Məhkəmə qərarları › İş №2-1(112)-5012/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5012/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5012/2023 14.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Abdullayevanın sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ezamiyyə xərclərinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 2002-ci ildən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin (səhra çıxışları ilə əlaqədar) ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5012/2013 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 2002ci ildən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin (səhra çıxışları ilə əlaqədar) ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələblərinə ayrıca icraatda və yeni nömrə verilərək baxılması, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 2002-ci ildən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin (səhra çıxışları ilə əlaqədar) ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə 2-1(112)-5012/2023 sayı altında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-5012/2023 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddia ərizəsindən və iş materiallarından göründüyü kimi, iddiaçının daimi yaşayış yeri Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45 D, mənzil 92-dir. Göründüyü kimi, İddiaçı2 yaşayış yeri Sumqayıt şəhəridir. Sumqayıt rayonu isə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 17.9-cu maddəsinə əsasən bəndinə əsasən Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Məhkəmə iclasında iştirak edən iddiaçı inzibati işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən «Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi müvafiq səlahiyyətli məhkəməyə göndərir». Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Sumqayıt rayonu Bakı İnzibati Məhkəməsinin dislokasiya üzrə ərazisinə aid olmadığından hazırkı iş aidiyyətı üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1, 8.2, 8.5, 80-ci və 85-ci, maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 2002-ci ildən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin (səhra çıxışları ilə əlaqədar) ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair 2-1(112)-5012/2023 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. X2yeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar