Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4993/2021 27.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 qızının katibliyi, iddiaçının nümayəndəsi X7, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası X4rşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası X6nin 05 noyabr 2020-ci il tarixli 19/1/İSN nömrəli imtina qərarının və bunun əsasında qəbul edilmiş qərarların (sonuncu 18.02.2021ci il tarixli qərar da daxil olmaqla) qanunsuz hesab edilməsi və nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29.09.2020-ci il tarixli QT 27600/20 nömrəli idxal etdikləri “Botamin” 30 ml məhlul (damcı) adlı bioloji fəallığa malik qida əlavəsindən Azərbaycan Respublikası X6 Bakı Regional bölməsinin əməkdaşı tərəfindən nümunə götürülərək İnstituta təqdim olunmuşdur. Aparılmış analizlərdən sonra “Botamin” 30 ml məhlul (damcı) adlı bioloji fəallığa malik qida əlavəsinin tərkibində BÇQB aşkarlanmış və MAFAnMM normadan artıq çıxdığı müəyyənləşdirilmişdir. Bununla bağlı məhlulu idxal etdikləri istehsalçı şirkətlə tərəflərindən danışıqlar aparılmışdır. İstehsalçı şirkət “Botamin” 30 ml məhlul (damcı) adlı bioloji fəallığa malik qida əlavəsinin tərkibində aşkarlanan uyğunsuzluqlara etirazını bildirmiş və bu analıizlərin nəticəsi ilə razılaşmamışdır. Lakin Azərbaycan Respublikası X6 5 noyabr 2020-ci il tarixli 19/1/İSN-6871 nömrəli imtina məktubu vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası X6 iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, İddiaçı MMC-nin Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutu tərəfindən tərtib edilən 29 oktyabr 2020-ci il tarixli 2062/QƏ saylı Sınaq nəticələrinə dair protokola əsasən təqdim etdiyi nümunələr yoxlanılan təhlükəsizlik göstəricilərindən mezofil aerob vı fakultativ anaerob mikroorqanizmlərinin (MAFAnMM) miqdarının normadan artıq olduğu və bağırsaq çöpü qrupu bakteriyaları (BÇQB) aşkar edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası X6nin 05 noyabr 2020-ci il tarixli 101/İSN nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası X6nin Bakı Regional Bölməsinin 05 noyabr 2020-ci il tarixli 101/İSN nömrəli “Malların (məhsulların) zərərsizləşdirilməsi və ya məhv edilməsi haqqında” qərarından görünür ki, İddiaçı MMC tərəfindən 29 sentyabr 2020-ci il tarixli QT 27600/20 (İD **********) nömrəli idxal icazə sənədi ilə ölkəyə idxal olunmuş, ümumi sayı 2336 ədəd, istehsal tarixi 10.2019-cu il son istifadə tarixi 10.2022-ci il, seriya nömrəsi EXPBTM-1019 olan “Botamin” adlı bioloji fəallığa malik qida əlavəsi partiyasının qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsindən imtina edilmiş, sözügedən mal partiyasının Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilməsi və ya geri göndərilməsi qərara alınmışdır; Azərbaycan Qida Təhlükəsizliyi X5 Laboratoriyası tərəfindən tərtib edilmiş 29 oktyabr 2020-ci il tarixli “Tədqiq (sınaq) nəticələrinə dair protokol”a əsasən təqdim edilmiş nümunədə yoxlanılan təhlükəsizlik göstəricilərindən mezofil aerob və fakultativ-anaerob mikrooqanizmlərin (MAFAnMM) miqdarının normadan artıq olması və bağırsaq çöpləri qrupu bakteriayaların (BÇQB) aşkar olunması göstərilmişdir. Azərbaycan Respublikası X6nin 04 avqust 2021-ci il tarixli, 3/15-3015 nömrəli məktubu və ona əlavə edilmiş Azərbaycan Qida Təhlükəsizliyi X5 Laboratoriyasının 2021ci il 16 iyul tarixli AZ-20010990/LAB05-21016-T-016 nömrəli sınaq protokolundan görünür ki, Məhkəmənin 7 iyun 2021-ci il tarixli Qərardadına uyğun olaraq, İddiaçı MMC tərəfindən idxal edilmiş “Botamin'’ 30ml məhlul (damcı) adlı bioloji fəallığa malik qida əlavəsi partiyasından təkrar nümunələr götürülmüş və Azərbaycan Respublikası Qida X2 2020-ci il 3 noyabr tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitarıya normaları və qaydaları”na uyğun müayinə edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilmişdir. Azərbaycan Qida Təhlükəsizliyi X5 Laboratoriyasında İddiaçı tərəfindən idxal edilmiş Türkiyə Respublikasında fəaliyyət göstərən ‘X13 X9 ve X12 Turizm İth. ihr. San ve Tic Ltd. Şti.” şirkətinin istehsal etdiyi ümumi miqdarı 2336 qutu olan “Botamin" əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsinin (İD **********) nümunələri laborator müayinəyə cəlb edilmiş və məhsula dair 2021-ci il 16 iyul tarixli AZ-20010990/LAB05-21016-T-016 nömrəli sınaq protokolu tərtib edilmişdir. Həmin sınaq protokoluna əsasən, sözügedən məhsul Azərbaycan Respublikasının Qida X1 2020-ci 3 noyabr tarixli 19 nömrəii Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitarıya normaları və qaydaları”nın tələblərinə uyğundur və bu səbəbdən insan həyat və sağlamlığı üçün təhlükəsiz olduğu müəyyən edilmişdir. Əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikasının Qida X1 2020-ci il 3 noyabr tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üçün mikrobioıoji göstəricilərə dair sanitariya normaları və qaydaları” 2021-ci ilin 1 aprel tarixindən etibarən qüvvəyə minmiş və həmin qaydalara əsasən, bioloji fəallığa malik qida əlavələri üzrə müzofil aerob və fakultativ anaerob mikroorqanizmləri (MAFAnMM) və bağırsaq çöpü qrupu bakteriyalarının (BÇQB) laboratoriya analizlərinin aparılması tələbi müəyyən edilməmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 saylı qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”-nın 2.1-ci bəndinə əsasən ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının X6 tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Həmin Qaydaların 2.21.3-cü yarımbəndinə əsasən qeyd olunan yeyinti məhsulları təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinə uyğun olmadığından qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində göstərilmişdir ki, istifadəyə yararsız yeyinti məhsulunun götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərar əsasında həyata keçirilir, istifadəyə yararsız yeyinti məsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar məhsulun müvafiq ekspertizadan və laboratoriya müayinəsindən sonra verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida X3”-nin 3-cü bəndinə əsasən ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektləri qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına almaq və dövlət reyestrini aparmaq, həmçinin qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarını vermək (3.0.7.) bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifəsidir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan Azərbaycan Respublikası X6nin Bakı Regional Bölməsinin 05 noyabr 2020-ci il tarixli 101/İSN nömrəli “Malların (məhsulların) zərərsizləşdirilməsi və ya məhv edilməsi haqqında” qərarının qanuni və əsaslı olmasını sübuta yetirə bilməmişdir. Əksinə, iş materiallarında olan Azərbaycan Respublikası X6nin 04 avqust 2021-ci il tarixli, 3/15-3015 nömrəli məktubu və ona əlavə edilmiş Azərbaycan Qida Təhlükəsizliyi X5 Laboratoriyasının 2021-ci il 16 iyul tarixli AZ- 20010990/LAB05-21016-T-016 nömrəli sınaq protokolu ilə sözügedən məhsulun Azərbaycan Respublikasının Qida X1 2020-ci 3 noyabr tarixli 19 nömrəii Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitarıya normaları və qaydaları”nın tələblərinə uyğun olması və insan həyat və sağlamlığı üçün təhlükəsiz olması müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası X6nin Bakı Regional Bölməsinin 05 noyabr 2020-ci il tarixli 101/İSN nömrəli “Malların (məhsulların) zərərsizləşdirilməsi və ya məhv edilməsi haqqında” qərarı ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası X6nin Bakı Regional Bölməsinin 05 noyabr 2020-ci il tarixli 101/İSN nömrəli “Malların (məhsulların) zərərsizləşdirilməsi və ya məhv edilməsi haqqında” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-4993/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4993/2021
27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver