Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4987/2023 24.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X31nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X11 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X31nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X31nin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi, 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Daşınmaz əmlakın dövlət reyestrində 1132 nömrəli reyestr kitabının 111736 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına qeydə alınmış Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi, 5 saylı sahə ünvanında yerləşən 0,2803 ha torpaq sahəsində (reyestr nömrəsi **********04) inşa edilmiş çoxmərtəbəli yaşayış binası üzərində mövcud vəziyyətdə İddiaçı MMC-nin xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmasını və buna dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi, 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişlər. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli, **********08 nömrəli bildiriş göndərilərək, qeyd olunan çoxmərtəbəli yaşayış binasının bir hissəsinin sənəd üzrə sahədən kənarda inşa edildiyi, həmçinin təqdim edilmiş ayrıc aktı və icarə müqaviləsində istinad olunan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 009 saylı Sərəncamının təqdim edilmədiyi, bundan əlavə çoxmərtəbəli yaşayış binasının inşa edildiyi torpaq sahəsində daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxsin adına qeydiyyata alınmış qeyri yaşayış binasının mövcud olduğu və həmin qeyri - yaşayış binasının özgəninkiləşdirilməsinə dair sənəd təqdim edilmədiyi, həmçinin sökülmüş əmlakın "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü olduğu, eyni zamanda çoxmərtəbəli yaşayış binasının istismarına icazə sənədinin təqdim edilmədiyi bildirilmişdir. Cavabdeh inzibati orqanın imtinasını qanunsuz və əsassız sayırlar. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 482 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi 5 ünvanında yerləşən tikilinin sökülüb, yerində mehmanxana binasının tikintisinin layihələndirilməsinə iddiaçıya icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 009 nömrəli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 482 nömrəli Sərəncamının 1-ci bəndinə düzəliş olunaraq, Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi 5 ünvanında sökülməsi nəzərdə tutulan tikilinin yerləşdiyi və ona bitişik 0,027 ha (icarə əsasında) torpaq sahələrində, ümumilikdə 0,3073 ha ərazidə mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün onlara icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 299 saylı Sərəmcamı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 009 nömrəli Sərəncamına əsasən onlara Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi 5 ünvanda mehmanxana binasının tikintisinin layihələndirilməsi məqsədi ilə ayrılmış 0,3073 ha torpaq sahəsinin qonşuluğunda M.Hüseynov küçəsində əlavə 0,2187 ha torpaq sahəsi ayrılmış və orada yeraltı dayanacağın tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 68 nömrəli, xx.xx.2014-ci il tarixli Sərəncamına əsasən onlara dair Bakı Şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 482 saylı və xx.xx.2013-cü il tarixli, 009 saylı və xx.xx.2013-cü il tarixli, 299 saylı sərəmcanlarında “mehmanxana binasının” ifadəsi “ticarət və iş mərkəzi binasının” ifadəsi kimi oxunması kimi dəyişiklik edilmişdir. Bundan sonra binanın lahiyəsi tərtib edilmiş və müvafiq qurumlarla razılaşdırılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 246 nömrəli, xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən ünvan 2 ünvanda yaşayış, ticarət və iş mərkəzi binasının tikintisi üçün iddiaçıya icazə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, MİHO/2.1-2-2022-4390 saylı məktubundan və 004994 nömrəli Şəhadətnamədən görünür ki, ünvan 2 ünvanda yaşayış binasına dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 246 nömrəli, xx.xx.2015-ci il tarixli tikintiyə icazə barədə məlumatlar Tikintilərin Dövlət Reyestrinə 004994 nömrəsi ilə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. Qeyd olunan ərazidə çoxmərtəbəli binanın tikintisi üçün onlar tərəfindən müvafiq dövlət qurumlarından icazələr alınmışdır, o cümlədən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binaları üçün şəhərsalma əsaslandırılması sənədləri təqdim edilmiş, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən həmin şəhərsalma əsaslandırılması razılaşdırılmışdır. Onlar qanunvericiliyin tələblərinə riayət edərək, yüksəkmərtəbəli bina inşa etmişlər. Lakin cavabdeh qanunsuz olaraq, fomal tələblərə əsaslanaraq onların çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edir. Cavabdeh imtina məktubunda Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 009 saylı Sərəncamının təqdim edilməməsini əsas gətirir. Lakin iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət olunarkən yuxarıda göstərilən 482, 009, 299, 68, 246 nömrəli Sərəncamlar və digər zəruri sənədlər ərizə ilə birlikdə təqdim edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi etirazında göstərmişdir ki, iddiaçının müvafiq tələblə bağlı müraciəti xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur. Sərəncamın araşdırılması zamanı müəyyən edilmişdir ki, qeyd olunan çoxmərtəbəli yaşayış binasının bir hissəsi sənəd üzrə sahədən kənarda inşa edilmişdir. Əlavə torpaq sahəsinə dair hüquqmüəyyəedici sənəd təqdim edilməmişdir. Həmçinin təqdim edilmiş ayrıc aktı və icarə müqaviləsində istinad olunan Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 009 saylı sərəncamı təqdim edilməmişdir. Həmçinin təqdim edilən sənədlə faktiki vəziyyət arasında perimetrik ölçü fərqi var. Eyni zamanda çoxmərtəbəli yaşayış binasının istismarına icazə sənədi təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya **********08 saylı, xx.xx.2022-ci il tarixli tarixli cavab məktubu ünvanlanmışdır. Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi, 5 ünvanında yerləşən 0.2803 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixli, 4Ə-12 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Hazırda qeyd olunan torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklüdür. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1.-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.11.5. və 4.11.12.-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması” və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim edilmiş sənədlər toplusuna əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş və xx.xx.2023-cü ildə “Elektron Məhkəmə Sistemi” vasitəsilə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X18 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. 14 avqust 2012-ci il tarixdə dövlət qeydiyyatına alınmış İddiaçı MMC-nin qanuni təmsilçisi X12r. Odur ki, X8 İddiaçı MMC-nin qanuni təmsilçisi olduğunu nəzərə alan məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti X24 Qeydiyyat İdarəsi tərəfindən verilmiş 21 dekabr 2022-ci il tarixli **********16900 qeydiyyat nömrəli çıxarışların surətindən müyyən olunur ki, 14 avqust 2012-ci il tarixdə (VÖEN) ********** nömrə ilə dövlət qeydiyyatına alınmış İddiaçı MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, ev 35, mənzil 48; qanuni təmsilçisi X15 qeyd olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının "xxxx" MMC-yə mehmanxana binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” 482 №-li, xx.xx.2012-ci il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 1/10-887 saylı razılıq məktubunu, İddiaçı MMC-nin xx.xx.2012-ci il tarixli, 01.01-03 saylı müraciətini, vətəndaş X1 və vətəndaş X16 notarial qaydada təsdiq olunmuş ərizələrini və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ******* saylı Çıxarışı nəzərə alaraq, ünvan 6 ünvanda yerləşən tikilinin sökülüb, yerində mehmanxana binasının tikintisinin layihələndirilməsinə həmin Cəmiyyətə icazə verilmişdir (Sərəncamın 1-ci bəndi). Bakı Şəhər İcra Hakimiyyəti Başçısının İddiaçı MMC-yə verilmiş Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 482 saylı sərəncamında dəyişiklik edilməsi haqqında” 009 №-li, xx.xx.2013-cü il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 1/10-887 saylı razılıq məktubunu, İddiaçı MMC-nin xx.xx.2012-ci il tarixli, 01/01-03 saylı müraciətini, vətəndaş X1 və vətəndaş X16 notarial qaydada təsdiq olunmuş ərizələrini və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ******* saylı Çıxarışı nəzərə alaraq, ünvan 6 ünvanda sökülməsi nəzərdə tutulan tikilinin yerləşdiyi və ona bitişik 0,027 ha (icarə əsasında) torpaq sahələrində, ümumilikdə 0,3073 ha ərazidə mühmanxana binasının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilmişdir (Sərəncamın 1-ci bəndi). Bakı Şəhər İcra Hakimiyyəti Başçısının İddiaçı MMC-yə yeraltı dayanacağın tikintisinin layihələndirilməsi haqqında” 299 №-li xx.xx.2013-cü il tarixli sərəncamın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı MMC-nin xx.xx.2013-cü il tarixli, 012/13 saylı müraciətini nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 009 saylı sərəncamı ilə İddiaçı MMC-yə ünvan 6 ünvanda mehmanxana binasının tikintisinin layihələndirilməsi məqsədilə ayrılmış 0,3073 ha torpaq sahəsinin qonşuluğunda M.Useynov küçəsində əlavə 0,2187 ha torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətə ayrılmış və orada yeralatı dayanacağın tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 482 saylı, xx.xx.2013-cü il tarixli, 009 saylı və xx.xx.2013-cü il tarixli, 299 saylı sərəncamlarında qismən dəyişiklik edilməsi haqqında” 68 №-li, xx.xx.2014-cü il tarixli sərəncamın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı MMC-nin xx.xx.2013-cü il tarixli, 019/13 saylı müraciətini nəzərə alaraq, MMC-yə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 482 saylı, xx.xx.2013-cü il tarixli, 009 saylı və xx.xx.2013-cü il tarixli, 299 saylı sərəncamlarında “mehmanxana binasının” ifadəsi “yaşayış, ticarət və iş mərkəzi binasının” ifadəsi kimi oxunması qərara alınmışdır. "xxxx" MMC tərəfindən tərtib olunmuş Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, Neftçilər prospekti və Qurban Abbasov küçəsinin arasında 18 mərtəbəli yaşayış, ticarət və iş mərkəzi binasının işçi layihəsinin surətindən müəyyən olunur ki, həmin layihə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 X3 Ekspertiza Baş İdarəsi tərəfindən və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının İddiaçı MMC-yə yaşayış, ticarət və iş mərkəzi binasının tikintisinə icazə verilməsi haqqında” 246 №-li, xx.xx.2015-ci il tarixli Sərəncamın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı MMCnin xx.xx.2015-ci il tarixli 05/615 saylı müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 482 saylı, xx.xx.2013-cü il tarixli, 009 saylı, xx.xx.2013-cü il tarixli 299 saylı və xx.xx.2014-cü il tarixli, 68 saylı sərəncamlarını nəzərə alaraq, ünvan 7 ünvanda yaşayış, ticarət və iş mərkəzi binasının tikintisi üçün İddiaçı MMC-yə icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 X3 Ekspertiza Baş İdarəsinin İddiaçı MMC-yə ünvanladığı xx/xx-00693 №-li, 19 mart 2015-ci il tarixli məktubunda xx.xx.2015-ci il tarixli 003/15 nömrəli təkrar məktubları ilə təqdim olunmuş “ünvan 8 ünvanında yaşayış, ticarət və iş mərkəzi”nin layihə sənədlərinə baxıb, xx.xx.2015-ci il tarixli 19844/18414 nömrəli rəyin təqdim olunduğu qeyd olunmuşdur. İddiaçı MMC-nin sifarişi əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 X3 Ekspertiza Baş İdarəsi tərəfindən tərtib olunmuş ünvan 8 ünvanında yaşayış, ticarət və iş mərkəzinə dair verilmiş 19844 №-li, xx.xx.2015-ci il tarixli rəyin surətindən müəyyən olunur ki, “ünvan 8 ünvanında yaşayış, ticarət və iş mərkəzi”nin işçi layihəsi bu rəyin 4-cü bölməsinin tələbinin yerinə yetirilməsi və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi ilə razılaşdırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X13 və X20 Agentliyi, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X14-Tədqiqat İnistutu tərəfindən verilmiş Səbail rayonu, X28 küçəsi 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ticarət) qazlaşdırılması (Sifariş № 177xx-xx-02444-QT) üçün Texniki Təhlükəsizliyə dair ekspertizanın 06-9-0283-2022 qeydiyyat №-li rəyinin surətindən müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən İddiaçı MMC tərəfindən inşa olunmuş yaşayış, ticarət və iş mərkəzi binasının təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanaqlılıq tələblərini ödəyir. Eyni zamanda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 Agentliyinin nəzdində yaradılmış Təhlil qrupunun xx.xx.2022-ci il tarixli 1177 saylı iclasında binalarının yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanaqlılıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 Agentliyinin İddiaçı MMC-yə ünvanladığı xx/xx-04757 №-li, xx.xx.2022-ci il tarixli məktubunda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 30 avqust 2007-ci il tarixli, 624 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ünvan 8 ünvanında yerləşən yaşayış, ticarət və iş mərkəzi binasında aparılmış müayinənin nəticələri Agentliyinin Təhlil qrupunun 01 iyu 2022-ci il tarixli,1177 saylı iclasında müzakirə olunduğu, müzakirlər nəticəsində binaya dair tərtib olunmuş rəyin təqdim olunduğu qeyd olunmuşdur. 14 iyul 2022-ci il tarixli Ö/005709 №-li İstismara hazırlıq aktının surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 246 nömrəli Sərəncamı ilə tikintisinə icazə verilmiş Sifarişçi İddiaçı MMC-yə məxsus (layihəçi "xxxx" MMC) ünvan 9 ünvanında yerləşən 1 girişli, zirzəmili, 17+ texniki mərtəbəli yaşayış, iş mərkəzi və ticarət binası; binanın ümumi sahəsi S=33487,30 kv. metr, binanın ümumi həcmi V=159588,83 kv. metr, o cümlədən; 1-5-ci mərtəbənin qeyri-yaşayış sahəsi S=11690,00 kv. metr, mənzillərin ümumi sahəsi S=13715,08 kv. metr, mənzillərin yaşayış sahəsi S=7952,40 kv. metr, zirzəminin ümumi sahəsi S=3897,00 kv. metr, avtodayanacağın ümumi sahəsi S=410,0 kv. metr mənzillərin ümumi sayı 33 ədəd olan odyektdə tikinti-quraşdırma işlərinin: sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, Müfəttişlik tərəfindən Dövlət nəzarətinin, müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq olunmuşdur. "xxxx" ASC tərəfindən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli PB/PBL-OUT-01553-2022 saylı məktubda qeyd olunmuşdur ki, X23 və X4 məxsus, Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 49 a nömrəli reyestr kitabının 4617 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydə alınan (Reyestr № **********04-06301, Qeydiyyat № **********) Seriya RX № ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən, Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi, 5 ünvanında yerləşən 0.28031 ha xüsusi müıkiyyətdə olan torpaq sahəsi və onun üzərində yerləşən 4467.7 kv. metr ümumi sahədən ibarət ½ hissəsi X19 məxsus, ½ hissəsi X4 məxsus olan qeyri-yaşayış binası ipotekaya qoyulmuş və həmin müqavilə dövlət notariat kontoru tərəfindən təsdiq edilmişdir. Sözügedən əmlaka qarşı Bankın heç bir iddiası qalmamışdır və Bank bu əmlakın girovdan azad olunmasına etiraz etmir. DƏDKR X31 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi, 5 saylı sahə ünvanında yerləşən 0,2803 ha torpaq sahəsi tam xüsusi mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (reyestr № **********04) ”Rossler İntro” MMC-nin adına qeydə alınmışdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********02 №-li, xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş aşağıdakı sənədlərdən: - Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 658 №-li, xx.xx.1998-ci il tarixli Sərəncamının surətindən müəyyən olunur ki, ləğv edilmiş Ticarət Nazirliyinin Respublika X7 - “Mebel” firmasının Bakı şəhəri, Səbail rayonu, Səbail prospekti, 16 ünvanında yerləşən 53 saylı mebel mağazasının bazasında “Səbail-Mebel” açıq tipli səhmdar cəmiyyəti yaradılmışdır. - “İcarəyəverən” Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə “İcarəçi” "xxxx" ASC arasında bağlanmış “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi haqqında” 579 №-li, xx.xx.2008-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 374 saylı Sərəncamına əsasən İcarəçinin xüsusi mülkiyyətində olan ünvan 13 ünvanında yerləşə qeyri - yaşayış sahəsinin yerləşdiyi ümumi torpaq sahəsi (3126,4 kv. metr) əvəzi ödənilməklə müddətli istifadəyə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi, 5 ünvanında 0,18472 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 4467,7 kv. metr olan qeyri-yaşayış binası xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə (Reyestr № **********37-06301) xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın Dövlət reyestrində 30 nömrəli reyestr kitabının 2765 nömrəli vərəqində "xxxx" ASC-nin adına qeydə alınmışdır. AN-İ seriyalı ******* №-li, xx.xx.2010-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin” surətindən müəyyən olunur ki, X23 və X5 "xxxx" ASC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi, 5 ünvanında yerləşən ümumi sahəsi 4467,7 kv. metr, əsas sahəsi 3180,9 kv. metr, köməkçi sahəsi 1286.8 kv. metr olan, qeyri-yaşayış binasını "xxxx" ASC-dən satın almışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş MA seriyalı, ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi, 5 ünvanında 0,18472 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 4467,7 kv. metr olan qeyri-yaşayış binası xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə (Reyestr № **********37-06301) xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 2765 nömrəli vərəqində ½ hissəsi X16 adına, ½ hissədə isə X2 adına qeydə alınmışdır. “Satıcı” Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə “Alıcı” X23 və “Alıcı” X9 arasında bağlanmış “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı”na dair 4328 №-li xx.xx.2013-cü il tarixli müqavilənin: - 1.1-ci bəndinə əsasən müqavilənin predmetini xx.xx.2010-cu il tarixli, ********** saylı Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən “Alıcı”nın adına qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi, 5 ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 2803.1 kv.m torpaq sahəsi təşkil edir. - 1.2-ci bəndinə əsasən “Satıcı” müqavilənin 1.1 bəndində göstərilən torpaq sahəsini 74002 (yetmiş dörd min iki) manata satır, “Alıcı” isə həmin torpaq sahəsinin tam dəyərini ödəməklə satın alır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi 5 ünvanında 0.28031 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 4467,7 kv.m olan qeyri-yaşayış binası xx.xx.2013-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə (Reyestr № **********04-06301) xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın dövlət reyestrində 49a nömrəli reyestr kitabının 4617 nömrəli vərəqində ½ hissədə X16, ½ hissədə isə X2 adına qeydə alınmışdır. X9 və X23 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ünvanlanmış müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə notarial qaydada təsdiqlənmiş ərizələrdə onlara məxsus Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi, 5 ünvanında yerləşən 4467,7 kv. metr qeyri-yaşayış binasının (reyestr nömrəsi **********04-06301) söküldüyü üçün üzərindəki hüquqların dövlət qeydiyyatının ləğv edilməsi və tək torpaq sahəsinə dair çıxarış və plan ölçünün verilməsi xahiş olunmuşdur. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X19 və başqalarına məxsus olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi 5 ünvanında yerləşən 0,2803 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə A 868981 №-li plan və ölçü verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X31 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi, 5 saylı sahə ünvanında yerləşən 0,2803 ha torpaq sahəsinin ½ hissədə xüsusi mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə ( reyestr № **********04) X16, ½ hissədə isə X2 adına qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X31 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi, 5 saylı sahə ünvanında yerləşən 0,2803 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə ( reyestr № **********04) tam pay olaraq X16 adına qeydə alınmışdır. ASC “Xalq” Bankı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X31nə ünvanlanmış BŞ-XO-12.12023-001 saylı, xx.xx.2023-cü il tarixli məktubda ASC “Xalq” Bankı (bundan sonra “Bank” adlandırılacaq) ilə İddiaçı MMC (bundan sonra “Borcalan” adlandırılacaq) arasında bağlanmış 12 yanvar 2023-cü il tarixli DKM/100N16L01958923 saylı Kredit xətti müqaviləsinə (bundan sonra “Kredit xətti müqaviləsi” adlandırılacaq) müvafiq olaraq “Bank” tərəfindən “Borcalan”a açılmış kredit xətti müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə “Bank”la ½ hissədə paylı mülkiyyət hüququ ilə X4 və ½ hissədə paylı mülkiyyət hüququ ilə X19 məxsus Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X31 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında düşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023cü il tarixli Çıxarışa (reyestr nömrəsi: **********04, qeydiyyat nömrəsi: **********) əsasən Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi, 5 saylı sahə ünvanında mülkiyyətdə olan 0.2803 ha torpaq sahəsinin ipotekaya qoyulması haqqında 12 yanvar 2023-cü il tarixli DKM/100N16L01958923/İM-1 saylı İpoteka müqaviləsi ilə bağlı daşınmaz əmlak üzərində ipoteka hüququnun dövlət qeydiyyatına alınması xahiş olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X31 tərəfindən verilmiş reyestrdən çıxarışın surətindən müəyyən olunur ki, hüququ yüklü edilən şəxs (şəxslə) X23 və X4 məxsus Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi, 5 saylı ünvanda yerləşən 0.2803 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (Reyestr № **********04) 24 (iyirmi dörd ) ay müddətinə ASC “Xalq” Bankı Baş filialın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu barədə Daşınmaz əmlakın dövlət reyestrində 1132 nömrəli reyestr kitabının 111736 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli alqı satqı müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı MMC, paylı mülkiyyət hüququ ilə X6 (½ hissə, 0.14015 ha) və X19 (½ hissə, 0.14015 ha) məxsus Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi 5 saylı sahə ünvanında yerləşən, ümumi sahəsi 0.2803 ha olan torpaq sahəsini satın almışdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ”Rossler İntro” MMC-yə məxsus olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi 5 ünvanında yerləşən 0,2803 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə A 868425 №-li plan və ölçü verilmişdir. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X31 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi, 5 saylı sahə ünvanında yerləşən 0,2803 ha torpaq sahəsi tam xüsusi mülkiyyət hüququ ilə xx.xx.2023cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (reyestr № **********04) ”Rossler İntro” MMCnin adına qeydə alınmışdır. İddiaçı hazırkı tələblə bağlı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********808 №li xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, qeyd olunan çoxmərtəbəli yaşayış binasının bir hissəsi sənəd üzrə sahədən kənarda inşa edilmişdir. Həmçinin təqdim edilmiş ayrıc aktı və icarə müqaviləsində istinad olunan Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 009 saylı sərəncamı təqdim edilməmişdir. Bundan əlavə, çoxmərtəbəli yaşayış binasının inşa edildiyi torpaq sahəsində daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxsin adına qeydiyyata alınmış qeyri-yaşayış binası mövcud olmuş və həmin qeyri-yaşayış binasının özgəninkiləşdirilməsinə dair sənəd təqdim edilməmişdir. Həmçinin sökülmüş əmlak "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklüdür. Eyni zamanda çoxmərtəbəli yaşayış binasının istismarına icazə sənədi təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 8.0.9.2-ci və 8.0.10.1-ci maddələrinə əsasən müvafiq olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair- çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: - 74.1-ci maddəsinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. - 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. “Əsasnamə”nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Beləliklə iş materiallarından da göründüyü kimi mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən iddiaçıya həmin torpaq sahəsində yaşayış obyektinin tikintisinə icazə verilmişdir. İddiaçının qeyd olunan torpaq sahəsində inşa etdirdiyi yaşayış sahəsi müvafiq orqanlar tərəfindən istismara yararlı hesab olunmuşdur. Hazırda iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq yeni inşa edilmiş daşınmaz əmlaka (yaşayış sahəsi) dair mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış imtina bildirişində qeyd olunan (çoxmərtəbəli yaşayış binasının bir hissəsi sənəd üzrə sahədən kənarda inşa edilmişdir; təqdim edilmiş ayrıc aktı və icarə müqaviləsində istinad olunan Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 009 saylı sərəncamı təqdim edilməmişdir; çoxmərtəbəli yaşayış binasının inşa edildiyi torpaq sahəsində daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxsin adına qeydiyyata alınmış qeyri-yaşayış binası mövcud olmuş və həmin qeyri-yaşayış binasının özgəninkiləşdirilməsinə dair sənəd təqdim edilməmişdir; sökülmüş əmlak "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklüdür; çoxmərtəbəli yaşayış binasının istismarına icazə sənədi təqdim edilməmişdir) dəlillərə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin hallar məhkəmə araşdırması zamanı iş materialları ilə təkzib olunduğundan hazırki iddianın təmin olunmaması üçün əsas hesab oluna bilməz. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə həmin Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyildir və cavabdeh inzibati orqan tərəfindən iddiaçının bu barədə müraciətindən imtina olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Daşınmaz əmlakın dövlət reyestrində 1132 nömrəli reyestr kitabının 111736 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına qeydə alınmış Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi, 5 saylı sahə ünvanında yerləşən 0,2803 ha torpaq sahəsində (reyestr nömrəsi **********04) inşa edilmiş çox mərtəbəli yaşayış binası üzərində mövcud vəziyyətdə İddiaçı MMC-nin xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və buna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidr. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrində 1132 nömrəli reyestr kitabının 111736 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Səbail rayonu, X28 küçəsi, 5 saylı sahə ünvanında yerləşən 0,2803 ha torpaq sahəsində (reyestr nömrəsi **********04) inşa edilmiş çox mərtəbəli yaşayış binası üzərində mövcud vəziyyətdə İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X31nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4987/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4987/2023
24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver