oğullarına cəzaçəkmə müəssisəsində rahatlıq verməyəcəyi ilə hədələmişdir. Vəkil Cavabdeh formal nikah müqaviləsi ilə oğluna və ömür boyu zəhmətlə topladığı var-dövlətə sahiblənsə də bu əmlaklar müqabilində İran bankından kredit götürməklə, eləcə də əmlakları satıb pul əldə edərək şikayətçilərdən ərizə alacağını vəd versə də, bununla bağlı heç bir şey etməmişdir. Vəkil Cavabdeh özündən 10 yaş kiçik olan oğlu Rahib Hüseynovla nikaha girəndə artıq onun ailəli qızı, 15 yaşlı başqa bir qızı da var idi. Oğluna məxsus bahalı nömrələri ondan etibarnamə alaraq 10-dan çox nömrəni 6.000-7.000 manata satmışdır. Adına olan ***-***-**-** mobil nömrəsindən istifadə edərək onu 2000 manatdan artıq məbləğdə borca salmışdır. Vəkil Cavabdeh danışıq yolu ilə xahiş edərək istifadəsində olan oğluna aid avtomobilləri və yaxud evi geri qaytarmağı xahiş etsə də, "mənim əlaqələrim böyükdür" deyərək, onu əmlak bölgüsü tələbi ilə məhkəməyə verəcəyini bildirərək, onun barəsində şikayət etmək məcburiyyətində qoymuşdur. Vəkil Cavabdeh onu və yaşlı həyat yoldaşını aldadaraq İstanbulda ev, Xaçmaz rayonunda fermer təsərrüfatı, Bakıda Nəsimi rayonu ərazisində özünə evlər, oğluna məxsus Range Rover markalı maşını əldə etməyə nail olmuşdur. Bu cür vəkillər "vəkillik" deyilən peşəyə ləkədir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum X39 şikayət ərizəsi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət etmişdir. Rahib Hüseynovun şikayəti belə əsaslandırılmışdır ki, vəkil Cavabdeh ilkin olaraq onunla müqavilə bağlayaraq, hüquqlarını müdafiə etməyə başlasa da sonradan ailəli olduğu üçün onunla qeyri-rəsmi olaraq davam edən şəxsi yaxın mübasibətləri əri tərəfindən aşkar olunduğu üçun ərindən boşanaraq 2017-ci ildə onunla rəsmi nikaha daxil oldu. Ona məxsus əmlaklarını həbsdən qorumaq adı ilə 47.000 ABŞ dollarına aldığı Range Rover markalı ** BR *** d.n.n. avtomaşını (hazırda həmin avtomaşını Mersedes Galenvagen markalı avtomaşınla barter edərək eyni nömrədə idarə edir), onun kreditlə aldığı Changan markalı avtomaşını, onun təmir etdirdiyi və aldığı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən "xxxx" MTK- nın tikdiyi 117 kv.m. sahəsi olan 3 otaqlı yeni tikilini öz adına sənədləşdirmiş, bununla kifayətlənməyib Səbail rayon Məhkəməsində onu və qardaşını müvəqqəti olaraq həbsdən azad etmək üçün 100.000 nıanat pul lazım olduğunu, Binəqədi rayon Polis İdarəsində X69 barədə şikayəti ləğv etmək üçün 40.000 manat pulun, eləcə də o həbs olunduqdan sonra 140.000 manat məbləğində Tovuz rayonunda yerləşən damazlıq təsərrüfatının satılaraq pulunu əldə edib, guya o həbsdə olarkən müxtəlif şəxslərə rüşvət verəcəyi adı ilə ələ keçirmişdir. O, vəkil Cavabdeh inandığından, sonuncu onun və valideynlərinin etibarından sui-istifadə etmişdir. O da X69nın və atası İsmayıl Hüseynovun şikayət ərizələrinə qoşulur, onların yazdıqları həqiqətdir. Hesab etmişlər ki, vəkil Cavabdeh ümümi məbləği 500.000 manatı aşan vardovlət, pul və əmlaklarım ələ keçirmək üçün hətta onunla qısa müddətli nikaha girməkdən belə çəkinməmişdir (nikaha girərkən vəkil Cavabdeh nəvəsi var idi). Bundan başqa Tovuz rayonu Qovlar qəsəbəsində yerləşən ümumi dəyəri 250.000 manat təşkil edən evini bağışlama yolu ilə eyni qaydada öz adına keçirsə də çox çətinliklə həmin evi onların şikayət etdiklərini bildiyi üçün vəkil Cavabdeh notarial qaydada geri qaytarmışdır. Lakin öz xətti ilə yazdığı mətni onun valideynlərinə notariusda rəsmiləşdirməklə özünü sığortalamaq istəsə də əslində ailəsi öz evlərini qaytarmaq üçün vəkilin diqtə etdiklərini yazmaq məcburiyyətində qalmışlar. Vəkil Cavabdeh ona məxsus bahalı telefon nömrələrini aldığı etibarnamə əsasında ondan icazəsiz və xəbərsiz hər birini 4-5 min manata satmışdır. Vəkil Cavabdeh onunla nikahda olarkən, vəkilin keçmiş əri onun saxta diplomları olması ilə bağlı Cavabdeh şantaj etməsi barədə ona bildirmişdir. Cavabdeh ondan keçmiş ərini susdurmaq üçün külli miqdarda - təxminən 30.000 manat civarında pullar almışdır, sonradan ona məlum olmuşdur ki, həqiqətən də Cavabdehnm diplomlarının kökü yoxdur və o nə Ukrayna Respublikasındakı, nə də San-Marino Universitetində oxumamışdır. Belə ki, Cavabdeh rus dilində danışa bilməyə-bilməyə Ukrayna Respublikasında oxuması mümkünsüz idi. Onun valideynləri çox aciz vəziyyətdədir. Onun zərərçəkmiş şəxslərə verməli olduğu bütün əmlak və pulları vəkil Cavabdeh ələ keçirmiş, hazırda bu səbəbdən də onun həbslə bağlı olmayan cəza alması mümkünsüzdür. X82 vəkil Cavabdeh ona və ailəsinə vurduğu külli miqdarda ziyanın geri qaytarılmasını və vəkillik barəsində qanunla nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. İntizam icraatı üzrə vəkil Cavabdeh verdiyi qısa izahatın məzmunu ondan ibarətdir ki, o, 2014-cü ildən 4 saylı hüquq məsləhətxanasında vəkillik fəaliyyətinə başlamışdır. Fəaliyyət göstərdiyi müddət ərzində heç bir qanun pozuntusuna yol verməmişdir. X25 və oglu Rahib Hüseynovu ilk olaraq 2016-ci ilin sentyabr ayında hüquqi yardim göstərilməsi üçün 4 saylı hüquq məsləhətxanasına müqavilə bağlamaq üçün gəldikləri zaman tanımışdır. Həmin vaxt Rahib Hüseynov ilə Bakı Apellyasiya Məhkəməsində məhkəmə nəzarəti qaydasında işə baxılması üçün müqavilə bağlamışdır. Daha sonra şikayətçi ilə Lətifə Hüseynovaya qarşı olan pul tələbinə dair iş üzrə 4 saylı hüquq məsləhətxanasında müqavilə bağlamışdır. Bu yolla Lətifə Hüseynova, onun həyat yoldaşı Qara İsmayılov və övladlarının məhkəmə işləri ilə bağlı sonuncularla müqavilələr bağlamışdır. Bəzi müqavilələrin pulunu bir ailə üzvü kimi özünə ödətdirmişlər. X44 13 aprel 2017-ci ildə rəsmi nikaha girmişdir. Həmin vaxtdan sonra bu ailə ondan ailə üzvü kimi istifadə etməyə başladılar. Lakin qeyd etmişdir ki, rəsmi nikaha girənədək o, Rahib Hüseynovla faktiki ailə münasibətlərində olmuş və birlikdə yaşamışdır. X45 ilə aralarındakı ailə münasibətləri oğlu Rahib həbs olunduqdan sonra pozuldu, belə ki, qayınana kimi L.Hüseynova niyə Rahibi həbsdən azad edə bilmədiyi üçün onu günahkar hesab edirdi. O, L.Hüseynovaya zərərçəkmiş şəxslərin pulunun ödənilmədiyi halda kömək edə bilmədiyini dedikdə, sonuncu həmişə onunla mübahisə edir və onu günahlandırırdı. Qeyd etmişdir ki, X45 və həyat yoldaşı İsmayıl Hüseynov barəsində çoxlu sayda insanları aldatma və insanlara şər-böhtan atmaları barədə hüquq mühafizə və icra orqanlarında çoxlu sayda şikayətlər və icra işləri vardir. X17 və həyat yoldaşı İsmayıl Hüseynovun ona hüquqi yardım göstərilməsi üçün ödədikləri bütün pullar müqavilədə əks olunmuşdur. Bu şəxslər həmin müqavilə pullarını cox çətinliklə ödəyirdilər. Ailə quranadək müqavilələr üzrə hüquqi xidmət haqqlarını şikayətçilər ödəyirdilər, lakin ailə qurduqdan sonra müqavilə haqqını o özü şəxsi vəsaiti hesabına ödəmişdir. X17 şantajlarından və tələblərindən bezərək 2019-cu ilin iyul ayında o, Rahib Hüseynovdan boşanmış, lakin boşansa da Rahiblə əlaqələri kəsməmişdi, onun yaşayışı ilə daima maraqlanırdı və əlaqə saxlayırdı. Rahib Hüseynov nikah dövründə onun adına əmlaklarını bağışlama yolu ilə keçirmişdir. Boşansalar da Rahib Hüseynov əmlakların onun adında qalmasını tələb və xahiş edirdi. Buna baxmayaraq hələ nikahda olarkən o, qeyri-yaşayış sahəsini (fermanı) Lətifə Hüseynovanın tələbi ilə sonuncunun qohumunun adına keçirtmişdir. Həmin ərəfələrdə Tovuz rayonunda olan yaşayış evinin də qaytarılmasını istəsə də, Rahib Hüseynov evin qaytarılmamasını ondan xahiş etdi. Şikayət ərizəsində qeyd edilən Range Rover maşını o, öz vəsaiti hesabına almışdır, həmin avtomobildən öncə onun özünün kifayət qədər avtomobilləri olub. Digər Changan markalı avtomobillə bağlı bildirmişdir ki, həmin avtomobili lizinq şirkətindən kredit müqaviləsinə əsasən əldə etmiş və kredit məbləğini də o özü ödəmişdir. Həmçinin bildirmişdir ki, o, birinci həyat yoldaşı ilə nikahda olduğu ərəfələrdə aldığı Nəsimi rayonu, R.Məmmədov küçəsində yerləşən mənzilini də X45 öz adına çıxararaq mənimsəmək istəyir. Həmin evin Lətifə Hüseynovaya hec bir aidiyyati yoxdur. Rahib Hüseynov öz adına olan evi və qeyri-yaşayış sahəsini ona bağışladıqdan sonra ailədə daima mübahisələr başladı, söz-söhbətin bitməsi üçün o, Rahibin adına baş etibarnamə vermişdir ki, öz ailə mübahisəsini özləri həll etsinlər. Həmin əmlakın özlərinin olduğu və aralarında heç bir pul haqq-hesabının olmaması barədə notarial qaydada özlərinin yazdığı ərizələri də ona təqdim etmişlər. Bundan başqa X45 onun qohumu Seva Teymurovanı əvvəldən tanımışdır, onun kim olması, nə işlə məşğul olduqunu gözəl bilmişlər. Həmin ərəfədə Seva Teymurova mağaza işlədirdi və onda pulun olduğunu və özünə ev almaq istədiyini Lətifə Hüseynova gözəl bilirdi. X83 ilə ortaq dil tapib ondan borc pul almağa nail olmuşlar və Seva da onlara notarial qaydada borc pul vermişdir. Seva Teymurova dəfələrlə pulunu tələb etdikdən sonra, bir dəfə poctla 2000 manat pul göndərmişlər. Daha sonra ümumi razılığa əsasən pulun 60.000 manatını nağd şəkildə qaytarmışlar. 40.000 manatı da qaytarmasına müəyyən vaxt istəmişlər və Seva Teymurova ilə Lətifə Hüseynovanın pula görə münasibətləri pisləşdiyindən İsmayıl Hüseynovun xahişi ilə aralarında yenidən borc müqaviləsi bağlanmışdır. Şikayət ərizəsində qeyd edilən poçt vasitəsi ilə 22.000 manat və 3000 manat pulun göndərilməsi ilə bağlı bildirmişdir ki, həmin vaxt o, Rahib Hüseynovla faktiki olaraq birgə ər-arvad kimi yaşayırdı. X54 şəxsiyyət vəsiqəsi istintaqda olduğu üçün X69 pulu bank vasitəsi ilə onun adına göndərmiş, sonra o da Rahiblə birlikdə həmin pulu göturmüş, pul Rahibin öz borclarına və problemlərinə xərclənmişdir. Şikayətçinin ərizəsində telefon nömrələri ilə bağli göstərdiyinə dair bildirmişdir ki, Rahibin adına olan nömrələr bağlanmaması üçün *** *** ** **, 050 *** ** ** nömrələri onun adına keçirtmiş və sonradan həmin nömrələri hazırkı vəkilinin adına keçirmişdir. Ərizədə qeyd edilmiş 050 *** ** ** nömrəsi isə Lətifə Hüseynovaya məxsus olmuş, sonuncu kreditə telefon götürmüş və bildiyinə görə pulunu ödəməmişdir. X17 ərizəsində göstərdiyi bütün hallar tam olaraq şər və böhtandır. İntizam icraatı üzrə araşdırma ilə müəyyən edilmişdir ki, vəkil Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10.2003-cü il tarixli Qərarı ilə müəyyən edilmiş “Nikahın qeydə alınması” qaydalarının 3.8-ci bəndinə zidd olaraq, ərizə verilən gündən 1 aydan tez (12 gün ərzində) müvəkkili olmuş Rahib Hüseynovla nikaha daxil olmuşdur. Vəkil Cavabdeh X44 qısa zamanda nikaha girməkdə məqsədi sonuncuya məxsus əmlaklar üzərinə qoyulmuş həbsin qarşısını almaq və nikaha girdikdən sonra həmin əmlakların öz adına rəsmiləşdirilməsi yolu ilə tələbin həmin əmlaklara yönəlməsinin qarşısının almaq olmuşdur. Bu yolla vəkil Cavabdeh peşə fəaliyyətini həyata keçirərkən, qanuna zidd olaraq əmlak xarakterli maddi nemətlər əldə etməyə yönəlmiş hərəkətlər etmişdir. Həmçinin, araşdırma ilə müəyyən edilmişdir ki, vəkil Cavabdeh hüquqlarının müdafiə etdiyi Rahib Hüseynovla qanunvericiliyin tələblərinə zidd olaraq sonuncunun saxlanıldığı təcridxanada hüquqi yardıma dair müqavilələr bağlamışdır. Hətta, Rahib Hüseynovun X69nın pul tələbinə dair mülki iş üzrə hüquqlarını Azərbaycan Respublıkası Ali Məhkəməsində müdafiə etmək üçün Rahib Hüseynovla təcridxanada hüquqi yardıma dair müqavilə imzalamışdır. Müqavilələrlə yanaşı, vəkil Cavabdeh pulun ödənilməsi ilə bağlı mədaxil qəbzlərini də təcridxanada saxlanılan Rahib Hüseynova imzalatdırmışdır. Bu yolla, vəkil Cavabdeh qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bundan başqa araşdırma ilə müəyyən edilmişdir ki, vəkil Cavabdeh hüquqi xidmətə dair bağladığı müqavilələrdən əlavə Lətifə Hüseynovadan pul almışdır. Belə ki, Lətifə Hüseynova 21.10.2016-cı il tarixdə 500 manat, 22.02.2017-ci il tarixdə 22.000 manat, 23.02.2017-ci il tarixdə 3000 manat məbləğində pulları bank vasitəsi ilə Tovuz rayonunda vəkil Cavabdehnm adına köçürmüşdiir. 21.10.2016-cı il tarixli köçürmə ilə bağlı vəkil Cavabdeh müqavilə pulunun Lətifə Hüseynova tərəfindən köçürüldüyünü bildirsə də, müəyyən olunmuşdur ki, həmin tarixdə Lətifə Hüseynova ilə müqavilə bağlanmamış, 2016-cı ilin oktyabr ayında müqavilələr pulun köçürülməsindən xeyli əvvəl bağlanmışdır və bu müqavilələr üzrə pul vəkil Cavabdeh həmin dövrdə fəaliyyət göstərdiyi 4 saylı Vəkil Bürosunda nağd şəkildə artıq ödənilmişdi. Həmçinin 22.02.2017-ci il və 23.02.2017-ci il tarixlərində pul köçürülməsi ilə bağlı vəkil Cavabdeh X44 faktiki nikah münasibətlərində olduğunu və müvəkkili ilə birlikdə yaşadıqlarını göstərmişdir. Vəkil Cavabdeh bu izahatına tənqidi yanaşmaqla hesab etmişlər ki, vəkil özünü müdafiə etmək məqsədi ilə belə izahat vermişdir. Çünki vəkil Cavabdeh ilkin izahatlarında Lətifə Hüseynova tərəfindən onun adına göndərilmiş pul vəsaitinin onların ailə üzvü olduğundan və həyat yoldaşı (müvəkkili) Rahib Hüseynova məxsus şəxsiyyət vəsiqəsinin istintaq orqanında olduğunu bildirmişdir. Lakin sonradan yuxarıda qeyd edilən üç köçürmənin nikahdan öncə onun adına köçürüldüyünü bildirdikdə çıxış yolu kimi öz müvəkkili ilə faktiki nikah münasibətlərində olduğunu bildirmişdir. Eyni zamanda vəkil Cavabdeh izahatlarında 15.02.2017-ci il tarixədək Rahib Hüseynovla vəkilmüvəkkil münasibətlərində olduğunu qeyd etmişdir. Rahib Hüseynovun 15.02.2017-ci il tarixdə həbsdən azad edilərək ev dustaqlığına buraxıldıqdan 2 gün sonra, 17.02.2017-ci il tarixdən başlayaraq, X54 barəsindəki qətimkan tədbiri dəyişdirilərək, azadlığa çıxdıqdan 7 gün sonra vəkil Cavabdeh adına pullar köçürülərkən, artıq tərəflərin faktiki nikah münasibətlərində olmasını inandırıcı hesab etmirlər. Bundan əlavə, 4 saylı Vəkil Bürosunda Rahib Hüseynovla vəkil Cavabdeh arasında hüquqi yardıma dair müqavilələr imzalanarkən Rahib Hüseynova məxsus şəxsiyyət vəsiqəsi sonuncunun özündə olmuş, bununla bağlı müqavilədə qeydiyyatlar aparılmışdır. Bu fakt da vəkil Sevil X28 şəxsiyyət vəsiqəsinin istintaqda olması səbəbindən, pulların R.Hüseynovun adına deyil, onun adına köçürüldüyünü inkar edir. Yuxarıda sadalanan vəkil Cavabdeh tərəfindən yol verilmiş intizam pozuntuları 2016-2017-ci illəri əhatə etmişdir. Bu baxımdan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin İİİ bəndinə istinad edərək qeyd edilir ki, vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən altı ay, törədildiyi gündən isə bir il müddətində tətbiq edilə bilər. Lakin, X2 Hüseynovla rəsmi nikaha daxil olduğu 13.04.2017-ci il tarixdən sonra 23.05.2017-ci il tarixdə vəkil Cavabdeh 2000 manat pulun Lətifə Hüseynova tərəfindən köçürülməsi halına gəldikdə bildirilmişdir ki, həmin ərəfədə vəkil S.X55 rəsmi olaraq nikahda olduğuna görə həmin məbləğdə pulun hansı məqsədlə köçürülməsi dəlilinə qiymət verilməsi mümkün hesab edilə bilməz. Bundan başqa müəyyən edilmişdir ki, Vəkillər X46 tərəfindən müəyyən edilmiş qaydalara zidd olaraq, 2019-cu ilin oktyabr ayından hüquqi yardıma dair muqavilər uzrə pulun ödənilməsi nağdsız qaydada aparılmalı olduğu halda, vəkil Cavabdeh 14.11.2019-cu il tarixdə Rahib Hüseynovla 20 saylı müqavilə imzalayarkən, sonuncudan həmin müqavilə üzrə 100 manat məbləğində pulu nağd qaydada qəbul etmiş və bununla bağlı 14.11.2019-cu il tarixli GSU 286120 saylı mədaxil qəbzi təqdim etmişdir. Sonradan vəkil Cavabdeh "xxxx" ASC-nin C.Cabbarlı filialında terminal vasitəsi ilə 15.11.2019-cu il tarixli qəbz edərək, məbləğin nağd şəkildə onun tərəfindən qəbul edilmədiyini, xidmət haqqı olaraq 100 manat pulun Lətifə Hüseynova tərəfindən ödənildiyini bildirmişdir. Bu xüsusatla bağlı qeyd etmişlər ki, müqavilə 14.11.2019-cu il tarixdə bağlanan zaman vəkil Cavabdeh tərəfindən həmin tarixli GSU 286120 saylı mədaxil qəbzi təqdim olunmuş və bununla artıq müqavilə üzrə məbləği nağd surətdə qəbul etdiyi öz təsdiqini tapmışdır. Sonradan terminal vasitəsi ilə 100 manat məbləgində pulun 15.11.2019-cu il tarixdə vəkil Cavabdeh hesabına mədaxil olunması, heç də 14.11.2019-cu il tarixdə 100 manat məbləğində pulun nağd surətdə qəbul edilmədiyini inkar etmir. Həmçinin, izahatında vəkil Cavabdeh pulun "Azərbaycan Beynəlxalq Bank” ASC-dəki hesabına mədaxil olunduğunu bildirsə də, təqdim edilən qəbzdən görünür ki, pul "xxxx" ASC-dəki hesaba mədaxil olunmuşdur. Bu xüsusatla bağlı hesab edirlər ki, vəkil Cavabdeh "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, "Vəkillərin Davranış Qaydaları haqqında" Əsasnamənin tələblərini pozmuş və intizam pozuntusuna yol vermişdir. Müraciətdə qeyd edilən digər xüsüsatlara Vəkillərin İntizam Komissiyası tərəfindən hüquqi qiymət verilməsi mümkün olmamışdır. Vəkillərin İntizam Komissiyası 05 noyabr 2020-ci il tarixli rəylə intizam icraatı üzrə toplanmış materialları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, X8 və X13 şikayətləri əsasında aparılmış intizam icraatı ilə bağlı araşdırma materialları üzrə Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh müvəkkili Rahib Hüseynova məxsus əmlaklar üzərinə qoyulmuş həbsin qarşısını almaq və əmlakların öz adına keçirilməsinə nail olmaq məqsədi ilə formal nikaha girməklə, peşə fəaliyyətini həyata keçirərkən qanuna zidd olaraq əmlak xarakterli maddi nemətlər əldə etməyə yönəlmiş hərəkətlər etdiyindən, hüquqlarını müdafiə etdiyi şəxslə onun saxlanıldığı istintaq təcridxanasında hüquqi yardıma dair müqavilələr bağlamaqla və həmin müqavilələr üzrə hüquqi yardım haqqının təcridxanada saxlanılan şəxs tərəfindən formal olaraq ödənilməsini təşkil etdiyindən; hüquqi yardıma dair müqavilə bağlamadan banklardan onun adına köçürülmüş pulları əldə etdiyindən; köçürülən pulların məqsədini yayındırmaq üçün öz müvəkkili ilə rəsmi nikahdan əvvəl, faktiki nikah münasibətlərində olduğunu bildirərək, vəkil etikasına və vəkillik fəaliyyətinə uyğun olmayan hərəkətlər etdiyindən; 14.11.2019-cu il tarixdə bağladığı hüquqi yardıma dair müqavilə üzrə xidmət haqqını müvəkkilindən nağd qaydada qəbul etdiyindən və nağd qaydada qəbul etdiyi pulu sonradan bankda terminal vasitəsi ilə öz hesabına mədaxil olunmasım təşkıl etdiyindən vəkil kimi hüquq və vəzifələrini diizgün icra etməmiş, peşə fəaliyyətini həyata keçirərkən özü üçün maddi nemətlər əldə etmiş, vəkil etikası tələblərinə riayət etməmiş, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol vermiş, bununla vəkilliyə olan inamı azaltmaqla, vəkillik peşəsinin nüfuzunu artırmağa yönələn və vəkilliyə olan ictimai etimadın bərpası üçün tədbirlər görməmişdir. Bununla da vəkil Cavabdeh "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respııblikası Qanıınunun 1-ci maddəsinin İİİ hissəsinin, 16-cı maddəsinin 1 və İİİ hissələrinin, 18 və 19-cu maddələrinin, "Vəkillərin Davranış Qaydaları haqqında" Əsasnamənin 2.3, 2.5-ci, 2.8 və 2.10-cu bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Vəkillər X46 06.11.2020-ci il tarixli iclasında Vəkillərin İntizam Komissiyasının 05 noyabr 2020-ci il tarixli rəyi nəzərə alınaraq, peşə fəaliyyətini həyata keçirərkən vəkil Cavabdeh tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİİ hissəsinin, 16-cı maddəsinin İ və İİİ hissələrinin, 18 və 19-cu maddələrinin, "Vəkillərin Davranış Qaydaları haqqında" Əsasnamənin 2.3, 2.5, 2.8 və 2.10-cu bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələbləri pozulduğundan, onun Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və həmin məsələ ilə əlaqədar məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətinin dayandırılması qərara alınmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, ondan Vəkillər Kollegiyasına şikayət etmiş şəxslər onun keçmiş ailə üzvləri olmuş və ailə münasibətlərinin pozulması nəticəsində ondan qisas almaq niyyəti ilə bunu etmişlər. Belə ki, keçmiş həyat yoldaşı Rahib Hüseynovun və valideynlərinin istəkləri o idi ki, daim ondan istifadə etsinlər, ömrü boyu bu şəxslərin hüquqlarını müdafıə etsin və həm onun adından istifadə edərək yeni insanları dələduzluq yolu ilə aldadıb pullar alsınlar, həm də o, əmlakını onların borclularına versin. İddia tələbini əsaslandıran sübutlar üzrə aşağıdakıları bildirmişdir, intizam icraatı üzrə araşdırma aparılan zaman Vəkillər Kollegiyası müəyyən etmişdir ki, ərizə verilən gündən 1 aydan tez 12 gün ərzində Rahib Hüseynovla nikaha girmişdir. Həmçinin vəkil Cavabdeh Rahib Hüseynovla müddətdə nikaha girməsinin məqsədi guya Rahib Hüseynova məxsus əmlaklar üzərinə qoyulmuş həbsin qarşısını almaq olmuşdur və Cavabdeh maddi nemətləri əldə etməyi yönəlmiş hərəkətlər etmişdir. Bununla bağlı bildirmişdir ki, onun belə bir maddi nemətlər əldə etməyə yönəlmiş hərəkətləri olmamışdır, onun məqsədi və niyyəti ailə qurmaq olmuşdur. Ən əsası o, Rahib Hüseynovla nikaha daxil olanda onun mülkiyyətində heç bir əmlak olmamışdır ki, onun niyyəti həmin əmlakları həbsdən qorumaq və mənimsəmək olsun. Bunun əksini təsdiq edən bir sübut nə şikayətçilər, nə də ki, iddiaçı tərəfındən məhkəməyə təqdim olunmamışdır. X2 Hüseynov ilk dəfə 2016-cı ilin sentyabr ayında hüquqi yardımla bağlı müqavib bağlamaq üçün gəldiyi zaman 4 saylı Hüquq Məsbhətxanasında tanış olmuşdur. Həmin vaxt Rahib Hüseynov Bakı Apellyasiya Məhkəməsində məhkəmə nəzarəti qaydasında işə baxılması üçün müqavilə bağlamışdır. O, 2016-cı ilin sonlarından birinci həyat yoldaşı ilə ayrı yaşayırdı və 2016-cı ilin dekabr ayında boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Ondan şikayət etmiş şəxslər Lətifə Hüseynova və Rahib Hüseynov 2016-cı ilin sentyabr ayından onların evə daimi gəlib-getdiklərindən onlarla ailəvi yaxınlıq etdiklərindən keçmiş həyat yoldaşı ilə ailə münasibətlərinin gərgin olduğunu bilirdilər. Rahib Hüseynov 2013-cü ildə həbs olunduğu zaman keçmiş həyat yoldaşı Xatirə Hüseynovadan boşanmışdır. O da ilk həyat yoldaşı ilə 2017-ci ilin yanvar ayında boşanmışdır, boşanma şəhadətnaməsinin həmin ilin aprel ayında almışdır. İddia ərizəsində qeyd olunan “12 gün” boşanma şəhadətnaməsi ilə yeni nikah şəhadətnaməsi arasındakı müddətdir. Rahib Hüseynov 2017-ci ilin əvvəllində ona ailə qurmaq təklif etmişdi, Həmin vaxtlar istər Rahibin atası, istərsə də özü onu çox istədiklərini və Rahibin onunla ailə quraraq birgə yaşamaq istədiyini bildirirmişlər. 2014 və 2016-cı illərdə Rahib Hüseynov barəsində olan cinayət işi üzrə xitam qərarı olsa da o, X62 adlı şəxsə külli miqdarda borcu olmasını bilirdir, ona görə də bu nikaha etiraz etmişdir. X84 və anası ona bildirmişlər ki, həmin borc Rahibin borcu deyii, sonuncunun keçmiş qayınatası Əvəz Qocayev tərəfindən ödəniləcək. Şikayətçi Rahiblə rəsmi nikahlarını X66 rayonunda yerləşən qeydiyyat şöbəsinin rəisi vasitəsilə rəsmiləşdirilmişdir. Vəkillər Kollegiyası araşdırma apararaq onun nikahını formal hesab etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, onunla Rahib Hüseynov arasında bağlanmış nikah formal olmamış, ailə qurmaq niyyəti ilə bağlanmış, ər-arvad kimi bir yerdə yaşamışlar və onların nikahları etibarsız olması barədə məhkəmə qərarı da yoxdur. Azərbaycan Respublikası Konstitusiyasına görə hər kəsin ailə qurmaq hüququ var, o da öz hüququndan istifadə edərək həmin vaxt rəsmi nikaha girərək ailə qurmuşdur. Rahib Hüseynovla nikahı rəsmiləşdirərkən onlar onunla və valideynləri ilə Tovuz rayonunda yaşayırdılar. Ona görə də Tovuz rayon Qeydiyyat şöbəsinə ərizə vermişlər və bir müddət sonra onlara zəng olunaraq, nikah rəsmiləşdirilmişdir. Həmin müddətin 1 aydan az olub-olmamasında onun hər hansı formada marağının olması absurddur. Digər tərəfdən şikayətçilər Tovuzda yaşayırdılar və tovuzlu idiliər, o cümlədən X17 dediyinə görə rayon qeydiyyat şöbəsinin rəisi onun tanışı idi. İddia ərizəsinin 4-cü səhifəsinin 2-ci abzasında iddiaçı mövcüd olmayan qaydalara əsaslanmışdır. Güman etmişdir ki, iddiaçı “Vətəndaşiıq vəziyyəti aktiarının dövlət qeydiyyatı” Qaydasının 3.8-ci bəndini nəzərdə tutmuş, lakin bununla belə həmin Qaydanın 3.9-cu bəndində qeydiyyat şöbəsinin nikahı bağlanma müddətinin azalda bilməsi hüququnu unutmuşdur. Ümumiyyətlə, həmin Qaydada göstərilən istər 1 aylıq müddət, istərsə də həmin müddətin azaldılma halları nikahı rəsmiləşdirən qeydiyyat şöbəsinin vəzifəli şəxsinin səlahiyyətlərinə aid oiduğundan bu halın pozulmasına görə nikaha daxil olan şəxslərdən hər hansı birini günahlandırmaq hüquqi savadsızlıqdan başqa bir şey deyildir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respubiikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh ediiməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahı bağlanmasının əsas şərtidir. Kişi və qadının nikah ittifaqının konüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfındən tanınır. Bu prinsip onu ifadə etmişdir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur. Belə ki, Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafıq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmçinin Vəkillər Kollegiyası iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş qaydalara zidd olaraq, pulun ödənilməsini nağdsız qaydada aparmalı olduğu halda Cavabdeh 14 noyabr 2019-cu il tarixdə 20 saylı müqaviləni imzalayarkən sonuncudan həmin müqavilə üzrə 100 manat məbləğində pul nağd qaydada qəbul etmişdir. Bildirmişdir ki, Kollegiyanın gəldiyi bu nəticə düzgün deyil, həmin müqavilə üzrə L.Hüseynovanın özü tərəfindən 100 manat "xxxx" ASC-yə ödənilmişdir. Daha sonra iddia ərizəsində göstərilmişdir ki, guya izahatında vəkil Cavabdeh pulun "xxxx" ASC-yə mədaxil olunduğunu bildirmişdir. O, Vəkillər Kollegiyasına belə bir izahat verməmişdir. İddiaçı münasibətlərin davam etdirilməsinə əsas olaraq bağışlama müqaviləsinə əsaslanmışdır. Halbuki bağışlama müqaviləsi vəkil-müvəkkil münasibətinə deyil, ər-arvad arasındakı əmlak münasibətlərinə aid olmuşdur. Digər tərəfdən Rahib Hüseynovun qardaşı Emin Hüsevnov da onun kimi dələduzluq cinayətinə görə məhkum olunmuş və eyni CÇM-də cəza çəkirlər. Cinayət işindəki məbləğlərdən əlavə Hüseynovlar ailəsinin valideynləri daxil olmaqla hər bir üzvünə qarşı milyonlarla borc tələbinə dair icra sənədləri vardır. Hər bir ailə üzvi, ən əsas da Rahib Hüseynovun qardaşı Emin Hüseynov damazlıq mal təsərrüfatı kompleksini satıb öz borclarına yönəltmək istədiyindən Rahib Hüseynov onların nikahdan sonra valideyninin ona bağışladığı həmin əmlakı və rayondakı evi ona bağışlamışdır, lakin sonuncunun həbsindən sonra onun ailə üzviəri mütəmadi onu narahat etdikliərindən həmin əmlaka və onun Tovuz rayonundakı evinə görə Rahib Hüseynova etibamamə vermişdir ki, qardaşı və valideynləri problemlərinə onu qatmasınlar. Əgər onun əmlak mənimsəmək fikri olsaydı, nə zamanında həmin etibarnamələri verərdi, nə də ki, sonradan şikayətçilər istədikdə təsərrüfat kompleksinin satılmasına razılıq verməzdir, evi də yenidən Rahib Hüseynova bağışlamazdır. Bundan başqa Vəkillər Kollegiyasının İntizam Komissiyası nə onun vəkil olaraq ailə məsələlərini araşdırmaq, nə də əmlak məsələlərini araşdırmaq səlahiyyətində deyildir. Çünki hər bir Azərbaycan vətəndaşı kimi vəkil də ailə həyatı qura bilər və ailə münasibətlərinin pozulması nəticəsində nikahı poza bilər və bunların vəkillik peşəsi ilə heç bir əlaqəsi yoxdur. Onun şəxsi ailə münasibətlərinin araşdırılması Vəkillər Kollegiyasının səlahiyyətlərinə aid deyildir. Həmçinin Vəkillər Kollegiyasının İntizam Komissiyası araşdırma nəticəsində belə qənaətə gəlmişlər ki, peşə fəaliyyətini həyata keçirərkən Cavabdeh özü üçün maddi nemətlər əldə etmişdir. Bununla bağlı bildirirmişdir ki, belə bir hal olsaydı, hüquq-mühafızə orqanları tərəfindən araşdırma aparılarkən hüquqi qiymət verilərdi. İntizam Komissiyası sadəcə şikayətçilərin şər-böhtan xarakterli ərizələrinə istinad etmiş, onun tərəfindən təqdim edilmiş sübutlara qiymət belə verilməmişdir. Ümümiyyətlə şikayətçilərin ailəsinə 2016-cı ildə çoxlu sayda hüquqi yardım göstərmişdır. Onların onun peşə fəaliyyəti ilə bağlı həmin illər ərzində heç bir şikayətləri olmamış, hal-hazırda da şikayətləri onun keyfıyyətsiz hüquqi yardım göstərməyi ilə bağlı olmamış, yalnız onun Rahib Hüseynov ilə boşandıqdan sonra ailə münasibətlərinin pozulması nəticəsində əsassız şikayətlər olmuşdur. Lətifə Hüseynovanın məqsədi tanıdıqları imkanlı vəzifəli şəxslərdən şər və böhtan ataraq pul əmlak tələb etmələri hamıya məlumdur. Şikayətçinin ərizəsində göstərdiyi bütün yazılar tam olaraq şər və böhtandır. Çünki onların məqsədi onun da əmlakının satılaraq onların borclarına verilməsi olmuşdur. Əlavə olaraq bildirmişdir ki, Lətifə Hüseynovanın əvvəlcədən düşünülmüş şəkildə çirkli bir oyunu olmuşdur. İşbaz və dələduz olan bu ailə onu rahatlıqla aldadıb öz toruna sala bilmişdir. Onlar əvvəlcə özlərini kimsəsiz, köməksiz, imkansız, başqaları tərəfındən haqları tapdanmış, hüquqları pozulmuş insanlar kimi təqdim etmişlər. O da onların ailəsinə daxil olduqdan sonra tanınmışdır. Onların ailəsində normal islah olunmaq istəyən şəxs var idisə Rahib Hüseynov idi. Lakin anası Rahibi də düz yola qayıtmağa qoymurdu, onu dələduzluq əməllərinə sövq edirdi. Özlərini onların ailəsinə doğma insan kimi göstərdilər, uşaqlarına özlərini istətdilər, xeyir və şərlərində gəlib özlərini ən yaxın doğmaları kimi göstərdilər. Amma onların bir oyun oynadığını, məkrli niyyətlərini və məqsədlərinin onun ailəsinin, özünün uşaqlarının, qohumlarının, dostlarının əmlaklarını aldadaraq mənimsəyərk olmasını sonradan bilmişdir. Onları tanıyan kim varsa bu ailə tərəfdən zərər çəkmiş şəxslərdir. Onların işi özlərini guya fəxri ada layiq görülmüş şəxs kimi təqdim etmək, vəzifəli şəxslərin adından istifadə edərək insanları aldadıb əmlaklarını mənimsəməkdir. Bu insanları cəmiyyət gözəl tanıyır, hər kəsi bir yolla aldatmış şəxslərdir. Onlar hamını rüşvət adı ilə şantaj edərək oğlanlarının buraxılmasına nail olmaq istəyirlər. Bir daha bildirmişdir ki, şikayətçinin ərizəsində qeyd etdikləri ona qarşı şər və böhtandır. Onların məqsədi onu hədələyərək oğlanlarını azadlığa buraxdırmaqdır. Halbuki onun belə bir səlahiyyəti yoxdur. Onlar barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmləri vardır. Bir daha qeyd etmişdir ki, Rahib Hüseynov ev dustaqlığına çıxandan sonra onu sevdiyini, onunla ailə qurmaq istədiyini dəfələrlə bildirmişdir. O, isə ona ziyan ödəməsə gələcəkdə həbs olunacağını bildirdikdə o, əmlakının qayınatası tərəfindən və xalaları tərəfindən əlindən alındığını bildirmiş, həmin şəxslərdən əmlakının alıb ziyanı ödəyəcəyini və azadlıqda qalacağını bildirmiş və onu buna inandırmışdır. Bir müddətdən sonra Rahib onunla ailə qurmuşdur. Bundan sonra Rahib qaynatasına, qayınanasına və keçmiş həyat yoldaşına qarşı ona iddia qaldırmağa, ondan guya keçmiş həyat yoldaşının adında əmlaklarının olması barədə sorğu vermək üçün ona əmlaklarının qaytarılmasında köməklik etməyi xahiş etmişdir. Lakin sonda heç bir əmlak olmadığı və Rahibin dediklərinin keçmiş qaynatasına qarşı böhtan olduğu müəyyən olundu. Onun bu dediklərinin kecmiş ailəsinə qarşı şər və böhtan olduğu müəyyən olundu. Bununla bağlı qayınatası Hüseynovlar ailəsini xüsusi ittiham qaydasında məhkəməyə verdi və onların coxlu yalvarışlarından, təkzib ərizələrindən sonra Əvəz Qocayev onlara qarşı şikayətindən imtina etdi. Vəkillər Kollegiyası iddia ərizəsində «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin pozulduğunu göstərsə də bildirmişdir ki, həmin Əsasnamənin pozulması halı baş verməmiş, onunla şikayətçilər arasında vəkillər müştəri arasında olan münasibətlərdən irəli gəlmiş şikayətlər olmamış, həmin şəxslər ailə münasibətlərinin irəli gələn şikayətlər etmiş, onun peşə fəaliyyəti ilə bağlı davranış qaydalarının pozulması ilə bağlı şikayətlərində bu barədə heç bir hal göstərməmişlər. O, fəaliyyət göstərdiyi 6 il ərzində müştəriləri ilə öz arasında peşə borcunu yerinə yetirərkən daim dürüstlük və ləyaqətini nümayiş etdirmişdir, digər şəxslərin ağır maddi və s. vəziyyətlərindən yararlanmamışdır, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün heç vaxt qanunsuz vasitələrdən istifadə etməmişdir, həmişə öz vəzifələrini səmərəli yerinə yetirməyə çalışmışdır, peşə fəaliyyətini həyata keçirməklə hər bir müraciət etmiş şəxs üçün vicdanlılıq nümunəsi göstərmişdir. Heç vaxt hüquqi yardım göstərdiyi şəxsləri qanunsuz hərəkətlərə sövq etməmişdir. Öz fəaliyyətini qanunvericilik çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirmişdir. Vəkillər Kollegiyasının İntizam Komissiyası araşdırma aparan zaman onun 6 illik fəaliyyətinə nəzər yetirsəydi, görərdi ki, vəkillik fəaliyyəti dövründə heç vaxt qanun pozuntusuna yol verməmişdir və barəsində heç bir şikayət Vəkillər Kollegiyasına daxil olmamışdır. Belə bir halda Vəkillər Kollegiyası ailə və şəxsi münasibətlər zəminində yaranmış əsassız və qanunsuz şikayəti əsasında intizam icraatı başlamamalı idi. Həmçinin, Vəkillər Kollegiyasının İntizam Komissiyası və Rəyasət Heyəti iclaslarında onun iştirakını təmin etməli və obyektiv araşdırma aparmalı idi. Bir daha qeyd etmişdir ki, ondan şikayət etmiş şəxslərin o ailə üzvü olmuş, həmin ailə üzvlərinə daim keyfiyyətli hüquqi yardım göstərmişdir. Hüseynovlar ailəsini bu respublikada çox insanlar tanıyır və həmin şəxslər də zərər çəkmiş şəxslərdir. Bu ailənin iki üzvü - Rahib Hüseynov və Emin Hüseynov dələduzluq etdiklərinə görə 9 il cəza almışlar, Onların anaları Lətifə Hüseynova barəsində Tovuz Rayon Məhkəməsinin icraatında cinayət işi vardır. X26 və onun əri İsmayıl Hüsevnova qarşı borclu qismində Tovuz Rayon, Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbələrində bir çox icra işləri vardır. Ondan şikayət etmiş bu şəxslər həmçinin onun pulunu və yaxın qohumları və ətrafının pullarını da mənimsəmişlər. Bu barədə məhkəmə qərarları var. Vəkillər Kollegiyasına şikayətdən əvvəl polis orqanlarına şikayətlərində olduğu kimi, ona borclu olduqları halda ondan pul istədilər, “verməsən VK-na şikayət edəcəyik” dedilər, istədiklərini almadıqda da hazırkı şikayəti yazmışlar. Bundan başqa Rahib Hüseynov cəzaçəkmə müəssisəsində dələduzluq əməllərini təkrarlayaraq, cəza çəkən dustaqlara onun onlara hüquqi yardım göstərəcəyi adı ilə aldadaraq adından həmin şəxslərin pullarını mənimsəmişdir. Tural və Yusif adlı məhkumları buna misal olaraq göstərə bilər. Hüseynovlar ailəsi daim öz qohum-əqrəbalarını şər-böhtan ataraq pullar tələb etmişlər. Sonda da o R.Hüseynovdan boşandıqdan sonra ona da şər-böhtan ataraq niyyətləri pullarını mənimsəmək olmuşdur. Bu şəxslər Vəkillər Kollegiyasından başqa bütün hüquqmühafizə orqanlarına şər və böhtan xarakterli şikayətlər etmişlər. Hüquq-mühafizə orqanlarında onların şikayəti araşdırılmış və təsdiqini tapmadığından şikayətləri ilə bağlı cinayət işinin başlanması ilə baglı rədd qərarları qəbul edilmişdir. O, İntizam Komissiyasının üzvü Vasif Həsənova bütün sənədləri, eyni zamanda cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərarları, şikayətçilərin ona borcu olması barədə məhkəmə qərarlarını, həmçinin dediklərini təsdiq edən səs yazıları təqdim etmişdir, lakin intizam icraatı materialının 1 ilə yaxın müddətdə - 10 ay müddətində Vasif Həsənovun icraatında qalmasına baxmayaraq həmin sənədlər İntizam Komissiyasına təqdim edilməmiş, bu sübutlara qiymət verilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X56 iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - X30 tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ünvanlanmış 21.05.2020-ci il tarixli ərizənin surətindən görünür ki, o, vəkil Cavabdeh qanunsuz əməlləri barədə ölçü götürülərək onun vəkillikdən uzaqlaşdırılması və onun şikayətinin araşdırılaraq hüquqi qiymət verilməsi üçün lazımi orqana yönəldilməsini xahiş etmişdir. - X8, X22 və X13 müxtəlif orqanlara ünvanladıqları şikayət ərizələrinin surətlərindən görünür ki, onlar vəkil Cavabdeh şikayətlər edərək onun vəkillikdən uzaqlaşdırılmasını və barəsində müvafiq tədbirlər görülməsini xahiş etmişlər. - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İntizam Komissiyasının 05 noyabr 2020-ci il tarixli rəyinin surətindən görünür ki, X30 Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh barəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasına şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, onun iki oğlu hazırda vəkil Cavabdeh acgözlüyü ucbatından Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Vəkil Cavabdeh 2016-cı ildə oğlu Rahib Hüseynovun hüquqlarını müdafiə etmək üçün 7000 manat, daha sonra hər instansiya üçün 5000 manat pul alaraq vəkillə müqavilə imzalamış, həbsdə olan oğulları Rahib Hüseynov və Emin Hüseynovu həbsdən azad etdirəcəyi vədinə inandırmışdır. Bundan başqa vəkil Cavabdeh hər dəfə məhkəmələrə pul vermək adı ilə, eləcə də ayrı-ayrılıqda hər şikayətə, müraciətə pul almaqla ümumilikdə ondan və həyat yoldaşından 420.000 manatdan artıq məbləğdə pul əldə etmişdir. Oğullarının həbsdə olmasından istifadə edərək, vəkil Cavabdeh vardövlətinin öz adına sənədləşdirməklə yanaşı, mal-qaraları, torpaqları hissə-hissə satmaqla 400.000 manat məbləğində pulunu ələ keçirmişdir. Vəkil Cavabdeh oğlu Rahib Hüseynovun əmlaklarını həbsdən qorumaq adı ilə sonuncunu 50.000 manat müqabilində həbsdən azad etdikdən sonra 13.04.2017-ci il tarixdə onunla Tovuz rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuş, oğluna məxsus Range-Rover markalı hazırda vəkilin özünün idarə etdiyi 10 ... 013 d.n.nişanlı avtomaşını, kreditlə əldə edilmiş Shangam markalı avtomaşını, oğlu Rahib Hüseynovun əldə etdiyi və təmir etdirdiyi Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən "xxxx" MTK-nın tikdirdiyi 117 kv.m. sahəsi olan 3 otaqlı yeni tikiiini öz adına sənədləşdirməyə nail olmuşdur. Bundan başqa vəkil Cavabdeh Tovuz rayonunda yaratdıqları Qovlar qəsəbəsindəki damazlıq mal təsərrüfatı kompleksini bağışlama müqaviləsi yolu ilə oğlu Rahib Hüseynovun adından öz adına keçirtməyə nail olmuşdur. Sonradan 2018-ci il tarixdə həmin əmlakı 140.000 manata sataraq pulunu ələ keçirtmişdir. Bu puldan hissə-hissə olmaqla cəmi 20.000 manat pulu ala bilmişlər. Həmçinin Tovuz rayonu Qovlar qəsəbəsində dəyəri 250.000 dəyərində olan evlərini vəkil Cavabdeh öz adına keçirmiş, lakin onların şikayətlərindəri sonra vəkil Cavabdeh həmin əmlakı notariat qaydasında onlara geri qaytarmışdır. Bundan başqa vəkil Cavabdeh bacısı qızı Seva Teymurovanı Bakı Apellyasiya Məhkəməsinin sədrinin köməkçisi kimi təqdim etmiş, onunla Seva Teymurova arasında 100.000 manat məbləğində borc müqaviləsi rəsmiləşdirmiş, amma əslində ona hər hansı məbləğdə pul borca verilməmiş, oğullarını Bakı Apellyasiya Məhkəməsində həbsdən azad etdirəcəyi adı ilə həınin məhkəmədə hər bir hakimə 50.000 manat məbləğində pul vermək lazım olduğunu bildirərək 100.000 manat məbləğində onu borclandırdı. Oğulları Bakı Apellyasiya Məhkəməsində həbs edilərək azadlıqdan məhrum olunduqdan sonra olmayan borca görə onu məhkəməyə vermis və pul tələb etməyə başlamışdır. Dəfələrlə ayrı-ayrı şəxslərə guya rüşvət vermək adı ilə ondan pul istədikcə, o bir çox şəxslərə borclanaraq vəkil Cavabdeh üçün bankdan pul götürməyə başlamışdır. Bank sənədlərindən də görünür ki, 2017-ci ildə 22.000, 3.000, 2.000 məbləğində pulları dəfələrlə Cavabdeh və bacısı qızı Seva Teymurovanın adına şəxsən pul göndərmişdir. Bu barədə bütün sübutları təqdim edir. Sonunda oğulları tamamən həbs olunduqdan və pul bitib evsiz-eşiksiz qaldıqdan sonra, vəkil onu və həyat yoldaşını oğlanları ilə hədələməyə başlamış, şikayət edəcəyi təqdirdə oğullarına cəzaçəkmə müəssisəsində rahatlıq verməyəcəyi ilə hədələmişdir. Vəkil Cavabdeh formal nikah müqaviləsi ilə oğluna və ömür boyu zəhmətlə topladığı var-dövlətə sahiblənsə də, bu əmlaklar müqabilində İran bankından kredit götürməklə, eləcə də əmlakları satıb pul əldə edərək şikayətçilərdən ərizə aiacağını vəd versə də, bununla bağlı heç bir şey etməmişdir. Vəkil Cavabdeh özündən 10 yaş kiçik olan oğlu Rahib Hüseynovla nikaha girəndə artıq onun ailəli qızı, 15 yaşlı başqa bir qızı da var idi. Oğluna məxsus bahalı nömrələri ondan etibarnamə alaraq 10-dan çox nömrəni 6.000 - 7.000 manata satmışdır. Adına olan 050 *** ** ** mobil nömrəsindən istifadə edərək onu 2000 manatdan artıq məbləğdə borca salmışdır. Vəkil Cavabdeh danışıq yolu ilə xahiş edərək istifadəsində olan oğluna aid avtomobilləri və yaxud evi geri qaytarmağı xahiş etsələr də "mənim əlaqələrim böyükdür” deyərək, onu əmlak bölgüsü tələbi ilə məhkəməyə verməyi bildirirərək onun barəsində şikayət etmək məcburiyyətində qoymuşdur. Vəkil Cavabdeh onu və yaşlı həyat yoldaşını aldadaraq İstanbulda ev, Xaçmaz rayonunda fermer təsərrüfatı, Bakıda Nəsimi rayonu ərazisində özünə evlər, oğluna məxsus Range Rover markalı maşını əldə etməyə nail olmuşdur. Bu cür vəkillər "vəkillik” deyilən peşəyə ləkədir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum X39 şikayət ərizəsi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət etmişdir. Şikayət belə əsaslamdırılmışdır ki, vəkil Cavabdeh ilkin olaraq onunla müqavilə bağlayaraq, hüquqlarını müdafiə etməyə başlasa da, sonradan ailəli olduğu üçün onunla qeyri-rəsmi olaraq davam edən şəxsi yaxın mübasibətləri əri tərəfindən aşkar olunduğu üçün ərindən boşanaraq 2017-ci ildə onunla rəsmi nikaha daxil oldu. Ona məxsus əmlaklarını həbsdən qorumaq adı ilə 47.000 ABŞ dollarına aldığı Range Rover markalı ** BR *** d.n.n. avtomaşını (hazırda həmin avtomaşını Mersedes Galenvagen markalı avtomaşınla barter edərək eyni nömrədə idarə edir), onun kreditlə aldığı Shangam markalı avtomaşını, onun təmir etdirdiyi və aldığı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən "xxxx" MTK-nın tikdiyi 117 kv.m. sahəsi olan 3 otaqlı yeni tikilini öz adına sənədləşdirmiş, bununla kifayətlənməyib Səbail rayon Məhkəməsində onu və qardaşını müvəqqəti olaraq həbsdən azad etmək üçün 100.000 manat pul lazım olduğunu, Binəqədi rayon Polis İdarəsində X69 barədə şikayəti ləğv etmək üçün 40.000 manat pulun, eləcə də o, həbs olunduqdan sonra 140.000 manat məbləğində Tovuz rayonunda yerləşən damazlıq təsərrüfatını satılaraq pulunu əldə edib, guya o, həbsdə olarkən müxtəlif şəxslərə rüşvət verəcəyi adı ilə ələ keçirmişdir. O, vəkil Cavabdeh inandığından, sonuncu onun və valideynlərinin etibarından sui-istifadə etmişdir. O da X69nın və atası İsmayıl Hüseynovun şikayət ərizələrinə qoşulur, onların yazdıqları həqiqətdir. Hesab edir ki, vəkil Cavabdeh ümumi məbləği 500.000 manatı aşan var-dövlət, pul və əmlaklarını ələ keçirmək üçün hətta onunla qısa müddətli nikaha girməkdən belə çəkinməmişdir (nikaha girərkən vəkil Cavabdeh nəvəsi var idi). Bundan başqa Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən ümumi dəyəri 250.000 manat təşkil edən evini bağışlama yolu ilə eyni qaydada öz adına keçirsə də çox çətinliklə həmin evi onların şikayət etdiklərini bildiyi üçün vəkil Cavabdeh notarial qaydada geri qaytarmışdır. Lakin öz xətti ilə yazdığı mətni onun valideynlərinə notariusda rəsmiləşdirməklə özünü sığortalamaq istəsə də əsiində ailəsi öz evlərini qaytarmaq üçün vəkilin diqtə etdiklərini yazmaq məcburiyyətində qalmışlar. Vəkil Cavabdeh ona məxsus bahalı telefon nömrələrini aldığı etibarnamə əsasında ondan icazəsiz və xəbərsiz hər birini 4-5 min manata satmışdır. Vəkil Cavabdeh onunla nikahda olarkən, vəkilin keçmiş əri onun saxta diplomları olması ilə bağlı Cavabdeh şantaj etməsi barədə ona bildirmişdir. Cavabdeh ondan keçmiş ərini susdurmaq üçün külli miqdarda - təxminən 30.000 manat civarında pullar almışdır, sonradan ona məlum oimuşdur ki, həqiqətən də Cavabdeh diplomlarının kökü yoxdur və o nə Ukrayna Respublikasındakı, nə də San-Marino Universitetində oxumamışdır. Belə ki, Cavabdeh rus dilində danışa bilməyə-bilməyə Ukrayna Respublikasında oxuması mümkünsüz idi. Onun valideynləri çox aciz vəziyyətdədir. Onun zərərçəkmiş şəxslərə verməli olduğu bütün əmlak və pulları vəkil Cavabdeh ələ keçirmiş, hazırda bu səbəbdən də onun həbslə bağlı olmayan cəza alması mümkünsüzdür. X82 vəkil Cavabdeh ona və ailəsinə vurduğu külli miqdarda ziyanın geri qaytarılmasım və vəkilin barəsində qanunla nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. X4 intizam icraatı üzrə araşdırma zamanı Komissiyanın iclasında iştirak edərək şikayət ərizəsinə uyğun izahat vermişdir. İntizam icraatı üzrə vəkil X9 izahat verərək göstərmişdir ki, o 2014-cü ildərı 4 saylı Hüquq Məsləhətxanastnda vəkillik fəaliyyətinə başlamışdır. Fəaliyyət göstərdiyi müddət ərzində heç bir qanun pozuntusuna yol verməmişdir. X25 və oglu Rahib Hüseynovu ilk olaraq 2016-ci ilin sentyabr ayında hüquqi yardim göstərilməsi üçün 4 saylı Hüquq Məsləhətxanasına müqavilə bağlamaq üçün gəldikləri zaman tanımışdır. Həmin vaxt Rahib Hüseynov ilə Bakı Apellyasiya Məhkəməsində məhkəmə nəzarəti qaydasında işə baxılması üçün müqavilə bağlamışdır. Daha sonra şikayətçi ilə Lətifə Hüseynovaya qarşı oları pul tələbinə dair iş üzrə 4 saylı Hüquq Məsləhətxanasında müqavilə bağlamışdır. Bu yoİİa Lətifə Hüseynova, onun həyat yoldaşı Qara İsmayılov və övladlarının məhkəmə işləri ilə bağlı sonuncularla müqavilələr bağlamışdır. Bəzi müqavilələrin pulunu bir ailə üzvü kimi özünə ödətdirmişlər. X44 13 aprel 2017-ci ildə rəsmi nikaha girmişlər. Həmin vaxtdan artıq bu ailə ondan ailə üzvü kimi istifadə etməyə başlamışlar. Lakin qeyd etmişdir ki, rəsmi nikaha girənədək onlar Rahib Hüseynovla faktiki ailə münasibətlərində olmuş və birlikdə yaşamışlar. X45 ilə arasındakı ailə münasibətləri oğlu Rahib həbs olunduqdan sonra pozuldu, belə ki, qayınanası ondan niyə Rahibi həbsdən azad edə bilmədiyi üçün onu günahkar hesab edirdi. O isə ona zərər çəkmiş şəxslərin pulunun ödənilmədiyi halda kömək edə bilmədiyini dedikdə, o həmişə onunla mübahisə edir və onu günahlandırırdı. Qeyd etmişdir ki, X45 və həyat yoldaşı İsmayıl Hüseynov barəsində çoxlu sayda insanları aldatma və insanlara şər-böhtan atmaları barədə hüquq mühafizə və icra orqanlarında çoxlu sayda şikayətlər və icra işləri vardir. X17 və həyat yoldaşı İsmayıl Hüseynovun ona hüquqi yardım göstərilməsi üçün ödədikləri bütün pullar müqavilədə əks olunmuşdur. Bunlar həmin müqavilə pullarını cox çətinliklə ödəyirdilər. Ailə quranadək müqavilələr üzrə hüquqi xidmət haqqlarını şikayətçilər ödəyirdilər, lakin ailə qurduqdan sonra müqavilə haqqını o, özü şəxsi vəsaiti hesabına ödəmişdir. X17 şantajlarından və tələblərindən bezərək 2019-cu ilin iyul ayında o, Rahib Hüseynovdan boşanmışdır, lakin boşansa da Rahiblə əlaqələri kəsilməmişdi, onun yaşayışı ilə daima maraqlanmışdır və əlaqə saxlayırdılar. Rahib Hüseynov nikah dövründə onun adına əmlakları bağışlama yolu ilə keçirmişdir. Boşansalar da Rahib Hüseynov əmlakları onun adında qalmasını tələb və xahiş etmişdir. Buna baxmayaraq hələ nikahda olarkən qeyri-yaşayış sahəsini (fermanı) Lətifə Hüseynovanın tələbi ilə sonuncunun qohumunun adına keçirtmişdir. Həmin ərəfələrdə Tovuz rayonunda olan yaşayış evinin də qaytarılmasını istəsə də Rahib Hüseynov evin qaytarılmamasını ondan xahiş etmişdir. Şikayət ərizəsində qeyd edilən Range Rover maşını o, öz vəsaiti hesabına almışdır, həmin avtomobildən öncə onun özünün kifayət qədər avtomobilləri olub. Digər Changan markalı avtomobillə bağlı bildirirmişdir ki, həmin avtomobili lizinq şirkətindən kredit müqaviləsinə əsasən əldə etmişdir və kredit məbləğini də o ödəmişdir. Həmçinin bildirmişdir ki, o, birinci həyat yoldaşı ilə nikahda olduğu zaman aldığları Nəsimi rayonu R.Məmmədov küçəsində yerləşən mənzilini də X45 öz adına çıxarararaq mənimsəmək istəyir. Həmin evin Lətifə Hüseynovaya hec bir aidiyyati yoxdur. Rahib Hüseynov öz adına olan evi və qeyri-yaşayış sahəsini ona bağışladıqdan sonra ailədə daima mübahisələr başladı, söz-söhbətin bitməsi üçün o, Rahibin adına baş etibarnamə vermişdir ki, öz ailə mübahisəsini özləri həll etsinlər. Həmin əmlakın özlərinin olduğu və onunla onlar arasında heç bir pul haqq-hesabının olmaması barədə notarial qaydada özlərinin yazdığı ərizələri də ona təqdim etmişlər. Bundan başqa X45 qohumu Seva Teymurovanı əvvəldən tanınmışdır, onun kim olmasını, nə işlə məşğul olduqunu gözəl bilmişlər. Həmin ərəfədə Seva Teymurova mağaza işlədirdi və onda pulun olduğunu və özünə ev almaq istədiyini L.Hüseynova gözəl bilirdi. Onlar S.Teymurova ilə ortaq dil tapib ondan borc pul almağa nail olmuşlar və Seva da onlara notarial qaydada borc pul vermişdir. Seva Teymurova dəfələrlə pulunu tələb etdikdən sonra, bir dəfə poctla 2000 manat pul göndərmişlər. Daha sonra ümumi razılığa əsasən pulun 60.000 manatını nağd şəkildə qaytarmışlar. 40.000 manatı da qaytarmasına müəyyən vaxt istəmişlər və Seva Teymurova ilə Lətifə Hüseynovanın pula görə münasibətləri pisləşdiyindən İsmayıl Hüseynovun xahişi ilə onunla yenidən borc müqaviləsi bağlanmışdır. Şikayət ərizəsində qeyd edilən poçt vasitəsi ilə 22.000 manata və 3000 manat pulun göndərilməsi ilə bağlı bildirmişdir ki, həmin vaxt o, Rahib Hüseynovla faktiki olaraq birgə ər-arvad kimi yaşayırdırlar. X54 şəxsiyyət vəsiqəsi istintaqda olduğu üçün, X69 pulu bank vasitəsi ilə onun adına göndərilmiş, sonra o da Rahiblə birlikdə həmin pulu götürmüş, pul sonuncunun öz borclarına və problemlərinə xərclənmişdir. Şikayətçinin ərizəsində telefon nömrələri ilə bağli göstərdiyinə dair bildirmişdir ki, Rahibin adina olan nömrələr bağlanmaması üçün *** *** ** **, 050 *** ** ** nömrələri onun adina keçirmiş və sonradan həmin nömrələri hazırki vəkilinin adına keçirmişdir. Ərizədə qeyd edilmiş 050 *** ** ** nömrəsi isə özü Lətifə Hüseynovaya məxsus olmuş, sonuncu kreditə telefon götürmüş və pulunu bildiyinə görə ödəməmişdir. X17 ərizəsində göstərdiyi bütün hallar tam olaraq şər və böhtandır. Vəkil Cavabdeh Komissiyanın əvvəlki iclasında iştirak etmiş, verdiyi bütün izahatları təsdiq etmişdir. Araşdırmaya təqdim edilən sənədlər: X39 ilə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Cavabdeh arasında 08.09.2016-cı ildə 640 saylı müqavilə imzalanmış, müqavilə üzrə vəkil Bakı Apellyasiya Məhkəməsində “Nərimanov rayon Məhkəməsinin qərarında şikayətə” dair iş üzrə R.Hüseynovun hüquqları müdafiə etməli idi, müqavilə üzrə xidmət haqqı FTİ 006589 saylı mədaxil qəbzinə əsasən R.Hüseynov tərəfindən 200 manat ödənilmişdir. X39 ilə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Cavabdeh arasında 16.09.2016-cı ildə 651 saylı müqavilə imzalanmış, müqavilə üzrə vəkil Bakı Apellyasiya Məhkəməsində “əsas borcun və əldən çıxmış faydanın tutulması” tələbinə dair iş üzrə R.Hüseynovun hüquqlarını müdafiə etməli idi, müqavilə üzrə xidmət haqqı FTİ 006600 saylı mədaxil qəbzinə əsasən R.Hüseynov tərəfindən 200 manat ödənilmişdir. X39 ilə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Cavabdeh arasında 04.10.2016-cı ildə 695 saylı müqavilə imzalanmış, müqavilə üzrə vəkil DİN BİTİ Ağır Cinayətlərin İstintaqı Şöbəsində “CM-in 178.3.2-ci maddəsi ilə” cinayət iş üzrə qardaşı Emin Hüseynovun hüquqlarını müdafiə etməli idi, müqavilə üzrə xidmət haqqı FTİ 006644 saylı mədaxil qəbzinə əsasən R.Hüseynov tərəfindən 300 manat ödənilmişdir. X39 ilə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Cavabdeh arasında 10.10.2016-cı ildə 715 saylı müqavilə imzalanmış, müqavilə üzrə vəkil Binəqədi rayon Məhkəməsində "birgə nikahda əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iş üzrə R.Huseynovun hüquqlarını müdafiə etməli idi, miiqavilə üzrə xidmət haqqı FTİ 006664 saylı mədaxil qəbzinə əsasən R.Hüseynov tərəfindən 200 manat ödənilmişdir. X39 ilə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Cavabdeh arasında 13.03.2017-ci ildə 156 saylı müqavilə imzalanmış, müqavilə üzrə vəkil Binəqədi rayon Məhkəməsində "birgə nikahda əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iş üzrə R.Hüseynovun hüquqlarını müdafiə etməli idi, müqavilə üzrə xidmət haqqı GSU 030899 saylı mədaxil qəbzinə əsasən R.Hüseynov tərəfindən 200 manat ödənilmişdir. X39 ilə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Cavabdeh arasında 27.03.2017-ci ildə 178 saylı müqavilə imzalanmış, müqavilə üzrə vəkil Binəqədi rayon Məhkəməsində “pul tələbinə” dair iş üzrə R.Hüseynovun hüquqlarını müdafiə etməli idi, müqavilə üzrə xidmət haqqı GSU 030921 saylı mədaxil qəbzinə əsasən R.Hüseynov tərəfindən 200 manat ödənilmişdir. X39 ilə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Cavabdeh arasında 10.04.2017-ci ildə 219 saylı müqavilə imzalanmış, müqavilə üzrə vəkil Azərbaycan Respublikası Ali Məhkəməsində “ölkədən çıxmağa qoyulmuş məhdudiyyətin götürülməsi barədə qərardaddan şikayətə” dair iş üzrə R.Hüseynovun hüquqlarını müdafiə etməli idi, müqavilə üzrə xidmət haqqı GSU 030962 saylı mədaxil qəbzinə əsasən R.Hüseynov tərəfindən 200 manat ödənilmişdir. Bakı şəhəri 4 saylı Vəkil Bürosu tərəfindən Komissiyaya təqdim edilmiş 28 avqust 2020-ci il tarixli 235 saylı məktubdan müəyyən edilmişdir ki, 2016-2017-ci illərin arxiv sənədlərində büro ilə X31 arasında hüquqi yardım göstərilməsi üçün bağlanmış müqavilə aşkar edilməmişdir. Bakı şəhəri 4 saylı Vəkil Bürosu tərəfindən Komissiyaya təqdim edilmiş 15 sentyabr 2020-ci il tarixli, 259 saylı məktubdan müəyyən edilmişdir ki, 2016-ci ilin oktyabr, noyabr, dekabr aylarında arxiv sənədlərində vəkil bürosu ilə X51 arasında hüquqi yardım göstərilməsi üçün bağlanmış aşkar edilməmişdir. X52 ilə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Cavabdeh arasında 02.11.2016-cı ildə 783 saylı müqavilə imzalanmış, müqavilə üzrə vəkil DİN Baş İstintaq və Təhqiqat İdarəsində "CM-in 178.3.2-ci maddəsi ilə” cinayət iş üzrə Rahib Hüseynovun hüquqlarını müdafiə etməli idi, müqavilə üzrə xidmət haqqı FTİ 006732 saylı mədaxil qəbzinə əsasən Nübar Hüseynova tərəfindən 300 manat ödənilmişdir. X39 ilə fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh arasında 19.07.2017-ci ildə 03 saylı müqavilə imzalanmış, müqavilə üzrə vəkil Bakı Apellyasiya Məhkəməsində “məhkəmə nəzarəti qaydasında şikayətə baxılması” barədə iş üzrə Rahib Hüseynovun hüquqlarını müdafiə etməli idi, müqavilə üzrə xidmət haqqı GSU 062703 saylı mədaxil qəbzinə əsasən R.Huseynov tərəfindən 100 manat ödənilmişdir. X39 ilə fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh arasında 17.10.2017-ci ildə 09 saylı müqavilə imzalanmış, müqavilə üzrə vəkil Bakı Ağır Cinayətlər Məhkəməsində “CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsi” barədə cinayət iş üzrə Rahib Hüseynovun hüquqlarını müdafiə etməli idi, müqavilə üzrə xidmət haqqı GSU 062710 saylı mədaxil qəbzinə əsasən R.Hüseynov tərəfindən 100 manat ödənilmişdir. X51 ilə fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh arasında 26.10.2017-ci ildə 12 saylı müqavilə imzalanmış, müqavilə üzrə vəkil Gəncə İnzibati-İqtisadi Məhkəməsində “pul tələbi” barədə iş üzrə İsmayıl Hüseynovun hüquqlarını müdafiə etməli idi, müqavilə üzrə xidmət haqqı GSU 062712 saylı mədaxil qəbzinə əsasən İ.Hüseynov tərəfindən 200 manat ödənilmişdir. X30 ilə fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh arasında 31.10.2017-ci ildə 75 saylı müqavilə imzalanmış, müqavilə üzrə vəkil Bakı Apellyasiya Məhkəməsində “heyvanların qaytarılması və pul tələbinə dair” mülki iş üzrə Lətifə Hıiseynovanın hüquqlarını müdafiə etməli idi, müqavilə üzrə xidmət haqqı GSU 062715 saylı mədaxil qəbzinə əsasən L.Hüseynova tərəfindən 100 manat ödənilmişdir. X40 ilə fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh arasında 24.11.2017-ci ildə 19 saylı müqavilə imzalanmış, müqavilə üzrə vəkil Azərbaycan Respublikası Ali Məhkəməsində “geri qaytarılma qərardadından şikayətə” dair iş üzrə Rahib Hüseynovun hüquqlarını müdafiə etməli idi, müqavilə üzrə xidmət haqqı GSU 062719 saylı mədaxil qəbzinə əsasən R.Hüseynov tərəfindən 100 manat ödənilmişdir. X30 ilə fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh arasında 09.03.2018-ci ildə 30 saylı miiqavilə imzalanmış, müqavilə üzrə vəkil Bakı Apellyasiya Məhkəməsində "hökmündən apellyasiya şikayəti verilməsi” cinayət işi üzrə oğlu Emin Hüseynovun hüquqlarını müdafiə etməli idi, müqavilə üzrə xidmət haqqı GSU 062730 saylı mədaxil qəbzinə əsasən L.Hüseynova tərəfindən 100 manat ödənilmişdir. X51 ilə fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh arasında 05.06.2018-ci ildə 46 saylı müqavilə imzalanmış, müqavilə üzrə vəkil Bakı şəhəri Binəqədi RPİ-də “şikayət verən şəxsin nümayəndəsi-vəkili” qismində İsmayıl Hüseynovun hüquqlarını mudafiə etməli idi, mıiqavilə üzrə xidmət haqqı GSU 062747 saylı mədaxil qəbzinə əsasən İ.Hüseynov tərəfindən 100 manat ödənilmişdir. X30 ilə fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh arasında 05.06.2018-ci ildə 47 saylı müqavilə imzalanmış, müqavilə üzrə vəkil Bakı şəhəri Binəqədi RPİ-də “şahidin nümayəndəsi” qismində Lətifə Hüseynovanın hüquqlarını müdafiə etməli idi, müqavilə üzrə xidmət haqqı GSU 062746 saylı mədaxil qəbzinə əsasən L.Hüseynova tərəfindən 100 manat ödənilmişdir. X30 ilə fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh arasında 17.10.2018-ci ildə 67 saylı müqavilə imzalanmış, müqavilə üzrə vəkil Azərbaycan Respublikası Ali Məhkəməsində “AR CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair” cinayət işi üzrə oğlu Emin Hüseynovun hüquqlarını müdafiə etməli idi, müqavilə üzrə xidmət haqqı GSU 199817 saylı mədaxil qəbzinə əsasən L.Hüseynova tərəfindən 100 manat ödənilmişdir. X39 ilə fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh arasında 13.11.2018-ci ildə 73 saylı müqavilə imzalanmış, müqavilə üzrə vəkil Azərbaycan Respublikası Ali Məhkəməsində “pul tələbinə” dair iş üzrə Rahib Hüseynovun hüquqlarını müdafiə etməli idi, müqavilə üzrə xidmət haqqı GSU 199823 saylı mədaxil qəbzinə əsasən R.Hüseynov tərəfindən 100 manat ödənilmişdir. X30 ilə fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh arasında 26.11.2018-ci ildə 79 saylı müqavilə imzalanmış, müqavilə üzrə vəkil Bakı şəhəri Nəsimi rayon Məhkəməsində “pul tələbinə dair” mülki iş üzrə Lətifə Hüseynovanın hüquqlarını müdafiə etməli idi, miiqavilə üzrə xidmət haqqı GSU 199829 saylı mədaxil qəbzinə əsasən L.Hüseynova tərəfindən 100 manat ödənilmişdir. X39 ilə fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh arasında 15.01.2019-cu ildə 87 saylı miiqavilə imzalanmış, müqavilə üzrə vəkil Bakı Apellyasiya Məhkəməsində “CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsi” barədə cinayət iş üzrə Rahib Hüseynovun hüquqlarım müdafiə etməli idi, müqavilə üzrə xidmət haqqı GSU 199837 saylı mədaxil qəbzinə əsasən R.Hüseynov tərəfindən 100 manat ödənilmişdir. X39 ilə fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh arasında 27.03.2019-cu ildə 04 saylı müqavilə imzalanmış, müqavilə üzrə vəkil Azərbaycan Respublikası Ali Məhkəməsində “CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsi” barədə cinayət iş üzrə Rahib Hüseynovun hüquqlarını müdafiə etməli idi, müqavilə üzrə xidmət haqqı GSU 286104 saylı mədaxil qəbzinə əsasən R.Hüseynov tərəfindən 100 manat ödənilmişdir. X41 ilə fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh arasında 14.11.2019-cu ildə 20 saylı müqavilə imzalanmış, müqavilə üzrə vəkil Azərbaycan Respublikası Ali Məhkəməsində “pul tələbinə” dair iş üzrə X69nın hüquqlarını müdafiə etməli idi, müqavilə üzrə xidmət haqqı GSU 286120 saylı mədaxil qəbzinə əsasən R.Hüseynov tərəfındən 100 manat ödənilmişdir. Təqdim edilmiş "xxxx" ASC-nin 15.11.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, X31 adından vəkil Cavabdeh hesabına 101 manat pul ödənilmişdir. Təqdim edilmiş "Kapital Bank” ASC-nin Cəfər Cabbarlı filialının 22.09.2020-ci il tarixli çıxarışından görünur ki, 15.11.2019-cu il tarixdə X30 adından terminal vasitəsi ilə 101 manat məbləğində pul ödənilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.02.2018-ci i tarixli, 1(101)-96/2018 saylı hökmünə əsasən X53 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən görünür ki, qeyd edilən cinayət işində müdafiəçi X6 olmuşdur. Azərbaycan Respublkası Ali Məhkəməsinin 26.11.2019-cu il tarixli, 1(102)-1374/2019 saylı qərara əsasən X13 müdafiəçisi Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin CMnin 19.03.2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayətini məhkəmə baxışından çıxarılaraq geri qaytarılmışdır. Qərardan görünür ki, X39 Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.12.2018-ci il tarixli 1(101)-135/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 06 il 11 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi CK-nın 19.03.2019-cu il tarixli, 1(103)-385/2019 saylı qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX 6 saylı CÇM-də cəza çəkən məhkum X39 tərəfindən yazılmış və vəkil Könül Əliyevaya 24.01.2020-ci il tarixdə ünvanlanmış müraciətdə Rahib Hüseynov göstərmişdir ki, Tovuz rayonu, K.Məmmədov küçəsində yerləşən fərdi yaşayış evinin və ünvan 2 ünvanındakı qeyri-yaşayış sahəsini həyat yoldaşı Cavabdeh Balasultan qızına bağışlamışdır, həmin əmlaklardan başqa o, Cavabdeh heç bir əmlak bağışlamamışdır. Fərdi yaşayış evinin onun xahişi ilə Cavabdeh geri qaytarır, qeyri-yaşayış sahəsi isə valideynləri İsmayıl Hüseynov və Lətifə Hüseynova tərəfindən satılmış, satışdan əldə edilən pul onlar öz problemlərinə xərcləmişlər. Həmçinin ərizədə qeyd edilmişdir ki, birgə nikah dövründə Cavabdeh öz vəsaiti hesabına kreditlə 3-cü mkr-n Cavadxan küçəsində sahəsi 104,5 kv.m. olan yeni tikilən binada 2 otaqlı mənzil, 2018-ci ilin avqust ayında ** BR *** d.n.n. Range Rover markalı avtomaşını almışdır. Bundan başqa 2018-ci ildə Lizinq şirkətinə məxsus Chanqan markalı ** AF *** d.n.n. avtomaşını krediti və radarı ödəyə bilmədiyindən, həmin avtomobiiin kreditini ödəyərək Cavabdeh almışdır. Onun qeyd edilən mənzil və atomobillərlə bağlı heç bir tələbi və iddiası yoxdur. X69 ilə Seva Teymurova arasında bağlanmış kredit müqaviləsi üzrə borcun bir hissəsi qaytarılmışdır və borcun qalan hissəsini (40.000) öz üzərinə götürür. Cavabdeh qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 24.01.2017-ci il tarixli, 2(005)-589/2017 saylı qətnaməsinin surətindən müəyyən edilmişdir ki, X57 ilə Cavabdeh aralarında bağlanmış 07.09.1989-cu il tarixli nikah pozulmuşdur. AZ-İ 264237 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X57 ilə Cavabdeh aralarında bağlanmış nikah pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 01.04.2017-ci il tarixdə 115 nömrəli qeydiyyat aparılmışdır. AZ-İİ 190426 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X39 ilə Cavabdeh arasında 13.04.2017-ci il tarixdə Tovuz rayonu Qeydiyyat Şöbəsində 231 saylı akt qeydi ilə nikah bağlanmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25.06.2.019cu il tarixli, 2(001)-4825/2019 saylı qətnaməsindən müəyyən olunur ki, X39 ilə Cavabdeh arasında 13.04.2017-ci il tarixdə Tovuz rayonu Qeydiyyat Şöbəsində 231 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. "EFM-2016’’ MTK ilə Cavabdeh arasında bağlanmış 58 saylı 08.04.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, MTK Nəsimi rayonu 3-cü mkr-n, Alı Mustafayev və Cavadxan küçələrinin kəsişməsində inşa etdiyi yaşayış binasının tikintisini başa çatdıqdan sonra mansard mərtəbəsində yerləşən ümumi sahəsi 57 kv.m. olan 1 otaqlı 80 M saylı mənzil "Alıcı” Cavabdeh təhvil verir. "EF.2014” MMC ilə Cavabdeh arasında bağlanmış 48 saylı, 25.04.2016-cı il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, MTK Nəsimi rayonu 3-cü mkr-n, R.Məmmədov küçəsi 15 saylı binanın yaxınlığında inşa etdiyi yaşayış binasının tikintisini başa çatdırdıqdan sonra binanın 1-ci girişində 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 112 kv.m. olan 2 otaqlı 85 saylı mənzil “Alıcı” Cavabdeh təhvil verir. "Parlaq” MTK ilə Cavabdeh arasında bağlanmış 05 saylı 13.11.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, MTK ilə Cavabdeh öz aralarında Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi ev 4V, 3024-cü məhəllədə 12 mərtəbəli yaşayış binasının 1-ci bina, 2-ci giriş, 9-cu mərtəbəsində ümumi sahəsi 134.3 kv.m. olan 3 otaqlı 116 saylı mənzilin tikintisi ilə əlaqədar pay barədə müqavilə imzalamışlar. ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 03.01.2019-cu il tarixdə təqdim edilmiş Cavabdeh adına olan daşınmaz əmlaklar barədə arayışın surətindən görünür ki, Cavabdeh adında olan Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi 103 saylı fərdi yaşayış evini Xaçmaz rayonu, 1 saylı NK-da bağlanmış 18.03.2017ci il tarixli bağışlama müqaviləsinə əsasən X32 xeyrinə özgəninkiləşdirmişdir. DİN BDYPİ tərəfindən təqdim edilmiş məlumatdan görünür ki, Range Rover markalı ** BR *** d.n.n. avtomaşın 14.08.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, alqı-satqı müqaviləsinə əsasən 25.11.2017-ci il tarixdə Cavabdeh adından qeydiyyatdan çıxarılmışdır. Bundan sonra ** BR *** dövlət nömrə nişanı 25.11.2017-ci il tarixdən 12.01.2018-ci il tarixədək Mercedes Benz E320 CDİ markalı avtomaşına, 12.01.2018-ci il tarixdən 14.05.2018-ci il tarixədək X89 Rover markalı avtomaşına, 14.05.2010-ci il tarixdən 31.07.2018-ci il tarixədək Hyundai Sonata markalı avtomaşına, 15.08.2018-ci il tarixdən 01.05.2019-cu il tarixədək X89 Rover markalı avtomaşına, 11.03.2020-ci il tarixdən hal-hazıradək Mercedes Benz G350 markalı avtomaşına təhkim edilmişdir. Qeyd edilən avtomaşınların hamısının mülkiyyətçisi Cavabdeh olmuşdur. Yalnız 11.03.2020-ci il tarixdən qeydiyyata alınmış Mercedes Benz G350 markalı avtomaşın (sonuncu avtomaşın) hazırda Cavabdeh adından qeydiyyatdadır və bu avtomaşın istisna olmaqla, digər avtomaşınlara dair Cavabdeh tərəfindən X13 adına etibarnamə verilmişdir. DİN BDYPİ tərəfindən təqdim edilmiş məlumatdan görünmüşdür ki, Changan Reaton markalı TK 133 d.n.n. avtomaşın 25.08.2018-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Avtomaşının əvvəlki dövlət qeydiyyat nişanları ** AF *** olmuşdur. Avtomobil alqı-satqı müqaviləsinə əsasən 01.05.2019-cu il tarixdə Cavabdeh adından qeydiyyatdan çıxarılmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.07.2017-ci il tarixli, 1699 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, MMC Changan Reaton markalı ** AF *** d.n.n. avtomaşmı Cavabdeh satmışdır. Həmin avtomaşına dair ödəniş cədvəlinin surətindən görünür ki, aylıq 541 manat olmaqla avtomaşının dəyəri olaraq 5610 manat məbləğində pul 5 ay müddətində hissə-hissə Cavabdeh tərəfindən ödənilməli idi. "xxxx" MMC-nin 24.08.2018-ci il tarixli, 762 saylı arayışının surətinə əsasən Cavabdeh Changan Reaton markalı ** AF *** d.n.n. avtomaşına görə heç bir borcu və öhdəliyi qalmamışdır. Gəncə "ASAN xidmət" Mərkəzinin Notariat Kontorunda bağlanmış 24.05.2017-ci il tarixli, 4Ə-1194 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X39 mülkiyyətində olan ünvan 3 ünvanındakı 0.9227 ha. torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 813,6 kv.m. olan qeyri-yaşayış sahəsini arvadı Cavabdeh bağışlamışdır. Gəncə “ASAN xidmət” Mərkəzinin Notariat Kontorunda bağlanmış 24.05.2017-ci il tarixli, 4Ə-1195 reyestr nömrəli daşmmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X39 mülkiyyətində olan ünvan 4 ünvanındakı 0.1773 ha. torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1510.5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni arvadı Cavabdeh bağışlamışdır, Gəncə "ASAN xidmət” Mərkəzinin Notariat Kontorunda bağlanmış 14.06.2017-ci il tarixli, 4Ə-1387 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünmüşdür ki, X39 mülkiyyətində olan ünvan 5 ünvanındakı 0.14 ha. torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 254.4 kv.m. olan fərdi yaşayış evini arvadı Cavabdeh bağışlamışdır. 01.12.2017-ci il tarixdə və 07.12.2017-ci il tarixdə Bakı şəhəri 51 saylı NK-da verilmiş etibarnamələrin surətindən görünür ki, Cavabdeh Tovuz rayonu, Qovlar qəsəbəsi, Azadlıq küçəsi 25 unvanındakı 0.9227 ha. torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 813.6 kv.m. olan qeyri-yaşayış sahəsinə; ünvan 4 ünvanındakı 0.1773 ha. torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1510.5 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə; ünvan 5 ünvanındakı 0.14 ha. torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 254.4 kv.m. olan fərdi yaşayış evinə dair X10 adına 01 il müddətinə həmin əmlaklar üzərində sərəncam verməyə dair etibarnamə vermişdir. Gəncə “ASAN xidmət” Mərkəzinin Notariat Kontorunda bağlanmış 14.07.2018-ci il tarixli, 4Ə-2034 reyestr nömrəli AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür kl, Cavabdeh mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Azadlıq küçəsi 25 ünvanındakı 0.8227 ha. torpaq sahəsinin 0.20 ha. hissəsini 8000 manata X3. Gəncə “ASAN xidmət” Mərkəzinin Notariat Kontorunda bağlanmış 30.04.2019-ci il tarixli, 49-1258 reyestr nömrəli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Azadlıq küçəsi 25 ünvanındakı 0.6227 ha. torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 753.8 kv.m. olan qeyri-yaşayış sahəsini 85.000 manata X58 (etibarnamə əsasında X33) satmışdır. Gəncə “ASAN xidmət” Mərkəzinin Notariat Kontorunda bağlanmış 30.04.2019-ci il tarixli, 4Ə-1259 reyestr nömrəli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanındakı 0.1773 ha. torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1510.5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni 55.000 manata X58 (etibarnamə əsasında X42) satmışdır. X59 adından 30.04.2019-cu ildə sadə şəkildə yazılmış qəbzin surətindən görünür ki, R.G.Yusifov Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən obyekti (kökəltmə məntəqəsi) Lətifə xanımdan 110.000 manata almışdır. Hesaba köçən əlavə 30.000 manat vergi xərclərinə ödənilib. X30 tərəfindən 23.01.2020-ci il tarixdə Bakı şəhəri 14 saylı NK-da verilmiş ərizənin surətindən görünmüşdür ki, Tovuz rayonu, Qovlar qəsəbəsi, K.Məmmədov küçəsində yerləşən fərdi yaşayış evini və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan kökəltmə məntəqəsini onlar oğulları Rahib Hüseynova, sonuncu da Cavabdeh bağışlamışdır. Bu əmlaklardan başqa Cavabdeh arasında heş bir pul və əmlak haqq-hesabı olmamışdır. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan kökəltmə məntəqəsini onlar özləri müştəri taparaq 2019-cu ildə satmışlar. Həmin kökəltmə məntəqəsinin pulunu onlar və oğulları Ralıib Hüseynov problemlərə xərcləmişlər. Tovuz rayonu, Qovlar qəsəbəsi, K.Məmmədov küçəsində yerləşən fərdi yaşayış evini Cavabdeh Rahibin xahişi ilə bağışlama müqaviləsini ləğv edərək ona qaytarır. Onların Cavabdeh qarşı heç bir şikayəti, tələbi, iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. X22 adından etibarnamə əsasında X30 tərəfindən 23.01.2020-ci il tarixdə Bakı şəhəri 14 saylı NK-da verilmiş ərizənin surətindən görünür ki, Tovuz rayonu, Qovlar qəsəbəsi, K.Məmmədov küçəsində yerləşən fərdi yaşayış evini və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan kökəltmə məntəqəsini onlar oğulları Rahib Hüseynova, sonuncu da Cavabdeh bağışlamışdır. Bu əmlaklardan başqa Cavabdeh arasında heç bir pul və əmlak haqq-hesabı olmamışdır. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan kökəltmə məntəqəsini onlar özləri müştəri taparaq 2019-cu ildə satmışlar. Həmin kökəltmə məntəqəsinin pulunu onlar və oğulları Rahib Hüseynov problemlərə xərcləmişlər. Tovuz rayonu, Qovlar qasəbəsi, K.Məmmədov küçəsində yerləşən fərdi yaşayış evini Cavabdeh Rahibin xahişi ilə bağışlama müqaviləsini ləğv edərək ona qaytarır. Onların Cavabdeh qarşı heç bir şikayəti, tələbi, iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Bakı şəhəri 14 saylı NK-da bağlanmış 25.01.2020-ci il tarixli, 3M-221 reyestr nömrəli müqavilənin ləğvinə dair sazişin surətindən görünür ki, Cavabdeh və X39 (etibarnamə əsasında X30) ünvan 5 ünvanındakı 0.14 ha. torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 254.4 kv.m. olan fərdi yaşayış evinin bağışlanılması barədə Gəncə “ASAN xidmət” Mərkəzinin Notariat Kontorunda bağlanmış 14.06.2017-ci il tarixli, 4Ə-1387 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə xitam vermişlər. Bakı şəhəri 44 saylı NK-da bağlanmış 12.04.2017-ci il tarixli, 3M-138 reyestr nömrəli kredit müqaviləsinin surətindən görünmüşdür ki, X60 12.04.2017-ci il tarixdə X14 100.000 manat məbləğində borc pul vermişdir. Bakı şəhəri 14 saylı NK-da bağlanmış 25.01.2020-ci il tarixli, 3M-220 reyestr nömrəli müqavilənin ləğvinə dair sazişin surətindən görünmüşdür ki, X60 və X30 100.000 manat məbləğində borc pul verilməsi barədə Bakı şəhəri 44 saylı NK-da bağlanmış 12.04.2017-ci il tarixli, 3M-138 reyestr nömrəli kredit müqaviləsinə xitam vermişlər. Belə ki, ümumi razılığa əsasən X78 Teymurovadan aldığı100.000 manat məbləğində pul məbləğini nağd şəkildə geri qaytarmışdır. Bakı şəhəri, 14 saylı NK-da bağlanmış 25.01.2020-ci il tarixli, 3M-225 reyestr nömrəli kredit müqaviləsinin surətindən görünür ki, X60 25.01.2022ci il tarixədək X34 40.000 manat məbləğində borc pul vermişdir. Qeyd edilən məbləğdə pul notarius X24 "xxxx" ASC-dəki depozit hesabına 25.01.2020-ci il tarixdə X60 tərəfindən mədaxil edilmişdir. X30 14.07.2017-ci il tarixdə "xxxx" ASC-nin Tovuz filialından X35 adına 3500 manat məbləğində “maddi yardım” təyinatı ilə pul köçürmüşdür. X30 21.10.2016-ci il tarixdə "xxxx" ASC-nin Tovuz rayon filialından Cavabdeh adına "maddi yardım" təyinatı ilə 500 manat; 22.02.2017-ci il tarixdə "xxxx" ASC-nin Tovuz filialından Cavabdeh adına "maddi yardım" təyinatı ilə 22.000 manat; 23.02.2017-ci ii tarixdə "xxxx" ASC-nin Tovuz filialından Cavabdeh adına 3000 manat; 23.05.2017-ci il tarixdə "xxxx" ASC-nin Tovuz rayon filialından Cavabdeh adına “maddi yardım” təyinatı ilə 2000 manat məbləğində pul köçürmüşdür. Tovuz RPŞ-nin TB-nin baş təhqiqatçısı Fikrət Mehrəliyevin 25.09.2020-ci il tarixli qərarın surətindən müəyyən edilmişdir ki, vəkil Cavabdeh barəsində X43 tərəfindən verilmiş şikayşt ərizəsi üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan müəyyən edilmişdir ki, X22 Tovuz RPŞ-nə etdiyi şikayət ərizəsi ilə X8 Vəkillər X7 etdiyi şikayət ərizəsi eyni məzmunludur. Araşdırma ilə müəyyən edilən hallar: X8 və X13 vəkil Cavabdeh barəsində verdiyi şikayət ərizələri bir neçə xüsusatı əhatə edir: Vəkil hüquqi xidmətlə bağlı 2016-cı ildə 7000 manat, sonra hər instansiya üçün 5000 manat məbləğində pul almışdır. Bu halla bağlı izahat təqdim edən vəkil Cavabdeh bildirrnişdir ki, o, muqavilələrdən kənar əlavə pul almamışdır. Həmçinin vəkil bildirmişdir ki, o, şikayətçi L.Hüseynovanın oğlu Rahib Hüseynovla ailə quranadək müqavilələr üzrə ödənişləri Hüseynovlar özləri həyata keçirmişlər, ailə qurduqdan sonra isə müqavilələrin dəyərini o, öz şəxsi vəsaiti hesabına ödəmişdir. Təqdim edilən bank sənədlərinə əsasən L.Hüseynovanın köçürmə yolu ilə vəkil Cavabdeh göndərilən pul məbləğləri ilə bağlı vəkil bildirmişdir ki, o, Hüseynovların gəlini olduğundan və həyat yoldaşı-təqsirləndirilən şəxs Rahib Hüseynov istintaq altında olmaqla sonuncuya məxsus şəxsiyyət vəsiqəsi istintaq orqanında olduğundan, pullar qayınanası (X45) tərəfindən onun adına göndərilmişdir. Şikayətçi L.Hüseynovanın vəkilin oğlu ilə ailə qurmasından əvvəl də vəkilə pul göndərilməsi barədə suallarına vəkil Cavabdeh bildirmişdir ki, 2016-cı ilin oktyabr ayında göndərilən 500 manat həmin ay üzrə bağlanmış müqavilələr üçün göndərilmişdir. Halbuki, təqdim edilən sənədlərdən görünür ki, 2016-ci ilin oktyabr ayı ərzində cəmi 2 ədəd müqavilə imzalanmışdır - 04 və 10 oktyabr tarixlərində, müqavilə üzrə xidmət haqqları mədaxil qəbzlərinə əsasən ödənilmişdir. Lakin 500 manat pul köçürülməsi müqavilələr bağlandıqdan xeyli sonra - 21 oktyabr 2016-cı il tarixində həyata keçirilmişdir. Sonradan izahatında dəqiqləşdirmə aparan vəkil Cavabdeh göstərmişdir ki, 04 və 10 oktyabr 2016-cı il tarixlərində Rahib Hüseynov müqavilə üzrə cəmi 500 manat təşkil edən xidmət haqlarını ondan borc alıb kassaya ödəmişdir, sonradan həmin pulu R.Hüseynovun X69 ona göndərmişdir. Həmçinin 22 və 23 fevral 2017-ci il tarixlərində nikaha girməzdən öncə göndərilmiş ümumi məbləği 25.000 manat təşkil edən pul vəsaitinin göndərilməsi məqsədi ilə bağlı suala vəkil Cavabdeh, həmin dövrdə Rahib Hüseynovla faktiki nikah münasibətlərində olduğunu və birlikdə yaşadığı bildirərək, yenə eyni qaydada həyat yoldaşı-təqsirləndirilən şəxs Rahib Hüseynova məxsus şəxsiyyət vəsiqəsinin istintaq orqanında olduğundan, pulları qayınX69 (hazırki şikayətçi) tərəfindən onun adına göndərildiyini bildirmişdir. Bundan başqa, həmin pulların göndərildiyi ərəfədə Bakı şəhəri 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh 2016-cı ilin sentyabr - 2017-ci ilin aprel ayları ərzində Rahib Huseynovla bağladığı müqavilələrə diqqət yetirdikdə müəyyən olunmuşdur ki, Rahib Hüseynovla 4 saylı Vəkil Bürosunda müqavilələr imzalarkən sonuncuya məxsus şəxsiyyət vəsiqəsi üzrə məlumatlar müqavilədə əks edilmişdir. Hər iki hal təsdiq edir ki, vəkil Cavabdeh tərəfindən Rahib Hüseynovla müqavilə bağlanarkən, vəkil tərəfindən müqavilədən kənar məbləğdə pullar alınmışdır. Vəkil Cavabdeh tərəfindən təqdim edilmiş X39 ilə bağlanmış 16.10.2017-ci il tarixli müqavilədə qonorarın məbləği 100 manat göstərilsə, GSU 062710 saylı mədaxil qəbzindən görünür ki, həmin məbləğ 50 manat qeyd edilmişdir. Həmçinin, X39 ilə bağlanmış 24.11.2017-ci il tarixli müqavilədə qonorarın məbləği 50 manat göstərilsə də GSU 062719 saylı mədaxil qəbzindən görünür ki, həmin məbləğ 100 manat qeyd edilmişdir. Yəni, bir müqavilə üzrə vəkil Cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş məbləğdən az, digər müqavilə üzrə isə nəzərdə tutulmuş məbləğdən çox pul almışdır. Vəkil Cavabdeh bu xüsusatların mexaniki olaraq səhv yazıldığmı bildirmiş və uzun müddət keçdiyindən bunun hansı səbəbdən bu formada xatırlamadığını bildirmişdir. Vəkil Cavabdeh şikayətçi L.Hüseynovanın və ailəsinin ümumilikdə 420.000 manat məbləğində pulunu ələ keçirməsi xüsusatı ilə bağlı şikayətçilər tərəfindən Komissiyaya mötəbər sübut təqdim edilməmişdir. Araşdırma gedişində də bu hallar öz təsdiqini tapmamışdır. Vəkil Cavabdeh həbsdə olan Rahib və Emin Hüseynovların həbsdən azad edilməsi üçün Səbail rayon Məhkəməsində baxılmış həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətlərin həll edilməsi üçün hər biri üçün 50,000 manat olmaqla, ümumilikdə 100.000 manat məbləğində pulları şikayətçilərdən ələ keçirməsi xüsusatı ilə bağlı şikayətçilər tərəfindən Komissiyaya mötəbər sübut təqdim edilməmişdir. Araşdırma gedişində də bu hallar öz təsdiqini tapmamışdır. Vəkil Cavabdeh verdiyi izahatında bu kimi məsələlərdən uzaq olduğunu, Hüseynovlar ailəsinin özlərinin bu məsələləri danışıb həll etdiklərini bildirmişdir. Şikayətçi L.Hüseynovanın barəsində Binəqədi RPİ-də olan şikayət ərizəsi üzrə materialın rədd edilməsi məqsədi ilə vəkil Cavabdeh şikayətçinin 40.000 manat pulunu ələ keçirməsi xüsüsatı ilə bağlı şikayətçilər tərəfindən Komissiyaya mötəbər sübut təqdim edilməmişdir. Araşdırma gedişində də bu hallar öz təsdiqini tapmamışdır. Təqdim edilən sənədlərdən görünür ki, vəkil Cavabdeh 13 aprel 2017-ci ildə şikayətçi Rahib Hüseynovla rəsmi nikaha girmişdir. Nikaha girməzdən öncə, vəkil Cavabdeh subay olmuşdur. Lakin sənədlərdən görünür ki, vəkil S.Hacıyeya keçmiş həyat yoldaşından Nərimanov rayon Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli qətnaməsi ilə boşansa da nikahın pozulması 01 aprel 2017-ci il tarixdə Nərimanov rayon Qeydiyyat Şöbəsində qeydə aldırmışdır. Bundan 12 gün sonra, vəkil Cavabdeh şikayətçi Rahib Hüseynovla rəsmi olaraq nikaha daxil olmuşdur. Nazirlər Kabinetinin 145 saylı 31.10.2003-cü il tarixli Qərarı ilə müəyyən edilmiş “Nikahın qeydə alınması” Qaydalarına 3.8-ci bəndinə zidd olaraq, nikahın tez qeydiyyata aldırılmasının səbəblərini soruşduqda, vəkil Cavabdeh bildirmişdir ki, Rahib Hüseynovun adına olan əmlaklar üzərinə məhkəmə tərəfindən həhs təhlükəsi olduğundan, həbsin qarşısını almaq və əmlakları Rahib Hüseynovun adından çıxarılması məqsədi ilə, qayınX69 oğlu ilə vəkilin nikahlarının rəsmiləşdirilməsini tələsdirmiş və L.Hüseynovanın Tovuz rayon Qeydiyyat Şöbəsinin rəisindən şəxsi xahişi ilə nikah tez rəsmiləşdirilmişdir. Müəyyən edilmişdir ki, 13 aprel 2017-ci il tarixdə nikah rəsmiləşdirildikdən sonra şikayətçi Rahib Hüseynov 24 may 2017-ci il tarixdə ünvan 2 ünvanındakı qeyri-yaşayış sahəsini (damazlıq təsərrüfatınıkökəltmə məntəqəsini), 14 iyun 2017-ci il tarixd Tovuz rayonu, K.Məmmədov küçəsində yerləşən fərdi yaşayış evini vəkil Cavabdeh (eyni zamanda həyat yoldaşı) notariat qaydasında bağışlamışdır. Vəkil Cavabdeh 30.04.2019-ci il tarixdə notariat qaydasında ünvan 2 ünvanındakı qeyri-yaşayış sahəsini (damazlıq təsərrüfatını-kökəltmə məntəqəsini) üçüncü şəxsə satmışdır. 25 yanvar 2020-ci il tarixdə isə Tovuz rayonu, K.Məmmədov küçəsində yerləşən fərdi yaşayış evinə dair bağışlama müqaviləsini notariat qaydasında ləğv etdirmiş və fərdi yaşayış evini Rahib Hüseynova (etibarnamə üzrə nümayəndəsi olmuş Lətifə Hüseynovaya) geri qaytarmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, 23 yanvar 2020-ci il tarixdə X45 və onun həyat yoldaşı notariat qaydasında ərizə təqdim edərək, ünvan 2 ünvanındakı qeyri-yaşayış sahəsini (damazlıq təsərrüfatını-kökəltmə məntəqəsini) özləri tərəfindən müştəri taparaq satıldığını, satışdan əldə edilən pulu şəxsi problemlərinə xərclədiklərini və vəkii Cavabdeh şikayət və tələblərinin olmadığını bildirmişlər. X49 və Rahib Hüseynov şikayətlərində yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsinin (damazlıq təsərrüfatını-kökəltmə məntəqəsinin) satış pulunun (140.000 manat) vəkil Cavabdeh tərəfindən mənimsənildiyini, həmin puldan cəmi 20.000 manat onlara verdiyini göstərsələr də, bununla bağlı sübutları Komissiyaya təqdim edə bilməmişlər. Əksinə, vəkil Cavabdeh şikayətçi Lətifə Hiiseynovanın və onun ərinin notariat qaydasında təsdiqlənmiş 23 yanvar 2020-ci il tarixli ərizələrini təqdim etmiş, həmin ərizələrdə sonuncular vəkil Cavabdeh şikayətçi olmadıqlarını bildirmişdir. Hazırki şikayətlərini ona qarşı şər-böhtan xarakterli olduğunu vəkil Cavabdeh izahatında göstərmişdir. X38 şikayətində 23 yanvar 2020-ci il tarixdə ərizə verərkən vəkil Cavabdeh tərəfindən onlara təzyiq edildiyini, bu ərizəni verməsələr Tovuz rayonu, K.Məmmədov küçəsində yerləşən fərdi yaşayış evinə dair bağışlama müqaviləsini ləğv etdirməyəcəyini və evi qaytarmayacağını bildirmiş, məhz evin qaytarılması üçün məcbur olub bu ərizəni evin qaytarılmasından 2 gün əvvəl verdiyini qeyd etmişdir. Tovuz rayonu, Qovlar qəsəbəsindəki fərdi yaşayış evinə dair bağışlama müqaviləsinin ləğv edilməsi barədə Sazişlə X17 vəkildən şikayətçi olmaması barədə verdiyi ərizələrin bağlılığı ilə bağlı suallara cavab olaraq vəkil Cavabdeh bildirmişdir ki, buna qədər Hüseynovlar əvvəlki qohumlarına qarşı şər-böhtan xarakterli ərizələr yazmış, onları əsassız olaraq ittiham etmişlər. Məhz bu baxımdan vəkil Cavabdeh gələcəkdə belə hallardan özünü sığorta etdirmək məqsədi ilə Lətifə Hüseynovadan və onun ərindən belə bir ərizə aldığını bildirmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Range Rover markalı ** BR *** d.n.n. avtomaşın 14.08.2017-ci ii tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Range Rover markalı, ** BR *** d.n.n. avtomaşının vəkil Cavabdeh adına qeydiyyata alınmasından əvvəl avtomaşının şikayətçi Rahib Hüseynovun adına qeydə alınması barədə sübutlar Komissiyaya təqdim edilməmişdir. Lakin vəkil Cavabdeh tərəfindən təqdim edilmiş qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Range Rover markalı, ** RR *** n.n.avtomaşın əvvəllər X15 adına olmuşdur. ** BR *** və ** RR *** d.n.n. avtomaşmların BAN nömrəsinə diqqət yetirdikdə, hər iki BAN nömrəsinin eyni olduğu müəyyən olunur. Vəkil Cavabdeh izahatında avtomaşınını Yusif İsgəndərov adlı şəxsdən alqı-satqı yolu ilə Mir avtomobil salonundan aldığını bildirmişdir. Changan markalı avtomaşınla bağlı vəkil Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, avtomaşın Sirena MMC tərəfindən 10 iyul 2017-ci il tarixdə 1699 saylı alqı-satqı müqaviiəsi əsasında vəkii Cavabdeh satdmışdır. Avtomaşının dəyəri kredit yolu ilə vəkil Cavabdeh tərəfindən ödənilmişdir. Təqdim edilmiş "xxxx" MMC-nin 48 saylı, 25.04.2016-cı il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, MTK Nəsimi rayonu, 3-cü mkr-n, R.Məmmədov küçəsi 15 saylı binanın yaxınlığında inşa etdiyi yaşayış binasının tikintisini başa çatdırdıqdan sonra binanın 1-ci girişində 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 112 kv.m. olan 2 otaqlı 85 saylı mənzil “Alıcı” qismində vəkil Cavabdeh təhvil verməyi öhdəsinə götürmüşdür. Vəkil Cavabdeh izahatlarında mənzilin özü tərəfindən alındığını, mənzil əldə edilərkən Rahib Hüseynovla ailəli olmadığını və ümumiyyətlə, Hüseynovlar ailəsini tanımadığını qeyd etmişdir. X18 və Rahib Hüseynov mənzilin onlar tərəfindən alındığını şikayətlərində göstərsələr də bununla bağlı sübutlarını Komissiyaya təqdim edə bilməmişlər. X27 məxsus bahalı telefon nömrəiərinin vəkil Cavabdeh tərəfindən ələ keçirilərək, sonuncu tərəfindən satıldığını bildirsə də bununla bağlı sübutları Komissiyaya təqdim edə bilməmişlər, Vəkili Cavabdeh qeyd edilən xüsusatla bağlı göstərmişdir ki, Rahib Hüseynov özü qohumu Pərvinə məxsus nömrəni satmışdır. Rahib Hüseynovun adında qalmış digər iki mobil telefon nömrəsini onların istəyinə uyğun olaraq Rahib Huseynovun hazırki vəkilinin adına keçirtmişdir. Lətifə Hüseynovanın adına olan mobil telefon nömrəsindən heç zaman istifadə etməmiş və həmin nömrədən hər hansı borc yaranmışsa, L.Hüseynovanın özünə aid edilməlidir. Şikayətçilərin vəkil Cavabdeh saxta diplom əldə etməsi və istifadə etməsi, həmçinin vəkilin keçmiş ərinin bu məsələ ilə bağlı susdurulması üçün vəkil S.X19 30.000 manat pul alması barədə ərizədə göstərilən xüsusatlara qiymət verilməsi Komissiyanın səlahiyyətiəri çərçivəsində deyildir. Bu xüsusatla bağlı şikayətçilər tərəfindən Komissiyaya mötəbər subut təqdim edilməmiş, araşdırma gedişində də bu hallar öz təsdiqini tapmamışdır. Vəkil Cavabdeh qohumu (bacısı qızı) Seva Teymurova vasitəsi ilə şikayətçilərin süni surətdə borclandırılması barədə şikayət ərizələrində göstərilənlərlə bağlı qeyd edilmişdir ki, X45 Seva Teymurovadan 100.000 manat məbləğində pulu nağd surətdə borc götürməsi barədə notariat qaydasında müqavilə imzalamışdır. Sonradan həmin 100.000 manat məbləğində borcunu nağd surətdə qaytardıqdan sonra müqavilə notariat qaydasında ləğv edilmişdir. Bundan sonra X17 həyat yoldaşı İsmayıl Hüseynov yenidən Seva Teymurovadan 40.000 manat məbləğində pulu borc götürmüş, bununla bağlı müqavilə notariat qaydasında təsdiq edilmiş, müqavilədə qeyd edilən borc məbləği notariusun depozit hesabına mədaxil edilmişdir. Həm 100.000 manat məbləğində borc müqaviləsinin ləğv edilməsi barədə Sazişin, həm 40.000 manat məbləğində pulun borc götürülməsi müqavilənin, həm də Tovuz rayonu, K.Məmmədov küçəsində yerləşən fərdi yaşayış evinə dair bağışlama müqaviləsinin ləğv edilməsi barədə Sazişin eyni gündə, eyni notariat kontorunda, ardıcıllıqla icra edilməsi barədə suala cavab olaraq vəkil Cavabdeh bildirmişdir ki, tərəflər özləri razılaşıb danışmışlar ki, sənədləşmə bu formada aparılsın, bütün əməliyyatların eyni notariat kontorunda (14 saylı NK-da) aparılmasını Lətifə Hüseynova özü təklif etmişdir. Həmçinin vəkil Cavabdeh bildirmişdir ki, X45 istəmirdi ki, adında borc olsun, istəyirdi ki, borc başqası ilə bağlansın, əri İsmayıl Hüseynov xəstə olduğuna görə borcu onun adına planlı şəkildə rəsmiləşdirmişlər. Həmçinin vəkil Cavabdeh bildirmişdir ki, bacısı qızından əlavə, Lətifə və İsmayıl Hüseynovlar onun özündən də 22.500 manat məbləğində borc almışlar. Bu borcla bağlı Hüseynovların əlyazmaları da vardır. Hal-hazırda vəkil Cavabdeh Lətifə və İsmayıl Hüseynovlardan borcunun alınması ilə bağlı Tovuz rayon məhkəməsində iddia da qaldırmışdır. X54 da ona böyük miqdarda borcu olduğunu vəkil Cavabdeh izahatında bildirmişdir. X45 vəkil Cavabdehnm onları həbsdə olan oğulları ilə bağlı hədələdiyini, İran bankından əmlakları girov qoymaqla kredit alaraq pulunu onlara verəcəyini, həmçinin vəkil Cavabdeh onu və yaşlı həyat yoldaşını aldadaraq özünə İstanbul şəhərində ev, Xaçmaz rayonunda fermer təsərrüfatı, Bakı şəhəri Nəsimi rayonu ərazisində evlər və s. əldə etdiyini ərizəsində göstərsə də, bu hallarla bağlı hər hansı sübutu Komissiyaya təqdim edə bilməmişdir. Həmçinin, araşdırma gedişində də bu hallar öz təsdiqini tapmamışdır. Bundan başqa X5, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı CÇM-də cəza çəkən məhkum X39 şikayət ərizəsi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına şikayətlə müraciət etmişdir. X80 şikayətini belə əsaslandırmışdır ki, vəkil Cavabdeh ilkin olaraq onunla müqavilə bağlayaraq, hüquqlarını müdafiə etməyə başlasa da sonradan ailəli olduğu üçün onunla qeyri-rəsmi olaraq davam edən şəxsi yaxın mübasibətləri əri tərəfindən aşkar olunduğu üçün ərindən boşanaraq 2017-ci ildə onunla rəsmi nikaha daxil oldu. Ona məxsus əmlaklarını həbsdən qorumaq adı ilə 47.000 ABŞ dollarına aldığı Range Rover markalı ** BR *** d.n.n. avtomaşını (hazırda həmin avtomaşını Mersedes Galenvagen markalı avtomaşınla barter edərək eyni nömrədə idarə edir), onun kreditlə aldığı Shangam markalı avtomaşını, onun təmir etdirdiyi və aldığı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən "EFEM 2016’’ MTK-nın tikdiyi 117 kv.m. sahəsi olan 3 otaqlı yeni tikilini öz adına sənədləşdirmiş, bununla kifayətlənməyib Səbail rayon məhkəməsində onu və qardaşını müvəqqəti olaraq həbsdən azad etmək üçün 100.000 manat pul lazım olduğunu, Binəqədi rayon Polis İdarəsində X69 barədə şikayəti ləğv etmək üçün 40.000 manat pulun, eləcə də o həbs olunduqdan sonra 140.000 manat məbləğində Tovuz rayonunda yerləşən damazlıq təsərrüfatını satılaraq pulunu əldə edib, guya o həbsdə olarkən müxtəlif şəxslərə rüşvət verəcəyi adı ilə ələ keçirmişdir. Sevıl Hacıyevaya inandığından, sonuncu onun və valideynlərinin etibarından sui-istifadə etmişdir. O da X69nın və atası İsmayıl Hüseynovun şikayət ərizələrinə qoşulur, onların yazdıqları həqiqətdir. Hesab etmişdir ki, vəkil Cavabdeh ümumi məbləği 500.000 manatı aşan var-dövlət, pul və əmlakları ələ keçirmək üçün hətta onunla qısa müddətli nikaha girməkdən belə çəkinməmişdir (nikaha girərkən vəkil Cavabdeh nəvəsi var idi). Bundan başqa Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən ümumi dəyəri 250.000 manat təşkil edən evini bağışlama yolu ilə eyni qaydada öz adına keçirsə də, çox çətinliklə həmin evi, onların şikayət etdiklərini bildiyi üçün vəkil Cavabdeh notarial qaydada geri qaytarmışdır. Lakin öz xətti ilə yazdığı mətni onun valideynlərinə notariusda rəsmiləşdirməklə özünü sığortalamaq istəsə də əslində ailəsi öz evlərini qaytarmaq üçün vəkilin diqtə etdiklərini yazmaq məcburiyyətində qalmışlar. Vəkil Cavabdeh ona məxsus bahalı telefon nömrələrin aldığı etibarnamə əsasında ondan icazəsiz və xəbərsiz hər birini 4-5 min manata satmışdır. Vəkil Cavabdeh onunla nikahda olarkən vəkilin keçmiş əri onun saxta diplomları olması ilə bağlı Cavabdeh şantaj etməsi barədə ona bildirmişdir, Cavabdeh ondan keçmiş ərini susdurmaq üçün külli miqdarda - təxminən 30.000 manat civarında pullar almışdır, sonradan ona məlum olmuşdur ki, həqiqətən də Cavabdeh diplomlarının kökü yoxdur və o nə Ukrayna Respublikasındakı, nə də San-Marino universitetində oxumamışdır. Belə ki, Cavabdeh rus dilində danışa bilməyə-bilməyə Ukrayna Respublikasında oxuması mümkünsüz idi. Onun valideynləri çox aciz vəziyyətdədir. Onun zərərçəkmiş şəxslərə verməli olduğu bütün əmlak və pulları vəkil Cavabdeh ələ keçirmiş, hazırda bu səbəbdən də onun həbslə bağlı olmayan cəza alması mümkünsüzdür. X82 vəkil Sevıl Hacıyevanın ona və ailəsinə vurduğu külli miqdarda ziyanın geri qaytarılmasını və vəkilin barəsində qanunla nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Vəkil Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli Qərarı ilə müəyyən edilmiş “Nikahın qeydə alınması” Qaydalarına 3.8-ci bəndinə zidd olaraq əsasən ərizə verilən gündən 1 aydan tez (12 gün ərzində) müvəkkili olmuş Rahib Hüseynovla nikaha daxil olmuşdur. Vəkil Cavabdeh X44 qısa zamanda nikaha girməkdə məqsədi sonuncuya məxsus əmlaklar üzərinə qoyulmuş həbsin qarşısını almaq və formal nikaha girdikdən sonra həmin əmlakların öz adına rəsmiləşdirilməsi yolu ilə tələbin həmin əmlaklara yönəlməsinin qarşısını almaq olmuşdur. Bu yolla vəkil Cavabdeh peşə fəaliyyətini həyata keçirərkən müvəkkilinin əmlaklarının öz adına keçirilməsi yolu ilə həmin əmlaklar üzərində manipulyasiya edərək qanuna zidd olaraq əmlak xarakterli maddi nemətlər əldə etməyə yönəlmiş hərəkətlər etmiş və həmin əmlaklardan bəzilərini sataraq qazanc əldə etmişdir. Qeyd edilməlidir ki vəkil Cavabdeh müvəkilli Rahib Hüseynovla formal əsaslarla nikaha daxil olması sonuncı şəxsin saxlanıldığı Cəzaçəkmə Müəssisəsindən Vəkillər Kollegiyasına göndərdiyi şikayət ərizəsinin məzmunundan da aydın görmək olur. Baxmayaraq ki, vəkil Cavabdeh satılan əmlakla (kökəltmə məntəqəsi) bağlı şikayətçilər Lətifə və Qara Hüseynovların onunla bağlı şikayət və tələbinin olmaması barədə 23.01.2020-ci il tarixli ərizə təqdim etmişdir. Hesab etmişlər ki, bu ərizə digər əmlakın (yaşayış evinin) bağışlanılmasına dair müqavilənin ləğvindən, həmçinin vəkil Cavabdeh qohumu olan Seva Teymurova ilə X45 arasındakı 100.000 manatlıq borc müqaviləsinin ləğv edilməsi barədə Sazişin tərtib edilməsindən 2 gün əvvəl imzalanması vəkil Cavabdeh bu yolla şikayətçilərə təsir etməsini və onlar üzərində manipulyasiya etməsini təsdiq edir. Bundan başqa, vəkil Cavabdeh hüquqlarının müdafiə etdiyi Rahib Hüseynovla qanunvericiliyin tələblərinə zidd olaraq sonuncunun saxlanıldığı təcridxanada hüquqi yardıma dair müqavilələr bağlamışdır. X73 X69nın pul tələbinə dair mülki iş üzrə hüquqlarını Azərbaycan Respublikası Ali Məhkəməsində müdafiə etmək üçün Rahib Hüseynovla təcridxanada hüquqi yardıma dair müqavilə imzalamışdır. Müqavilələrlə yanaşı vəkil Cavabdeh pulun ödənilməsi ilə mədaxil qəbzlərini də təcridxanada saxlanılan Rahib Hüseynova imzalatdırmışdır. Bu yolla, vəkil Cavabdeh qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Müəyyən olunmuşdur ki, vəkil Cavabdeh hüquqi xidmətə dair bağladığı müqavilələrdən əlavə Lətifə Hüseynovadan pul almışdır. Belə ki, Lətifə Hüseynova 21.10.2016-cı il tarixdə 500 manat, 22.02.2017-ci il tarixdə 22.000 manat, 23.02.2017-ci il tarixdə 3000 manat məbləğində pulları Bank vasitəsi ilə Tovuz rayonunda vəkil Cavabdeh adına köçürmüşdür. 21.10.2016-cı il tarixli köçürmə ilə bağlı vəkil Cavabdeh müqavilə pulunun Lətifə Hüseynova tərəfindən köçürüldüyü bildirsə də, müəyyən olunmuşdur ki, həmin tarixdə Lətifə Hüseynova ilə müqavilə bağlanmamış, 2016-cı ilin oktyabr ayında müqavilələr pulun köçürülməsindən xeyli əvvəl bağlanmışdır və bu müqavilələr üzrə pul vəkil Cavabdeh həmin dövrdə fəaliyyət göstərdiyi 4 saylı Vəkil Bürosunda nağd şəkildə artıq ödənilmişdi. 22.02.2017-ci il və 23.02.2017-ci il tarixlərində pul köçürülməsi ilə bağlı vəkil Cavabdeh müvəkkili ilə faktiki nikah münasibətlərində olduğunu və müvəkkili ilə birlikdə yaşadıqlarını göstərmişdir. Komissiya vəkil Cavabdeh bu izahatına tənqidi yanaşır və hesab edilmişdir ki, vəkil özünü müdafiə etmək məqsədi ilə belə izahat vermişdir. Çünki vəkil Cavabdeh ilkin izahatlarında Lətifə Hüseynova tərəfindən onun adına göndərilmiş pul vəsaitinin onların ailə üzvü olduğundan və həyat yoldaşı (müvəkkili) Rahib Hüseynova məxsus şəxsiyyət vəsiqəsinin istintaq orqanında olduğunu bildirmişdir. Lakin sonradan yuxarıda qeyd edilən üç köçürmənin nikahdan öncə onun adına köçürüldüyünü bildirdikdə, çıxış yolu kimi öz müvəkkili ilə faktiki nikah münasibətlərində olduğunu bildirmişdir. Eyni zamanda bildirilmişdir ki, vəkil Cavabdeh izahatlarında 15.02.2017-ci il tarixədək Rahib Hüseynovla vəkil-müvəkkil münasibətlərində olduğunu qeyd etmişdir. Rahib Hüseynovun 15.02.2017-ci il tarixdə həbsdən azad edilərək ev dustaqlığına buraxıldıqdan 2 gün sonra 17.02.2017-ci il tarixdən başlayaraq, həmçinin R.Hüseynovun barəsindəki qətimkan tədbiri dəyişidirilərək azadlığa çıxdıqdan 7 gün sonra vəkil Cavabdeh adına pullar köçürülərkən artıq tərəflərin faktiki nikah münasibətlərində olmasını Komissiya inandırıcı hesab etmir və qəbul etmir. Bundan əlavə, 4 saylı Vəkil Bürosunda Rahib Hüseynovla vəkil Cavabdeh arasında hüquqi yardıma dair müqavilələr imzalanarkən R.Hüseynova məxsus şəxsiyyət vəsiqəsi sonuncunun özündə olmuş, bununla bağlı müqavilədə qeydiyyatlar aparılmışdır. Bu fakt da vəkil S.X28 şəxsiyyət vəsiqəsinin istintaqda olması səbəbindən pulların R.Hüseynovun adına deyil, onun adına köçürüldüyü inkar edir. Yuxarıda sadalanan vəkil Cavabdeh tərəfindən yol verilmiş intizam pozuntuları 2016-ci illəri əhatə etmişdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin İİİ bəndinə əsasən Komissiya qeyd etmişdir ki, vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən altı ay, törədildiyi gündən isə bir il müddətində tətbiq edilə bilər. Lakin vəkil Cavabdeh ilə şikayətçilər arasında əmlak xarakterli mübahisələrin 2020-ci il ilin yanvar ayınadək davam etməsini, yəni formal nikaha daxil olmaqla müvəkkilinin əmlaklarının öz adına rəsmiləşdirilməsinə nail olmaqla əmlaklarının bir qismini 2020-ci ilin yanvar ayında qaytarmasını, şikayətçilərdən 2020-ci il ilin yanvar ayında onun barəsində şikayət və tələbinin olmaması barədə ərizə almasını əsas tutaraq, hesab edilmişdir ki, vəkil Cavabdeh tərəfindən peşə fəaliyyətini həyata keçirərkən müvəkkilinin və onun ailə üzvlərinin (şikayətçilərin) əmlakları üzərində manipulyasiya edərək əmlak xarakterli maddi nemətlər əldə etməkdən ibarət hərəkətləri davam edən münasibətlər olmuşdur. Qeyd edilən münasibətlər 2020-ci ilin yanvar ayında yekunlaşdığından Komissiya hesab etmişdir ki, sözügedən "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 22-ci maddəsinin İİİ bəndi ilə nəzərdə tutulmuş bir illik məhdudiyyət hazırki halda tətbiq edilə bilməz. X2 Hüseynovla rəsmi nikaha daxil olduğu 13.04.2017-ci il tarixdən sonra 23.05.2017-ci il tarixdə vəkil Cavabdeh 2000 manat pulun L.Hüseynova tərəfindən köçürülməsi halına gəldikdə Komissiya hesab edilmişdir ki, həmin ərəfədə vəkil S.X55 rəsmi olaraq nikahda olduğuna görə həmin məbləğdə pulun hansı məqsədlə köçürülməsi dəlilinə Komissiya tərəfındən qiymət verilməsi mümkün hesab edilə bilməz. Bundan başqa müəyyən edilmişdir ki, Vəkillər X46 tərəfindən müəyyən edilmiş qaydalara zidd olaraq, 2019-cu ilin oktyabr ayından hüquqi yardıma dair müqavilər üzrə pulun odənilməsi nağdsız qaydada aparılmalı olduğu halda, vəkil Cavabdeh 14.11.2019-cu il tarixdə Rahib Hüseynovla 20 saylı müqavilə imzalayarkən sonuncudan həmin müqavilə üzrə 100 manat məbləğində pulu nağd qaydada qəbul etmiş və bununla bağlı 14.11.2019-cu il tarixli GSU 286120 saylı mədaxil qəbzi təqdim etmişdir. Sonradan vəkil Cavabdeh "xxxx" ASC-nin C.Cabbarlı filialında terminal vasitəsi ilə 15.11.2019-cu il tarixli qəbz edərək, məbləğin nağd şəkildə onun tərəfindən qəbul edilmədiyini, xidmət haqqı olaraq 100 manat pulun Lətifə Hüseynova tərəfindən ödənildiyini bildirmişdir. Bu xüsusatla bağlı qeyd etmişlər ki, müqavilə 14.11.2019-cu il tarixdə bağlanan zaman vəkil Cavabdeh tərəfindən həmin tarixli GSU 286120 saylı mədaxil qəbzi təqdim olunmuş və bununla artıq müqavilə üzrə məbləği nağd surətdə qəbul etdiyi öz təsdiqini tapmışdır. Sonradan terminal vasitəsi ilə 100 manat məbləğində pulun 15.11.2019-cu il tarixdə vəkil Cavabdeh hesabına mədaxil olunması, heç də 14.11.2019-cu il tarixdə 100 manat məbləğində pulun nağd surətdə qəbul edilmədiyini inkar etmir. Həmçinin, izahatında vəkil Cavabdeh pulun "xxxx" ASC-dəki hesabına mədaxil olunduğunu bildirsə də, təqdim edilən qəbzdən görünür ki, pul "xxxx" ASC-dəki hesaba mədaxil olunmuşdur. Bu xüsusatla da bağlı Komissiya hesab etmişdir ki, vəkil Cavabdeh “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin tələblərini pozmuş və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək intizam pozuntusuna yol vermişdir. Bütün bunlarla yanaşı, Komissiya qeyd etmişdir ki, vəkil Cavabdeh X17 və ailəsinin ümumilikdə 420.000 manat məbləğində pulunu ələ keçirməsi; şikayətçinin həbsdə olan övladları Rahib və Emin Hüseynovların həbsdən azad edilməsi üçün Səbail rayon Məhkəməsində baxılmış həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətlərin həll edilməsi üçün hər biri üçün 50.000 manat olmaqla, ümumilikdə 100.000 manat məbləğində pullarını ələ keçirməsi; X17 barəsində Binəqədi RPİ-də olan şikayət ərizəsi üzrə materialın rədd edilməsi məqsədi ilə vəkil Cavabdeh şikayətçinin 40.000 manat pulunu ələ keçirməsi; Rahib Hüseynova məxsus bahalı telefon nömrələrinin vəkil Cavabdeh tərəfindən ələ keçirilməsi və sonuncu tərəfindən satılması, vəkil Cavabdeh saxta diplom əldə etməsi və istifadə etməsi, həmçinin vəkilin keçmiş ərinin bu məsələ ilə bağlı susdurulması üçün vəkil S.X20 30.000 manat pul alması; vəkil Cavabdeh şikayətçini həbsdə olan oğulları ilə bağlı hədələdiyini, İran bankından əmlakları girov qoymaqla kredit alaraq pulunu onlara verəcəyini, həmçinin vəkil Cavabdeh özünə İstanbul şəhərində ev, Xaçmaz rayonunda fermer təsərrüfatı, Bakı şəhəri Nəsimi rayonu ərazisində evlər, əmlaklar və s. əldə etməsi, onun X17 evindən sonuncuya məxsus əşyaları və əmlakların daşıyaraq aparması barədə şikayət ərizələrində göstərilən xüsusat və hallarla bağlı şikayətçilər Lətifə və İsmayıl Hüseynovlar, həmçinin həbsdə olan Rahib Hüseynov tərəfindən hər hansı mötəbər sübut Komissiyaya təqdim edilməmişdir. Məhz bu baxımdan Komissiya hesab etmişdir ki, qeyd edilən xüsusatlara baxılması Vəkillərin İntizam Komissiyasının səlahiyyətinə aid olmadığından, bu hallara Komissiya tərəfindən qiymət verilməsi mümkün deyildir. X1 və X13 şikayətləri əsasında aparılmış intizam icraatı üzrə araşdırma materiallarını Komissiya məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh müvəkkili Rahib Hüseynova məxsus əmlaklar üzərinə qoyulmuş həbsin qarşısını almaq və əmlakların öz adına keçirilməsinə nail olmaq məqsədi ilə formal nikaha girməklə, peşə fəaliyyətini həyata keçirərkən müvəkkilinin barəsində əmlak manipulyasiyaları etməklə qanuna zidd olaraq əmlak xarakterli maddi nemətlər əldə etməyə yönəlmiş hərəkətlər etdiyindən, hüquqlarını müdafiə etdiyi şəxslə onun saxlanıldığı istintaq təcridxanasında hüquqi yardıma dair müqavilələr bağlamaqla və həmin müqavilələr üzrə hüquqi yardım haqqının təcridxanada saxlanılan şəxs tərəfindən formal olaraq ödənilməsini təşkil etdiyindən, hüquqi yardıma dair müqavilə bağlamadan banklardan onun adına köçürülmüş pulları əldə etdiyindən, köçürülən pulların məqsədini yayındırmaq üçün öz müvəkkili ilə rəsmi nikahdan əvvəl, faktiki nikah münasibətlərində olduğunu bildirərək, vəkil etikasına və vəkillik fəaliyyətinə uyğun olmayan hərəkətlər etdiyindən, 14.11.2019-cu il tarixdə bağladığı hüquqi yardıma dair müqavilə üzrə xidmət haqqını müvəkkilindən nağd qaydada qəbul etdiyindən və nağd qaydada qəbul etdiyi pulu sonradan bankda terminal vasitəsi ilə öz hesabına mədaxil olunmasını təşkil etdiyindən vəkil kimi hüquq və vəzifələrini düzgün icra etməmiş, peşə fəaliyyətini həyata keçirərkən özü üçün maddi nemətlər əldə etmiş, vəkil etikası tələblərinə riayət etməmiş, hüquq müdafıə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol vermiş, bununla vəkilliyə olan inamı azaltmaqla, vəkillik peşəsinin nüfuzunu artırmağa yönələn və vəkilliyə olan ictimai etimadı bərpası üçün tədbirlər görməmişdir. Beləliklə, vəkil Cavabdeh “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİİ hissəsinin, 16-cı maddəsinin İ və İİİ hissəsinin, 18 və 19-cu maddələrinin, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin 2.3, 2.5-ci, 2.8 və 2.10-cu bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini tələblərini pozmuş və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək intizam pozuntusuna yol vermişdir. Yuxarıda şərh edilənləri nəzərə alaraq və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 22-ci maddəsini, “Vəkillərin İntizam Komissiyası haqqında” Əsasnamənin 6.12-ci maddəsinin tələblərini rəhbər tutaraq Komissiya hesab edir ki, hazırki rəy müzakirə edilməsi və müvafiq qərar qəbul olunması üçün Azərbaycan Respublikası Vəkillər X7 təqdim edilməlidir. - Azərbaycan Respublikası Vəkillər X16 06 noyabr 2020-ci il tarixli, 15 saylı iclas protokolundan çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh barəsində X8 müraciəti əsasında başlanılmış intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəyinin nəzərə alınması, peşə fəaliyyətini həyata keçirərəkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİİ hissəsinin, 16-cı maddəsinin İ və İİİ hissəsinin, 18 və 19-cu maddələrinin, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin 2.3, 2.5 və 2.8-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozduğuna görə Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədəki vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X30 fərdi qaydada fəaliyyət göstərən vəkili Cavabdeh barəsində şikayət ərizəsi ilə Vəkillər Kollegiyasına müraciət etmiş, həmin müraciət Vəkillər Kollegiyasının İntizam Komissiyasında araşdırılmış, araşdırma nəticəsində Komissiya Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh müvəkkili Rahib Hüseynova məxsus əmlaklar üzərinə qoyulmuş həbsin qarşısını almaq və əmlakların öz adına keçirilməsinə nail olmaq məqsədi ilə formal nikaha girməklə, peşə fəaliyyətini həyata keçirərkən qanuna zidd olaraq əmlak xarakterli maddi nemətlər əldə etməyə yönəlmiş hərəkətlər etdiyindən, hüquqlarını müdafiə etdiyi şəxslə onun saxlanıldığı istintaq təcridxanasında hüquqi yardıma dair müqavilələr bağlamaqla və həmin müqavilələr üzrə hüquqi yardım haqqının təcridxanada saxlanılan şəxs tərəfindən formal olaraq ödənilməsini təşkil etdiyindən; hüquqi yardıma dair müqavilə bağlamadan banklardan onun adına köçürülmüş pulları əldə etdiyindən; köçürülən pulların məqsədini yayındırmaq üçün öz müvəkkili ilə rəsmi nikahdan əvvəl, faktiki nikah münasibətlərində olduğunu bildirərək, vəkil etikasına və vəkillik fəaliyyətinə uyğun olmayan hərəkətlər etdiyindən; 14.11.2019-cu il tarixdə bağladığı hüquqi yardıma dair müqavilə üzrə xidmət haqqını müvəkkilindən nağd qaydada qəbul etdiyindən və nağd qaydada qəbul etdiyi pulu sonradan bankda terminal vasitəsi ilə öz hesabına mədaxil olunmasını təşkil etdiyindən vəkil kimi hüquq və vəzifələrini düzgün icra etməməsi, peşə fəaliyyətini həyata keçirərkən özü üçün maddi nemətlər əldə etməsi, vəkil etikası tələblərinə riayət etməməsi, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verməsi, bununla vəkilliyə olan inamı azaltmaqla, vəkillik peşəsinin nüfuzunu artırmağa yönələn və vəkilliyə olan ictimai etimadın bərpası üçün tədbirlər görməməsi nəticəsinə gələrək müvafiq qərar qəbul olunması üçün Azərbaycan Respublikası Vəkillər X7 müraciət edilmişdir. Azərbaycan Respublikası Vəkillər X21 İntizam Komissiyasının rəyini nəzərə alaraq Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır; - 1-ci maddəsinin 2-ci hissəsinə əsasən vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir; - 1-ci maddəsinin 3-cü hissəsinə əsasən vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi, vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi, vəkillərin hüquqlarının bərabərliyi, özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. - 3-cü maddəsinə əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. - 5-ci maddəsinə əsasən vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. - 14-cü maddəsinə əsasən Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs X12 iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: "Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm". - 16-cı maddəsinin 1-ci hissəsinə görə peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir, vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir, yalnız qanunun tələblərini rəhbər tutmalıdır, hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir, mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır, vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir, vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir, «Сinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn tələblərə əməl etməlidir; - 16-cı maddəsinin 3-cü hissəsinə görə vəkilin mülki və ya cinayət işləri üzrə müvafiq olaraq nümayəndə və müdafiəçi qismində iştirakını istisna edən hallar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə, inzibati xətalar haqqında işlər üzrə icraatda müdafiəçi və ya nümayəndə qismində iştirakını istisna edən hallar isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilir. - 18-ci maddəsinə əsasən vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. - 19-cu maddəsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. - 22-ci maddəsinə əsasən vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər X21 tərəfindən intizam məsuliyyətinə cəlb edilir. İntizam Komissiyasının rəyi əsasında Vəkillər X21 tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: irad tutma, töhmət, üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər X21 məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. - 23-cü maddəsinin 1-ci hissəsinə görə vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: - öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; - barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; - fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; - vəfat etdikdə; - məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; - Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; - bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; - üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. - 23-cü maddəsinin 2-ci hissəsinə görə görə vəkillərin fəaliyyətinə Vəkillər X21nin qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin: - 1-ci bəndinə görə hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur; hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir. - 2.2-ci bəndinə görə vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. - 2.3-cü bəndinə görə vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır. - 2.5-ci bəndinə görə vəkil vəkillik peşəsinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Vəkil davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Vəkil çıxışlarında və yazışmalarında obyektivliyi qorumalıdır. - 2.8-ci bəndinə görə vəkil peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmalıdır. - 2.10-cu bəndinə əsasən peşə fəaliyyətini həyata keçirməklə bağlı vəkillərin, qanuna zidd olaraq, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkət (hərəkətsizlik) etməsi qadağandır. - 3.4-cü bəndinə görə vəkil hüquqi yardım göstərdiyi şəxsi vicdanla və əzmlə təmsil etməli və məsləhətlər verməlidir. Vəkil ona etibar olunmuş işin gedişatı və icrası ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi mütamadi olaraq məlumatlandırmalıdır. - 3.5-ci bəndinə görə vəkilin hüquqi yardım göstərdiyi şəxslərlə qarşılıqlı münasibətləri vəkilin dürüst və ədalətli olmasına dəlalət edən etimad üzərində qurulmalıdır. - 6.4-cü bəndinə əsasən bu Əsasnamədə qeyd olunan davranış qaydalarının pozulması vəkilin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin: - 5.13-cü bəndinə əsasən Vəkillər Kollegiyasının üzvləri vəkillik fəaliyyətini tənzimləyən qanunların və bu Nizamnamənin tələblərinə əməl etməli, Ümumi yığıncağın (Konfransın) qərarlarını yerinə yetirməlidirlər. - 8.2-ci bəndinə əsasən Vəkillər X7 vəkillik fəaliyyəti üzrə bir sıra idarəetmə səlahiyyətləri ilə yanaşı Kollegiyanın üzvlüyünə qəbul və ondan xaric olunma, vəkilliklə məşğul olmanın müvəqqəti dayandırılması kimi səlahiyyəti vardır. Məhkəmə hesab edir ki, X17 şikayət ərizəsi ilə bağlı Vəkillər Kollegiyasının İntizam Komissiyası tərəfindən aparılmış araşdırma zamanı fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh müvəkkili Rahib Hüseynova məxsus əmlaklar üzərinə qoyulmuş həbsin qarşısını almaq və əmlakların öz adına keçirilməsinə nail olmaq məqsədi ilə formal nikaha girməsi, peşə fəaliyyətini həyata keçirərkən qanuna zidd olaraq əmlak xarakterli maddi nemətlər əldə etməyə yönəlmiş hərəkətlər etməsi, hüquqlarını müdafiə etdiyi şəxslə onun saxlanıldığı istintaq təcridxanasında hüquqi yardıma dair müqavilələr bağlamaqla və həmin müqavilələr üzrə hüquqi yardım haqqının təcridxanada saxlanılan şəxs tərəfindən formal olaraq ödənilməsini təşkil etməsi, hüquqi yardıma dair müqavilə bağlamadan banklardan onun adına köçürülmüş pulları əldə etməsi, köçürülən pulların məqsədini yayındırmaq üçün öz müvəkkili ilə rəsmi nikahdan əvvəl, faktiki nikah münasibətlərində olduğunu bildirərək, vəkil etikasına və vəkillik fəaliyyətinə uyğun olmayan hərəkətlər etməsi, 14.11.2019-cu il tarixdə bağladığı hüquqi yardıma dair müqavilə üzrə xidmət haqqını müvəkkilindən nağd qaydada qəbul etməsi və nağd qaydada qəbul etdiyi pulu sonradan bankda terminal vasitəsi ilə öz hesabına mədaxil olunmasını təşkıl etməsi, vəkil kimi hüquq və vəzifələrini diizgün icra etməməsi, peşə fəaliyyətini həyata keçirərkən özü üçün maddi nemətlər əldə etməsi, vəkil etikası tələblərinə riayət etməməsi, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə verməsi, mədəni, nəzakətli, diqqətli olmaması, bununla da intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək intizam pozuntusuna yol verməsi müəyyən edildiyindən həmin əməllər cavabdehin Vəkillər Kollegiyasından xaric edilməsi üçün yetərli olan, qanunla nəzərdə tutulan əsaslardır. Belə olan halda Cavabdeh vəkil kimi peşə borcunu həyata keçirərkən yuxarıda qeyd edilən Əsasnamənin müddəalarının pozulması hallarına yol verdiyindən və həmin hallar Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduğundan iddiaçının gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilərək vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-4944/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4944/2021
23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver