Məhkəmə qərarları › İş №2-1(112)-4962/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4962/2021

01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4962/2021 01.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının dövlət qulluqçusu kimi aldığı orta aylıq əmək haqqının 80%-i miqdarında hesablanması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlu iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyalarının yenidən hesablanması Qaydaları”na müvafiq olaraq kənd ərazi icra nümayəndəsi kimi dövlət qulluğunun son 24 ayı ərzində ona ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən dövlət məvacibindəki sonrakı artımlar nəzərə alınmaqla dövlət qulluğu üzrə pensiyasının 01 sentyabr 2019-cu ildən 1390.10 manat məbləğində yenidən hesablanması, fərqin birdəfəlik ödənilməsi haqqında öhdəliyin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının dövlət qulluqçusu kimi aldığı orta aylıq əmək haqqının 80%-i miqdarında hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 49 ildən artıq əmək fəaliyyəti ilə məşğul olmuş, 03 may 1977-ci ildən 18 oktyabr 1991-ci ilədək keçmiş Şingədulan kənd XDS icraiyyə komitəsinin sədri, 07 noyabr 1991-ci ildən 09 iyul 2007-ci ilədək Lerik Rayon İcra Hakimiyyəti başçısının Şingədulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş, Lerik Rayon İcra Hakimiyyəti başçısının 09 iyul 2007-ci il tarixli əmri ilə həmin tarixdən axırıncı haqq-hesab ödənilməsi şərti ilə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmişdir. 10 iyul 2007-ci il tarixdən kənd ərazi icra nümayəndəsi vəzifəsi üzrə dövlət qulluqçusu kimi pensiya alır. İddiaçı 1991 - 2007-ci illərdə Lerik rayon İcra Hakimiyyəti başçısının Şingədulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən məzuniyyət hüququndan istifadə etməmiş, işlədiyi həmin dövlət orqanı tərəfindən ona 06 mart 2008-ci ildə istifadə etmədiyi məzuniyyətlərinə görə 2709,50 manat, 24 iyul 2008-ci ildə 2751,84 manat olmaqla, cəmi 5461,34 manat pul əvəzi-kompensasiya hesablanaraq ödənilmiş və həmin vəsaitdən məcburi sosial sığorta ödənişləri tutulmuşdur. DSMF-nin Lerik rayon şöbəsi iddiaçıya dövlət qulluqçusu kimi 09 iyul 2007-ci ildən 217,12 manat ,01 iyul 2008-ci ildən 481,28 manat pensiya hesablamış və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyalarının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalarının tələblərini pozmaqla kənd ərazi icra nümayəndəsi kimi hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15% miqdarında aylıq əlavə haqq və işdən azad olunarkən istifadə olunmamış məzuniyyətlərə görə iddiaçıya ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 2709,50 manat və 2751,84 manat olmaqla, cəmi 5461,34 manat kompensasiya - pul ödənişlərini nəzərə almayaraq dövlət məvacibinə daxil etməmişdir. İddiaçı kənd ərazi icra nümayəndəsi kimi hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15% miqdarında aylıq əlavə haqq və işdən azad olunarkən istifadə olunmamış məzuniyyətlərə görə ona ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 2709,50 manat və 2751,84 manat olmaqla, cəmi 5461,34 manat Şirvan İnzibati-İqtisadi Məhkəməsi 08 noyabr 2016-cı il tarixli 2-1(86)- 1972/2016 nömrəli qərarı ilə kənd ərazi icra nümayəndəsi kimi hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15% miqdarında aylıq əlavə haqq nəzərə almaqla pensiyanın yenidən hesablanması və fərqin birdəfəyə ödənilməsini müəyyən etmişdir. Əlavə olaraq Şirvan İnzibati - İqtisadi Məhkəməsi istifadə edilməmiş məzuniyyətlərinə görə iddiaçıya ödənilən, məcburi dövlət sosial sığortasına cəlb olunan 5.461,34 manat pul əvəzi - kompensasiya ödənişlərinin dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi hesablanarkən nəzərə alınması, 10 iyul 2007-ci il tarixdən dövlət qulluqçusu pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi barədə 22 iyun 2017-ci il tarixli 2-1 (086)-2184/2017 nömrəli qərar qəbul etmişdir. Qərarlar qanuni qüvvəyə minmiş və icra olunmaq üçün 2017-ci ildə Dövlət Sosial X2 Rayon Şöbəsinə göndərilmişdir. Dövlət Sosial X2 Rayon Şöbəsi tərəfindən 15 ildən artıq qulluq stajı, 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi, hər il üçün 3 mükafat, Şirvan İnzibati - İqtisadi Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli 2-1 (86)-1972/2016 nömrəli qərarına əsasən kənd ərazi icra nümayəndəsi kimi hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15% miqdarında aylıq əlavə haqq və Şirvan İnzibati - İqtisadi Məhkəməsinin istifadə edilməmiş məzuniyyətlərinə görə iddiaçıya ödənilən, məcburi dövlət sosial sığortasına cəlb olunan 5461,34 manat pul əvəzi-kompensasiya ödənişlərinin dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi hesablanarkən nəzərə alınması, 10 iyul 2007-ci il tarixdən dövlət qulluqçusu pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi barədə 22 iyun 2017-ci il tarixli 2-1 (086)-2184/2017 nömrəli qərarı nəzərə alınaraq ona 10 dekabr 2013-cü ildən 988 manat, 01 mart 2018-ci ildən 1014 manat və 01 sentyabr 2019-cu ildən 1323 manat pensiya hesablanmış və ödənilmişdir. 01 yanvar 2020-ci ildən başlayaraq dövlət qulluqçularının pensiyasının hesablanması və ödənilməsi cavabdeh inzibati orqan tərəfindən həyata keçirilir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əməkdaşları pensiyasını yenidən hesablayaraq 2020-ci ilin dekabr ayından ona 1323 manat əvəzinə 757,91 manat pensiya hesablayaraq ödəmişlər. İddiaçı 28 oktyabr 2020-ci ildə və 19 yanvar 2021-ci ildə cavabdeh inzibati orqana məktubla müraciət edərək dövlət qulluğu üzrə pensiyasının düzgün hesablanmasını xahiş etmiş, birinci müraciətindən 4 aydan artıq, ikinci müraciətindən 40 gündən artıq vaxt keçməsinə baxmayaraq ona rəsmi cavab verilməmişdir. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətsizliyini qanuni tələblərini icra etməkdən imtina kimi qəbul edir. Hesab edir ki, cavabdeh inzibati orqanın üzərinə kənd ərazi icra nümayəndəsi kimi 15 ildən artıq qulluq stajı, 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi, hər il üçün 3 mükafat olmaqla 24 ay üçün 6 mükafat, kənd ərazi icra nümayəndəsi kimi hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15% miqdarında aylıq əlavə haqq, istifadə edilməmiş məzuniyyətlərinə görə ödənilən, məcburi dövlət sosial sığortasına cəlb olunan 5461,34 manat pul əvəzi - kompensasiya ödənişlərinin dövlət qulluqçusunun məvacibindəki sonrakı artımlar nəzərə alınmaqla dövlət qulluqçusu pensiyasının 01 sentyabr 2019-cu il tarixdən 1390,10 manat məbləğində yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi qoyulmalıdır. Belə ki, kənd ərazi icra nümayəndəsinin aylıq vəzifə maaşı 01 dekabr 2013-cü ildən 01 mart 2018-ci ilədək 290 manat, 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsinə görə əlavə haqq 01 dekabr 2013-cü ildən hal-hazıradək 55 manat təşkil edir.Ona görə də pensiya hesablanması üçün nümayəndənin vəzifə maaşı - 290 manat, qulluq stajına görə əlavə haqq - 30% - 87 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq - 15% - 43,50 manat (Şirvan İnzibati-lqtisadi Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli 2-1 (86)- 1972/2016 nömrəli qərarına əsasən), mükafatlar (1 il üçün 3 dəfə olmaqla, 2 iİ üçün 6 mükafat üzrə ( 6 x 290 manat : 24ay = 72,5 manat ) 72,50 manat, ixtisas dərəcəsinə görə aylıq əlavə haqq - 55 manat, yeni vəzifə maaşına uyğun olaraq əmsallaşdırılmalı olan kompensasiyanın məbləği - 5461,34 manat, (Şirvan İnzibati- lqtisadi Məhkəməsinin 22 iyun 2017-ci il tarixli 2-1 (86)-2184/2017 nömrəli qərarına əsasən) kompensasiya verilərkən 2008-ci ildə ərazi icra nümayəndəsinin aylıq vəzifə maaşı - 96 manat təşkil etdiyindən tətbiq edilməli əmsal 5461,34 manat : 96 manat = 56.88 % qəbul edilir və kompensasiya üzrə 1 aylıq əlavə haqqının miqdarı 56.88% * 290 manat = 16495,2 manat : 24 ay = 687,3 manat, pensiya hesablanması üçün orta dövlət məvacibinin yekun miqdarı - 290 manat + 87 manat + 43,50 manat +72,50 manat + 55 manat + 687,3 manat = 1235,3 manat, aylıq pensiyanın məbləği 1235,9 manat * 80% = 988,30 manat (01 dekabr 2013-cü ildən-01 mart 2018-ci ilədək) təşkil edir. Lakin cavabdeh inzibati orqan iddiaçıya 01 mart 2018-ci ildən 01 sentyabr 2019-cu ilədək 1014 manat - 36,48 manat az pensiya təyin etmişdir. Kənd ərazi icra nümayəndəsinin aylıq vəzifə maaşı 01 sentyabr 2019-cu ildən artmışdır. Belə ki, kənd ərazi icra nümayəndəsinin aylıq vəzifə maaşı 01 sentyabr 2019-cu ildən hal-hazıradək 480 manat təşkil etmişdir. Yeni qaydalara əsasən dövlət orqanlarında qulluq stajı 15 il 8 ay təşkil etdiyindən pensiyasına əlavələr orta aylıq əməkhaqqının artım məbləğinin 52 faizi miqdarınnda olmalıdır. Ona görə də pensiya hesablanması üçün nümayəndənin aylıq vəzifə maaşı- 480 manat, qulluq stajına görə əlavə haqq - 30% - 144 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq - 15% - 72 manat (Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli 2-1 (86)-1972/2016 nömrəli qərarına əsasən), mükafatlar,1 il üçün 3 olmaqla 2 il üçün 6 mükafat üzrə aylıq əlavə ( 6 x480 manat :24ay =120 manat) 120 manat, ixtisas dərəcəsinə görə aylıq əlavə haqq - 55 manat, yeni vəzifə maaşına uyğun olaraq əmsallaşdırılmalı olan kompensasiyanın məbləği - 5461,34 manat (Şirvan inzibati-lqtisadi Məhkəməsinin 22 iyun 2017-ci il tarixli 2-1(86)- 2184/2017 nömrəli qərarına əsasən) kompensasiya verilərkən 2008-ci ildə ərazi icra nümayəndəsinin aylıq vəzifə maaşı - 96 manat təşkil etdiyindən tətbiq edilməli əmsal 5461,34 manat : 96 manat = 56.88 % qəbul edilir və kompensasiya üzrə 1 aylıq əlavə haqqının miqdarı (56.88% x 480 manat : 24 ay = 27302,4 manat: 24 ay = 1137,6 manat) 1137,6 manat, pensiya hesablanması üçün orta dövlət məvacibinin yekun miqdarı - 480 manat+ 144 manat + 72 manat +120 manat +55 manat + 1137,6 manat = 2008,6 manat, aylıq pensiyanın artım məbləği (2008,6 manat-1357,4 manat = 651,2 manat x52%=338,62 manat) 338,62 manat, 01 mart 2018-ci ildən 01 sentyabr 2019-cu ilədək aylıq dövlət qulluğu üzrə pensyanın məbləği (1051,48 manat + 338,62 manat =1390,10 manat) 1390,10 manat təşkil edir. Lakin DSMF-nin Lerik şöbəsi 01 sentyabr 2019-cu ildən iddiaçıya 1.323 manat - 67,10 manat az olmaqla dövlət qulluğu üzrə pensiya təyin etmiş, cavabdeh inzibati orqan tərəfindən isə dövlət qulluğu üzrə pensiyası 01 dekabr 2020-ci ildən azaldılaraq 757,91 manat hesablanaraq ödənilir. Lakin hesablamalardan göründüyü kimi 01 sentyabr 2019-cu ildən dövlət qulluğu üzrə pensiya 1390,10 manat təşkil etməlidir. Azərpoçt MMC-nin Baki və Lerik ( Şingədulan) filiallarının qəbzlərindən görünür ki, iddiaçı 28 oktyabr 2020-ci ildə və 18 yanvar 2021-ci ildə cavabdeh inzibati orqana məktubla müraciət edərək dövlət qulluğu üzrə pensiyasının düzgün hesablanmasını xahiş etmiş, lakin ona rəsmi cavab verilməmişdir. Cavabdehin hərəkətsizliyindən də görünür ki, o, iddiaçının qanuni tələblərini icra etməkdən, kənd ərazi icra nümayəndəsi kimi sentyabr 2007-ci ildə iddiaçıya ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 1725 manat kompensasiya və mart 2008-ci ildə iddiaçıya ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 2515 manat sonuncu haqq-hesab pul ödənişlərini nəzərə almaqla dövlət qulluqçusu pensiyasını yenidən hesablamaqdan imtina edir və iddiaçının sosial təminat hüququnu pozur. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə ilkin cavabdehə göndərilmiş, iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 26.05.2021-ci il tarixli etirazda bildirilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçıya Dövlət Sosial X2 rayon şöbəsi tərəfindən 13 iyul 2007- ci il tarixində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 290,00 manat, qulluq stajına görə əlavə 67,66 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə - 43,50 manat, istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyası (Şirvan İnzibati - İqtisadi Məhkəməsinin 22 iyun 2017-ci il tarixli 2-1 (086)-2184/2017 nömrəli qərarı) 227,54 manat və mükafatlara görə əlavə 65,12 manat olmaqla orta aylıq əmək haqqısı 748,82 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.11.3cü maddəsinə əsasən 15 il 8 ay 2 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (748,82 manat) 80 faizi - 599,06 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.12.2013 - 28.02.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 686,52 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 4460,46 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 15 il 8 ay 2 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 52 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 320,00 manat, qulluq stajına görə əlavə 74,66 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə - 48,00 manat, istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyası 227,54 manat və mükafatlara görə əlavə 71,86 manat olmaqla orta aylıq əmək haqqı 797,06 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (748,82 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (797,06 manat) arasındakı fərq məbləğinin (48,24 manat) 52 faizi - 25,08 manat 1 mart 2018-ci il tarixinədək hesablanılmış pensiyanın (599,06 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 624,14 manat müəyyən edilmişdir. Lakin 01.03.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 1047,00 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 7611,48 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 480,00 manat, qulluq stajına görə əlavə 111,98 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi |miqdarında əlavə 72,00 manat, istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiya 227,54 manat və mükafatlara görə əlavə 107,79 manat olmaqla orta aylıq əmək haqqının 1054,31 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (797,06 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1054,31 manat) arasındakı fərq məbləğinin (257,25 manat) 52 faizi- 133,77 manat 01 sentyabr 2019-cu il tarixinədək hesablanılmış pensiyanın (624,14 manat) üzərinə əlavə olunmaqla əmək pensiya məbləği 757,91 manat müəyyən edilmişdir. Lakin 01.09.2019-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 1323,00 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 8476,35 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya 01.12.2013-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 20548,29 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 20548,29 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi barədə 19.01.2021-ci il tarixli **********0 nömrəli məktubla iddiaçıya bildirilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi qeyd edilmişdir. Mərkəzi Filial tərəfindən 2020-ci ilin dekabr ayından etibarən iddiaçının əmək pensiyası 757,91 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilmiş etirazda qeyd edilənlərə uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş və pensiya işində olan: - Lerik rayon İcra Hakimiyyətinin 09.06.2007-ci il tarixli əmrindən görünür ki, iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə müvafiq olaraq pensiya yaşına çatması ilə əlaqədar öz xahişi ilə 09 iyul 2007-ci il tarixdən dövlət qulluğuna xitam verilmiş və Lerik rayon İcra Hakimiyyəti başçısının Şingədulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmişdir. Ona axırıncı haqq - hesab ödənilmişdir. İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsinə müvafiq olaraq ümumi qaydada hesablanmış pensiyanın 6 (altı) misli miqdarında birdəfəlik haqq ödənilmişdir. - Şirvan İnzibati - İqtisadi Məhkəməsinin 08.11.2016-cı il tarixli 2-1(86)-1972/2016 saylı qərarından görünür ki, İddiaçı 20.06.2008-ci il tarixdə qəbul edilmiş, 776 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla hüququnun yarandığı tarixdən dövlət qulluqçusu pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi haqqında öhdəliyi cavabdeh Dövlət Sosial X2 rayon Şöbəsinin üzərinə qoyulmuşdur. - Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 22 iyun 2017-ci il tarixli 2-1 (086)-2184/2017 saylı qərarından görünür ki, İddiaçı 1977-1991-ci və 1991-2007-ci iş illərinin istifadə edilməmiş məzuniyyətlərinə görə ödənilən məcburi dövlət sosial sığortasına cəlb olunan pul əvəzi ödənişlərinin dövlət məvacibi hesablanarkən nəzərə alınması, 10.07.2007-ci il tarixdən dövlət qulluqçusu pensiyasının yenidən hesablanması və yaranmış fərqin bir dəfəyə ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Lerik rayon İcra Hakimiyyəti Lerik rayon Dövlət Arxivinin 07.01.2019-cu il tarixli 03 saylı arxiv arayışından görünür ki, iddiaçı Lerik rayon İcra Hakimiyyəti başçısının Şingədulan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi kimi 2005, 2006-cı illərdə və 2007-ci ilin 1-7-ci aylarında əmək haqqı, mükafat və s. almışdır. - Lerik rayon Dövlət Arxivi tərəfindən təsdiq edilmiş Şingəndulan ərazi icra nümayədəliyində İddiaçı əmək məzuniyyətindən istifadə etməmiş illər üçün kompensasiya ödəniş cədvəlindən görünür ki, iddiaçıya 1819.33 manat məbləğində kompensasiya ödənilmişdir. - Lerik rayon Dövlət Arxivi tərəfindən təsdiq edilmiş Şingəndulan ərazi icra nümayədəsi üzrə işçilərə hesablanıb ödənilən axırıncı haqq-hesab cədvəlindən görünür ki, iddiaçıya son haqq-hesab olaraq 460.85 manat məbləğində pul məbləği verilmişdir. - Lerik rayon Dövlət Arxivi tərəfindən təsdiq edilmiş Şingəndulan ərazi icra nümayədəsi üzrə işçilərə hesablanıb ödənilən axırıncı haqq-hesab cədvəlindən görünür ki, iddiaçıya son haqq-hesab olaraq 2.466.03 manat məbləğində pul məbləği verilmişdir. - “Kapital Bank” tərəfindən verilmiş iddiaçıya məxsus 676867*******6999 saylı kart üzrə çıxarışdan görünür ki, 20.09.2019-cu il, 21.10.2019-cu il, 21.11.2019-cu il tarixlərdə 1,314 manat, 19.12.2019-cu il tarixdə 1.350 manat, 17.01.2020-ci il, 17.02.2020-ci il, 13.03.2020-ci il, 15.04.2020-ci il, 15.05.2020-ci il, 12.06.2020-ci il, 15.07.2020-ci il, 17.08.2020-ci il, 15.09.2020-ci il, 16.10.2020-ci il, 13.11.2020-ci il tarixlərdə 1,323 manat məbləğində həmin karta mədaxil olmuşdur. - İddiaçıya məxsus “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”dan görünür ki, 2006-cı ildə 498 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - Cavabdeh tərəfindən təqdim edilmiş dövlət qulluğu stajının hesablanmasından görünür ki, iddiaçının cəmi 15 il 8 ay 2 gün ümumi iş stajı hesablanmışdır. 01.12.2013-cü il tarixdən 28.02.2019-cu il tarixə qədər 599.06 manat məbləğində, 01.03.2018-ci il tarixdən 31.08.2019-cu il tarixə qədər 624.14 manat, 01.09.2019-cu il tarixdən müddətsiz olaraq 757.91 manat məbləğində əmək pensiyası təyin edilmişdir. - 560561 saylı pensiyaçının uçot vərəqindən görünür ki, pensiya təyinatı orqanının 08.12.2020-ci il tarixli **********3 saylı qərarı ilə iddiaçıya 10.07.2007-ci il tarixdə yaşa görə (dövlət qulluğu) pensiya təyin edilmişdir. 01.12.2013-cü il tarixdən 28.02.2018-ci il tarixə qədər 599.06 manat məbləğində, 01.03.2018-ci il tarixdən 31.08.2019-cu il tarixə qədər 624.14 manat, 01.09.2019-cu il tarixdən müddətsiz olaraq 757.91 manat məbləğində əmək pensiyası hesablanmışdır. 1 sentyabr 2019-cu il tarixindən vəzifə maaşı 480,00 manat, qulluq stajına görə əlavə 111,98 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi |miqdarında əlavə 72,00 manat, istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiya 227,54 manat və mükafatlara görə əlavə 107,79 manat olmaqla orta aylıq əmək haqqısı 1054,31 manat müəyyən edilərək iddiaçıya 757,91 manat əmək pensiyası təyin edilmişdir. Pensiya işindəki sənədlərdən görünür ki, iddiaçıya 01.12.2013 - 28.02.2018-ci il tarixləri arasındakı dövr ərzində hər ay 686,52 manat, 01.03.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay 1047,00 manat, 01.09.2019-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində hər ay 1323,00 manat məbləğində əmək pensiyası ödənilmişdir. - Cavabdehin iddiaçıya ünvanlanmış 04.03.2021-ci il tarixli **********0 saylı məktubu ilə bildirilmişdir ki, “Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 19 yanvar 2021ci il tarixli **********0 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu ərizənizə baxaraq bir daha bildiririk ki, sizə Dövlət Sosial X2 rayon şöbəsi tərəfindən 13 iyul 2007-ci il tarixində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətinizə əsasən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 290,00 manat, qulluq stajına görə əlavəniz 67,66 manat, ixtisas dərəcəsinə görə əlavəniz 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasina görə vəzifə maaşınızın 15 faizi miqdarında əlavəniz-43,50 manat, istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyanız (Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 22 iyun 2017-ci il tarixli 2-1 (086)-2184/2017 nömrəli qərarı) 227,54 manat və mükafatlara görə əlavəniz 65,12 manat olmaqla orta aylıq əmək haqqınız 748,82 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 15 il 8 ay 2 gün qulluq stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (748,82 manat) 80 faizi- 599,06 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.12.2013- 28.02.2018-ci il tarixləri arasındakı dövr ərzində sizə hər ay 686,52 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində sizə 4460,46 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 15 il 8 ay 2 gün dövlət qulluğu stajınıza görə əmək pensiyanızın hesablanılması üçün vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 52 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 320,00 manat, qulluq stajına görə əlavəniz 74,66 manat, ixtisas dərəcəsinə görə əlavəniz, 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəniz- 48,00 manat, istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyanız 227,54 manat və mükafatlara görə əlavəniz 71,86 manat olmaqla orta aylıq əmək haqqınız 797,06 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (748,82 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqınızın (797,06 manat) arasındakı fərq məbləğinin (48,24 manat) 52 faizi-25,08 manat 1 mart 2018-ci il tarixinədək hesablanılmış pensiyanızın (599,06 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanızın məbləği 624,14 manat müəyyən edilmişdir. Lakin 01.03.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində sizə hər ay 1047,00 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində sizə 7611,48 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 480,00 manat, qulluq stajına görə əlavəniz 111,98 manat, ixtisas dərəcəsinə görə əlavəniz 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəniz 72,00 manat, istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyanız 227,54 manat və mükafatlara görə əlavəniz 107,79 manat olmaqla orta aylıq əmək haqqınız 1054,31 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəii Fərmanının tələblərinə uyğun qaydada sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (797,06 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqınızın (1054,31 manat) arasındakı fərq məbləğinin (257,25 manat) 52 faizi-133,77 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanılmış pensiyanızın (624,14 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanızın məbləği 757,91 manat müəyyən edilmişdir. Lakin 01.09.2019-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində sizə hər ay 1323,00 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində sizə 8476,35 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən sizə 01.12.2013- 30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 20548,29 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 20548,29 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Məlumat üçün bildiririk ki, Mərkəzi Filial tərəfindən 2020-ci ilin dekabr ayından etibarən əmək pensiyanız 757,91 manat müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür”. - Lerik Rayon İcra Hakimiyyətinin 22.06.2021-ci il tarixli 3/339 saylı məktubu ilə bildirilmişdir ki, “İddiaçı 07 noyabr 1991-ci ildən - 09 iyul 2007-ci ilədək Lerik Rayon İcra Hakimiyyəti başçısının Şingədulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. O, Lerik Rayon İcra Hakimiyyəti başçısının 09 iyul 2007-ci il tarixli 45 nömrəli əmri ilə 09 iyul 2007-ci il tarixdən Lerik Rayon İcra Hakimiyyəti başçısının Şingədulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmişdir. Kənd ərazi icra nümayəndələrinin aylıq vəzifə maaşı 01 yanvar 2006-cı ilədək 385 000 AZM, 01 yanvar 2006-ci ildən- 01 fevral 2007-ci ilədək 77 manat, 01 fevral 2007-ci ildən - 09 iyul 2007-ci ilədək (işdən azad olunan günədək) 96 manat təşkil etmişdir. Şingədulan kənd ərazi icra nümayəndəsi vəzifəsində işləyərkən İddiaçı 2005-ci ilin may ayında 2000ci iş ilinin hesabına əmək məzuniyyətinə buraxılmış və ona 1 aylıq vəzifə maaşı miqdarında (385 000 AZM) müavinət ödənilmişdir. İddiaçı 2006-2007-ci illərdə məzuniyyətə buraxılmamışdır. Əlavə olaraq Şingədulan kənd ərazi icra nümayəndəsi kimi İddiaçı iyun 2005-ci ildə 385 000 AZM, dekabr 2005-ci ildə 150 000 AZM, iyun 2006-cı ildə 77 manat, dekabr 2006-cı ildə 49 manat, mart 2007-ci ildə 96 manat və iyun 2007-ci ildə 96 manat olmaqla son 24 ay ərzində 6 dəfə mükafat ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli 776 nömrəli Fərmanının 1-ci bəndi ilə “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı” təsdiq edilmiş, həmin Fərmanın 2-ci bəndinə əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularına, o cümlədən kənd ərazi icra nümayəndələrinə və onların müavinlərinə 01 iyul 2008-ci il tarixdən hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq ödənilir. Şingədulan kənd ərazi icra nümayəndəsi kimi İddiaçı 2003-2007-ci illərdə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq ödənilməmişdir. Lerik Rayon İcra Hakimiyyəti və kənd ərazi icra nümayəndəlikləri üzrə xidməti sənədlər 5 illik saxlama müddəti başa çatdıqdan sonda rayon dövlət arxivinə təhvil verilir. Bununla əlaqədar 2005- 2007-ci illərə aid xidməti sənədlər Lerik Rayon Dövlət Arxivində saxlanılır”. - Cavabdehin 09.09.2021-ci il tarixli **********3 saylı məktubu ilə məhkəməyə bildirilmişdir ki, İddiaçı 01.07.2005-01.07.2007-ci illər üzrə dövlət məvacibi əsas götürülməklə ona dair Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 08.11.2016-cı il tarixli 2-1(86) - 1972/2016 nömrəli və 08.11.2017-ci il tarixli 2-1 (086)-2184/2017 nömrəli qərarlarına əsasən 01.12.2013-cü ildən sabiq dövlət qulluqçusu kimi təyin olunmuş əmək pensiyasının məbləği 1 mart 2018-ci il tarixinədək 599,06 manat təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən 1 sentyabr 2019cu il tarixinədək olan dövr ərzində İddiaçı əmək pensiyasının məbləği 624,14 manat təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən hazıradək İddiaçı əmək pensiyasının məbləği 757,91 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçıya 13 iyul 2007-ci il tarixində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan pensiya təyinatı orqanının pensiya miqdarının dəyişdirilməsi haqqında sərəncamlarına müvafiq olaraq iddiaçının əmək pensiyasının məbləği artırılmışdır. İddiaçıya pensiya təyin edilərkən vəzifə maaşı, ixtisas dərəcəsinə görə əlavə, mükafatlar, hakimiyyət səlahiyyətinin icrasına görə əlavə nəzərə alınmaqla müəyyən edilmiş dövlət məvacibinə əsasən əmək pensiyası hesablanmışdır. 08.12.2020-ci il tarixdən etibarən iddiaçıya 757,91 manat məbləğində əmək pensiyası müəyyən edilərək ödənilir. Lakin iddiaçı təyin edilmiş pensiyanın məbləğinin düzgün hesablanmadıgını, əmək pensiyasının dövlət qulluqçusu kimi aldığı orta aylıq əmək haqqının 80%-i miqdarında hesablanmalı oldugunu iddia edərək, yenidən hesablanması barədə cavabdehə müraciət etmişdir. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanun: Maddə 2.1.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşlarının bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla dövlət pensiyası almaq hüququ vardır. Maddə 12.1. Dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. “Dövlət qulluğu haqqında” Qanun: Maddə 22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. Maddə 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Maddə 23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanun: 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 20.1.7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya). 20.12-ci maddə. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2008-ci il 1 yanvar tarixindən 2009-cu il 11 noyabr tarixinədək qüvvədə olmuş 26.2-ci maddəsində və həmin maddənin qeyd hissəsində aşağıdakılar nəzərdə tutulmuşdu: “26.2. Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir.” Hazırda qüvvədə olan 26.3. maddəsi: 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydaları:

2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır.

3. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Həmin Qaydaların 5-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.” Hazırkı iş üzrə iddiaçı dövlət qulluqçusu kimi ona təyin edilmiş əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını iddia edir və hesab edir ki, əmək pensiyasının dövlət qulluqçusu kimi aldığı orta aylıq əmək haqqının 80%-i miqdarında hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə qəbul etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr 03/2020 saylı qərardadında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə geniş istinad edilərək pensiya məsələlərinə dair əvvəllər qüvvədə olmuş qanunun müvafiq şərtlər və qaydalar çərçivəsində tətbiq olunmasının mümkünlüyü ətraflı şəkildə əsaslandırılmışdır. Bununla belə, məhkəmənin mövqeyi belədir ki, hazırkı işdə qanunun geriyə tətbiq olunması məsələsinin mövcudluğundan, daha doğrusu, belə tətbiq üçün zərurətin mövcudluğundan ümumiyyətlə söhbət gedə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçıya əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 15 il 8 ay 2 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (748,82 manat) 80 faizi - 599,06 manat məbləğində müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 15 il 8 ay 2 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 52 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 320,00 manat, qulluq stajına görə əlavə 74,66 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə - 48,00 manat, istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyası 227,54 manat və mükafatlara görə əlavə 71,86 manat olmaqla orta aylıq əmək haqqı 797,06 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (748,82 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (797,06 manat) arasındakı fərq məbləğinin (48,24 manat) 52 faizi - 25,08 manat 1 mart 2018-ci il tarixinədək hesablanılmış pensiyanın (599,06 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 624,14 manat müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 480,00 manat, qulluq stajına görə əlavə 111,98 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi |miqdarında əlavə 72,00 manat, istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiya 227,54 manat və mükafatlara görə əlavə 107,79 manat olmaqla orta aylıq əmək haqqının 1054,31 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (797,06 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1054,31 manat) arasındakı fərq məbləğinin (257,25 manat) 52 faizi-133,77 manat 01 sentyabr 2019-cu il tarixinədək hesablanılmış pensiyanın (624,14 manat) üzərinə əlavə olunmaqla əmək pensiya məbləği 757,91 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, 2017-ci il 1 iyul tarixindən qanunvericiliyin əvvəlki normaları ilə müəyyən edilən hesablama qaydaları qüvvədən düşmüşdür. Belə ki, şəxsin əmək pensiyası hüququ onun hüquqi sferası ilə sıx bağlı olmaqla, bu hüququn əldə olunması üçün qanunla müəyyən edilən şərtlərin (yaş, sığorta stajı, əlillik, güzəştli peşə və sair) məhz həmin şəxs tərəfindən yerinə yetirilən anda yaranır. Bundan fərqli olaraq, pensiyanın hesablanması və ödənilməsi qaydası bilavasitə fərdə aid və ondan asılı deyil. Baxmayaraq ki, onun bununla bağlı pozitiv gözləntiləri vardır, pensiyanın hesablanması və ödənilməsi prosesi bu pensiyanı hesablayan və ödəyən qurumun (hazırkı işdə dövlətin) fəaliyyət sahəsində cərəyan etməklə, qazanılmış pensiya hüququnun realizəsi olaraq, onun iqtisadi imkanları və həmin vaxtda sosial təminat sahəsində yeritdiyi siyasətin tələbləri ilə uzlaşmalıdır. Məhkəmə bildirir ki, 2010-cu il 1 yanvar, 2017-ci il 1 iyul və 2019-cu il 1 yanvar tarixlərində qüvvəyə minən dəyişikliklərlə “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyalarının hesablanması, yenidən hesablanması, ödənilməsi ilə bağlı müəyyən etdiyi qayda və prosedurlar da məhz bu xarakterə və əhəmiyyətə malikdir. Bu baxımdan, 2021-ci ildə qaldırılan iddia ilə artıq mövcud (qüvvədə) olmayan normalara istinadən nəinki 2017cu il 1 iyul, hətta 2010-cu il 1 yanvar tarixindən əvvəl tətbiq olunan qayda ilə pensiyanın yenidən hesablanmasını tələb etmək, uzun müddət keçməsi və iddiaçının bu vəziyyətlə razılaşması ilə yanaşı, habelə cavabdeh inzibati orqanı səlahiyyətində olmayan qaydada məsələnin həllinə məcbur etmək niyyətini ehtiva etdiyi üçün əsassızdır. Başqa ifadə ilə, şəxsin qazanılmış pensiya hüququndan və bu hüququn yaranması əsaslarından bəhs oluna bilər, onun pensiyasının hesablanması və ödənilməsi qaydası hüququndan isə yox. Əgər inzibati orqan vaxtilə qanunla onun vəzifəsi sayılan qərarı qəbul etməmiş və şəxs də həmin qayda qüvvədə olan dövrdə deyil, bundan sonra sonuncuya müraciət etmişdirsə, artıq inzibati orqandan qüvvədən düşmüş normada təsbit olunan icraat qaydasına əməl etmək tələb oluna bilməz. Çünki qeyd olunduğu kimi, pensiyanı hesablamaq və ödəmək dövlətin hüquqlarına aiddir. Sonuncu hal isə dövlətin, onu təmsil edən qurumun və ümumilikdə inzibati orqanların üzərinə qüvvədə olan normalara əsaslanaraq öhdəlik (vəzifə) qoyulmasını şərtləndirir ki, öhdəliyin icrası və məcburetmə haqqında iddialara məhkəmə qərarının qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik normalarının tətbiqinin hədəfi də budur. Belə ki, inzibati orqanın başlıca vəzifəsi qanunvericiliklə ona həvalə olunmuş səlahiyyətlərin icrasını vaxtında, tam və dürüst təmin etməkdir. Norma yoxdursa, inzibati orqanın vəzifəsi (səlahiyyəti) də yoxdur, əksinə deyişlə, “inzibati orqanın vəzifəsidir” demək üçün onun sözügedən vəzifəsini müəyyən edən və qüvvədə olan norma olmalıdır. Normativ hüquqi akt hüquq tətbiq edilən anda mövcud (qüvvədə) olmalıdır ki, geriyə də şamil edilə bilsin, qüvvədə olmayan norma geriyə şamil edilə bilməz, qüvvədən düşmüş normalar Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin təsirinə düşmür. Bununla belə qanunun geriyə qüvvəsi o zaman mümkündür ki, qanun onun qəbul olunmasından əvvəl yaranmış münasibətlərin tənzimləməsi məqsədilə bu münasibətlərə şamil olunsun. Hazırkı işdə isə belə vəziyyət mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı yaşa görə əmək pensiyasının dövlət qulluqçusu kimi aldığı orta aylıq əmək haqqının 80%-i miqdarında hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə iddiası əsassız oldugundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3

SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar