Məhkəmə qərarları › İş №2-1(112)-498/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-498/2022

23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-498/2022 23.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçı Sadıxov Vüqar Əli oğlunun (Bakı şəhərində qeydiyyatdadır, idman müəllimi) iştirakı ilə, iddiаçı Sadıxov Vüqar Əli oğlunun cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qаrşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı Sadıxov Vüqar Əli oğlu Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı N989-cu ildə Astara rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır, N99N-ci ildə hərbi xidmətini başa vurmuşdur, 0N.N0.N992-ci ildə 742 saylı hərbi hissə komandirinin N saylı əmri ilə baş gizir, həmin hərbi hissə komandirinin 08.02.N993-cü il tarixli, 23 saylı əmri ilə tağım komandiri, N saylı hərbi hissə komandirinin 30.07.N993-cü il tarixli,67 saylı əmri ilə döyüş bölgəsinə göndərilmiş və döyüş pulu almışdır. Döyüş pulu almağı və döyüş bölgəsində olmağı Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin sənədi ilə təsdiq edilir. N996-cı ildə həmin hərbi hissədə xidmətini başa vurub tərxis olunmuşdur. O cavabdehə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Mərkəzi Arxivin 25.02.202N-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin 0N.N0.N992-ci il tarixli, 9 nömrəli əmrilə baş gizir İddiaçı Əli oğlu şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək starşina vəzifəsinə təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin 08.02.N993-cü il tarixli, 23 nömrəli əmri ilə tağım komandiri Sadıqov Vüqar Əli oğlu Ağcabədi şəhərinə döyüş bölgəsinə göndərilmiş, N nömrəli hərbi hissə komandirinin 24.03.N993-cü il tarixli, 7N nömrəli əmri ilə gizir Sadıqov Vüqar Əli oğlu 0N.0N.N993-cü il tarixdən 742 nömrəli hərbi hissədə N-ci rotada starşina vəzifəsinə təyin edilmişdir, N nömrəli hərbi hissə komandirinin 30.07.N993-cü il tarixli, 67 nömrəli əmrində S.Ə.Sadıqova döyüş bölgəsində olduğuna görə döyüş pulunun ödənildiyi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin N5.06.N994-cü il tarixli əmrinə əsasən ORVB tağım komandiri vəzifəsinə təyin olunması və N nömrəli hərbi hissə komandirinin 0N.08.N994-cü il tarixli, N60 nömrəli əmrilə gizir Sadıqov Vüqar Əli oğlunun 0N.08.N994-cü ildən ORVB tağım komandiri vəzifəsinə təyin edildiyi qeyd edilmişdir. Lakin N nömrəli hərbi hissə komandirinin 30.07.N993-cü il tarixli, 67 saylı əmrilə döyüş bölgəsinə göndərilməsi iddiaçıya “Müharibə veteranı” adının verilməsi üçün əsas ola bilməz. Çünki döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunma nizami hissə üzrə əmrlərlə təsdiq olunmamışdır. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmağı barədə əmrlər mövcud deyillər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır, əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-2855/202N nömrəli, 04.05.202N-ci il tarixli qərarı ilə iddiaçının iddiası qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə iddiaçı N3.06.N97N-ci ildə Astara rayonunda doğulmuş Sadıxov Vüqar Əli oğlunun müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan cavabdehin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-N(N03)-N968/202N nömrəli, 02.09.202N-ci il tarixli qərarı ilə qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-2855/202N nömrəli, 04.05.202N-ci il tarixli qərarı ləğv edilmiş və iş məhkəmə icraatının davam etdirilərək yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3.-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati-Prosessual Məcəlləsinin 34.N. –cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir.Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır Məhkəmə iclasında iştirak edən iddiaçı Sadıxov Vüqar Əli oğlu iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiаçının çıxışını, iş materiallarında olan sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. İş materiallarına əlavə edilmiş: İddiaçı AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.N97N-ci ildə doğulmuşdur. İddiaçıya məxsus AO seriyalı ******* №li, N0.06.2002-ci il tarixli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı may N989-cu il tarixdən Astara rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış, sentyabr N992-ci il tarixə qədər N saylı hərbi hissədə hərbi xidmətdə olmuş, iyul N994-cü il tarixdən yanvar N996-cı il tarixə qədər N saylı hərbi hissədə hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 23.0N.N996-cı il tarixli 040 saylı əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır (tərxis olunmuşdur). Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisinə ünvanladığı 22.0N.2020-ci il tarixli 9/2-876 saylı məktubuna əsasən N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 9 №li əmri ilə (əsas: səh-9; qeyd: əmrdə soyadı Sadıqov, hərbi rütbəsi baş gizir yazılmışdır) baş gizir X6 şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, starşina vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N fevral N993-cü il 23 №- li əmrilə (əsas: səh-24, sıra-N; qeyd: əmrdə soyadı Sadıqov yazılmışdır) tağım komandiri X2 şəhərinə döyüş bölgəsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyun N993-cü il tarixli 67 №-li əmrində (əsas: səh-24, sıra-N; qeyd: əmrdə soyadı Sadıqov yazılmış, adı və atasının adı tam yazılmamışdır) döyüş bölgəsində olmuş V.Ə.Sadıqovun döyüş pulu alması barədə məlumat vardır. Həmçinin qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin zabit və gizirlərinin əlifba qeydiyyatı kitablarında və komandirin yanvar N996-cı il tarixli nizami hissə üzrə əmrlərində X4 xidməti barədə məlumat aşkar edilməmişdir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 22.N0.2020-ci il tarixli N/SN3999 №li məktubda iddiaçıya bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın 28.08.2020-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmişdır. Mərkəzi Arxivin 22.0N.2020-ci il tarixli 9/2-876 nömrəli arayışına əsasən N () nömrəli hərbi hissədə 30.06.N993-cü il tarixdən sonrakı dövrdə xidmət keçmək barədə məlumat olmadığına və Ağcabədi rayonu döyüş bölgəsinə göndərilməsi məqsədi bilinmədiyi üçün ona müharibə veteranı vəsiqəsiin və adıın verilməsindən imtina edilmişdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 05.05.202N-ci il tarixli, N0N-N4NN4-N22N nömrəli məktubuna əlavə edilmiş tələbnaməyə əsasən iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsi barədə məlumat aşkar edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş NN2 nömrəli hərbi hissənin N nömrəli məktubuna əlavə edilmiş sənədlərə əsasən xx.xx.N97N-ci il təvəllüdlü İddiaçı keçmiş Astara rayon hərbi komissarlığı tərəfindən keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətə çağırılmış, may N989-cu il tarixdən may N99N-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuş, may N99N-ci ildən noyabr N99N-ci ilə qədər gizirlər kursunu bitirmiş, noyabr N99Nci ildən sentyabr N992-ci il tarixə qədər N4342 saylı hərbi hissədə hərbi xidmətdə olmuş, Azərbaycan Respublikası Silahlı Qüvvələrində sentyabr N992-ci ildən 22.09.N993-cü ilədək N saylı hərbi hissədə xidmət etmiş, N saylı hərbi hissədə qulluq edərkən Ağcabədi şəhərinə döyüş bölgəsinə göndərilmişdir, 22.09.N993-cü ildən 22.03.N995-ci ilə qədər N saylı hərbi hissədə, 22.03.N995-ci ildən N8.N2.N995-ci ilə qədər N saylı hərbi hissədə xidmət keçmiş, N8.N2.N995-ci ildən 23.0N.N996-cı ilə qədər N nömrəli hərbi hissə komandirinin sərəncamında olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 23.0N.N996-cı il tarixli müvafiq əmrilə (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə) ehtiyata buraxılmışdır, qeyd edilən xüsusatlar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin 0N.02.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş iddiaçının şəxsi işində olan sənədlərlə də təsdiqlənir. Beləliklə, iş materiallarına əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, N nömrəli hərbi hissədə hərbi xidmətdə olan zaman Ağcabədi şəhərinə döyüş bölgəsinə göndərilmişdir, xidmət etdiyi hərbi hissə komandirinin müvafiq əmrində döyüş bölgəsində olmuş V.Ə.Sadıqovun döyüş pulu alması barədə məlumat vardır.İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini əsas götürərək cavabdehə müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıda gstərilənlərə əsasən iddiaçını iddia tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N8.07.2006-cı il tarixli N74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında”. Həmin əsasnaməyə əsasən ”Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, şəxslərə şamil olunmur.” İddiaçıya veteran adının verilməsini istisna edən halların (haqqında cinayət işinin və araşdırma materialın) olması barədə məlumat cavabdeh və ya digər orqan tərəfindən məhkəməyə verilməmişdir. Əksinə inzibati iş materiallarında olan tələbnamədən görünür ki, iddiaçının məhkumluğu olmamışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçının hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə - yəni 22.02.N995-ci ildən xidmətini davam etmək üçün hərbi hissəyə gəlmədiyinə görə 23.0N.N996-cı il tarixli müvafiq əmrilə (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə) hərbi xidmətdən tərxis olunması ona müharibə veteranı adının verilməsini istisna etmir. Belə ki, həmin dövrdə artıq hərbi əməliyyatlar dayandırılmışdı, habelə iddiaçı həmin əmələ görə cinayət məsuliyyətinə cəlb olunmamışdır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N8.07.2006-cı il tarixli N74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin tələblərinə əsasən isə yalnız ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə müharibə veteranı adının verilməsi istisna edilir ki, belə bir halın olmasını təsdiq edən dəlil inzibati işin materiallarında mövcud deyildir. İş materiallarından göründüyü kimi, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi barədə müvafiq nizami hissə üzrə əmrləri icavabdehin arxivində mövcuddur. Beləliklə, işin faktiki hallarına əsasən iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxsin hərbi hissədən ezam olunması kimi əmrin olmaması kimi əsasın həmin şəxsə müharibə veteranı adının verilməsini istisna etməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında imperativ qaydada göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar və bu zaman qanunverici döyüş zonasına ezam olunması barədə əmrin mütləq qaydada olması barədə normanı nəzərdə tutmamışdır. Cavabdehin etirazında göstərilən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır, əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyatıa alınmasına ehtiyac qalmazdı” kimi dəlilini də məhkəmə əsassız hesab edir. Belə ki, həmin dəlil də “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasının tələbləri ilə ziddiyyət təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.N-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun NN.N-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun N9.N-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun N9.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.N-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri də icra etməmiş, iddiaçının xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edərək iddiaçının müraciətini əsassız olaraq təmin etməmişdir. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı Əli oğluna “Müharibə veteranı” adının və “Müharibə veteranı” vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin NN0-N-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.N.N2-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2,34, 68, 69, 85,NN0-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Əli oğluna “Müharibə veteranı” adının və “Müharibə veteranı” vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar