Məhkəmə qərarları › İş №2-1(112)-4979/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4979/2022

24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4979/2022 24.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X8, iddiaçılar İddiaçı1 (Bakı şəhərində qeydiyyatdadır, pensiyaçı, işləmir) və İddiaçı2 (Bakı şəhərində qeydiyyatdadır, peşəsi sürücü) iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı üçüncü şəxs qismində "xxxx" MMC göstərilməklə sərəncamın iddiaçının xüsusi mülkiyyətində olan evə aid hissəsində etibarsız hesab edilməsi haqqında iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq cavabdehin 51 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamının ünvan 1 ünvanda yerləşən və İddiaçı1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə aid hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 242.8 kv.m. torpaq sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququ xx.xx.2019cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.Hazırda üçüncü şəxs tərəfindən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan evdən və torpaqdan çıxarılmaları barədə iddia qaldırılmışdır.İddia ərizəsi və iş materialları ilə tanışlıq zamanı müəyyən olunmuşdur ki, üçüncü şəxsin Bakı şəhər İcra Hakimiyyətinin 51 saylı, xx.xx.2020-ci il tarixli sərəncamına istinad etmişdir. Sərəncam xx.xx.2021-ci il tarixdə məhkəmə qəbzinə imza edilməklə götürülmüşdür. Sərəncamla tanışlıq zamanı onun qanunsuz olduğu müəyyən edilmişdir. Belə ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı1 mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə, yəni sərəncamdan 6 ay əvvəl dövlət qeydiyyatına alınmışdır.Buna görə də həmin sərəncam “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın və onun 1,4,6 və 7 saylı Protokollarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın tələblərinə və həmin Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə ziddir. Belə ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər,ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər,həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcələnin 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa,əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 203.3.2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; 203.3.3 sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 203.3.4.təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 203.3.5 rekvizisiya; 203.3.6. müsadirə.Hazırda bu halların heç bir olmadığı üçün iddiaçının öz mülkiyyətindən məhrum edilməsi barədə sərəncam tamamilə qanunsuzdur.Belə ki,hər hansı şəxs iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evini yalnız qarşılıqlı razılıq əsasında ala bilər. İkincisi, sərəncamda hər hansı normativ hüquqi aktın normasına istinad edilməmişdir.Normativ hüquqi aktların sadəcə adları çəkilmişdir ki, bu da başa düşüləndir. Çünki heç bir normativ hüquqi akt mülkiyyətə qəsd etməyə,ona qanunsuz sərəncam verməyə icazə vermir.Əksinə bu kimi halları kriminallaşdırır.Üçüncü,həmin Sərəncam yararsız evlərin sökülməsi üçün qəbul edilmişdir.İddiaçının xüsusi mülkiyyətinə aid deyildir və ola da bilməz. Çünki həmin Sərəncamın adında belə onun qəzalı vəziyyətdə olan,istismar müddətini başa vuran evlərə aid olduğu görünür.İddiaçının evi isə qəzalı vəziyyətdə deyil və istismar müddəti də vardır. Onun qəzalı olmasını sübut edən heç bir sənəd də yuxarıda qeyd edildiryi kimi səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilməmişdir.İddiaçının mülkiyyəti haqqında isə İcra hakimiyətinin sərəncam vermək səlahiyyəti yoxdur.Dördüncüsü,həmin sərəncam iddiaçıların iştirakı olmadan qəbul edilmişdir.Halbuki, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusi ilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Lakin, həmin Sərəncam qəbul edilərkən iddiaçılara xəbər verilməmişdir və onların fikirləri dinlənilməmişdir və iddiaçıların mülkiyyəti haqqında bağlı qapılar arxasında qanunsuz sərəncam verilmişdir.Halbuki, inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar.Lakin,bu tələblər pozularaq nizamnamə kapitalı 10 manat olan MTK xeyrinə məlum səbəblərə görə milyonlarla dəyəri olan xüsusi mülkiyyətin sökülməsi, mülkiyyətdə olan torpaq sahələrinin zəbt olunması barədə qanunsuz qərar qəbul edilmişdir.Belə ki, “İnzibati icraat haqqında” qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli,tam və obyektiv araşdırmağa borcludur.İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir.Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir.İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.Təqdim olunmuş sübutlar yetərli olmadıqda,inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.Bundan başqa,həmin sərəncam,həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə ziddir.Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən ərazi planlaşdırılması sənədlərinin hazırlanması üzrə icraat zamanı fiziki və ya hüquqi şəxslərə,müvafiq dövlət orqanlarına və digər aidiyyəti qurumlara öz mövqelərini ifadə etmək,etiraz və təkliflərini bildirmək üçün imkan yaradılmalıdır.İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə cavabdeh Bakı şəhəri İcra Hakimiyyətindən iddiaya dair etirazın təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair sərəncam təqdim edilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin Məcəllənin 36.4-ci maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Hazırda iddiaçılarının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdurlar. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddia tələbində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iddiaçıları dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddiа tələbi təmin edilməməlidir. Belə ki, iddiaçılar iddia ərizəsinə idda tələbini təsdiq edən sübut qismində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, şəxsiyyət vəsiqələrinin surətlərini, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarxli, 51 nömrəli sərəncamının surətini, fərdi yaşayış evinin texniki pasportunu əlavə etmişlər. Məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə cavabdeh tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarxli, 51 nömrəli sərəncamının surəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/07-510 nömrəli, Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli, Nəsimi rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli məktubları təqdim edilmişdir. Məhkəmə qeyd edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçılar Azərbaycan Respublikasının vətəndaşlarıdırlar, İddiaçı1 ünvan 2 (yeni qaydalarla AZ1078, ünvan 4 ünvanda yerləşən evin və 114,3 kv metr torpaq sahəsinin mülkiyyətçisidir, İddiaçı2 yaşayış yeri isə şəxsiyyət vəsiqəsinin məlumatlarında ünvan 2 göstərilmişdir, iddiaçıların mübahisələndirildiyi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 51 saylı, xx.xx.2020-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmiş, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin, sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsinin və sakinlərin köçürülməsinin "xxxx" MMC tərəfindən həll edilməli olması göstərilmişdir.Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi C.Tağıyevin hazırki məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktuba əsasən həmin məhkəmənin icraatında iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı1, X2, X6, X9, X10, X5 və İddiaçı2 qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi tələbinə dair mülki iş mövcuddur. Hazırda iddiaçılar həmin tələbin qeyd edilən sərəncam əsasında qaldırılmaqla həmin sərəncamla onların hüquqlarına toxunulduğunu hesab edərək sərəncamın onlara aid hissədə etibarsız hesab edilməsini məhkəmədə tələb edirlər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, İİ hissəsinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir, İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Həmin Məcəllənin 154.2-ci maddəsinə əsasən bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İşin faktiki halarına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Başçısınn 51 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamında qeyd edilən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələriin tikintisi nəzərdə tutulan, icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmiş ərazidə İddiaçı1 mülkiyyətində olan torpaq sahəsi və yaşayış evi yerləşir, eyni zamanda digər İddiaçı2 da digər İddiaçı1 mülkiyyətində olan qeyd edilən ərazidə yerləşən fərdi yaşayış evində yaşayır. Lakin hazırda iddiaçıların mübaisələndirdiyi sərəncam nəzərdən keçirilən zaman müəyyən edilir ki, sərəncamda məhz X1 mülkiyyətində olan əmlakla və İddiaçı2nn yaşadığı əmlaklar ilə bağlı heç bir göstəriş verilməmiş, inzibati qərar qəbul edilməmişdir, eyni zamanda iş materialları ilə iddia ərizəsində göstərilən yaşayış evinin qəzalı, və ya şəhərin ümumi görünüşünə xələl gətirən bir yaşayış evi olması, yəni sərəncamın təsir dairəsinə düşə biləcəyi barədə sübut olmadığı halda qeyd edilən sərəncamla hal-hazırda iddiaçıların hər hansı bir hüququnun pozulması müəyyən edilmir. Azərbaycan Respublikasının İPM-nin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı cavabdehin 51 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamının ünvan 1 ünvanda yerləşən və İddiaçı1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə aid hissədə etibarsız hesab edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İPM-nin 2, 32, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı cavabdehin 51 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamının ünvan 2 ünvanda yerləşən və İddiaçı1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə aid hissədə etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar