Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5002/2020 05.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Salamulla oğlunun cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi X1rşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Salamulla oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X6 İdarəsinə (sonradan - İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanununun 9.8-ci maddəsinə əsasən, xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanununun 27.1-ci maddəsinə əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1952-ci il tarixdə Sabirabad rayonunda doğulmudur. O, xx.xx.1971-ci ildən xx.xx.2015-ci ilə qədər işləməklə ümumilikdə 44 il əmək sığorta stajı vardır. Həmin əmək stajının xx.xx.1981-ci ildən xx.xx.1991-ci ilə qədər «X7»ndə «elektrik-montyoru və elektrik-mexaniki», xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilə qədər «xxxxxxxx» MM-də «yeraltı təmir sexi»-ndə «çilingər», xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilə kimi «xxxxxx» OC-də «əsaslı və yeraltı təmir sexi»ndə çilingər vəzifəsində işləmişdir. İşlədiyi vəzifələr ağır və zərərli iş olduğundan ona xx.xx.2009-cu il tarixdən 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin, DSMF-nin Şirvan şəhər Şöbəsi tərəfindən ona xx.xx.2015-ci il tarixdən 63 yaşdan yaşa görə əmək pensiyası təyin edilmişdir. İşlədiyi sahələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 №-li Siyahısının XXVİİİ Nəqliyyat bölməsinin «magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları» və Xİİ «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» Bölməsinin «neft, qaz və qaz kondensatı hasilatı obyeklərində bilvasitə məşğul olan təmirçi çilingərlər» və yaxud «texnoloji qurğuların təmiri üzrə çilingərlər» peşələrinə uyğundur. Pensiya yaşı tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün İdarəyə müraciət etmişdir. Lakin, ona pensiya təyin olunmasından imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş cavab məktubundan iddiaçıya məlumat verilmişdir ki, müvafiq sənədlərin əsilləri cavabdehə təqdim edildikdən sonra iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi məsəlinə baxıla bilər. Yəni iddiaçının müraciətinə mahiyyəti üzrə baxılmamış və imtina verilməmişdir. Eyni zamanda hesab edirlər ki, iddia mahiyyət etibarilə əsassızdır. Belə ki, iddiaçı 57 yaşı olanadək ondan mövcud qanunvericiliklə tələb edilən 12 il 6 ay güzəştli iş stajını toplamamışdır. Belə ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixinədək “X7”ndə elektrik montyoru və elektrik çilingəri işlədiyi peşəni 23001000-19825 kodu altındakı “magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları” peşəsinə uyğun hesab edir. Halbu ki, həmin koda uyğun gəlməsi üçün iddiaçının sadəcə elektrik montyoru və ya mexaniki deyil, məhz magistral dəmiryollarının və məhz əlaqə şəbəkəsinin elektrik montyoru və ya mexaniki olması tələb edilirdi. İddiaçı isə müvafiq şərtlərə cavab verdiyini sübut edən hər hansı sənəd təqdim etməmişdir. Bundan əlavə iddiaçı xx.xx.1999-xx.xx.2000-ci il tarixlərində “xxxxxxxx” MMC-də və xx.xx.2000-xx.xx.2003-cü il tarixlərində “xxxxxx” OC-də yeraltı təmir sexində çilingər vəzifəsində işlədiyi dövrləri “Neft-qaz və qaz kondensatının hasilatı” bölməsindəki “tenoloji qurğuların təmiri üzrə çilingərlər” peşəsinə uyğun hesab etmişdir. Halbu ki, həmin koda uyğun gəlməsi üçün iddiaçı məhz neft-qaz və qaz kondensatının hasilatı sahəsində və məhz texnoloji qurğuların təmiri üzrə çilingər işləmiş olmalı idi. İddiaçı isə müvafiq şərtlərə cavab verdiyi sübut edən hər hansı sənəd təqdim etməmişdir. Ona görə də iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı Salamulla oğlu məhkəməyə telqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci ildə Sabirabad rayonunda doğulmuşdur. - İddiaçı məxsus 4740 №-li attestatın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1970-ci ildən xx.xx.1971-ci ilə qədər Saatlı rayon 9 №-li Kənd Texniki-peşə məktəbində təhsil almışdır. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş və azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilə qədər Əli-Bayramlı R.B.«Azərkəndtəsərrüfattexnikası»nda mühasib, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə qədər «Azərkəndtəsərrüfattexnikası» Əli Bayramlı komplekasiya bazasında agent ekspeditor, xx.xx.1975-ci ildən xx.xx.1978-ci ilə qədər 1 saylı anbar üzrə anbarçı, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər 1 saylı anbar üzrə seksiyanın rəisi, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər Azərbaycan SSR STN 4 saylı trestin Əli- Bayramlı TQİ-44-də fəhlə, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər DSP dəzgahı üzrə operator təcrübəçisi, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər qatarların qəbuledicisi, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə qədər Azərbaycan dəmir yollarının Salyan siqnalizasiya və rabitə distansiyasında 3-cü dərəcəli elektrik montyoru, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər döşəmə üstü elektrik mexanik vəzifəsində, xx.xx.1983-cü ildən xx.xx.1991-ci ilə qədər Əli-Bayramlı MRM postunun eletromexanikinin növbətçisi, xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilə qədər M.Ə.Rəsulzadə adına kolxozda xəzinədar, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilə qədər «Şirvanneft» NQÇİ-də dispetçer, xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilə qədər «Azərpet oil» MM-də Mişovdağ sahəsinin traktor bölməsində (sonradan struktur dəyişikliyi ilə əlaqədar əsaslı və yeraltı təmir sexi adlandırılmışdır) 4-cü dərəcəli çilingər, xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilə qədər «xxxxxx» Əməliyyat Şirkətində əsaslı və yeraltı təmir sexinin traktor bölməsinin 4-cü dərəcəli çilingər, xx.xx.2003-cü ildən xx.xx.2015-ci il tarixə qədər dispetçer vəzifəsində işləmişdir. - SOCAR-ın Baş ofisinin Mərkəzi Arixivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, SOCAR **********80020123X00412 nömrəli arxiv arayışından görünür ki, arxivdə saxlanılan sənədlərə əsasən xx.xx.1952-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1994-cü ildə (əmr №84/K, xx.xx.1994-cü il) X3 Udarəsinin (TNİ) traktor bölməsinə 8-ci dərəcəli dispetçer vəzifəsinə işinəq bul edilmişdir. xx.xx.1995-ci ildə (əmr №39a/K, xx.xx.1995-ci il) Quruda NQÇ İB-nin 52 saylı xx.xx.1995-ci il tarixli əmrinə əsasən Şirvan TNİ-nin “Şirvanneft” NQÇİ-nin tərkibinə struktur bölmə kimi verilməsi ilə əlaqədar “Şirvanneft” NQÇİ-nin TNS-nə 8-ci dərəcəli dispetçer vəzifəsinə təyin olunmuşdur. xx.xx.1995-ci ildə (əmr №75/K, xx.xx.1995-ci il) Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.1999-cu ildə (əmr №38/p, xx.xx.1999-cu il) “xxxxxxxxxx” Müştərək Müəssisəsinin TNS-nə 4-cü dərəcəli çilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1999-cu ildə (əmr №150, xx.xx.1999-cu il) QƏ və YAT sexinə 4-cü dərəcəli çilingər peşəsinə keçirilmiş, haqq-hesab cədvəllərinə əsasən 2000-ci ilin noyabr ayındək əmək haqqı almışdır. İşdənazad olunma barədə qeyd aşkar olunmadı. Məlumat üçn bildirilir ki, ARDNŞ-nin xx.xx.2001-ci il tarixli, 4 nömrəli əmrinə əsasən xx.xx.2000-ci ildə “xxxxxxxxxx” Müştərək Müəssisəsi ləğv edilmiş və onun bazasında X8 yaradılmışdır. -Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X6 İdarəsinin iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli, **********4 №-li məktubdan görünür ki, hazırda qüvvədə olan Qaydalara əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçiriməsi qeyd olunmuşdur. Həmin sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra məsələyə baxıla bilər. - Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X6 İdarəsinin iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli, **********5 №-li məktubdan görünür ki, pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra iddiaçıya güzəştli şərtlələ yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxıla bilər. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir.Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ciil 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırki qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 30 il 7 ay 15 gün ümumi və 14 il 1 ay 3 gün güzəştli iş stajı mövcuddur. Belə ki, iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə qədər Azərbaycan dəmir yollarının Salyan siqnalizasiya və rabitə distansiyasında 3-cü dərəcəli elektrik montyoru, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər döşəmə üstü elektrik mexanik vəzifəsində, xx.xx.1983-cü ildən xx.xx.1991-ci ilə qədər Əli-Bayramlı MRM postunun eletromexanikinin növbətçisi işlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 №-li Siyahısının XXVİİİ Nəqliyyat bölməsinin «magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları» 23001000-19825 şifrinə, xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilə qədər «Azərpet oil» MM-də Mişovdağ sahəsinin traktor bölməsində (sonradan struktur dəyişikliyi ilə əlaqədar əsaslı və yeraltı təmir sexi adlandırılmışdır) 4-cü dərəcəli çilingər, xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilə qədər «xxxxxx» Əməliyyat Şirkətində əsaslı və yeraltı təmir sexinin traktor bölməsinin 4-cü dərəcəli çilingər işlədiyi vəzifələr isə Xİİ «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» Bölməsinin «neft, qaz və qaz kondensatı hasilatı obyeklərində bilavasitə məşğul olan təmirçi çilingərlər» 2130200a-18559 və yaxud «texnoloji qurğuların təmiri üzrə çilingərlər» 2130200a-18547 peşələrinə uyğundur. Cavabdeh inzibati orqanın öz imtinasında qeyd etdiyi güzəştli arayışa dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Adıçəkilən Qaydaların 2 №-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 2009-cu il tarixdə yarandığından və hazırda qüvvədə olan Qaydalar iddiaçının hüquqi vəziyyətini pisləşdirdiyindən ona münasibətdə bu Qaydalar tətbiq oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “yaranmış fərqin bir dəfəlik olaraq ödənilməsi hissəsində” rədd olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda pensiyanın ödənilməmiş hissəsinin bir dəfəlik şəkildə ödənilməsi müddəası mövcud deyildir. Eyni zamanda, pensiya qanunvericiliyinə əsasən pensiyaların ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (yəni DSMF) özü müəyyən edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanununun 27.1-ci maddəsinə əsasən pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi cavabdehə həvalə edilməli, iddia «yaranmış fərqin birdəfəyə ödənilməsi» hissəsində isə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi qismən təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2009cu il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanununun 27.1-ci maddəsinə əsasən pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X6 İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova