Məhkəmə qərarları › İş №2-1(112)-495/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-495/2021

06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-495/2021 06.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Tərəflərin iştikarı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “qeydin düzəldilməsi”nə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 151 saylı nikah haqqında akt qeydiyyatında və uşaqlarının doğum akt qeydiyyatında(173 saylı xx.xx.2021-ci il tarixli və 1458saylı xx.xx.2001-ci il tarixli doğum akt qeydiyyatları) “Namiq” adının “Natiq” adına düzəldilməsini cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq məhkəmənin icraatına qəbul edilərək iş üzrə məhkəmə hazırlıq icraatının iclası keçirilmiş və işin növbəti hazırlıq icraatının iclası xx.xx.2021-ci il tarixə təxirə salınmışdır. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İş materiallarından görünür ki, məhkəmə bildirişləri və sms bildirişlər göndərilməsinə baxmayaraq, iddiaçı iş üzrə hazırlıq icraatı çərçivəsində məhkəmənin əvvəlki iclaslarında iştirak etməmiş, bu barədə məlumat verməmişdir. Həmçinin, Məhkəmə iddiaçıya ünvanlanmış məhkəmə bildirişlərinin geri qaytarılmasına münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia ərizəsi verilən zamanı da ünvan kimi ünvan 1 göstərmişdir. Belə olan halda Mülki Prosessual Məcəllənin 146-cı maddəsini rəhbər tutaraq, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ünvanın dəyişdirilməsi barədə məlumat məhkəməyə təqdim edilmədiyindən, eyni zamanda iddiaçının ünvanına məhkəmə bildirişi göndərildiyindən, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 146-ci maddəsinə əsasən Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə icraatından 30 gündən çox müddət ərzində ardıcıl olaraq yayındığından cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı 151 saylı nikah haqqında akt qeydiyyatında və uşaqlarının doğum akt qeydiyyatında(173 saylı xx.xx.2021-ci il tarixli və 1458saylı xx.xx.2001-ci il tarixli doğum akt qeydiyyatları) “Namiq” adının “Natiq” adına düzəldilməsini cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə iddiası geri götürülmüş sayılmalı və hazırki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 55-ci, 62-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “qeydin düzəldilməsi” barədə iddiası geri götürülmüş hesab edilsin. Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 495/2021 nömrəli işin icraatına xitam verilsin. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar