Məhkəmə qərarları › İş №2-1(112)-5013/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5013/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5013/2020 18.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Şərifzadə küçəsi ev 79, mənzil 29; ixtisası: orta təhsil; iş yeri: işləmir) və nümayəndəsi, eyni zamanda vəkili X8 (Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi ev 56; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Abşeron Rayon Vəkil Bürosu, vəkil), 3-cü şəxs X5 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, C.Sovet küçəsi, ev 9, mənzil 8), 3-cü şəxs X2 (Ünvan: Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi, ev 9, mənzil 18) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 3-cü şəxslər - X6, Məhərrəmova Minəvvər-Xanım Eynulla qızı, X21 və X7 qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin ünvan 5 ev 5 ünvanda yerləşən 35 saylı mənzil və ünvan 5 ev 5 ünvanda yerləşən 34 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsindən və bu barədə onun adına çıxarışın verilməsindən imtina etməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 5 ev 5 ünvanda yerləşən 35 saylı mənzil və ünvan 5 ev 5 ünvanda yerləşən 34 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi və bu barədə iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında X6, Məhərrəmova Minəvvər-Xanım Eynulla qızı, X21 və X5 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “ünvan 5 ev 5 ünvanda yerləşən 35 saylı mənzil və ünvan 5 ev 5 ünvanda yerləşən 34 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, Bakı şəhəri 9 saylı notariat kontorunda xx.xx.2017ci il tarixdə X7 ilə iddiaçı arasında bağlamış alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ev 5 ünvanda yerləşən 35 saylı mənzil 80 000 manata ona satılmışdır. Bundan başqa Bakı şəhəri 9 saylı notariat kontorunda X22 və iddiaçı arasında xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ünvan 5 ev 5 ünvanda yerləşən 34 saylı mənzil 120.000 manata iddiaçıya satılmışdır. Mülkiyyətində olan yuxarıda qeyd eldiyi mənzillərin dövlət reyestrində onun adına qeydə alınması üçün zərurət yaranmışdır. Bununla bağlı, yəni mülkiyyətində olan həmin mənzillərin sənədləşdirilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdehin xx.xx.2020-ci il tarixli **********35 saylı məktubla ərizəsinə imtina cavabı verərək bildirmişdir ki, sözügedən mənzillərin üzərinə Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (009)-5496/2017 saylı Qərardadı ilə həbs qoyulmuş, həmçinin ünvan 5 ev 5 ünvanda yerləşən 34 saylı mənzillə bağlı Səbail rayon Məhkəməsinin 2(009)-827/2020 saylı bildirişi daxil olmuşdur. Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-5496/2017 saylı Qərardadı ilə bağlı aşağıdakıları bildirir: X1 Məhərrəmova Minəvvər-Xanım Eynulla qızına qarşı daşınmaz əmlaka dair alqı-satqı müqavilələrinin və mülkiyyət hüquqlarına dair sənədlərin etibarsız hesabedilməsi tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. X2 etibarsızlığını tələb eldiyi çıxarışlar və müqavilələr həm aşağıda qeyd olunan bağ evi həm də iddiaçıya məxsus ünvan 5 ev 5 ünvanda yerləşən 34 və 35 saylı mənzillərlə bağlı olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə X1 Məhərrəmova Minəvvər-Xanım Eynulla qızına qarşı daşınmaz əmlaka dair alqı-satqı müqavilələrinin və mülkiyyət hüquqlarına dair sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. X6 tərəfindən Səbail Rayon Məhkəməsinin 29 marı 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək. Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilmiş. xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 768 E saylı bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqısatqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X9 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, həmin müqavilə etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 68 000 (altmış səkkiz min) manat pulun Məhərrəmova Minəvvər- Xanım Eynulla qızından alınaraq X14 qaytarılması. xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda ünvan 5 ev 5, mənzil 34 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-1 ******* saylı alqısatqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi. xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda ünvan 5 ev 5, mənzil 35 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, iddiaçının ödədiyi dövlət rüsumlarının və bank xidməti xərclərinin əvəzi olaraq 25.80 manat məbləğində pulun Məhərrəmova Minəvvər-Xanım Eynulla qızından alınaraq X4 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cıı il tarixli qərarı ilə kassasiya şikayətləri tam təmin olunaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək X1 iddiası təmin edilmiş. xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat konturunda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768 E saylı bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X9 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reysterindən çıxarış etibarsız hesab edilmiş, həmin müqavilə etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 68 000 manatın Məhərrəmova Minəvvər- Xanım qızının adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış etibarsız hesab edilməsi. xx xxxxxx 2017ci il tarixdə Bakı şəhəri 21 saylı notariat konturunda Bakı şəhəri, Səbail rayonu, Eynulla qızından alınaraq X14 qaytarılması. xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat konturunda ünvan 5 ev 5, mənzil 34 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X17 Teymur Elçin küçəsi ev 5, mənzil 35 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi qət olunmuşdur. Bakı Apellvasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən 3-cü şəxs İddiaçı, eləcə də cavabdehlər və digər 3-cü şəxslər kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə iş üzrə cavabdehlər X9, Məhərrəmova Minəvvər-Xanım Eynulla qızının, X5, üçüncü şəxs Bakı şəhəri 21 saylı Notariat Kontorunun xüsusi notariusu D.Kərimovun kassasiya şikayətləri qismən təmin olunmuş. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi qismən - "xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat konturunda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 768 E saylı bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X9 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyslrindən çıxarışın etibarsız hesab edilməsi, müqavilə üzrə ödənilmiş 68 000 manat pulun Məhərrəmova Minəvvər-Xanım Eynulla qızından alınıb X14 qaytarılması” hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış. Qətnamə qalan hissələri cavabdehlər Məhərrəmova Minəvvər-Xanım Eynulla qızının, X5, üçüncü şəxslər İddiaçı, Bakı şəhəri 21 saylı Notariat Kontorunun xüsusi notariusu D.Kərimovun kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış. 3-cü şəxs İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə ünvan 5, ev 5 ünvanda yerləşən 34 və 35 saylı mənzillərlə bağlı yekun qərarını vermiş, yalnız bağa aid olan hissədə apellyasiya instansiyasına qaytarmışdır. Hazırkı mübahisə predmeti olan ünvan 5, ev 5 ünvanda yerləşən 34 və 35 saylı mənzillərlə bağlı isə yuxarıda qeyd etdiyi məhkəmə aktları üzrə onunla üçüncü şəxslər arasında bağlanan müqavilələrin etibarsızlığı məsələsinə toxunulmamışdır. ünvan 5, ev 5 ünvanda yerləşən 34 və 35 saylı mənzillərlə üçüncü şəxslərlə arasında bağlanmış alqı-satqı müqavilələrinin 6-cı bəndində qeyd olunur ki, müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqısatqı müqaviləsi notariat qaydada təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Müqavilənin bu bəndindən də göründüyü kimi notarial qaydada alqı-satqı müqaviləsi bağlandığından həmin mənzillərə onun sahiblik və istifadə hüququ mövcuddur. ünvan 5, ev 5 ünvanda yerləşən 34 saylı mənzillə bağlı Səbail rayon Məhkəməsinin 2(009)-827/2020 saylı bildirişlə bağlı isə qeyd edir ki, həmin bildiriş iddiaçı tərəfindən sözügedən mənzilin ona təhvil verilməsi barədə qaldırdığı iddia üzrə göndərilmişdir. Yəni həmin iş üzrə iddiaçı odur və onun iddia tələbi üzrə həmin bildiriş göndərilmişdir. Buna görə həmin mənzilə dair hər hansı məhdudiyyət qoyula bilməz və ona hüquqların dövlət reyestrindən çıxarışın verilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X7 təmin olunmasına etiraz etmədiyini bildirmişdir. 3-cü şəxs X6 iddiaya dair yazılı etirazında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 5041/19 saylı işi üzrə X19 və X7 cavabdeh qismində cəlb edilmiş, eyni zamanda Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(009)-598/2018 saylı qətnaməsi ləğv edilmiş, X1 iddiası təmin edilmiş, xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768E saylı bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X9 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi; həmin müqavilə etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 68 000 manat Məhərrəmova Münəvvər-xanım Eynulla qızından alınaraq X14 qaytarılması; xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində ünvan 5 ev 5, mənzil 34 ünvanında yerləşən mənzilin satılınası ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi; xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində ünvan 5, ev 5, mənzil 35 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(102)- 6443/19 saylı qərarı ilə cavabdehlər Aqil Quliyevin, Münəvvər Məhərrəmovanın və Elmira Hüseynovanın, üçüncü şəxs Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusunun kassasiya şikayətləri qismən təmin olunmuş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qismən-xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində mübahisəli bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən X9 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, müqavilə üzrə ödənilmiş 68000 manat pulun Məhərrəmova Münəvvər-xanım Eynulla qızından alınıb X14 qaytarılması hissəsində ləğv edilməsi qərara alınmış və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası ünvan 5 ev 5, mənzil 34 və 35 saylı mənzillərə dair məsələni həll edərək, daşınmaz əmlaklarla bağlı müqavilələri və çıxarışları etibarsız hesab etmiş, X2 mülkiyyət hüquqlarını tam olaraq tanınmış, məhkəmə aktı isə öz qüvvəsini almışdır. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X6 göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi və digər 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2020-ci il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Səbail rayonu, Teymur Elçin küçəsi, ev 5, 35 saylı mənzilə və Bakı şəhəri Səbail rayonu, Teymur Elçin küçəsi, ev 5, 34 saylı mənzilə dair arxiv qovluğunda mövcud olan hüquqmüəyyənedici sənədlərin surətlərini məhkəməyə göndərmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri 9 saylı notariat kontorunda rəsmiləşdirilmiş xx xxxxxx 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən, X21 özünə məxsus ünvan 5, ev 5 ünvanda yerləşən 34 saylı mənzilini İddiaçı 120000 (yüz iyirmi min) manata satmışdır. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş Bakı şəhəri 9 saylı notariat kontorunda rəsmiləşdirilmiş xx xxxxxx 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən, X7 özünə məxsus ünvan 5, ev 5 ünvanda yerləşən 35 saylı mənzilini İddiaçı 80000 (səksən min) manata satmışdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının müraciətini təmin etməkdən imtina edərək, xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir: “ünvan 5, 5 saylı evin, 34 və 35 saylı, mənzillərinin üzərinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-5496/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2714/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsi ilə həbs qoyulmuşdur. Həmçinin, bildiririk ki, ünvan 5 5 saylı evin, 34 saylı mənzilinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-827/2020 saylı bildirişi daxil olmuşdur. Sözügedən mənzillərə dair məhkəmə mübahisəsinin yekunlaşması barədə məhkəmə aktı və həbslərin ləğvi bərədə qərardad İdarəyə rəsmi daxıl olacağı təqdirdə ərizənizə qanunamüvafıq qaydada baxıla bilər.” Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının hüququnu pozur. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(009)-5496/2017 saylı qərardadı ilə X1 nümayəndəsi E.Hüseynzadə “iddianın təmin edilməsi tədbiri barədə” ərizəsi təmin olunaraq - Bakı şəhəri, Xəzər rayon, Şüvəlan qəsəbəsində yerləşən 768 E saylı bağ evinin, ünvan 5ndə yerləşən 5 saylı evin 34 saylı mənzilinin, ünvan 5ndə yerləşən 5 saylı evin 35 saylı mənzilinin həbs qoyulması qərara alınmışdır. İş materiallarından görünür ki, Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(009)-598/2018 saylı qətnaməsi ilə iddia tələbi əsassız olduğu üçün rədd edilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)-2714/2018 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(009)- 5496/2017 saylı qərardadı ləğv edilmiş və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 768 “e” nömrəli bağ evinin, Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi, 5 saylı evin 34 və 35 saylı mənzillərinin özgəninkiləşdirilməsi onların üzərində sərəncam vermək hüququ olan şəxslərə qadağan edilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(103)-9531/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 598/2018 saylı iş üzrə xx xxxx 2018-cı il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768 E saylı bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X9 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış etibarsız hesab edilməsi, həmin müqavilə etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 68 000 (altmış səkkiz min) manat Məhərrəmova Minəvvər-Xanım Eynulla qızından alınaraq X14 qaytarılması, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda ünvan 5 ev 5, mənzil 34 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı- satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən X5 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış etibarsız hesab edilməsi, xx xxxxxx 2017ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda ünvan 4 mənzil 35 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş RX seriyalı 112382, nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-606/2019 saylı qərarının surətindən görünür ki, İddiaçı və vəkili X3, X19 və vəkili X10, Bakı şəhəri 21 saylı Notariat Kontorunun xüsusi notariusu X16 və vəkili Əliyev Eynar Arif oğlunun kassasiya şikayətləri qismən, X7, Məhərrəmova Minəvvər-Xanım Eynulla qızı və onların vəkili Cəbrayılov Mehman Hümsi oğlunun kassasiya şikayəti tam təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9531/2018 saylı, xx xxxxxxxx 2018- ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(103)-5041/2019 saylı qətnaməsinin surətindən görünür ki, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(009)-598/2018 saylı qətnaməsi ləğv edilrnişjş üzrə yeni qətnamə qəbul edilmiş, X1 iddiası təmin edilmiş, xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat konturunda Bakı şəhəri\Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768 E saylı bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş\AN-l ******* saylı alqısatqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən X9 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixixx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reysterindən çıxarışın etibarsız hesab edilməsi, həmin müqavilə etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 68000 manat Məhərrəmova Minəvvər-Xanım Eynulla qızından alınaraq X14 qaytarılması, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat konturunda ünvan 5 ev 5, mənzil 34 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda ünvan 5 ev 5, mənzil 35 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən X5 adına verilmiş RX seriyalı, ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(102)-6443/2019 saylı qərarının surətindən görünür ki, iş üzrə cavabdehlər A.Quliyevin, M.Məhərrəmovanın, E.Hüseynovanın, üçüncü şəxs Bakı şəhəri 21 saylı Notariat Kontorunun xüsusi notariusu D.Kərimovun kassasiya şikayətləri qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi qismən - “xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat konturunda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 768 E saylı bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X9 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reystrindən çıxarışın etibarsız hesab edilməsi, müqavilə üzrə ödənilmiş 68 000 manat pulun Məhərrəmova Minəvvər-Xanım Eynulla qızından alınıb X14 qaytarılması” hissəsində ləğv edilməsi və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması, qətnamənin qalan hissələrinin cavabdehlər M.Məhərrəmovanın, E.Hüseynovanın, üçüncü şəxslər İddiaçı, Bakı şəhəri 21 saylı Notariat Kontorunun xüsusi notariusu D.Kərimovun kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(103)- 5041/2019 saylı qətnaməsi ünvan 5 ev 5, mənzil 34 və ünvan 5 ev 5, mənzil 35 ünvanında yerləşən mənzillərə dair münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(102)-6443/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən və qanuniqüvvəsini almış məhkəmə aktlarından görünür ki, ünvan 5 ünvanında yerləşən 34 saylı mənzilə dair X7 ilə X21 arasında bağlanmış alqı-satqı müqaviləsi, sonuncunun həmin əmlak üzərindəki mülkiyyət hüquqları ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmaqla verilən müvafiq çıxarış, eləcə də, X21 ilə İddiaçı arasında bağlanılmış xx xxxxxx 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı - Satqı Müqaviləsi ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Həmçinin, ünvan 5 ünvanında yerləşən 35 saylı mənzilə dair X7 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı - Satqı Müqaviləsi ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, ünvan 5 ünvanında yerləşən 34 saylı mənzilə dair İddiaçı və X21 arasında bağlanılmış xx xxxxxx 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı - Satqı Müqaviləsinin və ünvan 5 ünvanında yerləşən 35 saylı mənzilə dair İddiaçı və X7 arasında bağlanılmış xx xxxxxx 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı - Satqı Müqaviləsinin mövcud qanunvericiliyin tələblərinə uyğun bağlanılması, həmçinin həmin müqavilələrin ləğv olunmaması və qüvvədə olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən imtina məktubunda 2(009)- 827/2020 saylı mülki işə istinad edilsə də, Səbail Rayon Məhkəməsinin 2(009)-827/2020 saylı mülki işi xx xxxx 2020-ci il tarixdə qətnamə qəbul edilməsi və həmin qətnamənin qanuni qüvvəyə minməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ünvan 5, ev 5 ünvanda yerləşən 34 saylı mənzilin boşaldılması və təhvil verilməsinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarından görünür ki, Səbail Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli məktubla məhkəmənin soğusuna cavab olaraq bildirmişdir ki, İddiaçı - cavabdeh X11rşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-827/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, ünvan 5, ev 5 ünvanda yerləşən 34 saylı mənzil cavabdeh X21 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Hazırda sözügedən qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən imtina məktubunda ünvan 5, 5 saylı evin, 34 və 35 saylı, mənzillərinin üzərinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-5496/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2714/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsi ilə həbs qoyulması əsas gətirilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(009)-598/2018 saylı qərardadı ilə X1, eləcə də üçüncü şəxs İddiaçı ərizələrinin təmin edilməsi, ünvan 5ndə yerləşən 5 saylı evin 34 saylı mənzilinin və ünvan 5ndə yerləşən 5 saylı evin 35 saylı mənzilinin özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı iddianın təmini tədbirinin ləğv edilməsi, ünvan 5ndə yerləşən 5 saylı evin 34 saylı mənzilinin və ünvan 5ndə yerləşən 5 saylı evin 35 saylı mənzilinin özgəninkiləşdirilməsi ilə bağlı qoyulmuş qadağanın ləğv edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi məhkəmənin sorğusuna cavab olaraq 2(009)-598/2018 saylı xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, X1 - cavabdeh Məhərrəmova Minəvvər-xanım Eynulla qızına qarşı (Bakı şəhəri 21 saylı Notariat Kontoru, X7, X19, İddiaçı və X21 iş üzrə 3-cü şəxslər olan) “daşınmaz əmlaka dair alqı-satqı müqavilələrinin və mülkiyyət hüquqlarına dair sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qəradadı ilə ünvan 5ndə yerləşən 5 saylı evin 34 saylı mənzilinin və ünvan 5ndə yerləşən 5 saylı evin 35 saylı mənzilinin özgəninkiləşdirilməsi ilə bağlı qoyulmuş qadağa ləğv edilmişdir. Sözügedən qərardad (qərardaddan şikayət verilmədiyindən) xx xxxxxx 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. MPM-in 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-in 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, İddiaçı ünvan 5 ev 5 ünvanda yerləşən 35 saylı və ünvan 5 ev 5 ünvanda yerləşən 34 saylı mənzillər barədə qanunvericiliyə uyğun olaraq müqavilə bağladığından, həmin müqavilələr ləğv edilmədiyindən, mənzillərin üzərinə qoyulmuş həbs götürüldüyündən, həmçinin müvafiq məhkəmə işləri üzrə yekun məhkəmə aktı qəbul edildiyindən və həmin məhkəmə aktları qanuni qüvvəyə mindiyindən, iddiaçının həmin daşınmaz əmlaklara mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı və bu barədə reyestrdən çıxarış verilməlidir. Odur ki, məhkəmə cavabdehin imtinasını əsassız və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və ünvan 5 ev 5 ünvanda yerləşən 35 saylı mənzilə və ünvan 5 ev 5 ünvanda yerləşən 34 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. ünvan 5 ev 5 ünvanda yerləşən 35 saylı mənzilə və ünvan 5 ev 5 ünvanda yerləşən 34 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar