Məhkəmə qərarları › İş №2-1(112)-4973/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4973/2022

28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4973/2022 28.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış şikayətlərə əsasən qəbul edilmiş **********744800 saylı xx.xx.2021ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında" qərarına əsasən dəyişdirilmədən saxlanılmış “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********938100 saylı və xx.xx.2021-ci il tarixli **********010900 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirlyi yanında Dövlət Vergi Xidmətinə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********500100 nömrəli), xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********381600 nömrəli) və xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********517400 nömrəli) müraciətlərinin araşdırlmasının nəticəsinə əsasən **********744800 saylı xx.xx.2021-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar qəbul edilmişdir. Qərara əsasən iddiaçının şikayətləri təmin edilmədən, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********938100 saylı və xx.xx.2021-ci il tarixli **********010900 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. Sözügedən iş üzrə səlahiyyətli orqan işə baxarkən və qərar çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş, işi lazımi qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir. xx.xx.2020-xx.xx.2021ci il tarixində ƏDV depozit hesabına 2087341.76 manat məbləği mədaxil olunmuşdur. Bu məbləğdən X3 (**********) tərəfindən ödənən 495.90 manat xx.xx.2020-ci il tarixində, "KRAL-A.İ." MƏNZİL-TİKİNTİ KOOPERATİVİ (**********) tərəfindən ödənən 2700.00 manat xx.xx.2020-ci il tarixində, "GENERAL SUPPLY" QAPALİ SƏHMDAR CƏMİYYƏTİ tərəfindən ödənən 738.09 manat xx.xx.2020-ci il tarixində, "BAKİYAŞAYİŞTİKİNTİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (**********) tərəfindən ödənən 2538.72 manat xx.xx.2021-ci il tarixində, "ENERQOSERVİS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (**********) tərəfindən ödənən 398.70 manat xx.xx.2021-ci il tarixində, ümumilikdə 6871.41 manat məbləğ artıq ödənildiyi üçün geri qaytarılmışdır. ƏDV hesabına daxil olan məbləğdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) tərəfindən ödənən 46124,32 manat, "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (**********) tərəfindən ödənən 69701.42 manat, "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (**********) tərəfindən ödənən 2028.78 manat, "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (**********) tərəfindən ödənən 340.93 manat məbləğin əsas məbləğ hissəsi 656641.39 (118195.45/0.18=656641.39) ödənilmədiyi üçün Vergi Məcəlləsinə uyğun olaraq vergiyə cəlb edilməmişdir. Qeyd olunan dövr ərzində iddiaçının bank hesabına 10922985,76 (********.76*0.18=1966137.44) manat məbləğ, kassa hesabına isə 18008.47 (18008.47*0.18=3241.52) manat məbləğ mədaxil edildiyi üçün təqdim edilən bəyannamələrdə ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış məbləğ 1969378.96 manat məbləğində olmuşdur.İddiaçının bank hesabına daxil olan məbləğin 15998.42 manat hissəsinin ƏDV məbləğinin (15998.42*0.18=2879.72) dəyəri ƏDV depozit hesabımıza mədaxil olmamışdır. 2) qeydiyyatda NKA olmasına baxmayaraq iyul ayında müəssisənin pərakəndə satış dövriyyəsi olmamışdır. 3) Dövr ərzində 1 137906.63 manat məbləğində e-qaimə təqdim edilmişdir. Təqdim edilən e-qaimənin 350284.38 manat hissəsinin dəyəri ödənilmədiyi üçün ƏDV bəyannaməsinin 307.1-ci sətrinin "hesabat dövrü üzrə yaranan debitor borc məbləği" sütununda qeyd edilmişdir.781974.67 manat hissəsinin dəyəri dövr ərzində iddiaçının bank hesabına mədaxil olmuş və vergiyə cəlb edilmişdir. Qalan 5647.58 manat hissəsinin dəyəri isə "KARAT 2016" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (**********) tərəfindən xx.xx.2021-ci il tarixində avans olaraq ödənilmiş və iyun ayında vergiyə cəlb edilmişdir. Cavabdehin qərarları “İnzibati İcraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, vergi ödəyicisində aparılmış kameral vergi yoxlaması nəticəsində 2021-ci ilin iyul ayı üçün ƏDV vergisi bəyannaməsi üzrə ümumilikdə 93 018,49 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********938100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra vergi orqanı tərəfindən hesablanmış vergi məbləği 3242,01 manat azaldılaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********010900 nömrəli Qərar qəbul olunmuşdur. "xxxx" MMC kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli inzibati şikayətlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmiş, 2021-ci ilin iyul ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləğlərinin azaldılmasını xahiş etmişdir. "xxxx" MMC-nin müvafiq şikayətləri araşdırılaraq xx.xx.2021-ci il tarixli **********744800 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi” barədə qərar qəbul edilmiş, müvafiq qərara əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********938100 nömrəli və xx.xx.2021-ci il tarixli **********010900 nömrəli Qərarlarının 84990,63 manat hissədə dəyişdirilmədən saxlanılması, Qərarın digər hissədə, 4785,85 manat vergi məbləğinin hesablanması hissəsində ləğv edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə xx.xx.2021-ci il tarixli **********744800 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” Qərara əsasən hesablanmış vergi məbləği 4 785,85 manat azaldılaraq, xx.xx.2022-ci il tarixli **********054500 nömrəli Qərar qəbul olunmuşdur. İnzibati şikayətə baxılan zaman araşdırmaya təqdim edilmiş təsdiqedici sənədlərin, bəyannamə göstəricilərinin və uçot-baza məlumatlarının araşdırılması zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cəmiyyətin ƏDV sub-uçot hesabına geri qaytarılan məbləğlər nəzərə alınmaqla 2079341,45 manat vəsait mədaxil edildiyi, qeyd edilən vəsaitlərdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 145003,00 manat məbləğində (ƏDV-si 26100,54) EBAW seriyalı 853989 nömrəli və xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 166673,00 manat məbləğində (ƏDV-si 30001,14) EBBB seriyalı 005926 nömrəli elektron qaimə-fakturaların əsas məbləğinin, xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 305554,13 manat məbləğində (ƏDV-si 54999,75) EBAQ seriyalı 670270 nömrəli elektron qaimə-fakturanın əsas məbləğinin 75554,12 manat məbləğində (ƏDV-si 13599,74) olan hissəsinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 256246,20 manat məbləğində (ƏDV-si 46124,31) EBAQ seriyalı 413999 nömrəli elektron qaimə fakturanın əsas məbləğinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 11271,00 manat məbləğində (ƏDV-si 2028,78) EBBF seriyalı 636254 nömrəli elektron qaimə fakturanın əsas məbləğinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 1894,05 manat məbləğində (ƏDVsi 340,93) EBBF seriyalı 740524 nömrəli elektron qaimə fakturanın əsas məbləğinin Cəmiyyətin hesablaşma hesabına mədaxil edilmədiyi müəyyən edilmişdir. Bundan əlavə, Cəmiyyətin bank hesablarının araşdırılması zamanı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 145003.0 manat məbləğində (ƏDV-si 26100,54) EBAW seriyalı 853989 nömrəli elektron qaimə-fakturanın 45003,00 manat məbləğində (ƏDV-si 8100,54) və xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 305554,13 manat məbləğində (ƏDV-si 54999,75) EBAQ seriyalı 670270 nömrəli elektron qaimə-fakturanın əsas məbləğinin 75554,12 manat məbləğində (ƏDV-si 13599,74) olan hissəsinin xx.xx.2021-ci il tarixdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 11271.0 manat məbləğində (ƏDV-si 2028,78) EBBF seriyalı 636254 nömrəli elektron qaimə fakturanın 11271,00 manat məbləğində (ƏDV-si 2028,78) əsas məbləğinin xx.xx.2021-ci il tarixdə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 1894,05 manat məbləğində (ƏDV-si 340,93) EBBF seriyalı 740524 nömrəli elektron qaimə fakturanın 1894,05 manat məbləğində (ƏDV-si 340,93) əsas məbləğinin xx.xx.2021-ci il tarixdə Cəmiyyətin hesablaşma hesabına ödənildiyi və Cəmiyyət tərəfindən 2021-ci ilin iyul ayı ərzində hesablaşma hesabına 1160230,14 manat mədaxil edildiyi halda 2021-ci ilin iyul ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində 1153967,70 manat dövriyyə məbləği göstərildiyi, nəticədə 6262,44 manat kənarlaşma yarandığı, 2021-ci ilin avqust ayında isə hesablaşma hesabına mədaxil edilmiş 1325266,05 manat məbləğlərə uyğun 2021-ci ilin avqust ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində dövriyyə məbləği göstərildiyi müəyyən edilmişdir. Həmçinin Cəmiyyətin bank hesablarının araşdırılması zamanı xx.xx.2021-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 145003,00 manat məbləğində (ƏDV-si 26100,54) EBAW seriyalı 853989 nömrəli elektron qaimə-fakturanın 100000,00 manat məbləğində (ƏDV-si 18000,00) əsas məbləğinin, xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 166673,00 manat məbləğində (ƏDV-si 30001,14) EBBB seriyalı 005926 nömrəli elektron qaiməfakturaların 166673,00 manat məbləğində əsas məbləğinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 256246,20 manat məbləğində (ƏDV-si 46124,31) EBAQ seriyalı 413999 nömrəli elektron qaimə fakturanın 256246,20 manat məbləğində əsas məbləğinin ödənilmədiyi müəyyən edilmişdir.Eyni zamanda araşdırma zamanı, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində ƏDV sub-uçot hesabına mədaxil edilən vəsaitlərə əsasən (geri qaytarılan məbləğlər nəzərə alınmaqla) Cəmiyyətin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək minimum dövriyyəsinin 2079341,45 manat olduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün təqdim edilmiş ƏDV bəyannamələrində əks etdirilmiş dövriyyə məbləğlərinə əsasən bəyan etdiyi dövriyyə məbləğinin (pərakəndə ticarətdən əldə edilən gəlir nəzərə alınmadan) 1966137,45 manat olduğu, nəticədə 113204,00 manat kənarlaşma yarandığı, həmçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cəmiyyətin minimum dövriyyəsinin 3130705,67 manat olduğu, 2021-ci ilin iyul ayı üçün vergi ödəyicisi tərəfindən bəyan edilmiş dövriyyə məbləği nəzərə alınmaqla təqdim edilmiş ƏDV bəyannamələrində 3045715,04 manat məbləğində dövriyyə bəyan edildiyi və nəticədə 84990,63 manat kənarlaşma yarandığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV- nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.1-ci bəndində vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi qeyd olunmuşdur. Qaydaların 1.4-cü bəndinə əsasən malları (işləri, xidmətləri) alan şəxs (bundan sonra - alıcı) tərəfindən elektron qaimə-fakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin (bundan sonra - satıcı) bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ƏDV məbləğinin ayrı dövrlərdə ödənilməsi və ya malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) dəyərinin əsas məbləği ödənilmədən ƏDV məbləğinin ödənilməsi qaydalarda və Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Beləliklə, Vergi Məcəlləsində və Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV- nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydalarının 1.1-ci və 1.4-cü bəndlərində vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən yalnız ƏDV məbləğinin ödənilməsinin, əsas məbləğin və ƏDV məbləğinin ayrı dövrlərdə ödənilməsinin qeyd olunmadığını, Cəmiyyət tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 145003.0 manat məbləğində (ƏDV-si 26100,54) EBAW seriyalı 853989 nömrəli elektron qaimə-fakturanın 100000,00 manat məbləğində (ƏDV-si 18000,00) əsas məbləğinin, xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 166673,00 manat məbləğində (ƏDV-si 30001,14) EBBB seriyalı 005926 nömrəli elektron qaimə-fakturaların 166673,00 manat məbləğində əsas məbləğinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 256246,20 manat məbləğində (ƏDV-si 46124,31) EBAQ seriyalı 413999 nömrəli elektron qaimə fakturanın 256246,20 manat məbləğində əsas məbləğinin ödənilmədən yalnız ƏDV məbləğlərinin Cəmiyyətin sub-uçot hesabına ödənildiyini, ƏDV-nin sub uçot hesabı vasitəsilə ödənilmiş ƏDV məbləğlərinin alıcının sub-uçot hesabına geri qaytarılmadığını və 2021-ci noyabr ayınadək təqdim edilmiş ƏDV bəyannamələrində 4785,85 manat məbləğində kənarlaşmanın aradan qaldırıldığı nəzərə alınaraq, Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********938100 nömrəli və xx.xx.2021 -ci il tarixli **********010900 nömrəli ərarları 84990,63 manat hissədə dəyişdirilmədən saxlanılmış, qərar digər hissədə, 4785,85 manat vergi məbləğinin hesablanması hissəsində ləğv edilərək xx.xx.2022-ci il tarixli **********054500 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 07 yanvar 2022-ci il tarixli **********054500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarının ləğv edilməsi barədə əqrar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X2 iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli, **********302800 nömrəli çıxarışına əsasən İddiaçı, xx.xx.2020-ci il tarixdə, VÖEN):********** dövlət qeydiyyatına alınmış, maliyyə ili: 1 yanvar-31 dekabr, hüquqi ünvanı: AZİ007, Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm, ev 61, qanuni təmsilçi: X1r. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, vergi orqanının araşdırmasına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək MMC-nin ƏDV sub-uçot hesabına geri qaytarılan məbləğlər nəzərə alınmaqla 2079341,45 manat vəsait mədaxil edildiyi, qeyd edilən vəsaitlərdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 145003,00 manat məbləğində (ƏDV-si 26100,54) EBAW seriyalı 853989 nömrəli və xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 166673,00 manat məbləğində (ƏDV-si 30001,14) EBBB seriyalı 005926 nömrəli elektron qaimə-fakturaların əsas məbləğinin, xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 305554,13 manat məbləğində (ƏDV-si 54999,75) EBAQ seriyalı 670270 nömrəli elektron qaiməfakturanın əsas məbləğinin 75554,12 manat məbləğində (ƏDV-si 13599,74) olan hissəsinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: ********** xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 256246,20 manat məbləğində (ƏDV-si 46124,31) EBAQ seriyalı 413999 nömrəli elektron qaimə fakturanın əsas məbləğinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 11271,00 manat məbləğində (ƏDV-si 2028,78) EBBF seriyalı 636254 nömrəli elektron qaimə fakturanın əsas məbləğinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 1894,05 manat məbləğində (ƏDV-si 340,93) EBBF seriyalı 740524 nömrəli elektron qaimə fakturanın əsas məbləğinin Cəmiyyətin hesablaşma hesabına mədaxil edilmədiyi müəyyən edilmişdir. Bundan əlavə, vergi orqanın araşdırmasına görə Cəmiyyətin bank hesablarının araşdırılması zamanı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 145003,00 manat məbləğində (ƏDV-si 26100,54) EBAW seriyalı 853989 nömrəli elektron qaimə-fakturanın 45003,00 manat məbləğində (ƏDV-si 8100,54) və xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 305554,13 manat məbləğində (ƏDV-si 54999,75) EBAQ seriyalı 670270 nömrəli elektron qaimə-fakturanın əsas məbləğinin 75554,12 manat məbləğində (ƏDV-si 13599,74) olan hissəsinin xx.xx.2021-ci il tarixdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 11271,00 manat məbləğində (ƏDV-si 2028,78) EBBF seriyalı 636254 nömrəli elektron qaimə fakturanın 11271,00 manat məbləğində (ƏDV-si 2028,78) əsas məbləğinin xx.xx.2021-ci il tarixdə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 1894,05 manat məbləğində (ƏDV-si 340,93) EBBF seriyalı 740524 nömrəli elektron qaimə fakturanın 1894,05 manat məbləğində (ƏDV-si 340,93) əsas məbləğinin xx.xx.2021-ci il tarixdə Cəmiyyətin hesablaşma hesabına ödənildiyi və Cəmiyyət tərəfindən 2021-ci ilin iyul ayı ərzində hesablaşma hesabına 1160230,14 manat mədaxil edildiyi halda 2021-ci ilin iyul ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində 1153967,70 manat dövriyyə məbləği göstərildiyi, nəticədə 6262,44 manat kənarlaşma yarandığı, 2021-ci ilin avqust ayında isə hesablaşma hesabına mədaxil edilmiş 1325266,05 manat məbləğlərə uyğun 2021-ci ilin avqust ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində dövriyyə məbləği göstərildiyi müəyyən edilmişdir. Həmçinin vergi orqanı tərəfindən Cəmiyyətin bank hesablarının araşdırılması zamanı xx.xx.2021-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 145003,00 manat məbləğində (ƏDV-si 26100,54) EBAW seriyalı 853989 nömrəli elektron qaimə-fakturanın 100000,00 manat məbləğində (ƏDV-si 18000,00) əsas məbləğinin, xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 166673,00 manat məbləğində (ƏDV-si 30001,14) EBBB seriyalı 005926 nömrəli elektron qaimə-fakturaların 166673,00 manat məbləğində əsas məbləğinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 256246,20 manat məbləğində (ƏDV-si 46124,31) EBAQ seriyalı 413999 nömrəli elektron qaimə fakturanın 256246,20 manat məbləğində əsas məbləğinin ödənilmədiyi müəyyən edilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixli **********289800 nömrəli, xx.xx.2021-ci il tarixli, **********289800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi” haqqında məktublar göndərilmiş, bundan sonra kameral vergi yoxlaması nəticəsində 2021-ci ilin iyul ayı üçün ƏDV vergisi bəyannaməsi üzrə ümumilikdə 93 018,49 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********938100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra vergi orqanı tərəfindən hesablanmış vergi məbləği 3242,01 manat azaldılaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********010900 nömrəli qərar qəbul olunmuşdur. Vergi orqanının xx.xx.2021-ci il tarixli **********744800 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi” barədə qərarına əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli **********938100 nömrəli və xx.xx.2021-ci il tarixli **********010900 nömrəli Qərarlarının 84990,63 manat hissədə dəyişdirilmədən saxlanılması, Qərarın digər hissədə, 4785,85 manat vergi məbləğinin hesablanması hissəsində ləğv edilməsi qərara alınmışdır. Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə xx.xx.2021-ci il tarixli **********744800 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” Qərara əsasən hesablanmış vergi məbləği 4785,85 manat azaldılaraq, 07 yanvar 2022-ci il tarixli **********054500 nömrəli qərar qəbul olunmuşdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə məhkəmə iddiaçının xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyini, mübahisə predmeti olan vergilərin hesablanması haqqında qərarın xx.xx.2022-ci il tarixli olmaqla iddiaçının inzibati orqana etdiyi inzibati şikayətdən sonra qəbul edildiyini, eləcə də məhkəmə icraatı gedişində iddiaçının iddia tələbini dəqiqləşdirərək xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etdiyini nəzərə alaraq hesab edir ki, mübahisələndirmə üçün tələb olunan 30 günlük iddia müddəti ötürülməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. İşin hallarından ki, vergi orqanı iddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 145003,00 manat məbləğində (ƏDV-si 26100,54) EBAW seriyalı 853989 nömrəli elektron qaimə-fakturanın 100000,00 manat məbləğində (ƏDV-si 18000,00) əsas məbləğinin, xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 166673,00 manat məbləğində (ƏDV-si 30001,14) EBBB seriyalı 005926 nömrəli elektron qaimə-fakturaların 166673,00 manat məbləğində əsas məbləğinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 256246,20 manat məbləğində (ƏDV-si 46124,31) EBAQ seriyalı 413999 nömrəli elektron qaimə fakturanın 256246,20 manat məbləğində əsas məbləğinin ödənilmədən yalnız ƏDV məbləğlərinin Cəmiyyətin sub-uçot hesabına ödənildiyini, ƏDV-nin sub uçot hesabı vasitəsilə ödənilmiş ƏDV məbləğlərinin alıcının sub-uçot hesabına geri qaytarılmadığı və 2021-ci noyabr ayınadək təqdim edilmiş ƏDV bəyannamələrində 4785,85 manat məbləğində kənarlaşmanın aradan qaldırıldığını əsas götürərək, Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********938100 nömrəli və xx.xx.2021-ci il tarixli **********010900 nömrəli Qərarları 84990,63 manat hissədə dəyişdirilmədən saxlanılmış, Qərar digər hissədə, 4785,85 manat vergi məbləğinin hesablanması hissəsində ləğv edilərək 07 yanvar 2022-ci il tarixli **********054500 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Hazırkı iş üzrə vergi orqanının xx.xx.2022-ci il tarixli qərarının qəbul edilməsində əsas iddiaçının təqdim etdiyi malların (işlər, xidmətlər) ƏDV-sinin ƏDV depozit hesabına ödənildiyi, lakin malların (işlər, xidmətlər) əsas dəyəri (əsas məbləğ) ödənilmədiyi halda, iddiaçının həmin əməliyyat üzrə ƏDV vergisini bəyan etməməsidir. Beləliklə, hazırkı iş üzrə mübahisənin həlli üçün müəyyən edilməli olan hallar aşağıdakılardır: -Təqdim edilmiş malların (işlər, xidmətlər) əsas məbləği ödənilmədən ƏDV məbləği ödənilə bilərmi; -ƏDV məbləğinin əsas məbləğdən əvvəl və ya sonra ödənilməsi vergi məsuliyyəti yaradırmı; -Təqvim ayı üzrə ƏDV məbləği ödənildiyi halda əsas məbləğ ödənilməyibsə ƏDV vergisi bəyan edilməlidirmi. Vergi Məcəlləsinin: -153.1-ci maddəsinə görə əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. -159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. -166.1-ci maddəsinə görə bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. -166.7-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. -175.1-ci maddəsinə görə bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. -177.1-ci maddəsinə əsasən vergi ödəyicisi borcludur: 177.1.2. vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə; 177.1.3. bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə. -177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. -177.6-cı maddəsinə görə ƏDV dövlət büdcəsinə ödənilir. -178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. -58.6-cı maddəsinə görə bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi Vergi Məcəlləsinin 159-cu maddəsi ƏDV üzrə vergitutma obyektini, 166-cı maddəsi ƏDV üzrə vergi tutulan əməliyyatların aparıldığı vaxtı, 175-ci maddəsi isə ƏDV əvəzləşdirilməsini, ƏDV üzrə hesabat dövrünü tənzimləyir. Həmin normaların əlaqəli təhlilindən görünür ki, vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlər) dəyəri ödənilən gündən gec olmayaraq ƏDV-nin məbləği ödənilməlidir. Vergi ödəyicisinə malların (iş və xidmətlər) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Malların dəyəri ödənilmədən ƏDV məbləği ödənildiyi halda əvəzləşdirməyə yol verilmir. Beləliklə, əsas məbləğlə ƏDV məbləğinin ayrı-ayrı dövrlərdə ödənilməsi mümkündür. ƏDV məbləğinin əsas məbləğlə eyni vaxtda (gec olmadan) ödənilməsi vergi ödəyicisini maliyyə sanksiyasından azad edir, lakin qanunvericilik əsas məbləğ ödənilmədən ƏDV-nin ödənilməsinə hər hansı məhdudiyyət də qoymur. ƏDV məbləğinin əsas məbləğdən əvvəl ödənilməsi verg ödəyicisinə yalnız əvəzləşdirməyə imkan vermir. Qeyd edilməlidir ki, ƏDV bəyannaməsi aylıqdır. Yəni təqvim ayında olan əməliyyatları vergi ödəyicisi ƏDV hesabatında bəyan etməlidir. Büdcə qarşısında yaranan ƏDV vergisi isə daxil olan əsas məbləğ əsasında formalaşır. Belə ki, 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş yuxarıda qeyd edilən 166-cı maddəsinə əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə isə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin, yəni əsas məbləğin ödənilməsi vaxtıdır. Başqa sözlə, 1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlər və xidmətlər) görə ƏDV-nin hesablanması həmin malların (işlər və xidmətlər) ƏDV-siz dəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir. Sadalanan normaları hazırkı işə tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının xx.xx.2020-ci il tarixdən etibarən təqdim olunmuş mallara (işlər, xidmətlər) görə elektron qaimə fakturalara əsasən əsas məbləğ ödənilmədən yalnız ƏDV məbləği Cəmiyyətin ƏDV hesabına ödənilmişdir. Qeyd edilən əməliyyatlara görə əsas məbləğ ödənilmədiyindən iddiaçı təqvim ayında ƏDV vergisi bəyan etməmişdir. Əsas məbləğin ödənilməməsi yuxarıda da qeyd edildiyi kimi vergi ödəyicisinə ƏDV vergisini bəyan etməyə vəzifə yaratmadığı kimi, vergi orqanına hazırkı halda həmin əməliyyatın baş verdiyi dövr üzrə vergi hesablamağa da əsas vermir. Çünki, ən azından VM-nin yuxarıda qeyd edilən 166.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə iddia müddəti bitməmişdir. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Həmin Məcəllənin 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: -94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; -94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 07 yanvar 2022-ci il tarixli **********054500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 07 yanvar 2022-ci il tarixli **********054500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar