Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4981/2023 28.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 xx.xx.1985-xx.xx.1988-ci illərdə 115 №-li X6 Məktəbində (indiki X7) “Heyvandarlıq fermaları üçün mexanizator” ixtisası üzrə təhsil aldığı, 1988-1990-cı illərdə hərbi xidmətdə olduğu və xx.xx.1991-xx.xx.1998-ci illərdə Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatının təmizlik şöbəsində sürücü peşəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X4 12 dekabr 2012-ci ildə vəfat etmişdir. Mərhum atası xx.xx.1985-xx.xx.1988-ci illərdə 115 saylı X6 Məktəbində (indiki X7) “Heyvandarlıq fermaları üçün mexanizator” ixtisası üzrə təhsil almış, 1988- 1990-cı illərdə həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1991-xx.xx.1998-ci illərdə Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatının təmizlik şöbəsində sürücü işləmişdir. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, ona imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Buna görə də hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirilməsi tələb edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. İddiaçı X1 məhkəməyə təqdim etdiyi iddia ərizəsindən məlum olur ki, iddiaçının 22 yaşı var və əyani təhsil alır. İddiaçının ərizəsinə əsasən onun mərhum atası X4 xx.xx.2012-ci ildə vəfat etmişdir. Bununla yanaşı o, qeyd edir ki, mərhum atası xx.xx.1985-ci il tarixdə 115 № Texniki Peşə Məktəbinin (indiki X7) “Heyvandarlıq fermaları üçün mexanizator” ixtisasına daxil olmuş, 25 iyun 1988-ci il tarixdə əyani formada tam orta təhsil almaqla həmin ixtisas üzrə kursu bitirmiş və 090352 nömrəli diplom almışdır. 1988- 1990-cı illərdə keçmiş Sovet Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1991-ci ildən xx.xx.1998-ci il tarixədək Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatı təmizlik şöbəsində sürücü işləmişdir. İddiaçının iddiasına əsasən atasının ölümü onun ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsinə əsas verir. Bununla əlaqədar, ilk olaraq, iddiaçı tərəfindən Fondun mərkəzi filialına ərizə ilə müraicət edilmiş və ailə başçısını itirməyə görə əmək pensiyasını xahiş edilmişdir. Müraciətə uyğun olaraq bildirilmişdir ki, qanunvericiliyə əsasən iddiaçının mərhum atasının sosial sığorta stajının qanunvericiliklə tələb olunan müddətdən az olması İddiaçı müraciətində bildirilən əmək pensiyasının təyin edilməsinə əsas vermir. Cavabdeh, müraciətlə əlaqəli olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə istinad etmiş və orada ailə başçısını itirməyə görə pensiya təyin edilməli olan şəxslər göstərilmişdir. Bu əsasla, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli **********8 nömrəli “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubda bildirilmişdir ki, İddiaçı mərhum atasına məxsus hərbi bilet və təhsil haqqında arayışa əsasən onun sığorta stajı 4 il 10 ay təşkil edir. İddiaçının təqdim etdiyi mərhum atasının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli **********3 nömrəli “sığorta stajının araşdırılması haqqında” məktubla iddiaçıya qeyd olunan dövrlərin araşdırılmasının zərurəti barədə məlumat verilmişdir. Fondun 1 saylı Mərkəzi Aran regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının mərhum atasının əmək kitabçasının surətində qeyd olunmuş Kürdəmir rayonu Kommunal Müəssisələri Kombinatının xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan əmək haqqı cədvəlləri Kürdəmir rayonu Dövlət Arxivinə təhvil verilməyib. İddiaçıva məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.2000-ci il tarixdə doğulmuşdur və müraciətin edildiyi tarixdə iddiaçının 22 yası tamam olmuşdur. İddiaçının təqdim etdiyi X3 məxsus ölüm haqqında şəhadətnamədə mərhum atasının xx.xx.2012-ci ildə kəskin ürəkdamar çatışmazlığı səbəbiylə öldüyü qeyd edilir. İddiaçı həmçinin əyani təhsil arayışlarını da sosial müavinət aldığı ücün Mərkəzi filiala təqdim etmişdir. Qevd olunanlara əsasən əmək pensiyası hüququ verən iddiaçıya nisbətdə qanunvericiliklə tələb olunan 9 il olmadığından ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması mümkün deyil. Qeyd olunanlara əsasən cavabdehin imtinası qanunidir. Əlavə olaraq “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4.1-ci maddəsinə əsasən vəfat etmiş şəxsin uşaqlarına 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququ vardır. Qeyd edilən maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə sosial müavinət təyin edilib, xx.xx.2022-ci il tarixdən 100 manata çatdırılmışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçıya məxsus AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.2000-ci il tarixdə doğulmuşdur. - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********8 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1-ci maddəsinə uyğun olaraq vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış övladları, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz mərhum atanız X3 məxsus hərbi biletinin surətinə və təhsil haqqında arayışına əsasən sığorta stajı 4 il 10 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən (9 ildən) azdır. Əlavə olaraq bildiririk ki, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1991-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Mərkəzi Aran regional filialının aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş Kürdəmir rayonu Kommunal Müəssisələri Kombinatının xx.xx.1991-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək əmək haqqı cədvəlləri Kürdəmir rayonu Dövlət Arxivinə təhvil verilməyib. Bu səbəblə R.Həmidovun həmin müəssisədən əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmadığı üçün sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanlara əsasən sizə atanız R.Həmidovun ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4.1-ci maddəsinə əsasən vəfat etmiş şəxsin uşaqlarına 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququ vardır. Qeyd edilən maddənin tələblərinə əsasən sizə xx.xx.2019-cu il tarixindən ailə başçısını itirməyə görə sosial müavinət təyin edilib, xx.xx.2022-ci il tarixindən 100 manata çatdırılıb. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.” - Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsi X5 53 saylı xx.xx.2022-ci il tarixli arayışı ilə bildirilmişdir ki, X4 01 sentyabr 1985-ci il tarixdə 115 №-li X6 Məktəbinin (indiki X7) “Heyvandarlıq fermaları üçün mexanizator” ixtisasına daxil olmuş, 25 iyun 1988-ci il tarixdə əyani formada tam orta təhsil almaqla həmin ixtisas üzrə kursu bitirmiş və 090352 nömrəli diplom almışdır. - 090352 saylı diplomdan görünür ki, X4 xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək 115 №-li X6 Məktəbində (indiki X7) “Heyvandarlıq fermaları üçün mexanizator” ixtisası üzrə təhsil almışdır. - X3 məxsus ******* saylı hərbi biletdən görünür ki, o, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatının 82 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X4 xx.xx.1991-ci ildən xx.xx.1998-ci ilədək Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatının təmizlik şöbəsində sürücü peşəsində işləmişdir. - X3 məxsus İT-İ ******* saylı xx.xx.1993-cü il tarixli əmək kitabçasından görünür ki, X4 xx.xx.1991-ci ildən xx.xx.1998-ci ilədək Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatının təmizlik şöbəsində su çiliyən avtomaşında sürücü peşəsində (əmr № 92, 16 iyul 1991) işləmişdir. - xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X4 xx.xx.2012-ci il tarixdə ölmüşdür.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.15. Əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: (-) 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; (-) İş materiallarından görünür ki, iddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vemişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2000-ci il tarixdə doğulmuş və cavabdehə müraciətin edildiyi tarixdə 22 yası tamam olmuşdur. İddiaçının təqdim etdiyi mərhum atası X3 aid sənədlərə görə, o, xx.xx.1985- xx.xx.1988-ci illərdə 115 №-li X6 Məktəbində (indiki X7) təhsil aldıgı, xx.xx.1988-xx.xx.1990-cı illərdə həqiqi hərbi xidmətdə oldugu, xx.xx.1991-xx.xx.1998-ci illərdə Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatının təmizlik şöbəsində sürücü işlədiyi dövrlər nəzərə alınmaqla ümumilikdə 11 il 4 ay 12 gün stajı toplanmışdır. Belə ki, iddiaçının mərhum atası (xx.xx.1970-ci ildə doğulmuş) xx.xx.2012-ci il tarixdə öldüyündən iddiaçıya təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan və ən çoxu 23 yaşına çatanadək ailə başçısını itirməyə görə əmək pensiyasının tələb olunması üçün 9 il staj tələb olunur ( (42 il – 15 il) x 4 ay = 108 ay = 9 il). Belə olan halda, iddiaçının mərhum atasının saglıgında tələb olunan 9 ildən artıq 11 il 4 ay 12 gün stajı topladıgı üçün onun övladı olan iddiaçının ailə başçısını itirməyə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə müvafiq olaraq pensiya hüququ yarandıgından onun müraciətinin təmin edilməsindən imtina edilməsi qanunsuz olmuşdur. Məhkəmə cavabdehin Kürdəmir rayonu Kommunal Müəssisələri Kombinatının xx.xx.1991-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək əmək haqqı cədvəllərinin Kürdəmir rayonu Dövlət Arxivinə təhvil verilmədiyindən mərhum R.Həmidovun həmin müəssisədən əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmadığı üçün sözügedən dövrlərin sığorta stajına daxil edilməsinin qanunvericiliklə nəzərdə tutulmaması barədə dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatının 82 saylı xx.xx.2022-ci il tarixli arayışından və İT-İ ******* saylı xx.xx.1993-cü il tarixli əmək kitabçasından da göründüyü kimi mərhum atası X4 xx.xx.1991- xx.xx.1998-ci illərdə həqiqətən Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatının təmizlik şöbəsində su çiliyən avtomaşında sürücü peşəsində (əmr № 92, 16 iyul 1991) işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mərhum atasının həmin müəssisədən əməkhaqqı alıb-almadığını şübhə altına alması ehtimallara əsaslanır. Buna görə də cavabdeh inzibati orqanın imtina üçün gətirdiyi dəlili əsassızdır. Bundan əlavə, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliklə bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Yəni, mərhumun xx.xx.1991- xx.xx.1998-ci illərdə hətta əmək haqqı belə almaması həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmamasını istisna edir. xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 7-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının mərhun atasının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisənin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmişdir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq iddaçıya münasibətdə tətbiq edilməli olan normativ hüququ aktı düzgün realizə etməmişdir. Buna görə də iddiaçıya cavabdeh tərəfindən əmək pensiyasının təyin edilməməsi əsassızdır. Yuxarıda göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün məhkəmə iddiaçının hazırkı tələbinin əsaslı və qanuni olduğunu hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Göründüyü kimi, iddiaçının mərhum atası işləyərək məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün onun tərəfindən ödənilmiş məbləğ hazırda iddiaçının mülkiyyəti hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Mehriban Qarayeva