Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4960/2022 04.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı fərdi yaşayı evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsində 418 kv.m. torpaq sahəsində yerləşən, ümumi sahəsi 450,5 kv.m., yaşayış sahəsi 120,9 kv.m., köməkçi sahəsi 329,6 kv.m-dən ibarət olan fərdi yaşayış evinin, təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına hüquqi qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsində 418 kv.m. torpaq sahəsində yerləşən, ümumi sahəsi 450,5 kv.m., yaşayış sahəsi 120,9 kv.m., köməkçi sahəsi 329,6 kv.m.-dən ibarət olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinə 28 mart 2007-ci il tarixdə torpaq sahəsinin alınması ilə bağlı ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında Əhmədli Bələdiyyəsi tərəfindən 18 aprel 2007-ci il tarixli 81 saylı qərar verilmiş, həmin qərarla Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsində yerləşən 418 kv.m. torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır.Torpaq sahəsinə dair Əhmədli Bələdiyyəsi tərəfindən yerləşmə cizgisi tərtib edilmiş, həmin cizgi Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Bundan sonra tərəfindən 20 aprel 2007-ci il tarixdə torpaq sahəsinin dəyəri olaraq 1538 manat məbləğində pul Xətai Rayonu Əhmədli Bələdiyyəsinin hesabına keçirilmiş, bu barədə iddiaçıya AAE № 241550 saylı X4 verilmişdir. Eyni tarixdə Əhmədli Bələdiyyəsi ilə aralarında “Torpaqların alqı-satqısına dair Akt” tərtib edilmiş, həmin Akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən təsdiq edilmiş və 20 aprel 2007-ci il tarixdə 3243 nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra bəhs edilən torpaq sahəsində tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Evin tikintisi başa çatdıqdan sonra, o vaxt qüvvədə olan qanunvericiliyə əsasən, Xətai Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, fərdi yaşayış evinin istismara qəbul edilməsini və hüquqi qeydiyyatdan keçirilməsini xahiş etmişdir. Ərizəsinə Xətai Rayon İcra Hakimiyyətində baxılmış və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının 384 saylı, xx.xx.2011-ci il tarixli Sərəncamı ilə torpaq sahəsi 418 kv.m., ümumi sahəsi 450,5 kv.m., yaşayış sahəsi 120,9 kv.m., köməkçi sahəsi 329,6 kv.m.-dən ibarət olan fərdi yaşayış evinin istismara qəbul edilərək, hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır. Həmin Sərəncamın ikinci bəndinə əsasən, göstərilən fərdi yaşayış evinə qeydiyyat vərəqəsi və Texniki Pasport verilməsi ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsindən xahiş edilmişdir. Eyni zamanda fərdi yaşayış evinin layihəsi də Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Həmin vaxtdan bəhs edilən fərdi yaşayş evi sahiblik və istifadəsindədir. Bu yaxınlarda, fərdi yaşayış evini yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirmək qərarına gəlmişdir. 23 noyabr 2021-ci il tarixdə ********** saylı ərizə ilə iddia tələbləri üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi qeydiyyata alınması əvəzinə 20 dekabr 2021-ci il tarixdə **********31 saylı məktubla hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İmtina məktubu ilə tanış olduqda cavabdeh təşkilat tərəfindən hüquqlarının pozulduğu aydın olmuşdur. Belə ki, imtina səbəbi kimi aşağıdakılar göstərilmişdir: - Torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə Mümarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə edilməmişdir. Təqdim edilən torpaq sahəsinə dair yerləşmə çizgisi RİH-nin memarı tərəfindən təsdiq edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında ”Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrütafı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrütafı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Bu sadalanan səbəblər əsassızdır və hüquqlarının qeydiyyata alınması üçün tərəfindən təqdim edilmiş sənədlər istinad edilən qanunvericilik normalarının tələblərinə tam şəkildə cavab verir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqında Əsasnamə”nin Azərbaycan Respublikası şəhər və rayon icra hakimiyyəti başçısı aparatı, rayon və səhər icra hakimiyyəti orqanlarının rayon tabeliyində olan səhərlərdə, qəsəbə və kəndlərdə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı bölməsində icra hakimiyyətinin nümunəvi strukturu və ştat vahidlərinin sayı müəyyən edilmişdir. Həmin bölmədə ayrıca olaraq Bakı şəhəri Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının İcra Hakimiyyəti Başçıları X1 və ştat vahidlərinin sayı müəyyən edilmişdir. Bu struktura əsasən, adıçəkilən rayonların İcra Hakimiyyətləri Aparatında rayon təsərrüfatı şöbəsi fəaliyyət göstərir və orada memar ştatı var. Əsasnamə ilə Gəncə şəhəri tabeliyində olan Kəpəz və Nizami rayonlarında analoji ştat nəzərdə tutulmamışdır. İmtina məktubunda bəhs edilən Azərbaycan Respublikası Prezidentinin Fərmanı dedikdə, böyük ehtimalla Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli 548 saylı Fərmanı nəzərdə tutulmuşdur. Hesab edir ki, həmin Fərmana əsasən, müvafiq icra hakimiyyəti orqanı olaraq rayon ərazisində icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin həyata keçirilməsini həmin memarın səlahiyyətlərindədir. Torpaq sahəsinin ayrılmasının sənədləşdirilməsində həm yerli icra hakimiyyəti orqanı, həm də adıçəkilən Fərmanda Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları adlandırılan Bakı şəhər şöbəsi iştirak etmişlər. Bakı şəhər şöbəsinin torpaqayırma sənədlərində iştirakı cavabdeh tərəfindən mübahisələndirilmir. Bakı şəhəri ərazisində ixtisaslaşmış dövlət qurumu olaraq DTXK Bakı şəhər şöbəsi bütün sənədləşmədə iştirak etdiyi üçün, imtina məktubunda qeyd edilənlər əsaslı olduğu təqdirdə, “Torpaqların alqı-satqısına dair Akt” həmin qurum tərəfindən möhür və imza ilə təsdiq edilərək, qeydiyyata alınmamalı idi. Bu baxımdan hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsini qanunazidd hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif olunmuşdur. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair etirazında göstərmişdir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsində 418 kv.m, köməkçi sahəsi 329,6 kv.m-dən ibarət olan fərdi yaşayış evinin, təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınması və bu barədə müvafiq Çıxarışın verilməsi vəzifəsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021 ci il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə edilməmişdir. Təqdim edilən torpaq sahəsinə dair yerləşmə cizgisi RİH-nin memarı tərəfindən təsdiq edilmişdir. Həmçinin, təqdim olunan sənədlər surətdir. Bu səbələrdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********31 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi imtina məktubunda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********31 saylı xx.xx.2021-ci il tarixli məktubu ilə ərizəsinin təmin edilməsindən imtina edilərək bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsinə baxılmışdır. Elektron kadastr məlumatlarına əsasən qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə edilməmişdir. Təqdim edilən torpaq sahəsinə dair yerləşmə cizgisi RİH-nin memarı tərəfindən təsdiq edilmişdir. - Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin 81 saylı 18 aprel 2007-ci il tarixli qərardan çıxarışından görünür ki, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsində, fərdi ev tikintisi məqsədi ilə (cizgidə göstərilən) 418 (dörd yüz on səkkiz) kv.m torpaq sahəsi iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. - Xətai rayonu Əhmədli qəsəbəsi 9-cu Əhmədli küçəsində fərdi yaşayış evi tikintisi məqsədi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə cizgisindən görünür ki, sxem Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti ilə razılaşdırılmış və RİH-nin memarı təsdiq etmişdır. - Xətai rayon Əhmədli Bələdiyyəsi tərəfindən verilmiş AAE seriyalı 241550 nömrəli X4ndən görünür ki, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri olaraq 1538.24 manat məbləğində pul vəsaitini bələdiyyə ödəmişdir. - xx.xx.2007-ci il tarixdə tərtib edilmiş torpaqların alqı-satqısına dair aktdan görünür ki, iddiaçıya Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsində fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin 384 saylı xx.xx.2011-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsində iddiaçı tərəfindən tikilmiş torpaq sahəsi 418kv.m, ümumi sahəsi 450,5kv.m, yaşayış sahəsi 120,9 kv.m, köməkçi sahəsi 329,6kv.m-dən ibarət olan fərdi yaşayış evi istismara qəbul edilmiş və hüquqi qeydiyyatdan keçirilmişdir. - Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsində yerləşən fərdi yaşayış evinin layihəsindən görünür ki, layihə Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti tərəfindən təsdiqlənmişdir. - Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin 118 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Başçısının 384 saylı, xx.xx.2011-ci il tarixli sərəncamı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər Filialına təhvil verilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin faktiki hallarından məlum olur ki, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsində 418 kv.m. torpaq sahəsində yerləşən, ümumi sahəsi 450,5 kv.m., yaşayış sahəsi 120,9 kv.m., köməkçi sahəsi 329,6 kv.m.-dən ibarət olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı ərizəsi cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən araşdırılmış, nəticədə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən etirazın əsası kimi, elektron kadastr məlumatlarına əsasən qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmaması, torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə edilməməsi, təqdim edilən torpaq sahəsinə dair yerləşmə cizgisinın RİH-nin memarı tərəfindən təsdiq edilməsi qeyd edilmişdir. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq müəyyən olunmuş və həmin əsaslar aşağıdakılardan ibarətdir: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Hazırki mübahisəyə şamil edilən Qanunun 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin əsası hesab edilmişdir. Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 5.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin yuxarıda şərh edilən hallarından görünür ki, iddiaçı həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan olan sənədləri qeydiyyat orqanına verilən ərizəyə əlavə etdiyindən cavabdehin imtinası iddiaçının qanuni əsaslarla əldə etdiyi ev üzərində mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmışdır. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla baglı deyildir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsində 418 kv.m. torpaq sahəsində yerləşən, ümumi sahəsi 450,5 kv.m., yaşayış sahəsi 120,9 kv.m., köməkçi sahəsi 329,6 kv.m.-dən ibarət olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsində 418 kv.m. torpaq sahəsində yerləşən, ümumi sahəsi 450,5 kv.m., yaşayış sahəsi 120,9 kv.m., köməkçi sahəsi 329,6 kv.m.-dən ibarət olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2 HAKİM MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-4960/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4960/2022
04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver