Məhkəmə qərarları › İş №2-1(112)-4998/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4998/2020

02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4998/2020 02.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi, eyni zamanda vəkili X6 (Ünvanı: Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 16, mənzil 9; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosu, vəkil) iştirakı ilə, iddiaçı -İddiaçı cavabdeh -Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyinin tabeliyində Dövlət X15 X11 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi Dövlət X12 X1rşı iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən (57 yaşdan) xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyinin tabeliyində Dövlət X15 X11 üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazında iddiaçının hazırkı tələblə cavabdehə olan müraciətinin təmin edilməsindən imtinanın olmaması bildirməsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan iddia ərizəsinə əlavə olunmuş poçt qəbzindən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə rəsmi qaydada 2 dəfə cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin, iddiaçının hər iki müraciətinə eyni “müvafiq sənədlərin əsillərin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər” məzmunlu cavab verilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müvafiq sənədlərin surətlərinin inzibati orqana təqdim edildiyi halda cavabdeh tərəfindən həmin sənədlərin əsillərinin tələb edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 32.2-ci maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. Həmin Qanunun 32.2-1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər iki müraciətinə verilmiş cavabları formal xarakter daşıyır. Odur ki, məhkəmə prosessual qənaət prinsipi baxımından hazırkı iddianı mümkün hesab etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Salyan rayonunun, Rəncbər kəndin də anadan olmuşdur. Lakin hal-hazırda Şirvan şəhər sakini olmaqla yaşayır. İddiaçının xx.xx.1973-hal-hazıra kimi işləməklə ümumi 49 il 08 ay əmək stajı vardır. Həmin əmək stajının xx.xx.1973-xx.xx.1974-cü ilə kimi “Sabirabad” PMK-24-də “rəngsaz”, xx.xx.1975-xx.xx.1983-cü ilə kimi “Azneft İB”-nin “Azneft Tikinti-Quraşdırma İdarəsi-2”-də “rəngsaz”. xx.xx.1983-xx.xx.1983-cü ilə kimi həmin idarənin tərkibində “Tikinti İdarəsi-29”-də, “rəngsaz”, xx.xx.1983- xx.xx.1984-cü ilə kimi həmin idarədə yenidən “Azneft Tikinti-Quraşdırma İdarəsi”-də “rəngsaz”, xx.xx.1984- xx.xx.1984-cü il tarixə kimi həmin idarədə 6-cı dərəcə “rəngsaz”, xx.xx.1984-xx.xx.1984-cü ilə kimi “X14 Zavodu”-da “rəngsaz”, xx.xx.1984-xx.xx.1985-ci ilə kimi “Tikinti İdarəsi-75”-də “rəngsaz”, xx.xx.1986-xx.xx.1986-cı ilə kimi “X16-Quraşdırma İdarəsi”-də “rəngsaz”, xx.xx.1986xx.xx.2004-cü il tarixə kimi “Azərenerjitikinti”-də “rəngsaz”, xx.xx.2006-xx.xx.2008-ci il tarixə kimi “Xəzərdənizneftqaztikinti” Trestində “suvaqçı”, xx.xx.2008-xx.xx.2014-cü ilə kimi “Neftqaztikinti” Trestinin 7 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz”, xx.xx.2014xx.xx.2015-ci il tarixə kimi “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz” xx.xx.2015-xx.xx.2019-cu il tarixə kimi “SOCAR”-ın “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır iş olduğundan, ona xx.xx.2012-ci il tarixdə, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin ona xx.xx.2019-cu il tarixdə, 64 yaşında yaşa görə əmək pensiyası təyin edilmişdir. iddiaçı həqiqətəndə xx.xx.1973-hal- hazıra kimi işləməklə ümumi 49 il 08 ay əmək stajı vardır. Həmin əmək stajının xx.xx.1973-xx.xx.1974-cü ilə kimi “Sabirabad” PMK-24-də “rəngsaz”, xx.xx.1975-xx.xx.1983-cü ilə kimi “Azneft İB”-nin “Azneft Tikinti-Quraşdırma İdarəsi-2”-də “rəngsaz”, xx.xx.1983-xx.xx.1983-cü ilə kimi həmin idarənin tərkibində “Tikinti İdarəsi-29”-də, “rəngsaz”, xx.xx.1983-xx.xx.1984-cü ilə kimi həmin idarədə yenidən “Azneft Tikinti- Quraşdırma İdarəsi”-də “rəngsaz”, xx.xx.1984xx.xx.1984-cü il tarixə kimi həmin idarədə 6-cı dərəcə “rəngsaz”, xx.xx.1984-xx.xx.1984-cü ilə kimi “X14 Zavodu”-da “rəngsaz”, xx.xx.1984- xx.xx.1985-ci ilə kimi “Tikinti İdarəsi-75”də “rəngsaz”, xx.xx.1986-xx.xx.1986-cı ilə kimi “X16-Quraşdırma İdarəsi”-də “rəngsaz”, xx.xx.1986-xx.xx.2004-cü il tarixə kimi “Azərenerjitikinti”-də “rəngsaz”, xx.xx.2006xx.xx.2008-ci il tarixə kimi “Xəzərdənizneftqaztikinti” Trestində “suvaqçı”, xx.xx.2008xx.xx.2014-cü ilə kimi “Neftqaztikinti” Trestinin 7 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz”, xx.xx.2014-xx.xx.2015-ci il tarixə kimi “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti- Quraşdırma İdarəsində “rəngsaz” xx.xx.2015-xx.xx.2019-cu il tarixə kimi “SOCAR”-ın “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti- Quraşdırma İdarəsində “rəngsaz” vəzifələrində işləmişdir. İddiaçı xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi ümumi 25 il və 12 il 06 ay xüsusi iş stajı topladığına görə hesab edir ki, onun xx.xx.2012-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. Çünki, xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: 1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 Ns-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa); “rəngsazlar (2290100a—13450)” və “suvaqçılar (2290100a—19727)” vəzifələrinə əsasən 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajı və 25 ildən çox ümumi əmək stajını xx.xx.2006-cı il tarixə kimi toplamışlarsa, kişilər 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ yaranır. İddiaçı cavabdeh təşkilata xx.xx.2020-ci il tarixli ərizə və ona əlavə edilmiş şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının və hərbi biletin notarial təsdiq edilmiş sürətləri ilə müraciət edərək xx.xx.2012-ci il tarixdən, 57 yaşdan xx.xx.2017ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək X9 Nazirliyi yanında Dövlət X12 X10 İdarəsi isə iddiaçıya xx.xx.2020-ci il tarixli, **********3 saylı məktubla cavab olaraq ona müvafiq sənədlərin əsli təqdim edildikdən sonra baxıla bilinməsi barədə bildirilmişdir. Bundan sonra o, xx.xx.2020-ci il tarixdə ərizəsinə əlavə edilmiş sənədlərin notarial təsdiq edilmiş sürətlərini və sənədlərin əslin cavabdeh orqana təqdim etdi, lakin sənədlərin əslin nəzərədən keçirilməsinə baxmayaraq cavabdeh orqan iddiçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkünsüz olduğunu və bunu əmək kitabçalarında qeyd edilən müəssisə və təşkilatlardan həmin yerlərdə işləmiyimi təsdiq edən arayışların olmadığını və həmçinin güzəştli arayışın olmadığını bildirdilər. Lakin iddiaçıya rəsmi imtina verməkdən imtina etmişlər. Bunun da onunla əsaslandırmışlar ki, yalnız işləməyini təsdiq edən arayışlar və güzəştli arayışlar təqdim edildikdən sonra güzəştli pensiyanın təyin edilib-edilməməsinə baxılmasının mümkün olmasını demişlər. İddiaçı qeydiyyatdan keçmə qəbzi əsasında yenidən cavabdeh orqana xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 N-li Qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilməsini, həmin Qaydaların 2 N-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, umumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyasını təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirildiyini və mənə xx.xx.2012-ci il tarixdən, 57 yaşdan yarandığından ona münasibətdə bu Qaydalar tətbiq oluna bilmədiyini, belə ki, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli, 17 N-li Qərarı ilə təsdiq edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları mənim pensiya hüququ yaranan tarixdə qüvvədə olduğunu, ona görə də həmin Qaydalarda isə həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayışın təqdim olunması göstərilmədiyini, bundan başqa şəxsin əmək kitabçası onun işlədiyi dövrlərdə iş fəaliyyətinin qeyd edilməsini təsdiq edən sənəddir. Həmin sənəddə qeyd edilənlər şəxsin əmək stajının təsdiqi olaraq faktiki sənəddir və məhz həmin sənədə əsasən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 7-ci və 9-cu maddələrinin tələbləri əsasında şəxs müəyyən yaşa çatdıqda güzəştli və yaşa görə əmək pensiyası təyin edilir. Şəxsin əmək kitabçasında xx.xx.2006-cı il tarixə kimi idarə və müəssisələrdə işlədiyi dövrlər onun sosial sığorta stajı hesab olunur və həmin staj müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul olunmalıdır. Şəxsin əvvəllər işlədiyi dövrlərdə fəaliyyət göstərmiş dövlət idarə və müəssələr bağlanmışdırsa, həmin dövrlərin fəaliyyətin təsdiqi olan sənədlərin dövlət arxivinə təhvil verilibsə, məhz arxiv arayışları əsasında təsdiq olunur, lakin müəssisə və idarənin səhlənkarlığı əsasında sənədlər dövlət arxivinə verilməmişdirsə, ona görə həmin dövrlər də müəssisə və idarələrdə işləmiş şəxs məsuliyyət daşımır. Belə ki, şəxsin həmin dövrlər də müəssisə və idarələr də işləməsinə şübhələr varsa, həmin şübhələr əsaslı olmalı, yəni formal xarakterli mülahizəyə əsaslnan sözlər əsasında olmamalı, həmin şübhəli halları sübut etmək vəzifəsinin inzibati orqana məxsus olduğundan, həmin hallar faktiki və mötəbər sübutlar əsasında müəyyən olunmasını və odur ki, ƏƏSMN-nin yanında DSMF-nun X10 İdarəsinin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmasının və həmin imtinanın yazılı verilməməsinə dair açıqlama verilməsi barədə 5 iş günü ərzində cavab verilməsini bildirmişdi. Lakin cavabdeh orqan xx.xx.2020-ci il tarixli, **********8 saylı məktubla iddiaçıya xx.xx.2020-ci il tarixli, **********3 saylı məktubun eyni ilə formatı əsasında şablon olaraq sənədlərin əsli təqdim edilməsini bildirmişlər, amma iddiaçının ərizəsinə dair heç bir rəsmi cavab verilməmişdir. Cavabdeh orqan xx.xx.2020-ci il tarixli, **********8 saylı məktubla iddaiçıya ünvanladığını qeyd etsə də, lakin məktub konvertinin Bakı Poçtuna xx.xx.2020-ci il tarixdə daxil olduğunu təsdiq edən möhür vurulmuşdur, buda ondan xəbər verir ki, cavabdeh orqan iddiaçının məktubuna xx.xx.2020-ci il tarixdə qeyd etməsini göstərəsə də, lakin cavabdeh orqan məktuba gec cavab vermiş və buna bir daha imtinanın verilməməsinin əsassız yerə uzadılması kimi hesab edib qiymət vermək olar. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Teleqramla məhkəməyə müraciət edərək üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı 57 yaşı olanadək ondan mövcud qanunvericiliklə tələb edilən 12 il 6 ay güzəştli iş stajını toplamamışdır. İlk növbədə ona görə ki, İddiaçının işləmiş olduğu “rəngsaz” peşəsi özlüyündə güzəştli şərtlərlə pensiya hüququ yaratmır. İddiaçı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda, 2290100a—13450 kod altındakı “rəngsazlar” peşəsinə istinad etmişdir. Halbuki, həmin kod “Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər“ bölməsinə aiddir. İddiaçı isə məhz həmin sahədə rəngsaz işləmiş olmasına dair heç bir sübut təqdim etməmişdir. Doğrudur, iş materiallarında xx.xx.2019-cu il tarixli “güzəştli şərtlərlə pensiya təyin edilməsi haqqında” bir arayış var. Lakin əvvəla, o arayış İddiaçının xx.xx.2006-cı ildən sonrakı dövrə aid fəaliyyətini əhatə etdiyi üçün hətta arayışda qeyd olunan müddətləri güzəştli hesab elsək belə, İddiaçının 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixinədək 12 il 6 ay etmir. İkincisi isə, Arayışda Nazirlər Kabinetinin nə 1993-cü il tarixli, nə də 2007-ci il tarixli qərarları ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahılarına istinad olunmamış, iddiaçının peşəsi konkret olaraq siyahıda nəzərdə tutulmuş hər hansı peşəyə uyğunlaşdırılmamışdır. Arayışda İddiaçının “Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər” ilə məşğul olmasına dair də hər hansı qeyd yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Salyan rayonun Rəncbər kəndində anadan olmuşdur. İş materiallarından görünür ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı tarixdən (57 yaşdan) təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsini tələb edir. İş materiallarında olan notarial qayadada təsdiq və tərcümə edilmiş xx.xx.1974-cü il tarixli Əmək Kitabçasından görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.2009-cu il tarixədək müxtəlif müəssiələrdə işləmişdir. İş materiallarından görünür ki, SOCAR-ın xx.xx.2019-cu il tarixli SOCAR**********80020123X00152 nömrəli Arxiv Arayışında göstərilmişdir: “SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1955-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1975-ci ildə (əmr N 75/k, xx.xx.1975-ci il) “Aznefttikinti” Trestinin 2 nömrəli X5 (TQİ) 1-ci sahəsinə 3-cü dərəcəli rəngsaz peşəsinə işə qəbul edilmişdir. xx.xx.1977-ci ildə (əmr N 24/k, xx.xx.1977-ci il) 4-cü dərəcəli rəngsaz peşəsinə keçirilmişdir. xx.xx.1979-cu ildə (əmr NQ 71/k, xx.xx.1979-cu il) “Olimpiada-80” tikintisi ilə əlaqədar Moskva şəhərinə 1 il müddətinə ezamiyyətə göndərilmişdir. xx.xx.1980-cı ildə (əmr N 55/k, xx.xx.1980-cı il) “Aznefttikinti” Trestinin 2 nömrəli TQİ-nin 1-ci sahəsinə 5-ci dərəcəli rəngsaz peşəsinə işə qəbul edilmişdir. xx.xx.1983-cü ildə (əmr N 90/k, xx.xx.1983-cü il) öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1983-cü ildə (əmr N 134/k, 21.11,1983-cü il) “Aznefttikinti” Trestinin 2 nömrəli TQİ-nin 1-ci sahəsinə 5-ci dərəcəli rəngsaz peşəsinə işə qəbul edilmişdir. xx.xx.1984-cü ildə (əmr N 65/k, xx.xx.1984-cü il) Boru alətləri zavoduna köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, həmçinin AR Prezidentinin xx xxxxxx 2002-ci il tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş AR DSMF-nin Əsasnaməsinin 1-ci bəndinə əsasən, AR DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına müraciət etməyinizi məqsədəuyğun hesab edirik.” İş materiallarından görünür ki, SOCAR-ın xx.xx.2019-cu il tarixli SOCAR**********80020123X00121 nömrəli Arxiv Arayışında göstərilmişdir: “Verilir xx.xx.1955-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki o, həqiqətən xx.xx.2006 - cı il tarixindən (əmr N 272/k, xx.xx.2006-cı il) "Xəzərdənizneftqaztikinti” trestinin 2 saylı X7 suvaqçı peşəsinə işə qəbul olunub və xx.xx.2006-cı il tarixinədək həmin peşədə işləyib. ARDNŞnin xx.xx.2007-ci il tarixli 51 nömrəli əmrinə əsasən “Xəzərdənizneftqaztikinti” tresti "Azneft” İB-nin tərkibindən ARDNŞ-nın tabeçiliyinə verilib və ”Neftqaztikinti” tresti adlandırılmışdır. xx.xx.2007-ci il tarixindən (əmr N 71/k, xx.xx.2007-ci il) "Neftqaztikinti” trestinin 6 saylı X8 rəngsaz peşəsinə işə qəbul olunub. xx.xx.2008-ci ildən onunla bağlanmış əmək müqaviləsinə xitam verilib (əmr N 101/k, xx.xx.2008-ci il). Zərərli əmək şəraiti üzrə iş stajı 10 ay 15 gün (on ay on beş gün) təşkil edir. xx.xx.2008-ci il tarixindən (əmr Nə 34/k, xx.xx.2008-ci il) "Neftqaztikinti" trestinin 7 saylı X8 rəngsaz peşəsinə işə qəbul olunub. xx.xx.2014-cü il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilib (əmr Nə 600/k, xx.xx.2014-cü il). Zərərli əmək şəraiti üzrə iş stajı 6 il 5 ay 3 gün (altı il beş ay üç gün) təşkil edir. xx.xx.2014-cü il tarixindən (əmr N 598/k, xx.xx.2014-cü il ) "Neftqaztikinti” trestinin 4 saylı X8 rəngsaz peşəsinə işə qəbul olunub. xx.xx.2015-ci il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilib (əmr N 308/k, xx.xx.2015-ci il). Zərərli əmək şəraiti üzrə iş stajı 8 ay 27 gün (səkkiz ay iyirmi yeddi gün) təşkil edir. xx.xx.2015-ci il tarixində "Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma bölümünə rəngsaz peşəsinə işə qəbul olunub (əmr N SOCAR/15-2500/xx-xx-000218, xx.xx.2015-ci il).xx.xx.2015-ci il tarixindən izolyasiyaçı-örtükçü peşəsi üzrə X2 bölümünə keçirilib (əmr N SOCAR/15-2500/03-10- 000821, xx.xx.2015-ci il) və hal-hazıradək bu peşədə işləyir. Zərərli əmək şəraiti üzrə iş stajı 3 il 8 ay 11 gün (üç il səkkiz ay on bir gün) təşkil edir. İddiaçı zərərli əmək şəraiti üzrə ümumi iş stajı 14 il 7 ay 19 gün (on dörd il yeddi ay on doqquz gün) təşkil edir.” Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə qeyd edir ki, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixə qədər ümumi stajının 25 ildən çox olması mübahisə doğurmur. Araşdırılmalı hal həmin dövrün ən azı 12 il 6 ayının güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işləməsi ilə bağlıdır. İş materiallarından görünür ki, iddiaçının iş yerindən verilən arayışlara, habelə əmək kitabçasında olan məlumatlara görə o, xx.xx.1977-ci il tarixdən xx.xx.1983-cü il tarixədək “Aznefttikinti”Trestinin 2 nömrəli X5 1-ci sahəsində müxtəlif dərəcəli rəngsaz, həmçinin 03.042006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək "Xəzərdənizneftqaztikinti” trestinin 2 saylı X7 suvaqçı peşəsində, xx.xx.2007-ci il tarixdən hal-hazıradək "Neftqaztikinti” trestinin müxtəlif (6 saylı, 7 saylı, 4 saylı) X3 rəngsaz peşəsində işləmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”da “rəngsaz” peşəsi 2290100a—13450 kodu ilə, “suvaqçılar” peşəsi 2290100a—19727 kodu ilə “1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa)” bölməsində nəzərdə tutulmuşdur. Həmçinin, məhkəmə qeyd edir ki, iş materiallarında olan əmək kitabçasından, həmçinin SOCAR-ın xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli Arxiv Arayışlarından iddiaçının Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərində işləməsi müəyyən edilmir. Göründüyü kimi, İddiaçı xx.xx.2012-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına malik olsa da, onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının xx.xx.2012-ci il tarixədək 12 il 6 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olmaması iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyinin tabeliyində Dövlət X15 X11 üzrə Mərkəzi Filialına qarşı iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən (57 yaşdan) xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar