Məhkəmə qərarları › İş №2-1(112)-4953/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4953/2020

16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4953/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliynə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliynin Şəxsi Heyət Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1952-ci ildə Xocalı rayonunun Balluca kəndində anadan olmuşdur. Xocalı şəhəri erməni işğalçıları tərəfindən işğal edilənə kimi orada yaşamışdır. 1991-ci ildə Xocalıda yaradılmış özünümüdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşlərdə aktiv iştirak etmişdir. xx xxxxxx 1992-ci ildə Xocalı işğal edildikdən sonra isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində (sonradan N saylı hərbi hissə) x xxxx 1992-ci ildən xx xxxxxx 1992-ci ilə qədər döyüşlərdə iştirak etmişdir. X1 1994-cü ildə Füzuli şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olub və Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi tərəfindən ona xx.xx.1999-cu ildə 48742 saylı vəsiqə verilmişdir. Lakin sonradan vəsiqələr dəyişdirilərkən ona vəsiqə verilməmişdir. 2019-cu ilin əvvəlində 1991-1992-ci illərdə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməyi faktnın müəyyən olunmasına dair ərizə ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi rayon Məhkəməsinin 2(001)-3679/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun ərizəsi təmin edilmiş, 1991-1992-ci illərdə erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak emək faktı müəyyən edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə xx.xx.2019-cu il tarixdə qanunu qüvvəyə minmişdir. Daha sonra qətnamə icra olunmaq üçün xx xxxx 2019-cu ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. Ancaq sözügedən qətnamə uzun müddət icra olunmamış, yalnız çoxsaylı dövlət orqanlarına çoxsaylı şikayətlərindən sonra x xxxxxx 2019-cu ildə qətnamə və ona əlavə edilmiş sənədlər icra olunması və ona “Müharibə Veteranı” adı və vəsiqəsi verilmək üçün Cavabdehnə göndərilmişdir. Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019-cu il tarixli cavab məktubu ilə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. İddiaçı iddia ərizəsində 1991-ci ildə Xocalıda yaradılmış özünümüdafiə batalyonunun tərkibində, bundan sonra xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək N və N nömrəli hərbi hissələrin tərkibində erməni işğalçılarına qarşı aktiv döyüşlərdə iştirak etdiyini qeyd etmişdir. Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi tərəfindən xx.xx.1999-cu il tarixli, 48742 nömrəli vəsiqə verildiyini və Binəqədi Rayon Məhkəməsinin 2(001)-3679/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 1991-1992ci illərdə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmə faktının müəyyən edildiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş, üzərində N saylı hərbi hissə N nömrəli arayışda İddiaçı iyun ayının 6-dan avqust ayının N-i 1992-ci ilədək Xocalı divizionunda xidmət etmişdir. Qeyd edilən bu arayışın həqiqəti əks etdirməsi şübhə altına alınır və arayışda “iyun ayının 6-dan avqust ayının N-i 1992-ci ilədək Xocalı divizionunda xidmət etmişdir.” sözlərinin yazılması konkret olaraq onun hansı ildən xidmətə başlaması və hərbi hissənin tərkibində hansı hərbi rütbədə, eləcə də hansı vəzifədə xidmət keçməsi haqqında məlumatlar müəyyən edilməmişdir. Bu halda İddiaçı təqdim etdiyi və arxiv sənədlərində onun həmin illərdə hərbi qulluqçu olaraq xidmət keçməsi haqqında məlumatlar təsdiq edilmir. Bu səbəbdən Binəqədi Rayon Məhkəməsinin 2(001)-3679/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsində İddiaçı 1991-1992-ci illərdə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmə faktının müəyyən edilsə də, onun hərbi qulluqçu statusumüəyyən edilməmişdir. Bu səbəblərə görə Binəqədi Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclasında Müdafiə Nazirliyinin nümayəndəsi tərəfindən iddiaçının 1991-1992-ci illərdə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən İddiaçı müraciətinə müsbət cavab verilməyərək, N nömrəli hərbi hissədə xidməti barədə arxiv sənədlərində məlumat olmaması əsas götürülmüşdür. Komissiya tərəfindən iddiaçının müraciətinə baxıldığı zaman onun hərbi xidmət keçməsi əsas götürülməklə və şəxsin hərbi hissəyə daxil olması, eləcə də hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılması haqqında təsdiqedici rəsmi məlumatların aşkarlanmadığı önə çıxarılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3679/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı 1991-1992-ci illərdə erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmişdir. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsi tərəfindən verilmiş V-268 №-li, xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, 1952ci il təvəllüdlü, Xocalı şəhər sakini İddiaçı həqiqətən torpaqlarının azadlığı və suvernlivi uğrunda gedən döyüşlərdə iştirak edib. Xocalı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 52 saylı arayışına əsasən 1989-cu ildən 1991-ci ilədək Xocalı rayon “özünümüdafiə” dəstəsinin tərkibində döyüşlərdə iştirak edib. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-3679/2019 saylı qətnaməsinə əsasən 1991-ci ildən 1992-ci ilədək erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etməsi faktı müəyyən edilib. xx.xx.2005-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsində hərbi qeydiyyatdadır. Ehtiyatda olmağı son yaş həddinə çatdığına görə hərbi qeydiyyatdan çıxarılmışdır. - Azərbaycan Respublikası Xocalı Rayon İcra Hakimiyyətinin başçısının 52 №-li, xx.xx.2016-cı il tarixli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən 1989-cu ildən 1991-ci ilin oktyabr ayına qədər Xocalı şəhər «Özünümüdafiə» dəstəsinin tərkibində torpaqlarının müdafiəsi uğurunda gedən döyüşlərdə iştirak etmişdir. Əsas: Adlı siyahı sıra № 1. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyinin Bakı şəhəri, Binəqəfi rayon məhkəməsinə ünvanladığı 11\1585 №-li, xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx xxxxxx 1992-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində xidmət keçməsi və döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən edilməsinə etiraz edilmir və işə iştirakımız olmadan baxılmasını xahiş edilmişdir. - X2 notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, Xocalı şəhərindən məcburi köçkün, hal-hazırda Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış, xx.xx.1953-cü il təvəllüdlü X3 bu ifadəsi ilə təsdiq etmişdir ki, həqiqətən də 1992-ci il iyul ayının 28-də Ağdam rayonunun Abdal-Gülablı kəndi uğrunda gedən döyüşlərin birində yaxınlığıqlarında partlayan mərmi nəticəsində onlarla birlikdə olan xx.xx.1952-ci il təvəllüdlü İddiaçı başından qəlpə yaralanması almış və onun tərəfındən ona ilkin tibbi yardım göstərilmişdir. - N №-li hərbi hissənin qərargah rəisi R.Novruzov tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 259 №-li arayışın surətindən görünür ki, X5 həqiqətən iyun ayının 6-dan avqust ayının N-i 1992-ci ilədək Xocalı divizionunda xidmət etmişdir. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli, HP 01/557 №-li məktubundan görünür ki, İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2019-cu il tarixli, 1/V-18130 №-li məktub surətindən görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komıssiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. N nömrəli hərbi hissədə xidməti barədə arxiv sənədlərində heç bir məlumat olmadığına və Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir. Məhkəmə iddiaçının izahatnı dinləyərək, iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il N sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin bəndin Qeyd hissəsinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd olunan Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxxx 1997-ci il, 383-İ QR №-li Qərarının 9-cu bəndinə əsasən bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Məhkəmə araşdırması zamanı toplanılmış sənədlərin əlaqəli və müqayisəli şəkildə tədqiqi nəticəsində İddiaçı Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmaması, N saylı hərbi hissədə hərbi xidmət keçməsi barədə məlumat olmadığı müəyyən edilmişdir. xx xxxxxx 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsində qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd olunan Qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı iddiaçının qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə hərbi xidmətə qəbul edilməsi, hərbi xidmətdən buraxılması, qoşun hissəsinin siyahılarından çıxarılması təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının hərbi xidmət keçməsi barədə (qanuni əsaslarla xidmətə qəbul ediməsi və ehtiyata buraxılması barədə) arayış və əmr olmadığından ona müharibə veteranın adının və vəsiqəsinin verilməsindən imtuna edilməsi barədə komissiyanın qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar