Məhkəmə qərarları › İş №2-1(112)-4962/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4962/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4962/2022 12.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı kirayə pulunun hesablanaraq, ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun 23.08.2021-ci il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətlətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və 01.01.2019-cu il tarixdən 31.12.2019-cu il tarixədək olan müddət üçün kirayə pulunun hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Cavabdehnə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, 01.01.2020-ci il tarixdən 01.01.2021-ci il tarixədək olan dövrün hər ayı üçün 375 manat kirayə pulunun hesablanaraq, ona ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmə tərəfindən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Başçısının 204 №-li, 04.08.2019-cu il tarixli Sərəncamı ilə 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 uşağı) yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxi edilmişdir. Həmin vaxtdan ona və ailə üzvlərinə müvəqqəti mənzilin (yaşayış sahəsinin) kirayəsi üçün hər ay 375 manat pul ödənilirdi. Lakin 01.01.2019-cu il tarixdən başlayaraq, kirayə pulunun ödənilməsi dayandırılmışdır. Kirayə pulunun ödənilməsinin dayandırılmasına səbəb isə Cavabdeh Başçısının 195 №li, 19.08.2020-ci il tarixli Sərəncamı ilə onun mənzil növbəsinə qəbul olunmağı haqqında Cavabdeh Başçısının 204 №-li, 01.08.2019-cu il tarixli Sərəncamının ləğv edilməsi olmuşdur. Bundan sonra iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh Başçısının 195 №-li, 19.08.2020-ci il tarixli sərəncamının ləğv edilməsi və ailə üzvləri ilə birlikdə mənzil növbəsinə bərpa olunmağı vəzifəsinin Cavabdehnə həvalə olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(112)- 2293/2021 №-li qərarı ilə Cavabdeh Başçısının 195 №-li, 19.08.2020-ci il tarixli Sərəncamı ləğv edilməsi və onun ailə üzvləri ilə birlikdə mənzil növbəsinə bərpa olunmağı vəzifəsi Cavabdehnə həvalə edilmişdir. Qərardan apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini aldıqdan sonra icra edilmişdir. Ona 01.01.2020-ci il tarixdən başlayaraq halhazıradək kirayə pulu ödənilir. Lakin 01.01.2019-cu il tarixdən dayandırılmış və 31.12.2019-cu il tarixədək ona ödənilməmiş kirayə pulu ona qaytarilmamışdır. Bakı İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli qərarı ilə onun mənzil növbəsinə bərpa olunmağı, 01.01.2019-cu il tarixdən 31.12.2019-cu il tarixədək ödənişi dayandırılmış kirayə pulunun ona ödənilməsini özündə ehtiva edir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 18 yanvar 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Bakı şəhəri Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhər Cavabdeh nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və caavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1980-ci ildə, Sumqayıt şəhərində doğulmuşdur. AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, X2 27.02.1983-cü ildə, Sumqayıt şəhərində doğulmuşdur. AZ-İ № 091531 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X1 arasında 23 yanvar 2004-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2004-cü ilin yanvar ayının 23-cü günündə 97 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Ələkbərov, arvada Ələkbərova soyadı verilmişdir. AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, X10 05.11.2004-cü ildə, Sumqayıt şəhərində doğulmuşdur. AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, X11 17.08.2007-ci ildə, Sumqayıt şəhərində doğulmuşdur. Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş, kirayə verən X7 ilə kirayəçi İddiaçı arasında bağlanmış 05 noyabr 2021-ci il tarixli “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi (kirayə müqaviləsi)”dən müəyyən olunur ki, kirayə verən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59.6 kv/m, yaşayış sahəsi 44 kv/m, yardımçı sahəsi 15.6 kv/m olan 3 otaqlı mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəsi (hissələri) kirayə verilmişdir. Kirayə verilən sahənin istifadəsinə görə “Kirayə götürən” İddiaçı “kirayə verən” X4 aylıq 400 manat (dörd yüz manat) kirayə haqqı ödəyir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2293/2021 nömrəli, 18.05.2021-ci il tarixli qərarından müəyyən olunur ki, - Cavabdeh başçısının 204 nömrəli 01.08.2019-cu il tarixli Sərəncamı ilə İddiaçı 4 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısında daxil edilmişdir. - Cavabdeh başçısının 195 nömrəli 19.08.2020-ci il tarixli Sərəncamı ilə İddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh başçısının 204 nömrəli 01.08.2019-cu il tarixli Sərəncamı ləğv olunmuşdur - İddiaçı Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə, 2019cu ilin yanvar ayından ödənilməmiş kirayə haqqının hər ay 400 (dörd yüz) manat olmaqla, cəmi 4.000 (dörd min) manat ödənilməsi, Cavabdeh başçısının 19 avqust 2020-ci il tarixli 195 nömrəli sərəncamının ləğv edilməsi, iddiaçının 4 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülməsi və ehtiyatda olan zabitlərin mənzil uçot siyahısına daxil edilməsi vəzifəsinin qoyulmasını xahiş etmiş, sonradan iddia tələbinin “Cavabdeh başçısının 19.08.2020-ci il tarixli Sərəncamının ləğv edilməsi və İddiaçı və ailə üzvlərinin mənzil növbəsinə bərpa olunması vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi oxunmasını xahiş etmişdir. - Qərarla iddianın təmin edilməsi, Cavabdeh başçısının 19.08.2020-ci il tarixli Sərəncamının ləğv edilməsi və İddiaçı və ailə üzvlərinin mənzil növbəsinə bərpa olunması vəzifəsinin Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Hazırki tələblə bağlı İddiaçı tərəfindən Cavabdehnə ərizə ilə müraciət olunmuş, lakin müraciətinə cavab verilməmişdir. (Azərpoçt MMC-nin 25.08.2021-ci il tarixli, ********* nömrəli poçt qəbzi, SS735966243AZ). Məhkəmənin müvafiq sorğularına cavab olaraq; Bakı şəhəri Cavabdeh; - 247/d nömrəli, 18.02.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Cavabdeh Başçısının 30.07.2021-ci il tarixli, 269 nömrəli sərəncamının təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh Başçısının 195 nömrəli, 19.08.2020-ci il tarixli Sərəncamının ləğv edilməsi və İddiaçı 4 nəfər ailə tərkibi (özü, arvadı, iki qızı) ilə birlikdə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə bərpa olunması nəzərə alınmışdır. - 544/d nömrəli, 31.03.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2293/2021 nömrəli, 18.05.2021-ci il tarixli qərarı Cavabdeh başçısının 30.07.2021-ci il tarixli, 269 saylı sərəncamı ilə icra olunaraq İddiaçı ehtiyatda olan hərbi qulluqçuların mənzil növbəsinə bərpa olunmuşdur. Cavabdeh tərəfindən 01.01.2021-01.07.2021-ci il tarixlərinə görə iddiaçıya kirayə haqqı ödənilmiş, lakin iddiaçıya 2020-ci il üçün heç bir vəsait ödənilməmişdir. İddia mümkündür. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı 01.01.2020-ci il tarixdən 01.01.2021-ci il tarixədək olan dövrün hər ayı üçün 375 manat kirayə pulunun hesablanaraq ona ödənilməsini xahiş etmiş, cavabdeh iddiaçının müraciətinə cavab verməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə 01.01.2020-ci il tarixdən 01.01.2021-ci il tarixədək olan dövrün hər ayı üçün 375 manat kirayə pulunun hesablanaraq, ona ödənilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. - 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27.08.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndinin birinci cümləsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.08.2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində –75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarın 2-ci bəndində qeyd edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bakı şəhər Cavabdeh başçısının 19.08.2020-ci il tarixli Sərəncamının qanunsuz inzibati akt hesab edilməklə, ləğv edildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, qeyd olunan sərəncamın hüquqi nəticələri aradan qaldırılmaqla, iddiaçıya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün 01.01.2020-ci il tarixdən 01.01.2021-ci il tarixədək olan dövrün hər ayı üçün 375 manat (150 manat iddiaçı özü + 3 nəfər ailə üzvləri x 75 manat) olmaqla pulun hesablanaraq, iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh inzibati orqana həvalə olunmalıdır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün 01.01.2020-ci il tarixdən 01.01.2021-ci il tarixədək olan dövrün hər ayı üçün 375 manat olmaqla pulun hesablanaraq, İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar