Məhkəmə qərarları › İş №2-1(112)-5/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5/2022 27.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Vəkil (Ünvan: Göygöl, Sabir küçəsi 01; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: fərdi qaydada fəaliyyət göstərən vəkil), cavabdehin nümayəndəsi X3 (Ünvan: Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 7, mənzil 39; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Hüquq idarəsinin cavabdeh qismində işlər üzrə şöbəsinin baş hüquqşünası) iştirakları ilə, iddiaçı - ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi cavabdeh Vergilər Nazirliyinin Bakı Vergilər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdeh tərəfindən tərtib edilmiş 01 sentyabr 2014-cü il tarixli, **********749940 saylı səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi, həmin idarə tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.10.2014-cü il tarixli, **********814318 saylı qərarın və 10.10.2014-cü il tarixli, **********244700 saylı tələbnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 14.11.2014-cü il tarixli qərardadı ilə iddiaçının “cavabdeh tərəfindən tərtib edilmiş 01 sentyabr 2014-cü il tarixli, **********749940 saylı səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi, həmin idarə tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.10.2014-cü il tarixli, **********814318 saylı qərarın və 10.10.2014-cü il tarixli, **********244700 saylı tələbnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəyişdirilməsi qərardadı icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli qərardadı ilə (hakim F.Əhmədov, iş № 2-1(81)-902/2015) iddia üzrə məhkəmə baxışının ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində başlanmış cinayət işi üzrə icraat başa çatanadək dayandırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.02.2016-cı il tarixli qərardadı ilə (iş № 2-1(103)-440/2016) iddiaçının apelyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.09.2015-ci il tarixli qərardadının ləğv edilməsi, işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15.11.2016-cı il tarixli qərarı ilə (iş № 2-1(102)-1080/2016) iddiaçının kassasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.02.2016cı il tarixli qərardadının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi və iddia üzrə məhkəmə icraatı iddiaçı ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində başlanmış cinayət işi üzrə icraat başa çatanadək dayandırılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2/2020 saylı 21.10.2020-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. 24.02.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin əsl olan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4/2021 saylı 06.05.2021-ci il tarixli qərardadı ilə iddiaçı ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.09.2021-cı il tarixli qərardadı ilə (iş № 2-1(103)-1806/2021) iddiaçı ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4/2021 saylı 07 may 2021-ci il tarixli qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.09.2021-cı il tarixli qərardadında göstərilmişdir: “Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin birinci və ikinci, yəni “cavabdeh tərəfindən tərtib edilmiş 01 sentyabr 2014-cü il tarixli, **********749940 saylı səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi” və “10.10.2014-cü il tarixli, **********244700 saylı tələbnamənin ləğv edilməsi” hissələrində iddianı mümkün saymamaqla düzgün hüquqi nəticəyə gəlsə də, iddia tələbinin üçüncü, yəni “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.10.2014-cü il tarixli, **********814318 saylı qərarın ləğv edilməsi” hissəsində də iddianı mümkün saymamaqla haqlı olmamışdır.” (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.09.2021-cı il tarixli qərardadının 7-ci səhifəsinin 3-cü abzası) Lakin, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.09.2021-cı il tarixli qərardadının nəticə hissəsindən görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4/2021 saylı 07 may 2021-ci il tarixli qərardadı tam ləğv edilərək, iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin, apelyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi əsl cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. İş məhkəməyə qaytarıldıqdan sonra iş üzrə növbəti məhkəmə iclası 23.12.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin əsl olan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 27.01.2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. İddia ərizəsində bildirilmişdir ki, ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyinin (İREX) əsas fəaliyyəti Azərbaycan Respublikasında medianın, internet azadlığının, təhsilin və demokratiyanın inkişafına dəstək verməkdir. ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyi (İREX) fəaliyyət göstərdiyi müddətdə heç bir qanun ponzuntusuna yol verməmişdir. AR Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin 22.04.2014-cü il tarixli **********749075 saylı qərarı ilə ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyində (İREX) VM-nin 38.3.5-ci maddəsi ilə əsaslandırılmaqla növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınıb. AR Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən tərtib edilən 01 sentyabr 2014-cü il tarixli, **********749940 saylı Səyyar vergi yoxlaması Aktı. Həmin AKT-a əsasən sadələşdirilmiş vergi qismində 6353,14 manat əlavə vergi hesablanmış və həmin məbləğə 50% məbləində, yəni 3176,57 manat maliyyə sanksyası tətbiq olunması təklif edilmiş; Əlavə olaraq 162,00 manat məbləğində yol vergisi hesablanmış, həmin məbləğin 50%-i miqdarında, yəni 81,00 manat məbləğində maliyyə sanksiyası hesablanmış, Əlavə olaraq ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərdiyi dövr üzrə ƏDV qismində 255692,87 manat əlavə ƏDV məbləği hesablanmış və həmin məbləğə 127846,44 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmiş: Bunlardan başqa VM-nin 57.1-ci maddəsi əsas gətirilməklə qeyd edilən vergi hesabatlarının vaxtında təqdim edilməməsi adı altında 1560,00 manat maliyyə sanksiyası təklif edilmişdir. ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası )aycan Respublikası Nümayəndəliyi (İREX) Azərbaycan Respublikasında ABŞ və rbaycan Respublikası arasında 11 may 2000-ci il tarixdə bağlanılmış “ABŞ Höküməti və rbaycan Respublikası Höküməti arasında X2 dair jkdaşlıq Haqqqında” iki tərəfli Saziş əsasında fəaliyyət göstərir. Həmin Saziş Azərbaycan Respublikası Milli Məclisinin 18 iyul 2000-ci il tarixli, № 915-İQ saylı "Azərbaycan Respublikası Hökuməti və X6 Hökuməti arasında X2 dair Əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. Qeyd edilən Sazişin A bəndinə əsasən Birləşmiş Ştatların yardım proqramları ilə əlaqədar edilmiş, yaxud istifadə olunan mallar, ləvazimatlar, avadanlıqlar, materiallar, texnika, daşdırma kursları, xidmətlər və digər əmlaklar, o cümlədən pul vəsaitləri ölkəyə idxal, yaxud ölkədən ixrac olunarkən, həmçinin ölkə daxilində alınarkən və istifadə edilərkən hər cür əlavə dəyər vergisindən, əmlak vergisindən tariflərdən, gömrük rüsumlarından, idxal vergisindən və Azərbaycan Respublikası Hökuməti və onun aidiyyəti olan orqan və təşkilatları tərəfındən təyin edilmiş digər bu kimi vergi və haqqlardan azad olunurlar. AKTın 1.8-ci bəndində göstərilir ki, Nümayəndəliyə daxil olmuş vəsaitlərin Ədliyyə irliyində qeydiyyata alınıb-alınmadığını müəyyənləşdirmək məqsədilə 07.05.2014-cü il di **********062600 nömrəli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin fdiyyat və Notariat Baş İdarəsinə müraciət olunmuş və 12.05.2014-cü il tarixli 11/1082 irəli cavab məktubu alınmışdır. Cavab məktubuna əlavə edilmiş məlumat cədvəlindən görünür ki, ABŞ-ın Humanitar Təşklatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (baş s) tərəfindən qrnat layihələri üzrə Nümayəndəliyə daxil olmadan birbaşa resipiyent hüquqi fiziki şəxslərə ödənilmiş vəsaitlər üzrə qrant müqavilələri Ədliyyə Nazirliyindən liyyatdan keçirilmiş, Nümayəndəliyin özünə daxil olmuş vəsaitlər isə qeydiyyatdan tirilməmişdir. 1865975,51 manat vəsait hər hansı qrant müqaviləsində nəzərdə tutulmadığından və Ədliyyə nrliyində qeydiyyata alınmadığından qeyri-rezidentin sifarişi əsasında Azərbaycan Respublikası ərazisində işlərin görülməsinə görə ödəniş kimi qiymətləndirilir və vergi ləlikləri yaradır. Qeydiyyata alınmayan qrant layihələri aşağıdakılardır: 1.Nümayəndəliyin təsisçisi (baş ofisi) ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (İREX) ilə 30.09.2010-cu il tarixdə ABŞ-ın Beynəlxalq işaf Agentliyi (USAİD) arasında “Azərbaycan Respublikasında təhsilə və yeni mediaya İdəstək” adlı layihə çərçivəsində “Azərbaycan Yeni Media Proqramı” nın (AYMP) icrası üçün danılan dövr ərzində (01.04.2011-01.04.2014) baş ofis tərəfindən nümayəndəliyin ABB-nin “Mərkəzi’filialında yerləşən valyuta hesabına 2348134,00 ABŞ dolları (1832248,96 manat) vəsait köçürülmüşdür. Nümayəndəliyin təsisçisi (baş ofisi) ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (İREX) ilə 13.06.2011-ci il tarixdə ATƏT-in Bakı ofisi (OSCE) arasında “Yeni media təlimləri” adlı treninqin həyata keçirilməsinə görə nümayəndəliyin hesabına baş ofis tərəfindən 33726,55 manat vəsait köçürülmüşdür (Hesabaşlanma tarixi 15.06.2011- bitmə tarixi 15.12.2011). ABŞ-ın X5 (USAİD) tərəfindən maliyyələşən Azərbaycanda Yeni Media Proqramı 01.10.2010-cu il tarixdən 30.09.2014-cü ilə kimi olan dövrü əhatə edir, Nümayəndəlik bu proqramda nəzərdə tutulan müxtəlif fəaliyyətlərin əlaqələndirilmələrini və icrasını həyata keçirmişdir. Bunlar aşağıdakılardır: X10- Bu proqram Azərbaycan Rabitə və İnformasiya texnologiyaları Nazirliyi ilə razılaşma çərçivəsində Azərpoçt MMC ilə bağlanan Memorandumla baş tutmuş, Azərbaycanın 30 rayonunda əhalisi 5 mindən çox olan kəndlərin Merli poçt şöbələrində internet köşkləri quraşdırılmışdır. 2 X8 - Yerli tərəfdaşlarla əməkdaşlıq müqaviləsi çərçivəsində USAİD tərəfindən maliyyələşən Azərbaycanda X11 məqsədlərinə uyğun olaraq Azərbaycanın 20 rayon və ya şəhər mərkəzində İMM-lər qurulmuş, kompüterlərlə və digər zəruri avadanlıqlarla təchiz edilmiş, hər birinə fəaliyyət göstərmələri məqsədilə bir nəfər mütəxəssis işə götürülərək texniki xidmət göstərilmiş, həmin dövr ərzində sürətli internetlə təchiz edilmiş, kommunal xidmətlərin və icarə haqlarının mdənilməsinə dəstək verilmiş və pulsuz olaraq yerli icmanın istifadəsinə təqdim olunmuşdur. 3 “Media təqaüdü ” proqramı - Azərbaycanda Yerli Media Proqramının məqsədlərinə uyğun olaraq həyata keçirdiyi bu fəaliyyət çərçivəsində 12 təcrübəli media mütəxəssisi 2013-cü ilin yaz semestri ərzində Bakıda yerləşən altı ali məktəbin (Dövlət mjniversitetinin və bəzi özəl universitetlərin) jurnalistika fakültəsində yeni media dərsləri mədris etmiş, tədris zamanı müəllimlər İREX Azərbaycanın təşəbbüsü ilə hazırlanan www- az. İrexlearning.org vebsaytında yerləşdirilmiş, Qərb jurnalistlərin öz təcrübələrinə əsaslanan yazdıqları jurnalistikanın nəzəriyyəsinə dair 100-ə qədər materialdan faydalanıblar. Layihə çərçivəsində müəllimlərin bir qisminin ABŞ-a səfəri təşkil olunmuş, onlar üçün Cənubi Karolina Universitetinin Jurnalistika Fakültəsi ilə tanışlıq imkanı verilmiş, ştatın bir çox aparıcı qəzetlərinin ofisində olmuş, CNN televiziyasının Atlanta şəhərində yerləşən mərkəzində görüşlər keçirmişlər.4 Universitetlərin Wl-Fİ-lar quraşdırılaraq pulsuz internetlə təchiz gedilməsi proqramı - Bu fəaliyyət də 2012-2013-cü illər ərzində Azərbaycanda X11 məqsədlərinə uyğun olaraq həyata keçirdiyi bu fəaliyyət çərçivəsində Azərbaycanda fəaliyyət göstərən 8 Dövlət Universitetinin Kitabxanalarına və digər ictimai mmerlərinə İREX pulsuz olaraq internet xətti çəkilişini həyata keçirmiş, həmin yerlərə eyni mmxtda 300-dən çox insanın qoşularaq sürətli internet istifadə etməsini təmin edən Wl-Fİ modernləri quraşdırılmış, 2013-cü ilin iyul-avqust aylarınadək pulsuz internet təchizatı təmin etmişdir. Hazırda həmin avadanlıqlar Universitetlərdə istifadədədir və universitetlər bu mciməti özləri həyata keçirir. 5Kamera sənin səsin kimi proqramı - “Camera as voice” fəaliyyəti ilə 2011-ci ildən başlayaraq Azərbaycanın 14 regionunda (Qazax, Şəmkir, Tovuz, Gəncə, Bərdə, Mingəçevir, Göyçay, Ucar, İmişli, Şirvan, Şəki, Zaqatala, Sumqayıt, Quba) X11 məqsədlərinə uyğun olaraq həyata keçirdiyi bu fəaliyyət çərçivəsində həmin kölgələrdə məktəbli qızlar arasında təlimlər keçirilmiş, təlimlərdə 13-17 yaşlı qızlar iştirak etmişdi. Təlimin məqsədi iştirakçılara video süjet çəkmək və sadə proqramlardan istifadə edərək montaj etməyi öyrətməkdir. Tədbir çərçivəsində informasiya kommunikasiya sahəsində fərqlənən məktəbli qızlar Bakıya dəvət olunur, onlara paytaxtdakı media qurumları, İKT ilə əlaqədar fəaliyyət göstərən qurumlarda, o cümlədən Azərpoçtda, BDUnun Jurnalistika fakultəsində görüşlərdə iştirak edirlər. 6 Təlim Proqramları - Azərbaycanda X11 məqsədlərinə uyğun olaraq həyata keçirtdiyi fəaliyyətdir. Proqramın başladığı tarixdən ırən bu fəaliyyətlər yerli medianın və jurnalistlərin tələbləri öyrənilərək müntəzəm davam etdirilir. AKT-ın bu hissəsi ilə bağlı qeyd etmək lazımdır ki, ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyinə (İREX) daxil olan bütün vəsaitlər Azərbaycan Respublikası Nazirlər Kabineti (kurator cənab Həsənov) tərəfindən qeydiyyata alınmış, layihələr Nazirlər Kabinetinin razılığı ilə həyata keçirilmiş, hər il vergidən və digər ödənişlərdən azad olunmaqları barədə AR Nazirlər Kabineti, Maliyyə Nazirliyi və ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən arayışlar verilmişdir. Layihələrin adlarından, məqsədlərindən də göründüyü kimi ABŞ-ın X4 Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyinin (İREX) həyata keçirdiyi layihələr ictimai xarakter daşımış, layihələrin həyata keçirilməsində gəlir əldə etmək məqsədi olmamış və ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəlik (İREX) heç bir gəlir əldə etməmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Ona görə də, ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyinin (İREX) fəaliyyətində vergi tutma obyekti yaranmamışdır. Belə ki, AR Vergi Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən ilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Göründüyü kimi qanunvericlik vergitutmanın ilkin elementini vergi tutma obyekti kimi müəyyən etmişdir. AR VM-nin 12.3-cü vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, dim edilmiş malların (işin, xidmətin) dəyəri və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər ergitutma obyektləridir. Bununla bağlı göstərilməlidir ki, ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyinin (İREX) VM-nin 12.3-cü maddəsində göstərilən heç bir fəaliyyət növü ilə məşğul olmamış və fəaliyyətindən heç bir gəlir, mənfəət əldə etməmişdir. Qeyd edilməlidir ki, qrantların qeydiyyata alınmasının fərqli qaydaları vardır belə ki, ictimai birliklərin aldığı qrantlar Ədliyyə Nazirliyində, kommersiya qurumlarının aldığı İqtisadi İnkişaf və Sanaye Nazirliyində, beynəlxalq təşkilatların aldığı qrantlar isə müvafiq olaraq AR Nazirlər Kabinetində, Maliyyə Nazirliyində qeydiyyata alınır. AKT-da isə göstərilir ki, qrantlar Ədliyyə Nazirliyində qeydiyyata alınmamışdır. Halbuki ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan ıblikası Nümayəndəliyinin (İREX) aldığı qrantlar Ədliyyə Nazirliyində qeydiyyata alınmalı deyildi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Departamentin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 12.04.2014-cü il tarixli **********749075 nömrəli qərarına əsasən ABŞ-m Humanitar raşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikasındakı Nümayəndəliyinin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə 2011-ci ilin aprel ayından növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi 01.09.2014-cü il tarixli **********749940 nömrəli Səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən yol vergisinin 2011- 2013-cü illər üzrə 162 manat, əlavə dəyər vergisinin 2011-2014-cü illər üzrə 255692,871 manat, eyni zamanda 2011-ci ilin 2-ci rübü üzrə sadələşdirilmiş verginin 6353,14 manat azaldılması aşkar edilmişdir. Departamentin “Vergi ödəyicisinin vergi İ qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.10.2014-cü il tarixli **********814318 nömrəli qərarı ilə vergi ödəyicisinə 262208,01 manat vergi borcu və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına və Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, vergi hesabatını və ya Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışın təqdim edilməməsinə görə 119645,97 manat maliyyə sanksiyası tətbiq edilmiş və vergi ödəyicisinə büdcəyə ödənilməli olan 381853,98 manat vəsaitin ödənilməsinə dair **********244700 nömrəli tələbnamə təqdim edilmişdir. Yoxlanılan dövrdə iddiaçı faktiki olaraq qeyri-rezident təşkilatlarının vəsaitləri hesabına rezident fiziki və hüquqi şəxsləri cəlb etməklə müxtəlif təyinatlı layihələrinin həyata keçirilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd edək ki, yoxlanılan dövrdə Nümayəndəliyə qeyrirezident təşkilatlardan 1865975,51 manat vəsait daxil olmuş, lakin həmin vəsaitlər qrant kimi qeydiyyata alınmamışdır. Halbuki “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 02 yanvar 2003-cü il tarixindən 04 fevral 2014-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi olan donorların xarici resipiyentlərə qrant verilməsi haqqında, həmçinin Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması haqqında müqavilələr (qərarlar) müvafiq icra hakimiyyəti orqanında qeydə alınmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 02 yanvar 2003-cü il tarixli 834 nömrəli fərmanının 3-cü bəndinə əsasən müəyyən edilmişdir ki, "Qrant haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü və 5-ci bəndlərində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, dini təşkilatlara və qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini X12 Dövlət Komitəsi, kommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə 17 dekabr 2013-cü il tarixli 852-İVQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən (04 fevral 2014-cü il tarixindən qüvvəyə minmişdir), Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, habelə Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün donorlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Azərbaycan Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün resipiyentlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 852-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2014-cü il tarixli 99 nömrəli fərmanı (04 fevral 2014-cü il tarixindən qüvvəyə minmişdir) ilə müəyyən edilmişdir ki, “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü hissəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini X12 Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2004-cü il tarixli 27 nömrəli fərmanı ilə təsdiq edilmiş və 24 iyul 2014-cü il tarixinədək qüvvədə olmuş “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması” Qaydalarına əsasən, müqavilə (qərar) bağlandığı (verildiyi) andan ən geci bir ay müddətində müqavilənin (qərarın) surəti qeydiyyata alınmaq üçün Azərbaycan Respublikasının qeyrikommersiya hüquqi şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, dini təşkilatlar və qurumlar Azərbaycan Respublikasının Dini X12 Dövlət Komitəsinə, kommersiya hüquqi şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə ərizə ilə müraciət etməlidirlər. Ərizəyə müqavilələrin (qərarın) notarial qaydada təsdiq olunmuş surəti əlavə olunur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Dini X12 Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi ərazi və müqavilə (qərar) təqdim edildiyi andan bir həftə ərzində həmin müqaviləni (qərarı) qeydə alır və bu barədə müraciət edən hüquqi şəxsə bildiriş verir. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Qanuna müvafiq olaraq qrant kimi alman pul və (və ya) hər hansı digər yardımdan rüsumlar və dövlət büdcəsinə müvafiq icbari ödənişlər tutulmur. Yoxlama zamanı iddiaçıya daxil olmuş vəsaitlərin qrant kimi qeydiyyata alınıbalınmamasının müəyyən edilməsi məqsədilə 07.05.2014-cü il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin 12.05.2014-cü il tarixli 11/1082 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (baş ofis) tərəfindən qrant layihələri üzrə Nümayəndəliyə daxil olmadan birbaşa resipiyent hüquqi və fiziki şəxslərə ödənilmiş vəsaitlər üzrə 7555556,05 ABŞ dolları (589366,07 manat) məbləğində qrant müqavilələri Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmiş, Nümayəndəliyin özünə daxil olmuş 1865975,51 manat vəsaitlər üzrə qrant müqavilələri isə qeydiyyatdan keçirilməmişdir. Qeyd edilənlərə əsasən ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən alınmış İtlər qanunla müəyyən edilmiş qaydada qrant kimi qeydiyyatdan keçmədiyindən həmin vəsaitlərin rüsumlar və dövlət büdcəsinə məcburi ödənişlərdən azad edilməsi ilə bağlı “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin iddiaçıya tətbiq edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən alınmış vəsaitlərə dair qeydiyyata alınmayan müqavilələr aşağıdakılardır: - Nümayəndəliyin təsisçisi (baş ofisi) ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq (Tədqiqatlar və Mübadilə Şurası (İREX) ilə 30.09.2010-cu il tarixində ABŞ-ın X5 (USAİD) arasında “Azərbaycan Respublikasında təhsilə və yeni mediaya dəstək” adlı layihə çərçivəsində “Azərbaycanda Yeni Media” Proqramının icrası üçün yoxlanılan dövr ərzində baş ofis tərəfindən nümayəndəliyin Azərbaycan Beynəlxalq Bankının “Mərkəzi” filialında yerləşən valyuta hesabına 2348134,0 ABŞ dolları (1832248,96 manat) vəsait köçürülmüşdür. - Nümayəndəliyin təsisçisi (baş ofisi) ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası ilə 13.06.2011-ci il tarixində ATƏT-in Bakı ofisi (OSCE) arasında “Yeni media təlimləri” adlı treninqin həyata keçirilməsinə görə nümayəndəliyin hesabına baş ofis tərəfindən 33726,55 manat köçürülmüşdür. ABŞ-ın X5 (USAİD) tərəfindən maliyyələşən “Azərbaycanda Yeni Media” proqramı 01.10.2010-cu il tarixindən 30.09.2014-cü il tarixinədək olan dövrü əhatə etmiş və nümayəndəlik bu proqram çərçivəsində aşağıda qeyd edilən işləri yerinə yetirmişdir: - X10 - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə razılaşma çərçivəsində "xxxx" MMC ilə bağlanmış memoranduma əsasən həyata keçirilmiş və Azərbaycanın 30 rayonunda əhalisi 5 mindən çox olan kəndlərin yerli poçt şöbələrində internet köşklər quraşdırılmışdır. - X8 - Azərbaycanın 20 rayon və ya şəhər mərkəzində məlumat mərkəzləri qurulmuş, kompüter və digər zəruri avadanlıqlarla təchiz edilmiş, birinə fəaliyyət göstərmləri məqsədi ilə bir nəfər mütəxəssis işə götürülərək texniki ıət göstərilmiş, həmin dövr ərzində sürətli internetlə təchiz edilmişdir. - Media təqaüdü proqramı - proqram çərçivəsində 12 təcrübəli media mütəxəssisi 2013-cü ilin yaz semestri ərzində Bakıda yerləşən altı ali məktəbin jurnalistika fakültəsində yeni media dərslərini tədris etmiş, tədris zamanı müəllimlər İREX Azərbaycanın təşəbbüsü ilə hazırlanan www.az.irexlearning.org websaytında yerləşdirilmiş jurnalistika nəzəriyyəsinə dair materiallardan faydalanmışlar. Layihə çərçivəsində müəllimlərin bir qisminin ABŞ-a səfəri təşkil edilmiş və onlar üçün Cənubi Karolina Universitetinin Jurnalistika Faküləsi ilə tanışlıq imkanı verilmişdir. - Universitetlərdə Wi-Fi -ların quraşdırılaraq pulsuz internetlə təchiz edilməsi broqramı proqram çərçivəsində Azərbaycanda fəaliyyət göstərən 8 universitetin kitabxanalarına və digər ictimai yerlərinə pulsuz olaraq internet çəkilişi həyata keçirilmiş, həmin yerlərə eyni vaxtda 300-dən çox insanın qoşularaq sürətli internetdən İstifadə etməsini təmin edən modemlər quraşdırılmışdır. -Kamera sənin səsin kimi proqramı - proqram çərçivəsində Azərbaycanın 14 regionunda 13 - 17 yaşlı məktəbli qızlar arasında təlimlər keçirilmiş, təlim iştirakçılarına video süjet çəkmək və sadə proqramlardan istifadə edərək montaj etmək öyrədilmişdir. -Qızlar İKT-də proqramı - proqram çərçivəsində informasiya kommunikasiya lahəsində fərqlənən 15-17 yaşlı məktəbli qızlar Bakıya dəvət olunmuş, onların paytaxtdakı media qurumları ilə, İKT sahəsində fəaliyyət göstərəm qurumlarla, o cümlədən "xxxx" MMC ilə tanışlığı təmin edilmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarından göründüyü kimi iddiaçı tərəfindən alınmış 1865975,51 manat vəsait hər hansı qrant müqaviləsində nəzərdə tutulmamış və Ədliyyə Nazirliyində qeydiyyata alınmamışdır. Ona görə də, qeyd edilən vəsait qeyri- rezidentin sifarişi əsasında Azərbaycan Respublikası ərazisində işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) görə ödəniş kimi qiymətləndirilmiş və vergi öhdəliyinin yaranması üçün əsas olmuşdur. İddiaçının fəaliyyəti üzrə aparılmış yoxlama zamanı 2011-ci ilin 2-ci rübü üzrə (aprel, may ayları) nümayəndəlik tərəfindən qrant kimi qeydiyyata alınmayan layihələr izrə görülmüş işlərin (xidmətlərin) 158828,50 manat dəyərindən Vergi Məcəlləsinin 219.1 və 220-ci maddələrinə əsasən, 6353,14 manat sadələşdirilmiş vergi pesablanmışdır. Nümayəndəliyin sadələşdirilmiş vergiyə cəlb edilən dövriyyəsi 2011-ci ilin aprel iyında 124837,08 manat, may ayında 33991,43 manat təşkil etdiyindən Vergi Məcəlləsinin 155.1-ci və 157.3.1-ci maddələrinə uyğun olaraq vergi ödəyicisinin 01.06.2011-ci il tarixindən ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair öhdəliyi yaranmışdır. Belə ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinin 30 dekabr 2012-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150000 manatdan artıq olan hüquqi və 90000 manatdan artıq olan fiziki şəxslər (bu Məcəllənin 218.1.1.1-ci maddəsində göstərilənlər istisna olmaqla) həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal vergitutma obyektidir. Qeyd edilənlərə əsasən yoxlama ilə nümayəndəliyin ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata alınması öhdəliyinin yarandığı 01.06.2011-ci il tarixindən 01.03.2014-cü il tarixinədək olan dövr üzrə ümumikdə 1676208,88 manat ƏDV-yə cəlb edilən dövriyyə əsasında 255692,87 manat əlavə dəyər vergisinin bəyannamə təqdim edilməməklə yayındırılması müəyyən edilmişdir. Bundan əlavə, iddiaçının fəaliyyəti üzrə aparılan yoxlama zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi yoxlanılan dövrdə yol vergisinin ödəyicisi olsa da, müvafıq vergi məbləğini ödəməmiş, eyni zamanda müvafiq bəyannamələrini vergi orqanına təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş nəqliyyat Vasitəsinin qeydiyyat şəhadətnamələrindən göründüyü kimi, onun mülkiyyətində mühərrikinin həcmi 2500 kub santimetr və 2700 kub santimetr olan 2 ədəd avto nəqliyyat vasitəsi olmuşdur. Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtomobil nəqliyyatı vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələri və qeyri- rezident fiziki şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri (bundan sonra bu fəslin məqsədləri üçün - avtonəqliyyat vasitələri) olan şəxslər Azərbaycan Respublikasının avtomobil yollarından istifadəyə görə yol vergisinin ödəyiciləridir. Qeyd edilənlərə əsasən, yoxlama ilə iddiaçı tərəfindən yol vergisinin 2011, 2012 və 2012-ci illər üzrə ümumilikdə 162,0 manat azaldılması müəyyən edilmişdir. İddiaçı ərizəsində “Qrant haqqında” Azərbaycan Respublikası Qanunun müxtəlif maddələrinə, o cümlədən “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 852-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına və “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2004-cü il tarixli 27 nömrəli fərmanına istinad edərək göstərmişdir ki, qeyd edilən normativ-hüquqi aktlar beynəlxalq təşkilatların ölkədəki nümayəndəlikləri tərəfindən qrant alınması qaydalarını tənzimləmir. İddia ərizəsində qeyd edilən bu halla razılaşmayaraq qeyd edirlər ki, “Qrant haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən donorla münasibətdə qrant alan resipiyent sayılır. Həmin maddənin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsi olan və qrant almaqla birbaşa mənfəət götürmək məqsədi güdməyən rezident və qeyrirezident olan hüquqi şəxslər, onların filial, nümayəndəlik və şöbələri resipiyent ola bilərlər. Vergi Məcəlləsinin 13.2.6.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik ümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, Beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri qeyri-rezident şəxs hesab edilirlər. İddiaçı ərizəsində, eyni zamanda qrant məbləğinin dövlət qeydiyyatına alınması məcburiliyinin və dövlət qeydiyyatına alınmamış qrant məbləğləri üzrə əməliyyatların qadağan olunmasının “Qrant haqqında” Azərbaycan Respublikasının qanununa dəyişiklik edilməsi barədə 27 dekabr 2013-cü il tarixli qanun ilə müəyyən olunduğunu və həmin qanunun 01 fevral 2014-cü ildən qüvvəyə mindiyini qeyd etmişdir. İddia ərizəsinin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 30 aprel 2002-ci il tarixli 317-İİQD nömrəli qanuna (02 yanvar 2003-cü ildən qüvvəyə minmişdir) əsasən "Qrant haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddənin 4-cü və 5-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir: Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi olan donorların xarici resipiyentlərə qrant verilməsi haqqında, həmçinin Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması haqqında müqavilələr (qərarlar) müvafiq icra hakimiyyəti orqanında qeydə alınmalıdır (maddə 4). Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə əməliyyatlar bir qayda olaraq keçirilə bilməz. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən yerilmiş və Azərbaycan Respublikasının resipiyentləri tərəfindən alınmış qrantlar haqqında ildə bir dəfədən az olmayaraq, kütləvi informasiya vasitələrində ümumiləşdirilmiş məlumat verməlidir (maddə 5). Bundan əlavə, iddiaçı ərizəsində qrantların qeydiyyata alınmasının fərqli qaydalarının olmasını və beynəlxalq təşkilatların aldığı qrantların Nazirlər Kabinetində və Maliyyə Nazirliyində qeydiyyata alınmasını qeyd etsə də, qeyd edilən halı təsdiq edən normativ hüquqi aktı göstərməmiş, eyni zamanda “Qrant haqqında” qanunun yuxarıda qeyd edilən maddələrinin tələblərini nəzərə almamışdır. Vergi Məcəlləsinin 70.3cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 22.04.2014-cü il tarixli **********749075 nömrəli qərarına əsasən 01.04.2011-ci il tarixdən 01.04.2014-cü il tarixədək olan dövr üzrə Vergi Məcəlləsinini 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. İş materiallarından görünür ki, yoxlama 23.04.2014-cü il tarixdə başlamış və 01.09.2014-cü il tarixdə başa çatdırılaraq, nəticələri 01.09.2014-cü il tarixli **********6749940 nömrəli aktla rəsmiləşdirilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 22.04.2014-cü il tarixli **********749075 nömrəli qərarına əsasən ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikasındakı Nümayəndəliyinin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə 2011-ci ilin aprel ayından 2014-cü ilin aprel ayınadək olan vergi dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi 01.09.2014-cü il tarixli **********749940 nömrəli Səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən yol vergisinin 2011- 2013-cü illər üzrə 162 manat, əlavə dəyər vergisinin 2011-2014-cü illər üzrə 255692,87 manat, eyni zamanda 2011-ci ilin 2-ci rübü üzrə sadələşdirilmiş verginin 6353,14 manat azaldılması aşkar edilmişdir. Vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.10.2014-cü il tarixli **********814318 nömrəli qərarı ilə vergi ödəyicisinə 262208,01 manat vergi borcu və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına və Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, vergi hesabatını və ya Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışın təqdim edilməməsinə görə 119645,97 manat maliyyə sanksiyası tətbiq edilmiş və vergi ödəyicisinə büdcəyə ödənilməli olan 381853,98 manat vəsaitin ödənilməsinə dair **********244700 nömrəli tələbnamə təqdim edilmişdir. Yoxlanılan dövrdə iddiaçı faktiki olaraq qeyri-rezident təşkilatlarının vəsaitləri hesabına rezident fiziki və hüquqi şəxsləri cəlb etməklə müxtəlif təyinatlı layihələrinin keçirilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə qeyd edir ki, yoxlanılan dövrdə Nümayəndəliyə qeyri-rezident təşkilatlardan 1865975,51 manat vəsait daxil olmuş, lakin həmin vəsaitlər qrant kimi qeydiyyata alınmamışdır. Halbuki “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 02 yanvar 2003-cü il tarixindən 04 fevral 2014-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi olan donorların xarici resipiyentlərə qrant verilməsi haqqında, həmçinin Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması haqqında müqavilələr (qərarlar) müvafiq icra hakimiyyəti orqanında qeydə alınmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 30 aprel 2002-ci il tarixli 317-İİQD saylı Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 02 yanvar 2003-cü il tarixli 834 nömrəli fərmanının 3-cü bəndinə əsasən müəyyən edilmişdir ki, "Qrant haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü və 5-ci bəndlərində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini qeyrikommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, dini təşkilatlara və qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini İX12 Dövlət Komitəsi, kommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə 17 dekabr 2013-cü il tarixli 852-İVQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən (04 fevral 2014-cü il tarixindən qüvvəyə minmişdir), Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, habelə Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün donorlar tərəfindən müvafiq icra Hakimiyyəti orqanına təqdim olunur. Azərbaycan Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün resipiyentlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 852-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2014-cü il tarixli 99 nömrəli fərmanı (04 fevral 2014-cü il tarixindən qüvvəyə minmişdir) ilə müəyyən edilmişdir ki, “Qrant haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin 4-cü hissəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini X12 Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2004-cü il tarixli 27 nömrəli fərmanı ilə təsdiq edilmiş və 24 iyul 2014-cü il tarixinədək qüvvədə olmuş “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması” (Qaydalarına əsasən, müqavilə (qərar) bağlandığı (verildiyi) andan ən geci bir ay müddətində müqavilənin (qərarın) surəti qeydiyyata alınmaq üçün Azərbaycan Respublikasının qeyrikommersiya hüquqi şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, dini təşkilatlar və qurumlar Azərbaycan Respublikasının Dini X12 Dövlət Komitəsinə, kommersiya hüquqi şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə ərizə ilə müraciət etməlidirlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Dini X12 Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi ərazi və müqavilə (qərar) təqdim edildiyi andan bir həftə ərzində həmin müqaviləni (qərarı) qeydə alır və bu barədə müraciət edən hüquqi şəxsə bildiriş verir. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Qanuna müvafiq olaraq qrant kimi alman pul və (və ya) hər hansı digər yardımdan rüsumlar və dövlət büdcəsinə müvafiq icbari ödənişlər tutulmur. Yoxlama zamanı iddiaçıya daxil olmuş vəsaitlərin qrant kimi qeydiyyata alınıb- alınmamasının müəyyən edilməsi məqsədilə 07.05.2014-cü il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin 12.05.2014-cü il tarixli 11/1082 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (baş ofis) tərəfindən qrant layihələri üzrə Nümayəndəliyə daxil olmadan birbaşa resipiyent hüquqi və fiziki şəxslərə ödənilmiş vəsaitlər üzrə 7555556,05 ABŞ dolları (589366,07 manat) məbləğində qrant müqavilələri Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmiş, Nümayəndəliyin özünə daxil olmuş 1865975,51 manat vəsaitlər üzrə qrant müqavilələri isə qeydiyyatdan keçirilməmişdir. Qeyd edilənlərə əsasən ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən alınmış vəsaitlər qanunla müəyyən edilmiş qaydada qrant kimi qeydiyyatdan keçmədiyindən həmin vəsaitlərin rüsumlar və dövlət büdcəsinə məcburi ödənişlərdən azad edilməsi ilə bağlı “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin iddiaçıya tətbiq edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən alınmış vəsaitlərə dair qeydiyyata alınmayan müqavilələr aşağıdakılardır: -Nümayəndəliyin təsisçisi (baş ofisi) ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (İREX) ilə 30.09.2010-cu il tarixində ABŞ-ın X5 (USAİD) arasında “Azərbaycan Respublikasında təhsilə və yeni mediaya dəstək” adlı layihə çərçivəsində “Azərbaycanda Yeni Media” Proqramının icrası üçün yoxlanılan dövr ərzində baş ofis tərəfindən nümayəndəliyin Azərbaycan Beynəlxalq Bankının “Mərkəzi” filialında yerləşən valyuta hesabına 2348134,0 ABŞ dolları (1832248,96 manat) vəsait köçürülmüşdür. -Nümayəndəliyin təsisçisi (baş ofisi) ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası ilə 13.06.2011-ci il tarixində ATƏT-in Bakı ofisi (OSCE) arasında “Yeni media təlimləri” adlı treninqin həyata keçirilməsinə görə nümayəndəliyin hesabına baş ofis tərəfindən 33726,55 manat köçürülmüşdür. Məhkəmə qeyd edir ki, ABŞ-ın X5 (USAİD) tərəfindən maliyyələşən “Azərbaycanda Yeni Media” proqramı 01.10.2010-cu il tarixindən 30.09.2014-cü il tarixinədək olan dövrü əhatə etmiş və nümayəndəlik bu proqram çərçivəsində aşağıda qeyd edilən işləri yerinə yetirmişdir: X10 - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə razılaşma çərçivəsində "xxxx" MMC ilə bağlanmış memoranduma əsasən həyata keçirilmiş və Azərbaycanın 30 rayonunda əhalisi 5 mindən çox olan kəndlərin yerli poçt şöbələrində internet köşklər quraşdırılmışdır. X8 - Azərbaycanın 20 rayon və ya şəhər mərkəzində məlumat mərkəzləri qurulmuş, kompüter və digər zəruri avadanlıqlarla təchiz edilmiş, hər birinə fəaliyyət göstərmləri məqsədi ilə bir nəfər mütəxəssis işə götürülərək texniki xidmət göstərilmiş, həmin dövr ərzində sürətli internetlə təchiz edilmişdir. Media təqaüdü proqramı - proqram çərçivəsində 12 təcrübəli media mütəxəssisi 2013-cü ilin yaz semestri ərzində Bakıda yerləşən altı ali məktəbin jurnalistika fakültəsində yeni media dərslərini tədris etmiş, tədris zamanı müəllimlər İREX Azərbaycanın təşəbbüsü ilə hazırlanan www.az.irexleaming.org websaytında yerləşdirilmiş jurnalistika nəzəriyyəsinə dair materiallardan faydalanmışlar. Layihə çərçivəsində müəllimlərin bir qisminin ABŞ-a səfəri təşkil edilmiş və onlar üçün Cənubi Karolina Universitetinin Jurnalistika Faküləsi ilə tanışlıq imkanı verilmişdir. Universitetlərdə Wi-Fi – ların quraşdırılaraq pulsuz internetlə təchiz edilməsi proqramı - proqram çərçivəsində Azərbaycanda fəaliyyət göstərən 8 universitetin kitabxanalarına və digər ictimai yerlərinə pulsuz olaraq internet çəkilişi həyata keçirilmiş, həmin yerlərə eyni vaxtda 300-dən çox insanın qoşularaq sürətli internetdən istifadə etməsini təmin edən modemlər quraşdırılmışdır. - Kamera sənin səsin kimi proqramı proqram çərçivəsində Azərbaycanın 14 Regionunda 13 - 17 yaşlı məktəbli qızlar arasında təlimlər keçirilmiş, təlim iştirakçılarına video süjet çəkmək və sadə proqramlardan istifadə edərək montaj etmək öyrədilmişdir. Qızlar İKT-də proqramı - proqram çərçivəsində informasiya kommunikasiya sahəsində fərqlənən 15 - 17 yaşlı məktəbli qızlar Bakıya dəvət olunmuş, onların paytaxtdakı media qurumları ilə, İKT sahəsində fəaliyyət göstərən qurumlarla, o cümlədən "xxxx" MMC ilə tanışlığı təmin edilmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarından göründüyü kimi iddiaçı tərəfindən alınmış 1865975,51 manat vəsait hər hansı qrant müqaviləsində nəzərdə tutulmamış və Ədliyyə Nazirliyində qeydiyyata alınmamışdır. Ona görə də, qeyd edilən vəsait qeyrirezidentin sifarişi əsasında Azərbaycan Respublikası ərazisində işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) görə ödəniş kimi qiymətləndirilmiş və vergi öhdəliyinin yaranması üçün əsas olmuşdur. İddiaçının fəaliyyəti üzrə aparılmış yoxlama zamanı 2011-ci ilin 2-ci rübü üzrə (aprel, may ayları) nümayəndəlik tərəfindən qrant kimi qeydiyyata alınmayan layihələr üzrə görülmüş işlərin (xidmətlərin) 158828,50 manat dəyərindən Vergi Məcəlləsinin 219.1 və 220-ci maddələrinə əsasən, 6353,14 manat sadələşdirilmiş vergi hesablanmışdır. Nümayəndəliyin sadələşdirilmiş vergiyə cəlb edilən dövriyyəsi 2011-ci ilin aprel ayında 124837,08 manat, may ayında 33991,43 manat təşkil etdiyindən Vergi Məcəlləsinin 155.1ci və 157.3.1-ci maddələrinə uyğun olaraq vergi ödəyicisinin 01.06.2011-ci il tarixindən ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair öhdəliyi yaranmışdır. Belə ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinin 30 dekabr 2012-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150000 manatdan artıq olan hüquqi və 90000 manatdan artıq olan fiziki şəxslər (bu Məcəllənin 218.1.1.1-ci maddəsində göstərilənlər istisna olmaqla) həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal vergitutma obyektidir. Qeyd edilənlərə əsasən yoxlama ilə nümayəndəliyin ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata alınması öhdəliyinin yarandığı 01.06.2011-ci il tarixindən 01.03.2014-cü il tarixinədək olan dövr üzrə ümumikdə 1676208,88 manat ƏDV-yə cəlb edilən dövriyyə əsasında 255692,87 manat əlavə dəyər vergisinin bəyannamə təqdim edilməməklə yayındırılması müəyyən edilmişdir. Bundan əlavə, iddiaçının fəaliyyəti üzrə aparılan yoxlama zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi yoxlanılan dövrdə yol vergisinin ödəyicisi olsa da, müvafiq vergi məbləğini ödəməmiş, eyni zamanda müvafiq bəyannamələrini vergi orqanına təqdim etməmişdir. Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtomobil nəqliyyatı vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələri və qeyrirezident fiziki şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri (bundan sonra bu fəslin məqsədləri üçün - avtonəqliyyat vasitələri) olan şəxslər Azərbaycan Respublikasının avtomobil yollarından istifadəyə görə yol vergisinin ödəyiciləridir. Qeyd edilənlərə əsasən, yoxlama ilə iddiaçı tərəfindən yol vergisinin 2011, 2012 və 2012-ci illər üzrə ümumilikdə 162,0 manat azaldılması müəyyən edilmişdir. İddiaçı ərizəsində “Qrant haqqında” Azərbaycan Respublikası Qanunun müxtəlif maddələrinə, o cümlədən “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 852- İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına və “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2004-cü il tarixli 27 nömrəli fərmanına istinad edərək göstərmişdir ki, qeyd edilən normativ-hüquqi aktlar beynəlxalq təşkilatların ölkədəki nümayəndəlikləri tərəfindən qrant alınması qaydalarını tənzimləmir. Məhkəmə iddia ərizəsində qeyd edilən bu halla bağlı qeyd edir ki, “Qrant haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən donorla münasibətdə qrant alan resipiyent sayılır. Həmin maddənin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsi olan və qrant almaqla birbaşa mənfəət götürmək məqsədi güdməyən rezident və qeyrirezident olan hüquqi şəxslər, onların filial, nümayəndəlik və şöbələri resipiyent ola bilərlər. Vergi Məcəlləsinin 13.2.6.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri qeyri-rezident şəxs hesab edilirlər. İddiaçı ərizəsində, eyni zamanda qrant məbləğinin dövlət qeydiyyatına alınması məcburiliyinin və dövlət qeydiyyatına alınmamış qrant məbləğləri üzrə əməliyyatların qadağan olunmasının “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə 27 dekabr 2013-cü il tarixli qanun ilə müəyyən olunduğunu və həmin qanunun 01 fevral 2014-cü ildən qüvvəyə mindiyini qeyd etmişdir. İddiaçının bu dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 30 aprel 2002-ci il tarixli 317-İİQD nömrəli qanuna (02 yanvar 2003-cü ildən qüvvəyə minmişdir) əsasən "Qrant haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddənin 4-cü və 5-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir: Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi olan donorların xarici resipiyentlərə qrant verilməsi haqqında, həmçinin Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması haqqında müqavilələr (qərarlar) müvafiq icra hakimiyyəti orqanında qeydə alınmalıdır (maddə 4). Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə əməliyyatlar bir qayda olaraq keçirilə bilməz. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən verilmiş və Azərbaycan Respublikasının resipiyentləri tərəfindən alınmış qrantlar haqqında ildə bir dəfədən az olmayaraq, kütləvi informasiya vasitələrində rəsmiləşdirilmiş məlumat verməlidir (maddə 5). Bundan əlavə, iddiaçı ərizəsində “Qrant haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 tarixli 720 nömrəli fərmanının 2-ci bəndinə əsasən, “Qrant haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinin 2-ci bəndində, 3-cü maddəsinin 2-ci bəndində, maddəsinin 4-cü və 5-ci maddələrində nəzərdə tutulan “müvafiq icra hakimiyyətiorqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin həyata keçirdiyini, lakin “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 927 saylı fərmanı ilə “Qrant haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 720 nömrəli fərmanının 2-ci bəndindən “4-cü maddəsinin 4-cü və 5-ci bəndlərində” sözlərinin çıxarıldığını qeyd etmişdir. Məhkəmə iddiaçının göstərdiyi dəlili ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 927 saylı fərmanından göründüyü kimi Fərman "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cu il 2 yanvar tarixli 834 nömrəli Fərmanına uyğun olaraq qəbul edilmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 30 aprel 2002-ci il tarixli 317-İİQD saylı Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 02 yanvar 2003-cü il tarixli 834 nömrəli fərmanının 3-cü bəndinə əsasən müəyyən edilmişdir ki, "Qrant haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü və 5-ci bəndlərində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini qeyrikommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, dini təşkilatlara və qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini X12 Dövlət Komitəsi, kommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir. İddiaçı ərizəsində, həmçinin “Qrant alınması və verilməsi barədə məlumatların verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1999-cu il tarixli 155 saylı qərarına istinad edərək, qrant alındığı andan ən geci bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməli olmasını qeyd etsə də, nəzərə almamışdır ki, qeyd edilən qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 56 nömrəli qərarına əsasən ("Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 yanvar tarixli, 834 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə) qüvvədən düşmüş hesab edilmişdir. İddiaçı ərizəsində, eyni zamanda Azərbaycan Respublikası Milli Məclisinin 18 iyul 2000-ci il tarixli 915-İQ saylı "Azərbaycan Respublikası Hökuməti və X6 Hökuməti arasında X1 dair Əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununa istinad etmişdir. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, bu Qanun Azərbaycan Respublikasında qrantların (o cümlədən sub-qrantın, qranta əlavənin, habelə ianələr istisna olmaqla bu Qanunun 1-ci maddəsinin birinci hissəsində göstərilmiş məqsədlər üçün digər formada rəsmiləşdirilən i yardımların) verilməsi, alınması və istifadəsi ilə bağlı iqtisadi və hüquqi münasibətləri tənzimləyir. Həmin Qanunun 1-ci maddəsinin 1-ci bəndinə əsasən qrant — humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə» ədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, mübahisələndirilən qərarda iddiaçı tərəfindən vergi qanunverciliyinin pozulması faktı sübut olunmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.10.2014-cü il tarixli, **********814318 saylı qərarın ləğv edilməsinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar