Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5/2025 09.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1, İddiaçı2 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı (üçüncü şəxs İddiaçı2) “sərəncamın ləğv edilməsi” barədə iddia tələbi; İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və İddiaçı1) “sərəncamın və onun əsasında verilmiş çıxarışın qismən ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı (üçüncü şəxs İddiaçı2) məhkəməyə müraciət edərək, Bakı şəhər Sabunçu RİH-nin üzərinə 572 saylı, xx.xx.2012-ci il tarixli sərəncamının ləğv edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iş üzrə İddiaçı2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, "X8 Pazarlama Ltd” müəsisəsi AR VN-nin X2 Dövlət Reyestrindən xx.xx.2014-cü il tarixli **********438600 saylı Çıxarışa əsasən xarici investisiyalı hüquqi şəxsdir. Həmin müəssisənin təsisçisi ABŞ da qeydə alınmış Nooril- İman L.P adlı şirkətdir. Azərbaycan Respublikası Hökuməti və X4 Hökuməti arasında “sərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviq edilməsi haqqında” Müqavilə Vaşinqton şəhərində, 1997-ci ilin avqust ayının 1-də imzalanmış və Azərbaycan Respublikasının 14 aprel 1998-ci il tarixli 472-İQ saylı Qanunu ilə təsdiq edilmişdir. Müqavilənin tələblərinə əsasən Azərbaycan Respublikası ABŞ-da qeydə alınmış şirkələrin hər zaman qorunan sərmayələrin tam qorunmasını təmin edəcək. Bu zaman Ekspropriasiya yalnız dövlət marağı tələb etdikdə, ayrı-seçkilik yaradılmadan, təxirə salınmadan, adekvat və səmərəli kompensasiya şərti ilə, qanunvericiliyə və İİ maddənin (3) bəndində nəzərdə tutulan rejimə aid ümumi prinsiplərə uyğun olaraq həyata keçirilə bilər. Bu Müqavilənin tətbiqinə dair Tərəflər arasında yaranmış hər hansı mübahisə, məsləhətləşmələr və ya digər diplomatik yollarla həll olunmazsa, Tərəflərdən hər hansı birinin müraciəti əsasında beynəlxalq hüququn tətbiq olunan qaydalarına uyğun olaraq, məcburi qərar üçün hər hansı arbitraj məhkəmələrinə veriləcək. Bu zaman şirkət, mübahisəni 3, (A) bəndinin müddəalarına əsasən məcburi arbitraja təqdim etmək imkanının olmasına baxmayaraq, o, müvəqqəti məhkəmə yolu ilə cərimə ödənişindən azad olmağa nail ola bilər və o, mübahisədə iştirak edən bir tərəf kimi məhkəmə və ya inzibati məhkəmə qarşısında cərimələrin ödənilməsini nəzərdə tutmayan, öz hüquq və maraqlarının qorunub-saxlanması üçün arbitraj prosesinə qədər və ya arbitraj prosesi ərzində müvəqqəti məhkəmə həlli axtara bilər. ABŞ-da qeydə alınmış Nooril-İman L.P. şirkəti hazırda digər diplomatik yollarla həll olunmasına və arbitraj məhkəməsinə prosedura əsasən hazırlıqlar aparmasına baxmayaraq məhkəmə yolu ilə hüquq və maraqlarının qorunub-saxlanması üçün Azərbaycan Respublikasında inzibati məhkəməyə müraciət etmək imkanından istifadə edərək bu iddiaya qoşulur. Belə ki, ünvan 1 ünvanında 2.5 ha torpaq sahəsində yerləşən əmlak kompleksi İddiaçı1 müəsisəsinin mülkiyyətindədir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 179 saylı xx.xx.2015-ci tarixli sərəncamı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 100% xarici investisiyalı müəssisə kimi qeydə alınmış “X10 və Ağac Ürünləri” LTD (sonradan “X9 Pazarlama” LTD) şirkətinə ünvan 2 ünvanda 2.5 ha torpaq sahəsinin ayrılaması barədə Bakı Şəhər İH-nin xx.xx.1996-cı il tarixli, 1637 saylı sərəncamı mövcuddur. "X8 Pazarlama Ltd” müəsisəsi tərəfindən Cavabdeh1nə xx.xx.2018-ci il tarixdə pretenziya ünvanlayaraq, aşağıdakıları diqqətə çatdırmışdır: Sabunçu RİH-nin 572 saylı, xx.xx.2012-ci il tarixli sərəncamına əsasən, ünvan 6 ünvanında tikilmiş iki yaşayış otağından sahəsi -53,3 kv.m 19,6 kv.m qonaq otağından, 39,8 kv.m. köməkçi sahədən ibarət mövcud birmərtəbəli yaşayış evi, həyətdə sahəsi 16,6 kv.m. anbar vətəndaş İddiaçı2 adına hüquqi qeydiyyata alınması qərara alınmışdır. Sabunçu RİH-nin 572 saylı, xx.xx.2012-ci il tarixli sərəncamında İddiaçı2 adına hüquqi qeydiyyata alınan tikililər və torpaq sahəsi “X8 Pazarlama Ltd" müəsisəsinin mülkiyyətində olan sahə olmuş və hazırda da mülkiyyətindədir. İddiaçı2 Sabunçu RİH-nin 572 saylı, xx.xx.2012-ci il tarixli sərəncamının əsasında BŞİH-nə müraciət edərək vaxtilə BŞİH-nin sabiq başçısı tərəfindən qanunsuz olaraq “X8 Pazarlama Ltd" müəsisəsinə torpaq sahəsi ayrıldığını bildirərək BŞİH-nin 1637 saylı, xx.xx.1996-cı il tarixli sərəncamının ləğv edilməsini xahiş etmişdir.BŞİH-nin 179 saylı, xx.xx.2015-ci il tarixli sərəncamı ilə BŞİH-nin 1637 saylı, xx.xx.1996-cı il tarixli sərəncamı ləğv edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən, “X8 Pazarlama Ltd" müəsisəsinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilərək, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 179 nömrəli sərəncamı ləğv edilmiş, həmin qərar qanuni qüvvəsini almışdır. Qeyd edilən qərarla da bir daha təsdiq edilmişdir ki, İddiaçı2 iddia etdiyi hansı ki, Sabunçu RİH-nin 572 saylı, xx.xx.2012-ci il tarixli sərəncamında qeyd edilən tikililərin olduğu və digər sahələr “X8 Pazarlama Ltd" müəsisəsinin mülkiyyətidir. Sabunçu RİH-nin 572 saylı, xx.xx.2012-ci il tarixli sərəncamı bizə məhkəmə çəkişmələrindən sonra məlum olmuş və həmin sərəncamın əldə edilməsi ilə bağlı Sabunçu RİH-nə müraciətimizə cavab olaraq sənədlərin saxlanılması müddətinin bitməsi barədə məktubundan sonra müraciət edilərək Mərkəzi Arxiv İdarəsindən əldə etmişik. Hesab edirik ki, Sabunçu RİH-nin 572 saylı, xx.xx.2012-ci il tarixli sərəncamı verilərkən, müəyyən səbəblərdən həmin sərəncamda qeyd edilən torpaq sahəsinin hüquqi statusu müəyyən edilmədən verilmişdir. Bu sərəncam “X8 Pazarlama Ltd" müəsisəsinin mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Əlavə olaraq xatırlatmaq istərdik ki, tikiliyə mülkiyyət hüququnun tanınmasının başlıca şərtlərindən biri tikilinin altında olan torpaq sahəsinə qanuni istifadə və ya mülkiyyət hüququnun olmasıdır. İddiaçı2 tərəfindən aparılan tikililər isə özbaşına tikili olub, AR Mülki Məcəlləsinin 180-ci maddəsinin tələblərinə əsasən Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir, özbaşına tikintiyə mülkiyyət hüququ o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Lakin təqdim edilən sənədlərdən görünür ki, İddiaçı2 adına hüquqi qeydiyyatın aparılan tikili, tikilinin altı və ətrafında olan sahələr “X8 Pazarlama Ltd" müəsisəsinin mülkiyyətidir. Cavabdeh1 tərəfindən ona cavab məktubu olaraq, “qeyd edilən sərəncamın verilməsi üçün əsas olmuş sənədlər Cavabdeh1ndə olmadığıdan həmin sərəncamın ləğv edilməsi mümükün deyil” cavabı verilmişdir. Cavabdeh1 tərəfindən tərəfindən verilmiş müraciət üzrə Dövlət Arxiv idarəsindən sənədlər tələb edilib araşdırılması əvəzinə həmin sənədlərin tələb edilməsindən və araşdırılmasından açıq aşkar imtina edilmişdir. Aşağıda qeyd edilən əsas və səbəblərə görə hesab edir ki, Cavabdeh1 M-184-091 nömrəli, xx.xx.2018-ci il tarixli məktubu ilə edilmiş hərəkətsizliyi qanunsuz hesab edilməli və Sabunçu RİH-nin 572 saylı, xx.xx.2012-ci il tarixli sərəncamı məhkəmə qaydasında ləğv edilməlidir. İddia ərizəsinə əlavə edilmiş BŞİH-nin xx.xx.1996-cı il tarixli, 1637 saylı sərəncamından görünür ki, “X10 və Ağac Ürünləri LTD” müəssisəsinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi, 2593-cü məhəllənin şimal-qərb hissəsində istehsalat bazasının lahiyələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İddia ərizəsinə əlavə edilmiş 654 saylı, xx.xx.2018-ci il tarixli vəkil sorğusu və ona verilmiş 1/92 saylı, xx.xx.2018-ci il tarixli cavab məktubundan görünür ki, sorğu əsasında tələb edilən Sabunçu RİH-nin 572 saylı, xx.xx.2012-ci il tarixli sərəncamının alınması üçün Mərkəzi Arxiv İdarəsinə müraciət edilməsi məsləhət görülmüşdür. İddia ərizəsinə əlavə edilmiş 671 saylı, xx.xx.2018-ci il tarixli vəkil sorğusuna cavab olaraq AR Dövlət Arxivinin Bakı filialı tərəfindən Sabunçu RİH-nin 572 saylı, xx.xx.2012-ci il tarixli sərəncamı və həmin sərəncamın əsasını təşkil edən sənədlər təsdiq edilmiş şəkildə ona təqdim edilmişdir. Həmin sərəncama və sərəncamın verilməsi üçün əsas olan sənədlər ərizəçinin müraciət ərizəsi, Akt və fərdi layihəçi təşkilat olan "xxxx" MMC-nin 1 vərəqdən ibarət cizgi planı olmuş, həmin sifariş də mübahisəli torpaq və tikiliyə aidiyyatı olmayan Yasin İsmayılov adlı şəxs olmuşdur. Göründüyü kimi İddiaçı1 müəsisəsinin mülkiyyəti olan torpaq sahəsində aidiyyatı olmayan şəxslər tərəfindən sifariş verilmiş, qanunsuz olaraq hər hansı bir sənəd tərtib edilmədən torpaq sahəsinə heç bir hüququ olmayan şəxs tərəfindən müraciət edilmiş və bu məqsədlə “Nicat-MS" MMC tərəfindən cizgi-plan tərtib edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, mübahisəli torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı1 müəsisəsinə məxsusdur.
4. İddiaçı2 iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, onun Bakı Şəhər İcra Hakimiyyətinə müraciəti əsasında ailə üzvləri ilə qeydiyyatda olmaqla yaşadığı fərdiyaşayış evinin yerləşdiyi 1331 kv.m. torpaq sahəsi qanunsuz olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirildiyindən və DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən reyestrdən çıxarış verildiyindən Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq iddiası ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli 2-2(82)-391/2108 saylı qətnaməsi ilə Bakı Şəhər İcra Hakimiyyətinin iddiası təmin edilməmişdir. Ona görə də Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 7-5164/17 saylı məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin İİK-na apellyasiya şikayəti verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin apellyasiya şikayətinə baxılır. Eyni zamanda İddiaçı1 ona qarşı Sabunçu rayon Məhkəməsində qaldırdıqları zəbt olunmuş ərazinin boşaldılması və orada tikilmiş evin sökülməsi barədə iddia tələbi qanunsuz və əsassız olduğundan Sabunçu rayon Məhkəməsinin 18 noyabr 2014-cü il tarixli 2(008)- 1842/2014 saylı qətnaməsi ilə rədd edilmişdir. Lakin yuxarıda göstərilənlərə baxmayaraq İddiaçı1 Bakı Şəhər İcra Hakimiyyətinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmasını gözləmədən, Sabunçu rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi qanuni qüvvədə olduğu halda hazırkı qanunsuz iddia ilə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etmişdir. Ona görə də hesab edir ki, əslində iddiaçının qanunsuz iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməməli idi.
5. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il traixli Sərəncamı ilə ünvan 7 ünvanında tikilmiş iki yaşayış otağından sahəsi -53,3 kv.m 19,6 kv.m qonaq otağından, 39,8 kv.m. köməkçi sahədən ibarət mövcud birmərtəbəli yaşayış evi, həyətdə sahəsi 16,6 kv.m. anbar vətəndaş İddiaçı2 adına hüquqi qeydiyyata alınması qərara alınmışdır.
6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-125/2019 saylı qərardadı ilə İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı İddiaçı2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın ləğv edilməsi barədə” iddiası üzrə işin icraatının İddiaçı2 İddiaçı1 Şirkətinə və başqalarına qarşı alqı-satqı müqavilələrinin və mübahisəli torpaq sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair iddia tələbinə Bakı şəhəri Sabunçu rayon Məhkəməsində (iş 2(008)-7343/2019) baxılıb, mülki iş üzrə icraat başa çatana kimi dayandırılması qərara alınmışdır.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-7/2024 saylı qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7/2024 saylı qərardadı ilə 2- 1(112)-7/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatı 2-1(112)-964/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi, inzibati işə 2-1(112)-7/2024 saylı nömrə altında baxılması qərara alınmışdır.
9. 2-1(112)-964/2024 nömrəli inzibati iş üzrə:
10. İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli, 181№-li Sərəncamının qismən, ünvan 14n 25331 kv.metr torpaq sahəsinin “X8 Pazarlama LTD“ Şirkəti tərəfindən özəlləşdirilməsi hissəsində ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmənin qərardadı ilə iş üzrə İddiaçı1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
12. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Bakı şəhəri Cavabdeh1 Başçısının xx.xx.2012-ci il tarixli 572 saylı sərəncamı əsasında tərəfindən inşa edilərək qeydiyyata alındığı fərdi yaşayış evinin yerləşdiyi Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 378 saylı İddiaçı2 torpaq sahəsinin istifadəyə verilməsinə dair sərəncamına əsasən ünvan 8 ünvanında yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən İddiaçı1 adına tərtib edilən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın planölçüsünün üst-üstə düşən hissədə ləğv edilməsi” kimi dəyişdirilmişdir.
13. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli, 181№-li Sərəncamının qismən, ünvan 14n 25331 kv.metr torpaq sahəsinin 2400 kv.metr artıq hissəsini təşkil edən 1331 kv.metr hissədə özəlləşdirilməsinin ləğv edilməsi və xx.xx.2011ci il tarixli, ********** qeydiyyat nömrəli (çıxarışın) qeydiyyatın qismən ləğv edilməsi barədə qərarın qəbul edilməsi” kimi dəyişdirilmişdir.
14. Məhkəmənin qərardadı ilə iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində icraata cəlb edilmişdir.
15. Tələb onunla əsaslandırılmışdır ki, 2000-ci ildən ailəsi ilə birlikdə Sabunçu rayonu, ünvan 9 ünvanında yaşayır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə həmin evə qeydiyayta alınmışdırlar. Bundan sonra müraciəti əsasında həmin evin esksiz layihəsi Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və Cavabdeh1 Başçısının xx.xx.2012-ci il tarixli, 572 №-li Sərəncamı ilə həmin ev hüquqi qeydiyyata alınmışdır. Həmçinin Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 378№- li Sərəncamı ilə həmin fərdi yaşayış evinin yerləşdiyi 0,18 ha torpaq sahəsi onun istifadəsinə verilmiş və o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ilə birlikdə hüquqi qeydiyyata alınmasının təmin edilməsi müəyyən edilmişdir. Qeyd edir ki, Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 №-li Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında"’ Əsasnamənin tələblərini pozaraq, müvafiq sərəncamla və ayrıc aktdı ilə ayrılmamış, onun istifadəsində olan 1331 kv metr torpaq sahəsini heç bir hüquqi əsas olmadan xx.xx.2011-ci il tarixli, 181№-li Sərəncamla İddiaçı1 Şirkətinə satmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən İddiaçı1 Şirkətinə 2,4 ha torpaq sahəsinin ayrıldığını bildiyi halda, onun istifadəsində olan 1331 kv.metr torpaq sahəsini də tərtib etdikləri plan-sxemə əlavə edərək razılaşdırılması üçün Cavabdeh1nə təqdim etmişdir. Həmçinin, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996cı il tarixli, 1637 saylı sərəncamında “X8 Pazarlama LTD Şirkətinə (varisi olduğu hüquqi şəxsə) 2,5331 kv.m torpaq sahəsinin ayrıldığı göstərilmədiyi halda, həmin sərəncamın ayrılmaz hissəsi olan 10004 nömrəli inşaat pasportu və xx.xx.1997-ci il tarixli, 97/10 nömrəli ayrıc aktına əsasən 2,4 ha torpaq sahəsinin ayrılması mübahisəsiz olduğu və həmin müəssisəyə əlavə hər hansı torpaq sahəsinin ayrılması haqqında hər hansı qərarın (sərəncamın) olmadığı halda, 25331 kv.metr tprpaq sahəsinin İddiaçı1 Şirkəti tərəfindən özəlləşdirilməsi haqqında xx.xx.2011-ci il tarixli, 181№-li Sərəncam vermiş və həmin sərəncam əsasında 25331 kv.metr torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2011-ci il tarixli, 3124 nömrəli müqavilə bağlanmışdır. 2,5331 kv.m torpaq sahəsinə dair həmin müəssisə ilə icarə müqaviləsi mövcud olmadığı, elecə də ayrıc aktında torpaq sahəsinin ölçüsünün 2,4 ha göstərildiyi halda, cavabdeh inzibati orqan tərəfindən 2,5331 kv.metr torpaq sahəsinin “X8 Pazarlama LTD" Şirkəti tərəfindən özəlləşdirilməsi haqqında xx.xx.2011-ci il tarixli, 181№-li Sərəncam (sərəncama əlavə olunmuş 2 №-li əlavədə) verilmişdir. Tərəfindən 25331 kv.metr torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2011-ci il tarixli, 3124 nömrəli müqavilənin qismən, 1331 kv.metr hissədə etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və həmin iddia tələbi üzrə Ali Məkəmənin qəbul etdiyi xx.xx.2022-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilmiş və həmin qərarda mübahisələndirilən alqı-satqı müqaviləsinin əsasını təşkil edən səlahiyyətli dövlət orqanının dövlət əmlakının özəlləşdirilməsinə dair qərarının mübahisələndirilməli olması məhkəmənin hüquqi mövqeyi kimi qeyd olunmuşdir. Bundan sonra həmin işə yenidən apellyasiya instansiya məhkəməsində baxılan zaman həmin qərarın məhkəməyə təqdim edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinə təklif olunmuş və xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında hazırkı iddia tələbi ilə mübahəsiləndirilən xx.xx.2011-ci il tarixli, 181 №-li Sərəncamın təsdiq olunmuş surəti məhkəməyə və ona təqdim olunmuşdur. Qeyd olunanlara əsasən də hesab edir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli, 181№-li Sərəncamı qismən, ünvan 14n 25331 kv.metr torpaq sahəsinin “X8 Pazarlama LTD" Şirkəti tərəfindən özəlləşdirilməsi hissəsində qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.
16. Cavabdeh Əmlak Məsələri Dövlət Xidmətinin etirazı onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin 17 iyun 2011-ci il tarixli, 181 nömrəli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov ünvanında yerləşən “X8 Pazarlama” LTD şirkətinə məxsus kompleksinin yerləşdiyi 25331 kv.m torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə bağlanmış xx.xx.2011-ci il tarixli, 3124 nömrəli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi “X8 Pazarlama” LTD şirkəti tərəfindən özəlləşdirilmiş və buna dair sonuncuya daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında çıxarış verilmişdir. Dana sonra Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixi sərəncamı ilə yuxarıda qeyd olunan çıxarışa əsasən “X8 Pazarlama” LTD şirkətinin xüsusi mülkiyyətində olan torpaq sahəsinin 0.18 ha hissəsi İddiaçı2 istifadəsinə ayrılmışdır. İddiaçı2 Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 378 nömrəli əsassız sərəncama istinad etməklə, qeyd olunan sərəncamın verilməsindən 5 il əvvəl yuxarıda qeyd olunan sərəncam və alqısatqı müqaviləsinə əsasən “X8 Pazarlama” LTD şirkətinin xüsusi mülkiyyətinə verilmiş 25331 kv.m torpaq sahəsinə dair özəlləşmənin ləğv edilməsini xahiş edir. Halbuki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 378 saylı sərəncamının qanunsuzluğu hazırkı mübahisə predmeti ilə bağlı ayrı-ayrı iddia tələblərinə digər mənkəmələrdə baxılması zamanı sübuta yetirilmişdir. Belə ki, İddiaçı2 cavabdehlər “X8 Pazarlama” LTD şirkətinə və digərlərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair mülki işə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman məhkəmənin müvafiq qərardadı ilə təyin olunmuş məhkəmə torpaqşünaslıq-tikinti ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəy ilə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 378 nömrəli sərəncamının 2011-ci il tarixdə İddiaçı1 şirkəti tərəfindən özəlləşdirilmiş mübahisəli torpaq sahəsinə dair verildiyi müəyyən olunmuşdur. Hazırkı halda iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 378 nömrəli sərəncamı əsasında mübahisəli torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması Mülki Məcəllənin 140-cı maddəsinə əsasən yolverilməzdir. Beləliklə mübahisəli torpaq sahəsinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 378 nömrəli sərəncamı qəbul edilən zaman həmin sərəncamın qanunsuz olması Bakı Şəhər İcra Hakimiyyətinə və İddiaçı2 məlum olmuşdur. Belə ki, 2014-cü ildə iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən cavabdeh "X8 Pazarlama LTD” şirkətinə (üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Komitəsi və DƏRRX-n Bakı şəhər Ərazi İdarəsi) qarşı hazırkı mübahisə predmeti olan torpaq sahəsinə dair cavabdehin adına verilmiş çıxarışın və texniki pasportun etibarsız sayılması barədə iddia tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunan zaman icra hakimiyyəti və İddiaçı2 mübahisəli əmlakın xüsusi mülkiyyətdə olmasından xəbərdar olmuşdur. Göründüyü kimi qeyd olunan məhkəmə araşdırmaları dövründə mübahisəli torpaq sahəsinin İddiaçı1 şirkətinin xüsusi mülkiyyətində olması Bakı Şəhər İcra Hakimiyyətinə məlum olduğu halda, səlahiyyətlərinə aid olmadığı halda icra hakimiyyəti tərəfindən 2016-cı ildə yuxarıda qeyd olunan qanunsuz sərəncam qəbul edilmişdir. Göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyətinin qeyd olunan qanunsuz sərəncamına əsasən iddiaçının mübahisəli torpaq sahəsi üzərində hər hansı hüququnun yaranması qanunvericiliyə əsasən yolverilməz olduğundan, iddiaçı torpaq sahəsinə dair bağlanmış əqdin qanuniliyini mübahisələndirmək hüququna da malik deyildir. Bunun əksinə olaraq mübahisəli torpaq sahəsi “X8 Pazarlama LTD" şirkətinin mülkiyyətində olan qeyri-yaşayış binasının istifadəsində olmuş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə “Özəlləşdirilən dövət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq sərəncamı və tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 3124 nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı1 şirkəti tərəfindən özəlləşdirilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının adına qeydə alınmış hər hansı hüquq mövcud olmadığından, onu hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Eyni zamanda iddiaçı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti və İddiaçı2 tərəfindən mübahisə predmeti olar topaq sahəsi ilə bağlı 2014-cü ildən başlayaraq müxtəlif iddia tələbləri ilə məhkəmələrə müraciət edilən zaman həmin sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsiniı müvafiq qərarı və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında İddiaçı1 şirkətinin mülkiyyətinə keçməsi iddiaçıya məlum olmuşdur.
17. Sabunçu rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-343/06 saylı qətnaməsi ilə ərizənin təmin edilməsi, İddiaçı2 Nərman oğlunun ünvan 7 evə pasport qeydiyyatına alınması qət edilmişdir.
18. Sabunçu rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı1 İddiaçı2 qarşı mülkiyyət hüququnun bərpa edilməsi, qeyri qanuni zəbt olunmuş ərazinin boşaldılması və orada tikilmiş evin özbaşına tikili sayılaraq sökülməsi barədə iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
19. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2014-cü il tarixli 19685 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı2 istifadə etdiyi torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi İdarəsinin MA seriyalı 024282 saylı Çıxarışa və Texniki pasporta əsasən İddiaçı1 ərazi daxilində yerləşdiyi müəyyən edildi.
20. Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq sahəsinin özəlləşdirilməsi haqqında xx.xx.2011-ci il tarixli, 181 saylı sərəncamına əsasən: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş (29 may 2008-ci il tarixli, 120 nömrəli və 22 oktyabr 2008-ci il tarixli, 250 nömrəli qərarları ilə edilmiş əlavələr və dəyişikliklər nəzərə alınmaqla) “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxlər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə uyğun qiymətləndirilmiş, bu sərəncama 1 və 2 nömrəli əlavələrdə göstərilən torpaq sahələri həmin torpaq sahələrində yerləşən müəssisə və obyektlərin mülkiyyətçilərinə satın alınmlaq üçün təklif edilsin (əlavə olunur)...
21. Fiziki və ya qeyri dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin xx.xx.2011-ci il tarixli, 3124 saylı alqı-satqı müqaviləsinə əsasən: - bir tərəfdən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, sədr müavini cənab X3 şəxsində (bundan sonra “Satıcı” adlandırılacaq) digər tərəfdən Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı1 direktoru İrina Stepanova şəxsində (bundan sonra “Alıcı" adlandırılacaq) aşağıdakılar haqqında müqaviləni bağladılar. - Müqavilənin predmetini xx.xx.2011-ci il tarixli, ********** saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən «Alıcı»nın adına qeydiyyata alınmış ünvan 11 ünvanındakı Əmlak kompleksinin istifadəsində olan 25331 kv.m. torpaq sahəsi təşkil edir.
22. ƏMDX DƏDKR publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, ünvan 12 ünvanına xüsusi mülkiyyət hüququ (tam) "X8 Pazarlama LTD" adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.
23. Məhkəmə iclasında iştirak edən İddiaçı2 və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdilər.
24. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi.
25. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi.
26. Məhkəmə, tərəflərin izahatını, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
I. İddianın mümkünlüyü
27. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
28. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
29. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
30. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
31. Məhkəmə İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı (üçüncü şəxs İddiaçı2) iddia tələbi ilə əlaqədar qeyd edir ki, tələb Bakı şəhər Sabunçu RİH-nin üzərinə 572 saylı, xx.xx.2012-ci il tarixli sərəncamının ləğv edilməsi ilə bağlıdır.
32. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)
33. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hazırkı mübahisə cavabdehin 572 saylı, xx.xx.2012-ci il tarixli sərəncamının ləğv edilməsinə yönəlmişdir. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
36. Mübahisələndirilən sərəncam xx.xx.2012-ci il tarixli olsa da, iddia ərizəsi məhkəməyə xx.xx.2018-ci il tarixdə təqdim edilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır.
37. Məhkəmə qeyd edir ki, iddiaçı 2017-ci ildən mübahisləndirilən sərəncam barədə məlumatlı olduğunu bildirmişdir. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında Bakı şəhər Sabunçu RİH-nin 572 saylı, xx.xx.2012-ci il tarixli sərəncamının mövcudluğu təsdiq edilmişdir. İddiaçı prosessual müddətin ötürülməməsini iddia ərizəsində, həmçinin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında vurğulamışdır. Odur ki, iddiaçı hesab edir ki, həmin sərəncamın ləğv edilməsi ilə bağlı nəzərdə tutulmuş prosessual müddət ötürülməmüşdür.
38. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Sabunçu rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı1 İddiaçı2 qarşı mülkiyyət hüququnun bərpa edilməsi, qeyri qanuni zəbt olunmuş ərazinin boşaldılması və orada tikilmiş evin özbaşına tikili sayılaraq sökülməsi barədə iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
39. Qətnamə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının 19 noyabr 2012-ci il tarixli 572 saylı sərəncamına əsasən ünvan 13 ünvanda tikilmiş iki yaşayış otağından sahəsi 53,3kv.m və 19,6 kv.m qonaq otağından, 39,8 kv.m köməkçi sahədən ibarət mövcud bir mərtəbəli yaşayış evi, həyətdə sahəsi16,6 kv.m anbar sahəsinin İddiaçı2 adına hüquqi qeydiyyata alınması qərara alınmışdır. Göründüyü kimi, cavabdeh mübahisəli torpaq sahəsini özbaşına zəbt etməmişdir və onun tərəfindən mübahisəli torpaq sahəsində inşa edilmiş ev tikilisi özbaşına tikili hesab oluna bilməz.
40. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı sözügedən sərəncamın mövcudluğundan xx.xx.2014-cü il tarixdən artıq məlumatlı idi. Bütün bunlara baxmayaraq iddiaçı xx.xx.2018ci il tarixdə məhkəməyə müraciət edərək həmin sərəncamı mübahisələndirmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin sərəncamın ləğv edilməsi ilə bağlı nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür.
41. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır.
42. Məhkəmə İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və İddiaçı1) iddia tələbi ilə əlaqədar qeyd edir ki, tələb Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli, 181№-li Sərəncamının qismən, ünvan 14n 25331 kv.metr torpaq sahəsinin 2400 kv.metr artıq hissəsini təşkil edən 1331 kv.metr hissədə özəlləşdirilməsinin ləğv edilməsinə və xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (çıxarışın) qeydiyyatın qismən ləğv edilməsi ilə bağlıdır.
43. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
44. Məhkəmənin araşdırması zamanı məlum olmuşdur ki, mübahisələndirilən ünvan - ünvan 14n 25331 kv.metr torpaq sahəsinə dair cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (keçmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən verilmiş sərəncamın iddiaçının hüquqlarına toxunduğunu göstərən və bunu təsdiq edən sənədlər iş materiallarında müəyyən olunmur.
45. Belə ki, torpaq sahəsi “X8 Pazarlama LTD" şirkətinin mülkiyyətində olan qeyri-yaşayış binasının istifadəsində olmuş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli sərəncamı və tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 3124 nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı1 şirkəti tərəfindən özəlləşdirilmişdir.
46. İddiaçı2 torpaq sahəsi isə “X8 Pazarlama LTD" şirkətinin artıq mülkiyyətinə keçdikdən sonra, yəni Bakı şəhər Sabunçu RİH-nin 572 saylı, xx.xx.2012-ci il tarixli sərəncamı ilə ayrılmışdır.
47. Göründüyü kimi torpaq sahəsi “X8 Pazarlama LTD" şirkətinə ayrılan zaman İddiaçı2 hər hansı hüquqları qeydə alınmamışdır.
48. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
49. X7 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
50. X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
51. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);
52. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
53. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsinə hüquqi marağını əsaslandıran hər hansı hüquqmüyyənedici sənəd mövcud deyildir. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”.
54. Odur ki, iddiaçının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli, 181№-li Sərəncamının ləğv edilməsi ilə bağlı hüquqi müdafiəyə ehtiyacı olmamaqla hüquqi marağı, nəticə etibarilə iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur.
55. Tələbin ikinci hissəsi - xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (çıxarışın) qeydiyyatın qismən ləğv edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat inzibati akta əsaslansa da, artıq məhkəmə sözügedən inzibati aktın – sərəncamın ləğv edilməsinə əsas olmadığından həmin hissədə iddia mümkün sayılmamışdır. Bu səbəbdən iddia tələbinin (çıxarışın) qeydiyyatın qismən ləğv edilməsi hissəsi də mümkünsüzdür.
56. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaya baxılması mümkün deyildir. Ona görə də iddia mümkün sayılmamalıdır.
57. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
58. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı (üçüncü şəxs İddiaçı2) Bakı şəhər Sabunçu RİH-nin üzərinə 572 saylı, xx.xx.2012-ci il tarixli sərəncamının ləğv edilməsi barədə iddia mümkün sayılmasın. İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və İddiaçı1) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli, 181№-li Sərəncamının qismən, ünvan 14n 25331 kv.metr torpaq sahəsinin 2400 kv.metr artıq hissəsini təşkil edən 1331 kv.metr hissədə özəlləşdirilməsinin ləğv edilməsi və xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (çıxarışın) qeydiyyatın qismən ləğv edilməsi barədə iddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva