Məhkəmə qərarları › İş №2-1(112)-498/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-498/2025

14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-498/2025 14.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********173063 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********165663 nömrəli qərarına əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə edilməklə cəmiyyətdə səyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2023-cü il tarixli **********169521 nömrəli “Səyyar vergi yoxlaması Aktı” ilə rəsmiləşdirlmişdir. Yoxlama nəticəsində cəmiyyətə 2019-cu il üzrə 93374,57 manat məbləğində mənfəət vergisi, 2019cu ilin iyul və sentyabr ayları üzrə 19767,6 manat məbləğində əlavə dəyər vergisi və 2020ci il üzrə 37569,60 manat mənfəət vergisi və 2020-ci ilin fevral ayı üzrə 12309,50 manat əlavə dəyər vergisi artıq hesablanmaqla, ümumilikdə 63263,07 manat məbləğində vergilərin hesablanması və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 57051,09 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. xx.xx.2023-cü il tarixli **********169521 nömrəli “Səyyar vergi yoxlaması Aktı” əsasında xx.xx.2023-cü il tarixli **********173063 nömrəli “Vergi ödəyiciinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” qərar qəbul olunmuşdur. Bundan əlavə, səyyar vergi yoxlaması ilə 2020-ci ilin sentyabr ayı üzrə kameral vegi yoxlaması ilə hesablanmış 205886,94 manat məbləğində əlavə dəyər vergisi və 2020-ci il üzrə 43464,09 manat məbləğində mənfəət vergisi öz təsdiqini tapmışdır. Mənfəət vergisin hesablanmasına səbəb müəssisənin gəlirinin birbaşa müəyyən edilə bilməməsi olmuşdur. Bu səbəbdən də, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə istinad edilərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən cəmiyyətə, əsassız olaraq 2019-cu il üzrə mənfəət vergisi hesablanmışdır. Halbuki cəmiyyətin 2019-cu il üzrə gəliri 4126280,79 manat təşkil edir və həmin məbləğ 2019-cu ilin müvafiq ayları üzrə tərtib olunmuş elektron qaimə-fakturalarla öz təsdiqini tapır. Belə olan halda, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə istinad edilərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən müəyyən edilən şərti rentabellik norması cəmiyyətin 2019-cu və 2020-ci illər üzrə xərclərinə tətbiq edilməklə, cəmiyyətə 2019-cu və 2020-ci il üzrə mənfəət vergisinin hesablanması tam əsassızdır. Qeyd olunanlarla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayətlə müraciət etsələr də, müraciətləri üzrə inzibati şikayətləri Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli **********071100 nömrəli qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): xx.xx.2024-cü il tarixdə məhkəməyə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli yazılı etirazı təqdim olunmuşdur. İddia ərizəsinə dair etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.3-cu maddəsilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət va digər binalarında (ərazisində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçirilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanlarının vəzifəli şəxsinin yoxlamanın dolğun va obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının həmin orqanın əsaslandırılmış qərarı əsasında baxış keçirmək hüququ vardır. İddiaçının iddia ərizəsində qeyd olunan dəlillərlə bağlı bildirirlər ki, səyyar vergi yoxlaması Baş İdarənin xx.xx.2022-ci il tarixli **********486700 nömrəli xidməti məlumatına və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki X3 “Növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərar əsasən Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən təyin edilmişdir. Belə ki, faktiki rəhbərləri eyni şəxslər olan ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN: **********) və ünvan 2 ünvanında qeydiyyatda olan “Endast" MMC (VÖEN: **********) tərəfindən 2019-2021-ci illər ərzində Türkiyə Respublikasından idxal edilmiş XİFMN üzrə ********** alt yarım mövqeyində sinifləşdirilmiş cəmi 116 gömrük bəyannaməsi ilə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində bəyan edilməklə sərbəst dövriyyəyə buraxılmış hind quşu farşı yükləri üçün hesablanmış xüsusilə külli miqdarda, ümumilikdə 1828086,37 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən qəsdən yayınılması faktına görə xx.xx.2022-ci il tarixdə Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki X4 tərəfindən Azərbaycan Respublikası CM-nin 209.3-cü maddəsi ilə başlanmışdır. İstintaq zamanı qeyd olunan və ölkə ərazisinə idxal olunmuş malların realizə olunması zamanı həmin malların satışından əldə edilən gəlirdən ödənilməli olan vergilərin dövlət büdcəsindən yayındırılmasına dair kifayət qədər əsaslar olduğu nəzərə alınaraq Növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərar ilə İddiaçı MMC (VÖEN: **********) xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alındığı üçün Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən həmin vergi ödəyicisində növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur. Müəssisənin direktoru X9 Muhammad və səlahiyyətli nümayəndəsi səyyar vergi yoxlamasında iştirak etməmiş və X9 Muhammadin keçirilən səyyar vergi yoxlamasına cəlb edilməsinə köməklik göstərilməsi üçün aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə xx.xx.2023-cü il tarixli **********180100 nömrəli və Cəmiyyətin direktoru (şəxsiyyəti təsdiq edən sənəd məlumatları: PAK, BL9679692, xx.xx.2018-ci il və AZ1033, ünvan 3 ünvanda qeydiyyatda olan) X9 Muhammadin Azərbaycan Respublikasının ərazisində qeydiyyat məlumatlarını alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə xx.xx.2023-cü il tarixli **********844000 nömrəli məktublarla müraciət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 18/2- 4204/2023 nömrəli cavab məktubunda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xx.xx.2013-cü il tarixdən etibarən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərinə verildiyi qeyd olunmuşdur. Eyni zamanda X9 Muhammadin (şəxsiyyəti təsdiq edən sənəd məlumatları: Pakistan Respublikasının vətəndaşı, xx.xx.1978-ci ildə anadan olmuş, Pasport: PAK, BL9679692, xx.xx.2018-ci ildə verilmiş) Azərbaycan Respublikasının ərazisində qeydiyyat məlumatlarının alınması üçün xx.xx.2022-ci il tarixli **********692700 nömrəli məktubla Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edilmişdir. X9 Muhammadin yoxlamada iştirak etmədiyi üçün yoxlamanın keçirilməsi üçün zəruri olan sənədləri müəssisədən əldə etmək mümkün olmadığı üçün hesablamalar vergi orqanının uçot baza məlumatlarına, vergi ödəyicisinin əməliyyat apardığı qarşılıqlı ödəyicilərdən və vergi ödəyicisinin bank hesablarında aparılmış əməliyatlar barədə alınmış məlumatlar əsasında aparılmışdır. Eyni zamanda İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə "xxxx" MMC (VÖEN **********), “Səhliyalı” KM (VÖEN **********) və X5 (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) və X7 (VÖEN **********) ilə aparılmış qarşılıqlı əlaqələrin araşdırılması məqsədilə qarşılıqlı əlaqələrə dair ilkin sənədlərin (müqavilə, qaimə-faktura, qəbul (təhvil) aktları, vergi hesab-fakturaları, ödəniş sənədləri və s.) təsdiq edilmiş surətlərinin alınması məqsədi ilə 17.01,2023-cü il tarixli məktublarla həmin şəxslərə müraciət edilmişdir. Müəssisənin yoxlama ilə əhatə olunan dövrdə vergi orqanında qeydiyyata alınmış və qeydiyyatdan çıxarılmış heç bir təsərrüfat subyekti olmamışdır. Səyyar vergi yoxlaması zamanı yoxlamanın keçirilmsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə xx.xx.2022-ci il .tarixli **********165691 nömrəli Tələbnamə xx.xx.2022-ci il tarixli **********636300 nömrəli məktubla vergi ödəyicisinin elektron poçt ünvanına göndərilmişdir. Vergi ödəyicisi aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadığı və onun olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisi tərəfindən heç bir sənəd əldə etmək mümkün olmamışdır. Bu barədə Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən xx.xx.2022ci il tarixli “Sənədlərin təqdim edilməməsi barədə” akt tərtib edilmiş və xx.xx.2022-ci il tarixli **********885600 nömrəli məktubla vergi ödəyicisinin elektron poçt ünvanına göndərilmişdir. Eyni zamanda Baş İdarə tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli **********047900 nömrəli və 11.01,2023-cü il tarixli **********412100 nömrəli xəbərdarlıq məktubları göndərilmişdir. Müəssisə tərəfindən sənədlər təqdim edilmədiyi üçün xx.xx.2023-cü il tarixli “Sənədlərin təqdim edilməməsi barədə” akt tərtib edilmiş və xx.xx.2023-cü il tarixli **********871900 nömrəli məktubla vergi ödəyicisinin elektron poçt ünvanına göndərilmişdir. Baş İdarə tərəfindən Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********167469 nömrəli Qərar çıxarılmışdır. Qərarda qeyd edilən sənədlər vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən xx.xx.2023-cü il tarixli “Sənədlərin təqdim edilməməsi barədə” akt tərtib edilmiş və aktın bir nüsxəsi xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə müəssisənin poçt ünvanına göndərilmişdir. Mənfəət vergisinin hesablanması üzrə: Yoxlama ilə mənfəət vergisi üzrə 2019-cu, 2020-ci və 2021-ci illər əhatə olunmuşdur. Vergi Məcəlləsinin 103-cü maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Məcəllənin digər 130.1ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, Məcəllənin X fəslinə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır". Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Yoxlama dövrü ərzində vergi ödəyicisi 2019, 2020 və 2021-ci illər üzrə Mənfəət vergisi bəyannaməsini təqdim etmişdir. Təqdim etdiyi Mənfəət vergisi bəyannaməsində gəlir xə xərclər aşağıdakı kimi qeyd olunmuşdur: Belə ki, yoxlama zamanı yoxlama üçün zəruri olan sənədlər, habelə elektron fayllar vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********165691 nömrəli Tələbnamə, habelə xx.xx.2023-cü il tarixli **********167469 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar ilə vergi ödəyicisindən tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən vergi orqanına heç bir sənəd təqdim olunmamışdır. Bu barədə xx.xx.2022-ci il tarixli, 16.01,2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli “Sənədlərin təqdim edilməməsi barədə” aktlar tərtib olunmuşdur. Beləliklə, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədiyi, mühasibat uçotu aparılmadığı və ya müəyyən olunmuş qaydada aparılmadığı üçün vergitutma obyekti Vergi Məcəlləsinin 67.14-cü maddəsinə müvafiq olaraq şərti rentabellik norması əsasında müəyyən edilmişdir. Yoxlama ilə Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı üçün, həmin mənfəət Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı qərar) qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin əldə etdiyi xərci (ƏDV nəzərə alınmadan) əsasında hesablanmışdır. Cəmiyyət tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 4076346,87 manat, o cümlədən malların təqdim edilməsindən 4076346,87 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 3742760,75 manat, o cümlədən: əmək haqqı 1900,00 manat, sosial sığorta haqları 413,50 manat, malın dəyəri 3724599,25 manat, bank xidməti üzrə xərclər 6527,00 manat, sair xərclər üzrə 9321,00 manat (4076346,87 - 3742760,75) =333586,12 vergiyə cəlb olunan mənfəət göstərilmiş və 66717,22 manat mənfəət vergisi bəyan edilmişdir. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin əldə etdiyi gəliri müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin xərcləri (idxal, elektron qaimələrə əsasən daxili bazardan alınmış malllar, əmək haqqı xərci, sosial sığorta haqları, sair xərclər və bank xidməti üzrə xərclər) əsasında 2019-cu il üzrə mənfəət vergisi xərcə görə gəlirin müəyyən edilməsi metodu ilə 20 faiz rentabellik səviyyəsi tətbiq edilməklə hesablandı. Belə ki, səyyar vergi yoxlaması zamanı müəssisənin xərcləri o cümlədən; əmək haqqı 1900,00 manat, sosial sığorta haqları 413,50 manat, malın dəyəri 3 966 770,33 manat, bank xidməti üzrə xərclər 23890 manat, sair xərclər üzrə 9321,00 manat (1900,00 + 413,50 + 3 966 770,33 + 23890 + 9321,00) olmaqla, cəmi 40002294,83 manat olduğu sənədlərlə təsdiq edilmişdir. Müəssisənin mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin xərci əsasında mənfəəti hesablanmışdır. 2019-cu il üzrə: 4002294,83 M1 = x 20 = 800458,96 100 Yoxlama ilə 2019-cu il üzrə 800458,96 manat mənfəətdən 160091,79 manat mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən hesablanmış mənfəət vergisi nəzərə alınmaqla 93374,57 manat (160091,79 - 66717,22) əlavə vergi hesablanmışdır. 2020-ci il üzrə: Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 1912913,58 manat, o cümlədən malların təqdim edilməsindən 1912913,58 manat gəlir, gəlirin əldə edilməsi ilə bağlı xərclər 1507745,14 manat, o cümlədən: əmək haqqı 1500,00 manat, sosial sığorta haqları 316,50 manat, malın dəyəri 1505928,64 manat və nəticədə 405168,44 manat vergiyə cəlb olunan mənfəət göstərilmiş və 81033,69 manat mənfəət vergisi bəyan edilmişdir. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin əldə etdiyi gəliri müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin xərcləri (idxal, elektron qaimələrə əsasən daxili bazardan alınmış malllar, əmək haqqı xərci, sosial sığorta haqları, sair xərclər və bank xidməti üzrə xərclər) əsasında 2020-ci illər üzrə mənfəət vergisi xərcə görə gəlirin müəyyən edilməsi metodu ilə 20 faiz rentabellik səviyyəsi tətbiq edilməklə hesablandı. Belə ki, səyyar vergi yoxlaması zamanı müəssisənin xərcləri o cümlədən; əmək haqqı 1500,00 manat, sosial sığorta haqları 316,50 manat, malın dəyəri 1077093,05 manat, bank xidməti üzrə xərclər 4330,0 manat, sair xərclər üzrə 3420,0 manat (1500,00 + 316,50 + 1077093,05 + 4330,0 + 3420,0) olmaqla cəmi 1086659,55 manat olduğu sənədlərlə təsdiq edilmişdir. 1086659,55 M1 = x 20 = 217331,91 100 Yoxlama ilə 2019-cu il üzrə 217331,91 manat mənfəətdən 43466,38 manat mənfəət vergisi hesablandı. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannaməyə (kameral qaydada hesablanmış) əsasən hesablanmış mənfəət vergisi nəzərə alınmaqla 37567,31 manat (43466,38 - 81033,69) verginin artıq hesablanması müəyyən edildi. Səyyar vergi yoxlaması ilə 2021-ci ilin mənfəət vergisi üzrə kənarlaşma aşkar edilməmişdir. Yoxlama ilə əhatə edilən dövr üzrə mənfəət vergisinin 93374,57 manat azaldılması və 37569,60 manat artıq hesablanması müəyyən edilməklə, ümumilikdə büdcəyə çatası mənfəət vergisinin 55804,97 manat olduğu müəyyən edildi. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 93374,57 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 46687,28 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisinin yoxlanılması üzrə: Yoxlama zamanı ödəyicinin təqdim etdiyi əlavə dəyər vergisi bəyannamələrinə əsasən ƏDV tutulan dövriyyə (ƏDV-siz) 2019-cu il üzrə 4 076 306,87 manat, 2020-ci il üzrə ƏDV tutulan dövriyyə (ƏDV-siz) 1 912 913,58 manat olmuşdur. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edildi. Belə ki, 2019-cu ilin iyul ayı üzrə ƏDV məbləği 17000,00 manat olan İC seriyalı, 655694 nömrəli elektron qaimə fakturanın əsas məbləği bank vasitəsilə ödənilmədiyi üçün əvəzləşdirmədən çıxarılaraq, 17000,00 manat ƏDV hesablandı və həmin məbləğə 8500,00 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir. 2020-ci ilin fevral ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi yoxlanılarkən Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ƏDV məbləği 12309,50 manat təşkil edən **********6172 nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği əvəzləşdirilməmişdir. Yoxlama zamanı büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilməli olan ƏDV məbləği 12309,50 manat artırılmışdır. Bundan başqa, müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş 2020-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsi kameral qaydada yoxlanılmış və kameral vergi yoxlaması ilə müəssisəyə əlavə olaraq 205 886,94 manat ƏDV məbləği hesablanmışdır. Kameral vergi yoxlaması nəticəsində müəyyən edilmişdir ki, daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 1 143 816,33 manat az göstərilmişdir və nəticədə 205 886,94 manat (1 143 816,33*18%) ƏDV hesablanmışdır. Göstərilənləri nəzərə alaraq, kameral vergi yoxlaması ilə əlavə hesablanmış ƏDV məbləği səyyar vergi yoxlaması ilə öz təsdiqini tapmışdır. Yoxlama ilə əhatə edilən dövr üzrə ayrı-ayrı aylar üzrə əlavə dəyər vergisinin 19767,60 manat azaldılması və 12309,50 manat artıq hesablanması müəyyən edilməklə, ümumilikdə büdcəyə çatası əlavə dəyər vergisinin manat olduğu müəyyən Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 19767,60 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 9883,8 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, iddiaçı iddia ərizıində xx.xx.2023-cü il tarixli **********173063 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla aparılan hesabların səhv olduğunu hər hansı sənədlərlə sübut etməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən "xxxx" MMC-nin cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh inzibati orqanın nümayəndəsi iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir: - inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində; - şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə, mübahisələndirilən xx.xx.2023-cü il tarixli inzibati aktın (qərarın) təqdim olunduğu vaxtdan ilk öncə yuxarı instansiyaya müraciət etmiş, daha sonra isə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********165663 nömrəli qərarına əsasən Cəmiyyətdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2023-cü il tarixli **********169521 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması ilə mənfəət vergisinin 2019-cu ildə 93.374,57 manat azaldılması, 2020-ci ildə 37.569,6 manat artıq hesablanması, əlavə dəyər vergisinin 2019cu ildə 19.767,6 manat azaldılması, 2020-ci ildə 12.309,5 manat artıq hesablanması aşkar edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********173063 nömrəli qərari ilə Cəmiyyətə ümumilikdə 120.314,16 manat olmaqla, 63.263,07 manat məbləğində əlavə vergi hesablanmış və 57.051,09 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qərar Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********560400 nömrəli məktubu ilə vergi ödəyicisinə göndərilmişdir. İddiaçı MMC inzibati şikayətlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edərək, səyyar vergi yoxlaması zamanı Cəmiyyətə əsassız olaraq Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə istinad edilərək mənfəət vergisinin hesablandığı qeyd etməklə xx.xx.2023-cü il tarixli **********169521 nömrəli səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********173063 nömrəli qərarın ləğv edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********071100 №li 27 sentyabr 2023-cü il tarixli Qərarı ilə İddiaçı MMC-nin keçirilmiş səyyar vergi yoxlamasının nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2023-cü il tarixli inzibati şikayət təmin edilməyərək, xx.xx.2023-cü il tarixli **********169521 nömrəli səyyar vergi yoxlaması aktı əsasında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********173063 nömrəli qərar dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə aşağıdakilar müəyyən olunmuşdur: -Təqdim edilmiş iş materiallarında müəssisənin gəlirinin əldə edilməsi ilə bağlı olan bir qism xərc sənədlərinə (İddiaçı MMC tərəfindən təqdim edilən e-qaimə fakturaları özündə əks etdirən cədvəl) dair cədvəl məlumatları mövcuddur ki, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) təqdim edilmiş iş materiallarında olan cədvəl məlumatlarında öz əksini tapmışdır. Bundan əlavə qeyd edilir ki, həmin sənədlərin xərc kimi nəzərə alınması vergi qanunvericiliyinin tələblərinə uyğundur. -Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən müəssisə tərəfindən 2019-cu ildə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin məbləği 10862,25 manat müəyyən olunur. Həmçinin qeyd edilir ki, tədqiqi hissədə göstərildiyi kimi, səyyar vergi yoxlaması ilə müəssisəyə hesablanmış 2020-ci ilə dair mənfəət vergisinin düzgünlüyü müəyyən olunur. Bundan başqa qeyd edilir ki, tədqiqi hissədə göstərildiyi kimi, əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi ilə bağlı məhkəməyə 25 noyabr 2024-cü il tarixli vəsatət göndərilmişdir. Vəsatətə cavab olaraq xx.xx.2025-ci il tarixdə əlavə sənədlər (vergi ödəyicisinin satışı ilə bağlı elektron qaimə-fakturalar) Mərkəzə təqdim edilmişdir. Lakin vəsatətdə qeyd edilən ödənişlərə dair sənədlər hazırkı tədqiqata təqdim edilməmişdir. Qeyd edilir ki, Vergi Məcəlləsinin tələblərinə əsasən ƏDV üzrə hesablamanın aparılması üçün ödəniş sənədlərinin olması zəruridir. Bu səbəbdəndə Vergi Məcəlləsinin tələbləri nəzərə alınmaqla, 2019-cu ilin müvafiq ayları üzrə ƏDV-yə dair hesablama aparılmadı. Bundan başqa qeyd edilir ki səyyar vergi yoxlaması aktında yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 175.1 -ci maddəsinin tələblərinin pozulduğu müəyyən edildiyi göstərilmişdir. Belə ki, aktda elektron qaimə fakturanın əsas məbləği bank vasitəsilə ödənilmədiyi üçün əvəzləşdirmədən çıxarılaraq, 17000,00 manat ƏDV hesablandığı göstərilmişdir. Bununla bağlı qeyd edilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.7 maddəsində aşağıdakılar göstərilmişdir: Bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən bu məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutlan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Göründüyü kimi, həmin əməliyyatlara vergi tutulan əməliyyat kimi baxılmır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.1. Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; 14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; 14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; 14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; 14.3.6. vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda). 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; (-) “İnzibati icraat haqqında” Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisələndirilən qərar əsasında iddiaçıya 2019-cu il üzrə 93.374,57 manat mənfəət vergisi, həmin il üzrə 19767,60 manat ƏDV vergisi, ümumilikdə 113.142,17 manat əlavə vergi hesablanmış və həmin məbləğə münasibətdə 57051,09 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunmalıdır ki, tərəflər arasında yaranmış mübahisənin səbəbi – yoxlanılan dövr üzrə iddiaçının apardığı əməliyyatlara dair vergitutma anı barədəki fikir ayrılığıdır. İlk öncə məhkəmə, inzibati aktın prosessual hüquq normalarının pozulması (yoxlama zamanı dayandırmanın aparılması və yoxlama müddətinin uzadılması barədə inzibati aktın reyestrə daxil edilməməsi) ilə qəbul edildiyini diqqətə çatdırır. Belə ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyi hallarda növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Hazırkı iş üzrə isə cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə ızah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, yuxarıda istinad olunan normaya (VM-nin 38.3-cü maddəsinə) görə növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddənin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Hazırkı mübahisəyə münasibətdə isə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə, mübahisələndirilən qərarın mahiyyətinə dair hüquqi mövqeyini ifadə edərək bildirir ki, 27 aprel 2023-cü il tarixli, **********169521 saylı səyyar vergi yoxlaması aktının mənfəət vergisinə dair hissəsində göstərilmişdir ki, vergi orqanı tərəfindən 2019– 2021-ci illəri əhatə edən səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən tələb olunan maliyyə sənədləri təqdim edilməmiş, eyni zamanda mühasibat uçotu aparılmamış və ya qanunvericiliyə uyğun şəkildə aparılmamışdır. Bu səbəbdən, Vergi Məcəlləsinin 64.14-cü maddəsinə əsasən, müəssisənin vergitutma obyekti şərti rentabellik norması tətbiqi yolu ilə müəyyən edilmişdir. Bundan əlavə, analoji fəaliyyət sahəsində olan digər vergi ödəyicilərinin müəyyən edilməsi məqsədilə müvafiq struktur bölməyə sorğu göndərilmiş, lakin təqdim edilmiş məlumatlar əsasında müəssisənin iqtisadi göstəriciləri, işçi sayı və digər göstəricilərinin seçilmiş analoji vergi ödəyicilərinin göstəriciləri ilə uyğun gəlmədiyi müəyyən edilmişdir. Bu səbəbdən Vergi Məcəlləsinin 83.9-cu maddəsi tətbiq olunmuş, yəni müəssisənin mənfəətinin (gəlirinin) birbaşa müəyyən edilməsi mümkün olmadığından, müəssisənin müəyyən edilmiş xərclərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 saylı Qərarı (04 aprel 2003-cü il tarixli, 42 saylı dəyişikliklə) ilə təsdiq edilmiş 20% şərti rentabellik səviyyəsi tətbiq edilməklə mənfəət məbləği hesablanmışdır. Məhkəmə araşdırmaları nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı barəsində hesablanmış 93.374,57 manat məbləğində mənfəət vergisi öhdəliyinin yalnız 10.862,25 manat olan hissəsi hüquqi əsaslara malikdir. Belə ki, məhkəmə-ekspertiza tədqiqatı zamanı müəssisənin gəlir əldə etməsi ilə bağlı bir sıra xərc sənədləri təhlil edilmiş, xüsusən İddiaçı MMC tərəfindən təqdim edilmiş e-qaimə-fakturalar üzrə cədvəl məlumatları araşdırılmışdır. Bu sənədlərdə göstərilən məlumatlar, sənədin növü, adı, rekvizitləri (tarixi, seriyası və nömrəsi) iş materiallarında təqdim edilmiş cədvəllə uyğunluq təşkil etmişdir. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi” Qaydalarının 1.4-cü bəndinə əsasən ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Bunun əsasında nəzərə alınmalıdır ki, e-qaimə-fakturalar və digər analoji sənədlər “ciddi hesabat blankı” statusuna malikdir və onlar vergi uçotu baxımından xərclərin təsdiqi üçün hüquqi qüvvəyə malik rəsmi sənədlər hesab olunur. Bu status onların itirilməsi, saxtalaşdırılması və ya düzgün rəsmiləşdirilməməsinin vergi ödəyicisi üçün hüquqi məsuliyyət doğurması deməkdir. Ekspertiza nəticələri göstərmişdir ki, təqdim edilmiş sənədlər qanunvericiliyin tələb etdiyi formada tərtib edildiyindən, onların xərc kimi nəzərə alınması vergi qanunvericiliyinə tam uyğun hesab olunur. Buna görə də, məhkəmə belə qənaətə gəlir ki, səyyar vergi yoxlaması aktında mənfəət vergisinin hesablanmasına dair qərar yalnız 10.862,25 manatlıq hissədə əsaslıdır. Qalan məbləğ (82.512,32 manat) isə əsassız olduğundan, mübahisələndirilən qərar həmin hissəsi ləğv edilməlidir. Məhkəmə, ƏDV məbləğinə münasibətdə hesab edir ki, mübahisələndirilən qərar həmin hissədə də əssasızdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamə əsasında əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDVsiz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Məhkəmə bildirir ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə malların (işlərin, xidmətlərin) alınması zamanı ödənilmiş ƏDV məbləği yalnız o halda əvəzləşdirilir ki: -Əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından, malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilmiş olsun; -ƏDV məbləği isə ƏDV-nin depozit hesabına köçürülmüş olsun. Bu maddənin tətbiqi məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter qaydasında verilməsi, qarşılıqlı maliyyə öhdəliklərinin əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə ödənişlərin həyata keçirilməsi, malları təqdim edən şəxsin bank hesabına ödəniş edilmiş hesab olunur. Məhkəmə müəyyən edir ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə görə ƏDV üzrə əvəzləşdirmə hüququnun həyata keçirilməsi üçün ödənişin yuxarıda göstərilən qaydada sənədləşdirilməsi zəruridir. Vergi orqanının tərtib etdiyi səyyar vergi yoxlaması aktında göstərilmişdir ki, elektron qaimə-fakturanın əsas məbləği bank vasitəsilə ödənilmədiyinə görə, həmin əməliyyat üzrə ƏDV əvəzləşdirilməsi qəbul edilməmiş və nəticədə 17.000,00 manat məbləğində ƏDV hesablanmışdır. Lakin məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən, ƏDV-ni əvəzləşdirmək hüququ olmayan şəxsin malları təqdim etməsi vergi tutulan əməliyyat hesab edilmir. Əgər əvəzləşdirmə hüququ yalnız qismən məhdudlaşdırılmışdırsa, əməliyyatın dəyəri müvafiq nisbətdə azaldılmalıdır. Belə olan halda, konkret iş üzrə mübahisələndirilən əməliyyat 159.7-ci maddənin tələblərinə uyğun olaraq vergi tutulan əməliyyat kimi qiymətləndirilə bilməz və bu əməliyyat üzrə 17.000,00 manat məbləğində ƏDV-nin hesablanması hüquqi əsasa malik deyil. Məhkəmə hesab edir ki, vergi orqanının qəbul etdiyi qərar ƏDV məbləğinin hesablanması hissəsində əsassız olmuş və Vergi Məcəlləsinin 159.7-ci maddəsinin tələblərinə ziddir. Məhkəmə mənfəət və ƏDV vergiləri üzrə əsas borca münasibətdə hesablanmış maliyyə sanksiyasına münasibətdə bildirir ki, qərar həmin hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmadığı halda, o, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz Beləliklə, qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq məhkəmə qeyd edir ki, şübhə yoxdur ki, vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası vergi ödəyiciləri barəsində tətbiq edilən məsuliyyət tədbirlərindən biri kimi çıxış edir. Vergi hüquq pozuntusuna yol verildiyi müəyyən edildikdə tətbiq edilən bu tədbir öz mahiyyətinə görə vergi qanunvericiliyinin pozulması zamanı tətbiq edilən digər məsuliyyət tədbirləri ilə eyni hüquqi təbiətə malikdir. Vergi Məcəlləsində qəbul edilmiş hüquqi dövlət prinsipinin tələblərindən irəli gələn əsas yanaşma isə ondan ibarətdir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Göründüyü kimi vergi qanunvericiliyinin pozuntusunda şəxsin təqsirli hesab edə bilmək üçün iki haldan biri mövcud olmalıdır – 1) şəxs və ya Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilmiş olmalıdır və ya 2) şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə vergi pozuntusu törətməkdə təqsirli bilinməlidir.Bu hallardan hər hansı birinin olmaması isə vergi ödəyiciyisinin təqsirziliyi prezumpsiyası üçün əsas verir. Hazırki işin faktiki hallarından da göründüyü kimi mübahisələndirilən qərar mənfəət (10.862,25 manat hisssəsində istisna olmaqla) və ƏDV hissələrində əsassız olduğundan, həmin vergilərə münasibətdə maliyyə sanksiyasının tətbiqindən də söhbət gedə bilməz. Odur ki, qərar həmin vergilərə münasibətdə hesablanmış maliyyə sanksiyası hissəsində də ləğv edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İPM-in 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər inzibati məhkəmə icraatının iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9349 ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Qeyd olunan məbləğ iddiaçıdan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Mərkəzinin (X2, kod 210005, (VÖEN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ**********0**********, SFİFTBİK CTREAZ22)) xeyrinə tutulmalıdır. qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli **********173063 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” qərarı 10862,25 manat məbləğində mənfəət vergisinin hesablanması və həmin məbləğə tətbiq olunmuş maliyyə sanksiyası hissələri istisna olmaqla qalan hissədə ləğv edilsin. İddia qalan hissədə təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində prosessual xərc İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar