Məhkəmə qərarları › İş №2-1(112)-4997/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4997/2021

10.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4997/2021 10.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil (ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı əmrin ləğv edilməsi, "iddiaçının Fövqəladə hallar orqanına xidmətə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cavabdeh 08 fevral 2021-ci il tarixli,0159\ş saylı əmrinin ləğv edilməsi, onun əvvəlki - Nazirliyin X2 hissəsinin 17 nömrəli yanğından mühafizə bölməsinin böyük yanğınsöndürəni daxili xidmət baş çavuşu vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün 8 fevral 2021-ci il tarixdən hesablanmaqla işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Cavabdeh 08 fevral 2021-ci il tarixli,0159\ş saylı əmri ilə iddiaçının barədə intizam tənbehi tətbiq edilərək Nazirliyin X2 hissəsinin 17 nömrəli yanğından mühafizə bölməsinin böyük yanğınsöndürəni daxili xidmət baş çavuşu vəzifəsindən azad edilərək fövqəladə hallar orqanlarından xaric edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki,23 dekabr 2021-ci il tarixli müayinə zamanı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlanmışdır. Qeyd olunanları nəzərə alaraq “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kobinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təstiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nə əsasən,’’ Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının 31.1.8-ci, 31.5-ci və 33.1.12-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təstiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci bəndini rəhbər tutularaq belə əmr verilmişdir. Elə həmin əmrdə əmrin verilməsinə əsas kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X1” X4 30 dekabr 2020-ci il tarixli,3516\K nömrəli aktının olması göstərilir. Barəsində verilən əmri qanunsuz və əsassız hesab edir. Belə ki, o 2013-cü ildən Cavabdeh orqanlarında xidmət edir. Xidməti dövründə nümunəvi əməkdaş hesab edilmişdir. Heç vaxt barəsində intizam tənbehi tədbiri görülməmişdir. Əksinə xidməti yuxarı rəhbərlik və rəis heyyəti daim yüksək qiymətləndirmişdir. 23 dekabr 2020-ci il tarixdə Nazirlik əməkdaşları tərəfindən Baş İdarəyə çağrılmış, ona narkoloji testdən keçməli olduğu bildirilmişdir. Ora bu məqsədlə başqa dəvət olunanlar da var idi. Özünə arxayın olduğundan etiraz etməmişdir. Testdən keçməli olanlarla birlikdə onları Cavabdeh tibb mərkəzinə gətirilmiş, orada müayinə olunmuş, nəticə neqativ çıxmışdır. Sonra elə həmin gün o yenidən müayinə edilməsi üçün Respublika Narkoloji Mərkəzinə aparılmış və orada yenidən müayinə edilmişdir. Nəticə yenə neqativ olmuşdur. Daha sonra o əməkdaşlara qan analizi belə verməyə hazır olmağını bildirmişdir ki, barəsində şübhələr qalmasın. O oradan birbaşa “Məhkəmə-tibbi ekspertiza və X1“ X4 binasına gəlmiş və yenidən sidik və qan analizi vermişdir. Bundan sonra əməkdaşlar onun xidməti vəsiqəsini qaytarmış və işini davam etdirəcəyini bildirmişlər. 05 yanvar 2021-ci il tarixədək işləmiş və həmin tarixdən növbəti məzuniyyətə çıxmışdır. Məzuniyyət qutarandan sonra 7 fevral tarixdə işə çıxmışdır. 10 fevral 2021-ci il tarixdə işə gələrkən rəis onun xidmətdən azad olunduğunu qeyri rəsmi bildirdi və “Məhkəmə-tibbi ekspertiza və X1” aktınının əsas olduğunu dedi. O bunun əsassız olmasını, narkotikadan istifadə etmədiyini, yanlış akt yazıldığını bildirmiş, həmin gün yəni 10 fevral 2021-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin hərbi tibb baş İdarəsində qan və sidik analizləri verərək özünü yenidən müayinə etdirmişdir. Orada da narkotik maddə tapılmadı. Göründüyü kimi 3 səlahiyyətli dövlət qurumları onun narkotika qəbul etməməyini müəyyən etdiyi halda Birliyin müayinədən 7 gün sonra tərtib etdiyi akt qanuni və əsaslı, mötəbər sənəd hesab edilə bilməz. Bundan əlavə məhkəmə və istintaq təcrübəsində narkoloji xəstələrin müayinə edilərək rəy verilməsi Birliyə yox Respublika Narkoloji Mərkəzinə həvalə edilir və bu qurumun rəyi əsas götürülür. Çünki burada daha ixtisaslı mütəxəssislər çalışır. Birlikdə isə meyidin müayinəsi zamanı qarşılarına qanda spirtli içki, narkotika olub-olmaması məsələsinin aydınlaşdırılmasına sual qoyulsa müayinə aparlır. Şəxsin narkoloji xəstə olub-olmamasının aydınlaşdırılması Birliyin səlahiyyətində deyil. Odur ki, cavabdeh Birliyin yox Narkoloji Mərkəzin gəldiyi nəticəyə inanmalı idi. Sorğuya Mərkəzdən verilən 02 mart 2021-ci il tarixli, 19\51-2459 saylı cavab məktubunda iddiaçının 23.12.2020-ci il tarixdə, saat 14:53-də tibbi müayinədən keçirilməsi, narkotok maddə aşkar edilməməsi göstərilmişdir. Digər tərəfdən Birliyin aktı əsaslı olsa belə əmrdə istinad edilən “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsi ona şamil edilə bilməz. Çünki həmin maddədə göstərilir ki, əhalinin hüquqlarının,qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədi ilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükəli mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi bu maddə heç də müalicə məqsədi ilə, yaxud qanunla müəyyən edilən istehlak normasında, yaxud təsadüfən narkotika qəbul edənlərə yox narkoloji xəstələrə şamil edilməlidir. Həmin qanunun 7.1-ci maddəsində göstərilir ki, şəxsin narkoloji xəstə olub-olmaması, narkoloji xəstənin səhhətinin vəziyyəti, onun proqnozları, göstərilmiş xidmətlər haqqında məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada verilir. İddiaçının isə narkoloji xəstə olmasını təsdiq edən heç bir sənəd mövcud deyil. Birlik vəkil sorğusuna görə aktın surətini verməsə də əmrdə “23 dekabr 2021-ci il tarixli müayinə zamanı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlanmışdır” sözünün yazılması onu təsdiq edir ki, xəstə olmağına rəy yoxdur. Səxsin qanında narkotik maddə tapılması onun narkoloji xəstə olması anlamını vermir. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.4cü maddəsində narkoloji xəstənin anlayışı belə verilir. Həmin maddədə göstərilir ki,’’narkoloji xəstə - insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericilikdə müəyyən edilmiş qaydada alkoqolizm, norkamanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir. Cavabdehin onun barəsindəki əmrdə istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kobinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nə gəldikdə isə bu siyahıya əsasən narkomanlara məhdudiyyət müddəti 5 il müəyyən edilmişdir. Göstərilən müddət başa çatdıqdan sonra bu xəstələr 9 və 10-cu bəndlər istisna olmaqla digər peşə və vəzifələrdə işləyə bilər. Beləliklə əgər narkoloji xəstənin məcburi müalicəsinə ehtiyac yaranarsa ona 5 il müddətinə məhdudiyyət qoyula bilər. Müalicədən sonra xəstələr 9 və 10-cu bəndlər istisna olmaqla digər peşə və vəzifələrdə işləyə bilər. Bu bəndlər isə Cavabdehnə yox 9-cu bənd silah və sursatın daşınmasına, tətbiq edilməsinə və saxlanmasına icazəsi olan bütün növ peşə və vəzifələrə, 10-cu bənd isə müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrə aiddir. Cavabdeh və yanğından mühafizə xidməti 13-cü bənddə öz əksini tapmışdır. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təstiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nə dair siyahıya görədə narkoloji xəstə Cavabdeh və yanğından mühafizə xidmətində işləyə bilər.Yalnız məcburi müalicəyə cəlb olunanlara 5 illik məhdudiyyət qoyula bilər. Cavabdeh əmrdə istinad etdiyi Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Qanunun tələblərinidə pozmuşdur... Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Cavabdeh 08 fevral 2021-ci il tarixli,0159\ş saylı əmrinin ləğv edilməsi onun əvvəlki - Nazirliyin X2 hissəsinin 17 nömrəli yanğından mühafizə bölməsinin böyük yanğınsöndürəni daxili xidmət baş çavuşu vəzifəsinə bərpa edilməsinə, məcburi iş buraxma müddəti üçün 8 fevral 2021 -ci il tarixdən hesablanmaqla işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı Azərbaycan Respublikasının Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh 8 fevral 2021-ci il tarixli 0159/Ş saylı Əmrinin ləğv edilməsi, onun Cavabdeh X2 Xidmətinin Nərimanov rayon Yanğından mühafizə hissəsinin 17 nömrəli yanğından mühafizə bölməsinin böyük yanğınsöndürəni vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün 8 fevral 2021-ci il tarixdən hesablanmaqla işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş şikayət barədə aşağıdakılar bildirilir: "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununun 24.3-cü maddəsinə əsasən peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. İddiaçı 23 dekabr 2020-ci il tarixdə "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununun 24.3-cü maddəsinə əsasən narkoloji sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə dövri tibbi müayinəyə cəlb edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1”ndə həyata keçirilmiş yoxlamanın nəticəsində iddiaçıdan götürülmüş qan nümunəsinin tərkibində “Heroin” narkotik maddəsi və benzodiazepin qrupuna aid törəmə aşkar edilmişdir. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 6.7-ci maddəsinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 1-ci hissəsinin 10-cu bəndinə əsasən narkotik vasitə istifadəçilərinin müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə çalışmalarına yol verilmir. Bu baxımdan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1”nin həyata keçirilmiş yoxlamanın nəticəsində keçirdiyi müayinənin nəticələrinin özündə əks etdirən 30 dekabr 2020-ci il tarixli 3516/K saylı protokol əsasında İddiaçı Azərbaycan Respublikası fövqəladə hallar nazirinin 8 fevral 2021-ci il tarixli 0159/Ş saylı Əmrinə əsasən fövqəladə hallar orqanlarından xaric edilmişdir. Bundan əlavə iddiaçı öz ərizəsində göstərmişdir ki, müayinə nəticəsində onun narkotik vasitədən istifadə etməsinin aşkarlanması onun narkoloji xəstə olması anlamına gəlmir və bu baxımdan, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 6.7-ci maddəsi ona şamil oluna bilməz. Qeyd edirlər ki, iddiaçının narkoloji xəstə olması faktı qanunvericiliyə müvafiq qaydada həyata keçirilmiş tibbi müayinə əsasında müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 26 noyabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydası”na əsasən şəxsin narkoloji xəstə olması faktı tibbi müayinə əsasında müəyyən edilir. Qaydanın 9-cu maddəsinə əsasən narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi məqsədi ilə aparılan müayinə nəticəsində şəxsin narkotik vasitələri və psixotrop maddələr istehlak etməsi sübut edildikdə, bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə dair ümummilli məlumat bankına verilir. Qanunvericiliyin bu müddəasından göründüyü kimi şəxsin narkoloji xəstə olması nəticəsinə bu halda gəlmək olar ki, o tibbi müayinədən keçsin və bu müayinənin nəticəsində onun narkotik maddədən istifadə etməsi faktı öz təsdiqini tapsın. İddiaçı öz ərizəsində həm də göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1”nin onun narkotik istifadəçisi olması barədə rəy verməsi səlahiyyəti yoxdur. İddiaçının əsaslandığı bu hal tam əsassızdır. Belə ki, “Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi-Təcrübi və Tədris Birliyində Məhkəmə Narkoloji xidmətləri haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizalar psixiatriya və narkologiya ixtisaslarına uyğun olaraq ixtisaslaşmış həkimlər-məhkəmə-tibb ekspertləri tərəfindən aparılır. Əsasnamənin 11-ci bəndinə əsasən məhkəmə psixiatrik və Məhkəmə narkoloji şöbələrin rəhbərləri Səhiyyə Nazirliyinin əmr və təlimatlarını, şöbələr haqqında əsasnaməni, məhkəmə psixiatrik, Məhkəmə narkoloji işlərini nizamlayan normativ göstəriş, qayda və təlimatları, Birliyin əsasnaməsini rəhbər tutaraq fəaliyyət göstərdikləri ərazidə müvafiq xidmətləri təşkil edir. Bu baxımdan birliyin verdiyi rəy konkret halın müəyyən edilməsi üçün sübut hesab edilir və rəsmi sənəd kimi müəyyənedici xarakterə malikdir. İddiaçı həmçinin ərizədə göstərmişdir ki, onun xidmətinə xitam verilməsi haqqında Əmrdə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 33- cü maddəsinə istinad edilməsi əsassızdır. Bununla bağlı cavabdeh qeyd edir ki, Qanunun 31.5-ci maddəsinə əsasən Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Qanunun 2.3-cü maddəsinə əsasən əmək münasibətlərinə dair Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin b) bəndinə əsasən işçinin alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması kobud pozuntu hesab edilir. Konkret halda iddiaçının xidmətinə xitam verilməsi onun ərizədə göstərdiyi kimi “uzunmüddətli xəstəliklə deyil, yol veridiyi kobud pozuntu ilə bağlıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq cavabdeh İddiaçı iddiasının rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan - İşdə olan Azərbaycan Respublikası Cavabdeh “Nazirliyin X2 Xidmətinin əməkdaşı İddiaçı barəsində intizam tənbehinin tətbiq edilməsi haqqında” 08 fevral 2021-ci il tarixli 0159/ş №li Əmrdən çıxarışdan görünür ki, 23 dekabr 2020-ci il tarixdə tibbi müayinə zamanı Nazirliyin Dövlət Yanğından müdafiə Xidmətinin Nərimanov rayon Yanğından mühafizə hissəsinin 17 nömrəli yanğından mühafizə bölməsinin böyük yanğınsöndürəni daxili xidmət baş çavuşu Babayev tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlanmışdır. Qeyd olunanları nəzərə alaraq, "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Qanununun 6.7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nə əsasən, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1.8-ci, 31.5-ci və 33.1.12-ci maddələrini və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə"nin 10.10.22-ci bəndini rəhbər tutaraq Nazirliyin X2 Xidmətinin Nərimanov rayon Yanğından mühafizə hissəsinin 17 nömrəli yanğından mühafizə bölməsinin böyük yanğınsöndürəni daxili xidmət baş çavuşu İddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. Göründüyü kimi iddiaçı hazırki iddia tələbi üzrə Azərbaycan Respublikası Cavabdeh 08 fevral 2021-ci il tarixli,0159\ş saylı əmrinin ləğv edilməsi, onun əvvəlki - Nazirliyin X2 hissəsinin 17 nömrəli yanğından mühafizə bölməsinin böyük yanğınsöndürəni daxili xidmət baş çavuşu vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün 8 fevral 2021-ci il tarixdən hesablanmaqla işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb etməkdədir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi hallar mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı barəsində Azərbaycan Respublikası Cavabdeh 08.02.2021-ci il tarixli 0159/ş nömrəli əmrinin əsasını təşkil edən inzibati icraat materiallarının təsdiq edilmiş surəti sorğu əsasında cavabdehdən tələb edilmişdir. xx.xx.1992-ci il təvəllüdlü İddiaçı 23.12.2020-ci il tarixdə Tibb Xidmətində müayinə olunub-olunmaması, müayinə olunduğu təqdirdə müayinənin nəticəsi barədə məlumatın sorğu əsasın təqdim edilməsi Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətindən tələb edilmiş, sorğuya cavab olaraq, İddiaçı 23.12.2020-ci il tarixdə Tibb Xidmətinə müraciət edilmədiyi bildirilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı xx.xx.1992-ci il təvəllüdlü İddiaçı 23.12.2020-ci il tarixdə Narkoloji Mərkəzdə müayinə olunub-olunmaması, müayinə olunduğu təqdirdə müayinənin nəticəsi barədə məlumat “Respublika Narkoloji Mərkəzi” X3 sorğu əsasında tələb edilmişdir. “Respublika Narkoloji Mərkəzi” X5 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilən məktubda İddiaçı 23.12.2020-ci il tarixdə saat 14:53 radələrində Narkoloji Mərkəzdə müayinədən keçdiyi bildirilmiş, müayinənin nəticəsində 10 parametr:OPİ(-), THC (-), TCA(-), COK(-), BZO(-), BAR(-), MDMA(-), MET(-), AMP(-), MTD(-) və TML(-)-nin aşkar edilmədiyi bildirilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı xx.xx.1992-ci il təvəllüdlü İddiaçı 23.12.2020-ci il tarixdə Birlikdə müayinə olunub-olunmaması, müayinə olunduğu təqdirdə müayinənin nəticəsi barədə rəyin təsdiq edilmiş surəti sorğu əsasında “Məhkəmə Tibbi Ekspertiza və X1” X3 tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə Azərbaycan Respublikası Cavabdeh göndərişi əsasında Birliyin məhkəmə-kimya şöbəsində ekspert-kimyaçı Gülnarə Abdullayeva tərəfindən tərtib olunmuş 3516/K saylı, 30.12.2020-ci il tarixli “maddi sübutların ekspertizası haqqında” Aktın təsdiq edilmiş surəti təqdim edilmişdir. Həmin Aktın nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: İddiaçı götürülmüş qan və sidik nümunələrinin məhkəmə - kimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: İddiaçı götürülmüş qan nümunəsinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan “Heroin” və 1,4 benzodiazepin qrupuna aid olan törəmə aşkar edildi, barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, salisilatlar, fenilalkilamin qrupu törəmələri və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi, sidik nümunəsinin tərkibində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar, fenilalkilamin qrupu törəmələri və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Beləliklə işin hallarından müəyyən edilir ki, İddiaçı 23 dekabr 2020-ci il tarixdə narkoloji sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə dövri tibbi müayinəyə cəlb edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1”ndə iddiaçıdan götürülmüş qan nümunəsinin tərkibində “Heroin” narkotik maddəsi və benzodiazepin qrupuna aid törəmənin aşkar edildiyi müəyyən edilərək müvafiq akt tərtib edilmiş, həmin protokol əsasında İddiaçı Azərbaycan Respublikası fövqəladə hallar nazirinin 8 fevral 2021-ci il tarixli 0159/Ş saylı Əmrinə əsasən fövqəladə hallar orqanlarından əssalı olaraq xaric edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cavabdeh Əsasnaməsinin 10.10.22-ci bəndinə əsasən Nazirlik Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Nazirlik sisteminə daxil olan strukturların işçiləri barədə bütün intizam tənbehi tədbirlərini tətbiq edir. Eyni zamanda "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununun 24.3-cü maddəsinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. Həmin Qanunun 6.7-ci maddəsinə əsasən Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 1-ci hissəsinin 10-cu bəndinə əsasən narkotik vasitə istifadəçilərinin müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə çalışmalarına yol verilmir. Məhkəmə sözügedən Qanunun tələbini hazırkı münasibətlərə tətbiq etməklə hesab edir ki, 23 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Cavabdeh “Nazirliyin X2 Xidmətinin əməkdaşı İddiaçı tibbi müayinəsi zamanı narkotik vasitədən istifadə etdiyi aşkarlandığından, barəsində verilən qərar qanuni və əsaslı olmuşdur. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsi fövqəladə hallar orqanlarında xidmətkeçməyə xitam verilmənin əsaslarını tənzimləyir. Həmin Qanunun 31-ci maddəsi ilə intizam məsuliyyətinin növləri müəyyən edilmişdir. Belə ki, 31.1-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: Həmin Qanunun 31.1.8-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarından xaric etmə; 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə yol verildikdə tətbiq edilir. Məhkəmə iddiaçının “onun xidmətinə xitam verilməsi haqqında Əmrdə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 33-cü maddəsinə istinad edilməsinin əsassız olması” barədə arqumentinə münasibət bildirərək qeyd edir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 31.5-ci maddəsinə əsasən Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edildiyi nəzərdə tutulduğundan, sözügedən əmrin qanunvericiliyin yuxarıda istinad olunan normalarına uyğun olaraq qəbul edildiyi və əsaslı olduğu qənaətindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin b) bəndinə əsasən işçinin alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması kobud pozuntu hesab edilir. Hazırki halda iddiaçının xidmətinə xitam verilməsi onun iddia ərizəsində göstərdiyi kimi “uzunmüddətli xəstəliklə deyil, yol veridiyi kobud pozuntu ilə bağlı olması işin halları ilə müəyyən edilməkdədir. Məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Cavabdeh 08 fevral 2021-ci il tarixli,0159\ş saylı əmrinin ləğv edilməsi, onun əvvəlki - Nazirliyin X2 hissəsinin 17 nömrəli yanğından mühafizə bölməsinin böyük yanğınsöndürəni daxili xidmət baş çavuşu vəzifəsinə bərpa edilməsi barədə olan hissəsinin təmin olunmadığı əsası ilə, tələbin digər hissəsi olan məcburi iş buraxma müddəti üçün 8 fevral 2021-ci il tarixdən hesablanmaqla işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində də rədd olunduğunu qeyd edir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisəli əmr qəbul edilərkən qanunvericiliyin normalarına riayət edilmiş, hər hansı bir maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halı müəyyən edilməmişdir. İddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə hazırkı iş üzrə mübahisələndirilən iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş əmrin qanunauyğunluğu məhkəmə araşdırması ilə sübut edildiyindən, əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi ilə bağlı əsaslar olmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar