Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-50/2024 19.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Keşlə Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Keşlə Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdehin qərarı əsasında ona ümumilikdə 31534,74 manat vergi borcu hesablanmışdır. Həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, torpaq sahəsi onun yox, dövlət mülkiyyətindədir. Həmin hal araşdırılmadan ona torpaq vergisi hesablanmışdır. Həmçinin, qərarda göstərilən məbləğdə əmlak vergisinin də tələb edilməsi qanunsuz və əsassızdır. Belə ki, əmlak vergisinin hesablanması düsturu, kriteriyası aydın deyildir. Cavabdehin etirazı: Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Torpaq və əmlak vergisinin ödənilməsi haqqında cavabdehin 07 avqust 2020-ci il tarixli qərarından görünür ki, iddiaçıya 2015-2019-cu il illər üzrə faizlə birlikdə 22292,82 manat əmlak vergisi, faizlə birlikdə 9341,92 manat torpaq vergisi, ümumilikdə 31634,74 manat vergi hesablanmışdır. Keşlə Bələdiyyəsinin 16 oktyabr 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir və qanunvericiliyin tələbinə əsasən iddiaçı əmlak və torpaq vergisinin ödəyicisi hesab edilir. İddiaçıya dəfələrlə xəbərdarlıq edilsə də vergi və faiz borcu ödənilməmiş, bu səbəbdən də qərar qəbul edilmişdir. Tədiyyə bildirişinin kötüyündən görünür ki, iddiaçı 20 yanvar 2020-ci il tarixdə imzalayaraq əmlak və torpaq vergisi üzrə tədiyyə bildirişini almışdır. Xəbərnamədən görünür ki, tədiyyə bildirişləri borcun ödənilməsi ilə bağlı iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. İş materiallarında olan müxtəlif tarixli məktublardan görünür ki, iddiaçıya məktub ünvanlanaraq borcun ödənilməsi xahiş edilmiş, tədiyyə bildirişləri və məktublar rəsmi qaydada iddiaçıya təqdim edilmişdir 25 iyun 2021-ci il tarixli məktubda bələdiyyə qeyd etmişdir ki, iddiaçının borcu barədə dəfələrlə xəbərdarlıq edilmiş, iddiaçı isə bildirişləri qəbul etməkdən imtina etmişdir. Bildirişlər onun vergi müfəttişi tərəfindən qəbul edilmədiyindən sonuncu bildiriş və xəbərdarlıq YAPS xidməti vasitəsi ilə göndərilmişdir. Bundan əlavə telefonla da əlaqə saxlanılmış, borcun ödənilməsi tələb edilmişdir. Məhkəmənin 25 iyun 2021-ci il tarixli qərardadına əsasən daxil olmuş 24 dekabr 2021-ci il tarixli rəydən görünür ki, zəruri sənədlərin verilməməsinə istinad edilərək suallar cavablandırılmamışdır. Məhkəmənin 02 mart 2022-ci il tarixli qərardadına əsasən daxil olan 25 oktyabr 2022-ci il tarixli rəydə qeyd edilmişdir ki, 15132,40 kv.m torpaq sahəsinə görə torpaq vergisinin məbləği 10.132,40 manat müəyyən edilir. Şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı tərəfindən 2015-2019-cu illərdə ümumilikdə 4.026,48 manat məbləğində ödəniş aparılmışdır. Bu səbəbdən də ödənilməli olan vergi borcu 6.105,92 manat təşkil edir. Ödənilməmiş torpaq vergisinə görə də 2.378,12 manat faiz hesablanır. Beləliklə də ümumilikdə 8,484,04 manat məbləğində ödənilməli olan torpaq vergisi və faiz borcu mövcuddur. Qeyri-yaşayış sahəsinin ölçüsü 14,558 kv.m olduğundan hesablanmalı olan əmlak vergisi 27.660,20 manat müəyyən edilir. 2015-2019-cu illər üzrə əmlak vergisi üzrə ümumilikdə 15,192,28 manat ödəniş aparılmışdır. Ödənişlər nəzərə alındığı təqdirdə ödənilməli olan vergi borcu 12,467,92 manat məbləğində müəyyən edilir. Faiz məbləği isə 4,188,93 manat məbləğindədir. Ümumilikdə torpaq və əmlak vergisinə görə qalıq borc və faiz borcu 25.140,89 manat məbləğində müəyyən edilir. İddiaçı tərəfindən Keşlə Bələdiyyəsinə ümumilikdə 19.218,76 manat məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Vergi Məcəlləsinin: 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;[24] 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Xİİİ fəsil. Əmlak vergisi Maddə 196. Vergi ödəyiciləri[1160]
196. Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. 198.1. Fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: [1167] 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə):[1168]
Fiziki şəxsin xüsusi mülkiyyətində olan Yaşayış məntəqələri yaşayış və qeyri-yaşayış sahələri (manatla) Bakı 0,4 Gəncə, Sumqayıt şəhərləri və Abşeron 0,3 rayonu Digər şəhərlər (rayon tabeliyində olan 0,2 şəhərlər istisna olmaqla), rayon mərkəzləri Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron 0,1 rayonunun qəsəbə və kəndləri istisna olmaqla)
XİV fəsil. Torpaq vergisi
Maddə 203. Torpaq vergisi
203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 206.3. Bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:
Sənaye, tikinti, nəqliyyat, Yaşayış fondlarının, rabitə, ticarət-məişət xidməti və həyətyanı sahələrin torpaqları və digər xüsusi təyinatlı torpaqlar vətəndaşların bağ sahələrinin Yaşayış (manatla) tutduğu torpaqlar (manatla) məntəqələri 10000 m²- 10000 m²- 10000 m²- 10000 m²dən yuxarı olan dən yuxarı olan dək olduqda dək olduqda hissə üçün hissə üçün Bakı şəhəri, habelə onun 10 20 0,6 1,2 qəsəbə kəndləri Gəncə, Sumqayıt, Xırdalan şəhərləri 8 16 0,5 1,0 Abşeron rayonunun qəsəbə kəndləri Digər şəhərlər rayon 4 8 0,3 0,6 mərkəzləri Rayon tabeliyində olan şəhərlər, 2 4 0,1 0,2 qəsəbələr kəndlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar-a və həmin əmsallara əlavəyə əsasən qeyri-yaşayış sahəsnin yerləşdiyi zona 7-ci zona olmaqla 0,95 əmsal tətbiq edilir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun: 5.1. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. 8.0. Yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; https://e-qanun.az/framework/1470 8.0.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi 11.1. Bu Qanunda göstərilən yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi müvafiq qanunvericiliklə müəyyən edilir. Qeyd olunan qanunvericilik normalarının tələbindən də göründüyü kimi fiziki şəxslərin əmlak vergisi, eləcə də torpaq vergisi yerli vergi hesab edilir. İddiaçının qeyd etdiyinin əksinə torpaq vergisinin ödəyicisi qismində isə təkcə torpaq sahəsinin mülkiyyətçisi yox, eləcə də istifadəçisi də çıxış edir. Belə ki, Məcəllənin 203.1-ci maddəsinin aşkar tələbindən görünür ki, Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Göründüyü kimi təkcə mülkiyyətçi yox, eləcə də torpaqdan icarə və digər əsaslarla istifadə edən şəxslər, eləcə də əmlak kompleksinin altındakı torpaq sahəsinin istifadəçisi olan iddiaçı bələdiyyə büdcəsinə ödənilməli olan torpaq vergi ödəyicisi hesab edilir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı barəsində cavabdeh 22292,82 manat məbləğində faiz borcu ilə birlikdə əmlak vergisi, 9341,92 manat məbləğində faiz məbləği ilə birlikdə torpaq vergisi, ümumilikdə 31634,74 manat vergi borcunun hesablanması barədə qərar qəbul edilmişdir. İş materiallarından da göründüyü kimi həmin hesablamanın texniki-mühasibatlıq tələblərinə uyğunluğunun yoxlanılması ilə bağlı ixtisaslaşmış biliyə malik şəxs tərəfindən müvafiq rəyin təqdim edilməsi ilə bağlı 3 qərardad qəbul edilmiş, ilkin qərardada əsasən rəyin verilməsi sənədlərin təqdim edilməmə əsası ilə mümkün olmamışdır. Məhkəmənin 02 mart 2022-ci il tarixli qərardadına əsasən daxil olan 25 oktyabr 2022-ci il tarixli rəydə qeyd edilmişdir ki, 15132,40 kv.m torpaq sahəsinə görə torpaq vergisinin məbləği 10.132,40 manat müəyyən edilir. Şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı tərəfindən 2015-2019-cu illərdə ümumilikdə 4.026,48 manat məbləğində ödəniş aparılmışdır. Bu səbəbdən də ödənilməli olan vergi borcu 6.105,92 manat təşkil edir. Ödənilməmiş torpaq vergisinə görə də 2.378,12 manat faiz hesablanır. Beləliklə də ümumilikdə 8,484,04 manat məbləğində ödənilməli olan torpaq vergisi və faiz borcu mövcuddur. Qeyri-yaşayış sahəsinin ölçüsü 14,558 kv.m olduğundan hesablanmalı olan əmlak vergisi 27.660,20 manat müəyyən edilir. 2015-2019-cu illər üzrə əmlak vergisi üzrə ümumilikdə 15,192,28 manat ödəniş aparılmışdır. Ödənişlər nəzərə alındığı təqdirdə ödənilməli olan vergi borcu 12,467,92 manat məbləğində müəyyən edilir. Faiz məbləği isə 4,188,93 manat məbləğindədir. Ümumilikdə torpaq və əmlak vergisinə görə qalıq borc və faiz borcu 25.140,89 manat məbləğində müəyyən edilir. İddiaçı tərəfindən Keşlə Bələdiyyəsinə ümumilikdə 19.218,76 manat məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilir. Məhkəmə həmin rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Hər nə qədər həmin rəy üzrə gəlinmiş nəticə əsas götürülməklə də əlavə sualın cavablandırılması istiqamətində əlavə ekspertizanın keçirilməsi barədə qərardad qəbul edilmiş, lakin məzmun baxımından əlavə ekspertizanın keçirilməsi ilə bağlı olaraq həmin qərardad formaca təkrar ekspertizanın keçirilməsi barədə qərardad təsiri bağışlamışdır ki, məhkəmə iş üzrə gəlinmiş nəticəyə münasibətdə gəlinən nəticənin mötəbərliyi baxımından növbəti dəfə daxil olan rəyi sübut qismində cəlb edilməməsi qənaətindədir. Belə ki, əlavə ekspertizanın keçirilməsinin məqsədi qərardadın özündən də görünür ki, əlavə ekspertiza hesablama Vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sisteminə uyğun olubolmaması ilə bağlı olmuş, lakin qərardadın nəticə hissəsində ilkin ekspert rəyində olan sualların da təkrarlanması formal baxımından qeyd edildiyindən həmin qərardad üzrə məhkəməyə daxil olmuş 18 oktyabr 2023-cü il tarixli ekspert rəyi gəlinən nəticəyə təsir edə bilən sübut qismində məhkəmə hesab edir ki, tanınmamalıdır. Həmin rəyin ilkin ekspert rəyi verən şəxs tərəfindən təkrarən imzalanması da məhkəmə hesab edir ki, həmin rəyin mötəbərliyi baxımından nəzərə alınmalıdır. Bu zaman həmin rəydə, ümumiyyətlə əlavə ekspertizanın keçirilməsi üçün əsas olmuş sualın, ümumiyyətlə cavablandırılmaması da rəyin mötəbərliyini məhkəmə hesab edir ki, şübhə altına alır. İddia ərizəsinin daxil olduğu müddətdən 3 ildən artıq yekun nəticəyə gəlinməməsi də nəzərə alınmaqla ilkin ekspert rəyinin iş materiallarında olan sənədlər, eləcə də şəxsi hesab vərəqəsi ilə birlikdə tətqiqi ilə yekun nəticəyə gəlinməsi mümkün sayılmış və müəyyən edilmişdir ki, rəydən və iş materiallarından olan sənədlərdən də göründüyü kimi 15132,40 kv.m torpaq sahəsinə görə torpaq vergisinin məbləği 10.132,40 manat təşkil etməkdədir. İddiaçı tərəfindən 2015-2019-cu illərdə ümumilikdə 4.026,48 manat məbləğində ödəniş aparılmışdır ki, ödənilməli olan vergi borcu 6.105,92 manat təşkil etməkdədir. Ödənilməmiş torpaq vergisinə görə də 2.378,12 manat faiz hesablanır. Beləliklə də ümumilikdə 8,484,04 manat məbləğində ödənilməli olan torpaq vergisi və faiz borcu mövcuddur. Qeyri-yaşayış sahəsinin ölçüsü 14,558 kv.m olduğundan hesablanmalı olan əmlak vergisi 27.660,20 manat müəyyən edilmişdir. 2015-2019-cu illər üzrə əmlak vergisi üzrə ümumilikdə 15,192,28 manat ödəniş aparılmışdır. Ödənişlər nəzərə alındığı təqdirdə ödənilməli olan vergi borcu isə 12,467,92 manat məbləğində müəyyən edilir. Faiz məbləği isə 4,188,93 manat məbləğindədir. Ümumilikdə torpaq və əmlak vergisinə görə qalıq borc və faiz borcu 25.140,89 manat məbləğində müəyyən edilir. İddiaçı tərəfindən Keşlə Bələdiyyəsinə ümumilikdə 19.218,76 manat məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilir. Mötəbərliyi şübhə doğurmayan ekspert rəyindən, eləcə də digər sənədlərdən göründüyü kimi mübahisələndirilən qərar əsasında iddiaçıya ümumilikdə 31634,74 manat vergi borcu faizlə birlikdə hesablansa da, onun əmlak və torpaq vergisi üzrə faizlə birlikdə borcu 25140,89 manat olmuş, iddiaçıya əlavə borc məbləği hesablanmış, qərar əlavə borc məbləğinin hesablanması hissəsində qanunsuz və əsassız olmuşdur. Odur ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən qəbul edilmiş torpaq və əmlak vergisinin ödənilməsi haqqında 07 avqust 2020-ci il tarixli qərarı qismən- 6493,85 manat torpaq və əmlak vergisinin faizi ilə birlikdə hesablanması hissəsində ləğv edilməli, iddia digər- 25140,89 manat əmlak və torpaq vergisinin faizi ilə birlikdə hesablanması hissəsində cavabdehin qərarının ləğv edilməsi hissəsində rədd edilməlidir. Məhkəmə, həmçinin qeyd edilməsini zəruri hesab edir ki, bələdiyyə orqanlarının vergi hesablanmasına dair mövcud məhkəmə praktikasında rastlanan işlərdəkinin əksinə hazırkı iş üzrə tədiyyə bildirişlərinin, bələdiyyə büdcəsinə borcun ödənilməsi barədə aidiyyəti digər sənədlərin iddiaçı lazımı qaydada çatdırılması barədə sənədlərin mövcudluğu iş materialları ilə öz təstiqini də tapmışdır. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İPM-nin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, 25 oktyabr 2022-ci il tarixli ekspert rəyinin aparılmasına aid 145 manat məbləğində, eləcə də 18 oktyabr 2023-cü il tarixli ekspert rəyi ilə bağlı 145 manat ekspertiza xərci ödənilmiş tələblərə münasib olaraq iddiaçı və cavabdehə aid edilməlidir. Lakin, 24 dekabr 2021-ci il tarixli ekspert rəyi üzrə 50 manat məbləğində xərclə bağlı Mərkəz tərəfindən sənədlər göndərilsə də, məhkəmə hesab edir ki, rəydə hər hansı ekspertiza tətqiqatının aparılması müşahidə edilmədiyindən, rəy adlansa da, daxil olmuş sənəd tətqiqatın aparılması barədə rəy hesab edilə bilməz. Tətqiqat sənədlərin verilməməsi səbəbindən aparılmamışdırsa, bu o məna daşıyır ki, hər hansı ekspertiza xərcinin mövcudluğu istisna edilir. Çünki, ekspert tərəfindən xərcin yaranmasına əsas ola biləcək tətqiqat ümumiyyətlə aparılmamışdır. Beləliklə də 300 manat miqdarında ekspertiza xərci ödənilməlidir ki, 31634,74 manat borca münasibətdə 6493,85 manat olan hissə təmin edildiyindən, 62 manat cavabdeh, 238 manat isə iddiaçı tərəfindən ekspertiza xərci dövlət büdcəsinə ödənilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi qismən təmin edilsin. Keşlə Bələdiyyəsinin torpaq və əmlak vergisinin ödənilməsi haqqında 07 avqust 2020-ci il tarixli qərarı qismən- əlavə 6493,85 manat torpaq və əmlak vergisinin faizi ilə birlikdə hesablanması hissəsində ləğv edilsin Keşlə Bələdiyyəsinin torpaq və əmlak vergisinin ödənilməsi haqqında 07 avqust 2020-ci il tarixli qərarının 25140,89 manat əmlak və torpaq vergisinin faizi ilə birlikdə hesablanmasının ləğv edilməsi hissəsində iddia rədd edilsin Ekspertiza tədqiqatının dəyəri 300 manat məbləğində prosessual xərcin 62 manat hissəsinin cavabdeh tərəfindən, 238 manat hissəsinin iddiaçı tərəfindən X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi həmin şəxslərə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Həsənov