Məhkəmə qərarları › İş №2-1(112)-5004/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5004/2022

18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5004/2022 18.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh-Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin nümayəndəsi X4 iştirakları ilə iddiaçı- İddiaçı cavabdeh-Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh-Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Qanuni nümayəndə, Füzuli rayonunda doğulmuşdur və Füzuli rayonu işğal olunan zaman məcburi köçkün düşmüşdür. 2003-cü il tarixində Xankəndi şəhərindən məcburi köçkün düşən X22 ilə nikaha daxil olmuşdur. 2004-cü il tarixində nikahdan bir qızları xx.xx.2004-cü il təvəllüdlü İddiaçı doğulmuşdur. Bu faktı təsdiq edən AZ-İ 539712 No-li doğum haqqında şəhadətnamənin surətini iddia ərizəsinə əlavə etmişdir. Suraxanı Rayon Məhkəməsinin 17 aprel 2006-cı il tarixli, 2- 1378/2005 saylı Qətnaməsinə əsasən aralarında bağlanan nikah pozulmuş və qızı İddiaçı onun himayəsində saxlanılması qərara alınmışdır. Həmin sözügedən qətnamənin və nikahın pozulması haqqında 201990 N-li şəhadətnamənin surətini iddia ərizəsinə əlavə etmişdi. Bildirmək istəyir ki, 2005-ci il tarixindən etibarən indiyədək qızı onun himayəsindədir və onun bütün xərclərini və ehtiyaclarını o, qarşılayır. Bildirmək istəyir ki, X18 Xankəndi şəhərindən məcburi köçkün düşdüyünə görə ona 04.04.2007-ci il tarixli, 158913 No-li məcburi köçkün vəsiqəsi və onin - Qanuni nümayəndə Füzuli rayonundan məcburi köçkün düşdüyünə görə ona da 14.02.2018-ci il tarixli, 402925 No-li məcburi köçkün vəsiqəsi təqdim edilmişdir. Qeyd olunan vəsiqələrin surətlərini iddia ərizəsinə əlavə etmişdir. Qızı İddiaçı hazırda 17 yaşı var və bu il Azərbaycan Dillər Univesitetinin Beynəlxalq Münasibətlər fakültəsinə ödənişli əsasla qəbul olub. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” müvafiq Sərəncamına əsasən məcburi köçkünlük statusu olan vətəndaşlar təhsil haqqını ödəməkdən azad edilmişlər. Onun qızı da ödənişli əsasla ali təhsilə qəbul olunduğu sözügedən Sərəncamın hazırki məsələyə də aid olması məqsədilə müvafiq icra hakimiyyətinə müraciət etmişdir. Bildirmək istəyir ki, qızına məcburi köçkün statusunun verilməsi üçün Azərbaycan Respublikası Xocalı Rayon İcra Hakimiyyətinin başçısına müraciət etmişdir. Bu məqsədlə məsələnin icrası ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinə müraciət olunması üçün lazım olan müvafiq sənədləri Xocalı Rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Bildirmək istəyir ki, X2 şəhərinin işğalı zamanı 18 yaşı tamam olmadığına görə pasport qeydiyyatı olmamışdır. Bu səbəbdən onun valideynlərinin məcburi köçkün olmalarını təsdiq edən sənədlər müvafiq icra hakimiyyətinə təqdim olunmuşdur. Bildirmək istəyir ki, X12 anası 18 sentyabr 1988-ci ilədək Xankəndi şəhərində yaşamış və pasport qeydiyyatında olmuşdur. Məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq məcburi köçkün düşmüşdür. X1 şəhərindən məcburi köçkün düşüb və 18.03.1998-ci il tarixində vəfat etmişdir. Sözügedən faktları özündə əks etdirən və təsdiq edən AR Xocalı Rayon İcra Hakimiyyətinin başçısının 19.02.2021-ci il tarixli, 160 No-Ti məktubunun surətini iddia ərizəsinə əlavə edir. Həmin məktubla qızı İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsi üçün köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi 01/5626 nömrəli, 06.10.2021-ci il tarixli imtina məktubu ilə İddiaçı qızma məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina olunmuşdur. Həmin məktubda imtinanın əsası kimi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”m 4.1.6-cı bəndinə istinad edilərək qeyd olunmuşdur ki, məcburi köçkün statusu və onu təsdiq edən sənəd Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara :təqdim edilir. Həmçinin ona bildirilmişdir ki, sözügedən məsələ ilə bağlı müvafiq məhkəmə qərarı olduqda onun qızına məcburi köçkün statusunu təsdiq edən vəsiqə veriləcəkdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin 01.09.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və sonuncudan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə qızının müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı Qanuni nümayəndə Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinə 06.09.2021-ci il tarixli ərizə ilə müraciət edərək, övladı İddiaçı təhsil haqqını ödəməkdə köməklik göstərilməsini xahiş etmişdir. Komitə tərəfindən iddiaçının sözügedən müraciəti 17.09.2021-ci il tarixli 01/5230 nömrəli məktubla müvafiq qaydada baxılması üçün Azərbaycan Dillər Universitetinə göndərilmişdir.Həmçinin Qanuni nümayəndə “övladı İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitənin 01/5626 nömrəli 06.10.2021ci il tarixli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının sryyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur İddiaçı anası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, Füzuli şəhəri, PMK-15 qəsəbəsi ünvanına yaşayış yeri üzrə qeydiyyatda olsa da, İddiaçı atası X3 rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. X22 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. İddiaçı atası X12 yaşayış yeri üzrə qeydiyyat - ünvanı işğaldan azad olmunmuş rayon (şəhər) olmadığından və “Abşeron rayonu, Xırdalan şəhəri” olduğundan Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən , ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddiaçı-İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və təqdim olunmuş etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının qanuni nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2114/2020 saylı iş üzrə qəbul etdiyi 25 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 26-cı, Mülki Prosessual Məcəllənin 49.3-cü və Mülki Məcəllənin 28-ci maddəsinin tələblərini sistemli şəkildə təhlil edərək göstərir ki, 28.09.2005-ci il təvəllüdlü N.V. oğlu məhdud fəaliyyət qabiliyyətli hesab edildiyindən onun ümumi, yəni publik hüquq normalarından irəli gələn məsələlər üzrə inzibati məhkəmə icraatında iştirakı mülki prosessual qanunvericiliyində nəzərdə tutulmuş qayadada təmsil olunmaqla həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan şəxslərin mənafeyi onların qanuni nümayəndələri tərəfindən qorunmalıdır. İddia tələbinə münasibətdə bu müddəaların tətbiqi isə o anlamı yaradır ki, yetkinlik yaşına çatmayan 28.09.2005-ci il təvəllüdlü N.V. oğlu publik hüquqdan irəli gələn onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi üzrə inzibati icraatda iddiaçı qismində çıxış edə bilər, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalıdır. İş materiallarında olan: AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2004-cü ildə doğulmuşdur. 30.10.2004-cü ildə Sabunçu rayonu VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 539712 №li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2004cü ildə doğulmuş İddiaçı atası X25, anası isə X9r. AZE seriyalı 15177935 №li və AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqələrinin surətindən müəyyən olunur ki, 26.01.1974-cü ildə Xankəndi şəhərində doğulmuş X3 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, RPŞ ünvanında, xx.xx.1975-ci ildə Füzuli şəhərində doğulmuş Qanuni nümayəndə Füzuli şəhəri, PMK-15 qəsəbəsi ünvanında qeydiyyatdadır. SX seriyalı ******* №-li Hərbi biletin surətindən müəyyən olunur ki, AR SHXÇDX-nin Bakı şəhəri Qardağ rayon şöbəsi tərəfindən 08.01.2015-ci il tarixdə təkrar hərbi bilet verilmişdir. 17.06.2009-cu il tarixdə Qardağ idarəsində qeydə alındığı, 21.01.2015-ci il tarixdən Qaradağ idarəsindən qeydiyyatdan çıxarıldığı, 21.05.2015-ci il tarixdə isə Abşeron rayon şöbəsində hərbi qeydiyyata alındığı hərbi biletdə qeyd olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi tərəfindən 04.04.2007-ci il tarixdə verilmiş 158913 №li məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, 1974-cü il təvəllüdlü X22 1988-ci ildən Xankəndi şəhərindən, 04.12.2018-ci il tarixdə verilmiş 402925 №li məcburi köçkün vəsiqəsindən (notarial qaydada təsdiq olunmuş surətindən) isə müəyyən olunur ki, 1975-ci il təvəllüdlü Qanuni nümayəndə 1993-cü ildən Füzuli rayonundan məcburi köçkündür. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17.04.2006-cı il tarixli 2-1378/2005 saylı qətnaməsi ilə X22 və X14 arasında 910 nömrə ilə qeyd edilmiş 01 noyabr 2003-cü il tarixdə bağlanmış nikahın pozulması, Azyaşlı İddiaçı anası X6 himəyəsinə verilməsi, X10 hər ay sabit məbləğdə uşağın saxlanmasına görə 30 manat aylıq qazancı müəyyən edilərsə onun ¼ hissəsində aliment tutulması qət edilmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 16.12.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 201990 №li nikah nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X22 ilə X14 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2008-ci ilin avqust ayının 29 günündə 153 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Əliyev, qadına Zeynalova soyadı verilmişdir. Xocalı rayon İcra Hakimiyyəti tərəfindən Azrbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinə ünvanlanmış 19.02.2021-ci il tarixli 160 nömrəli məktuda (surətində) qeyd olunmuşdur ki, X20 18 sentyabr 1988-ci ilədək Xankəndi şəhərində yaşamış və pasport qeydiyyatında olmuşdur. Məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq məcburi köçkün düşmüşdür. Hal-hazırda Bakı şəhər Səbail rayonunda yaşayır. Nazirlər Kabinetinin 24.01.2017-ci il 11 nömrəli qərarının 2.1-ci bəndinə əsasən vahid aylıq müavinəti almır. Əri X1 şəhərindən məcburi köçkün düşüb, 18.03.1998-ci ildə vəfat edib. X11 hal-hazırda Bakı şəhər Qaradağ rayonunda qeydiyyatda olan övladı X12 Xankəndi şəhərinin işğalı zamanı 18 yaşı tamam olmadığına görə pasport qeydiyyatı olmamışdır. Odur ki, X12 övladı İddiaçı məcburi köçkün vəsiqəsi almasına köməklik göstərilməsi xahiş edilir. Əsas: Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19.02.2021-ci il tarixli 151 saylı arayışı. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat şöbəsi tərəfindən verilmiş 018/39-2113 nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, 26.01.1974-cü il təvəllüdlü X22 08.11.1996-cı il tarixdən 24.08.2004-cü il tarixədək Bakı şəhəri, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi, ev 1B, mənzil 31; 24.08.2004-cü il tarixdən 27.02.2009-cu il tarixədək Bakı şəhəri, Neftçilər prospekti, 129-da; 27.02.2009-cu il tarixdən 23.01.2015-ci il tarixədək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi, ev 20, mənzil 7-də qeydiyyatda olmuş; 23.01.2015-ci il tarixdən hal-hazıradək Abşeron rayonu, Xırdalan şəhəri, N.Əliyev prospekti, RPŞ-də qeydiyyatdadır. Füzuli rayon İcra Hakimiyyəti Başçısının Füzuli şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 fevral 2022-ci il tarixli 82 saylə arayışdan müəyyən olunur ki, 2004-cü ildə doğulmuş İddiaçı Nazım qızı həqiqətən Füzuli şəhəri PMK-15 qəsəbəsində daimi qeydiyyatdadır. Məcburi köçkündür və hal-hazırda köçkün kimi müvəqqəti olaraq Nərimanov rayonu, Koroğlu Rəhimov 824-cü, 835-ci məhəllə 6 saylı xəstəxana yataqxanada məskunlaşıb. İddiaçı 33 manat aylıq müavinət aldığı qeyd olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavb olaraq Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin 02/652 №li 18 mart 2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, 04.04.2007-ci il tarixdə X18 verilmiş AA № 158913 seriya və nömrəli məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinə əsas olmuş sənədlərdən görünür ki, X12 Komitəyə ünvanlanmış ərizəsi nəzərə alınmaqla Qaçqınlar və Məcburi Köçkünlər üzrə şəhər (rayon) status Komissiyasının rəyinə (Protokol № 270, 03.04.2007) əasən ona məcburi köçkün statusu verimişdir. İddiaçının hazırkı tələblə cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 06 oktyabr 2021-ci il tarixli 01/5626 №li cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərlə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə görə,valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən: - Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; - Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsi həyata keçirir. İstinad edilmiş normaların ümumiləşdirilmiş mənası onunla bağlıdır ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcı olur. Belə ki, istinad edilmiş Qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edərək bildirir ki, iddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, sözügedən Qaydaların 4.1.6-ci bəndində əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlarla məhdudlaşdırılmışdır. Başqa sözlə, ataları məcburi köçkün olan uşaqların “məcburi köçkün” statusuna malik olma hüququ olsa da, anaları məcburi köçkün olan uşaqların bu hüquqları məhdudlaşdırılmışdır. 32. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). 36 “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndində təsbit edilmiş müddəalardan göründüyü kimi, qanunvericilik müxtəlif cinslərlə bağlı fərqli yanaşmalara yol verilmiş və bunun hər hansı bir qanuni əsası olmamışdır. Belə olan halda isə, məhkəmə tərkibi hesab edir ki, belə fərqli yanaşmalar nəticəsində iddiaçıların Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ pozulmuşdur Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Beləliklə, İddiaçı atası X12 Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanına yaşayış yeri üzrə qeydiyyatda olması və X22 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik olmaması “məcburi köçkün” statusunun onun uşağına da da şamil olunmaması iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olur ki, bu da iddiaçının məcburi köçkünlərə verilən imtiyazlardan əsassız olaraq məhrum edilməsi ilə nəticələnir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü İddiaçı “məcburi köçkün statusu”nu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar