Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4970/2024 12.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi, İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmışdır. İş üzrə növbəti məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının tələbinin məhkəmədən kənar həll edildiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin tarixli məhkəmə iclasında iştirak edən iddiaçı onun tələbinin cavabdeh tərəfindən təmin edildiyini, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Həmin tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının tələbinin təmin edildiyini, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi cavabdeh tərəfindən təmin olunduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçının iddia tələbi pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsindən ibarətdir. İş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “Əmək pensiyanın yenidən hesablanması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iddiaçının tələbinə uyğun pensiyası yenidən hesablanmışdır. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən hazırki iş üzrə mübahisə qalmamışdır və iddiaçının iddia ərizəsində qeyd edilən tələbi cavabdeh tərəfindən təmin edilmişdir. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və İPM-nin 67 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair 2-1(112)- 4970/2024 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-4970/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4970/2024
12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver