Məhkəmə qərarları › İş №2-1(112)-4997/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4997/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4997/2020 31.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X12 X9 İdarəsinin nümayəndəsi və vəkili X2 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X12 X1rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X12 X1rşı məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıradək birdəfəyə ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X12 X9 İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, hal-hazırda Şirvan şəhər sakinidir. İddiaçının xx.xx.1979xx.xx.2018-ci il tarixə kimi 39 il, 03 ay, 27 gün əmək stajı vardır. Həmin əmək stajının xx.xx.1979-xx.xx.1980-cı ilə kimi “Tikinti-Təmir İdarəsi”-də “dülgər”, xx.xx.1980xx.xx.1980-ci ilə kimi “Sabirabad Tikinti-Təmir İdarəsi”-də “dülgər”, xx.xx.1980-xx.xx.1982ci ilə kimi hərbi xidmətdə olmuş, xx.xx.1982-xx.xx.1982-ci ilə kimi “Şirvanneft” NQÇİ-də “dülgər”, xx.xx.1982- xx.xx.1983-cü ilə kimi “X14 Qovşağı”-da “dülgər”, xx.xx.1984xx.xx.2004-cü ilə kimi “Şirvanneft” NQÇİ-də “dülgər” xx.xx.2004-xx.xx.2009-cu ilə kimi “Şirvan” OYL-da “təmir-tikinti sexi”-də “iş icraçısı” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır iş olduğundan, iddiaçıya xx.xx.2018-ci il tarixdə, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin iddiaçı xx.xx.2018-ci il tarixdə səhhəti ilə əlaqədar işdən azad edilmişdir. « “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının XXVİİ. Bina,qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: “iş icraçıları (2290000b—24441)” və “dülgərlər (2290100a—16671)” vəzifələrinə əsasən 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajı və 25 ildən çox ümumi əmək stajını xx.xx.2006-cı il tarixə kimi toplamışlarsa, kişilər 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ yaranır. İddiaçı cavabdeh təşkilata xx.xx.2020-ci il tarixli ərizə və ona əlavə edilmiş şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının və hərbi biletin notarial təsdiq edilmiş sürətləri ilə müraciət edərək, iddiaçıya xx.xx.2018-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək X6 Nazirliyi yanında Dövlət X10 X9 İdarəsi isə iddiaçıya xx.xx.2020-ci il tarixli **********1 saylı məktubla cavab olaraq müvafiq sənədlərin əsli təqdim edildikdən sonra baxıla bilinməsi barədə bildirilmişdir. Bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixdə ərizəyə əlavə edilmiş sənədlərin notarial təsdiq edilmiş sürətlərini və sənədlərin əslin cavabdeh orqana təqdim etmiş, lakin sənədlərin əslinə nəzərdən keçirilməsinə baxmayaraq cavabdeh orqan iddiçıya xx.xx.2020-ci il tarixli, 20631031 saylı məktubla ərizəyə cavab olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini mümkünsüz olduğunu bildirməklə imtina verilmişdir. Bunu da onunla əsaslandırmışlar ki, işlədiyi peşələrin Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısın da adı çəkilən peşələrlə və vəzifələrlə uyğun gəlmir və həmçinin xx.xx.2006-cı il tarixə güzəştli iş stajının 12 il 06 aydan az təşkil edir. İddiaçı cavabdehin hər iki məktubunu əsassız hesab edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X12 X9 İdarəsinin nümayəndəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, idarə, **********1 saylı, xx.xx.2020-ci il tarixli məktubla iddiaçının müraciətinin icrasından imtina edib. İmtina onunla əsaslandırılıb ki, iddiaçı xx.xx.1984-xx.xx.2004-cü il tarixlərində “Şirvanneft” NQÇİ və “Shirvan Oyl” BMMM-in X11 "dülgər" peşəsində çalışıb. Lakin İddiaçının çalışdığı sahə (yəni neft-qazçıxarma) İddiaçının istinad ctdiyi NK-nın 1993-cü il tarixli 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıdakı 2290lOOa- 16671 (dülgərlər) şifri altında nəzərdə tutulmuş peşənin aid olduğu sahə ilə üst-üstə düşmür. İddiaçı xx.xx.1984-xx.xx.2006-ci il tarixlərində "Şirvanneft" NQÇİ və "Shirvan Oyl" BMMM-in X11 “dülgər” və “iş icraçısı” peşələrində çalışdığı dövrün güzəştli olduğunu iddia edir. İddiaçı bu barədə “Shirvan OYL” şirkətinin xx.xx.2020-ci il tarixli, 05 nömrəli Arayışına istinad edir. İddiaçının istinad etdiyi 2 saylı Siyahının müvafiq bölmələrinin iddiaçının çalışdığı neft- qaz hasilatı sahəsi ilə əlaqəsi olmadığı ortadadır. Belə ki, iddiaçının istinad etdiyi “İş icraçısı” (2290000b-24441) 2 saylı Siyahının “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan “XXVİİ Bölməsində, “dülgərlər” (2290lOOa-16671) peşəsi isə həmin Bölmənin “Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa)” adlanan 1-ci alt-qrupunda öz əksini tapıb. İddiaçının neft sahəsində çalışdığı aydındır. Həmin sahə üzrə güzəştli iş stajı verən peşələrin dairəsini 2 saylı Siyahının “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” adlanan Xll Bölməsi müəyyənləşdirir. Həmin Bölmədə isə “dülgər” və "iş icraçısı" peşələri ümumiyyətlə nəzərdə tutulmayıb. Odur ki, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə şifahi məhkəmə baxış iclası xx xxxxxx 2020-ci il tarixə təyin olunmuş, iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq,işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X12 X9 İdarəsinin nümayəndəsi və vəkili X3 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1961-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. -859 №-li nömrəli attestatın notariat qaydasında təsdiq edilmiş surətinə əsasən İddiaçı xx.xx.1978-ci ildə “Faner istehsalı” ixtisası üzrə Xırdalan şəhərinin 94 №-li peşə məktəbinə daxil olmuş və xx.xx.1979-cu ildə həmin peşə məktəbini bitirmişdir. -NZ-4037020 nömrəli hərbi biletin notariat qaydasında təsdiq edilmiş surətinə əsasən iddiaçı xx xxxxx 1980-ci ildən xx xxxx 1982-ci ilə qədər Sovet Ordusunda sıravi xidmət etmişdir. -“X7 Limited” Şirkətinin Azərbaycan Respublikası filialının xx xxxxxx 2020-ci il tarixli, 05 saylı “güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” arayışında qeyd olunmuşdur ki, İddiaçı əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixinə ümumi əmək stajı 27 il 23 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı Qərarının 29-cu bölməsinə (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatın, bərpası və təmiri) əsasən İddiaçı “Şirvanneft” NQÇİ və “Shirvan Oyl” BMMM-də xx.xx.2006-cı il tarixinə güzəştli şərtlərlə 21 il 05 ay 10 gün iş stajı var. Belə ki, 32/k saylı xx.xx.1984-cü il tarixli əmrlə xx.xx.1984-cü ildən xx.xx.2004-cü il tarixinə qədər “Şirvanneft” NQCİ və “Shirvan Oyl” BMMM-in X11 dülgər peşəsində işləmişdir (19 il 08 ay 10 gün) . 46/k saylı xx.xx.2004-cü il tarixli əmrlə xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “Shirvan Oyl” BMMM-in X11 iş icraçısı vəzifəsində işləmişdir. (01 il 09 ay). Cəmi: “Şirvanneft” NQÇİ, “Shirvan Oyl” BMMM-də 21 il 05 ay 10 gün güzəştli şərtlərlə iş stajı var. xx.xx.2018-ci il tarixli 759/k saylı əmrlə xx.xx.2018-ci il tarixdən İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndilə (tərəflərin qarşılıqlı razılığı) xitam verilmişdir. İşdə olan iddiaçının İT-İ-0337002 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı: - xx.xx.1979-cu il tarixdə 3-cü dərəcəli fanerovşik vəzifəsində, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək “Tikinti-Təmir İdarəsi”ndə dülgər vəzifəsində; xx.xx.1982-ci il tarixdən “Şirvanneft”NQCİ –də 4-cü dərəcəli dülgər vəzifəsinə, xx.xx.1982-ci il tarixdə 5-ci dərəcəli dülgər vəzifəsinə keçirilmiş və xx.xx.1982-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək “X14 Qovşağı”nda 3-cü dərəcəli dülgər vəzifəsində; xx.xx.1983-cü il tarixdə 20 saylı sexində 4-cü dərəcəli dülgər, xx.xx.1983-cü il tarixdə 5-ci dərəcəli dülgər vəzifəsində fəaliyyət göstərmiş və xx.xx.1983cü il tarixdə işdən azad edilmiş; xx.xx.1983-cü il tarixdən 4-cü dərəcəli dülgər vəzifəsində, xx.xx.1984-cü il tarixdə X14 Qovşağına keçirilmiş, xx.xx.1984-cü il tarixdə “Şirvanneft” NQCİ-yə 4-cü dərəcəli dülgər vəzifəsinə keçirilmiş, xx.xx.2004-cü il tarixdə həmin şirkətdə iş icraçısı keçirilmiş xx xxxxxxx 2009-cu il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.2009-cu il tarixdən xx.xx.2018-ci il tarixədək “X8 Limited” Şirkətində iş icraçısı vəzifəsində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X12 X9 İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, **********1 saylı məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X12 X9 İdarəsinin xx xxxx 2020-ci il tarixli, **********1 saylı imtina məktubunda qeyd etmişdir ki, xx.xx.1979-cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1984-xx.xx.2004-cü il tarixləri arasındaki dövr ərzində “Şirvanneft” NQÇİ və “Shirvan Oyl” BMMM-in X11 dülgər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən iddiaçının xx xxxxxx 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1961-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin ona xx.xx.1984-xx.xx.2004-cü il tarixləri arasındaki dövr ərzində “Şirvanneft” NQÇİ və “Shirvan Oyl” BMMM-in X11 dülgər vəzifəsində işlədiyi sahənin güzəştli sahəyə uyğun olmadığı əsası ilə imtina edilmişdir. Məhkəmə hesab edir ki, bu imtina əsassızdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün təhsil, hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən sığorta stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxxxx 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin xx xxxx 1993cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu ilə qədər Xırdalan şəhərinin 94 №-li peşə məktəbində təhsil almışdır. (10 ay 16 gün) Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Həmçinin, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin Kollegiyasının 17 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Lakin, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Cavabdehin imtinasının əsasını təşkil edən hal olan-iddiaçının neft sahəsində çalışdığı təqdirdə, onun dülgər və iş icraçısı vəzifəsində fəaliyyət göstərdiyi peşələrin ümumiyyətlə güzəştli iş stajı verən peşələrin dairəsini əhatə edən siyahının “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı, kömürün və şistin emalı” bölməsində nəzərdə tutulmaması ilə bağlı Məhkəmə qeyd edir ki, həmin sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 2 nömrəli siyahısının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (XXVİİ) bölməsində göstərilmişdir. Belə ki, 2290000b-24441 kodu altında olan “iş icraçıları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 2 nömrəli siyahısının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “rəhbərlər və mütəxəssislər” alt bölməsində; 2290100a-16671 kodu altında olan “dülgərlər” isə həmin bölmənin “metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər” alt bölməsində göstərilmişdir. Nəzərə alsaq ki, mübahisələndirilən dövr xx.xx.1984-xx.xx.2004-cü illərə aid olduğundan, iddiaçı həmin dövr ərzində Azərbaycan Respublikasının neft və qaz sektorunda fəaliyyət göstərən “Şirvanneft” NQÇİ və “Shirvan Oyl” BMMM-in X11 insan orqanizmi üçün təhlükəli və zərərli peşələrdə fəaliyyət göstərmişdi. (dülgər və iş icraçısı) Məhkəmə qeyd etmək istəyir ki, dülgər işlərinin görülməsi zamanı bütün istehsalatlarda çalışan dülgərlər insan orqanizmi üçün təhlükəli və zərərli olan amillərin təsirinə məruz qalırlar. Ona görə də, dülgər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004cü il i noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş «işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli digər ağır istehsalat amilləri mövcud olan əmək şəraiti istehsalatların, peşə və vəzifələrin Siyahısı»na və həmçinin 2004-cü il tarixli 5 iyul 92 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısına daxil edilmişdir ki, bu da onu deməyə əsas verir ki, dülgər peşəsi ağır və insan orqanizm üçün zərərli peşədir. Göründüyü kimi, təhsil illəri və hərbi illəri (2 il 11 ay 16 gün) sosial sığorta stajına daxil edilərək müəyyən olunur ki, iddiaçının ümumilikdə xx.xx.2006-cı il tarixədək 28 il 11 ay 16 günü sığorta stajı mövcuddur, bu dövründən 12 il 6 ayından çoxunu güzəştli iş stajı təşkil edir. Məhkəmə hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinəçatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əməlik qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, onun pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu xx.xx.2018-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X6 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X9 İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu xx.xx.2018-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsicavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X6 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X9 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar