Məhkəmə qərarları › İş №2-1(112)-500/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-500/2020

12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-500/2020 12.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, cavabdehin nümayəndəsi-X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 idarəsinə qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyinatından cavabdehin **********3 saylı xx.xx.2019-cu il tarixli imtinasının əsassız və qanunsuz olması, 2016-cı ilin iyun ayından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx xxxx 1959-cu ildə doğulmuş, 1977-ci ildən, yəni 18 yaşından əmək fəaliyyətinə başlamış və fasiləsiz olaraq hazırki vaxtadək işləmişdir. 42 illik əmək stajına malikdir və həmin əmək stajının 13 ilini əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmışdır. Bu hal yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı ilə öz təsdiqini tapır. xx.xx.1977-ci il tarixdən (əmr № 130,xx.xx.1977) xx.xx.1978-ci il tarixədək “Bakı Şin Zavodu”nun Buxar təchizatı sexində 3-cü dərəcəli elektrik qazqaynaqçısı, xx.xx.1978-ci il tarixindən (əmr № 75-k, xx.xx.1978) xx.xx.1978-ci il tarixədək (əmr № 127k, xx.xx.1978) Buxar təchizatı sexində 3-cü dərəcəli elektrik qazqaynaqçısı, xx.xx.1978-ci tarixindən xx.xx.1980-cı tarixinədək hərbi xidmət keçmiş, hərbi xidmətdən sonra xx.xx.1980-cı il tarixdən (əmr 169-k, xx.xx.1980) xx.xx.1991-ci il tarixinədək (əmr № 17-k, xx.xx.1991) İstilik, su təchizatı və kanalizasiya sexində 4-cü dərəcəli çilingər kanalizatorçu işləmişdir. Hal-hazırda “Bakı Şin zavodu” üzrə verilmiş 01-k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən “Bakı Şin zavodu” “xxxx” ASC-yə çevrilmişdir. Buxar təchizatı sexinin elektrik qazqaynaqçıları, İstilik, su təchizatı və kanalizasiya sexinin təmirçi kanalizatorçuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatlarının, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin “Elektrik stansiyaları, enerji qatarları buxar və guc təsərrüfatı” bölməsinə və 8-ci bölməsinin “Kimya istehsalatı”nın 8.3.1 punktunun “a” bəndinə aiddir. Güzəştli şərtlərlə pensiya təyin olunmasına dair verilmiş xx.xx.2019-cuil tarixli müraciət ərizəsinə cavabdehin xx xxxxxxx 2019-cu il tarixli cavab məktubu ilə imtina verilmişdir. Güzəştli şərtlərlə pensiya təyinatından imtina əsassız, qanunsuz və ədalətsiz olmaqla onun konstitusion hüquqlarını pozur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 idarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazlarında göstərmişdir ki, iddiaçının xx.xx.2019-cu il tarixli güzəştli şərtlərlə pensiya təyinatının aparılması barədə müraciətinə İdarə tərəfindən baxılmış, onun təqdim etdiyi xx xxxxxx 1977-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində 7 nömrəli qeydə aid tarixlərdə sonradan düzəlişlər edildiyindən və xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil etdiyindən ona güzəştli şərtlərlə pensiya təyinatının aparılması mümkün olmamışdır. İddiaçının işlədiyi istilik, su təchizatı və kanalizasiya sexində 4-cü dərəcəli çilingər kanalizatorçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 №li siyahıda nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi-X2 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair iddiasının rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1959-cu ildə Füzuli rayonunda doğulmuşdur. xx xxxx 1977-ci ildə verilmiş 1170 №li atestatın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək 19 saylı texniki peşə məktəbində təhsil almışdır. Notarial qaydada təsdiq və tərcümə edilmiş İT-İ seriyalı ******* nömrəli xx.xx.1977-ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı “Bakı Şin Zavodu”nda xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək Buxar təchizatı sexində 3 dərəcəli əl ilə qaynaq elektrik qaynaqçısı vəzifəsində işləmiş; xx.xx.1978-ci il tarixində ordu sıralarına hərbi xidmətə çağırılmış; xx.xx.1978-ci il tarixində əvvəlki vəzifəsinə bərpa edilmiş; xx.xx.1978-ci il tarixindən xx.xx.1980-cı il tarixinədək ordu sıralarında xidmət etmiş; xx.xx.1980-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək “Bakı Şin Zavodu”nda İstilik təchizatı və kanalizasiya sexinə 4dərəcəli ventilyasiya üzrə çilingər işinə qəbul edilməklə, həmin vəzifədə işləmiş; xx.xx.1991-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək zavodun 3 saylı yataqxanasında dəstə rəhbəri vəzifəsinə keçirilmiş; xx.xx.1991-ci il tarixində öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1991-ci il tarixindənxx.xx.1997-ci il tarixinədək “Kaşı” kiçik müəssisəsində gözətçi; xx.xx.1997-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək “Bakı Şin Zavodu”nda İstilik, su təchizatı və kanalizasiya sexində çilingər-santexnik; xx.xx.2008-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək Abşeron rayon MİS-nin 3 saylı evlər idarəsində çilingər-santexnik; xx.xx.2009-cu il tarixindən xx.xx.2010-cu il tarixinədək həmin İdarədə nasosxanada maşinist; xx.xx.2012-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək “xxxx” ASC Bakı Su kanal İdarəsi Nərimanov rayon su kanal departamentinin Su şəbəkələri və qurğuların istismarı xidməti nasos qurğularının 2-ci dərəcə ilə maşinist vəzifələrində işləmişdir. xx.xx.2013-cü il tarixdə “xxxx” ASC-nin xx.xx.2012-ci il tarixli 361 № li əmrinə və “BakıSukanal” İdarəsinin xx.xx.2012-ci il tarixli 406 №li əmrinə əsasən NRSD “xxxx” ASCnin birbaşa tabeliyinə verilmişdir. Bununla əlaqədar olaraq “xxxx” ASC-nin Nərimanov rayon Sukanal Departamentinin işçilərin siyahı tərkibinə daxil edilmişdir. xx.xx.2013-cü il tarixdə Su anbarları və nasos qurğularının istismarı sahəsinə 2-ci dərəcə ilə nasos qurğularının maşinisti peşəsinə keçirilmişdir. xx.xx.2013-cü il tarixdə “xxxx” ASC-nin xx.xx.2013-cü il tarixli 131 №li əmrinə və xx.xx.2013-cü il tarixində təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq Nərimanov rayon Sukanal idarəsinin siyahı tərkibinə daxil edilmişdir. xx.xx.2018-ci il tarixindən əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 2-ci dərəcə ilə kadrlar, icraya nəzarət, karguzarlıq və təsərrüfat işləri şöbəsinə gözətçi peşəsinə təyin olunmuşdur. NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980cı il tarixədək həqiqi hərbi xidmət keçmiş və xx.xx.1980-cı ildə Bakı şəhəri Nərimanov RHK-da qeydiyyata alınmışdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 01/124 №li arayışda göstərilmişdir ki, İddiaçı Bakı Şin zavodunda xx.xx.1977-ci il (əmr № 130, xx.xx.1977) tarixindən xx.xx.1978-ci il tarixinədək Buxar təchizatı sexində 3 dərəcəli elektrik qazqaynaqçısı,xx.xx.1978-ci il (əmr № 75-k, xx.xx.1978) tarixindən xx.xx.1978-ci il (əmr №127-k, xx.xx.1978) tarixinədək Buxar təchizatı sexində 3 dərəcəli elektrik qazqaynaqçısı, xx.xx.1978-ci tarixindən xx.xx.1980-cı tarixinədək Sovet ordusunun tərkibində xidmət etmiş, hərbi xidmətdən sonra xx.xx.1980-cı il (əmr № 169-k,xx.xx.1980) tarixindən xx.xx.1991-ci il (əmr № 17-k, xx.xx.1991) tarixinədək İstilik, su təchizatı və kanalizasiya sexində 4 dərəcəli çilingər kanalizatorçu işləmişdir. Buxar təchizatı sexinin elektrik qazqaynaqçıları, İstilik, su təchizatı və kanalizasiya sexinin təmirçi kanalizatorçuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 24-cü bölməsinin “Elektrik stansiyaları, enerji qatarları buxar və güc təsərrüfatı” bölməsinə və 8-ci bölməsinin “Kimya İstehsalatı’nın 8.3.1 punktunun “a” bəndinə aiddir, (səh. 177, abzas 1) Bakı Şin zavodu üzrə verilmiş 01-k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən Bakı Şin zavodu “xxxx” ASC-yə çevrilmişdir.” İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçası hesab olunur. Təqdim olunmuş xx xxxxxx 1977-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində 7 nömrəli qeydə aid tarixlərdə sonradan düzəlişlər edilməsi aşkar görünür. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək ümumi işstajı 25 ildən az təşkil edir.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü iltarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7,15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli;2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay,ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi işstajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarım bəndinə əsasən iş stajına bunlardan başqa hərbi(alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü və təhsil dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 25 ildən artıq, yəni 26 (iyirmi altı) il, 5 (beş) ay 21 (iyirmi bir) gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsi, kod2140000a-18455 ilə qeyd olunmuş qazanxana, turbin (buxarqaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri və “Kimya İstehsalatı” bölməsi, 3-cü hissənin İ və İİ bəndləri kod 2110A030-17531; 2110A030 ilə qeyd olunmuş 2 № li Siyahıda sadalanmış istehsalatlarda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində 1 №li və 2 №li Siyahıda sadalanmış nəzarət-ölçü cihazlarının və ventilyasiyanın kimya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, böyük ustalar, energetiklər və mexaniklər; işlərikanat üsulu ilə yerinə yetirərkən, yüksək kimya müəssisələri qurğularının təmiri ilə məşğul olan fəhlələr. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının (iddiaçıya məxsus atestat, hərbi bilet və əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla), o cümlədən 12 il 6 aydan artıq, yəni 13 (on üç) il, 3 (üç) ay, 24 (iyirmi dörd) gün güzəştli şərtlərlə iş stajının mövcud olması (“xxxx”ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 01/124 №li arayışda göstərilmiş məlumatlar nəzərə alınmaqla) iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2016-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır .Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (xx xxxx 2017ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübut etmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinəiş üzrə riayət olunmamış, cavabdehin imtinası qanuna uyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi ŞərtlərləTəyinat İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X3 İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibat iMəhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar