Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4952/2020 22.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs kimi göstərilməklə “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1ÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs kimi göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Milli Mülki Müdafiə Universiteti tərəfindən adına verilmiş 03 iyun 2016-cı il tarixli, B16 028162 saylı bakalavr diplomu üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 15 iyul 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs kimi göstərilməklə “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə Ukrayna Milli Mülki Müdafiə Universiteti tərəfindən adına verilmiş 03 iyun 2016-cı il tarixli, B16 028162 saylı bakalavr diplomu üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. 22 sentyabr 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətlə çıxış edərək bildirdi ki, məhkəmənin 15 iyul 2020-ci il tarixli qərardadı əsasında İddiaçı ərizəsinə ekspert qrupu tərəfindən yenidən baxılmış, ekspert qrupunun müsbət rəyinə əsasən Ukrayna Milli Mülki Müdafiə Universiteti tərəfindən adına verilmiş 03 iyun 2016-cı il tarixli, B16 028162 saylı bakalavr diplomu Azərbaycan Respublikası ərazisində tanınmış və ekvivalentliyi haqqında şəhadətnamələr verilməklə qərardadın icrası təmin edilmişdir. Nümayəndə bu barədə T 022759 saylı və İ 022219 saylı şəhadətnamələri məhkəməyə təqdim etdi və mübahisənin məhkəmədənkənar qaydada həll edildiyini nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İddiaçı da cavabdehin nümayəndəsinin izahatında qeyd etdiyi halları təsdiq edərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Təhsil Nazirliyi tərəfindən verilmiş T 022759 saylı və İ 022219 saylı şəhadətnamələrin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Ukrayna Milli Mülki Müdafiə Universiteti tərəfindən İddiaçı adına verilmiş 03 iyun 2016-cı il tarixli, B16 028162 saylı diplom Azərbaycan Respublikasında tanınmış, Azərbaycan Respublikasında 050640 – yanğın təhlükəsizliyi mühəndisliyi təhsil istiqamətinin “mühəndis” ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent (bərabər) hesab edilmiş və keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir. İnzibati Prosessual Məcəllənin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında işin mahiyyəti üzrə tərəflər arasında artıq mübahisə mövcud olmadığı üçün hazırkı vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs kimi göstərilməklə “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə icraata xitam verilsin. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-4952/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4952/2020
22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver