Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4999/2020 05.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X6 X3 idarəsinin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X6 X3 idarəsinə qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X6 Sumqayıt şəhər şöbəsinə (bundan sonra mətndə DSMF Sumqayıt şəhər şöbəsi) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşından təyin olunmaqla 2003-cü il avqustun 15-dən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1953-cü ildə doğulmuşdur, 1971-1975-ci illərdə İmişli rayonu, S.Vurğun adına Kolxozda işləmişdir. 1972-1974-cü illərdə Sovet ordusu sıralarında xidmətdə olub. 1975-2015-ci illərdə Sumqayıt “Üzvi- Sintez” zavodinda xüsusi zərərli istehsal sahəsində işləmişdir. Həmin dövrün iş stajı 1 siyahı üzrə xüsusi zərərli istehsal sahəsinə aiddir. Bu barədə iddiaçı pensiya təyin edilərkən DSMF-nun Sumqayıt şəhər şöbəsinə arayış təqdim etmişdir. 2005-ci ildə iddiaçıya zərərli istehsal sahəsində işlədiyinə görə 52 yaşı tamam olan tarixdə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarına görə kişilər İ siyahı üzrə 50 yaşına çatdıqda, 20 il ümumi iş stajı olduqda və 10 il zərərli istehsal sahəsində işlədikdə pensiya hüququ əldə edirlər. Lakin iddiaçıya İ siyahı üzrə 52 yaşı tamam olan tarixdə pensiya təyin olunmuşdur. İddiaçı xx xxxx 2019-cu ildə ərizə ilə cavabdehə müraciət edərək 50 yaşı tamam olan tarixdən yəni, xx.xx.2003-cü ildən zərərli istehsal zahəsində işlədiyinə görə pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdehin xx xxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının xahişi təmin edilməmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, iddiaçıçya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarına əsasən 52 yaşı tamam olan tarixdən pensiya təyin olunmuşdur. Ümumi iş stajı 44 ildir. xx.xx.2006-cı ilə qədər 35 il olmuşdur. İddiaçı 1975-2015-ci illərdə Sumqayıt “Üzvi-Sintez” zavodunda xüsusi zərərli istehsal sahəsində işləmişdir. Həmin illərin iş stajı (40 il) İ siyahıya aiddir. İddiaçıya xx.xx.2005-ci ildə 52 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdehin hərəkətlərindən narazıdır. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, onun üçün tələb olunan yaş həddinin nə vaxt tamam olmasından asılı olmayaraq, yaşa və staja görə, bu qanunun 9-cu maddəsində göstərilən illərdə tam əmək stajının toplandığı anda qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı tələb olunan 20 il staja, o cümlədən 10 il güzəştli şərtlərlə pensiya hüququ verən staja xx xxxxxx 1997-ci il tarixinədək yəni, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi barədə xx.xx.1997-ci il tarixli Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək malik olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı 50 yaşı tamam olan tarixdən yəni, xx.xx.2003-cü ildən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsini və keçmiş müddət üçün alınmamış əmək pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1293/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 50 yaşı tamam olan tarixdən, yəni xx.xx.2003cü ildən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq, iddiaçıya ödənilməsi öhdəliyinin DSMF Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-145/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF Sumqayıt şəhər şöbəsinin apelyasiya şikayəti qismən təmin edilərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)-1293/2019 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(118)-913/2020 saylı qərardadı ilə cavabdeh DSMF Sumqayıt şəhər şöbəsi Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X6 X3 idarəsi ilə əvəz edilərək inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh DSMF X3 idarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanunun” 13-cü maddəsinə əsasən yeraltı və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə, kişilər 52 yaşına çatdıqda və (xx.xx.2006-cı il tarixədək) azı 20 il sosial sığorta stajı olduqda bu və müddətin azı 10 ilini həmin işlərdə çalışdıqda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qazanırlar. Vətəndaş İddiaçı 50 yaşdan əmək pensiyası təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanunun” 13-cü maddəsinə ziddir. Belə ki, əmək pensiyasının təyin edilməsi üçün 3 əsas prinsip vacibdir. 1) xx.xx.1997-ci il tarixədək vətəndaşın 20 il ümumi stajı, 2) xx.xx.1997-ci il tarixədək güzəştli stajı, 3) xx.xx.1997-ci il tarixədək 50 yaş həddinin tələb edilməsidir. Buradan görünür ki, bu tələblərdən yaş tələbi məhkəmə qərarı qəbul edilərkən pozuluşdur. Belə ki, göstərilən tarixdən vətəndaşın 44 yaşı olmuşdur. Qeyd edilən səbəbdən də vətəndaş İddiaçı qanunvericiliyə müvafiq olaraq 50 yaşında və əmək haqqı ilə əmək pensiyası təyinatının aparılması qanuna ziddir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair iddiasının rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1953-cü ildə doğulmuşdur. NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1974ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. xx xxxx 1984-cü il tarixdə 207 nömrə ilə qeydə alınmış ИВ seriyalı 022016 №li diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1978- 1984-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda “əsas üzvi və neft kimyası sintezinin texnologiyası” ixtisası üzrə mühəndis-kimyaçı-texnoloq ixtisası üzrə təhsil almışdır. Notarial qaydada təsdiq və tərcümə edilmiş AT-İ seriyalı ******* nömrəli xx.xx.1975ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək Kimya maşınqayırma Konstruktor Bürosuna 1-ci dərəcə ilə xarrat şagirdi qismində mexaniki-quraşdırma sexində işləmişdir. xx.xx.1975-ci il tarixdə Oktyabr inqilabının 50 illiyi adına üzvi məhsullar zavodunun 16 saylı sexinə 4-cü dərəcəli təmirçi-çilingər vəzifəsinə qəbul edilmişdir, xx.xx.1975-ci il tarixdə həmin sexə təmir üzrə çilingər vəzifəsi üzrə 3-cü dərəcə təyin verilmişdir. xx.xx.1977-ci il tarixdə Azot-oksigen sexinə qurğuların təmiri üzrə çilingər vəzifəsi üzrə 4-cü dərəcə təyin edilmişdir. xx.xx.1978-ci ildə Azot-oksigen sexinə qurğuların təmiri üzrə çilingər vəzifəsi üzrə 5-ci dərəcə təyin olunmuşdur. xx.xx.1978-ci il tarixdə 5 dərəcə ilə SXPE sexinə distilə operatoru köçürülmüşdür. xx.xx.1979-cu il tarixdə həmin sexdə qarışıqların ötürülməsi üzrə aparatçı vəzifəsinin 6-cı dərəcəsi təyin olunmuşdur. xx.xx.1983-cü ildə propilenin oksid sexinə növbə üstası vəzifəsinə keçirilmişdir. xx.xx.1987-ci ildə birliyon strukturunun dəyişilməsi ilə əlaqədar olaraq istehsalatın ştatına 5 saylı propilen oksidi sexinə növbə ustası vəzifəsinə keçirilmişdir. xx.xx.1992-ci ildə həmin sexə və istehsalata növbə rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.1996-ci ildə struktur dəyişikliyi ilə əlaqədar 1№-li istehsalatın propilen oksidi sexinə növbə rəisi keçirilmişdir. xx.xx.1998-cci ildə struktur dəyişikliyi ilə əlaqədar propilen oksidi sexinə növbə rəisi keçirilmişdir. xx.xx.1999-cu ildə struktur dəyişikliyi ilə əlaqədar propilen oksidi və lak boyaq bərkidicilər sexinə növbə rəisi keçirilmişdir. xx.xx.2004-cü ildə struktur dəyişikliyi ilə əlaqədar propilen oksidi sexinə növbə rəisi keçirilmişdir. xx.xx.2006-cı ildə idarə aparatı Texniki İstehsalat şöbəsinin texnoloji bürosuna aparıcı mühəndis keçirilmişdir. xx.xx.2007-ci ildə həmin şöbədə büro rəisi vızifəsini müvəqqəti icra edən keçirilmişdir. xx.xx.2008-ci ildə həmin şöbədə texnoloji büronun rəisi vəzifəsinə təsdiq edilmişdir. xx.xx.2009-cu ildə həmin şöbədə şöbə rəisinin müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2010-cu il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq Texniki-istehsalat şöbəsinə mühəndis keçirilmişdir. xx.xx.2012-ci il tarixdə idarəetmə aparatının Texniki istehsalat şöbəsinə 14-cü dərəcə ilə rəis təyin edilmişdir. xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2013-cü ildə “Azərkimya” İB “Təmir-Tikinti” İdarəsinə avadanlıqların təmiri və xidməti sexinə 12-ci dərəcəli sahə rəisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2014-cü ildə struktur dəyişikliyi ilə əlaqədar Avadanlıqların təmiri və xidməti sahəsinə 12-ci dərəcə ilə rəis keçirilmişdir. xx.xx.2015-ci ildə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına görə ləğv edilmişdir. “Azərkimya” İB-nin X4 tərəfindən verilmiş 233, 234, 235 və 236 saylı xx.xx.2019-cı il tarixli arayışlardan görünür ki, İddiaçı 02.10,1978-ci ildən 31,03.1983-cü il tarixədək “Azərkimya” İB-nin Üzvi Sintez zavodunun xlorsulfitləşdirilmiş polietilen sexində aparatçı, xx.xx.1983-cü ildən xx.xx.1999-cu ilədək Azərkimya” İB-nin Üzvi Sintez zavodunun propilen oksidi sexində növbə rəisi və növbə ustası, xx.xx.1999-cu ildən 31,03.2004-cü ilədək “Azərkimya” İB-nin Üzvi Sintez zavodunun propilen oksidi və lak-boyaq bərkidicilər sexində növbə rəisi, 01,04.2004-cü ildən 31,12.2005-ci ilədək “Azərkimya” İB-nin Üzvi Sintez zavodunun propilen oksidi sexində növbə rəisi işləmişdir. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının Vİİİ bölməsinin İ bəndinin 1080A010 şifri altında nəzərdə tutulmuşdur. İş materiallarında olan pensiyaçı- İddiaçı 103039 №li pensiya işindən müəyyən olunur ki, İddiaçı DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə ömürlük pensiya təyin olunmuşdur. Hazırdaiddiaçı 50 yaşının tamam olduğuxx.xx.2003-cü il tarixdən ona yaşa görə pensiya təyin edilməsini istəyir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMFnun Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********7 saylı imtina məktubunda göstərilmişdir ki, iddiaçıya təqdim etdiyi sənədlərinə əsasən pensiya hüququnun yarandığı xx.xx.2005-ci il tarixdən (52 yaşdan) müvafiq qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı ilədək ümumi staj 21 il 05 ay, xx.xx.2019-cu il tarixə pensiyanın məbləği 405.48 manat təşkil edir. xx xxxxxx 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyası hüququ verən istehsalatları, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən yeraltı və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 52 yaşına çatdıqda və (xx.xx.2006-cı il tarixədək) azı 20 il sosial sığorta stajı olduqda bu və müddətin azı 10 ilini həmin işlərdə çalışdıqda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qazanırlar. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəhifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 1993-cü il tarixli 320 saylı qərarının 1-ci bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan'işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı (1 nömrəli əlavə) təsdiq edilmişdir. Həmin Siyahıdan görünür ki, iddiaçının “Azərkimya” İB-nin “Üzvi Sintez” zavodunda işlədiyi peşələr Siyahının “Kimya istehsalatı” adlanan Vİİİ bölməsinin İ bəndinin 1080A010 şifrinə əsasən 1 saylı Siyahının Vİİİ bölməsinin İ bəndinin 1080A010 şifri alıtnda nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vll-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. xx xxxxxx 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəindinə əsasən isə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin məzmunundan göründüyü kimi iddiaçıya bu Qanun qüvvəyə minənədək xüsusilə zərərli işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan xx xxxxxx 1997-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə müvafiq, yəni 50 yaşına çatdıqda ona güzəştli şərtlərlə pensiya təyin edilməlidir . Göründüyü kimi iddiaçının xx.xx.1997-ci il tarixədək 26 ildən yuxarı ümumi, o cümlədən 19 ilə yaxın xüsusi əmək stajı vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı 50 yaşı tamam olan tarixdən, yəni xx.xx.2003-cü ildən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 50 yaşı tamam olan tarixdən, yəni xx.xx.2003-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq, iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X7 X3 İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4999/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4999/2020
05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver