Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5010/2025 17.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyоva Miminat Tacib qızı, İddiaçı X1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının qanunsuz sökülməsi nəticəsində vurulmuş ziyanın kompensasiyası qismində cavabdehdən 2 888 208.00 ( iki milyon səkkiz yüz səksən səkkiz min iki yüz səkkiz) manatın iddiaçıının payına düşən 577 642 ( beş yüz yetmiş yeddi min altı yüz qırx iki ) manatın tutularaq iddiaçı X2 verilməsi cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə iş üzrə iddiaçının ərizəsinə məhkəmənin binasında baхaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının qanunsuz sökülməsi nəticəsində vurulmuş ziyanın kompensasiyası qismində cavabdehdən 2 888 208.00 ( iki milyon səkkiz yüz səksən səkkiz min iki yüz səkkiz) manatın iddiaçıının payına düşən 577 642 ( beş yüz yetmiş yeddi min altı yüz qırx iki ) manatın tutularaq iddiaçı X2 verilməsi cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. 16.2. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin edilməlidir. Belə ki, iddiaçı hazırkı vəziyyətdə iddia ərizəsinə məhkəmə tərəfindən baxılmasını istəmir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin olunduğu halda iddiaçının iddia ərizəsinə baxılması qeyrimümkün olur və iddiaçı məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyriyaşayış binasının qanunsuz sökülməsi nəticəsində vurulmuş ziyanın kompensasiyası qismində cavabdehdən 2 888 208.00 ( iki milyon səkkiz yüz səksən səkkiz min iki yüz səkkiz) manatın iddiaçıının payına düşən 577 642 ( beş yüz yetmiş yeddi min altı yüz qırx iki ) manatın tutularaq iddiaçı X2 verilməsi cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3, 55 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər gеri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3t Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5010/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5010/2025
17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver