Məhkəmə qərarları › İş №2-1(112)-5001/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5001/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5001/2020 14.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı «təhsil müddətinin sosial sığorta stajına daxil edilməklə pensiyanın yenidən təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sumqayıt şəhər şöbəsinə qarşı «təhsil müddətinin sosial sığorta stajına daxil edilməklə pensiyanın yenidən təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(085)- 1711/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçının 1970 – 1974-cü illər ərzində olan təhsil müddəti sosial sığorta stajına daxil edilməklə ona 57 yaşdan (xx xxxxxx 2012-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının təkrar aparılması və 2012 2016-cı illər üzrə alınmamış pensiya məbləğinin fərqinin hesablanmaqla birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinbə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(105)-143/2020 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(085)-1711/2019 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəmə xx xxx 2020-ci il tarixli 2-1(118)-939/2020 nömrəli qərardadı ilə cavabdeh DSMF Sumqayıt şəhər şöbəsini DSMF X6 İdarəsi ilə əvəz etmiş və işi baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM)8.6-cı maddəsinə əasən inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil olduqqdan sonra iş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) və cavabdehin nümayəndəsi gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X5 məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etmədi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-də hazırlıq icraatında iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə MPM-in normalarına uyğun olaraq baxılmalıdır. MPM-in işin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılmasına dair 170-ci maddəsinə əsasən iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. MPM-in 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh DSMF X1rşı «təhsil müddətinin sosial sığorta stajına daxil edilməklə pensiyanın yenidən təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi» tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Şərh olunanlara əsasən və İPM-in 1.2, 80-cı maddələrini, MPM-in 170-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh DSMF X1rşı «təhsil müddətinin sosial sığorta stajına daxil edilməklə pensiyanın yenidən təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi» barədə iddia tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2 şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar