Məhkəmə qərarları › İş №2-1(112)-4989/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4989/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4989/2024 04.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona Qarabağ uğrunda döyüşməsi ilə əlaqədar müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respubılikası Müdafiə Nazirliyinin Aparatı nəznində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Kommisiyasına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N992-ci ildə Qala qəsəbəsində yerləşən N saylı hrbi hissədə “yerüstü texnik” vəzifəsində işləyən zaman hərbi hissə komandirinin əmri ilə Qarabağ uğrunda gedən döyüşlərə getmiş, Füzuli, Murovdağ ətəyində “döyüş helikopterlərini” təmir etməklə döyüş bölgələrində olmuşdur. O, N992- N994-cü illərdə dəfələrlə döyüş bölgələrində olmuş, N994-cü ilin may ayına kimi, yəni atəşkəs elan olunana qədər onunla birlikdə hərbi hissə komandiri Faik Mamedov da iştirak etmişdir. Hazırda general-mayor rütbəsində xidmət edir. İddiaçı Qarabağ veteranı vəsiqəsini almaqla əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin imtina cavabı almışdır. İddiaçı bildirir ki, həqiqətən də o, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, ərizədə göstərdiyi kimi işin bu hallarını müvafiq sənədlərlə və şahid ifadələri ilə sübut edə bilər. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi şahidlər X4, X6 və X5 də digərləri təsdiq edə bilərlər. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qoyulmasını formal xəta kimi qiymətləndirərək iddiaçının razılığı və hüquqi marağına uyğun olaraq cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyini qəbul edir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirmişdir ki, AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 27 avqust 20N9-cu il tarixli arayışına əsasən iddiaçının göndərildiyi bölgə göstərilmədiyindən, ezamiyyətin məqsədi bilinmədiyindən Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya əsaslı olaraq iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Odur ki, iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.N-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya verilmiş NN oktyabr 2023-cü il tarixli, 2/2-9444 saylı imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.20N9-cu i tarixli, 9/2-NN894 nömrəli arayışına əsasən xx.xx.N994-cü il tarixdə iddiaçının göndərildiyi döyüş bölgəsi və ezamiyyətin məqsədinin (yəni döyüş tapşırığını yerinə yetirmək və yaxud xidməti olması) bilinmədiyinə görə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. -İddiaçıya məxsus HЗ№3930983 nömrəli hərbi biletin 4-cü səhifəsinin kserosurətindən görünür ki, İddiaçı xx.xx.N992-ci il tarixdən 08.200N-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Qeyd N nömrəli hərbi hissənin Qərargah rəisi tərəfindən imzalanmış və təsdiq edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə təqdim etdiyi Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ünvanlanmış xx.xx.20N9-cu il tarixli, 9/2-NN894 nömrəli məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N0 noyabr N992-ci il tarixli, 87 nömrəli əmri ilə gizir İddiaçı (əsas: § 3, səh NN0) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək baş mexanik vəzifəsinin müvəqqəti icrasına başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N992-ci il tarixli müvafiq əmrinə əsasən gizir İddiaçı N nömrəli hərbi hissə komandirinin N3 noyabr N992-ci il tarixli 89 nömrəli əmrilə (əsas: § N0, səh NN3) xx.xx.N992-ci il tarixdən baş mexanik vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin N mart N994-cü il tarixli 60 nömrəli əmrilə gizir İddiaçı (əsas: § 3, səh 58) baş mexanik vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N9 mart N994-cü il tarixli 72 nömrəli əmrilə gizir İddiaçı (əsas: § 3, səh 73, əmrdə vəzifəsi göstərilməyib, göndərildiyi bölgə göstərilməyib) döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N mart N994-cü il tarixli 8N nömrəli əmrilə gizir İddiaçı Babeverdi oğlu (əsas: § N, səh 79, əmrdə atasının adı Babeverdi yazılmışdır, vəzifəsi göstərilməyib) ezamiyyətdən qayıdaraq xx.xx.N994-cü il tarixdən qazan təminatına qoyulmuşdur. Məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin noyabr-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il və yanvar-fevral, aprelmay N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ezamiyyətə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. Müvafiq sorğu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən yuxarıda istinad olunan xx.xx.20N9-cu il tarixli, 9/2-NN894 nömrəli məktubda göstərilən İddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 87 nömrəli, xx.xx.N992-ci il tarixli 89 nömrəli, xx.xx.N994-cü il tarixli 60 nömrəli, xx.xx.N994-cü il tarixli 72 nömrəli və xx.xx.N994-cü il tarixli 8N nömrəli nizami hissə üzrə əmrlərindən arxiv çıxarışları məhkəməyə təqdim edilmişdir: -N saylı hərbi hissə komandirinin N0 noyabr N992-ci il tarixli, 87 saylı əmrindən çıxarışdan görünür ki, gizir İddiaçı şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək müvəqqəti olaraq baş mexanik vəzifəsinə təyin edilmişdir. Əsas: hərbi hissə komandirinin göstərişi. -N saylı hərbi hissə komandirinin N3 noyabr N992-ci il tarixli 89 saylı əmrindən çıxarışdan görünür ki, gizir İddiaçı xx.xx.N992-ci il tarixdən baş mexanik vəzifəsinin icrasına başlamışdır. Əsas: AR MN-nin 0N226 nömrəli xx.xx.N992-ci il tarixli Əmri -N saylı hərbi hissənin N mart N994-cü il tarixli 60 saylı əmrindən çıxarışdan görünür ki, hərbi hissənin ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən gizir İddiaçı xx.xx.N994-cü il tarixdən müvəqqəti baş mexanik vəzifəsinə təyin edilsin. Əsas: ştat vahidinin dəyişməsi. -N saylı hərbi hissə komandirinin N9 mart N994-cü il tarixli 72 saylı əmrindən çıxarışdan görünür ki, adları aşağıda qeyd olunan şəxslər xx.xx.N994-cü il tarixdən 26 mart N994-cü il tarixədək döyüş əməliyyatı bölgəsinə ezamiyyətə göndərilsin: Gizir İddiaçı. 7 sutka ərzində ərzaq təminatından çıxarılsın. -N saylı hərbi hissə komandirinin N mart N994-cü il tarixli, 8N saylı əmrindən çıxarışa əsasən, adları aşağıda qeyd olunan şəxslər xx.xx.N994-cü il tarixdən ezamiyyətdən qayıtmış və öz xidməti vəzifələrinin icrasına başlamış hesab edilsin. Qazan təminatına qoyulsunlar. Gizir İddiaçı. Məktubda həmçinin N nömrəli hərbi hissə komandirinin noyabr-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il, yanvar-fevral, aprel-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi barədə məlumat aşkar edilmədiyi, N nömrəli hərbi hissə komandirinin iyul-dekabr 200N-ci il tarixli nizami hissə üzrə əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından İddiaçı ehtiyata buraxılması barədə araşdırma aparıla bilinmədiyi qeyd edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. Məhkəmə aşağıda göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Normalardan məzmunundan aydın olur ki, iddiaçıya o halda müharibə veteranı adı və vəsiqəsi verilə bilər ki, o, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş olsun və ya döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş olsun. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı N992-200N-ci illərdə Qala qəsəbəsində yerləşən N saylı hərbi hissədə xidmət etmişdir. N saylı hərbi hissənin Bakı şəhərində (Qala qəsəbəsində) yerləşməsi və həmin hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməməsi tərəflər arasında mübahisələndirilmir. İddiaçı hərbi xidmət dövründə N992-N994-cü illərdə N nömrəli hərbi hissə komandirinin əmri ilə döyüş bölgəsinə ezam edilməsinə istinad edərək ona müharibə veteranı adı və vəsiqəsi verilməsini xahiş edir. Lakin iddiaçının tələbinin əsasını təşkil edən N №li hərbi hissənin N9 mart N994-cü il tarixli, 72 saylı əmrində onun xx.xx.N994-cü il tarixdən 26 mart N994cü il tarixədək döyüş əməliyyatı bölgəsinə ezamiyyətə göndərildiyi göstərilsə də, məhz hansı hərbi hissəyə, hansı bölgəyə və hansı məqsədlə ezam olunması ilə bağlı hər hansı qeyd aparılmamışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahat zamanı ezam olunduğu ərazinin Füzuli rayonu, Murovdağ və Mahmudlu məntəqələri olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, məhkəmə araşdırması ilə də bu hallar təsdiqini tapmamışdır. Bununla da, iddiaçı müharibə veteranı adının verilməsi üçün onun ezamiyyətinin məqsədinin döyüş tapşırığının və döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmasına dair sübutları nə inzibati icraat zamanı, nə də məhkəmə araşdırması dövründə təqdim edə bilməmişdir. Halbuki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin müddəaları baxımından müharibə veteranı adının verilməsi üçün iddiaçının həmin dövrdə həm də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı tələb də ödənilmiş olmalıdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İPM-in N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə bu nəticəyə gəlir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün qanunvericiliklə tələb olunan şərtlər ödənilmədiyindən iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun: -NN.N-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -NN.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -N7.N-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar