Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4970/2021 18.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi (atası) X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası mühəndis, “Azəriqaz” İB-də aparıcı mühəndis vəzifəsində işləyir) iştirаkı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsildə X4rşı “cavabdehin 11.02.2021-ci il tarixli məktubu ilə diplomun tanınmasından imtinasının qanunsuz hesab edilməsi və Ukrayna Respublikasının “X8 edilməsi Akademiyası” Ali Təhsil Müəssisəsi tərəfindən iddiaçının adına verilmiş 30.06.2017-ci il tarixli, B17 167555 nömrəli diplomun tanınması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsildə X4rşı “cavabdehin 11.02.2021-ci il tarixli məktubu ilə diplomun tanınmasından imtinasının qanunsuz hesab edilməsi və Ukrayna Respublikasının “X8 edilməsi Akademiyası” Ali Təhsil Müəssisəsi tərəfindən iddiaçının adına verilmiş 30.06.2017-ci il tarixli, B17 167555 nömrəli diplomun tanınması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ukrayna Respublikasının “X8 Edilməsi Akademiyası” Ali Təhsil Müəssisəsinin “maliyyə və kredit” ixtisası üzrə təhsili almış və bu barədə “X8 Edilməsi Akademiyası” Ali Təhsil Müəssisəsi tərəfindən ona 30.06.2017-ci il tarixli, B17N-167555 nömrəli diplom verilmişdir. Bununla bağlı iddiaçı Təhsil Nazirliyinə diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsinə dair 24.10.2018-ci il tarixli məktubla müraciət etmişdir. Təhsil Nazirliyi 10.04.2019-cu il tarixli elektron məktubu ilə diplomu ölkə ərazisində tanınmasından imtina etmişdir. Diplomun tanınmasından imtina edilməsinə dair məktubda AR Təhsil Nazirliyi Ukrayna Respublikasının “X8 Edilməsi Akademiyası” Ali təhsil Müəssisənin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə ümumiyyətlə olmadığını, ona görə də tədris yükünü yerinə yetirməsinin qeyrimümkünlüyü qeyd edilmiş, eyni zamanda tədris dilini bilmə səviyyəsi də qənaətbəxş olmadığı qeyd edilmişdir. İddiaçı bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinin hakimi Şəlalə Həsənovanın icraatında olmuşdur. Hakim Ukrayna Respublikasının X7 Edilməsi Akademiyasının rəhbərliyinə sorğu göndərmişdir. Ukrayna Respublikasından “LTM X6 edilməsi akademiyasından” prorektor İ.İ.Klimkova tərəfindən sorğuya cavab olaraq, 12 oktyabr 2020-ci il 1201 saylı cavab məktubu verilmişdir. Məktubda qeyd olunub ki, “LTM X6 edilməsi akademiyasında 30.06.2017-ci il tarixli B 17 167555 saylı diplom alınmışdır.İxtisasın akkreditasiyası haqqında sertifikat əlavə edilir. “Quma Meridiani” 2017-ci ildə Akademiya ilə təşkilatıməsləhət və informasiya xidmətləri təminatı əsasında əməkdaşlıq etmişdir. Hakim 2- 1(112)-1275/2020 nömrəli işi araşdırıldıqdan sonra 20.10.2020-ci il tarixində iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Ukrayna Respublikası “X5ması Akademiyası” Ali Təhsil Müəssisəsi özəl Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 30.06.2017-ci il tarixli, B17 №167555 nömrəli bakalavr diplom üzrə ixtisasın tanınması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədi ilə müvafiq Ekspert Komissiyası tərəfindən yenidən ekspertizadan keçirilməsi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qərarının tam formada təqdim olunduğu gündən 2 ay keçdikdən sonra iddiaçıya elektron poçta məlumat göndərdilər ki, fevral ayının 3-də tədris dilinin bilmə səviyyəsində onlayn vasitəsilə müsabiqə keçiriləcək. 03.02.2021-ci il tarixində iddiaçı ilə 15 dəqiqəlik onlayn müsabiqə keçirildi. İddiaçı verilən suallara cavab verdi. Ona bildirdilər ki, 3 aydan sonra cavab veriləcək. Lakin 8 gündən sonra, yəni 11.02.2021-ci il tarixində təkrar formada - əvvəlki qaydada imtina edilməsinə dair elektron formasında cavab göndərilmişdir. İddiaçı Təhsil Nazirliyi tərəfindən 11.02.2021-ci il tarixli məktubda diplomun tanınmasından imtina edilməsini qanunsuz hesab edir. İddiaçıya diplom Ukrayna Respublikasının “X8 Edilməsi Akademiyası” Ali Təhsil Müəssisəsi tərəfindən verilmiş, lakin iddiaçı təhsilini həmin Akademiyanın Gürcüstan Respublikasının Tiflis şəhərində yerləşən “Quma Meridiani” tədris mərkəzi ilə aralarında bağlanmış müqaviləyə əsasən Tiflis şəhərində almışdır. Bununla bağlı "xxxx" tədris mərkəzi tərəfindən 19.04.2019-ci il tarixli, 04/26 saylı arayış da verilmişdir. Eyni zamanda Təhsil Nazirliyinə təqdim edilmiş pasportunun təsdiq olunmuş surəti ilə də müəyyən edilir ki, iddiaçı tədris normativi üzrə tələb olunan müddətlərdə Tiflis şəhərində olmuşdur. AR Təhsil Nazirliyinin imtina üçün əsas götürdüyü ekspert qrupunun mənfi rəyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsi ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”nın tələbləri pozulmaqla verilmişdir. Mənfi rəyin verilməsinin əsasları qeyd olunan qaydalarda açıq şəkildə göstərilmişdir. Həmin qaydaların heç bir bəndində belə bir əsasla mənfi rəyin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Höküməti ilə Ukrayna Höküməti arasında imzalanmış “Təhsil, elmi dərəcədə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında 16 mart 2000-ci il tarixli Sazişin tələbinə görə bu Saziş tərəflərin dövlət akreditasiya olan təhsil müəssisələri Azərbaycan Respublikası və Ukrayna Respublikası qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləşdirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Ukrayna Respublikası dövlət nümunəli sənədlər şamil edilir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.3-ci mаddəsinə əsаsən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiainzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia Təhsildə Keyfiyyət Təminatı Agentliyinə düzgün olaraq verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin iddiaya dair etirazında qeyd edilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom üzrə ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Araşdırma zamanı iddiaçının sözügedən təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında tədris dövrü ərzində iddiaçının həmin ölkədə ümumiyyətlə olmadığı məlum olmuşdur. İddiaçı ərizəsində sözügedən təhsil müəssisəsinin Tiflis şəhərində yerləşən tədris mərkəzi ilə müqaviləsi olduğunu və Gürcüstanda təhsil aldığını bildirmişdir. X2 X1 Respublikasında təhsil fəaliyyəti üçün hər hansı xüsusi razılıq (lisenziya) verilmədiyi müəyyən edilmişdir. İddiaçının təhsil aldığı Gürcüstanın "xxxx" təhsil mərkəzi isə ümumiyyətlə ali təhsil müəssisəsi statusuna malik olmamışdır. Akkreditasiyadan keçməyən və lisenziyası olmayan təhsil müəssisəsinin verdiyi diplom isə qanuni hesab oluna bilməz. Bundan əlavə, yenidən araşdırma zamanı iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı da müəyyən edilmişdir. Cavabdeh orqan göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş, cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (atası) V.Məmmədəlizadə iddia tələbində göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İddiaçı məhkəməyə sübut qismində şəxsiyyət vəsiqəsinin surətini, 11 fevral 2021-ci il tarixli cavabdehin elektron imtina məktubunu, B17 seriyalı, 167555 nömrəli bakalavr diplomunun təsdiq olunmuş surətini (31.07.2018-ci ildə apostil olunmuşdur), Özəl Səhmdar Cəmiyyət olan “X8 edilməsi Akademiyası” Ali Təhsil Müəssisəsinin B17 seriyalı, 167555 nömrəli bakalavr diplomuna əlavənin təsdiq olunmuş surətini, Xüsusi səhmdar cəmiyyəti “Ali təhsil müəssisəsi “X6 Edilməsi Akademiyası”nın 1201 nömrəli, 12 oktyabr 2020-ci il tarixli arayış və ona əlavə olunmuş İxtisasın akkreditasiyası haqqında sertifikatın surətlərini, "xxxx" MMC-nin 04/26 nömrəli 19.04.2019-cu il tarixli arayışın surətini, AZE P4127908 nömrəli Azərbaycan Respublikası vətəndaşının pasportunu təqdim etmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, iddiaçı Ukrayna Respublikasının Özəl Səhmdar Cəmiyyət olan “X8 edilməsi Akademiyası” Ali Təhsil Müəssisəsi tərəfindən ona ali təhsil haqqında (bakalavr) diplomu verilmişdir, iddiaçı həmin diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının Ukrayna Respublikası ərazisində qısa müddətdə olmaqla ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməməsini və iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığını, iddiaçının aldığı Gürçüstan “GUMA Meridian” təhsil mərkəzi isə ümumiyyətlə ali təhsil müəssisəsi statusuna malik olmamışdır. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”nın 2.8-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir, 2.11-ci bəndinə əsasən bakalavriat səviyyəsində bütün təlim müddətində təcrübəyə 8-18 həftə ayrılır. İxtisaslardan asılı olaraq, təcrübənin müddəti ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir və tədris planında öz əksini tapır. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır, 2.14-cü bəndinə əsasən tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr yekun dövlət attestasiyasına buraxılırlar, 2.15-ci bəndinə əsasən yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir, 2.16-cı bəndinə əsasən yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir, 2.17-ci bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (tibb təhsilində 300-360 kredit) müəyyənləşdirilir. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. İşin faktiki hallarına əsasən iddiaçı Ukrayna Respublikası ərazisində olmamış, yəni cavabdehin etirazında göstərildiyi kimi təhsilin normativ müddətinin tələbinə əməl edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 1-1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.2-ci bəndinə əsasən cavabdeh xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir. Həmin Nizamnamənin 3.1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmin Qaydaların 2.3-cü bəndində göstərilmişdir ki, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” ilə müəyyən edilmiş normativdən az olmayaraq müddətdə Ukrayna Respublikasının Özəl Səhmdar Cəmiyyət olan “X8 edilməsi Akademiyası” Ali Təhsil Müəssisəsində təhsil aldığını, Akademiya ilə təşkilati-məsləhət və informasiya xidmətləri təminatı əsasında əməklaşlıq müqaviəsi əsasında fəaliyyət göstərən “Quma Meridiani”nın ali təhsil müəssisəsi olması sübuta yetirə yetirilməmişdir. Həmçinin, iddiaçının təhsil aldığı Ukrayna Respublikasının Özəl Səhmdar Cəmiyyət olan “X8 edilməsi Akademiyası” Ali Təhsil Müəssisəsində tədris dili rus dili olduğundan, müvafiq ekspert rəyi verilməsi üçün iddiaçı ilə müsahibə rus dilində aparılmışdır. Cavabdehin etiraza əlavə etdiyi DVD video çəkilişindən məhkəmə müəyyən etdi ki, iddiaçının rus dilini bilmə səviyyəsi onun ali təhsil müəssisəsində aldığı ixtisasın mənimsənilməsini şübhə altına alınmasına əsas verir. Belə olan halda cavabdeh tərəfindən diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin iddiaçıya verilməsindən imtinası üçün səbəb olan mənfi ekspert rəyi əsaslı olmuşdur. Məhkəmənin 18 avqust 2021-ci il tarixli iş üzrə qəbul edilmiş qərardadı ilə iddiaçının tələbi Azərbaycan Respublikası Təhsil Nazirliyinə münasibətdə mümkün sayılmaması qərara alınmışdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Təhsildə X4rşı “cavabdehin 11.02.2021-ci il tarixli məktubu ilə diplomun tanınmasından imtinasının qanunsuz hesab edilməsi və Ukrayna Respublikasının “X8 edilməsi Akademiyası” Ali Təhsil Müəssisəsi tərəfindən iddiaçının adına verilmiş 30.06.2017-ci il tarixli, B17 167555 nömrəli diplomun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X4rşı “cavabdehin 11.02.2021-ci il tarixli məktubu ilə diplomun tanınmasından imtinasının qanunsuz hesab edilməsi və Ukrayna Respublikasının “X8 edilməsi Akademiyası” Ali Təhsil Müəssisəsi tərəfindən iddiaçının adına verilmiş 30.06.2017-ci il tarixli, B17 167555 nömrəli diplomun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4970/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4970/2021
18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver