Məhkəmə qərarları › İş №2-1(112)-500/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-500/2023

24.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-500/2023 24.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ikinci qrup əlilliyin bərpa edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2008-ci ildən xroniki böyrək çatışmazlığı diaqnozu ilə xəstəliyindən 5 saylı şəhər poliklinikasında qeydiyyatdadır. Tibbi Sosial Ekspertiza Komissiyasının qərarı ilə xx.xx.2009-cu ildən ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Düz 2021-ci ilə qədər bu proses davam edib, belə ki, onu müayinədən keçirib bu qrup əlillik dərəcəsində saxlayıblar. 2021-ci ildə isə ona daha əlillik düşmədiyini demişdirlər. Səbəbində isə ona bildirmişlər ki, 2-ci qrup əlil olmaq üçün yataq xəstəsi olmalısan, yəni ölümlə pəncələşməlisən. Bu nə qədər humanist, nə qədər məntiqə uyğundur bilmir. Səhhəti ilə əlaqədar heç bir yerdə işləyə bilmir. Həyatda qalmaq üçün müalicəyə ehtiyacı var, bunun üçün isə maddi vəsait lazımdır, onu isə TSEK kəsmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 2-1(112)-11859/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı ona ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinə 5 saylı Şəhər Poliklinikasının xx.xx.2008- ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidikcinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N04 - Nefrotik sindrom; Diaqnozun mətni: Sol tərəfli nefroektomiyadan sponrakı vəziyyət.Xr pielonefrit tez tez kəskinləşmə ilə.Sağ böyrəyin büzüşməsi.XBÇ İİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol tərəfli nefroektomiyadan sponrakı vəziyyət.Xr pielonefrit tez tez kəskinləşmə ilə.Sağ böyrəyin büzüşməsi.XBÇ M" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 5 saylı Şəhər Poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N10-N16 - Böyrəyin tubulointerstisial xəstəlikləri => N11 - Xronik tubulointerstisial nefrit => N11.8 - Digər xroniki tubulointerstisial nefrit...; Diaqnozun mətni: Xroniki pielonefrit, tez-tez kəskinləşmələrlə. Böyrək daşı xəstəliyi. Sağ böyrəyin büzüşməsi. Nefrogen hipertoniya. Sol tərəfli nefrolitotomiyadan sonrakı vəziyyət, xroniki böyrək çatmamazlığı ll-lll dərəcə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Xroniki pielonefrit, tez-tez kəskinləşmələrlə. Böyrək daşı xəstəliyi. Sağ böyrəyin büzüşməsi. Nefrogen hipertoniya. Sol tərəfli nefrolitotomiyadan sonrakı vəzi...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 5 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N04 - Nefrotik sindrom; Diaqnozun mətni: Sol tərəfli nefroektomiyadan sponrakı vəziyyət.Xr pielonefrit tez tez kəskinləşmə ilə.Sağ böyrəyin büzüşməsi.XBÇ İİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol tərəfli nefroektomiyadan sponrakı vəziyyət.Xr pielonefrit tez tez kəskinləşmə ilə.Sağ böyrəyin büzüşməsi.XBÇ İİ” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N04 - Nefrotik sindrom; Diaqnozun mətni: Sol tərəfli nefroektomiyadan sponrakı vəziyyət.Xr pielonefrit tez tez kəskinləşmə ilə.Sağ böyrəyin büzüşməsi.XBÇ İİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol tərəfli nefroektomiyadan sponrakı vəziyyət.Xr pielonefrit tez tez kəskinləşmə ilə.Sağ böyrəyin büzüşməsi.XBÇ İİ” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AADKR saylı göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Böyrək daşları, Böyrək daşı xəstəliyi tez-tez baş verən residivlərlə.Nefrolitiaz. Sol böyrəyin daşları, kolkulyoz pielonefrit, keçirilmiş litoyripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət. Sağ tərəfli büzüşmüş böyrək.Xroniki böyrək çatmamazlığı ll-lll mər.Anemiya keçirilmiş litotripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: müayinələr qənaətbəxş deyil Müxtəlif illərdə yazılan qısa müddətli stasionar müalicələr göndərişin tarixçəsində öz əksini tapmır. Uroloji xəstəxanada ətraflı müayinə və müalicə məsləhətdir” səbəbi ilə imtina verilmişdir. Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AADQ6 saylı göndərişi əsasında baxılmış və “X1: XİV Sinif - Sidik- cinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N20 - Böyrək və sidik axarı daşları => N20.0 - Böyrək daşları; Diaqnozun mətni: N20.0 Böyrək daşları, Böyrək daşı xəstəliyi tez-tez baş verən residivlərlə.Nefrolitiaz. Sol böyrəyin daşları,kolkulyoz pielonefrit, keçirilmiş litoyripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət.Sağ tərəfli büzüşmüş böyrək.Xroniki böyrək çatmamazlığı ll-lll mər.Anemiya Ağırlaşma Z98 Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, keçirilmiş litotripsiya (2017- 2019) əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma N11 Xronik tubulointerstisial nefrit, nefrit kolkulyoz pielonefrit, Ağırlaşma N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Sağ tərəfli büzüşmüş böyrək.Xroniki böyrək çatmamazlığı İİ- İİİ mər Ağırlaşma D50 Dəmir defisitli anemiya, renal anemiya Yanaşı xəstəliklər H27.0 Afakiya, OU-artifakiya Yanaşı xəstəliklər J00 Kəskin nazofaringit (zökəm), xroniki faringit Yanaşı xəstəliklər F48.0 Nevrasteniya,. Yanaşı xəstəliklər 112.0 Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [yi], İİİ dər. Yanaşı xəstəliklər 125.1 Ürəyin aterosklerotik xəstəliyi, ÜİX:koranaro kardioskleroz Yanaşı xəstəliklər N40 Prostat vəzinin hiperplaziyası, prostatın adenoması Yanaşı xəstəliklər H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), OU-qeyri proliferativ ratinopatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir. Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AADXK saylı göndərişi əsasında baxılmış və “X1: XİV Sinif - Sidik- cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.9 - Dəqiqləşdirilməmiş xroniki böyrək çatmamazlığı; Diaqnozun mətni: Əsas diaqnoz N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Sağ tərəfli büzüşmüş böyrək.Xroniki böyrək çatmamazlığı İİİ mər Ağırlaşma Z98 Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, keçirilmiş litotripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma D50 Dəmir defisitli anemiya, renal anemiya Ağırlaşma N26 Dəqiqləşdirilməmiş büzülmüş böyrək, Sağ tərəfli büzüşmüş böyrək Ağırlaşma N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Sağ tərəfli büzüşmüş böyrək.Xroniki böyrək çatmamazlığı İİİ mər Ağırlaşma N20.0 Böyrək daşları, Böyrək daşı xəstəliyi tez-tez baş verən residiviərlə.Nefrolitiaz. Sol böyrəyin daşları,kolkulyoz pielonefrit, keçirilmiş litoyripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma N11 Xronik tubulointerstisial nefrit, kolkulyoz pielonefrit, Yanaşı xəstəliklər H27.0 Afakiya, OU- artifakiya Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, . Yanaşı xəstəliklər H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OU-qeyri proliferativ ratinopatiya Yanaşı xəstəliklər 112.0 Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [yi], İİİ dər. Yanaşı xəstəliklər J00 Kəskin nazofaringit (zökəm), xroniki faringit Yanaşı xəstəliklər 125.1 Ürəyin aterosklerotik xəstəliyi, ÜlXıkoranaro kardioskleroz Yanaşı xəstəliklər N40 Prostat vəzinin hiperplaziyası, prostatın adenoması; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illər stasionar müayinə və müalicə yetərli deyil” səbəbi ilə imtina verilmişdir. Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AAD4N saylı göndərişi əsasında baxılmış və "X1: XİV Sinif - Sidik- cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.0 - Böyrək zədələnmələrinin terminal mərhələsi; Diaqnozun mətni: N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Xroniki böyrək çatmamazlığı İİİ mər Ağırlaşma D50 Dəmir defisitli anemiya, renal anemiya Ağırlaşma N11 Xronik tubulointerstisial nefrit, kolkulyoz pielonefrit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müayinə və müalicə olunması məsləhətdir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə 5 saylı Şəhər Poliklinikasının xx.xx.2008-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N04 - Nefrotik sindrom; Diaqnozun mətni: Sol tərəfli nefroektomiyadan sonrakı vəziyyət. Xr pielonefrit tez-tez kəskinləşmə ilə. Sağ böyrəyin büzüşməsi. XBÇ İİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol tərəfli nefroektomiyadan sonrakı vəziyyət. Xr pielonefrit tez-tez kəskinləşmə ilə. Sağ böyrəyin büzüşməsi. XBÇ İİ” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə 5 saylı Şəhər Poliklinikasının xx.xx.2013cü il tarixli göndərişi əsasında xx.xx.2013-cü il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N10-N16 - Böyrəyin tubulointerstisial xəstəlikləri => N11 - Xronik tubulointerstisial nefrit => N11.8 - Digər xroniki tubulointerstisial nefrit...; Diaqnozun mətni: Xroniki pielonefrit, tez-tez kəskinləşmələrlə. Böyrək daşı xəstəliyi. Sağ böyrəyin büzüşməsi. Nefrogen hipertoniya. Sol tərəfli nefrolitotomiyadan sonrakı vəziyyət. Xroniki böyrək çatmamazlığı ll-lll dərəcə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Xroniki pielonefrit, tez-tez kəskinləşmələrlə. Böyrək daşı xəstəliyi. Sağ böyrəyin büzüşməsi. Nefrogen hipertoniya. Sol tərəfli nefrolitotomiyadan sonrakı vəzi...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə 5 saylı Şəhər Poliklinikasının xx.xx.2014cü il tarixli göndərişi əsasında xx.xx.2014-cü il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N04 - Nefrotik sindrom; Diaqnozun mətni: Sol tərəfli nefroektomiyadan sonrakı vəziyyət. Xr pielonefrit tez-tez kəskinləşmə ilə. Sağ böyrəyin büzüşməsi. XBÇ İİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol tərəfli nefroektomiyadan sonrakı vəziyyət. Xr pielonefrit tez-tez kəskinləşmə ilə. Sağ böyrəyin büzüşməsi. XBÇ İİ” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında eyni tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N04 - Nefrotik sindrom; Diaqnozun mətni: Sol tərəfli nefroektomiyadan sonrakı vəziyyət. Xr pielonefrit tez-tez kəskinləşmə ilə. Sağ böyrəyin büzüşməsi. XBÇ İİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol tərəfli nefroektomiyadan sonrakı vəziyyət. Xr pielonefrit teztez kəskinləşmə ilə. Sağ böyrəyin büzüşməsi. XBÇ İİ” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AADKR saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Böyrək daşları, Böyrək daşı xəstəliyi tez-tez baş verən residivlərlə. Nefrolitiaz. Sol böyrəyin daşları, kolkulyoz pielonefrit, keçirilmiş litoyripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət. Sağ tərəfli büzüşmüş böyrək. Xroniki böyrək çatmamazlığı ll-lll mər. Anemiya keçirilmiş litotripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: müayinələr qənaətbəxş deyil. Müxtəlif illərdə yazılan qısa müddətli stasionar müalicələr göndərişin tarixçəsində öz əksini tapmır. Uroloji xəstəxanada ətraflı müayinə və müalicə məsləhətdir” səbəbi ilə imtina verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AADQ6 saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N20 - Böyrək və sidik axarı daşları => N20.0 - Böyrək daşları; Diaqnozun mətni: N20.0 Böyrək daşları, Böyrək daşı xəstəliyi tez-tez baş verən residivlərlə. Nefrolitiaz. Sol böyrəyin daşları, kolkulyoz pielonefrit, keçirilmiş litoyripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət. Sağ tərəfli büzüşmüş böyrək. Xroniki böyrək çatmamazlığı ll-lll mər. Anemiya. Ağırlaşma Z98 Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, keçirilmiş litotripsiya (2017- 2019) əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma N11 Xronik tubulointerstisial nefrit, nefrit kolkulyoz pielonefrit, Ağırlaşma N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Sağ tərəfli büzüşmüş böyrək. Xroniki böyrək çatmamazlığı İİ-İİİ mər. Ağırlaşma D50 Dəmir defisitli anemiya, renal anemiya. Yanaşı xəstəliklər H27.0 Afakiya, OU-artifakiya. Yanaşı xəstəliklər J00 Kəskin nazofaringit (zökəm), xroniki faringit. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya. Yanaşı xəstəliklər İ12.0 Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİİ dər. Yanaşı xəstəliklər İ25.1 Ürəyin aterosklerotik xəstəliyi, ÜİX:koranaro kardioskleroz. Yanaşı xəstəliklər N40 Prostat vəzinin hiperplaziyası, prostatın adenoması. Yanaşı xəstəliklər H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OU-qeyri proliferativ ratinopatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AADXK saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.9 - Dəqiqləşdirilməmiş xroniki böyrək çatmamazlığı; Diaqnozun mətni: Əsas diaqnoz N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Sağ tərəfli büzüşmüş böyrək. Xroniki böyrək çatmamazlığı İİİ mər. Ağırlaşma Z98 Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, keçirilmiş litotripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma D50 Dəmir defisitli anemiya, renal anemiya. Ağırlaşma N26 Dəqiqləşdirilməmiş büzülmüş böyrək, Sağ tərəfli büzüşmüş böyrək. Ağırlaşma N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Sağ tərəfli büzüşmüş böyrək. Xroniki böyrək çatmamazlığı İİİ mər. Ağırlaşma N20.0 Böyrək daşları, Böyrək daşı xəstəliyi tez-tez baş verən residivlərlə. Nefrolitiaz. Sol böyrəyin daşları, kolkulyoz pielonefrit, keçirilmiş litoyripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma N11 Xronik tubulointerstisial nefrit, kolkulyoz pielonefrit, Yanaşı xəstəliklər H27.0 Afakiya, OU-artifakiya. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya. Yanaşı xəstəliklər H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OU-qeyri proliferativ ratinopatiya. Yanaşı xəstəliklər İ12.0 Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİİ dər. Yanaşı xəstəliklər J00 Kəskin nazofaringit (zökəm), xroniki faringit. Yanaşı xəstəliklər İ25.1 Ürəyin aterosklerotik xəstəliyi, ÜİX:koranaro kardioskleroz. Yanaşı xəstəliklər N40 Prostat vəzinin hiperplaziyası, prostatın adenoması; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illər stasionar müayinə və müalicə yetərli deyil” səbəbi ilə imtina verilmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AAD4N saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.0 - Böyrək zədələnmələrinin terminal mərhələsi; Diaqnozun mətni: N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Xroniki böyrək çatmamazlığı İİİ mərhələ. Ağırlaşma D50 Dəmir defisitli anemiya, renal anemiya. Ağırlaşma N11 Xronik tubulointerstisial nefrit, kolkulyoz pielonefrit; Z98 digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, keçirilmiş litotripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət; N20.0 Böyrək daşları, Böyrək daşı xəstəliyi tez-tez baş verən residivlərlə. Nefrolitiaz, sol böyrəyin daşları, kolkulyoz pielonefrit, keçirilmiş litoyripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət; Yanaşı xəstəliklər H27.0 Afakiya, OUartifakiya; F48.0 Nevrasteniya; İ12.0 Böyrək çatmamazlığı ilə müşaiyət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi İİİ dərəcə; E11.7 İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2; J00 kəskin nazofaringit (zökəm) xroniki faringit; İ25.1 ürəyin aterosklerotik xəstəliyi, ÜİX koranaro kardioskleroz; N40 prostat vəzinin hiperplaziyası, prostatın adenoması, H36.0* diabetik retionopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OU-qeyri proliferatov ratinopatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müayinə və müalicə olunması məsləhətdir” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11859/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı əyani müayinəyə dəvət edilərək əlillik vəziyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilməsi üçün 20 günlük müddət təyin edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubunda bildirilmişdir ki, 5 saylı Bakı Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilmiş 2766003AAD4N nömrəli göndəriş əsasında xx.xx.2022-ci il tarixdə İddiaçı Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində 10 09 2021-ci ildən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Xroniki böyrək çatışmazlığı İİİ mərhələ. Dəmir defisitli anemiya, renal anemiya. Xronik tubulointerstisial nefrit, kolkulyoz pielonefrit diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1957-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişləri əsasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və bütün hallarda əlilliyin müəyyən edilməsindən imtina qərarları verilmişdir. Məhkəmənin qərarı əsasında əyani müayinə aparılaraq tibbisosial ekspertiza həyata keçirildi. Müəyyən olundu ki, İddiaçı xx.xx.2008-ci il tarixində tibbi-sosial ekspert komissiyasında ilkin müayinə edilmiş və bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Sonrakı illərdə təkrar komissiyalar zamanı ikinci dərəcə əlilliyi qüvvədə saxlanılmış, sonuncu dəfə xx.xx.2014-ci il tarixdə tibbi-sosial ekspert komissiyasında təkrar müayinə edilmiş və bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1. bəndinə müvafiq olaraq xx.xx.2016-cı il tarixdə şəxsin əlillik müddəti onun iştirakı olmadan Əlillik Altsistemi tərəfindən beş il müddətinə uzadılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı dəri və görünən selikli qişaları adi rəngdədir, dili nəm ərpsizdir, hər iki böyrək üzərində Pasternatski simtomu mənfidir. Xəstənin təqdim etdiyi akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövrü əhatə edən 4 səhhətin müayinə aktında qanda kreatinin səviyyəsinin 96 - 113 mkmol/l aralığında dəyişdiyi müəyyən olundu . Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair dair Əsasnamə” nin 2.2.6. bəndinə uyğun olaraq əlilliyin təyininə əsas verən ikinci və üçüncü dərəcə böyrək çatmamazlığı aşkar edilmədiyinə görə tam reabilitasiya - əlilliyin təyininə əsas verən ağırlaşma aşkar edilməməsi barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3424/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 ekspertlərinə həvalə edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 xx.xx.2022-ci il tarixli, 3866 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2022-ci il tarixli T 415/2022 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1957-ci il təvəllüdlü İddiaçı adma tərtib edilmi sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallar uyğun komissiya nəticəyə gəlir: 1-3. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş 2766003AAD4N saylı göndərişdə (088 №-li Formada) qeyd edilən “Nİ 8.3- xroniki böyrək xəstəliyi İİİ mərhələ, xroniki böyrək çatmamazlığı İİİ mərhələ; Ağırlaşma: D50-dəmir defısitli anemiya, renal anemiya; Ağırlaşma: Nll-xronik tubulointerstisial nefrit, kalkulyoz pielonefrit” diaqnozu əyani müayinə zamanı öz təsdiqini tapmır. Şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün olmadı. Əlilliyin qiymətləndirilməsi üçün 187 saylı Qərara uyğun olaraq yeni Forma №-088 rəsmiləşdirildikdən sonra dəyərləndirilə bilər. 4. Vətəndaş İddiaçı aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) ehtiyac olduqda müvafiq ixtisas həkiminə müraciət edə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsaslıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirildiyi vaxt hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İş materiallarından müəyyən olunur ki, iddiaçıya ilkin olaraq xx.xx.2008-ci il tarixli göndəriş əsasında X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N04 - Nefrotik sindrom; diaqnozun mətni Sol tərəfli nefroektomiyadan sonrakı vəziyyət. Xr pielonefrit tez-tez kəskinləşmə ilə. Sağ böyrəyin büzüşməsi. XBÇ İİ” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra eyni diaqnozla 2013, 2014, 2016-cı illərdə təkrar əlillik təyinatları aparılmışdır. İddiaçının əlillik təyinatı müddəti 2021-ci ildə bitdikdən sonra Bakı 5 nömrəli Şəhər Poliklinikası tərəfindən barəsində 3 dəfə tibbi göndəriş tərtib edilmiş və tibbi göndərişlərdə iddiaçının diaqnozunda X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => olmaqla əsas diaqnoz N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Sağ tərəfli büzüşmüş böyrək. Xroniki böyrək çatmamazlığı İİİ mər.” olaraq göstərilmiş və əlillik təyinatı aparılması üçün əlillik alt sistemində yerləşdirilmişdir. Cavabdehin sözügedən əlillik təyinatlarından imtina əsasları kimi- müayinələrin qənaətbəxş olmaması, müxtəlif illərdə yazılan qısa müddətli stasionar müalicələr göndərişin tarixçəsində öz əksini tapmaması, göndərişin natamam doldurulması, xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməməsi, əlavə müalicəyə ehtiyacın olması son illər stasionar müayinə və müalicə yetərli olmaması qeyd edilmişdir. İddiaçının sonuncu dəfə barəsində tərtib edilmiş Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AAD4N saylı göndərişində əsas diaqnozu “N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Xroniki böyrək çatmamazlığı İİİ mərhələ. Ağırlaşmaları D50 Dəmir defisitli anemiya, renal anemiya, N11 Xronik tubulointerstisial nefrit, kolkulyoz pielonefrit; Z98 digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, keçirilmiş litotripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət; N20.0 Böyrək daşları, Böyrək daşı xəstəliyi tez-tez baş verən residivlərlə. Nefrolitiaz, sol böyrəyin daşları, kolkulyoz pielonefrit, keçirilmiş litoyripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət” kimi göstərilmiş və həmin diaqnoz üzərindən qiymətləndirilmə aparılaraq iddiaçıya əlavə müalicəyə ehtiyacın olması - Səbəb: M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müayinə və müalicə olunması məsləhətdir” səbəbi ilə imtina verilmişdir. Cavabdeh imtinasında əlavə müalicəyə ehtiyacın olduğunu, ixtisaslaşmış müayinə və müalicənin məsləhət görüldüyünü qeyd etsə də imtina səbəbini əsaslandırmamış, hansı səbəbdən əlavə müalicə və müayinəyə ehtiyacı olmasını qeyd etməmişdir. Halbuki, iddiaçıya aid tibbi sənədlərdən görünür ki, iddiaçı 2008-ci ildən eyni diaqnozla əlil hesab edilmiş, sağ böyrəyi büzüşmüş, bununla əlaqədar bir neçə kurs hemodializ almış, 2017-2019-cu il tarixlərdə litotripsiya əməliyyatı keçirmişdir. Belə ki, barəsində tərtib edilmiş tibbi göndərişdə iddiaçının N18.3 xroniki böyrək xəstəliyi İİİ mərhələ diaqnozu ilə xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci illərdə ambulator müalicədə olduğu müəyyən olunur. Bundan əlavə iddiaçı N20 böyrək daşları diaqnozu ilə xx.xx.2017-xx.xx.2017-ci il tarixə kimi Bakı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında, N20 böyrək daşları diaqnozu ilə xx.xx.2017-ci il tarixdə Bakı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında, N20 böyrək daşları diaqnozu ilə xx.xx.2019-xx.xx.2019-cu il tarixədək Real Hospitalda, N20 böyrək daşları diaqnozu ilə xx.xx.2019-cu il tarixdə Real Hospitalda, N18.3 xroniki böyrək xəstəliyi İİİ mərhələ diaqnozu ilə xx.xx.2020-xx.xx.2020-ci il tarixədək 10 gün Bakı 3 nömrəli şəhər klinik xəstəxanasında, N18.3 xroniki böyrək xəstəliyi İİİ mərhələ diaqnozu ilə xx.xx.2021-ci il tarixdə Bakı Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında, N18.3 xroniki böyrək xəstəliyi İİİ mərhələ diaqnozu ilə xx.xx.2021-xx.xx.2021-ci ilədək 04 gün Bakı 3 nömrəli şəhər xəstəxanası, N18.3 xroniki böyrək xəstəliyi İİİ mərhələ diaqnozu ilə xx.xx.2021-ci ildə Bakı Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında, N26 dəqiqləşdirilməmiş büzülmüş böyrək diaqnozu ilə xx.xx.2021-ci il tarixdə Bakı Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında, N18.3 xroniki böyrək xəstəliyi İİİ mərhələ diaqnozu ilə xx.xx.2021-xx.xx.2021-ci il tarixədək 10 gün Bakı Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında stasionar müalicələrdə olmuşdur. Beləliklə, iddiaçıya ixtisaslaşdırılmış tibb müəssisəsində həkim mütəxəssislər tərəfindən diaqnoz qoyulduğu, tibbi göndərişlərin də məhz ixtisaslaşdırılmış tibb müəssisələrinin rəyləri əsasında tərtib edildiyi öz təsdiqini tapmışdır. Məhkəmə icraatı gedişində cavabdehin həkim komissiyasında xx.xx.2022-ci il tarixdə əyani müayinə zamanı iddiaçıda ikinci və üçüncü dərəcə böyrək çatmamazlığı aşkar edilmədiyi, bununla da diaqnozun əlillik əlaməti təyin etmədiyi qərarı verilmişdir. Belə ki, cavabdeh bu nəticəyə gələrkən iddiaçının səhhətinin müayinə aktında qanda kreatinin səviyyəsinin 96 - 113 mkmol/l aralığında dəyişdiyinə istinad etmişdir. Halbuki, iddiaçı barəsində tərtib edilmiş sonuncu tibbi göndərişdə qanda kreatinin xx.xx.2019-cu il tarixdə 196 mkmol/l, xx.xx.2020-ci ildə 200 mkmol/l, xx.xx.2020-ci ildə 250 mkmol/l, xx.xx.2021-ci il tarixdə 215 mkmol/l, xx.xx.2021-ci ildə 300 mkmol/l, xx.xx.2021-ci ildə 102 mkmol/l, xx.xx.2021-ci ildə 260 mkmol/l olduğu qeyd edilmişdir. Göründüyü kimi iddiaçının yuxarıda göstərilən tarixlərdə laborator müayinələrində qanda kreatinin səviyyəsinin 113 mkmol/l-dan yuxarı olduğu görünür. İddiaçının sonuncu tibbi göndərişində qanda kreatinin səviyyəsi yuxarı olduğu halda ona əlillik təyinatından imtinanın əsası kimi yalnız əlavə müalicəyə ehtiyacın olduğu qeyd edilmiş, əyani müayinə zamanı isə cavabdeh qanda kreatin səviyyəsinin aşağı olduğuna istinad etməklə iddiaçının diaqnozunun əlillik əlaməti olmadığına istinad edərək tam reabilitasiya olunduğu qərarını vermişdir. Başqa sözlə, iddiaçının böyrək çatmamazlığının müəyyən edilməsinin meyarı olaraq yalnız “qanda kreatinin səviyyəsi” əsas götürüldüyü qəbul edilərsə, o zaman cavabdeh orqan iddiaçı barəsində əlillik təyinatından imtina edərkən hansı səbəbdən qanda kreatin səviyyəsinə (yuxarı və ya aşağı olması) əsaslanaraq “tam reabilitasiya” olunduğuna deyil, məhz “əlavə müalicəyə ehtiyacın olması”na istinad etməsinin izahını (əsaslandırmasını) verməmişdir. Odur ki, məhkəmə cavabdehin məhkəmə icraat gedişində əyani müayinə zamanı qəbul etdiyi qərarı iddiaçının əlillik təyinatını istisna edən mötəbər sübut qismində qəbul etmir. Bundan əlavə məhkəmə icraatı gedişində təqdim edilmiş ekspert rəyində iddiaçının tibbi göndərişindəki diaqnozun əyani müayinə zamanı öz təsdiqini tapmadığına, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün olmadığı qeyd edilsə də məhkəmə ekspertizanın gəldiyi nəticəni işin hallarına uyğun hesab etmir. Əvvəla, ekspert rəyinin təsviri-əsaslandırıcı hissəsində iddiaçının ekspertiza zamanı hər hansı laborator və instrumental müayinələrə göndərildiyi və belə bir müayinələrin nəticələrinə əsaslanaraq rəyin verildiyi müəyyən olunmur. Bundan əlavə ekspert iddiaçının əyani müayinəsi zamanı aşkar etdiyi patofunksional dəyişikliklərin nələrdən ibarət olduğunu, orqanizmdə hansı dəyişiklikləri ehtiva etdiyini, bu dəyişiklilərin ekspertiza zamanı iddiaçı barəsində aparılmış hansı instrumental, laborator müayinələrin nəticələrinə əsasən müəyyən olunduğunu qeyd etməmişdir. Məhkəmə ekspert rəyinin iddiaçının sağlamlıq durumunun Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” də göstərilən xəstəliklərin əhatə dairəsinə düşməməsi hissəsində də razılaşmır. Belə ki, iddiaçının tibbi göndərişindəki əsas diaqnozundakı xəstəliyin beynəlxalq təsnifatı “X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.0 - Böyrək zədələnmələrinin terminal mərhələsi”dir. Əsas diaqnozu- N18.3 “Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Xroniki böyrək çatmamazlığı İİİ mərhələ” olmaqla “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.6-cı bəndinə “ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9)” uyğundur və həmin diaqnoz ikinci dərəcə əlillik dərəcəsi təyinatına əsas verir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasdan iddia tələbi təmin edilməli, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar