Məhkəmə qərarları › İş №2-1(112)-4979/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4979/2021

27.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4979/2021 27.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçının nümayəndəsi İsmayılov Azad Nəriman oğlunun (Bakı şəhərində qeydiyyatdadır, İddiaçı MMC-nin direktoru) cavabdehin nümayəndəsi Eminov Kamran Məzahir oğlunun (Bakı şəhərində qeydiyyatdadır, İnsan Resursları və hüquq şöbəsinin müdiri) iştirakı ilə, iddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinə qarşı “Torpağa dair yerquruluşu planının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdehlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinə və Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq Bakı şəhər İcra Hakimiyyəti başçısının 21.08.1996-cı il tarixli, 1141 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942-Q məhəllədə İddiaçı Kiçik Müəssisəsinə (İddiaçı MMC-yə) “Ofis layihələndirilməsi və tikintisi üçün” 10x12 metr ölçüdə ayrılmış torpaq sahəsinə yerquruluşu planının verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Kiçik Müəssisəsi 27.07.1994-cü il tarixdə hüquqi şəxs kimi vergi ödəyicisi olaraq vergi orqanlarında ilkin qeydiyyata alınmış, sonradan 28.06.2016-ci il tarixdə təkrar qeydiyyatdan keçərək İddiaçınə çevirilmişdir. Göründüyü kimi İddiaçı İddiaçı X4 hüquqi varisidir. İddiaçı X4 müraciətinə əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının 21.08.1996-cı il tarixli, 1141 nömrəli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942-Q məhəllədə İddiaçı Kiçik Müəssisəsinə “Ofis layihələndirilməsi və tikintisi üçün” 10x12 metr ölçüdə torpaq sahəsi ayrılmışdır. Üzürlü səbəbdən qeyd edilən ofisin tikintisini iddiaçı apara bilməmişlər. Sonradan Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək, 21.08.1996-cı il tarixli, 1141 nömrəli sərəncamın, Ayrıc aktının və yerləşmə cizgisinin təsdiq edilmiş surətinin verilməsini xahiş etmişdir. Bakı şəhər İcra Hakimiyyəti torpaq sahəsinin ayrılması barədə sərəncamın təsdiq olunmuş surətini verərək, digər sənədlərin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinə təhvil verilməsini bildirmiş və bu səbəbdən sənədlərin Mərkəzdən alınmasını tövsiyyə etmişdir. Torpağın ayrılması ilə bağlı müvafiq sərəncam imzalanmamışdan əvvəl ayrılacaq torpaq sahəsinin yeri və ölçüləri müəyyən edilir. İddiaçı hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942-Q məhəllədə ünvanında ayrılan torpaq sahəsinin planı və ölçüsü, digər aidiyyəti sənədlər hazırlanmışdır. Lakin məlum olmayan səbəblərdən həmin sənədlərin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzindən alınması tövsiyyə olunmuşdur. Bundan sonra 22.01.2021-ci ildə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinə rəsmi qaydada vəkil sorğusu verilmişdir. Mərkəz tələb olunan sənədlərin arxivdə aşkar olunmaması səbəbindən 08.02.2021-ci il tarixli, 02/536 nömrəli məktubla sənədlərin verilməsindən imtina etmişdir. Müəssisə tərəfindən ayrılmış sahədə ofisin tikilməsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq lazım olan icazə sənədlərinin alınmasında Ayrıc aktının olması əsas şərtlərdən biridir. Cavabdehlər tərəfindən verilməli olan həmin sənədin qeyri orqandan alınması mümkün deyildir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 21.08.1996-cı il tarixli, 1141 nömrəli sərəncamı verilən zaman ayrılmış torpaq sahəsinə Ayrıc aktı və ya yerləşmə cizgisi tərtib edilməli idisə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinə əsasən ayrılmış torpaq sahəsinə yerquruluşu planı tərtib edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamına əsasən iddiaya dair təqdim etdiyi etirazında cаvаbdеh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzi göstərmişdir ki,iddiaçı öz iddiasında əsaslandığı faktları və digər sübutetmə vasitələrini qeyd etməmiş, yalnız qanunvericiliyin bu işə heç bir aidiyyəti olmayan maddələrini sadalanmaqla kifayətlənmişdir.Belə ki, cavabdehə edilmiş müraciətində iddiaçı, İddiaçı Kiçik Müəssisəsinə ayrılmış torpq sahəsinə dair ayrıc aktının və akta əlavə edilmiş yerləşmə cizgisinin təsdiq edilmiş surətinin verilməsini istəmişdir.Mərkəz müraciətə cavabında onun arxivində bu sənədlərin aşkar olunmadığı barədə məlumat vermişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmədə iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı iddiasını sübut edən sənəd kimi məhkəməyə vergi ödəyicisi kimi qeydiyyatdan keçməsinə dair şəhadətnaməni, ”ARAZ-TAC” M/K müəssisəsinin 20.05.2016-cı il tarixli qərarını, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 1141 nömrəli, 21.08.1996-cı il tarixli sərəncamının surətini (notarius tərəfindən surətin sənədin surəti ilə düzgünlüyü təsdiq edilmişdir), 4 saylı Vəkil Bürosunun cavabdehə ünvanlanmış 23 nömrəli, 22.01.2021-ci il tarixli məktubunun surətini, cavabdehin həmin müraciətə cavabını, ”Sahənin əsas göstəriciləri adlı sənədin” kserosurətini, iddiaçının nizamnaməsinin kserosurətini təqdim etmişdir. Bundan başqa inzibati məhkəmə icraatının gedişində iddiaçının Bakı şəhəri İcra Hakimiyyətinə ünvanlanmış 24.06.2021-ci il tarixli ərizəsi, həmin ərizəyə cavab olaraq Bakı şəhəri İcra Hakimiyyəti başçısının 07.07.2021-ci il tarixli məktubu, Bakı şəhər İcra Hakimiyyəti başçısının 22 sentyabr 2021-ci il tarixli, 7-3938/17 nömrəli məktubu, cavabdehin iddiaçıya ünvanlanmış 08.10.2021-ci il tarixli, XO-03-2021-03606 nömrəli məktubu, "xxxx" MMC-nin iddiaçıya ünvanlanmış 04.10.2021-ci il tarixli və 25.10.2021-ci il tarixli məktubları məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edilən iş materiallarından müəyyən etdi ki, iddiaçı hüquqi şəxs kimi kommersiya hüquqi şəxslərinin reyestrində qeydə alınmışdır, vergi ödəyicisidir, İddiaçı Müstəqil Kiçik Müəssisəsinin İddiaçı MMC-yə çevrilməsi nəticəsində yaradılmışdır, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 21 avqust 1996-cı il tarixli, 1141 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2942-Q saylı məhəllədə 10x12 metr ölçüdə torpaq sahəsinin ayrılmasını əsas götürərərək cavabdehə ayrılmış torpaq sahəsinə dair Ayrıc Aktının və akta əlavə edilmiş yerləşmə cizgisinin təsdiq edilmiş surətinin verilməsi barədə vəkil sorğusu vasitəsilə, bundan başqa yerquruluşu işinin aparılması, sahənin döngə nöqtələrinin təyin edilməsi və plan-cizginin verilməsi barədə 29.09.2021-ci il tarixli 02 nömrəli məktubla müraciət etmiş, lakin iddiaçının müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş Ərazi Tikinti-X1 1.1-ci bəndinə əsasən Ərazi Tikinti-Planlaşdırma Mərkəzi (bundan sonra – Mərkəz) şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində (bundan sonra – müvafiq sahədə) xidmətlər göstərən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 3.1-ci bəndinə əsasən Mərkəzin vəzifələrinə (3.1.15) yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy vermək; (3.1.17) Komitənin tapşırığı əsasında, sifarişçinin tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin təyinatı göstərilməklə icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) əks etdirən yazılı məlumat hazırlamaq; (3.1.18) Komitənin tapşırığı əsasında, müəyyən olunmuş qaydada müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi üçün tikinti layihəsinin, onun həyata keçiriləcəyi ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olub-olmaması barədə rəy hazırlamaq; (3.1.19). Komitənin tapşırığı əsasında, tikinti layihələrinin, o cümlədən Bakı şəhərinin inzibati ərazisində tikintisi, quraşdırılması planlaşdırılan (tikintisinə icazə tələb olunan) reklam qurğularının şəhərsalmaya dair normativ sənədlərin tələblərinə uyğunluğuna dair rəy hazırlamaq;(3.1.20) Komitənin tapşırığı əsasında, tikinti obyektinin istismarına icazə verilməsi, habelə verilmiş tikintiyə icazənin müddətinin uzadılması ilə bağlı qərar verilməsi üçün təqdim olunmuş sənədləri təhlil etmək; (3.1.21) Komitənin tapşırığı əsasında adablaşdırma barədə qərarın təsdiq edilməsi üçün təqdim olunan sənədləri təhlil etmək; (3.1.22) Bakı şəhərinin inzibati ərazisində səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına dair rəy hazırlamaq; (3.1.23) yeraltı kommunikasiyaların yerləşdirilməsi planları və tikinti-şəhərsalma fəaliyyəti ilə bağlı arxiv sənədlərinin arxiv məlumatlarını, həmin sənədlərin təsdiq olunmuş surətlərini təqdim etmək aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi ödənişli xidmətlərin siyahısı”nda Mərkəzin arxivində saxlanılan sənədlərin surətlərinin verilməsi də nəzərdə tutulmuşdur. İddiaçı hazırda Bakı şəhər İcra Hakimiyyəti başçısının 21.08.1996-cı il tarixli, 1141 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942-Q məhəllədə İddiaçı Kiçik Müəssisəsinə (İddiaçı MMC-yə) “Ofis layihələndirilməsi və tikintisi üçün” 10x12 metr ölçüdə ayrılmış torpaq sahəsinə yerquruluşu planının verilməsini tələb edir və vaxtilə torpağın ayrılması zamanı aidiyyəti sənədlərin hazırlanmış olduğunu göstərir. İddiaçı torpaq sahəsinin ona ayrılmasını göstərdiyi tarixdə torpaqla bağlı bütün münasibətlər 09 noyabr 1991-ci ildə qəbul edilmiş Torpaq Məcəlləsinin normaları ilə tənzimlənirdi. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən yer quruluşu torpaq münasibətlərinin nizamlanması və torpaq ehtiyatlarından istifadə məsələlərinin həll edilməsi üzrə hüquqi, iqtisadi və texniki tədbirlər sistemini özündə birləşdirir.Yer quruluşu xalq təsərrüfatının bütün sahələrində torpaqlardan elmi surətdə əsaslandırılmış səmərəli istifadənin təşkilinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir. Həmin Məcəllənin 100-ci maddəsinə əsasən yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur: 1) respublika və zona proqnozlaşdırma sxeminin, torpaqların yaxşılaşdırılması proqnozlarının, eləcə də yer quruluşu sxemlərinin hazırlanmasını; 2) inzibati ərazi qurumları sərhədlərinin yerdə (naturada) müəyyən edilməsini; 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını; 4) təsərrüfatlararası və təsərrüfatdaxili yer quruluşu layihələrinin və torpaqlardan istifadə, onların mühafizəsi ilə əlaqədar digər layihələrin hazırlanmasını; 5) xüsusi təbiəti mühafizə, istirahət və qoruq rejimləri olan ərazilərin ayrılmasının və sərhədlərinin müəyyən edilməsinin əsaslandırılmasını; 6) şəhər, qəsəbə və kənd yaşayış məntəqələri hüdudlarının müəyyən edilməsini və dəyişdirilməsini;7) yer quruluşu layihələrinin həyata keçirilməsinə müəllif nəzarətini; 8) topoqrafiya-geodeziya, kartoqrafiya, torpaq, geobotanika və başqa müayinələr və axtarışlar aparılmasını. Həmin Məcəllənin 101-ci maddəsinə əsasən yer quruluşu işlərini xüsusi dövlət torpaq. orqanı dövlət büdcəsi hesabına həyata keçirir.Torpaq sahələrinin quruluşu, əsaslı surətdə yaxşılaşdırılması və mühafizəsi ilə əlaqədar yer quruluşu layihələrini torpaq mülkiyyətçilərinin, sahiblərinin və istifadəçilərinin təşəbbüsü ilə onların hesabına elmi tədqiqat və layihə-axtarış təşkilatları da hazırlaya bilərlər. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən təsərrüfatdaxili və təsərrüfatlararası yer quruluşu layihələri müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən təsdiq edilir. Qeyd edilən normalardan göründüyü kimi iddiaçının hazırda tələb etdiyi torpaq sahəsinə dair yerquruluşu planı torpaq sahəsi iddiaçıya ayrılan zaman tərtib edilməli olan bir sənəddir, iddiaçı özü də həmin sənədin qeyd edilən dövrdə tərtib edildiyini, lakin ona təqdim edilmədiyini, həmin sənədin cavabdehdə olduğunu iddia ərizəsində göstərərək qeyd edilən sənədin ona verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulmasını tələb edir. Lakin işin faktiki hallarına əsasən iddiaçının tələbində göstərdiyi sənəd cavabdehin arxivində yoxdur. Belə ki, cavabdehin məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə təqdim etdiyi 15 dekabr 2021-ci il tarixli, MİHO/2.1-2-2021-59 nömrəli məktubuna əsasən cavabdeh Ərazi Tikinti Planlaşdırma Mərkəzinin arxivində İddiaçı Kiçik Müəssisəsinə torpaq sahəsinin ayrılmasına dair sənədlər (o cümlədən Ayrıc aktı, yerləşmə cizgisi, yerquruluşu polanı və s. sənədlər) aşkar edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən yerquruluşu planının tərtib olunmasının tələb edildiyi torpaq sahəsinin vaxtilə 1996-cı ildə iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənəd kimi məhkəməyə yalnız Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 1141 nömrəli, 21.08.1996-cı il tarixli sərəncamının surəti (notarius tərəfindən surətin sənədin surəti ilə düzgünlüyü təsdiq edilmişdir) təqdim edilmişdir. Göründüyü kimi qeyd edilən sərəncamın əsli və ya əslinin notariat qaydasında təsdiq edilmiş surəti iddiaçıda mövcud deyildir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialına müvafiq sorğu verilməsi ilə bağlı alınmış cavabdeh Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı məhkəməyə bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 1141 nömrəli, 21.08.1996-cı il tarixli sərəncamı arxivdə mövcud deyildir. Belə olan halda cavabdehin arxivində mövcud olmayan sənədlərin iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinin hüquqi əsasları mövcud olmadığı üçün həmin tələbin təmin edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Bakı şəhər İcra Hakimiyyəti başçısının 21.08.1996-cı il tarixli, 1141 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942-Q məhəllədə İddiaçı Kiçik Müəssisəsinə (İddiaçı MMC-yə) “Ofis layihələşdirilməsi və tikintisi üçün” 10x12 metr ölçüdə ayrılmış torpaq sahəsinə yerquruluşu planının verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, məhkəmənin hazırki iş üzrə qəbul edilmiş 27.12.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942-Q məhəllədə İddiaçı Kiçik Müəssisəsinə (İddiaçı MMC-yə) “Ofis layihələşdirilməsi və tikintisi üçün” 10x12 metr ölçüdə ayrılmış torpaq sahəsinə yerquruluşu planının verilməsi vəzifəsinin qoyulması barədə iddiası mümkün sayılmamışdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Bakı şəhər İcra Hakimiyyəti başçısının 21.08.1996-cı il tarixli, 1141 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942-Q məhəllədə İddiaçı Kiçik Müəssisəsinə (İddiaçı MMC-yə) “Ofis layihələşdirilməsi və tikintisi üçün” 10x12 metr ölçüdə ayrılmış torpaq sahəsinə yerquruluşu planının verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar