Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4950/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının cavabdeh "xxxx" LTD MMC-yə qarşı “artıq ödəmənin tutulması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndələri X3 və X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının cavabdeh "xxxx" LTD MMC-yə qarşı “artıq ödəmənin tutulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı cavabdeh "xxxx" LTD MMC-yə qarşı MMC vasitəsi ilə 443,86 manat (dörd yüz qırx üç manat səksən altı qəpik) məbləğində vəsaitin tutularaq Filialın xəzinə hesabına geri qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" LTD MMC tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş, sığortaolunan X2 aid hamiləliyə və doğuma görə müavinətlə bağlı ********************850792 nömrəli haqq-hesab cədvəlinə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında yenidən baxılmışdır. E.Abaszadəyə aid 22 iyul 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixədək olan dövrü əhatə edən SN 00007 seriyalı, 099928 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəli MMC tərəfindən altsistemə 31 oktyabr 2023-cü il tarixdə daxil edilmiş və emal edilərək 3 noyabr 2023-cüi l tarixdə sığortaolunanın "xxxx" KB ASC-nin 17 saylı filialındakı AZ19UBA**********1010AZN001 nömrəli hesabına 1101,85 manat (bir min yüz bir manat səksən beş qəpik) məbləğində müavinət ödənişə göndərilmişdir. Sığortaolunan E.Abaszadəyə aid hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəli 2020-ci ilin İİİ, İV və 2021-ci ilin İ, İİ rüblərinə aid məcburi dövlət sosial sığortası üzrə MMC tərəfindən təqdim edilmiş rüblük hesabatlara əsasən emal edilmişdir. Haqq-hesab cədvəlinin emalı zamanı müvafiq rüblər üzrə təqdim edilmiş hesabatlarda sığortaolunanın 2020-ci ilin iyul-dekabr aylarının hər biri üzrə 250.00 manat (iki yüz əlli), 2021-ci ilin yanvar-iyun aylarının hər biri üzrə isə 255.00 manat (iki yüz əlli beş) qazancının olduğu göstərilmişdir. Lakin, MMC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müvafiq rüblərə aid məcburi dövlət sosial sığortası ürə dəqiqləşdirilmiş hesabatlar təqdim edilmiş və həmin hesabatlara əsasən sığortaolunanın fərdi şəxsi hesabında əvvəlki 12 ay (on iki) üzrə bütün aylarda olan qazancları dəyişdirilmişdir. Sözügedən dövr üzrə ümumi qazancın azaldılması nəticəsində sığortaolunana ümumi ödənilmiş 1101.85 manat (bir min yüz bir manat səksən beş qəpik) müavinət məbləğində 743,86 manat (yeddi yüz qırx üç manat səksən atı qəpik) artıq ödəmə yaranmışdır. Filial əməkdaşları tərəfindən haqq-hesab cədvəllərinin emalı zamanı ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların müəyyən edilməsi üçün MEİS-in “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların fərdi şəxsi hesabına baxış” bölümü yoxlanılır. E.Abaszadəyə aid haqq-hesab cədvəli Filial əməkdaşı tərəfindən 1 noyabr 2023-cü il tarixində emal edilmiş, MMC tərəfindən 1010-ci ilin İİİ və İV rübünə, 2021-ci ilin İ, İİ rüblərinə aid məcburi dövlət sosial sığortası üzrə son təqdim edilmiş dəqiqləşdirilmiş hesabat nəticəsində məcburi dövlət sosial sığorta haqları azaldılmış, nəticədə artıq ödəmə halı yaranmışdır. E.Abaszadə hal-hazırda da, sözügedən MMCdə əmək müqaviləsi ilə direktor vəzifəsində işləyir və hər ay üzrə əmək haqqı alır. MMC halhazırda sığortaedən olduğuna görə artıq ödənilmiş müavinətin qaytarılması onun tərəfindən sığortaolunanın əmək haqqından hər ay tutulma edilərək Filiala ödənilməlidir. Məbləğin Fonda geri qaytarılmasının təmin edilməsi birmənalı olaraq müvafiq haqq-hesab cədvəllərini MEİS-ə daxil edən, müavinət sənədlərini Fonda təqdim edən sığortaedənin öhdəliyidir. Belə ki, haqq-hesab cədvəllərinin MEİS-ə daxil edilməsindən sosial sığorta ödəməsinin sığortaolunanın bank hesabına köçürülməsnədək olan prosesin iştirakçıları sığortaçı və sığortaedəndir. Əsasnaməyə 1 nömrəli Əlavənin qeydində haqq-hesab cədvəlində göstərilən məlumatlara, o cümlədən məcburi dövlət sosial sığorta haqqı hesabına verilən müavinətə və fiziki şəxslərin gəlir vergisinin hesablanmış məbləğinin dəqiqliyinə görə işəgötürən müəssisə və təşkilatın məsuliyyət daşıdığı göstərilmişdir. Filial tərəfindən MMC-yə 3 may 2024-cü il tarixli, 3-17-1/2-104984/2024 nömrəli məktubla müraciət edilmiş, MMC tərəfindən 14 may 2024-cü il tarixində məktub əldə edilmiş, lakin, müavinətin könüllü qaydada geri qaytarılacağının təmin edilməsi barədə Filiala cavab məktubu daxil olmamışdır. Bundan sonra, sığortaolunan E.Abaszadə ilə əlaqə saxlanılaraq artıq ödənilmiş müavinətin geri qaytarılmaı tələb edilmiş, nəticədə sığortaolunan tərəfindən ümumilikdə 743.86 manat (yeddi yüz qırx üç manat səksən altı qəpik) artıq ödənilmiş məbləğdən 24 iyun 2024-cü il tarixdə 200.00 (iki yüz) manat, 9 sentyabr 2024-cü il tarixində 100.00 (bir yüz) manat məbləğin Filialın xəzinə hesabına ödənilməsi təmin edilmiş, qalan 443.86 manat (dörd yüz qırx üç manat səksən altı qəpik) məbləğin geri qaytarılması təmin edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət bildirilməmiş və yazılı etirazı təqdim edilməmişdir.
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndələri iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, E.Abaszadəyə aid 22 iyul 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixədək olan dövrü əhatə edən SN 00007 seriyalı, 099928 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəli MMC tərəfindən altsistemə 31 oktyabr 2023-cü il tarixdə daxil edilmiş və emal edilərək 3 noyabr 2023-cü il tarixdə sığortaolunanın "xxxx" KB ASC-nin 17 saylı filialındakı AZ19UBA**********1010AZN001 nömrəli hesabına 1101,85 manat (bir min yüz bir manat səksən beş qəpik) məbləğində müavinət ödənişə göndərilmişdir. Sığortaolunan E.Abaszadəyə aid hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədcəli 2020-ci ilin İİİ, İV və 2021-ci ilin İ, İİ rüblərinə aid məcburi dövlət sosial sığortası üzrə MMC tərəfindən təqdim edilmiş rüblük hesabatlara əsasən emal edilmişdir. Haqq-hesab cədvəlinin emalı zamanı müvafiq rüblər üzrə təqdim edilmiş hesabatlarda sığortaolunanın 2020-ci ilin iyul-dekabr aylarının hər biri üzrə 250.00 manat (iki yüz əlli), 2021-ci ilin yanvar-iyun aylarının hər biri üzrə isə 255.00 manat (iki yüz əlli beş) qazancının olduğu göstərilmişdir. Lakin, MMC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müvafiq rüblərə aid məcburi dövlət sosial sığortası üzrə dəqiqləşdirilmiş hesabatlar təqdim edilmiş və həmin hesabatlara əsasən sığortaolunanın fərdi şəxsi hesabında əvvəlki 12 ay (on iki) üzrə bütün aylarda olan qazancları dəyişdirilmişdir. Sözügedən dövr üzrə ümumi qazancın azaldılması nəticəsində sığortaolunana ümumi ödənilmiş 1101.85 manat (bir min yüz bir manat səksən beş qəpik) müavinət məbləğində 743,86 manat (yeddi yüz qırx üç manat səksən atı qəpik) artıq ödəmə yaranmışdır. Sığortaolunan tərəfindən ümumilikdə 743.86 manat (yeddi yüz qırx üç manat səksən altı qəpik) artıq ödənilmiş məbləğdən 24 iyun 2024-cü il tarixdə 200.00 (iki yüz) manat, 9 sentyabr 2024-cü il tarixində 100.00 (bir yüz) manat məbləğin Filialın xəzinə hesabına ödənilməsi təmin edilmiş, qalan 443.86 manat (dörd yüz qırx üç manat səksən altı qəpik) məbləğin geri qaytarılması təmin edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
7. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.
8. Məhkəmə qeyd eetməyi zəruri hesab edir ki, məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın mülki-hüquqi (xüsusi) və ya inzibati-hüquqi (publik) tələb olmasından asılıdır.
9. Nəzərə alınmalıdır ki, mübahisənin mahiyyəti inzibati orqan tərəfindən artıq ödənilmiş müavinətin geri qaytarılmalı olmasıdır. Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin aparılması, o cümlədən müavinətlərin verilməsi dövlət orqanının icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrindən və ya əqdlərindən deyil, fiziki və ya hüquqi şəxslərlə münasibətdə hakimiyyət xarakterli faktiki fəaliyyətindən irəli gəlir.
10. Hazırki iddianın qaldırılması “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixi 189 nömrəli qərarı ilə təsdiq edilmiş, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hsablanması və ödənilməsi haqqında Əsasnamə”nin 116-cı bəndinə uyğundur.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
11. Məhkəmə işdə edən iddiaçının nümayəndələrinin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
12. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 16. Məcburi dövlət sosial sığorta ödəmələrinin təyin edilməsinin şərtləri və qaydası Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi iləmüəyyən edilir. Maddə 29. Mübahisələrə baxılması
Sosial sığorta ilə əlaqədar sığortaedənlə sığortaolunan arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, sığortaçı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır.
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 125. Hamiləliyə və doğuşa görə məzuniyyətlər
1. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
2. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir: a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü); b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü); c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü). Maddə 140. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi
1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.
2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
4. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.
5. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.
6. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər.
7. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. Maddə 177. Orta əmək haqqı və onun hesablanması qaydası
1. Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.
2. Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.
3. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur.
4. Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır.
5. Orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir.
6. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”:
1. Bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. 1.1. Əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Müavinətin məbləği və hesablanması bu Əsasnamənin İİ hissəsində, təyin edilməsi və ödənilməsi isə Vİİ hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
2. Məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları; əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); hamiləliyə və doğuma görə müavinət; uşağın anadan olmasına görə birdəfəlik müavinət; qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət; dəfn üçün müavinət; sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi.
3. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur. Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər təyin edilərkən, sosial sığorta stajı kimi "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz. Qanunvericiliyə görə əməyin ödənişi fonduna məcburi dövlət sosial sığorta haqqının hesablanmasından azad olunan sığortaedənlərdə işləyən şəxslərin hesablanmış sosial sığorta ödəmələrini (əmək pensiyaları istisna olmaqla) hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinin azadolmalar nəzərə alınmadan hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqının məbləğinə nisbətində almaq hüququ vardır. 28.Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaolunanın məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından (bundan sonra – qazanc) hesablanır. Əmək haqqı əvəzinə sığortaolunana verilən malların (işlərin və xidmətlərin) dəyəri həmin malların bu sığortaolunanın qazancı kimi nəzərə alındığı tarixdə bazar (sərbəst) qiymətləri ilə ifadə olunan dəyərinə, verilən malların dəyəri dövlət tərəfindən tənzimləndiyi halda isə dövlət tərəfindən tənzimlənən qiymətlərlə ifadə olunan dəyərinə bərabər götürülür. Müavinətin məbləği sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əmək haqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.
116. Artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. Hər belə halda tutulan məbləğ sığortaolunanın əmək haqqının 20 faizindən çox olmamalıdır. Hər bir belə halda geri qaytarılası məbləğ, sığortaolunana çatası vəsaitin 20 faizindən çox olmayaraq çıxılır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Fondun hesablarına köçürülür. Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Əsasnaməyə 1 nömrəli əlavənin qeydi: Haqq-hesab cədvəlində göstərilən məlumatlara, o cümlədən məcburi dövlət sosial sığorta haqqı hesabına verilən müavinətə görə fiziki şəxslərin gəlir vergisinin hesablanmış məbləğinin dəqiqliyinə görə işəgötürən müəssisə və təşkilat məsuliyyət daşıyır.
15. Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, məcburi dövət sosial sığortası üzrə müavinətlərin hesablanması, təyin edilməsi və verilməsi “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığorta edənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” ilə tənzimlənir.
16. Sözügedən Əsasnamənin 116-cı hissəsinə əsasən artıq verilmiş müavinət məbləğinin müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutuluğu birbaşa qeyd olunmuşdur. Əgər, sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Əsasnamənin 119-cu və 123-cü hissəərinə əsasən müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da, işçinin sosial sığorta stajı müəyyən edilərkən qüvvədə lan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verlmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri, müdriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır.
17. Göründüyü kimi, müavinətin artıq ödənilməsinə səbəb müəssisədir və işçi müəssisədə işəmirsə, yəni sığortaolunana hər hansı təsir mexanizmi yoxdursa həmin müavinəti geri qaytarmaq müəssisənin vəzifəsidir. Həmçinin, Əsasnaməyə 1 nömrəli Əlavənin qeydində haqq-hesab cədvəlində göstərilən məlumatlara, o cümlədən məcburi dövlət sosial sığorta haqqı hesabına verilən müavinətə və fiziki şəxslərin gəlir vergisinin hesablanmış məbləğinin dəqiqliyinə görə işəgötürən müəssisə və təşkilatın məsuliyyət daşıdığı göstərilmişdir.
18. Belə ki, haqq-hesab cədvəllərinin MEİS-ə daxil edilməsindən sosial sığorta ödəməsinin sığortaolunanın bank hesabına köçürülməsinədək olan prosesin işitrakçıları sığortaçı və sığortaedəndir, sığortaolunan bu prosesin iştirakçısı deyil, müavinət məbləğinin hesabalnmasında və daxil edilməsində hər hansı rolu yoxdur, yalnız əmək qabiliyyətinin olmaması vərəqəsini sığortaedənin mühasibatlığına təqdim etmək öhdəliyi var. Bu səbəbdən “Sosial sığorta haqqında” Qanunun 29-cu maddəsinə əsasən, sosial sığorta ilə əlaqədar sığortaedənlə sığortaolunan arasında yaranan mübahisələrə Əmək Məcəlləsinə əsasən, sığortaçı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır. Yəni, sığortaçı ilə yalnız sığortaedən arasında mübahisə olduqda məsələyə məhkəmə qaydasında baxılır, sığortaçı ilə sığortaolunan arasında hər hansı qarşılıqlı fəaliyyət olmadığından aralarında mübahisə baş verməsi və mübahisənin həlli yolu nəzərdə tutulmamışdır.
19. Hazırki işin hallarından göründüyü kimi, sığortaedən tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilmiş 2020-ci ilin İİİ, İV və 2021-ci ilin İ, İİ rüblərinə (E.Abaszadəyə aid hamiləliyə və doğuma görə müavinətlə bağlı haqqhesab cədvəli də həmin dövrdən emal olunmuşdur) aid məcburi dövlət sosial sığortası üzrə dəqiqləşdirilmiş hesabatlar və həmin hesabatlara əsasən sığortaolunanın fərdi şəxsi hesabında əvvəlki 12 (on iki) ay üzrə bütün aylarda olan qazancları dəyişdirildiyindən qeyd edilən dövr üzrə E.Abaszadənin ümumi qazancının azaldılması nəticəsində sığortaolunana ümumi ödənilmiş 1101.85 manat (bir min yüz bir manat səksən beş qəpik) müavinət məbləğindən 743,86 manat (yeddi yüz qırx üç manat səksən altı qəpik) məbləğində artıq ödəmə yaranmışdır. Yuxarıda da, istinad edildiyi kimi, Əsasnaməyə 1 nömrəli Əlavənin qeydində haqq-hesab cədvəlində göstərilən məlumatlara, o cümlədən məcburi dövlət sosial sığorta haqqı hesabına verilən müavinətə və fiziki şəxslərin gəlir vergisinin hesablanmış məbləğinin dəqiqliyinə görə işəgötürən müəssisə və təşkilatın məsuliyyət daşıdığı dəqiq şəkildə qeyd edilmişdir. Belə olan halda, sığortaolunana 1101.85 manat (bir min yüz bir manat səksən beş qəpik) müavinət məbləğindən artıq ödənilən 743,86 manat (yeddi yüz qırx üç manat səksən altı qəpik), həmin məbləğin sığortaedən tərəfindən ödənilmiş 300 (üç yüz) manat məbləği istisna edildikdən sonra qalan 443.86 manat məbləği "xxxx" LTD MMC-dən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ödənilməlidir.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
22. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
23. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. "xxxx" LTD MMC-dən 443.86 (dörd yüz qırx üç manat səksən altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva