Məhkəmə qərarları › İş №2-1(112)-4960/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4960/2025

15.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4960/2025 15.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X10 kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, xx.xx.2024-cü il tarixli tibbi göndəriş (Forma 88) əsasında iddiaçının orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyinin Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmasının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik dərəcəsi təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, xx.xx.2024-cü il tarixli tibbi göndəriş (Forma 88) əsasında iddiaçının orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyinin Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmasının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2010-cu il tarixdə MAHHXHO kimi N saylı hərbi hissədə, 2010-cu ilin dekabr ayında isə xüsusi təyinatlı qüvvəllərdə gizir kimi xidmət etmişdir. 2016-cı il tarixdə aprel döyüşlərində iştirak etmiş, 04 aprel 2016-cı il tarixdə döyüş tapşırığını yerinə yetirən zaman mərmi partlayışı zamanı “partlayış travması, döş qəfəsinin plevra boşluğuna nüfuz edən kor qəlpə yaralanması, sol ağciyərin yuxarı payının yad cismi qapalı kəli beyin travması” olan ağır dərəcədə xəsarət almışdır. Həmin vaxtı hərbi hospitalda müalicə almışdır və ona “F07. Ağır(kəskin) dərəcədə ifadə olunmuş üzvü şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxil olmalar, qıçolma tutması ilə S06.0, G93 keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin soltərəlli piramid çatışmazlığı, tez-tez təkrarlanan qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensrfalopatiya ilə nəticəsi. Y36.” Partlayış travması (xx.xx.2016) nəticəsində döş qəfəsinin sol qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor qəlpə yaralanması, hemopnevmatoraksa görə aparılmış yaraların birinci-cərrahi işlənməsi, plevra boşluğunun Bilau üsulu ilə drenajı(xx.xx.2016), sol ağciyərin yuxarı payının yad cisminə görə aparılmış soltərəfli torakotomiya (xx.xx.2016) yad cismin xaric edilməsi cərrahi əməliyyatdan sonrakı bərkimiş dəri çapıqları, sol ağciyərin yuxarı payının fıbrozu, Vİİİ qabırğanın bitişmiş sınığı, yumşaq toxumaların yad cisimləri (metal qəlpələr), ağciyətin xarici tənəffüs funksiyasının obstruksiyanın üstünlüyü ilə orta-ağır ventilyasiya pozğunluğu ilə Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” diaqnozu qoyulmuşdur. Uzun müddət müalicələr və əməliyyatlar olduqdan sonra xx.xx.2019-cu il tarixdə “partlayış yaralanması (xx.xx.2016 Aprel döyüşü zamanı) keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin travması və baş beyin silkələnməsinin davamlı təzahür edən qalıq əlamətləri travmadan sonrakı postravmatik ensefalopatiya İİİ mərhələ. Kəllə daxili hipertenziya, sol tərəfi piramid çatışmazlığı və hərəkət koordinator pozğunluğu QKB travm. Sonra qıcolma tutmaları, (ayda 6-7 dəfə). Baş beyin funksiyasının mühüm pozulması, qəfəsinin sol plevra boşluğuna nüfuz edən qəlpəə yaralanması.Döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor qəlpə yaralanması, hemopnevmatoraksa görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyət. Sol plevra boşluğunun Bilau üsulu ilə drenajı edilməsi, sol ağciyərin yuxarı payının yad cisminə (metal qəlpə) , plevra boşluğun drenajı əməliyyatından sonrakı dərin bərkimiş dəri çapıqları, xarici tənəffüs funksiyasının pozulması Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar beş illik müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir, xx.xx.2024-cü il tarixdə təkrar müayinə olunmuşdur və ona verilmiş diaqnozların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən ona əlillik təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Ona hərbi xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ağır dərəcədə yaralanmışdır. Hal-hazırda ağ ciyərdə ağır nəfəs catışmamazlığı və xırda qəlpələr, nervologiya, qıc olma tutmalar, psixi pozuntular, ön və arxa hissədən qabirğaların sınması və bunun nəticəsində də nəfəs almamın çətinləşməsi, sol qolunun tam olaraq işləməməsi, sol gözümün və sol qulağının zəifləməsi və sair xəstəlikləri vardır. Eyni zamanda qanda Hepotit “B” vuruşunun daşıyıçısı olmaqla artıq qara ciyəri seroza doğru getməyi və onun bədən üzvülərinin demək olar ki, 80 faizi sıradan çıxmasına baxmayaraq ona əlillik müəyyən edilməmişdir. Ona tam əsassız olaraq imtina verilmişdir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı Dəvriş oğlu (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 6791 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, qıcolma tutması ilə Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin soltərəfli piramid çatışmazlığı, tez-tez təkrarlanan qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi. Partlayış travması (xx.xx.2016) nəticəsində döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor qəlpə yaralanması, hemopnevmatoraksa görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, plevra boşluğunun Bilau üsulu ilə drenajı (xx.xx.2016), sol ağciyərin yuxarı payının yad cisminə görə aparılmış soltərəfli torakotomiya (xx.xx.2016), yad cismin xaric edilməsi cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, sol ağciyərin yuxarı payının fibrozu, Vİİİ qabırğanın bitişmiş sınığı, yumşaq toxumaların yad cisimləri (metal qəlpələr), ağciyərlərin xarici tənəffüs funksiyasının obstruksiyanın üstünlüyü ilə orta-ağır ventilyasiya pozğunluğu ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi, “"B" virus hepatitinin daşıyıcısı” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” və “Sol gözün sadə miopik astiqmatizmi Em və M 1,0 D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0, sağ gözün görmə itiliyi 1,0 olmaqla. H 65.2, Η 90.1 Soltərəfli xroniki tubootit. Soltərəfli konduktiv tip ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 5 (beş) metr, sağ qulaqda 6 (altı) metrməsafədən eşitməsi ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi Xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına daxil olduğu andan aqressiv davranmış, əyləşməkdən imtina edərək yoldaşının (X12 6J2E1XB) dəvət olunması üçün təkid etmişdir. Həyat yoldaşının verdiyini anamnestik məlumatlar “Əsəbidir, ailə üzvləri ilə yola gedə bilmir, uşaqların səsini eşidən kimi şiddət göstərir. Qıcolma tutmaları ~3-5 dəqiqə davam edir, əli, ayağı keyiyir, dərman qəbul etmir. Böyük övladını (5 yaş) o qədər başından vurub ki, uşaq kəkələyir. Evləri TTYa yaxın olduğu üçün hər dəfə tutma zamanı təcili yardım çağırılır. Atası onkoloji, anası isə psixiatrik xəstədir (fotoşəkillər nümayiş etdirir)” kimi olmuşdur. Xəstənin verdiyini anamnestik məlumatlarında aprel döyüşlərinin iştirakçısı olduğunu bildirmiş, qıcolma tutmalarından, qaraciyər serrozundan, mədəsindəki narahatlıq hissindən, təngnəfəslikdən əziyyət çəkdiyini qeyd etmişdir. Ekspertiza üçün əhəmiyyətli olan qıcolma tutmalarına aid video-görüntü nümayiş etdirmiş, lakin həmin video-görüntüyə əsasən tutmaların epi xarakterli olmadığı müəyyənləşdirilmişdir. Müayinə gedişatında vətəndaş həyat yoldaşının ona aid rentgen şəklini evdə unutduğunu eşidən an ona xəsarət yetirmək iştəmiş, lakin həkim-ekspertlər tərəfindən bu hərəkət kobud simulyativ davranış kimi dəyərləndirilmişdir (həyat yoldaşının verdiyi reaksiyaya əsasən). Müayinə zamanı başın təpə nahiyəsində ~7-8 sm ölçülü çapıq, sol kürək nahiyəsində çapıq, soltərəfli torakotomiyanın çapığı izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Auskultasiyada hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası SpO2 99%, nəbzi 101 vurğu, tənəffüs hərəkətlərinin sayı 16, boyu 172 sm, çəkisi 80 kq, BKİ=26.6 kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. ƏMAS-da vətəndaşa dair aktiv əmək müqaviləsinin olması aşkarlanmış, ƏƏSMN tabeliyində DTSERA-da EEQ müayinəsinə göndərilsə də, vətəndaş müayinədən imtina etmişdir. Nevroloji statusunda yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus tam, reflekslər canlı alınmış D=S, patoloji reflekslər “Marinesko-Radoviç”, “Hoffman”, “Babinski” alınmamış, burun-barmaq sınağını düzgün icra etmişdir. Xəstə aqressiv izlənilmiş, yerişini simulyasiya etmiş, təqdim olunmuş bir neçə videogörüntüyə əsasən epilepsiya diaqnozu təsdqilənməmişdir. Psixi statusunda huşu aydın, bələdliyi bütün növlərdə saxlanılmış, produktiv psixopatoloji simptomatika aşkar olunmamış, aqressiv, nümayişkar izlənilmişdir. Davranışları qeyri-adekvat, zehni, yaddaşı yaşına və keçirdiyi həyat tərzinə uyğun olmuş, anlaqlı şəkildə fikrini izah etmiş, verilən suallara məntiqli cavablar vermiş, analizetmə qabilliyyəti və mühakimə etməyi qorunmuş, simulyasiya tam aşkar şəkildə izlənilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 3423 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (2016-cı il aprel döyüşləri zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, qıcolma tutmaları ilə. Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 5999/24 nömrəli Çıxarışında diaqnoz “Üzvi (2016-cı il aprel döyüşləri zamanı alınmış qapalı kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, qıcolma tutmaları ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Loğman Klinikasının xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Baş beyinin bioelektrik aktivliyinin posttravmatik ensefalopatiyası müşahidə olunur. Hal hazırki, oyanıqlıq EEQ-də yavaş lənq dalğalar, multi-fokal epi paroksizmal fəaliyyət qeyd olunur” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra, sol tərəfli döş qəfəsinin orta 1/3-nin ˆn-tış və döş fəgərələrinin V-Vİ üzərində, kürəyin arxa səthlərində kobud dartıcı çapıg toxuması, sol İV- V gabırğaların, ön uclarının bitişmiş sınıgları, sınıg yerində yumşag toxumalarda metal gəlpələri, İV-V gabırğalar arasında ağ ciyərdə fibroz dəyişikliyi, sol bazu oynağının yaxınlaşdırıcı kontrakturası (uzağlaşma 20 dərəcə), əzələ gücünün azalması, atrofiyası, daimi ağrı sindromu və sol yuxarı ətrafın funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli Boyun, döş, bel fəqərələrin 2 proyeksiyalı R-qramma müayinəsinin nəticəsi “Sol İV-V qabırğaların ön uclarının bitişmiş sınıqları. Yumşaq toxumada MM-lik metal qəlpələr və ağ ciyərdə İV-V qabırğalar arasında fibroz dəyişikliklər” kimi müəyyənləşdirilmişdir. Real Tibb Mərkəzinin xx.xx.2024-cü il tarixli Elastoqrafiya müayinəsinin nəticəsi “Kəmiyyət göstəricilərinə görə max elastometrik indeks E=7.35kPa olub-F2 ATT (yağlanma dərəcəsi)-0.64dB/sm/MHz olub, S1 mərhələsinə uyğundur. A indeks (iltihabi dəyişiklik)=0.70 olub-A0 mərhələsinə uyğundur” kimi müəyyənləşdirilmişdir. Sumqayıt Tibb Mərkəzi 1 nömrəli Xəstəxananın xx.xx.2024-cü il tarixli döş qəfəsinin rentgenoqrafiya müayinəsinin nəticəsi “İİİ qabırğanın ön Vİİİ qabırğanın arxa səthində deformasiya sahəsi mövcuddur. Həmin sahədə ağciyərdə kölgəlik izlənir. Kök sahələr strukturludur. Bronx-damar şəkli aşağı paylarda güclənib, bronx-damar şəkli ətrafında peribronxial qalınlaşma mövcuddur. Döş qəfəsinin sol yarısında yad cisimlər mövcuddur. Qabırğa diafraqmal sinuslar sərbəstdir. Ürək hüdudları yaşauyğundur. Sümüklərə aid pataloji görünüş diqqət çəkmir. Hər iki hemidiafraqmaya aid patalogiya izlənilmir” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 1913 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Dəfələrlə izah olunmasına baxmayaraq iradi olaraq tənəffüs hərəkətlərini düzgün yerinə yetirə bilmədi. Kliniki dəyərləndirmə tövsiyyə olunur. Tütünçəkmə günlük 1-3 qutu, 3 il müddəti” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; İddiaçının hüquqi marağı - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən edilməsidir; beləki, cavabdeh tərəfindən qəbul edilmiş qərarı ilə əlilliyin müəyyən edilməsindən imtina edilmişdir. Qeyd edilməlidir ki, sözügedən qərarın ləğv edilməsi halında iddiaçı birbaşa istədiyinə nail olmayacaqdır. Çünki cavabdehin iddiaçının orqanizminin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsinə dair müvafiq qərarı mövcud olmalıdır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yeri və cavabdehin olduğu ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdır, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar:

AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0004 saylı göndərişə əsasən xx.xx.2019-cu il tarixdə müayinə edilərək “Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın... Partlayış yaralanması(xx.xx.2016 Aprel döyüşü zamanı).Keqirilmiş qapalı kəllə beyin travması və baş beyin travması və baş beynin silkələnməsinin davamlı təzahür edən qalıq əlamətləri travmadan sonrakı postravmatik ensefalopatiya İİİ mərhələ,kəllə daxili hipertenziya.sol tərəfli piramid çatmamazlığı və hərəki koordinator pozğunluğu. QKB travm.sonra qıcolma tutmalari (ayda beynin 6-7) dəfə mühüm pozulması. Döş qəfəsinin sol plevra boşluğuna nüfuz edən qəlpə yaralanması. Döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor qəlpə yaralanması hemopnevmotoroksa görə aparılmış cərrah əməliyyatdan sonrakı vəziyyət, Sol plevra boşluğunun Bilau üsulu ilə drenaj edilməsi. sol ağciyərin yuxarı payının yad cisminə (metal qəlpə) görə aparılmış torokotomiya. yad cismin xaric edilməsi (metal qəlpə), plevra boşluğun drenajı əməlyyatlarından sonrakı dərin bərkimiş dəri çapıqları, xarici tənəffüs funksiyasının pozulması diapnozu qoyulmuşdur.Meyar- 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9). xx.xx.2024-cü il tarixli 6791 №-li “Xəstəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, Salmanov X3 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ rayon idarəsinin rəisinin 3-43-82/2-1163/2024 nömrəli xx.xx.2024-cü il tarixli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Mərkəzi hərbi həkim komissiyasının qərarı: Diaqnoz: “F07.0 Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, qıcolma tutması ilə. S 06.0, G 93 Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyn silkələnməsinin soltərəfli piramid çatışmazlığı, teztez təkrarlanan qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi. Y 36.2 Partlayış travması (xx.xx.2016) nəticəsində döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor qəlpə yaralanması, hemopnevmatoraksa görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, plevra boşluğunun Bilau üsulu ilə drenajı (xx.xx.2016), sol ağciyərin yuxarı payının yad cisminə görə aparılmış soltərəfli torakotomiya (xx.xx.2016), yad cismin xaric edilməsi cərrahı əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, sol ağciyərin yuxarı payının fibrozu, Vİİİ qabırğanın bitişmiş sınığı, yumşaq toxumaların yad cisimləri (metal qəlpələr), ağciyərlərin xarici tənəffüs funksiyasının obstruksiyanın üstünlüyü ilə orta-ağır ventilyasiya pozğunluğu ilə” “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Diaqnoz: B 18.1 “B” virus hepatitinin daşıyıcısı; “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” Diaqnoz: “H 52.2 Sol gözün sadə miopik astiqmatizmi Em və M 1,0 D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0, sağ gözün görmə itiliyi 1,0 olmaqla. H 65.2, H 90.1 Soltərəfli xroniki tubootit. Soltərəfli konduktiv tip ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 5 (beş) metr, sağ qulaqda 6 (altı) metrməsafədən eşitməsi ilə” “ÜMUMİ XƏSTƏLİKDİR” səbəb əlaqəsi “TƏSDİQ OLUNUR”. F00216830HBD nömrəli xx.xx.2024-cü il tarixli Bakı 2 nömrəli X5 tərəfindən verillən Forma 88 haqqında məlumata əsasən, İddiaçı Əsas diaqnozu: F070. Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi (2016-cı il aprel döyüşləri zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, qıcolma tutmaları ilə; Ağırlaşma: S06.0. Baş beynin silkələnməsi, keçirilmiş qapalı kəllə-beyin travması; Yanakı xəstəliklər: D64.9 Dəqiqləşdirilməmiş anemiya, G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Tez-tez (ayda 8-9 dəfə) təkrarlanan epileptik qıcolma tutmaları ilə., G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, G93 Baş beynin digər zədələnmələri, Baş beynin digər zədələnmələri, Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hərbi əməliyyatlar, H65.2 Xroniki seroz orta otit, Xroniki seroz orta otit, S27.3 Ağciyərin digər travmaları, Döş boşluğunun digər və dəqiqləşdirilməmiş orqanlarının travması, M54.4 İşiasla gedən lümbaqo, H52.2 Astiqmatizm, H90.1 Eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan birtərəfli konduktiv tipli itirilməsi, G25 Digər ekstrapiramid və hərəki pozğunluqlar, Digər ekstrapiramid və hərəki pozğunluqlar” göstərilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0006 saylı göndərişə əsasən xx.xx.2024-cü il tarixdə müayinə edilərək Baş-beynln silkələnməsi. Keçirilmiş qapalı kəllə-beyin travması. Dəqiqləşdirilməmiş ensefalopatiya. Tez-tez (ayda 8-9 dəfə) təkrarlanan epileptik qıcolma tutmaları Digər ekstrapiramid və hərəki pozuntular. Ağciyərin digər travmalan. Eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan birtərəfli konduktiv tipli itirilməsi. Üzvi (2016-cı İİ aprel döyüşləri zamanı alınmış QKBT) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, qıcolma tutmaları ilə. Xroniki seroz orta otit. işiasla gedən lümbaqo. Astiqmatizm diaqnozu qoyulmuşdur. Mərkəzə göndərilmənin/ İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Bakı 2 nömrəli X5 tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si F00216830HDB, göndəriş tarixi xx.xx.2024-cü il) göndərişi verən müəssisədə xx.xx.2021-ci il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanılma tarixi xx.xx.2016-cı il tarixdən (xroniki; orta ağır) müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 3-17-4/3- 3-5604/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən hazırki mübahisənin həlli ilə bağlı iş üzrə üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13ə tapşırılmış və ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur. - Əsas diaqnoz kimi göstərilmiş: “Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi ( 2016-cı il aprel döyüşləri zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, qıcolma tutmaları ilə” diaqnozu aşkar edilirmi? - Qeyd olunan diaqnoz aşkar olunduğu təqdirdə həmin diaqnoz səbəbindən əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalması, ətrafdakılarla ünsiyyətdə tez-tez çətinliklər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) hallarından ən azı biri müşahidə edilirmi? - Diaqnoz aşkar olunduğu təqdirdə, iddiaçıda məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti hallarından ən azı biri müşahidə edilirmi? - Diaqnozda yanaşı xəstəliklər kimi göstərilmiş “D64.9 Dəqiqləşdirilməmiş anemiya, G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Tez-tez (ayda 8-9 dəfə) təkrarlanan epileptik qıcolma tutmaları ilə., G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, G93 Baş beynin digər zədələnmələri, Baş beynin digər zədələnmələri, Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hərbi əməliyyatlar, H65.2 Xroniki seroz orta otit, Xroniki seroz orta otit, S27.3 Ağciyərin digər travmaları, Döş boşluğunun digər və dəqiqləşdirilməmiş orqanlarının travması, M54.4 İşiasla gedən lümbaqo, H52.2 Astiqmatizm, H90.1 Eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan birtərəfli konduktiv tipli itirilməsi, G25 Digər ekstrapiramid və hərəki pozğunluqlar, Digər ekstrapiramid və hərəki pozğunluqlar” diaqnozu aşkar edilirmi? - İddiaçıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında qeyd olunmuş “F07.0 Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, qıcolma tutması ilə. S 06.0, G 93 Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyn silkələnməsinin soltərəfli piramid çatışmazlığı, tez-tez təkrarlanan qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi. Y 36.2 Partlayış travması (xx.xx.2016) nəticəsində döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor qəlpə yaralanması, hemopnevmatoraksa görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, plevra boşluğunun Bilau üsulu ilə drenajı (xx.xx.2016), sol ağciyərin yuxarı payının yad cisminə görə aparılmış soltərəfli torakotomiya (xx.xx.2016), yad cismin xaric edilməsi cərrahı əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, sol ağciyərin yuxarı payının fibrozu, Vİİİ qabırğanın bitişmiş sınığı, yumşaq toxumaların yad cisimləri (metal qəlpələr), ağciyərlərin xarici tənəffüs funksiyasının obstruksiyanın üstünlüyü ilə orta-ağır ventilyasiya pozğunluğu ilə” diaqnozu aşkar edilirmi? - Həmin xəstəliklərdən hər hansı biri mövcuddursa xəstəliklərin müalicə alınmaqla reabilitasiyası mümkündürmü? - Müalicə olunmaqla reabilitasiyası mümkün olduğu təqdirdə iddiaçının əlavə müalicəyə (ixtisaslaşmış müalicəyə) ehtiyacı mövcuddurmu? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13in xx.xx.2025-ci il tarixli 3012 saylı eksert rəyindən görünür ki, İddiaçı halhazırda “Üzvi (Travma Mənşəli) Şəxsiyyət Pozuntusu, Depressiv Daxilolmalarla, X7 İlə” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə- beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, SN Respublika Psixiatriya Xəstəxanasında “Baş beyinin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış QKBT nəticəsində şəxsiyyət dəyişikliyi. Tez-tez baş verən qıcolma tutmaları (ayda 4-5 dəfə). Koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası’da “Keçirilmiş QKBT nəticəsində şəxsiyyət dəyişikliyi” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması, İnzibati işə təqdim edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “18 nömrəli şəhər Xəstəxanasında “QKBT ciddi qalıq əlamətləri. Kəskin asteno nevrotik sindrom. Posttravmatik ensefalopatiya. Kəllə daxili hipertenziya. Epilepsiya. Teztez təkrarlanan qıcolma tutmaları ilə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (bir qədər gərgin olması, təfəkkürünün tempinin ləngiməsi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhvali-ruhiyyəsinin aşağı olması, affektiv reaksiyalara meylli olması, qıcıqlara qarşı həssaslığının yüksəlməsi, koqnitiv funksiyalarının zəifləməsi, sorğu gedişatında əsəbilik, baş ağrıları, yuxusuzluq, yaddaşının zəifləməsinin get-gedə artmasını bildirməsi, əsəbi gərginlik zamanı özünə kəsmələrlə xəsrətlər yetirməsi, gün ərzində heç nəyə həvəsinin olmaması, əhvalının aşağı olması vəs.) sübut edir. İnzibati iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci suallara cavab: İddiaçı hal-hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla, X7 ilə” (f07.0) aşkar edilir. D, g, c, y, h, m, s kodları psixiatrik xəstəliklər kodu sırasına aid olmadığından sualların cavablandırılması məhkəmə-psixiatrik ekspertizanının səlahiyyətlərinə aid deyil. Qoyulmuş sualların digər hissəsi şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün sualın cavablandırılması məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyil, göstərilən sualın ekspert qiymətləndirilməsi “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiliyi” X13 səlahiyyətlərinə aiddir. 6-cı və 7-ci suallara cavab: Üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, lakin iddiaçının vəziyyətinin stabil saxlanılması və sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır. Elmi ədəbiyyatdakı məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi xəstəliklərin (kəllə-beyin travması nəticəsində) ağır keçən uzaq nəticələrindən biri hesab olunur.

Tətbiq edilən hüquq.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə

6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası:

1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. ...

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. ...

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1 əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 2.1 insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1 anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 3.4. Qonartroz (diz oynağının artrozu) (M17) 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0), baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları (F07.8)

2. Qan dövranı sisteminin xəstəlikləri 2.1 Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər (İ10-İ15) 2.1.1. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə - 35-60% - 1 il 2.1.2. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə - 65-80% - 2 il 2.1.3. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə - 85-100% - müddətsiz

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: ... 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); ... 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.

Məhkəmənin mövqeyi.

Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Əlilliyin qiymətləndirilməsi “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın normalarına uyğun olaraq həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); cavabdeh göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Nəzərə alınmalıdır ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Bundan əlavə qeyd olunmalıdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı döyüş tapşırığı yerinə yetirən zaman partlayış travması və döş qəfəsinin plevra boşluğuna nüfuz edən kor qəlpə yaralanması, sol ağciyərin yuxarı payının yad cismi qapalı kəllə beyin travması olan ağır xəsarət almışdır. Uzun müddətdir mütəmadi ambulator və stasionar müalicələr alır. Daha sonra iddiaçıya “F07.0 Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, qıcolma tutması ilə. S 06.0, G 93 Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyn silkələnməsinin soltərəfli piramid çatışmazlığı, tez-tez təkrarlanan qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi. Y 36.2 Partlayış travması (xx.xx.2016) nəticəsində döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor qəlpə yaralanması, hemopnevmatoraksa görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, plevra boşluğunun Bilau üsulu ilə drenajı (xx.xx.2016), sol ağciyərin yuxarı payının yad cisminə görə aparılmış soltərəfli torakotomiya (xx.xx.2016), yad cismin xaric edilməsi cərrahı əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, sol ağciyərin yuxarı payının fibrozu, Vİİİ qabırğanın bitişmiş sınığı, yumşaq toxumaların yad cisimləri (metal qəlpələr), ağciyərlərin xarici tənəffüs funksiyasının obstruksiyanın üstünlüyü ilə orta-ağır ventilyasiya pozğunluğu ilə” diaqnozu qoyulmuşdur. İddiaçı əlilliyinin qiymətləndirilməsi üçün cavabdehə müraciət etsə də, ona əlillik təyin edilməsindən imtina edilmişdir. xx.xx.2024-cü ildə iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün onun Bakı 2 nömrəli X8 tərəfində onun barəsində məlumatları əks etdirən forma 88 doldurularaq cavabdeh orqanın Tibbi-Sosial Ekspert komissiyasına təqdim edilmişdir. xx.xx.2024-cü ildə cavabdeh orqan iddiaçıya bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin edilmir. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı 2 nömrəli X5 tərəfindən tərtib olunmuş göndəriş əsasında iddiaçıya əlillik dərəcəsinin təyin olunmasından cavabdeh imtina etmiş və bu zaman forma 088 arayışda göstərilən diaqnozun əlillik təyin etmədiyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, göndərişin göndərildiyi dövrdə və hal-hazırda qüvvədə olan Meyarlarda (F070.) üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi ( 2016-cı il aprel döyüşləri zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, qıcolma tutmaları ilə əsas diaqnozuna əsasən qeyd edilməlidir ki, həmin xəstəliklər iddiaçıya əlilliyin təyininə əsas verir. Cavabdeh isə göstərilənləri, iddiaçıda olan diaqnozları və onların yaranma səbəblərini və həmin xəstəliklərin tam reablitasiyası mümkün olmadığını nəzərə almamış və ona əlilliyin təyinatından əsassız imtina etmişdir. Məhkəmə iş materiallarında olan tibbi sənədlər və forma 088 arayışı ilə kifayətlənməmiş, öz səlahiyyətləri çərçivəsində iş üzrə məhkəmə tibbi ekspertizası təyin etmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticəsində təqdim olunmuş ekspert rəyindən görünür ki, iddiaçıda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla, X7 ilə” (F07.0)” diaqnozu aşkar edilir. Üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, lakin iddiaçının vəziyyətinin stabil saxlanılması və sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır. Elmi ədəbiyyatdakı məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi xəstəliklərin (kəllə-beyin travması nəticəsində) ağır keçən uzaq nəticələrindən biri hesab olunur. Göründüyü kimi ekspert rəyində konkret olaraq xəstəliyin əllliyin təyininə əsas verən diaqnozlar göstərilmişdir. Həmin diaqnozlar Bakı 2 nömrəli X6 tərəfindən verilmiş Forma 88 haqqında məlumatlardada öz əksini tapmışdır. Başqa sözlə desək, forma 088 arayışında göstərilən və hal-hazırda iddiaçınn əziyyət çəkdiyi xəstəliklər “hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, bu sahədə hüququ mexanizm “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları ilə həyata keçirilir. Bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Sözügedən Qanunun 15.0-ci maddəsində dövlətin psixi pozuntu xəstəliyindən əziyyət çəkən şəxslər qarşısında olan təminatların əhatə dairəsi sadalanmışdır ki, bunlardan biri də əlilliyin müəyyən edilməsidir. Göründüyü kimi iddiaçının forma 088 arayışında göstərilən xəstəlikdən əziyyət çəkməsi müvafiq tibb sənədlər ilə təsdiq olunur. Xüsusi ilə nəzərə alınmalıdır ki, iddiaçı psixi pozuntudan əziyyət çəkən şəxs hesab olunduğundan və Bakı 2 nömrəli X1 qeydiyyatda olduğundan, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 15.0.3-cü maddəsinin tələbləri baxımından Bakı 2 nömrəli Klinik Psixiatriya tərəfindən onun həmin xəstəlikdən əziyyət çəkməsini təsdiq edən forma 088 arayışı əlilliyin təyini üçün kifayət qədər obyektiv arqument hesab olunur. Göstərilən bütün halları nəzərə aldıqda, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi - 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, xx.xx.2024-cü il tarixli tibbi göndəriş (Forma 88) əsasında İddiaçı orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyinin Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmasının müəyyən edilməsi öhdəliyinin cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. NƏTİCƏVİ HİSSƏ

Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. xx.xx.2024-cü il tarixli tibbi göndəriş (Forma 88) əsasında İddiaçı orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyinin “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmasının” müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar