Məhkəmə qərarları › İş №2-1(112)-495/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-495/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-495/2022 15.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, müəyyənetdi: İddiaçı MMC (VÖEN **********) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 iyul 2020-ci il tarixli, **********355600 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 04 mart 2016-cı il tarixdə təsis edilmişdir. Həmin tarixli Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Qurumun əvvəlki adı "xxxx" MMC olmuşdur. Həmin vaxtdan fəaliyyət göstərən MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Lakin 28 iyul 2020-ci il tarixli cavabdehin vergilərin hesablanması barədə **********355600 №-li qərarına əsasən MMC-yə 21.529,50 manat əlavə mənfəət vergi məbləği hesablanmışdır. Hesab edir ki, cavabdeh tərəfindən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği düzgün hesablanmamış və buna görə də belə bir qərarın qəbul edilməsi də tamamilə əsassızdır. İddia ərizəsi məhkəmənin icratına qəbul olunduqdan sonra İPM-in 47-49-cu maddələrinə əsaslanaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi cavabdehdən tələb olunmuşdur. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, iddia təmin edilməməlidir. Vergi orqanında aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin (kassa metodu ilə) 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 1025017,08 manat + bəyannamənin 1 №-li Əlavəsinin 2.2.1.2-ci (Alınmış avanslar) sətrinin hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonuna artan 0,00 manat, cəmi 1025037,08 manat məbləğində gəlir göstərməsinə baxmayaraq, bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 727011,00 manat artıq, yəni 1752028,08 manat dövriyyə məbləğləri göstərilmişdir, lakin bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2-ci sətrində (Sair debitor borcları) əks etdirilmiş debitor borcların məbləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda cəmi 0,00 manat artdığı üçün göstərilmiş gəlir məbləğlərində 727.011,00 manat kənarlaşma yarandığı müəyyən edilmişdir. Yaranmış uyğunsuzluq ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********6D8200 nömrəli məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan müddət ərzində əsaslandırılmış izahat, zəruri sənədlər və mövcud uyğunsuzluq aradan qaldırılmaqla müvafiq dövr üçün dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmişdir. Beləliklə kameral vergi yoxlaması ilə 2017-ci ilin mənfəət vergisi üzrə 24525,69 manat əlavə vergi məbləği hesablanmış və yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********355600 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Sonda cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və dəqiqləşdirilmiş iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair vəsatətə uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Hüquqi şəxsin sahibkarlıq uçotu haqqında ********** saylı şəhadətnamənin (VÖEN) surətindən, kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, iddiaçı kiçik sahibkarlıqla (ixtisaslaşdırılmamış topdan satış) məşğul olmaqla vergi ödəyicisi kimi xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyata alınmışdır. - Vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin (kassa metodu ilə) 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 1025017,08 manat + bəyannamənin 1 №-li Əlavəsinin 2.2.1.2-ci (Alınmış avanslar) sətrinin hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonuna artan 0,00 manat, cəmi 1025037,08 manat məbləğində gəlir göstərilmiş, 21.529.50 manat məbləğində mənfəət vergisi hesablanmışdır. - İddiaçı tərəfindən 2017-ci il üzrə tarixli mənfəət vergisinin dəqiqləşdirilmiş bəyannaməsindən görünür ki, 1752028,08 manat dövriyyə məbləğləri göstərilmiş, bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2-ci sətrində (Sair debitor borcları) əks etdirilmiş debitor borcların məbləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda cəmi 0,00 manat artdığı, 46.055,19 manat məbləğində mənfəət vergisi hesablanmışdır. - Cavabdehin kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2020 tarixində təqdim olunmuş bəyannamədə, hesabatda məktubda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılmasının mümkün olmadıgı nəzərinə çatdırılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 iyul 2020-ci il tarixli, **********355600 saylı qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 2017ci il üzrə 24.525,69 manat əlavə vergi məbləği hesablanmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2729 saylı xx.xx.2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqları hesablanması barədə” 28 iyul 2020-ci il tarixli **********355600 saylı qərarı ilə iddiaçı MMC-yə əlavə olaraq hesablanmış 21.529,50 manat məbləğində mənfəət vergisinin düzgünlüyü təsdiq olunmur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin aşağıdakı maddələri bu işə tətbiq olunur: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4 Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 iyul 2020-ci il tarixli, **********355600 saylı qərarı ilə iddiaçıya 2017-ci il üçün vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 24.525,69 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı həmin qərarı qanunsuz hesab edərək, mübahisələndirmişdir. İddia tələbinin əsası kimi isə vergi məbləğinin düzgün hesablanmaması ilə əlaqələndirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın 28 iyul 2020-ci il tarixli, **********355600 saylı qərarı qanuni və əsaslı olmuşdur. Belə ki, vergi orqanında aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2017- ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin (kassa metodu ilə) 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 1025017,08 manat + bəyannamənin 1 №-li Əlavəsinin 2.2.1.2-ci (Alınmış avanslar) sətrinin hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonuna artan 0,00 manat, cəmi 1025037,08 manat məbləğində gəlir göstərməsinə baxmayaraq, bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 727011,00 manat artıq, yəni 1752028,08 manat dövriyyə məbləğləri göstərilmiş, lakin bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2-ci sətrində (Sair debitor borcları) əks etdirilmiş debitor borcların mətfləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda cəmi 0,00 manat artdığı üçün göstərilmiş gəlir məbləğlərində 727.011,00 manat kənarlaşma yarandığı müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, xx.xx.2022-ci il tarixli 9/2729 nömrəli ekspert rəyindən göründüyü kimi mübahisələndirilən qərar ilə bağlı ekspertiza tədqiqatının keçirilməsi üçün cavabdeh tərəfindən təqdim edilmiş suallar və vergilərin hesablanması üçün əsas olan sənədlər (sübutlar) ekspertiza tədqiqatından kənarda qalmışdır. Göstərilən səbəbdən də ekspert rəyi işin faktiki hallarını tam əhatə etmir. Ekspert məhkəmə tərəfindən qoyulmuş suallar üzrə də ətraflı araşdırma və əsaslandırma aparmadan hesablanmış vergilərin düzgünlüyünün müəyyən olunmadığını qeyd etməklə kifayətlənmişdir. Ekspert rəydə qeyd etmişdir ki, müəssisəyə əlavə olaraq hesablanmış 2017-ci il üzrə 21.529,50 manat məbləğində mənfəət vergisinin səbəbi, vergi ödəyicisi tərəfindən ƏDV və mənfəət vergisi bəyannamələrinin göstəricilərinin fərqli olması göstərilmişdir. Bəyannamələr vergilərin hesablanması üçün ilkin mühasibat sənədləri deyil, yalnız məlumat xarakterli hesabatlardır. Lakin bu zaman da ekspertin hər-hansı mühasibat sənədinə istinadən etməsi təqdiqatdan müəyyən olunmur. Bütüb bunlar isə ekspert rəyinin əsassız oduguna dəlalət edir. Bundan başqa, Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşsə də, vergi məbləğinin səhv hesablanması barədə məhkəməyə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçının iddiasında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə inzibati aktın ləgv edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 iyul 2020-ci il tarixli, **********355600 saylı qərarının ləğv edilməsi barədə iddiası əsassız oldugundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar