Məhkəmə qərarları › İş №2-1(112)-5004/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5004/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5004/2021 07.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2020-ci il tarixli MN ******* saylı protokolunun və xx.xx.2020-ci il tarixli № ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ona ünvanlanmış 26/4319 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, "... barənizdə inzibati xəta faktı haqqında aparılmış araşdırmanın nəticəsi kimi xx.xx.2020-ci il tarixli MN 0/39454 saylı protokol tərtib olunmuş və xx.xx.2020-ci il tarixli № ******* nomrrəlı qərar ilə inzibati Xətalar Məcəlləsinin 237.2.-ci maddəsi əsasında inzibati qaydada 3500( uz min beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir." Həmçinin göstərilmişdir ki, "Qəbul edilmiş həmin qərarın təsdiq olunmuş surəti icra üçün Sizə göndərilir və nəzərinizə çatdırılır ki, cərimə qərarı qüvvəyə mindikdən sonra cərimə məbləği 30 (otuz) gün ərzində aşağıdakı hesaba köçürülməlidir. Həmin məbləğ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.14-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində, yəni darhal və yaxud cərimə qərarı qüvvəyə mindiyi gün inzibati tədən 5 iş günü ərzində ödənərsə tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilirsiniz." O da qeyd edilmişdir ki, "Eyni zamanda nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 150.13-cü maddəsinə əsasən cərimə qərarı qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin məbləğ ödənilmədikdə gecikdirilmiş hər növbəti gün uçun cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib edilmiş materiallar məcburi icra olunması üçün müvafiq icra və probasıya şöbələrinə təqdim ediləcəkdir." Göstərilənlərdən əlavə, yuxanda qeyd olunan məktuba eyni zamanda İddiaçı İnzibatı tənbeh vermə haqqında ******* saylı qərarı da əlavə edilmişdir. Həmin qərardan görünür kı. “..Nzami rayonu, R.Rüstəmov küçəsindəki "Qarabağ-Həkəri" kafesinin fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin qarşısını alan qurğunun quraşdırılmamasl nəticəsində İddiaçı Azərbaycan Respublikası İnzibai Xətalar Məcəlləsinin 233.1.-ci və 237.2. ci maddəsində nəzərdə tutulmuş inznbati xəta törətmişdir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə, "xxxx" MMC-yə məxsus və ünvan 1 ünvanda olan 100 kv.m sahəni icarəyə götürərək əhaliyə ictimai iaşə xidməti göstərməyi qərarlaşdırılmışdır. İcarə müqaviləsi xx.xx.2020-cı ıl tarixdə 3 illik müddətə bağlanmışdır. Fəaliyyətə başlanılmaq məqsədi ilə, təmir işləri ilə yanaşı avadanlıqların alınmasına və digər bu kimi işlərə ümumilikdə 10 min manata yaxın pul vəsaiti xərclənmiş, lakin, mart ayında Pandemiya ilə əlaqədar olaraq ictimai iaşə fəaliyyətinə məhdudiyyətlər qoyulduğundan, demək olar ki, fəaliyyət göstərməmişdir. Bununla əlaqədar olaraq yay aylarında iddiaçı tərəfindən vergi orqanına müraciət olunaraq, fəaliyyətin olmadığından onun vergi orqanında fəliyyətinin dayandırılmasını bildirilmiş və ona məxsus olan **********-16001 kodlu təsərrüfat subyektində quraşdırılmış Merkurı 112F markalı 09504713 nömrəli nəzarət kassa aparatını qeydiyyatdan çıxarmaqla vergi ödəyıcısi kimi fəaliyyətimə xitam verilməsi xahiş edilmişdir. Beləliklə, iddiaçı tərəfindən olan bu müraciətlər əsasında da, vergi orqanından ona ünvanlanmış cavab məktublarından məlum olmuşdur ki, iddiaçının müraciətlərinə müsbət rəy verilərək xx.xx.2020 ci il tarixdən etibarən, ona məxsus olan **********-16001 kodlu təsərrüfat subyektində quraşdırılmış Merkuri 112F markalı 09504713 nömrəli nəzarət kassa aparatını qeydiyyatdan çıxarılmış və vergi odəyicisi kimi fəaliyyətə xitam verilmişdidr və belə olan halda da, cavabdehin ona qarşı, yəni İddiaçı qarşı- inzibati tənbeh vermə haqqında ******* saylı qərarı əsasında, Nzami rayonu, R.Rüstəmov küçəsindəki "Qarabağ- Həkəri" kafesinin fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin qarşısını alan qurğunun quraşdırılmaması nəticəsində, Azərbaycan Respublikası İnzibai Xətalar Məcəlləsinin 233.1,-ci və 237 2. ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş nəticəsinə gəlməsi əsassız və qanunsuz olmuşdur. Ona görə də iddiaçı hesab edir ki, onun İnzibati Xətalar Məcəlləsinin 237.2.-ci maddəsi əsasında inzibati qaydada 3.500 (üç min beş yüz) manat məbləğində cərimə olunmağı barədə cavabdeh-Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən xx.xx.2020 ci il tarixli MN ******* saylı tərtib olunmuş protokol və xx.xx.2020-ci il tarixli № ******* nömrəli qəbul edilmiş qərar ləğv edilməlidir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş və nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, xx.xx.2005-ci il tarixdə qəbul edilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minən “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından göründüyü kimi, iddiaçı inzibati orqanın inzibati xəta üzrə fəaliyyəti ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar