Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4944/2024 31.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin yaşa görə əmək pensiyasının təyini barədə qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı “qərarın ləğvi və s” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən cavabdehin 24 oktyabr 2023-сü il tarixli qərarlarını ləğv edilməsini pensiyanın dayandırıldığı 30 sentyabr 2023-cü il tarixdən bərpa edilməsini, 255.813 manat 70 qəpik pul vəsaitinin tutulmasının cavabdehə qadağan edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Son olaraq iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialını cavabdeh qismində cəlb edilməsini, iddia tələbinin artırılaraq həmin cavabdehin yaşa görə adi qaydada pensiya təyini barədə qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2006-cı ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin tarixdə pensiya təyin edilən zaman 57 yaşı tamam olmuş, eləcədə ümumi iş stajı 25 ildən artıq olmaqla, həmin müddətin ən azı 12 il 6 ayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə işlədiyim müddətə daxildir. Beləliklə iddiaçıya xx.xx.2006-cı ildə təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq təyin edilmişdir. Buna baxmayaraq cavabdeh inzibati orqan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının iki nəfər şahid ifadəsi əsasında təyin edilməsinə, həmin şahidlərin 1970-1988-ci illər ərzində Qaçaran mis-molibden kombinatında iddiaçı ilə eyni dövrdə eyni müəssisədə işləmədiklərinə, bu səbəbdən də həmin illərin iş stajına daxil edilməsinin mümkün olmadığı üçün ümumi iş stajımın 25 ildən az təşkil etməsinə və güzəştli iş stajımın olmamasına əsaslanaraq təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırılmışdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən inzibati icraat aparılmadan əsassız olaraq qərarlar qəbul edilmiş, onun dinləmə hüququ təmin edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərin etirazı: Etiraz (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı) onunla əsaslandırılmışdır ki, iddiaçı Ə.X8 rayon şöbəsi tərəfindən X4 və X1 şahid ifadələri əsasında 1970-1988-ci illər ərzində Qaçaran mis-molibden kombinatında kran maşinisti vəzifəsində işləməsi faktını əsas götürərək, xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, İddiaçı pensiya işinə dair sənədlərə əlavə edilmiş şahid ifadələri üzrə protokolda adıçəkilən şahidlərin həmin illər ərzində onunla birgə sözügedən müəssisədə işlədiyi qeyd edilmişdir. Lakin araşdırma zamanı X4 əmək kitabçasında onun xx.xx.1968-xx.xx.1993-cü il tarixlərdə Zəngilan rayonu Lenin adına sovxozda dəmirçi vəzifəsində, X1 əmək kitabçasında onun xx.xx.1972-xx.xx.1973-cü illərdə Zəngəzur mis-molibden kombinatında sürücü, xx.xx.1973-xx.xx.1976-cı il tarixlərdə Qaçaran təmir-tikinti idarəsində sürücü, mexanik, xx.xx.1977-xx.xx.1978-ci il tarixlərdə Qaçaran yanğınsöndürmə hissəsində sürücü, xx.xx.1978-xx.xx.1981-ci il tarixlərdə Paqarlı kəndində satıcı, xx.xx.1982-xx.xx.1982-ci il və xx.xx.1982-xx.xx.1989-cu il tarixlərdə Sumqayıt sərnişin avtobazasında sürücü vəzifəsində çalışdığı müəyyən olunmuşdur. Göründüyü kimi adıçəkilən şəxslər İddiaçıla eyni dövrdə eyni müəssisədə işləməmişlər. Bu səbəbdən də həmin illərin iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən bildirik ki, İddiaçı ümumi iş stajı 25 ildən az (18 il, 02 ay, 19 gün (xx.xx.1967-xx.xx.1969-cu il, xx.xx.1988-xx.xx.2002-ci il və xx.xx.2006-cı ildən sonra 2 il, 05 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Həmçinin əmək kitabçasına əsasən xx.xx.1988-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının “Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu”nda tırtırlı kran maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisə tərəfindən göndərilmiş 14-2-8/2-128/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda İddiaçı işlədiyi vəzifənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahısında qeyd edilən vəzifələrlə eynilik təşkil etmədiyi qeyd edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) onunla əsaslandırılmışdır ki, Araşdırma zamanı, Fondun Qaradağ rayon şöbəsi tərəfindən X5 və X2 şahid ifadələri əsasında 1970-1988-ci illər ərzində Qaçaran mis-molibden kombinatında iddiaçının kran maşinisti işləməsi faktı əsas götürülərək, ona xx.xx.2006-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. İddiaçının pensiya işinə dair sənədlərə əlavə edilmiş şahid ifadələri üzrə protokolda adıçəkilən şahidlərin həmin illər ərzində iddiaçı ilə birgə sözügedən müəssisədə işlədikləri qeyd edilib. Lakin araşdırma zamanı Xəlil İbrahimovun pensiya işinə dair sənədlərinə əlavə edilmiş əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən onun xx.xx.1968- xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Zəngilan rayon Lenin adına sovxozda dəmirçi vəzifəsində, Dağbəyi Astanovun pensiya işinə dair sənədlərinə əlavə edilmiş əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən isə onun xx.xx.1972-xx.xx.1973- cü il tarixləri arasındakı dövr ərzində Zəngəzur mis-molibden kombinatında sürücü, xx.xx.1973-xx.xx.1976-cı il tarixləri arasındakı dövr ərzində Qaçaran təmir-tikinti idarəsində sürücü, mexanik, xx.xx.1977xx.xx.1978-ci il tarixləri arasındakı dövr ərzində Qaçaran yanğınsöndürmə hissəsində sürücü, xx.xx.1978-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində Paqarlı kəndində satıcı, xx.xx.1982-xx.xx.1982-ci il və xx.xx.1982-xx.xx.1989-cu il tarixləri arasındakı dövlər ərzində Sumqayıt sərnişin avtobazasında sürücü vəzifələrində çalışdıqları müəyyən edilib. Göründüyü kimi adıçəkilən şəxslərin bildirdikləri kimi, onlar iddiaçı ilə eyni dövrdə eyni müəssisədə işləməmişlər. Bu səbəbdən də həmin illəri iş stajına daxil etmək mümkün olmadığı üçün onun ümumi iş stajı 25 ildən az (18 il 2 ay 19 gün (xx.xx.1967-xx.xx.1969cu il, xx.xx.1988-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 2 il 5 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Pensiya işinə əlavə edilən “Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu”nun iddiaçıya dair xx.xx.2007-cil il tarixli 17/15-A nömrəli arxiv arayışında xx.xx.1988- xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində tırtırlı kran maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən həmin dövr üzrə iddiaçının iş stajına dair məlumatların dəqiqləşdirilməsi ilə bağlı sözügedən müəsissəyə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq göndərilən xx.xx.2023-cü il tarixli 14-2-8/2-128/2023 nömrəli məktubda işlədiyi vəzifənin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahılarda nəzərdə tutulmuş vəzifələrə aid olmadığı bildirilib. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2006-cı il tarixindən Fondun Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2006-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə ümumilikdə 255813,70 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Bununla əlaqədar olaraq ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarması xahiş edilmişdir. Həmçinin iddiaçının iştirakı ilə 19 oktyabr 2023-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada mülahizələrinizin dinlənilməsinə dair birgə akt tərtib olunub. Yekun olaraq Mərkəzi Filial tərfindən iddiaçıya dair əmək pensiyasının dayanmasına dair xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-61809/2023 nömrəli və əmək pensiyasının ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-61808/2023 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi, “İnzibati İcraat Haqqında” Qanunun tələblərinə tam əməl edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Eyni zamanda hesab edirik ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, məhkəmə hazırkı iş üzrə hər iki cavabdehin prosessual həmiştirakçı qismində tanınması məsələsinə münasibətdə də mümkünlük şərtinin ödənilməsi qənaətindədir. Bununla bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, prosessual həmiştirakçılığın (hazırkı işdə birgə cavabdeh qismində iştirak) yolverilənliyi iddianın mümkünlüyü komponentlərindən biridir. Prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü ilə bağlı isə qeyd edilməlidir ki, AR İPM-nin 30-cu maddəsinə əsasən bir iş üzrə bir neçə birgə iddiaçının və ya cavabdehin iştirakının mümkünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Göründüyü kimi inzibati prosessual qanunvericiliklə hansı hallarda birgə iddiaçıların və ya cavabdehlərin bir iddia tələbində qeyd edilməsinin, bundan əlavə bir-neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsinin mümkünlüyünə qiymət verilmişdir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən, həmçinin mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da birgə cavabdeh qismində prosessual həmiştirakçılığı, mümkün hesab edilir. Hazırkı iş üzrə də ən azından uyğun faktiki və hüquqi əsaslara söykənən iki tələbin mövcudluğu və həmin tələblərin cavabdehlərin qəbul etdiyi qərarların hüquqi nəticəsindən əmələ gəlməsi aşkardır. Belə ki, hazırda DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adlandırılan orqan tərəfindən iddiaçıya yaşa görə pensiyanın təyin olunması barədə qərar qəbul olunmuşdur. Hazırda həmin qərar ləğv edilməyib, etibarsız sayılmayıb və qüvvədə olduğu üçün bu hal iddiaçının ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyasının bərpa olunması barədə qəbul ediləcək məhkəmə qərarının icrasını mümkünsüz edir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, hazırki halda cavabdehlərin prosessual həmiştirakçılığına yol verilir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF Qaradağ rayon Şöbəsi tərəfindən qəbul edilmiş qərarı ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. DSMF XŞTİ üzrə Mərtkəzi Filialı tərəfindən qəbul edilmiş 24 oktyabr 2023-cü il tarixli qərarı ilə vətəndaş İddiaçı əmək pensiyasının təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilməsi, adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılması ləğv edilmişdir. DSMF XŞTİ üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş 24 oktyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırılmışdır. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş 15 noyabr 2023-cü il tarixli 3-17-1/1-Q-279577/2023 nömrəli qərarı ilə İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Fondun Qaradağ rayon şöbəsi tərəfindən X5 və X2 şahid ifadələri əsasında İddiaçı 1970- 1988-ci illər ərzində Qaçaran mis-molibden kombinatında kran maşinisti işləməsi faktı əsas götürülərək, ona xx.xx.2006-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi müəyyən olunub Pensiya işinə dair sənədlərə əlavə edilmiş şahid ifadələri üzrə protokolda adıçəkilən şahidlərin həmin illər ərzində İddiaçıla birgə sözügedən müəssisədə işlədikləri qeyd edilib. Lakin araşdırma zamanı Xəlil İbrahimovun pensiya işinə dair sənədlərinə əlavə edilmiş əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən onun xx.xx.1968-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Zəngilan rayon Lenin adına sovxozda dəmirçi vəzifəsində, Dağbəyi Astanovun pensiya işinə dair sənədlərinə əlavə edilmiş əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən isə onun xx.xx.1972-xx.xx.1973-cü il tarixləri arasındakı dövr ərzində Zəngəzur mis-molibden kombinatında sürücü, xx.xx.1973-xx.xx.1976-cı il tarixləri arasındakı dövr ərzində Qaçaran təmir-tikinti idarəsində sürücü, mexanik, xx.xx.1977-xx.xx.1978-ci il tarixləri arasındakı dövr ərzində Qaçaran yanğınsöndürmə hissəsində sürücü, xx.xx.1978xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində Paqarh kəndində satıcı, xx.xx.1982xx.xx.1982-ci il və xx.xx.1982-xx.xx.1989-cu il tarixləri arasındakı dövlər ərzində Sumqayıt sərnişin avtobazasında sürücü vəzifələrində çalışdıqları müəyyən edilib. Göründüyü kimi adıçəkilən şəxslərin bildirdikləri kimi, onlar İddiaçıla eyni dövrdə eyni müəssisədə işləməmişlər. Bu səbəbdən də həmin illəri adıçəkilən şəxsin iş stajına daxil etmək mümkün olmadığı üçün onun ümumi iş stajı 25 ildən az (18 il 2 ay 19 gün (xx.xx.1967-xx.xx.1969cu il, xx.xx.1988-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 2 il 5 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Pensiya işinə əlavə edilən “Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu”nun Ə.В Qaraşova dair xx.xx.2007-ci il tarixli 17/15-A nömrəli arxiv arayışında xx.xx.1988-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində tırtırlı kran maşinisti vəzifəsində işlədiyi qeyd olunub. Tərəfimizdən həmin dövr üzrə iş stajına dair məlumatların dəqiqləşdirilməsi ilə bağlı sözügedən müəssisəyə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq göndərilən xx.xx.2023-cü il tarixli 14-2-8/2- 128/2023 nömrəli məktubda işlədiyi vəzifənin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahılarda nəzərdə tutulmuş vəzifələrə aid olmadığı bildirilib. Göstərilən uyğunsuzluğa baxmayaraq, adıçəkilən şəxsə 01.01,2006-cı il tarixindən Fondun Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Heydər Əliyev adına X10 tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 nömrəli fərmanına əsasən Dövlət Neft Şirkətinin “Şelflayihətikinti” İstehsalat Birliyinin bazasında yaradılmışdır. Zavodun fəaliyyətinin əsas istiqaməti stasionar dərin dəniz özüllərinin sahil tikinti meydançalarında quraşdırılması, suya salınaraq təyinat yerinə nəql olunması, “dəniz nöqtəsində” quraşdırılması, dayaq bloklarının bərkidilməsi və istismara buraxılması üzrə işlərin yerinə yetirilməsi kimi müəyyən edilmişdir. İddiaçının faktiki işləmiş olduğu tırtıllı kran maşinisti peşəsinin əsas əmək funksiyası “Demak” markalı tırtıllı kran vasitəsi ilə müxtəlif manevrlər etməklə ağır tonnajlı konstruksiyaların düyün konsrtuksiyalarının özülə quraşdırılması üçün 50-120 mertə qədər müxtəlif yüksəkliklərə qaldırılması, həmçinin quraşdırıcı və elektrik qaynaqçılarının, qazla kəsicilərin, mühəndis-texniki işçilərin hündürlükdə yerləşən quraşdırma meydançalarına qaldırılmasından ibarət olmuşdur. SOCAR-ın “Əmlakın icarəyə verilməsi haqqında” xx.xx.2012-ci il tarixli, 196S nömrəli Sərəncamının icra edilməsi ilə əlaqədar olaraq Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun balansında olan bina və qurğular “Əmlakın icarəyə verilməsi haqqında” xx.xx.2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən “BOS Şelf’ MMC-yə icarəyə verilmiş və eyni zamanda zavodun əsas və köməkçi sahələrində çalışan işçilər də köçürmə yolu ilə həmin müəssisədə işə qəbul edilmişlər. Həmin dövrdən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu əsas istehsal sahələri, o cümlədən də iddiaçının işləmiş olduğu sexlərin fəaliyyəti ilə bağlı həm istehsalçı qismində, həm də işəgötürən qismində hər hansı fəaliyyəti olmadığından müəssisəmizdə bu sahə ilə bağlı mütəxəssislər də çalışmır. Zavodumuz “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması” sahəsində fəaliyyət göstərmədiyi üçün müqayisə apararaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda qeyd olunan 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsində dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri peşəsi ilə zavodda vaxtı ilə mövcud olmuş kran maşinisti peşəsinin eyniyyət təşkil edib-etməməsi barədə mülahizə yürütmək imkanımız yoxdur. Mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda çalışan fəhlələrə ixtisas dərəcələrinin verilməsində, yerinə yetirilən işlərin tarifləşdirilməsində, fəhlələrin X11 üzrə əməyinin ödəniş dərəcəsinin müəyyənləşdirilməsində, onların konkret əmək funksiyalarını əks etdirən peşə təlimatlarının hazırlanmasında əsas normativ-hüquqi akt olaraq tətbiq edilən “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”nın hazırlanması və təsdiq edilməsi, həmçinin iş yerlərinin attestasiyasının nəticələrinə görə peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin SiyahısTna daxil edilməsi üçün təşəbbüs göstərmək hüququ Azərbaycan Respublikasınin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Yuxarıda qeyd olunan səbəblərdən iddiaçının işləmiş olduğu tırtıllı kran maşinisti peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında" nəzərdə tutulmuş peşələrlə eyniyyət təşkil edib etməməsi, vəzifələrin fərqli olduğu halda onlar arasında fərqli və oxşar cəhətlər ilə bağlı, fərqli olduğu halda adı çəkilən peşələrdən hansına daha çox uyğun olması barədə tərəfimizdən lazimi müqayisələr aparılmaqla izahlı və əsaslı arayışın veriməsi mümkün olmamışdır. Əlavə olaraq qeyd etmək istərdik ki, zavod üzrə iddiaçının işləmiş olduğu sex üzrə iş yerlərinin attestasiyası axırıncı dəfə 2009-cu ilin sonuncu rübündə həyata keçirilmişdir. Zavodda fəhlələin iş yerlərinin attestasiyasının nəticələrinə dair tərtib olunmuş xx.xx.2009-cu il tarixli cədvəldə “Avtomobil nəqliyyatı və xüsusi texnika sexi” üzrə 2 nömrəli briqadada Demaq CC-300, CC-600, CC-1000, CC2000, CC-4000 və Libxet LT- 1500 markalı tırtıllı kranların və digər xüsusi ağır texnika üzrə maşinistlərinin əmək şəraitində müəyyən edilmiş inqridientlərin adları, yol verilən konsentrasiya və nümunələrin götürüldüyü tarixə faktiki göstəricilərin qeydiyyatı aparılmışdır. Nəticədə əmək şəraitinə görə vəzifə (tarif) maaşına 1,04 artım əmsalı müəyyən edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Hazırki iddia tələbi üç hissədə ibarətdir:
1. 24 oktyabr 2023-сü il tarixli qərarlarının (güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın ləğvi) ləğv edilməsi;
2. İddiaçıya yaşa görə adi qaydada pensiyanın təyin edilməsi barədə qərarın ləğv edilməsi;
3. Artıq ödəmə altında müəyyən olunan pul vəsaitinin tutulmasının qadağan edilməsidir. Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialın xx.xx.2023-cü il tarixli əmək pensiyalarının dayandırılması, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın ləğv edilməsi haqqında qərarların ləğvi ilə bağlı tələbə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə icraatı zamanı təqdim olunmuş pensiya işindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və müvafiq ödənişlər edilmişdir. Sonradan isə, müvafiq yoxlama nəticəsində əmək pensiyası dayandırılmış və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ləğv edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ləğvi cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə inzibati aktların qəbul edilməsindən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmiş, eyni zamanda bu barədə pensiyanın dayandırılması barədə qərar qəbul etmiş, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Ümumiyyətlə inzibati icraatla bağlı qanunvericiliyin aydın tələbidir ki məlumatlandırma aparılmaqla, yəni, şəxs barəsində açılmış inzibati işlə bağlı şəxsə xəbər verilməklə inzibati icraat aparılmalı, indiki halda 1948-ci il təvəllüdlü şəxs pensiyasının azalmasından və ya dayandırılmasından pensiya kartından pul götürərkən məlumatı ilk dəfə almasın deyə, pensiyanın ödənilməmə və ya az ödənilmə səbəbləri barədə qeyrimüəyyən hallar yaranmasın deyə, şəxs pensiya təyin etmiş orqana çağrılmalı, ya da iştirakı digər vasitələrlə təmin edilməli, maraqlı şəxsin izahatı dinlənilməli, ehtimal olunan azaldılmanı və ya dayandırmanı istisna edə biləcək halların mövcudluğu həmin şəxsin iştirakı ilə araşdırılmalı, daha sonra bu barədə qərar qəbul edilməlidir. Hazırki halda inzibati prosessual qanunvericiliklə tərəfin iştirakı olmadan, məlumatlandırma aparmadan qəbul ediləcək qərar prosessual hüququ baxımından mahiyyəti üzrə düz olsa da inzibati orqanın qərarının inzibati icraat baxımından qanuniliyindən söhbət gedə bilməz. Necə ki məhkəmə inzibati məhkəmə icraatı gedişində iddiaçıya yardım edirsə, onu dinləyirsə, ərizə və izahatlarına qiymət verirsə, məhkəmə hesab edir ki, həmin tələblər inzibati orqan üçün də keçərlidir. Bu zaman heç bir izahat alınmadan şəxs dəvət edilmədən məhkəmə qərarı mahiyyəti baxımından düz olsa da, necə ki prosessual baxımından qanunilik meyarından uzaqdırsa, məlumatlandırma aparmadan inzibati orqanın maraqlı şəxs barəsində çıxardığı qərarın da qanuniliyindən, mahiyyəti baxımından düz olsa da söhbət gedə bilməz. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması, eyni zamanda ləğv edilməsi barədə qərarların ləğv edilməsi barədə iddianın təmini, iddianın digər cavabdehə münasibətdə qəbul edilmiş yaşa görə adi qaydada əmək pensiyasının təyini barədə qərarının da ləğv edilməsinə əsas yaradır. Bununla əlaqədar ilkin olaraq qeyd edilməlidir ki, şəxsin marağı ona yaşa görə pensiya təyin edilməsi ilə bağlı yox, məhz güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpası ilə bağlı olmuşdur ki, həmin maraq ən azından adıçəkilən pensiyalarla bağlı məbləğ arasında fərqin olmasından başa düşüləndir. Lakin cavabdehlərdən biri əmək pensiyasını dayandırmış, digəri isə şəxsə yaşa görə pensiya təyin etmişdir ki, hər iki halda pensiya alan şəxsin hər hansı müracətinin olmadığı, onun iştirakının təmin edilmədiyi, həmin qərarların cavabdehlərin öz təşəbbüsü ilə həyata keçirildiyi müəyyən edilir. Halbuki, şəxsə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilərkən də inzibati icraatın düzgün aparılması və onun məlumatlandırılmalı olması, onun icraata cəlb edilməsinin təmin edilməsi yuxarıda adıçəkilən qanunvericilik müddəalarının tələbidir. Nəzərə alınmalıdır ki, hər nə qədər əmək pensiyasının təyin edilməsi barədə qərar özlüyündə əlverişli inzibati akt təəssüratı yaratsa da hazırkı iş üzrə qəbul edilmiş inzibati aktın əlverişli inzibati akt olma xüsusiyyətindən söhbət gedə bilməz. Bu səbəbdən də həmin inzibati akt qəbul edilərkən də yuxarıda qeyd olunan qanunvericilik müddəalarının tələbləri təmin edilməli, şəxsin iştirakına imkan verilməli idi ki, işin mahiyyəti də onu göstərir ki, şəxs əvvəlki pensiya təyinatının bərpasında maraqlı olmuş, sonrakı təyinatla razılaşmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlərin həmin qərarları, yəni həm güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması və ləğv edilməsi barədə qərarları, həm də yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərarı ləğv edilməlidir. Artıq ödəmə adı ilə tutulması nəzərdə tutulan pul məbləğinin (255.813,70 manat) tutulmasının qadağan edilməsinə münasibətdə, məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, hətta mübahisə predmetini təşkil edən qərarlar qanuni və əsaslı olsaydı belə əlavə ödənilmiş məbləğin geri qaytarılmasından, buna münasibətdə tutulmaların aparılmasından söhbət gedə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Qeyd olunan hal isə pensiya orqanına artıq ödənildiyi ehtimal edilən məbləğin məhkəmə qaydasında geri tələb edilməsinə dair iddia qaldırılmasına əsas verir. Lakin, məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı hazırkı iddia tələbi ilə pul tutulmalarının aparılması ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirir və tələb bir hissədə pul məbləğinin tutulmasının qadağan edilməsi ilə bağlıdır, məhkəmə cavabdehin iddiaçıdan pul məbləğinin tutulması ilə bağlı hərəkətlərinin qanuni olub-olmamasına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsi ilə tələb olunan yeni məhkəmə mübahisəsinin yaranmaması, prosessual qənaət prinsipləri nəzərə alınmaqla qiymətləndirməsini zəruri sayır və ümumilikdə iddia tələbinin göstərilən qadağan etmənin tətbiq edilməsinin qanuni olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı tələbin qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da pensiya təyini qərarının və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, iddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində əmək pensiyası artıq ödənilmişdir ki, məhkəmə hesab edir ki, iddiaçıdan ödənişin tutulmasına əsas yarada bilməz. Belə ki, əmək pensiyasının ehtimal olunan artıq ödənilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçı etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun tutulması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə və ya faktiki xarakterli hərəkət qanunsuz əlverişli hərəkət hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq pulun tutulması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi inzibati orqan tərəfindən səhv hesablama nəticəsində artıq pensiya ödənilsəydi belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yol verilməzdir. Göründüyü kimi əmək pensiyasının artıq hesablanması şəxsin ziyanına şərh olunacağı halda belə, həmin hərəkətin əlverişli hesab edilməsi xarakteri aradan qalxmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı tələb göstərilən hissədə də təmin edilməlidir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialın əmək pensiyasının dayandırılması və əmək pensiyasının ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarları ləğv edilsin. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli 3-17/1/1-Q-279577/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçi İddiaçı 30 sentyabr 2023-cü il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddiaçı artıq ödəmə adı altında 255.813,70 manat pul vəsaitinin tutulması cavabdeh Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qadağan edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov