Məhkəmə qərarları › İş №2-1(112)-4961/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4961/2025

21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4961/2025 21.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X10 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər 19 saylı şəhər poliklinikasına və Cavabdeh1nə qarşı “ölüm haqqında tibbi şəhadətnamədə ölüm səbəbi kimi “20 Yanvar hadisələri zamanı aldığı güllə yarasından xəsarətlə” bağlı dəyişiklik edilməsi vəzifəsinin cavadehlərin üzərinə qoyulması” iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ:

1. İddiaçı Bakı İnzibati Məhkəməsində 19 saylı şəhər poliklinikasına və Cavabdeh1nə qarşı iddia qaldıraraq ölüm haqqında tibbi şəhadətnamədə ölüm səbəbi kimi “20 Yanvar hadisələri zamanı aldığı güllə yarasından xəsarətlə” bağlı dəyişiklik edilməsi vəzifəsinin cavadehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. İdidiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının həyat yoldaşı X6 1990-cı ilin 20 yanvar faciəsi zamanı aldığı güllə yarası almış və bunun nəticəsində o, ömürlük yataq xəstəsi - 1 qrup əlil olmuşdur. Bakı Şəhəri Kliniki Təcili Tibbi yardım Stansiyası tərəfindən 13 fevral 1991-ci il tarixində təqdim edilmiş 19 saylı arayışa əsasən, X6 43 yaşında 20 yanvar 1990-cı ildə az ağır kəllə beyin travması, təpə nahiyyəsinə toxunan odlu silah yaralanması, təpə alnı paylarının və sinusun hissəvi zədələnməsi, gicgah təpə sümüklərinin qəlpəli sınığı diaqnozu müəyyən edilmişdir. Bundan əlavə, həmin arayışa əsasən, X6 1990-cı ildə 20 Yanvar hadisəsi zamanı kəllənin təpə nahiyyəsində güllə yarası almışdır. Şöbədə əməliyyat olunmuş və orta kafi vəziyyətdə evə yazılmışdır. 14 iyun 2010-cu il tarixində Bakı şəhəri, 19 sayh şəhər poliklinikasının X6 barəsində verilmiş ambulator kartasından çıxarışa əsasən, X6 1997-cı il, 1998-ci il, 2000-ci il, 2001-ci il tarixlərində poliklinikaya müraciət etmiş və hər bir müraciəti odlu silah yaralanması ilə alınmış zədələrin müalicəsi məqsədilə olmuşdur və 2004-cü ildə beyin daxili davranış pozğunluğu insult beyin koması keçirilmiş kəllə beyin travması nəticəsində vəfat etmişdir. Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 15 sentyabr 2004-cü il 834 sayh sərəncamına əsasən, 1990-cı ilin qanlı 20 Yanvar hadisələrində ağır zərbə və işgəncələr nəticəsində 2004- cü ilin avqust ayının 23-də vəfat etmiş İ qrup “20 Yanvar” əlili mərhum X5 “20 Yanvar şəhidi” statusu verilməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçının mərhum həyat yoldaşı X6 20 yanvar 1990-cı il hadisələrində kəllə beyin travması diaqnozu ilə yaranmış, həmin vaxtdan 2004-cü ilə kimi yəni ölün tarixinə qədər yalnız kəllə beyin travması nəticəsində aldığı yaralardan müalicə olunmuş və müalicələr fayda vermədiyindən 31 avqust 2004-cü il tarixində vəfat etmişdir. Poliklinika ölüm haqqında həkim arayışı tərtib edərkən, mərhumun 20 yanvar hadisələri zamanı odlu silahdan açılan atəş nəticəsində xəsarət alaraq ağır xəstəliyə düçar olmasını qeyd etməli olduğu halda bu işə səhlənkar yanaşmışdır. Nəticədə, ölüm haqqında həkim arayışında xəstəliyin 20 yanvar hadisələri zamanı odlu silahdan açılan atəş nəticəsində xəsarət alması qeydləri öz əksini tapmadığı səbəbindən Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilən ölüm haqqında şəhadətnamədə də bu fakt öz əksini tapmamışdır. 1990-cı il yanvarın 20-dən 2004-cü il 31 avqust ayına qədər, yəni X6 İ qrup əlil kimi yataq xəstəsi olduğundan 14 il ərzində ona iddiaçı qulluq etmişdir. Bu müddət ərzində həyat yoldaşı 19 saylı şəhər poliklinikasının sahə həkimi və digər həkimlərinin nəzarətində müayinə olunmuş və müvafiq müalicə almışdır. Məhkəmənin Bakı Şəhəri Kiniki Təcili yardım xəstəxanasının xx.xx.1991-ci il tarixli 19 saylı arayışında öz əksini tapmış mərhumun məhz 20 yanvar hadisəsi zamanı güllə yarası alması faktını nəzərə almasına böyük zərurət vardır. Həyat yoldaşımın bu güllə yarasından aldığı xəsarətdən illərlə əziyyət çəkərək, sonradan vəfat etməsi məhz onunla əlaqədar olmuşdur. Eyni zamanda, səhlənkarlıq nəticəsində bilərəkdən ölüm haqqında həkim şəhadətnaməsində “20 yanvar hadisəsi zamanı aldığı güllə yarası nəticəsində” sözlərini qeyd etməyən 19 nömrəli şəhər polikilinkasının bu hərəkətinə məhkəmənin qiymət verməsinə də ehtiyac duyulur. Niyə görə iddiaçı bir adi, sadə, savadsız, zavallı vətəndaş kimi poliklinkanın bu səhlənkarlığından, sonradan isə Yasamal rayon qeydiyyat şöbəsinin verdiyi natamam tərtib olunmuş ölüm haqqında şəhadətnamədən əziyyət çəkməli, Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərmanla nəzərdə tutulan güzəştlərdən istifadə etməməlidir. 14 il ağır yataq xəstəsinə qulluq etmişdir. Maddi durumu çox ağır olub. Ailədə pisixi sarsıntılar keçirmişdir. Psixi sarsıntı keçirən gənc oğlu da avtomobil qəzasında həlak olmuşdur. İddiaçı bu məsələ ilə bağlı Yasamal rayon qeydiyyat şöbəsinə müraciət edərək, mərhum həyat yoldaşı X6 barəsində verilmiş 23 avqust 2004-cü il tarixli ölüm haqqında şəhadətnamədə ölümün səbəbi qrafasında “20 yanvar faciəsi zaman aldığı güllə yarası nəticəsində vəfat etməsi” qeydinin aparılmasını xahiş etmiş, Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi poliklinikanın arayışına istinad etdiyi üçün ölüm haqqında şəhadətnamədə müvafiq dəyişiklik aparılmasına imtina etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum həyat yoldaşım X6 31 avqust 2004-cü ildə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə ölümün səbəbi insult, aterokardioskleros kimi qeyd edilmişdir. İddia ərizəsinə əlavə olunan xəstəxanadan verilən çıxarışa əsasən, mərhum həyat yoldaşım X6 20 yanvar 1990-cı ildə az ağır kəllə beyin travması, təpə nahiyyəsinə toxunan odlu silah yaralanması, təpə alın paylarının və sinusun hissəvi zədələnməsi, gicgah təpə sümüklərinin sımğı diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Əslində isə həm Yasamal rayon qeydiyyat şöbəsi, həm də 19 nömrəli şəhər polikilinkası vaxtilə xəstəxana tərəfindən verilmiş arayışı nəzərə almalı idilər. İnzibati prosessual məcəllənin tələblərinə uyğun olaraq, iddia aktı qeydinə düzəliş edilməsi ilə bağlı hərəkətlərin edilməsi öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqnda iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəlincə isə, iddia ərizəsinə əlavə edilən xx.xx.2004-cü il tarixli, 997 nömrəli Ölüm haqqında akt qeydindən görünür ki, 15 mart 1946-cı il təvəllüdlü X6 23 avqust 2004-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, ölümün səbəbi olaraq “İnsult. Aterokardioskleros” qeyd olunmuşdur. Akt qeydinə əsasən, ölüm faktını təsdiq edən sənəd kimi, 19 saylı Polikilinkanm xx.xx.2004-cü il tarixli ölüm haqqında həkim şəhadətnaməsi təqdim edilmiş, akt qeydi barədə Az-İ№l 13370 nömrəli şəhadətnamə verilmişdir. Poliklinkaya onun 20 yanvar hadisəsi zamanı güllə yarası alması faktının da qeyd olunmasını israrla xahiş etməyinə baxmayaraq, xahişinə əhəmiyyət verilməmişdir. İş materiallarına əlavə edilmiş 31 avqust 2004-cü il tarixli, Az-İ seriyalı, 113370 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X6 23 avqust 2004-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2004-cü ilin avqust ayının 31 günündə 997 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi “İnsult. Aterokardioskleroz” qeyd olunmuşdur. Burada da xahişinə məhəl qoulmamış, Poliklinikanın verdiyi natamam arayışa istinad olunmuşdur. Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının 834 nömrəli, xx.xx.2004-cü il tarixli Sərəncamından görünür ki, 1990-cı ilin qanlı “20 yanvar” hadisələrində başından aldığı güllə yarasından 2004-cü ilin avqust ayının 23-də vəfat etmiş İ qrup 20 yanvar əlili mərhum X5 “20 yanvar şəhidi” statusu verilmişdir. Deyilənlərə əsasən, iddiaçının ərinin 2014-cü ildə ölümünün səbəbinin-14 il əvvəl, yəni 20 yanvar hadisələri zamanı başından aldığı ağır odlu silah yarasından olmasını, bu səbəbdən də müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə göstərilən səbəblə razılaşmadığını bir daha qeyd edir. Yasamal rayon qeydiyyat şöbəsi xx.xx.2022- ci il tarixli 05/Q-l026/15 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 997 saylı, xx.xx.2004-cü il tarixli ölüm haqqında akt qeydində ölüm səbəbi kimi “İnsult. Aterokardioskleroz” qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001- ci il tarixli, 52 nömrəli qəran ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalaf’a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyati şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Göstərilənlərə əsasən ölüm səbəbinin dəyişdirilməsinin imkanı xaricində olduğunu bildirmiş cavabdeh tərəfindən aidiyyati üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddai tələbinin rədd edilməsini məhkədədən xahiş etmişdir.

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. İddia ərizəsindən görünür ki, iddiaçının hüquqi marağı vəfat etmiş ərinin “ölüm haqqında tibbi şəhadətnamədə ölüm səbəbi kimi “20 Yanvar hadisələri zamanı aldığı güllə yarasından xəsarətlə” bağlı dəyişiklik edilməsindən ibarətdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “mübahisəli məsələyə məhz hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi ilə bağlı məhkəmədə baxılmasının mümkün hesab edir. Məhkəmə aşağıdakı sənədləri tətqiq etdi.. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112) -1076/2023 iş üzrə qəbul edilmiş məhkəmə qərarından məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 02 oktyabr 2018-ci il tarixli, 2(106)-9322/2018 nömrəli qərardadından görünür ki, ərizəçi X11 “X1 xx.xx.2004-cü il tarixdə 20 Yanvar hadisələri zamanı başından aldığı ağır odlu silah yarasından vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli, 2(004)- 1213/2018 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir. Həmin qətnamədən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 02 oktyabr 2018-ci il tarixli, 2(106)- 9322/2018 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli, 2(004)-1213/2018 saylı qətnaməsi ləğv edilmiş, ərizəçi X7 “X2 xx.xx.2004-cü il tarixdə 20 Yanvar hadisələri zamanı başından aldığı ağır odlu silah yarasından vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə icraata xitam verilmişdir. Məhkəmə qətnamədə göstərmişdir ki, “...Ərizəçi ərinin 2014-cü ildə ölümünün səbəbinin – 14 il əvvəl, yəni 20 Yanvar hadisələri zamanı başından aldığı ağır odlu silah yarasından olmasını, bu səbəbdən də müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə göstərilən səbəblə razılaşmadığını göstərmişdir. Göründüyü kimi, ərizəçi faktiki olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş ölüm səbəbini mübahisələndirir. Belə olan halda isə, mübahisəli məsələyə məhz “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” ilə bağlı xüsusi icraat qaydasında məhkəmədə baxılması mümkün deyildir. Lakin, ərizəçinin ərinin ölüm səbəbinin düzgün müəyyən olunması ilə bağlı digər qaydada mübahisə açmaq hüququ istisna olunmur.” İddia ərizəsinə əlavə edilmiş AZ-İ 113370 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X8 23 avqust 2004-cü ildə “İnsult Aterokardioskleroz” səbəbindən vəfat etmişdir. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının 834 nömrəli, 15 sentyabr 2004-cü il tarixli sərəncamına əsasən 1990-ci ilin qanlı “20 Yanvar” hadisələrində başından aldığı güllə yarasından 2004-cü ilin avqust ayının 23-də vəfat etmiş İ qrup 20 Yanvar əlili, mərhum X3 “ 20 Yanvar Şəhidi” statusunun verilməsi qərara alınmışdır. “Tibbi Ərazi Bölmərini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 10 sentyabr 2024-cü il tarixli 18-1/2-Ş-116xx-xx-21358/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, X7 həyat yoldaşının ölüm haqqında tibbi şəhadətnaməsini, ölüm səbəbinin (diaqnozun) düzgün yazılmadığı barədə təsdiq edən sənədi və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvar hadisələri nəticəsində aldığı xəsarət (yaralanma, travma, kontuziya) haqqında müvafiq sənədlər təqdim edildiyi təqdirdə baxıla bilər. Məhkəmə tərəfindən Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə sorğu ünvanlanaraq X4 23 avqust 2004-cü il tarixində ölum haqqında aktının qeydiyyatı üçün əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Ədliyyə Nazirliyi Vətəndaşlıq X13 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli 3-16-5/4-13-518/2025 saylı məktubu ilə Məmməd Şixnəbiyevin ölümü haqqında akt qeydinin kserosurəti təqdim edilmiş, əlavə olaraq bildirilmişdir ki, əvvəllər qüvvədə olmuş “VVAQ orqanlarının sənədlərinin saxlanma müddətini göstərən Siyahı”ya əsasən ölüm haqqında tibbi şəhadətnamələrin saxlanma müddəti 1 il idi. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması zamanı təqdim olunan sənədlərin Vətəndaşlıq X13ndə saxlanılması qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır. 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 1.1-ci bəndinə əsasən, bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin ikinci hissəsinə əsasən insanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarlarını və qaydasını müəyyən edir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən, “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Həmin Qaydanın 4.5-ci bəndinə əsasən, ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. Həmin Qaydanın 4.7-ci bəndinə əsasən, şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X9 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. Həmin Qaydanın 5.3-cü bəndinə görə, şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə əsasən, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir, 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir, 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir, 3.3-cü bəndinə görə, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir, 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” Məhkəmə qeyd edir ki, iddiaçı 2004-cü ildə vəfat etmiş əri X4 “ölüm haqqında tibbi şəhadətnamə”də 19 saylı şəhər poliklikası tərəfindən ölümün səbəbi səhv göstərərək verildiyindən, hal-hazırda şəhadətnamədə müvafiq dəyişiklik edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının mərhum həyat yoldaşının öldüyü vaxt (avqust 2004-cü il) inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları Azərbaycan Respublikası MPM-nin müddəaları əsasında həll olunurdu. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. İddiaçı həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, yeni qanuna istinadla hazırki tələb ilə məhkəməyə müraciət edə bilməz. İş materiallarından iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 410/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının 30-cu bəndində qeyd edilmişdir ki, “məhkəməyə müraciət edən şəxs qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddia qaldıra bilməz; belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.” Hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə müəyyən tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər barərə bildirilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə “hüquqi yardım” barədə məktub göndərilərək, X4 adına olan xx.xx.2004-cü il tarixli ölüm haqqında tibbi şəhadətnamədə dəyişiklik edilməsi barədə 20 ildən sonra verilmiş iddianın müddətinin buraxılmasının səbəbləri göstərilməklə buraxılmış müddətin bərpa edilməsi brədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuş, İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən iddianın mümkünlük məsələsinə baxılacagı barədə bildirilmişdir. İddiaçı məhkəməyə müvafiq vəsatət ilə müraciət etməmişdir.

5. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

6. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (ünvan ünvan 2ova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar