Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4946/2024 01.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X2, X7, X14, X12, X6, X4 və X8) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli. 2(102)-1293/2023 saylı qərarının icrası ilə əlaqədar cavabdehlər X1, X7, X14, X12, X6, X4 və X3 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin 1 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması” tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qaradağ rayon Mənzil-Kommunal Birliyi bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1293/2023 saylı qərarının (iş üzrə üçüncü şəxslər: Qaradağ Rayon Polis İdarəsi və Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi) icrası ilə əlaqədar cavabdehlər X1, X7, X14, X12, X6, X4 və X3 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi. Füzuli küçəsi. 46 saylı evin 1 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün Qaradağ Rayon Polis İdarəsinə müraciət (xx.xx.2023-cü il tarixli, 392 saylı məktub) olumuşdur. Qaradağ Rayon Polis İdarəsinin ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-48/2-21128/2023 saylı məktuba əsasən cavabdehlərin qeyd olunan mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarına dair icra olunması üçün Polis İdarəsinə hər hansı bir icra vərəqəsi və ya qətnamə daxil olmamışdır. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qaradağ Rayon İcra Şöbəsinə müraciət (xx.xx.2023-cü il tarilxli. 453 saylı məktub) etmişdir. Lakin İcra Şöbəsi də qeydiyyatdan çıxarılma ilə bağlı hər hansı bir icra vərəqəsinin olmadığını bildirmiş, icra sənədi xx.xx.2023-cü il tarixdə İcra Şöbəsinə daxil olmuş, icraya (mənzildən çıxarılma) yönəlmiş və icraara xilam verilmişdir. Ona görə də məhkəməyə müraciət elmək zərurəti yaranmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X2, X7, X14, X12, X6, X4 və X8 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddia mümkün və əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-13-48/2-21128/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, müvafiq İcra şöbəsindən və ya Məhkəmədən X2 və digərlərinin Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilməsinə və ya yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarına dair icra olunması üçün hər hansı bir icra vərəqəsi və ya qətnamə daxil olmamışdır. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1293/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-121/2022 nömrəli iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-121/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-21/2019 nömrəli, 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmişdir. Cavabdehlər X2, X9, X15, X10, X6, X4 və X8 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin 1 saylı mənzilindən başqa yaşayış sahəsi verilmədən çıxarılmışlar. İddia tələbi qalan hissədə, yəni cavabdehlər X2, X9, X15, X12, X6, X4, X3 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin, 1 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi hissəsində rədd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qaradağ rayon İcra şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx/xx-180794/1 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı Kommersiya məhkəməsinin 2-2(81 )-310/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən İcra sənədi üzrə cavabdehlər X2, X9, X15, X10, X6, X4 və X8 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin, 1 saylı mənzilindən başqa yaşayış sahəsi verilmədən çıxarılmaları qət edilmişdir. İddia tələbi qalan hissədə, yəni cavabdehlər X2, X9, X15, X12, X6, X4, X3 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin, 1 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi hissəsində rədd edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Qaradağ rayon icra şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədi üzrə qeyd olunan tələb tam şəkildə təmin olunduğu üçün icraata “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5 və 20.2-ci maddələrinə əsasən xitam verilmişdir. İcra sənədi üzrə "istifadə hüquqlarına xitam verilməsi” hissəsində iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən təqdim edilmiş 2(103)-121/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-121/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-21/2019 nömrəli, 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmişdir. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmişdir. Cavabdehlər X2, X9, X15, X10, X6, X4 və X8 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin 1 saylı mənzilindən başqa yaşayış sahəsi verilmədən çıxarılmışlar. İddia tələbi qalan hissədə, yəni cavabdehlər X2, X9, X15, X12, X6, X4, X3 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin, 1 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi hissəsində rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-48/2-1488/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, X2, X7, X14, X12, X6, X4 və X3 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 2-ə yaşayış yeri üzrə qeydiyyata alınmasına dair sənədlərin saxlama müddəti 5 (beş) il müəyyən olunduğu üçün həmin sənədlər müvafiq komissiya tərəfindən yandırma yolu ilə məhv edildiyindən qeyd olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmasının əsaslarının göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-3191/2023 **********91 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 2 ünvanının qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 73 saylı xx.xx.2002-ci il tarixli sərəncamına əsasən Əzizbəyov, Sabunçu, Qaradağ və Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin balansında olan yaşayış binalarının dislokasiyasında müvafiq dəyişikliklər edilmişdir: 1. Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin balansında olan Binə qəsəbəsində yerləşən həyət tipli 7 (yeddi) yaşayış binası Əzizbəyov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. 2. Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin balansında olan Maştağa qəsəbəsində yerləşən iki mərtəbəli 20 (iyirmi) yaşayış binası və Zabrat qəsəbəsində yerləşən iki mərtəbəli 9 (doqquz), bir mərtəbəli 25 (iyirmi beş) yaşayış binası Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. 3. Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin balansında olan Ələt, Baş-Ələt, Sanqaçal və Duvannı qəsəbələrində yerləşən 63 (altmış üç) yaşayış binası Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Təhvil-təslim aktına 1 saylı əlavə sayılan departamentin Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyindən Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına mövcud vəziyyətdə qəbul edilən yaşayış binalarının siyahısının 41-ci sırasında Baş-Ələt, Fizuli 46 binası qeyd edilmişdir. IV. Məhkəmənin mövqeyi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-121/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-21/2019 nömrəli, 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmişdir. Cavabdehlər X2, X9, X15, X10, X6, X4 və X8 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin 1 saylı mənzilindən başqa yaşayış sahəsi verilmədən çıxarılmışlar. İddia tələbi qalan hissədə, yəni cavabdehlər X2, X9, X15, X12, X6, X4, X3 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin, 1 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi hissəsində rədd edilmişdir. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil dövlət mülkiyyətindədir, cavabdehlərin həmin mənzildən istifadə hüquqları mövcud olmadığından iddia tələbi mənzildən istifadə hüququna xitam verilməsi hissəsində əsassız olmuşdur, çünki, mövcud olmayan hüquqlara xitam verilə bilməz. ... Bununla yanaşı, cavabdehlərin mübahisəli mınzilə dair hər hansı hüquqları olmadığından iddia tələbi həmin mənzildən başqa yaşayış sahəsi verilmədən çıxarılma hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1293/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-121/2022 nömrəli iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamır, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Həmin Qərarda göstərilmişdir ki şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Həmin Qərarda qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsində təsbit olunmuş hüququn çox mühüm olduğunu bir daha xatırladır və hesab edir ki, həmin hüququn real və səmərəli həyata keçirilməsi sadəcə dövlətin müdaxilə etməmək üzrə öhdəliyindən asılı deyil, bu, həm də pozitiv müdafiə tədbirlərini tələb edə bilər. Pozitiv öhdəliklərin mövcud olub-olmadığını müəyyən edərkən cəmiyyətin ümumi marağı ilə fərdin maraqları arasında ədalətli tarazlığın gözlənilməsinə diqqət yetirilməlidir, bu tarazlığın axtarılması Konvensiyanın bütün mətni üçün səciyyəvidir. Bu öhdəlik, ərizəçinin dövlət orqanlarından gözlədiyi tədbirlərlə ərizəçinin öz mülkiyyətindən istifadə etməsi arasında birbaşa əlaqə olan hallarda qaçılmaz olaraq yaranır. (Avropa Məhkəməsinin Önəryıldız (Oneryıldız) Türkiyəyə qarşı iş üzrə 18 iyun 2002-ci-ci il tarixli Qərarı, § 145) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin imtinası qanunsuz hesab edilməli və X2, X7, X14, X12, X6, X4 və X3 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X2, X7, X14, X12, X6, X4 və X3 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-4946/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4946/2024
01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver