Məhkəmə qərarları › İş №2-1(112)-4982/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4982/2022

17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4982/2022 17.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «inzibati aktın ləğv edilməsi, əlilliyə görə pensiya hüququnun bərpa edilməsi və pensiyanın dayandırıldığı gündən hesablanaraq ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 12 yanvar 1999-cu il tarixdən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti sıralarında kapitan rütbəsində həqiqi hərbi xidmətdə olmuşdur. Xidmətini 17 avqust 2009-cu il tarixədək davam etdirmiş və XDMX rəsinin 17 avqust 2009-cu il tarixli 120 şh nömrəli əmri ilə xəstəliyi səbəbilə xidmətdən ehtiyata buraxılmışdır. O, “Şəkərli diabet İİ tip. İnsulin tələbli diabetik polineyropatiya” diaqnozu ilə 10 fevral 2016-cı il tarixdən İİ qrup əlildir. “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik vəziyyətinin qiymətləndirilməsi üçün “Bakı XDMX Müalicə- Diaqnostika Mərkəzi” 3859003AAAEY nömrəli göndərişi əsasında 17 iyun 2021-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlamətləri təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı hərbi səbəblə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. müraviətə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən verilmiş 12 noyabr 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»yə müvafiq olaraq “diaqnoz əlillik əlaməti təyin etmir” barədə əsaslı və düzgün qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır, onun əmək və pensiya hüquqlarını pozur. Onların münasibətlərinin həlli yalnız məhkəmə qaydasında mümkündür. O (iddiaçı), həqiqi hərbi xidmət keçmişdir və işə qəbul olarkən sağlam vəziyyətdə olmuşdur. Müvafiq olaraq hər il tibbi müayinələrdən keçmiş və profilaktik peyvəndlər olunmuş, müvafiq diaqnostik müayinələrdən keçmişdir. Hərbi xidmətə tam yararlı olmağı səbəbilə həm hərbi xidmət keçmiş, həm də müvafiq orqana işə qəbul olmuşdur. «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları” hissəsinə görə iddiaçıda şəkərli diabetin ağır formasıdır (şəkərli diabet, tip İİ, subkompensə mərhələsində). Eyni zamanda, həmin şəkərli diabet xəstəliyi səbəbindən tibbi-sosial ekspertiza komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışdan (iddia ərizəsinə əlavə edilmişdir) da görünür ki, onda bir sıra başqa xəstəliklər də aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»nın 4.2-ci bəndinə əsasən insan orqanizmi funksiyalarının İİİ dərəcə itirilməsi (61 – 80%) ilə bağlı əlillik, xəstəliklər, çatışmazlıq və zədə fəsadlarından irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında təyin edilir. 11.2-ci bəndə dair qeyddə göstərilmişdir ki, şəkərli diabet səbəbindən insan orqanizminin funksiyalarının davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi şəkərli diabetin ən geniş yayılmış endokrin patologiyası olaraq xroniki əlillik vəziyyətinə çatdıran fəsadlaşmalara gətirən xəstəlik olduğunun nəzə alınması ilə aparılır. Şəkərli diabetin ağırlaşmalarına kamorbidliyin yüksək göstəriciləri ilə səciyyələnən diabetik mikro və makro angiopatiyalar aid edilir və müvafiq xədvələ uyğun olaraq iddiaçıda E11 XBT kodu ilə onun xəstəlikləri müəyyən olunmuşdur. O, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində işə qəbul olunarkən «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə uyğun olaraq qəbul olunmuşdur və həmin Əsasnamənin tələblərinə uyğun hərbi rütbələr almış, hərbi xidmət üzrə irəli çəkilmişdir. Müvafiq kurslar, təlimlər (müxtəlif ölkələrdə komando kursları), attestasiyalar keçmişdir. Qanunvericliyin tələbləri və işin faktiki hallarına görə iddia qanuni və əsaslıdır, təmin edilməlidir. Belə ki, o (iddiaçı), işə qəbul olunan zaman müayinədən keçərkən sağlamlıq vəziyyətində heç bir problemi olmamışdır, işdən azad olunmasının səhhəti ilə bağlılığı sənədlərdə öz əksini tapır və əlilliyi qanuna müvafiq olaraq müəyyən edilmişdir, cavabdehin verdiyi sənəd 2015-ci il normativ aktına istinad olunur, halbuki, iddiaçı 2009-cu il tarixdə işdən çıxmışdır, bu isə, Azərbaycan Konstitusiyasının 149-cu maddəsinə əsasən ona şamil edilə bilməz, onun pensiya hüququnun təmin edilməməsi ona maddi və mənəvi zərər vurur, uzun müddət iş stajının itməsinə səbəb olur. Sadalananlardan görünür ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Yəni əmək fəaliyyəti prosesində aldığı xəstəlik nəticəsində faktiki olaraq işdən çıxarılmışdır və bundan sonra ona xəstəliyi ilə bağlı əlillik verilmişdir. Belə olduğu halda o, əsassız olaraq cavabdehin qanunsuz hərəkəti nəticəsində 12 ildən çox (23 ilə yaxın hərbi stajı olduğu halda) əmək fəaliyyətindən kənarda qalmış və əmək fəaliyyətində irəli çəkilmə şansından, gələcəkdə yüksək pensiya almaq imkanıdan məhrum edilmişdir. Ona pensiya təyin edilərkən işlədiyi dövlət qurumu əməkdaşların sağlamlığını ciddi nəzarətdə saxlayır və onları tez-tez tibbi müayinədən keçirirdi. Xəstəliyi nəticəsində onun gözü, prostat vəzi və bir çox daxili orqanları zərər çəkmişdir və bunun nəticəsində iddiaçıda əsəb pozğunluğu əmələ gəlmişdir. Cavabdehin hansı formada araşdırma apararaq onun əlilliyini təsdiq etməməsi qeyri-müəyyəndir. Belə ki, məlumdur ki, şəkərli diabet xəstəliyi müalicə olunmazdır və ildən-ilə xəstəliyin vəziyyəti ağırlaşır. Sadalanan normativ aktlar tələbin qanuni və əsaslı olmasını təsdiq edir. Azərbaycan respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik verilərkən qanunvericiliyin hansı şərtlərinin pozulduğu imtina məktubunda göstərilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38, 149-cu maddələrinə, İPM-in 1.2, 2.2.1, 13, 33.1, 33.2-ci maddələrinə, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 155-ci maddəsinin “a” bəndinə, 156-cı maddəsinin “v” bəndinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə, «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin 5.3, 7.1-ci bəndlərinə, «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.3, 1.5.1.1-ci bəndlərinə əsaslanaraq, cavabdehin imtina barədə inzibati aktının ləğv olunması, iddiaçının əlilliyə görə pensiya hüququnun bərpa olunması və pensiyanın dayandırıldığı vaxtdan bu günədək hesablanması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”, “X4 Nizamnaməsi”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1” təsdiq edilmişdir. Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki, (5.1) bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X10, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir Məhkəmənin 21 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin Nazirliyin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. Cavabdehin nümayəndəsinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı əlillik vəziyyətinə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Poliklinikasının 19 avqust 2019-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 – Şəkərli diabet => E10 – İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip, orta ağır gedişli, diabetik polineyropatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Şəkərli diabet İİ tip, orta ağır gedişli, diabetik polineyropatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Poliklinikasının 14 yanvar 2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 – Şəkərli diabet => Е10 – İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip, orta ağır gedişli, diabetik polineyropatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Şəkərli diabet İİ tip, orta ağır gedişli, diabetik polineyropatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Xüsusi Dövlət Mühafizə Xidmətinin Müalicə-Diaqnostika Mərkəzinin 10 fevral 2015-ci tarixli 3859003AAAAJ saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 – Şəkərli diabet => E11 – İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip.insulin tələbli diabetik polineyropatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə bir il müddətinə əlillik |dərəcəsi verilmişdir. Elektron təyinatla 10 fevral 2016cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 – Şəkərli diabet => E11 – İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip.insulin tələbli diabetik polineyropatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Xüsusi Dövlət Mühafizə Xidmətinin Müalicə-Diaqnostika Mərkəzinin 17 mart 2021-ci il tarixli 3859003AAAEY saylı göndərişi əsasında baxılmış və “X2: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 – Şəkərli diabet => Е10 – İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, İnsulindən asılı olmayan şəkərli diabet. Qlukovans 500/5 – gündə 2 dəfə daimi.Qlukofaj 1000 mg gündə 1 dəfə. Ağırlaşma E11.4 İnsulindən asılı olmayan şəkərli diabet, Nevroloyi ağırlaşmalarla, Diabetik polineyropatiya. Milqamma 2,0 – Əzələ daxilinə 5 gün. Tiaqamma 100,0 – Vena daxilinə 10 gün Qabaqamma 300 mg – per os 1 ay Ağırlaşma E11.3 İnsulindən asılı olmayan şəkərli diabet, Gözlərin zədələnməsi ilə, İnsulindən asılı olmayan şəkərli diabet, Gözlərin zədələnməsi ilə. Hər iki gözün diabetik angiopatiyası. OMK 1 hər iki gözə gündə 2 dəfə. Navita plus hər iki gözə gündə 2 dəfə. Yanaşı xəstəliklər M23.2 Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, Sağ diz oynağının meniskopatiyasına görə aparılmış meniskoektomiya cərrahı əməliyyatından sonrakı vəziyyət. Ayaq üstü vəziyyətdə karsetdən istifadə. Yanaşı xəstəliklər K70 Qaraciyərin alkoqol xəstəliyi, Qaraciyərin piy distrofiyası.Essensiale 5,0 – vena daxili 5 gün.Essensiale 2 kapsuldan 2 dəfə per os. Yanaşı xəstəliklər N21 Sidik yollarının aşağı şöbələrinin daşları, Sidik yollarının aşağı şöbələrinin daşları.Fitolizin 1 qaşıq gündə 3 dəfə 10 gün Kanefron 2 tabletka gündə 3 dəfə 10 gün; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: Əlavə müalicə-ixtisaslaşmış müalicə davam etsin” səbəbi ilə imtina verilmişdir. Xüsusi Dövlət Mühafizə Xidmətinin Müalicə-Diaqnostika Mərkəzinin 17 mart 2021-ci il tarixli 3859003AAAEY saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 – Şəkərli diabet => E11 – İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq «Əlilliyin müəyyən olunması meyarları»na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxanda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEKə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya 2021-ci ilin fevral ayından etibarən ikinci dərəcə əlilliyin təyin edilməsi» qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, onun görmə qabiliyyətində ciddi xəstəlik olduğu halda, tibb müəssisəsi göndəriş barədə “Forma 88” tərtib edərkən bununla bağlı məlumat əks olunmamışdır, bu isə, onun günahı deyil. Ona “Şəkərli diabet” diaqnozu qoyulmuşdur, hazırda həmin xəstəlik daha kəskin dərəcədədir. Cavabdeh orqanda fəaliyyət göstərən müvafiq komissiya onun əlilliyinin təyinatı məsələsini səthi formada araşdırmış və obyektiv qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, iddiaçı əyani müayinəyə dəvət oluna bilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əssən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndiriıməsi Qaydası»na görə: - (1.2-ci bənd) Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza AR ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir; - (2.1-ci bənd) Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya AR Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır; - (2.2-ci bənd) Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; - (2.3-cü bənd) Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEKə göndərilir; - (2.4-cü bənd) TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 iş gününədək uzadıla bilər; - (2.10-cu bənd) İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X3 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Xidmətə təqdim edir. Xidmət qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbisosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur; - (2.2) İkinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: - (2.2.7) endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0- E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); - (2.2.9) qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9). İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmənin 14 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sullar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 ekspertlərinə həvalə edimişdir: - xx xxxx 1973-cü il tarixdə doğulmuş İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdurmu? - xx xxxx 1973-cü il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur (XBT-10-a uyğun xəstəliyin kodu göstərilməklə)? bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsinin verilməsinə əsas verirmi? - xx xxxx 1973-cü il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı sağlamlıq vəziyyətinə görə əlavə müalicəyə ehtiyacı varmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 10 may 2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş həmin tarixli T 155/2022 saylı ekspert rəyində aşağıdakılar qeyd olunur: - 1) Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş göndəriş tam doldurulmuşdur; - 2) Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, “insulindən asılı olmayan şəkərli diabet; Ağırlaşma: diabetik polineyropaliya. hər İkİ gözün diabetik angiopatiyası, gözlərin zədələnməsi ilə” diaqnozundakı xəstəliklərdən əziyyət çəksə də, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyin edilməsinə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair» Əsasnamənin maddələrini aid etmək mümkün deyil; - 3) Vətəndaş İddiaçı düçar olduğu xəstəliklərlə əlaqədar mütəmadi olaraq qanda şəkərin miqdarının korreksiyası üçün dərman qəbul etməsi məcburidir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə qərardadı ilə təyin olunmuş ekspertiza Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 tərəfindən keçirilsə də, qurumun 10 may 2022-ci il tarixli ekspetiza rəyini ekspert qismində imzalayan iki şəxsdən biri hazırkı cavabdeh inzibati orqanın tibbi-sosial eksperti olmuşdur. Məhkımənin qənaətinə görə qeyd edilən hal həm proses iştirakçılarında, həm də kənar müşahidəçidə həmin rəyin qərəzsiz olaraq verilməsinə dair obyektiv şübhə yaranmasına əsas ola bilər. Odur ki, məhkəmə sözügedən rəyi mötəbər sübut qismində qiymətləndirmir. Məhkəmə eyni zamanda vurğulayır ki, işin hallarına əsasən İddiaçı tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə və cavabdeh inzibati orqanın imtinasında xəstəliyin ağırlaşması olaraq “hər iki gözün diabetik angiopatiyası. gözlərin zədələnməsi ilə” göstərilsə də, həmin xəstəliyin XBT-10-a uyğun kodu əks olunmamışdır ki, bu da iddiaçıda müəyyən olunan xəstəliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.2.9-cu bəndinə əsasən görmə pozuntularının dərəcəsinin müəyyən edilməsini mümkün etmir. Məhkəmə qeyd edir ki, bu hal göndərişin (forma-88) natamam doldurulması kimi qiymətləndirilir və əlilliyin təyin edilməsindən imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 2.9-cü bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Məhkəmə hüquqi mövqeyi belədir ki, iddiaçının “görmə pozuntuları”nı müəyyən edən xəstəliyin diaqnozunun düzgün təyin edilməsi və ona uyğun gələn XBT-10-a müvafiq kodun dəqiqləşdirilməsi üçün tibb müəssisəsi tərəfindən verilən göndəriş qeyd olunan əsasla geri qaytarılmalı, həmin müəssisədən sadalananlar nəzərə alınmaqla xəstənin (iddiaçının) vəziyyətinə uyğun tam doldurulmuş göndəriş alınmalı və bundan sonra iddiaçının əliliyi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, qeyd olunan halların araşdırılması, aradan qaldırılması və qiymətləndirilməsi məhkəmə baxışı çərçivəsində mümkünsüzdür. Məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtinasını qanunsuz sayır və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: (73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; (73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; (73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı əlilliyin təyin edilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı əlilliyin təyin edilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar