Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5013/2023 10.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********604300 qərarın ləğv olunması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının və cavabdehin nümayəndələri təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli **********964700 nömrəli iş üzrə icraata xitam verilməsi barədə vəsatət daxil olmuşdur. Vəsatət onunla əsaslandırılmışdır ki, aparılmış təhlillər zamanı vergi ödəyicisinin əsas fəaliyyət növü obyektin olmasını tələb etsə də, təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 2.1.3-cü yarımbəndinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur və xx.xx.2022-ci il tarixli **********604300 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarı ilə riskli vergi ödəyicilərinin siyahısına əlavə edilmişdir. Bildirilmişdir ki, təqdim edilmiş müvafiq təsdiqedici sənədlər, aparılmış əməliyyatlar və digər uçot baza məlumatları üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi əsasları aradan qalxmışdır. Bununla əlaqədar inzibati orqan tərəfindən "Vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə” xx.xx.2023-cü il tarixli, **********189300 saylı Qərar qəbul edilmişdir. Qeyd edilənləri və mübahisə predmetinin aradan qalxdığını nəzərə alaraq, məhkəmənin icraatında olan 2-1(112)-5013/2023 saylı iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Vəsatətə qoşma olaraq "Vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə” xx.xx.2023-cü il tarixli, **********189300 saylı Qərar əlavə edilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın vəsatətini nəzərdən keçirərək, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəllənin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında mövcud mübahisə artıq olmadığı üçün işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddiası üzrə icraata xitam verilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5013/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5013/2023
10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver