Məhkəmə qərarları › İş №2-1(112)-501/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-501/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-501/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı və nümayəndəsi, vəkil X3 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X8 (hüquq şöbəsinin aparıcı mütəxəssisi, Abşeron rayonu, Saray qəsəbəsi, Ərazi dairəsi, təzə məhəllə ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əlillik dərəcəsinin bərpa edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının ona əlilliyin müəyyən edilməsindən imtina olunması barədə 27 oktyabr 2020-ci il tarixli qərarının qanunsuz hesab edilməklə, onun əlilliyinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. İddaiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əlilliyinin etibarsız hesab edildiyi tarixdən əlilliyinin bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, o xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ailəlidir, iki azyaşlı övladı var. O 2001-ci ilin oktyabr ayının 10-dan 2003-cü ilin aprel ayının 02-dək Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Sonradan da Daxili Qoşunlarda müddətdən artıq hərbi xidmət keçmişdir.(02.04.2003-cü ildən 02.12.2016-cı ilədək). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının 02.12.2016-cı il tarixli, 2664 nömrəli qərarına əsasən (“C”- sülh dövründə hərbi xidmədə yararsız, müharibə dövründə məhdud yararlı) Daxili işlər Nazirliyinin müavini-X4 21.12.2016-cı il tarixli, 112 saylı “Şəxsi heyət üzrə” əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata burxılmışdır. N saylı Hərbi hissə komandirinin 39 saylı 14 fevral 2017ci il tarixli Əmrinə əsasən 14 fevral 2017-ci ildən hərbi qeydiyyata alınmağı üçün Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin Bakı şəhəri Binəqədi rayon idarəsinə göndərilmişdir. İddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının 18 may 2017-ci il tarixli qərarı ilə İİ dərəcəli əlillik təyin edilmişdir. Mənə əlillik təyin edilərkən “Astma bronxial astma qarışıq forma, nəzarət olunmayan, hormonal asılıqlı, tənəfiis çatışmamazlığı İİ dərəcəli, Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə” diaqnozu əsas götürülmüşdür. Elə həmin tarixdən, yəni 2017-ci ilin may ayından 2020-ci ilin yanvar ayınadək pensiya almışdır. İddiaçı bildirir ki, ona əlillik 18 may 2022-ci ilə qədər müəyyən edilmişdir. Lakin, nədənsə ona cari ilin fevral ayından etibarən pensiya ödənişi dayandırılmışdır. Ona həmin ərəfədə bildirilmişdir ki, o yenidən Ekspert komissyasının müayinəsindən keçməlidir. Beləliklə də iddiaçı 27 oktyabr 2020-ci il tarixdə Əmək və ƏSMN-nin Tibbi-Sosial ekspert komisyasında müayinədən keçmişdir və elə həmin tarixdə ona əlilliyin təyin olunmasından imtina barədə qərar qəbul edilmişdir. İddiaçı qeyd edir ki, 27 oktyabr 2020-ci il tarixdə komissiya üzvləri ona 1-2 sual verməklə kifayətlənmiş, onu ciddi müayinə etməmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert komissiyasının 27 oktyabr 2020-ci il tarixli qərarını tam qanunsuz və əsassız hesab edir. O xəstəliklərindən ciddi əziyyət çəkir, mütəmadi olaraq xeyli miqdarda və çeşidli tibbi dərmanlar qəbul edir. İşləmək qabiliyyətində də deyil. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçının əlillik vəziyyəti Bakı Daxili İşlər Nazirliyinin Tibb idarəsinin 23.02.2017-ci il tarixli 4110003AABCG saylı göndərişi əsasında baxılmış və “X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Astma, Bronxial astma qarışıq forma,nəzarət olunmayan, hormonal asılılıq; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstəliyin başlanma tarixindən qısa müddət keçib, stasionar müalicə müddəti azdır, ildə üç-dörd kəskinləşmə olduğu halda göndəriş yazıla bilər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra həmin İdarənin 18.05.2017-ci il tarixli 4110003AABEF saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Astma, Bronxial astma qarışıq forma, nəzarət olunmayan,hormonal asılıqlı. Tənəffüs çatışmamazlıgı İİ dərəcəli. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31 -J32.9,J35-J37.1J41...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sözügedən qərar İdarənin 18.11.2019-cu il tarixli 029-3854- 1219/5 nömrəli ünvanlanmış məktubuna əsasən iddiaçının Nazirliyə aidiyyəti olmaması və ona verilmiş göndərişin əsassız olması səbəbilə 29.11.2019-cu il tarixdən etibarsız hesab edilmişdir. 27.10.2020-ci ildə sözügedən idarənin göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.9 - Dəqiqləşdirilməmiş astma; Diaqnozun mətni: Astma, Bronxial astma qarışıq forma,nəzarət olunmayan .hormonal asılıqlı.Tənəffüs çatışmamazlıgı İİ dərəcəli. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz öz təsdiqini tapmadığı barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Cavabdeh bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, X11 12.12.12-ci il tarixli Q81-001-12 nömrəli (Azərbaycan Respublikası daxili işlər orqanlarında tibbi xidmətin təşkili haqqında Əsasnamə) və 05.04.16-cı il tarixli Q14-001-16 nömrəli (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi haqda Əsasnamə) qərarlarının aidiyyəti üzrə olmaqla 1.1, 1.3. və 1.1, 2.1.1- 2.1.3-cü bəndlərinə əsasən tibb idarəsi daxili işlər orqanları əməkdaşlarının, onların ailə üzvlərinin (ər-arvad və onların yetkinlik yaşına çatmayan uşaqları), mülki işçilərinin, pensiyaçılarının və daxili qoşunların hərbi qulluqçularının sağlamlığının qorunması məqsədilə onlara tibbi xidmətin göstərilməsini, əməkdaşlarının dispanserizasiyasını təşkil edən, tabeliyində olan tibb müəssisələrinin ümumi rəhbərliyini həyata keçirən AR DİN-nin müstəqil struktur bölməsidir. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. İddiaçı barəsində qərar 2019-ci il noyabr ayında vermiş və daha sonra 2020-ci ilin oktyabrında imtina barədə məlumatlı olsa da iddia ərizəsi məhkəməyə daha sonra müraciət etmişdir. Bununla da iddia müddətini ötürmüşdür. Göründüyü kimi iddiaçı tərəfindən mümkünlük şərtlərinə də əməl edilmədiyi qənaətinə gəlmək olar. Qeyd olunanları nəzərə alaraq cavabdeh iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili A.Abbasəliyev iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi T.Hacıyev iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı hüquqi əsaslara görə təmin olunmalıdır. İş materialında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: - N saylı hərbi hissə komandirinin N nömrəli 14 fevral 2017-ci il tarixli nizami hissə üzrə Əmrindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq, X11 müavini - X4 21 dekabr 2016cı il tarixli 112 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 2-ci mühafizə bölüyündə qarovul rəisi (HQİ No 050569) baş gizir İddiaçı İsmayil oğlu, 14 fevral 2017-ci ildən hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon idarəsinə göndərilmiş, 01 yanvar 2017-ci il tarixdən 14 fevral 2017-ci il tarixədək vəzifə borclarının yerinə yetirilməsində, döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasında əldə etdiyi nəaliyyətlərə görə 100 % həcmində birdəfəlik pul mükafatına layiq görülmüşdür. - Azərbaycan Respublikası DİN DQ hospital HHK tərəfindən verilən 02.12.2016-cı il tarixli 416 №-li Şəhadətnamədə aşağıdakılar qeyd olunmuşdur: DİN DQ hospital HHK-na təqdim olunur: N saylı hərbi hissənin 24.11.2016-cı il tarixli 29 nömrəli göndərişi əsasında. İddiaçı, xx.xx.1982-ci il təvəllüdlü, baş gizir. Azərbaycan Respublikası DİN DQ N saylı hərbi hissənin 2-ci mühafizə bölüyündə qarovul rəisi, 02.04.2003-cü ildən hərbi xidmətdə olub. SHXÇDX-nin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, boy 166, çəki 65 kq, şikayətləri: arabir az miqdarda çətinliklə ifraz olunan bəlğəmli öskürəkdən, fiziki hərəkət zamanı tənginəfəslikdən, ümumi halsızlıqdandır. AMNEZ: Normal doğulub və böyüyüb. Özündə və ailə üzvlərində irsi, vərəm və zöhrəvi xəsəlikləri inkar edir. Özünü 2005-ci ildən xəstə hesab edir. Xəstəliyinin səbəbini soyuqdəymə ilə aqələndirir. Dəfələrlə ambulator müalicə qəbul edib. 08.08.2005-ci il tarixdən 29.08.2005-ci il tarixədək “Xroniki obstruktiv bronxitin kəskinləşməsi” diaqnozu ilə A.Heydərov adına Daxili İşlər Nazirliyinin hospitalında stasionar müalicədə olmuşdur (x/t №1763/2005). Bir müddət özünü yaxşı hiss etsə də, sonralar narahatçılığı artdığı üçün təkrar olaraq 08.09.2005-ci il tarixdən 28.09.2005-ci il tarixədək A.Heydərov adına Daxili İşlər Nazirliyinin hospitalında “Xroniki obstruktiv bronxitin kəskinləşməsi” diaqnozu ilə stasionar müalicədə olmuşdur (x/t№1943/2005). 27.10.2016-cı il tarixdə boğulma, təngnəfəslik halları baş verdiyinə görə DİN ZQ hospitalına müraciət etmiş və “Xroniki bronxitin kəskinləşməsi. Bronxial astma?” diaqnozu ilə terapiya şöbəsinə stasionar müalicəyə qəbul olunmuşdur. Aparılan müayinələrin və Elmi X5 İnstitutunun rəyinə əsasən xəstəyə “Bronxial astma qarışıq forma, nəzarət olunmayan, kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə” diaqnozu müəyyən edilmişdir. Halhazırda xəstə DİN DQ qospitalının terapiya şöbəsində stasionar müalicədədir (x/t №1537/2016). Xəstənin səhhətini və diaqnozunu nəzərə alaraq hərbi xidmətə yararlığının təyin edilməsi üçün hospital HHK-na təqdim olunur. OBYEKTİV: Orta boylu, düzgün bədən quruluşuna malikdir. Dəri örtüyü və görünən selikli qişaları bir qədər avazımışdır. Periferik limfa düyünləri böyüməmişdir. Döş qəfəsi astenikdir. Hər iki ağciyər tənəffüs aktında simmetrik iştirak edir. Perkussiyada aydın səs, auskultasiyada hər iki tərəfdə sərtləşmiş tənəffüs fonunda fitverici quru xırıltılar eşidilir. Tənəffüsün dəqiqəlik sayı 26. Ürək nahiyəsində vizual donqarlıq yoxdur. Ürək tonları bir qədər karlaşıb. A/T 115/70 mm.c.st. Nəbzi ritmikdir, orta dolğunluqda, gərginlikdədir, dəqiqədə 92 vurğudur. Dili nəm, üzəri ərpsizdir. Udma aktı sərbəst, ağrısızdır. Qarnı yumşaq, ağrısızdır. Qaraciyər və dalaq əllənmir. Defekasiya aktı müntəzəm, sidik ifrazı sərbəst və ağrısızdır. Pasternatski simptomu hər iki tərəfdə (-) mənfidir. Qanın ümumi müayinəsi: Hb-134 q/l; leykositlər - 5.1 x 109/l; EÇS - 13 mm/s. Qanın ümumi müayinəsi: Hb-134 q/l; leykositlər - 8.9 x 109/l; EÇS - 6 mm/s. 23.11.2016: Qanın biokimyəvi müayinəsi: ALAT - 45 v/l; ASAT - 39 v/l; ümumi bilirubin - 23.7 mkmol/l; sidik cövhəri - 34.6 mq/dl; kreatinin - 1.0 mq/dl; ümumi zülal - 67.4 q/l. Sidiyin ümumi müayinəsi: sarı, yarımşəffaf; reaksiyası - zəif turş; Ley -0-1 g/s; epitel hüc. - 0-2 g/s; eritrosit dəyişilməmiş - 0-2 g/s; oksalat Ca- tək-tək. Qan müayinəsi №1191. Hbs Ag/kart test/- nəticə: neqativ (-); anti - HCV /kart test/ neqativ (-); QİÇS İİCV 1+2 /kart test/ - neqativ (-). Qanın biokimyəvi müayinəsi: qlükoza - 5.6 mmol/l. Revmatik sınaqlar: Qanda “S“ reaktiv zülal (-) mənfi; ASO (-) mənfi; RF (-) mənfi. DQOR: Ağciyərlər üzərində patologiya aşkar edilmir. Sinuslar sərbəstdir. USM: Qarın boşluğu orqanları tərəfindən patoloji dəyişiklik aşkar olunmadı. EKQ: Düzgün sinus ritıni. Exokardioqrafiya: Ürəyin ölçüləri norma daxilindədir. Sol mədəciyin sistolik və diastolik funksiyası pozulmayıb. Qapaqlarda patoloji dəyişiklik müşahidə edilmir. Rəngli dopplerdə patoloji axın izlənmir. DQO-Rentgen müayinəsi: (ETAXİ) Nəticə: Hər iki tərəfdə peribronxit, sol s bitişmələr görünür. Spiroqrafiya müayinəsi: (ETAXİ) Nəticə: Qarışıq tipli əhəmiyyətli venti pozğunluğu. X1 İnstitutunun pulmonoloqu F.Nəsibovanı Bronxial astma qarışıq forma, nəzarət olunmayan, kəskinləşmə mərhələsi. Tənəffüs çatışr İİ dərəcə. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə. DİAQNOZ: Bronxial astma qarışıq forma, nəzarət olunmayan, hormona! asılılıqlı. Te çatışmazlığı İİ dərəcə. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Hərbi-həkim komissiyasının hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəlinin 52 “b” maddəsinin İİİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı və DİN-nin 03.10.2008-ci il tarixli 559 nömrəli təlimatı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”-yə qoşma) əsasən: “C” - sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 18.05.2017-ci il tarixli 4110003AABEF saylı göndərişi əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qiymətləndirmənin nəticəsindən görünür ki, “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Astma, Bronxial astma qarışıq forma, nəzarət olunmayan,hormonal asılıqlı. Tənəffüs çatışmamazlıgı İİ dərəcəli. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31 -J32.9,J35-J37.1J41...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 27.10.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.9 - Dəqiqləşdirilməmiş astma; Diaqnozun mətni: Astma, Bronxial astma qarışıq forma,nəzarət olunmayan .hormonal asılıqlı.Tənəffüs çatışmamazlıgı İİ dərəcəli. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz öz təsdiqini tapmadığı barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbərinə ünvanlanan 18 noyabr 2019-cu il tarixli 0293854-1219/5 məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən 843 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslılığnın araşdırılması ilə əlaqədar sonuncunun müraciətinə baxılaraq müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti olmadığı və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlərin əsassız olaraq rəsmiləşdirldiyi, bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması bildirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqim edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin İddiaçı ünvanladığı elektron müraciətə cavab məktubundan görünür ki, 02 dekabr 2016-cı il tarixdə Daxili Qoşunların Hərbi- Həkim komissiyasında “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan, hormonal asılılıqlı, tənəffüs çatəşmazlığı İİ dərəcə. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” diaqnozu ilə şəhadətləndirilərkən onun hərbi xidmətə yararlılılğı “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” xəstəliyinin səbəb əlaqəsinin isə “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi hesab edilməklə, 2664 nömrəli qərarın verildiyi, eyni zamanda xəstəliyə görə əlilliyin təin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid olduğundan, qaldırılan məsələnin həlli ilə bağlı sözügedən orqana müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə araşdırması zamanı sorğu əssaında iddiaçıya təyin edilmiş 2-ci dərəcə əlilliyin etibarsız hesab edilməsi barədə qərarın və həmin qərarın əsasını təşkil edən inzibati icraat materiallarının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi cavabdehdən tələb edilmiş, lakin cavabdeh tərəfindən yalnız əlilliyin qiymətləndirilməsinin nəticələri ilə əlaqədar olan sistemdən çıxarışların surətləri məhkəməyə təqdim edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş 07 oktyabr 2021-ci il tarixli məktubda İddiaçı 13 iyul 2021-ci ildə Agentlikdə müvafiq komissiya tərəfindən əyani müayinə edilərək tibbi-ekspert sənədlərinin araşdırıldığı və diaqnozun əlillik əlamətinin təyin edilməməsi barədə qərar qəbul edildiyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin 18 noyabr 2019-cu il tarixli 0293854- 1219/5 məktubla siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti olmadığı və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlərin əsassız olaraq rəsmiləşdirldiyi, həmin məktubda iddiaçının da adının qeyd edildiyi, iddiaçının isə Azərbaycan Respulikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında işlədiyinə istinadən yuxarıda qeyd olunan 18 noyabr 2019-cu il tarixli 0293854-1219/5 məktubun iddiçıya münasibətdə əsasları barədə məlumat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsindən sorğu əsasında tələb dilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 22 dekabr 2021-ci il tarixli məktubda İddiaçı əlillik dərəcəsinin təyin edilməsi üçün DİN-in Tibb İdarəsinin poliklinikaları tərəfindən göndərişlər (Forma 88) Tibb İdarəsinin poliklinikalarında tibbi qeydiyyatda duran daxili işlər orqanlarının əməkdaşları barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edildiyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciətini nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlərin təkrar araşdırılması zamanı İddiaçı DİN-in Daxili Qoşunlarında xidmət etdiyi və DQ Hərbi Həkim Komissiyası tərəfindən 02.12.2016-cı il tarixdə tibbi şəhadətləndirildiyi müəyyən edilmişdir. İddiaçı barəsində tərtib edilmiş göndərişin etibarlı hesab olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən 07.05.2020-ci il tarixli 029-1061-1220/5 nömrəli məktubla ƏƏSMN-nə müraciət olunduğu bildirilmişdir. Sorğuya cavab məktubuna qoşma olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinə ünvanlanan 07 may 2020-ci il tarixli 029-1061-1220/5 saylı məktubunda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlərin təkrar araşdırması zamanı İddiaçı DİN-nin Daxili Qoşunlarında xidmət etdiyi və DQ HHK-sı tərəfindən 02.12.2016-cı il tarixdə tibbi şəhadətləndirildiyi müəyyən edilmişdir. Daxili Qoşunların əməkdaşlarının DİN Tibb İdarəsinə bilavasitə tabe olan 1 saylı poliklinikada tibbi qeydiyyatda olmasının nəzərə alınması xahiş edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin İddiaçı hərbi xidmət illəri barədə məlumat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsindən sorğu əsasında tələb edilmişdir. Sorğuya cavab məktubunda arxiv sənədlərinə istinadən baş gizir İddiaçı 25032, N və N saylı hərbi hissələrin tərkibində müddətli və həqiqi hərbi xidmətdə keçməsini təsdiq edən arxiv arayışı məhkəməyə göndərilmişdir. Həmin Arxiv arayışında aşağıdakılar qeyd olunmuşdur: Arayış arxiv sənədlərinə istinad edilərək verilir ondan ötrü ki, həqiqətən də baş gizir İddiaçı 25032, N və N saylı hərbi hissələrin tərkibində müddətli və həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: N saylı hərbi hissə komandirinin 07.10.2001-ci il tarixli 264 №-li əmrilə Binəqədi Rayon Hərbi Komissarlığından çağırılmış hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib "sıravi” hərbi rütbəsi verilməklə 6-cı tədris bölüyünün, 1-ci tədris tağımının 1-ci manqasında əsgər vəzifəsinə təyin edilmişdir; N saylı hərbi hissə komandirinin 21.05.2002-ci il tarixli 131 №-li əmrilə kiçik komandirlər təlim toplanışının başa çatması ilə əlaqədar qazan təminatından çıxarılaraq N saylı hərbi hissəyə getmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin 05.04.2002-ci il tarixli 82 №-li əmrilə kiçik komandirlər təlim toplanışını başa vuraraq N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir; X11 müavini - X4 02.04.2003cü il tarixli 18 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin 07.04.2003-cü il tarixli 86 №-li əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq müddətdən artıq xidmət etmək haqqında öhdəlik vermiş hesab edilərək müddətdən artıq hərbi xidmətə keçirliməklə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, 07 aprel 2003-cü il tarixdən maddi-texniki təminat xidmətində kargüzar vəzifəsinə təyin edilmişdir; N saylı hərbi hissə komandirinin 26.02.2004-cü il tarixli 49 №-li əmrilə 26 fevral 2004-cü il tarixdən xüsusi təyinatlı bölüyün təxribat-kəşfiyyat taqımında 2-ci manqanın komandiri vəzifəsinə təyin edilmişdir; X11 müavini - X4 04.11.2004-cü il tarixli 41 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin 13.11.2004cü il tarixli 272 №-li əmrilə tədris mərkəzinin gizir hazırlayan kursunu bitirmiş hesab edilərək növbəti “gizir” hərbi rütbəsi verilmişdir; X11 müavini - X4 02.11.2004-cü il tarixli 21 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin 21.12.2004-cü il tarixli 304 №-li əmrilə ştat dəyişikliyi ilə əlaqədar olaraq 17 dekabr 2004-cü il tarixdən xüsusi təyinatlı bölüyün atəş dəstəyi taqımında 60-mm minaatan heyətinin rəisi vəzifəsinə təyin edilmişdir; X11 müavini - X4 25.02.2006-cı il tarixli 6 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin 06.03.2006-cı il tarixli 54 №-li əmrilə xüsusi təyinatlı bölükdə əlbəyaxa döyüş üzrə təlimatçı vəzifəsinə təyin edilmişdir; X11 müavini - X4 06.09.2006-cı il tarixli 23 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin 14.09.2006-cı il tarixli 216 №-li əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq xidmətini davam etdirmək üçün N saylı hərbi hissə komandirinin sərəncamına göndərilmişdir; saylı hərbi hissə komandirinin 15.09.2006-cı il tarixli 233 №-li əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilməklə 1-ci mühafizə bölüyündə qarovul rəisi vəzifəsinə təyin edilmişdir; X11 müavini - X4 17.04.2007-ci il tarixli 7 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin 24.04.2007-ci il tarixli 98 №-li əmrilə 2-ci mühafizə bölüyündə 3-cü mühafizə taqımının komandiri vəzifəsinə təyin edilmişdir; X11 müavini - X4 11.09.2008-ci il tarixli 22 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin 19.09.2008-ci il tarixli 222 №-li əmrilə 1-ci mühafizə bölüyündə 1-ci mühafizə taqımının komandiri vəzifəsinə təyin edilmişdir; X11 müavini - X4 15.09.2010-cu il tarixli 25 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin 25.09.2010-cu il tarixli 228 №-li əmrilə növbəti “baş gizir" hərbi rütbəsi verilmişdir; X11 müavini - X4 05.02.2011-ci il tarixli 3 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin 09.02.2011-ci il tarixli 34 №-li əmrilə 1-ci mühafizə bölüyündə 1-ci mühafizə taqımının komandiri vəzifəsindən azad edilib, 2-ci mühafizə bölüyündə 3-cü mühafizə taqımının komandiri vəzifəsinə təyin edilmişdir; X11 müavini - X4 25.05.2011-ci il tarixli 16 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin 03.06.2011-ci il tarixli 132 №-li əmrilə 2-ci mühafizə bölüyündə 3-cü mühafizə taqımının komandiri vəzifəsindən azad edilib, 1-ci mühafizə bölüyündə qarovul rəisi vəzifəsinə təyin edilmişdir; X11 müavini - X4 09.04.2012-ci il tarixli 12 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin 11.04.2012- ci il tarixli 85 №-li əmrilə 1-ci mühafizə bölüyündə qarovul rəisi vəzifəsindən azad edilib, 2-ci mühafizə bölüyündə qarovul rəisi vəzifəsinə təyin edilmişdir; N saylı hərbi hissə komandirinin 26.12.2014-cü il tarixli 316 №-li əmrilə 25 dekabr 2014-cü il tarixdən qospitala stasionar müalicəyə getmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin 29.12.2014-cü il tarixli 318 №-li əmrilə qospitaldan stasionar müalicədən gəlmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin 27.10.2016-cı il tarixli 262 №-li əmrilə qospitala stasionar müalicəyə getmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin 03.12.2016-cı il tarixli 294 №-li əmrilə qospitaldan stasionar müalicədən gəlmiş hesab edilmişdir; X11 müavini - X4 21.12.2016-cı il tarixli 112 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin 14.02.2017-ci il tarixli 39 №-li əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin V bəndinə (xəstəliyinə görə) 2-ci mühafizə bölüyündə qarovul rəisi vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaqla hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, 14 fevral 2017-ci il tarixdən hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon idarəsinə göndərilmişdir. 14.02.2017-ci il tarixə xidmət illəri - təqvimlə 15 il 04 ay 09 gün təşkil edir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, İddiaçı əlillik vəziyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 18.05.2017-ci il tarixli 4110003AABEF saylı göndərişi əsasında qiymətləndirilmiş, hərbi xidmət dövrü ilə əlaqədar; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Astma, Bronxial astma qarışıq forma, nəzarət olunmayan,hormonal asılıqlı. Tənəffüs çatışmamazlıgı İİ dərəcəli. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31 -J32.9,J35-J37.1J41...” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Sözügedən qərar İdarənin 18.11.2019cu il tarixli 029-3854-1219/5 nömrəli ünvanlanmış məktubuna əsasən iddiaçının Nazirliyə aidiyyəti olmaması və ona verilmiş göndərişin əsassız olması səbəbilə 29.11.2019-cu il tarixdən etibarsız hesab edilmişdir. Göründüyü kimi iddiaçıya təyin edilmiş 2-ci dərəcəli əlilliyin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin səbəbi, məhz xidməti məruzə məktubu olmuşdur. Halbuki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən İddiaçı əlillik dərəcəsinin təyin edilməsi üçün DİN-in Tibb İdarəsinin poliklinikaları tərəfindən göndərişlər (Forma 88) Tibb İdarəsinin poliklinikalarında tibbi qeydiyyatda duran daxili işlər orqanlarının əməkdaşları barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edildiyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciətini nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlərin təkrar araşdırılması zamanı İddiaçı DİN-in Daxili Qoşunlarında xidmət etdiyi və DQ Hərbi Həkim Komissiyası tərəfindən 02.12.2016-cı il tarixdə tibbi şəhadətləndirildiyi müəyyən edilmişdir. İddiaçı barəsində tərtib edilmiş göndərişin etibarlı hesab olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən 07.05.2020-ci il tarixli 029-1061-1220/5 nömrəli məktubla ƏƏSMN-nə müraciət olunmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlərin təkrar araşdırması zamanı İddiaçı DİN-nin Daxili Qoşunlarında xidmət etdiyi və DQ HHK-sı tərəfindən 02.12.2016-cı il tarixdə tibbi şəhadətləndirildiyi müəyyən edildiyi və qeyd lunan səbəbdən Daxili Qoşunların əməkdaşlarının DİN Tibb İdarəsinə bilavasitə tabe olan 1 saylı poliklinikada tibbi qeydiyyatda olmasının nəzərə alınması xahiş edilmiş, lakin cavabdeh inzibati orqan tərəfindən buna müvafiq olaraq əlillik bərpa edilməmişdir. Başqa sözlə iddiaçının 2-ci dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsi ilə əlaqədar olan məsələ yalnız yuxarıda göstərilmiş xidməti məruzə məktubu ilə həll olunmuşdur, yəni bu məsələyə dair hər hansı bir rəsmi qərar qəbul edilməmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.1-ci bəndinə görə Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X6 Sosial Ekspertiza və X9 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndinə müvafiq olaraq TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmçinin Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli, 11 saylı qərarı ilə Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli, 36 nömrəli qərarında dəyişiklik edilərək "Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Həmin Qaydanın 3.8-ci bəndinə müvafiq olaraq xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Halbuki, "İnzibati icraat haqqında” Qanunun 21,24,25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək pensiyanın dayandırılmasından öncə inzibati icraatın başlanması barədə qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız müvafiq araşdırma nəticəsində uyğunsuzluğun aşkar edilməsinə istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Beləliklə, iddiaçının əlilliyi barədə yuxarıda istinad olunan Əsasnamənin 4.9-cu və 4.16-cı bəndlərinin tələblərinə və inzibati icraat qaydalarına uyğun olaraq, qərar qəbul edən cavabdeh sonradan onun əlilliyini səhiyyə orqanının məktubu əsasında etibarsız hesab edərək bu qaydalardan kənarlaşmışdır. Halbuki ən azından "İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Həmin Qanunun 28.1. 1 -ci maddəsinin tələbi baxımından sonradan iddiaçının da onun əlilliyinin etibarsız hesab edildiyi gündən bərpası barədə cavabdehə ünvanlanmış yazılı müraciəti də inzibati icraatın başlanması üçün əsasdır. Konkret halda, məhz Nazirlər Kabinetinin qeyd olunan qərarları ilə müəyyən olunan qaydalar daxilində ünvanlanmış və birbaşa iddiaçının qanuni mənafelərinə toxunan məktubun daxil olması, eyni zamanda, sonradan iddiaçının məsələ ilə bağlı ona müraciəti - cavabdeh inzibati orqanının iddiaçı barəsində inzibati icraatı başlamaq vəzifəsi yaratmış olur. "İnzibati icraat haqqında” Qanunun 36.3-ü maddəsi isə nəzərdə tutur ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qanunvericiliyin qeyd olunan müddəlarından göründüyü kimi cavabdeh sadalanan inzibati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1 -ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi barədə deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Yenə həmin normaların məzmununa əsasən əlilliyin ləğvi barədə nəticə müayinənin nəticələrinə istinad edilməklə qəbul edilə bilər. Hazırkı halda isə cavabdeh tərəfindən belə müayinə aparılmadığından əlilliyin ləğvi də qanunsuz olardı. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1 -ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1 -ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1 -ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. İşin faktiki hallarına əsasən cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik alt sistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Eyni zamanda iddiaçının əlilliyinin qiymətləndirilməsi ilə bağlı cavabdehin qəbul etdiyi inzibati akta münasibətdə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci maddəsində qeyd edilən hallar mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə iddiaçının əlilliyinin qiymətləndirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Tibbi Sosial Ekspertiza və X7 etibarsız edilməsinin heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1 -ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı əlilliyinin etibarsız hesab edildiyi tarixdən bərpa olunması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq,Məhkəmə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı əlilliyinin etibarsız hesab edildiyi tarixdən bərpa olunması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar