Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4979/2024 13.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı "kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 1997- 2008-ci illər üzrə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, 1988-2008-ci illər ərzində xidmətdə olmuşdur. xx.xx.2008-ci il tarixində X4 müvafiq əmri ilə, “FHN-də xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən xidmətdən xaric edilmişdir. Xidmətdən xaric edilməmişdən öncə 1997, 1998, 1999, 2000, 2001, 2002, 2003, 2004, 2005, 2006, 2007 və 2008-ci illər üzrə növbəti məzuniyyətlərdən istifadə etməmişdir və istifadə etmədiyi məzuniyyətə görə ona hər hansı bir kompensasiya məbləği ödənilməmişdir. Bununla bağlı olaraq cavabdeh inzibati orqanın Dövlət yanğından Mühafizə Xidmətinin ADNŞ obyektləri üzrə yanğından mühafizə idarəsinə ərizə ilə mürciət etmişdir. Həmin müraciətinə cavab olaraq bildirilmişdir ki, guya o, 1997, 1999, 2000, 2001, 2002, 2003 və 2004-cü illər üzrə ərizə ilə cavabdehə müraciət edərək məzuniyyət hüququndan imtina etmişdir və bunun əvəzində ona pul vəsaiti ödənilmişdir. Həmçinin 1998, 2005, 2006, 2007-ci illər üzrə növbəti məzuniyyət hüququndan istifadə etmişdir və buna dair pul təminatı ilə təchiz edilmişdir. Bundan əlavə xidmətdən xaric olduğu 2008-ci il tarixindən istifadə edilməmiş məzuniyyətə görə müvafiq kompensasiya ödənilmişdir. Cavabdeh orqanın müraciətinə yazdığı cavab məktubundakı halların heç biri həqiqətə uyğun deyil. Çünki xidmətdə olduğu müddətdə məzuniyyət hüququndan imtina barədə hər hansı bir yazılı müraciəti olmamışdır. Bundan əlavə heç bir məzuniyyət hüququndan istifadə etmədiyinə görə də ona ödənişin həyata keçirilməsindən söhbət gedə bilməz. Əgər cavabdehin bu mövqeyi həqiqətdirsə, onu sübut etmək vəzifəsi cavabdeh orqanın üzərinə düşür. Cavabdeh iddiaya dair yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddia tələbində əsaslandırıcı norma olaraq həbi qulluqçulara şamil edilən normativ sənədlərə istinad edilir. Halbuki, iddiaçı FHN-də xidmət etdiyi dövrdə hərbi qulluqçu statusunda olmamışdır. O, DİN-nin, daha sonra isə (2005-ci ildən etibarən) FHNnin xüsusi rütbəli əməkdaşı olmuşdur və bu şəxslərin əmək münasibətləri ilə əlaqədar məsələlər hərbi qulluqçulara dair sənədlərlə deyil, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” AR Qanunu və Əmək Məcəlləsi ilə tənzimlənir (Qanunun 1.1,1.2 və 2.3 maddələri). İddiaçının tələbinin mahiyyətini təşkil edən istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya ödənilməsi məsələsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsində isə qeyd edilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər, iddiaçının 2008-ci ildə xidmətdən azad edildiyini (Bax: əmrdən çıxarış) və işdən çıxma ilə bağlı son haqq-hesabını da həmin dövrdə almış olduğunu nəzərə alsaq, o, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddiaçının xidmət etdiyi ADNŞO üzrə YMİ-nin Kadrlar şöbəsi tərəfindən verilən məlumata əsasən İddiaçı 1998, 2005, 2006 və 2007-ci illərin məzuniyyətindən istifadə etmiş, işdən çıxdığı 2008-ci ildə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənişi almış, digər illərə görə məzuniyyətdən isə yazılı qaydada müraciət etməklə könüllü olaraq özü imtina etmişdir (iddiaçının xidmət etdiyi ADNŞO üzrə YMİ tərəfindən ona verilən cavab məktubu). Buna səbəb isə, məzuniyyət dövründə işçiyə verilən tək əmək haqqı həcmində ödəniş məbləğinin, iş vaxtı ödənilən məbləğlə müqayisədə aşağı olmasıdır. Belə ki, dəniz şəraitində işləyən əməkdaşlara iş vaxtına görə əlavə haqq ("kolpit" pulu) ödənildiyi üçün iddiaçı məzuniyyətdən özü imtina etmişdir. İddiada tələb olunan illərin bir qismi (1997-2005) üzrə məzuniyyət hüququ İddiaçı FHN-nin deyil, DİN-nin əməkdaşı olduğu dövrdə yaranmışdır. Belə ki, FHN Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1182 nömrəli Sərəncamı əsasında yaradılmışdır və FHN ilə DİN arasında əməkdaşlara ödənilməli olan vəsaitlər də daxil olmaqla maliyyə borclarının təhvil-təslimi aparılmadığı üçün əvvəlki dövrlərə dair pul tələblərinin FHN tərəfindən ödənilməsi mümkün deyildir. İstifadə olunmamış məzuniyyətlərə görə kompensasiyanın ödənilməsində Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin 2002-ci il 29 noyabr tarixli Qərarının 1-ci bəndinə uyğun anoloji qayda tətbiq olunmalıdır. Belə ki, 1999-cu il iyulun 1-dək istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya həmin dövrdə qüvvədə olan qanunvericiliklə, həmin tarixdən sonra istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya isə qüvvədə olan Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq ödənilməlidir. Bu baxımdan, əvvəlki dövrdə qüvvədə olmuş “Məzuniyyətlər haqqında" Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə görə, istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzinin verilməsi məsələsində “təqsirli hərəkətlərə görə işdən çıxarılma halları istisna"dır. İddiaçı FHN-nin 1937/ş nömrəli 10 noyabr 2008-ci il tarixli əmri ilə intizam tənbehi qaydasında xidmətdən xaric edildiyini nəzərə alsaq, 1997-1999-cü illərə görə kompensasiya ödənişi tələbinə, ümumiyyətlə baxılmalı deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabehin nümayəndələri iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.2006-cı ilədək Daxili İşlər Nazirliyinin Yanğından mühafizə orqanlarında xidmət etmişdir. xx.xx.2006-cı ildə Azərbaycan Respublikası Cavabdeh sərəncamına qəbul edilmişdir. xx.xx.2008-ci il tarixdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (əməkdaş adına xələl gətirən ləyaqətsiz hərəkət etdiyinə görə) xidmətdən xaric edilmişdir. İddiaçı hazırda xidmət müddətində, yəni 1997-2008-ci illərdə məzuniyyətdən istifadə etmədiyini, buna görə də istifadə edilməmiş məzuniyyətə görə pul kompensasiyasının ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Belə ki, 1997-2008-ci illərədə qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Göründüyü kimi, qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmiş, iddia müddəti kimi 1 ay vaxt vermişdi. Məhkəmə hesab edir ki, iddiaçıya xidmət keçdiyi müddətdə növbəti məzuniyyət hüququ verilməmişsə, o işlədiyi müddətdə məzuniyyətə getməmişsə, bu hal ona həmin vaxtdan məlum olmuşdur. Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsi 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə tənzimlənməyə başlamışdır. Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Çünki artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Başqa sözlə, 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktın yeni qanuna əsasən mübahisələndirilməsi imkanı o halda nəzərdən keçirilə bilər ki, mübahisələndirmə müddətinin axımı 1 yanvar 2011-ci il tarixdən əvvəl başlamış, həmin tarixədək başa çatmamış və həmin tarixdən sonra da davam etmişdir. Hazırkı işdə bu, baş verməmişdir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 711/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin yuxarıda qeyd olunanlara istinadən hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2ahova
Məhkəmə qərarları › İş №2-1(112)-4979/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4979/2024
13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver