Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4951/2020 02.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı «iddiaçının şəhadətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçının şəhadətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı N92-ci ilin yanvar ayından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü iştirak etmişdir. Bundan qısa müddət sonra döyüş bölgəsində müvafiq hərbi hissə – “Qurtuluş” yaradılmışdır və o, həmin hərbi hissədə xidmətə başlamışdır. Həmən ilin 24 avqustunda o, döyüşlərdə agır yaralanmışdır, Onu müalicə üçün Bakı şəhərindəki Semaşka adına xəstəxanaya göndərmişlər və həmin xəstəxanada 4 aya yaxın müalicə almışdır. Döyüşdə hər iki ayağının sümükləri qırılmışdır. O, avqust ayının 24-də yaralanmışdır və xəstəxanada olduğu dövrdə, yəni həmin ilin sentyabr ayının əvvəlində sözügedən hərbi hissə ləğv edilərək başqa hərbi hissənin tərkibinə verilmişdir. Həmin ərəfədə iddaçı Tərtər ƏÖMB komandirinin xx xxxxxxxx N92-ci il tarixli əmrilə “Qurtuluş” batalyonunda şəxsi heyətinin siyasına daxil edilərək atıçı vəzifəsinə təyin olunmuşdur. Yeni hərbi hissənin komandirinin xx xxxxxxxx N93-cü il tarixli yoxlama əmrində ona avqust ayı üçün 3 qat pul təminatı verilmişdir. Bundan sonra hərbi hissə komandirinin x xxxxxx N94-cü il tarixli N nömrəli əmri ilə o, bölüyün baş çavuşu vəzifəsinə təyin olunmuşdur. Hərbi hissə komandirinin xx xxxxxx N94-cü il tarixli əmri ilə o, müvafiq motoatıcı taborunda minaatan batareyanın komandiri vəzifəsinə təyin olunmuşdur. AR Müdafiə Nazirinin xx xxxxxx N97ci il tarixli müvafiq əmrinə əsasən o, həmin hərbi hissə komandirinin x xxxxxx N97-ci il tarixli əmri ilə şəxsi heyətin siyasindən və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün başqa hərbi hissə komandiriinin sərəncamına göndərilmişdir. Bundan sonra həmin (sonuncu) hərbi hissə komandirinin xx xxxxxx N97-ci il tarixli əmri ilə o, bütün növ təminatlara daxil edilərək baş mexanik vəzifəsinə təyin olunmuşdur. O, 2004cü ilədək hərbi xidmətdə olmuş və N0 il hərbi stajla (döyüş bölgəsində olduğundan bir günə 3 gün hesablanmışdır), yəni 32 il stajla pensiyaya çıxmışdır. Döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən xx xxxxxx N92-ci il tarixdə yaralanmağı (hərbi travma almağı) faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Onun döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən xx xxxxxx N92-ci il tarixdə yaralanmağı faktı şahid ifadələri və digər sübutlarla da təsdiq olunur. Bu faktın təsdiq olunması mənə N92-ci ilin yanvar ayından x xxxxxxxx N92-ci il tarixədək döyüşlərdə iştirak etməsi və xx xxxxxx N92-ci il tarixdə yaralanması pensiyanın alınması üçün lazımdır. Yuxarıda qeyd etdiyi hərbi hissələrdə döyüş əməliyyatlarında iştirak etməsi və xx xxxxxx N92-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidməti vəzifəsini yerinə yetirərkən yaralanmağı faktınının tanınması, eyni zamnda əlilik dərəcəsinin verilməsi məqsədi ilə AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasına müraciət edərək ona əlilik dərəcəsinin verilməsini xahiş etmişdir. Lakin AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyası xx xxxx 2020-ci il tarixli məktubunda təqdim olunan sənədlərin kserosurət olduğunu səbəb gətirərək yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsinin mümkün olmadığını bildirmişdir. İPM-in N4.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İPM-in 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Lakin cavabdeh inzibati orqan AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası üzərinə düşən öhdəliyi icra etməkdən imtinasını əsaslandırmamış və bu halı sübut edə bilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26, 60-cı maddələrinə, İPM-nin 32, 33.N-ci maddələrinə əsaslanaraq, cavabdehin xx xxxx 2020-ci il tarixli imtinasının əsassız və qanunsuz hesab edilərək, ona (iddiaçıya) xx xxxxxx N92-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidməti vəzifəsini yerinə yetirərkən yaralanmağının tanınması vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in N3-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı tərəf məhkəməyə ərizə təqdim edərək iş üzrə cavabdeh AR Müdafiə Nazirliyinin AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh dəyişdirilmişdir. Məhkəməyə AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının iddiaya qarşı yazılı etirazı daxil olmuşdur. Etirazda bildirilir ki, İddiaçı iddiası əsassız hesab edilir. AR Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbihəkim ekspertizası haqqında Əsasnamə»nin 7.N-ci bəndinin tələblərinə əsasən hərbihəkim komissiyası vətəndaşların hərbi xidmət dövründə aldıqları xəsarətlərin, xəstəliklərin (yaralanmaların, travmaların) hərbi xidmətlə səbəb əlaqəsini müəyyən edir. Lakin AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsinin İddiaçı hərbi xidmət keçməsi barədə AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına göndərdiyi xx xxxxxx 2020-ci il tarixli 6N nömrəli arayışında onun x xxxxxxxx N92-ci il tarixdən Tərtər ÖMB-də hərbi xidmət keçməyə başladığı qeyd edilmişdir. Lakin İddiaçı bundan 6 gün əvvəl yəni xx xxxxxx N92-ci il tarixdə yaralanmışdır. Göründüyü kimi, Xidmətin Bakı şəhəri Binəqədi Rayon İdarəsinin yuxarıda qeyd olunan arayışında İddiaçı yaralandığı vaxt “Qurtuluş” batalyonunda hərbi xidmət keçməsi qeyd olunmamışdır. Bu səbəbdən də AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən vətəndaş İddiaçı olan xəsarətin hərbi xidmətlə səbəb əlaqəsini təyin etmək mümkün olmamışdır. Vətəndaş İddiaçı olan xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi AR Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.N-ci bəndinin “a” yarımbəndinin və AR Müdafiə nazirinin xx xxxx 2008-ci il tarixli N23 saylı əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimat»ın 209-cu bəndinin tələblərinə ziddir. Vətəndaş İddiaçı olan xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi tələbi oavabdeh inzibati orqanın diskression səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki. «İnzibati icraat haqqında» AR Qanunun 2.0.7-ci maddəsinin tələblərinə əsasən AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası diskresion səlahiyyətlərə, yəni qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququna malikdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edilir ki, iddiaçının tələbinin heç bir qanuni əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun qaldırdığı iddia rədd olunmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən İddiaçı iddiasının təmin edilməməsi xahiş olunur. İPM-in N6.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İş materiallarından görünür ki, iş üzrə İddiaçı nümayəndəsi (vəkili) X2 x xxxxxx 2020-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim etmiş və ərizədə İPM-in N6.2-ci maddəsinə istinad olunmaqla iş üzrə şifahi məhkəmə baxışı keçirilmədən işə baxılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, iş üzrə cavabdehin nümayəndəsi XN məhkəməyə x xxxxxx 2020-ci il tarixdə daxil olmuş ərizəsində İPM-in N6-cı maddəsinə istinad olunmuş və işə onun iştirakı olmadan baxılmasını xahiş edilmişdir. Göründüyü kimi, iş üzrə tərəflər yazılı ərizələri ilə onların iştirakı olmadan işə baxılmasına razılığı ehtiva edən iradə nümayiş etdirmişlər. Belə olan halda məhkəmə hazırkı inzibati mübahisənin İPM-in N6.2-ci maddəsinin tələbləri tətbiq edilməklə şifahi məhkəmə baxışı keçirmədən həll olunmasını mümkün qiymətləndirir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» təsdiq edilmişdir. Həmin Əsasnamənin: - N.5-ci bəndinə görə tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbiuçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür; - N.8-ci bəndinə görə Hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbihəkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür; - N.9-cu bəndinə görə vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir; - 5.N-ci bəndinə görə hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. - 7.N-ci bəndinə görə hərbi qulluqçuların, orqanlarda xidmət keşən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir; - 7.2-ci bəndinə görə hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: “a” yarımbəndi – “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “b” yarımbəndi – “Hərbi travmadır. SSRİ-nin müdafiəsi zamanı alınmışdır”, “c” yarımbəndi – “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, “ç” yarımbəndi – “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”, “d” yarımbəndi – “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”, “e” yarımbəndi – “Ümumi xəstəlikdir”. a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: . . . əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa. - 7.3-cü bəndinə görə hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir; - 7.4-cü bəndinə görə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim kimissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə almış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnməsinin aldığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şahədətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq edilir. Yuxarıda qeyd olunan normaların məzmunundan aydın olur ki, hərbi həkim komissiyalarının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini düzgün təyin etməkdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 5.N-ci maddəsinə əsasən inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur. Həmin Qanunun 24.N-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qeyd olunan Qanunun 24.2 və 24.3-cü maddələrinə görə isə, inzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, xx xxxxx N68-ci il tarixdə Tərtər şəhərində doğulmuş İddiaçı yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən N, korpus 25, ev N66-dır. İş materiallarından görünür ki, İddiaçı məxsus НЗ ******* nömrəli hərbi biletin aidiyyəti qrafalarında onun (İddiaçı) N93-cü ildə AR Müdafiə Nazirliyinin 703, 8N2 saylı hərbi hissələrində xidməti, habelə Ağdərə rayonu ərazisindəki döyüşlərdə iştirak etdiyi qeyd olunmuşdur. İş materiallarına surəti əlavə edilmiş AR Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx xxxx 20N4-cü il tarixli N5N3 nömrəli arayışında aşağıdakılar bildirilmişdir: - N68-ci il təvəllüdlü İddiaçı “sağ baldırının yuxarı – orta N/3-nin odlu silahla yaralanmasından sonra incik sümüyünün yuxarı N/3-nin limitsiz qəlpələri sınığı, orta N/3nin arxa və ön hissəsinin çapıqları ağır sindromu ilə” diaqnozu qoyulmuşdur. İş materiallarında olan AR Müdafiə Nazirliyi İşlər X4 tərəfindən verilmiş x xxxxxx 20N-cu il tarixli 9/2-N038 nömrəli arxiv arayışında aşağıdakılar qeyd olunmuşdur: - Tərtər ƏÖMB komandirinin x xxxxxxxx N92-ci il tarixli N40 nömrəli əmrilə (əsas: səh-39, §-N) “Qurtuluş” batalyonunun sıravisi İddiaçı şəxsi heyətinin siyahısına daxil edilərək atıcı vəzifəsinə təyin olunmuşdur. N saylı hərbi hissə komandirinin xx xxxxxxxx N93-cü il tarixli 28 nömrəli yoxlama əmrində (əsas: sıra-3) İddiaçı avqust ayı üçün 3 qat pul zəminatı verilməsi barədə məlumat vardır. N saylı hərbi hissə komandirinin xx xxxxxx N94-cü il tarixli N nömrəli əmrilə (əsas: səh-3, §-3, sıra-3) kiçik gizir İddiaçı 3-cü bölüyün baş çavuşu vəzifəsinə təyin olunmuşdur. N saylı hərbi hissə komandirinin xx xxxxxx N94cü il tarixli 20N nömrəli əmrilə (əsas: səh-26, §-3) kiçik gizir İddiaçı 5-ci motoatıcı taborunda minaatan batareyanın komandiri vəzifəsinə təyin olunmuşdur. Müdafiə nazirinin xx xxxxxx N97-ci il tarixli müvafiq əmrinə əsasən gizir İddiaçı N saylı hərbi hissə komandirinin xx xxxxxx N97-ci il tarixli 33 nömrəli əmrilə (əsas: səh-NN, §-2) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün 8N2 saylı hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N saylı hərbi hissədən gəlmiş gizir İddiaçı 8N2 saylı hərbi hissə komandirinin x xxxxxx N97-ci il tarixli 40 nömrəli əmrilə (əsas: səh-NN3, §-3) şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək baş mexanik vəzifəsinə təyin olunmuşdur. “Qurtuluş” batalyonu komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Qeyd olunur ki, ərizədə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat qeyd olunmadığından, İddiaçı xidməti barədə əlavə araşdırma aparılması mümkün deyil. Göründüyü kimi, iş materiallarında olan sənədlər, o cümlədən AR Müdafiə Nazirliyi İşlər X6 tərəfindən verilmiş x xxxxxx 20N-cu il tarixli arxiv arayışı, iddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi bilet (surəti), tibb müəssisəsinin arayışı, İddiaçı ilə N92-ci ildə eyni hərbi hissədə xidmət keçmiş iki keçmiş hərbi qulluqçunun ərizəsində göstərilənlər onun müvafiq xəsarəti N92-ci ilin avqust ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almasını nəinki inkar etmir, hətta təsdiqləyir. Cavabdeh AR Müdafiə Nazirliyinin qaldırılan məsələnin həllindən imtina üçün gətirdiyi dəlilə, yəni yaralanma tarixində müvafiq hərbi hissə kimi “Qurtuluş” batalyonunda xidmətinin qeyd olunmaması məsələsinə gəldikdə isə, məhkəmənin qənaəti belədir ki, hər hansı hərbi hissənin aidiyyəti sənədlərinin tam və ya qismən arxiv materiallarında aşkar olunmaması hərbi qulluqçu kimi iddiaçının iradəsindən asılı olmadığından, hazırkı iddiaçının arzuladığı aktın qəbulu üzrə imtina üçün bu hal «İnzibati icraat haqqında» AR Qanununun N7-ci maddəsinin tələbləri baxımından qeyri-mütənasib olduğundan, müvafiq uyğunsuzluq formal xarakteli qiymətləndirilməklə iddiaçının həmin dövdəki xidməti digər sənədlərlə təsdiqini tapdığından, cavabdehin dəlili əsaslı sayıla bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın hazırda mübahisələndirilən qərarın, yəni Əsasnamənin 7.2-ci bəndinin “a” yarımbəndi üzrə qərarın qəbulunu şərtləndirən hallara dair yetərli sübutlar təqdim etməməsi onu deməyə əsas verir ki, inzibati orqanda aparılan icraat zamanı işin bütün halları, o cümlədən iddiaçının xeyrinə ehtimal olunan hallar araşdırılmamışdır. Bununla da «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələbləri pozulmuşdur. Odur ki, məhkəmə mübahisələndirilən qərarın əsaslı olması qənaətinə gəlmir. Bu səbəbdən də cavabdehin imtinası əsaslı sayılmır. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçının müvafiq xəsarəti həmin dövrdə və şəraitdə almağını inkar edən hallara dair cavabdeh tərəf heç bir sübut təqdim etmədiyindən, eləcə də bu hal işdə olan yuxarıda sadalanan sənədlərdən də məlum olduğundan, iddiaçı «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.2-ci bəndinin “a” yarımbəndinə uyğun olaraq şəhadətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərardad məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.N). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). İPM-in 73.N-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı aldığı xəsarətin səbəb əlaqəsinin “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi göstərilməklə şəhadətləndirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2, 4.N, N4, N6, 23.N, 33, 58.7, 62, 68 – 69, 73, 75, 78-79, 8N, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı aldığı xəsarətin səbəb əlaqəsinin “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi göstərilməklə şəhadətləndirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4951/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4951/2020
02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver