Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4996/2024 29.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Səfərova Aysun Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinə düzəlişin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh hərəkətlərinın qanunsuz sayılması, xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş İddiaçı doğum haqqında Bilgəh qəsəbəsi icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 27 iyul 1983-cü il tarixli 57 nömrəli və doğum haqqında akt qeydləri kitabına dəyişilik edilərək adının “Pəricahan” adı əvəzinə “Leyla” adına dəyişdirilməsi vəzifəsini Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Anadan olanda ona doğum haqqında şəhadətnamə almışlar və həmin şəhadətnamədə adı “Leyla” kimi qeyd olunmuşdur. Doğum haqqında şəhadətnaməyə əsasən bütün sənədlərində adı “Leyla” kimi qeyd olunmuşdur. Lakin doğum haqqında şəhadətnaməsini itirdikdən sonra şəhadətnamənin təkrar alınması ilə bağlı Cavabdehnə müraciət etmişdir. Cavabdehndən ona cavab məktubu verərək Bilgəh qəsəbəsi icra nümayəndəliyindən tərtib edilmiş 27 iyul 1983-cü il tarixli 57 saylı doğum haqqında akt qeydində adı “Pəricahan” adı ilə qeyd olunduğunu bildirmişlər və məhkəməyə müraciət etməsini tövsiyyə etmişdirlər. X1, atası isə X4r. Ona doğum haqqında şəhadətnamə alarkən nənəsinin adı “Pəricahan” kimi qeyd etmişdirlər, lakin sonra fikirlərini dəyişərək doğum haqqında şəhadətnamə alarkən “Leyla” adını yazdırmışlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AB-İİ 099695 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1999-cu ildə Bakı Sənaye-Pedaqoji Texnikomuna daxil olmuş və 30 iyun 2003-cü ildə ibtidai təhsil ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixdə verilmiş etibarlılıq müddəti xx.xx.2024-cü il tarixədək olan C00680140 nömrəli ümumvətəndaş pasportuna əsasən İddiaçı xx.xx.1983-cü ildə anadan olmuşdur, azərbaycanlıdır. İş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı adına xx.xx.2011-ci il tarixdə əmək kitabçası tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş İİ-ЖГ 290516 nömrəli xx.xx.1979-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X8 ilə X9 xx.xx.1979-cu ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1979-cu il tarixdə 826 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Dadaşov, arvada Dadaşova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Nizami rayon İcra Hakimiyyəti Nizami rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 84 saylı Mənzil Kommunal İstismar sahəsinin 480 nömrəli, xx.xx.2023-cü il tarixli Arayışında qeyd edimişdir ki, verilir İddiaçı (1983) ondan ötəri ki, həqiqətən o, C.Naxçıvanski küçəsi, 79 nömrəli evin 77 mənzilində qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-16-5/4-13- 65/24 nömrəli məktubunda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı doğumu, nikahı, nikahının pozulması, soyadının, adının və ata adının dəyişdirilməsi haqqında hər hansı məlumat aşkar olunmamışdır. Həmin məktubla göndərilmiş sənədlərdən görünür ki: -**********3102019 nömrəli xx.xx.2019-cu il tarixli doğum haqqında akt qeydinin surətinə əsasən X6 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası X7, anası İddiaçıdır. -632 nömrəli xx.xx.2010-cu il tarixli doğum haqqında akt qeydinin surətinə əsasən Dadaşova (Şabutova) Əsma Samir qızı xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası X14, anası İddiaçıdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-9/2024 nömrəli məktubu ilə göndərilmiş Dadaşova Pəricahan (Leyla) Ehtibar qızının xx.xx.1983-cü il tarixli 57 saylı doğum haqqında akt qeydindən görünür ki, X2 xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X8, X1dır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-1945/2023 nömrəli məktubunda bildirilmişdir ki, Sabunçu rayonu Bilgəh qəsəbə icra nümayəndəliyində tərtib edilmiş xx.xx.1983-cü il tarixli 57 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən, uşağın adının “Pəricahan” və şəxsiyyət vəsiqəsində isə vətəndaşın adının “Leyla” yazılması müəyyən edilmişdir. Bu səbəbdən doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1 -ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında. mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. İzah edirik ki, doğumunuz haqqında akt qeydində uşağın soyadı qrafasında düzəliş edilməsi üçün zəruri sənədləri təqdim etməklə, bu barədə ərizə ilə daimi yaşadığınız yerin qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmazsa, məhkəməyə müraciət edə bilərsiniz. Bildiririk ki, doğum haqqında akt qeydində ziddiyyət aradan qaldırıldıqdan sonra Siz tələb olunan sənədlə təmin ediləcəksiniz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia akt qeydinə düzəliş edilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işin hallarından görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Sabunçu rayon Qeydiyyat şöbəsində tərtib edilmiş doğum haqqında akt qeydində iddiaçının adı Leyla deyil, Pəricahan kimi qeyd edilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatarında iddiaçının adı adı “Leyla” kimi göstərilmişdir. Bundan əlavə, AB-İİ 099695 nömrəli diplom, xx.xx.2014-cü il tarixdə verilmiş C00680140 nömrəli ümumvətəndaş pasportu, xx.xx.2011-ci il tarixli ******* nömrəli əmək kitabçasında iddiaçının adı “Leyla” kimi göstərilmişdir. Eyni zamanda iddiaçının övladları X6, Dadaşova (Şabutova) Əsma Samir qızının xx.xx.2019-cu il tarixli və xx.xx.2010-cu il tarixli doğum haqqında akt qeydlərində ana qrafasında iddiaçının adı Leyla kimi sənədləşdirilmişdir. Beləliklə, istinad olunan sənədlərdən məlum olur ki, İddiaçı barəsində tərtib edilmiş doğum haqqında akt qeydində onun adı “Pəricahan” kimi yazılsa da, sonradan tərtib edilən bütün sənədlərdə, habelə ona verilən şəxsiyyət vəsiqəsi, atestat, diplom, doğum şəhadətnamələrində adı “Leyla” kimi göstərilmişdir. İddiaçı hazırda digər bütün sənədlərdə, o cümlədən İddiaçı şəxsiyyət vəsiqəsində adın “Pəricahan” deyil, “Leyla” yazılmasına istinad edərək doğum haqqında akt qeydinə düzəliş edilməsini və adının “Leyla” kimi qeyd olunmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. -159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. -160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. -161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. -2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydlərində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Yuxarıda istinad olunanlardan məlum olur ki, iddiaçı ona məxsus müvafiq sənədləri təqdim edərək Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etmiş, həmin şəxsiyyət vəsiqəsində adı “Leyla” kimi yazılmışdır. Şəxsiyyət vəsiqəsinin vətəndaşın doğum haqqında şəhadətnaməsi əsasında verildiyini, doğum haqqında akt qeydində adın “Pəricahan” kimi qeyd olunduğunu, habelə tərtib edilən bütün sənədlərdə onun barəsində məlumatların şəxsiyyət vəsiqəsində qeyd olunanlara uyğunluğunu nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı akt qeydindəki məlumatlar digər sənədlərinə uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 52, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü İddiaçı barəsində tərtib edilmiş xx.xx.1983-cü il tarixli 57 saylı doğum haqqında akt qeydində “Pəricahan” adının “Leyla” adına düzəliş edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sabunçu rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4996/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4996/2024
29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver